Məhkəmə qərarları › İş №1(099)-71/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-71/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-71/2022 14.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 Abiddin oğlunun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6, təqsirləndirinə şəxs Təqsirləndirilən şəxs4 müdafiəçisi Lənkəran Rayon vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində 10 sentyabr 2021-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 3 yanvar 1996-cı ildə Cəlilabad rayonu, Edişə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Edişə kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan, barəsində 09 avqust 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1995-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan, barəsində 09 avqust 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx xxxxxx 1985-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,63 qram olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyul 2021-ci il tarixdə saat 15:30-da Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb Cəlilabad rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin qara rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs4 müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi - 4,774 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 07 avqust 2021-ci il tarixdə həmin heroinin 0,797 qramını Təqsirləndirilən şəxs3 Lənkəran rayonu ərazisində, 1,658 qramını 20 manat müqabilində Təqsirləndirilən şəxs1 və 1,597 qramını Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri ərazisində satdıqdan sonra həmin heroinin qalan 0,722 qramını daşımaqla üzərində saxlamış, 07 avqust 2021-ci il tarixdə Cəlilabad RPŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Cəlilabad şəhəri, Qurtuluş prospektində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib orada Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman qara rəngli şalvarın sağ yan cibindən 0,797 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman boz rəngli şalvarın sol yan cibindən 1,597 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman qara rəngli şalvarın sol yan cibindən 1,658 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman göy rəngli şalvarın sağ yan cibindən 0,722 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşqul olur, Mərahim və Səidi tanıyır. 07 avqust 2021-ci tarixdə saat 19 radələrində tanışı Nurəddin zəng edərək onu maşını ilə Lənkəran şəhərinə aparmasını xahiş etmiş, onunla razılaşmış, yolda Mərahim və Səidi də götürmüşlər. Nurəddin və Səid Qumbaşı kəndində yanacaq doldurma məntəqəsinin yanında maşından düşüb harasa getmişlər, bir neçə dəqiqədən sonra qayıtmışlar. Nurəddin ona geri Cəlilabad rayonuna qayıtmasını demiş, yolda Mərahimin dayısının Qurtuluş prospektinə olan evinə baxmaq istədiyini demişdir. Mərahimin dayısının evinə baxarkən Nurəddin onlara narkotik vermiş və həmin heroni istifadə etmişlər. Sonra Nurəddin ona 20 manat pulun müqabilində yenə bir büküm heroin vermişdir. Həmin narkotiki şavlarının cibinə qoymuş, saat 23 radələrində tanımadığı polis əməkdaşları tərəfindən maşını saxlanılmış, üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Cibində heroin olduğunu bildirmiş və birlikdə şöbəyə aparılmışlar. Üzərlərinə baxış keçirilmiş və Nurəddindən aldığı narkotiki təqdim etmişqdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi, Nurəddin və Səidi isə üzdən tanıyır. Hadisə baş verən günü saat 19 radələrində yaşadığı küçədə siqaret çəkərkən Afəddin maşını onun yanında saxlamış, maşına əyləşdikdə içəridə Səidi və Nurəddini görmüşdür. Cəlilabad rayonu Qurtuluş prospektində yerləşən dayısına məxsus kirayə verdiyi evə baxmaq üçün gedərkən Afəddin Lənkəran rayonuna getməyi təklif etmişdir. Lənkəran rayonu Qumbaşı kəndinə çatmışlar, Afəddin maşını yanacaqdoldurma məntəqəsində saxlamış, bu zaman Nurəddin və Səid maşından düşüb harasa getmişlər. Onlar bir neçə dəqiqə sonra qayıtmışlar və Nurəddin geri Cəlilabad rayonun qayıtmasını demişdir. Afəddinin dayısının evinə baxmaq üçün Qurtuluş prospektində yerləşən həmin evə gəlmişlər. Evdə Nurəddin onlara narkotik vasitə heroin vermiş və narkotiki orada istifadə etmişlər. Saat 23 radələrində Cəlilabad rayonunda tanımadığı polis əməkdaşları tərəfindən maşın saxlanılmış və üzərlərində narkotikin olub-olmadığını soruşmuşlar.Üstündə heroin olduğunu demiş və polis əməkdalşarı tərəfindən şöbəyə aparılmışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci tarixdə saat 17 radələrində Afəddinə məxsus avtomobil ilə Mərahim və Nurəddinlə Lənkəran rayonu Qumbaşı kəndinə getmişlər. Afəddin maşını yancaqdoldurma məntəqəsində saxlamış, o, və Nurəddin Qumbaşı kəndində maşından düşüb yanacaq doldurma məntəqəsinin arxasına getmişlər. Nurəddin ona kənarda gözləməsini demiş, özü isə bir qədər aralıda tanımadığı bir nəfər ilə görüşüb ondan narkotik almışdır. Qayıdanda Nurəddin onlara istifadə etmək üçün narkotik vasitə heroin vermişdir. Birlikdə gəldikləri maşınla Cəlilabad rayonuna qayıtmışlar. Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən Mərahimin dayısının evinə baxarkən heroindən qəbul etmişlər. Oradan çıxıb Cəlilabad rayonunda maşınla hərəkət edərkən saat 23 radələrində tanımadığı polis əməkdaşları tərəfindən maşın saxlanılmış və üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Üzərində heroin olduğunu demişdir. Bundan sonra şöbəyə aparılmışlar, üzərlərində heroin aşkar edilmişdir. Bundan başqa o, əlavə olaraq ifadəsində göstrmişdir ki, 2021-ci ilin iyul ayının 11də saat 09 radələrində Cəlilabad şəhəri “Silsilə” adlanan yerdən evə gündəlik tələbat məhsulları alıb evə qayıdan zaman yolun kənarı ilə piyada hərəkətdə olarkən 1 bükümdə heroin tapmış, istifadə emtək üçün heroini özündə saxlamışdır. Həmin gün polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmış, üzərində saxladığı heroini təqdim etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kimə narkotik satmamış, yalnız narkotiki bağışlamışdır. Hadisə günü 07 avqust 2021ci tarixdə saat 17 radələrində evdə olarkən tanışı Səid onlara gəlmiş, sonra da Afəddin ona zəng etmişdir. Həmin vaxt onlarla görüşmüş, Afəddinin maşını ilə Cəlilabad rayonundan Mərahimi də götürüb Lənkəran rayonu Qumbaşı kəndinə getmişlər. Qumbaşı kəndində maşından düşüb yanacaq doldurma məntəqəsinin yanında narkotik almış, bir qədərini Səidə vermişdir. Sonra geri Cəlilabad rayonuna qayıtmışlar. Rayonun Qurtuluş prospektində yerləşən Mərahimin dayısının evində özündə olan narkotiki onlara verib birlikdə qəbul etmişlər. Bundan sonra Cəlilabad rayonunda saat 23 radələrində tanımadığı polis əməkdaşları tərəfindən maşın saxlanılaraq üzərində narkotik vasitənin olubolmadığını soruşmuşlar. Üzərində heroin olduğunu bildirmiş və birlikdə şöbəyə aparılmışlar. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nın əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 07 avqust 2021-ci il tarixdə saat 23 radələrində xidmətdə olarkən Cəlilabad şəhəri, Qurtuluş prospektində VAZ 2106 markalı **-BU-*** nömrəli maşında olan şəxslər özlərini şübhəli apardıqları üçün həmin maşın saxlanılmış, maşında olan şəxslərdən üzərlərində hər hansı bir qadağan olunmuş əşyanını olub-olmaması soruşmuş, Nurəddin adında şəxs şalvarının sağ yan cibində bir bükümdə narkotik vasitə olan heroin, daha sonra özünü Səid kimi təqdim edən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində bir bükümdə heroin, özünü Mərahim kimi təqdim edən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibində bir bükümdə heroin, həmçinin özünü Afəddin kimi təqdim edən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində bir bükümdə heroin olmasını bildirmişlər. Sonra onlar rayon polis şöbəsinə aparılmışlar və ciblərində olan heroini təqdim etmişlər. Səid, Mərahim və Afəddin bildirmişlər ki, heroini 07 avqust 2021-ci il tarixdə Nurəddindən almışlar. Təqsirləndirilən şəxs4 da əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin maddəni 07 avqust 2021-ci il tarixdə Lənkəran rayonunda tanımadığı şəxsdən 18 manata aldığını, həmin maddədən istifadə etmələri üçün Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs4 göy rəngli şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 0,96 qram olaraq göstərmişdir. Bundan sonra VAZ 2106 markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2021-ci il tarixli, 19/608 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi –0,63 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 19/744 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş maddi sübut 1 büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi – 0,797 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 19/745 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 ədəd bükümdə maddi sübut....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 1,658 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 ədəd bükümdə maddi sübut” və “Təqsirləndirilən şəxs3 məxsus heroin Rəy № 19/744......” sözlər və imzalar olan 2 ədəd zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 19/746 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 ədəd bükümdə maddi sübut....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 1,597 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs2 aşkar olunmuş 1 ədəd bükümdə maddi sübut........”, “Təqsirləndirilən şəxs3 məxsus heroin Rəy № 19/744........” və “Təqsirləndirilən şəxs1 məxsus heroin Rəy № 19/745........” sözlər və imzalar olan 3 ədəd zərfdəki ümumi sayı 3 büküm olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 19/747 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs4 aşkar olunmuş maddi sübut 1 ədəd bükümdə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi –0,722 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs4dan aşkar olunmuş maddi sübut 1 ədəd bükümdə....”, “Təqsirləndirilən şəxs3 məxsus heroin Rəy № 19/744........”, “Təqsirləndirilən şəxs1 məxsus heroin Rəy № 19/745........” və “Təqsirləndirilən şəxs2 məxsus heroin Rəy № 19/746........” sözlər və imzalar olan 4 ədəd zərfdəki ümumi sayı 4 büküm olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 19/1021 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs3 məxsus 1 büküm Heroin Rəy № 19/608.....” və “Təqsirləndirilən şəxs3 məxsus 1 büküm Heroin Rəy № 19/744....”sözlər və imzalar olan 2 ədəd zərflərdəki heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birlərindən fərqlidirlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 822 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 823 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 825 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 857 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı Əliyev X1 xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. 11 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə“ haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofanda olan narkotik vasitə heroin aşkar olunmuşdur. 07 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə“ haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda narkotik vasitə 0,03 qram heroini təqdim edərək, həmin maddəni 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 aldığını bildirmişdir. 08 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə“ haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda 1,83 qram narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin maddəni 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 20 manata aldığını bildirmişdir. 08 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə“ haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda 1,86 qram narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin maddəni 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 aldığını bildirmişdir. 08 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə“ haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli, yaş halda 0,96 qram narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək, həmin maddəni 07 avqust 2021-ci il tarixdə Lənkəran rayonunda tanımadığı şəxsdən 18 manata aldığını, həmin maddədən istifadə etmələri üçün Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. 7 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs4 qanunsuz olaraq 4,774 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satmış şəxsin barəsində və digər xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. 27 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,53 qram çəkidə narkotik vasitə olan heroin və təmiz qalıq çəkisi 0,697 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. 21 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,608 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. 26 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 1,547 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilmişdir. 31 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs4 üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,672 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi ttanınmış və saxlanılması üçün Cəlilabad RPŞ-yə təhvil verilomişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Uzuntəpə kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 04 iyun 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində - xx.xx.2018-ci il təvəllüdlü Nuray və xx.xx.2020-ci il təvəllüdlü Məryəm adında qız övladları vardır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Kövüzbulaq kənd İƏDÜ nümayəndəliyinin 16 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü Murad və xx.xx.2020-ci il təvəllüdlü Eşqin adında oğul övldaları vardır. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2017-ci il təvəllüdlü Seyidağa və 2016-cı il təvəllüdlü Seyidəli adında oğul övladları vardır. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 2015-ci il təvəllüdlü Ruslan və 2012-ci il təvəllüdlü Məhəmməd adında oğul övladları vardır. Təqsirləndirilən şəxs4 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş 0,63 qram çəkidə narkotik vasitə olan heroin faktına görə 12 iyul 2021-ci il tarixdə Cəlilabad RPş-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanmış və istintaq aparılmışdır. 11 iyul 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, 13 iyul 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 1 oktyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə başlanmış həmin cinayət işi hazırki cinayət işi ilə bir icraata birləşdirilmiş və istintaqı davam etdirilmişdir. 07 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs4 isə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 09 avqust 2021-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində isə Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 09 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində 09 avqust 2021-ci il tarixli qərarla seçilmiş həbs qətimkan tədbiri Cəlilabad Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunları təqsirləndirilən şəxslərə elan olunmuş ittihamı qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılmasıbaşa düşülür. Buna görə də şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 külli miqdarda heroini əldə edib tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsi istifadələri üçün verməsini qanunsuz olaraq narkotik vasitəni satma kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs4 əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri isə CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsndə nəzərdə nəzərdə tutulan törətdikləri ictimai təhlükəli əməl “az ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs4 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan törətdiyi ictimai təhlükəli əməl “ağır”cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs4 isə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslərə qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayətin təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında profilaktik, Təqsirləndirilən şəxs4 isə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs3 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Cəzasının başlanğıcı 7 avqust 2021-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Təqsirləndirilən şəxs1 7 avqust 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Cəzasının başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Təqsirləndirilən şəxs2 7 avqust 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Cəzasının başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanma müddəti cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 cəzasının başlanğıcı 7 avqust 2021-ci il tarixdən hesablanmalı və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar olan və hazırda Cəlilabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş təmiz qalıq çəkiləri 0,53 qram və 0,697 qram narkotik vasitə olan heroinlər, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz qalıq çəkisi 1,608 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz qalıq çəkisi 1,547 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs4 götürülmüş təmiz qalıq çəkisi 0,672 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 310 (üç yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 77 manat 50 qəpik tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 11 iyul 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 7 avqust 2021-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 saxlanılması üçün Lənkəran Şəhər - Rayon Polis Şöbəsinə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 7 avqust 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Lənkəran Şəhər - Rayon Polis Şöbəsinə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 7 avqust 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 14 yanvar 2022-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 saxlanılması üçün Lənkəran Şəhər - Rayon Polis Şöbəsinə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 7 avqust 2021-ci il tarixdən hesablansın və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və hazırda Cəlilabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş təmiz qalıq çəkiləri 0,53 qram və 0,697 qram narkotik vasitə olan heroinlər, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz qalıq çəkisi 1,608 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz qalıq çəkisi 1,547 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs4 götürülmüş təmiz qalıq çəkisi 0,672 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 310 (üç yüz on ) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 77 manat 50 qəpik tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar