Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-708/2024 23.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 103.988 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 113.778 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xeyli miqdarda, ümumi təmiz çəkisi 76,93 qram təşkil edən narkotik narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda, ümumi miqdarı 0.280 qram təşkil edən üzərində “Methodone 40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 07 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 08:10 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayon məhkəməsinin qərarı əsasında yaşadığı Kürdəmir şəhəri, A.Şakir küçəsi, ev 27 ünvanındakı fərdi yaşayış evinə keçirilən baxış zamanı qonaq otağında pəncərənin qarşısından və rəfdən 01 ədəd polietilen bükümdə 7,550 qram, 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 79,041 qram, 13,538 qram, 3,859 qram ümumi çəkisi 103.988 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin, 01 ədəd polietilen bükümdə təmiz 6,559qr, 01 ədəd gümüşü rəngli folqa bükümdə 0,069qr, 01 ədəd polietilen bükümdə 107,150 qram ümumi çəkisi 113.778 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 47,98 qram, 28,95 qram ümumi çəkisi - 76,93 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methodone 40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 07 ədəd qəhvəyi rəngli, dairəvi formalı 0.280 qram təşkil edən narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Kürdəmir şəhəri, A.Şakir küçəsi, ev 27 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Narkotik vasitədən isdifadə edir. 14 may 2024-cü il tarixdə saat 07 radələrində yaşadığı evə polis əməkdaşları daxil olmuşlar. Onu ailə üzvlərini polisə aparmaqla, evinə 1 kiloqra heroin qoymaqla hədələmişlər. Ona demişlər ki, evinə narkotiklər qoyulacaq, bundan sonra videoçəkiliş aparılacaqdar. Videoçəkiliş zamanı həmin narkotik vasitələrin özümə məxsus olmasını deməlidir. O da məcbur olub həmin gün evində axtarış aparılarkən aşkar olunmuş bütün narkotik vasitələrin ona məxsus olmasını demişdir. Evində axtarış aparılan zaman aşkar olunmuş 14 qram narkotik vasitə heroin, 76 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3 ədəd dərman həbləri ona məxsus olmuşdur. Lakin evindən aşkar olunması sənədləşdirilmiş digər narkotik vasitələr ona məxsus olmamışdır. Polis başqa narkotik vasitələri stolun üzərinə qoymuş və ona demişlər ki, bu narkotik vasitə də sənə aiddir. O da videoçəkiliş zamanı bütün narkotik vasitələrin ona məxsus olmasını demişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir neçə ildir ki, istifadə edir. Polis tərəfindən saxlanılmasından təxminən iki həftə öncə Bakı şəhərindən tanımadığı taksi ilə Kürdəmir rayonuna gələrkən Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində taksi yolun kənarında dayanmışdır. O, taksidən yerə düşərkən yerdə 01 ədəd qara rəngli bağlama olduğunu görmüş, diqqətini çəkdiyi üçün götürüb üzərində saxlayaraq yaşadığı evə gətirmişdir. Yaşadığı evdə bağlamanı açmış və içərisində narkotik vasitə heroin, narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, tiryək və “Metadon 40” həbi olduğunu görmüşdür. Şəxsi istifadə etmək üçün yaşadığı evdə saxlamış və bir hissəsini isə şəxsi istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş, o, qapını açdıqda polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu yaşadığı evdə axtarış aparılması ilə bağlı Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tanış etmişlər. O, qərarla tanış olmuş və bundan sonra polis əməkdaşları yaşadığı evə daxil olaraq baxış keçriməyə başlamışlar. Baxış zamanı evin zalında olan pəncərənin qarşısında qoyduğu özünə məxsus 01 ədəd polietilen bükümdə tiryək, 02 ədəd polietilen bükümdə heroin, 01 ədəd polietilen bükümdə metamfetamin, 07 ədəd narkotik vasitə “Metadon 40” həbi, üzərində heroin izləri olan gümüşü rəngli kağız, eləcə də 02 ədəd elektron tərəzi, həmçinin həmin otaqda şkafda olan şüşə qabın içərisindən ona məxsus olmayan 02 ədəd polietilen bükümdə heroinəbənzər kütlələri aşkar etmişlər. Müstəntiq tərəfindən aşkar edilmiş kütlələrə baxış keçirilmiş, elektron tərəzidə hər biri ayrıayrılıqda çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və metadon həbi olsa da, baxış zamanı otaqda şkafın üzərindəki şüşə qabın içərisindən aşkar edilmiş 02 ədəd polietilen bükümdə olan 79,041 qram narkotik vasitə heroin və 107,150 qram psixotrop maddə metamfetamin ona məxsus deyil, kimə məxsus olmasını bilmir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 may 2024-cü il tarixdə Kürdəmir şəhəri, A.Şakir küçəsi, ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq Kürdəmir rayon məhkəməsinin qərarı əsasında 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək onun özünün iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla yaşadığı evə baxış keçirilərkən pəncərənin qarşısından, şkafın üzərindəki şüşə qabın içərisindən və stolun üzərindən ümumilikdə 02 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 04 ədəd polietilen bükümdə heroinəbənzər kütlələr, 01 ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd polietilen bükümdə narkotik vasitə tiryəkəbənzər kütlə, 07 ədəd narkotik vasitə “Metadon 40” həbinəbənzər həblər, 01 ədəd gümüşü rəngli açıq kağızda narkotik vasitə heroinəbənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yolun kənarından yerdən tapdığını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs evinə narkotik qoymamışlar. Təqsirləndirilən şəxs evdə aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir, ona heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. 14 may 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi zamanı evdə pəncərənin qarşısından, şkafın üzərindəki şüşə qabın içərisindən və stolun üzərindən ümumilikdə 02 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr, 04 ədəd polietilen bükümdə heroinəbənzər kütlələr, 01 ədəd polietilen bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlə, 01 ədəd polietilen bükümdə narkotik vasitə tiryəkəbənzər kütlə, 07 ədəd narkotik vasitə “Metadon 40” həbinəbənzər həblər, 01 ədəd gümüşü rəngli açıq kağızda narkotik vasitə heroinəbənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yolun kənarından yerdən tapdığını bildirmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə olan 01 ədəd polietilen büküm 50.30 qram, digəri isə 30.75 qram, içərisində heroinəbənzər kütlə olan 02 ədəd büküm ümumilikdə 17.05 qram, içərisində tiryəkəbənzər kütlə olan 01 ədəd büküm 15.41 qram, içərisində psixotrop maddə metamfetaminəbənzər kütlə olan 01 ədəd büküm 2.71 qram, üzərində heroin izlərinəbənzər izlər olan folqa kağız 0.80 qram, içərisində narkotik vasitə heroinəbənzər kütlə olan 01 ədəd polietilen büküm 147.44 qram və içərisində narkotik vasitə heroinəbənzər kütlə olan 01 ədəd polietilen büküm 109.28 qram olmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılaraq götürülmüşdür. Kompleks materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/490-491 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd polietilen bükümdə təmiz çəkisi 7,550qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd polietilen bükümdə təmiz çəkisi 6,559qram olan, 01 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi- 0,069qr, ümumi çəkisi-6,628qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 79,041 qram, 13,538qram, 3,859qram,ümumi çəkisi 96,438qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi 107,150qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd bükümlərdə olan narkotik vasitə heroin eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş cəmi 03 ədəd bükümdə olan psixotrop maddə metamfetamin eyni tərkiblidir. 02 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkləri 47,98qr, 28,95qr, ümumi çəkisi 76,93qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 07 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmadı. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/1-6/2770 nömrəli rəyində göstərilmişdir ki, bir ədəd kağız paketdəki 7 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 7 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur. 7 ədəd açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həblərinin üzərilərindəki göstəricilərə əsasən tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0.280 qram təşkil edir. DSMF 1 saylı X5 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 120411/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası, müavinət və təqaüd almır. “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və norkoloji qeydiyyatında yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1182 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/725 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 12” markalı mobil telefondan götürülmüş “VİD_20240421_063809” adlı 01 dəqiqə 35 saniyəlik videoda 01 ədəd polietilen bükümdə olan “gül” adlandırdığı elektron tərəzidə çəkərək “Yasin” adlı şəxsə müraciət etməsi müəyyən edilir. “VİD_20240421_064525” adlı 01 dəqiqə 16 saniyəlik videoda 01 ədəd polietilen bükümdə olan 400 qram “nəşə”nin bükümünün 50 qram olmasını “Yasin” adlı şəxsə bildirməsi müəyyən edilir. “VİD_20240427_072801” adlı 01 dəqiqə 16 saniyəlik videoda 01 ədəd polietilen bükümdə olan 400 qram “nəşə”nin bükümünün 50 qram olmasını “Yasin” adlı şəxsə bildirməsi müəyyən edilir. “VİD_20240427_072433” adlı 50 saniyəlik videoda 02 ədəd polietilen bükümdə olan narkotik vasitəyə bənzər kütlələrin elektron tərəzidə çəkilərək 51 qram və 96 qram olması müəyyən edilir. (Qeyd: videoçəkilişdəki tərəzi Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi ilə eynidir).“VİD_20240421_WA0035” adlı 02 dəqiqə 35 saniyəlik videoda 02 ədəd polietilen bükümdə olan narkotik vasitəyə bənzər kütlələrin elektron tərəzidə çəkilərək 95 qram və 63 qram olması müəyyən edilir. (Qeyd: videoçəkilişdəki tərəzi Təqsirləndirilən şəxs evindən aşkar edilmiş tərəzi ilə eynidir). “PTT-20240421-WA0033.opus_Converted” adlı 03 dəqiqə 46 saniyəlik səsdə adının “Samir” olduğunu deyən şəxs “Rafiq” adlı şəxsə müraciət edərək kilo ilə “nəşə”si olduğunu bildirir. “PTT-20240421- WA0000.opus_Converted” adlı 05 dəqiqə 29 saniyəlik səsdə 01 nəfər şəxs “Rafiq” adlı şəxsə müraciət edərək Zərdab yolunda görüşərək ona 750 manatlıq gül, 100 manatlıq dərman, 450 manatlıq tema verdiyini bildirərək pulunu istəyir. “PTT-20240426- WA0067.opus_Converted” adlı 01 dəqiqə 45 saniyəlik səsdə 01 nəfər şəxs “Rafiq” adlı şəxsə müraciət edərək pulunu istəyir. “PTT-20240427-WA0073.opus_Converted” adlı 01 dəqiqə 38 saniyəlik səsdə 01 nəfər şəxs “Rasim” adlı şəxsə müraciət edərək torpaq və daşı olmadığını. “VİD_202400307_075249” adlı 07 saniyəlik videoda 01 ədəd polietilen bükümdə olan kütlə elektron tərəzidə çəkərək 20.10 qram olması müəyyən edilir. “İmages” adlı faylda üzərində xırda kağız və polietilen bükümlərin fotoları, həmin bükümlərin elektron tərəzi üzərində çəkilərkən fotoları, həmin bükümlərin qoyulduğu yerin işarələnmiş fotoşəkilləri, həmçinin müxtəlif hesab nömrələrinə ödəniş edilməsi barədə çıxarışların fotoşəkilləri aşkar edildi. 05 ədəd diskdə “Ekspertiza 5-725” adlı qovluq içərisində olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A14” markalı mobil telefondan götürülmüş “PTT-20240419- WA00004.opus_Converted” adlı 01 dəqiqə 55 saniyəlik səsdə 01 nəfər şəxs onda “Urmiya torpağı” olmadığını, 2 kilo təşkil edə biləcəyini, bu dəqiqə 5 dənə patısı olduğunu, “Tehran kolası” olduğunu, gül, kolası da olduğunu və təşkil edə biləcəyini bildirir.“PTT-20240501- WA00003.opus_Converted” adlı 01 dəqiqə 39 saniyəlik səsdə 01 nəfər şəxs “Feyzi” adlı şəxsə Kürdəmirdə işıq söndüyü üçün telefonun bağlı olduğunu, vəziyyətin pis olduğunu və mayın 5-nə kimi çatmalı olduğunu bildirir.“PTT-20240501-WA00012.opus_Converted” adlı 01 dəqiqə 37 saniyəlik səsdə gül, ot lazım olduğunu, atma-atma patı verdiyini, həmişəki vəsaitdən istəyərək 1500 manat verəcəyini bildirir. “PTT-20240501- WA00016.opus_Converted” adlı 02 dəqiqə 07 saniyəlik səsdə ondan arxayın olmasını istədiyi qədər qəşəng kola, qəşəng patısı olduğunu və ondan zərər gəlməyəcəyini bildirir.“PTT-20240501-WA00012.opus_Converted” adlı 03 dəqiqə 03 saniyəlik səsdə ondan arxayın olmasını istədiyi qədər qəşəng kola, qəşəng patısı olduğunu və ondan zərər gəlməyəcəyini bildirir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 315, 66.2, 67.1, 68.1.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə həmin cəzasını çəkib qurtarmışdır. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yernindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıyaraq yaşadığı evə aparması və evində saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinnə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəx Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kmi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 103.588 qram narkotik vasitə heroin, 113.688 qram psixotrop maddə metamfetamin, 76.89 qram narkotik vasitə qurudulmuş marixuana, 6 ədədi metadon tərkibli həblər, 02 ədəd elektron tərəzilər məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disklər, məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 05 (beş) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd disk cinayət işininin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 244 (iki yüz qırx dörd) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kmi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 103.588 qram narkotik vasitə heroin, 113.688 qram psixotrop maddə metamfetamin, 76.89 qram narkotik vasitə qurudulmuş marixuana, 6 ədəd metadon tərkibli həblər, 02 ədəd elektron tərəzilər məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disklər, məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 05 (beş) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd disklər cinayət işininin materiallarında saxlanılsın. Ekspertiza xərci 244 (iki yüz qırx dörd) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-708/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-708/2024
23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver