Məhkəmə qərarları › İş №1(099)-71/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-71/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-71/2023 02.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hazırkı cinayət işindən barələrində cinayət işi ayrılmış digər şəxslərlə külli miqdarda narkotik vasitə heroinin( bundan sonra - heroin) əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə etməklə bağlı əvvəlcədən razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq qrup üzvü olan digər şəxslərin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 3 (üç) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 3930,0 qr, 2850,0 qr və 3240,0 qr olmaqla, ümumi təmiz çəkisi 10020,0 (10 kq, 20 qr) qram olub külli miqdar təşkil edən, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni tərkibli heroini 04 may 2022-ci il tarixdə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Göyşaban kəndinin kənarından keçən hissəsində, üzü “Ləvəngi” dairəsinə doğru, yolun sağ kənarında quraşdırılmış, üzərində maksimum sürət həddini tənzimləyən “60” rəqəmi həkk olunmuş dəmir lövhənin yanında gizlətdikləri yer barədə digər şəxsin “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi fotoşəkillər və aralarında olmuş zəng danışıqları ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi həmin axşam saat 23 radələrində istifadəsində olan “Mercedes Benz” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitənin gizlədildiyi, ona məlum olan yerə gedib, avtomobildən düşərək yol nişanına yaxınlaşıb, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd torba içərisində olan qeyd olunan bağlamalarda və çəkidə heroini götürməklə əldə edib, qanunsuz olaraq saxlayıb özü ilə avtomobilinə tərəf daşıyarkən, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının həmin vaxt saat 23:20 radələrində Lənkəran rayonu, Göyşaban kəndinin ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı idarə etdiyi avtomobilin sükanı arxasında əyləşmək istəyərkən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı –Masallı istiqamətində özünə məxsus “Mercedes” markalı avtomobillə taksi fəlaiyyəti ilə məşğul olur. 04 may 2022-ci il tarixdə Rəşad adlı tanışı ona zəng vuraraq Lənkəran rayonu Göyşaban kəndində, üzü Lənkəran şəhəri istiqamətində avtomobil yolunun sağ kənarında, 60km/saat sürət həddi göstərilən yol nişanın aşağı hissəsində iki kiloqramlıq narkotik vasitə olan kiçik çanta qoydurduğunu deyib həmin çantanı götürməyi tapşırmış, həmçinin sonuncu ona demişdir ki, içində narkotik vasitə olan çantanı götürüb Bakı şəhərinə aparmalı və ona deyiləcək yerə qoymalıdır. Bu işin qarşılığında ona 100 manat pul verilməli idi. O, Rəşadla razılaşmış, lakin çantada hansı növdə narkotik vasitə olacağını bilməmişdir. Həmin yerə 04 may 2022-ci il tarixdə hava qaralanda təxminən saat 9-10 radələrində gəlmiş, “60” nişanının yanında dayanmış və həmin yerə baxanda torbanın olmadığını görmüş, buna görə də narkotik vasitəni götürməmiş, lakin polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər, orada stolun üstünə bir torba qoyub yol kənarında gizlədilmiş torba olduğunu bildirib həmin torbanı götürüb təqdim etməsini istəmişlər. Həmçinin ona deyilmişdir ki, narkotik vasitəni götürməyi ona tapşırmış digər şəxsi tutuacaqlar, onun bu işdə hər hansı günahı yoxdur, ona görə də narkotiki götürüb olduğu kimi ifadə vermişdir. Onun yanında narkotik vasitə çəkilmiş və təxminən 10 kiloqram heroin olmuşdur. Lakin Rəşad ona demişdir ki, iki kiloqramlıq balaca çanta olacaq. Polis əməkdaşları ona demişlər ki, Rəşada narkotik vasitə olan torbanı götürməyini “WhatsAPP” vasitəsi ilə bildirsin və kimə verəcəyini soruşsun, Rəşad da bu barədə məlumat verdikdən sonra polislər də narkotik vasitə verilən şəxsi tutsunlar. Buna görə də səs yazılarında narkotik olan torbanı götürdüyünü Rəşada demiş, lakin sonuncu narkotik vasitəni verəcəyi şəxsin adını sonra deyəcəyini demiş, daha sonra isə ona ümumiyyətlə zəng etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, lakin həmin narkotik vasitəni sürücü kimi apardığından onun məsuliyyətinin olmaması ona deyilmişdir. Himayəsində iki uşağı olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 05 may 2022-ci il tarixdə üzərinə videoçəkliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 05 - 06 may və 26 avqust 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, özünə məxsus “Mercedes-Benz” markalı **-EO-*** qeydiyyat nömrə nişanlı avtomobillə bir ilə yaxındır ki, taksi kimi çalışmış, Bakı şəhəri və əks istiqamətdə Masallı rayonuna sərnişin daşımışdır. Əvvəllər məhkumluq həyatı yaşamış, 2015-ci il tarixində azadlığa buraxılmış, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. 10 ildən artıqdır ki, onunla 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmaqla hazırda Türkiyə Respublikasında yaşayan X10 tanımış, sonuncu 2022-ci ilin fevral ayının ortalarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp”-la zəng edərək hansısa tanışının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı ona təklif etdiyini, bu işdə yaxşı pul olduğunu və heç bir risk olmadığını, onlara malın (narkotik vasitənin) yerinin deyiləcəyini, malı götürüb özündə saxlamalı olduğunu, narkotik vasitəni satıb pulunu isə Rəşadın dediyi adama verməli, qarşılığında da özləri də pul qaznacaqlarını demiş, pula ehtiyacı olduğundan Rəşadın təklifini qəbul etmişdir. 04 may 2022-ci il tarixdə, saat 17 radələrində Rəşad +90-***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp”-la zəng edərək Lənkəran rayonunun Göyşaban kəndində Ağır cinayətlər məhkəməsinin yaxınlığında, üzü Lənkəran şəhəri istiqamətində avtomobil yolunun sağ kənarında, 60km/saat sürət həddi göstərilən yol nişanın aşağı hissəsində bir ədəd ağ rəngli bağlamada narkotik vasitə qoydurduğunu, həmin bağlamanı yol nişanının altından götürüb özündə saxlamağını, götürdükdən sonra Rəşadla əlaqə saxlamağını demişdir. O, Rəşadla razılaşıb təxminən saat 23 radələrində özünə məxsus Mercedes markalı avtomobillə Lənkəran rayonu Göyşaban kəndinə getmiş, yolda bir neçə dəfə Rəşadla “WhatsApp”la danışa-danışa Rəşadın ona istiqamət verdiyi yol nişanın yaxınlığına gedib maşını yolun kənarında saxlayıb avtomobildən düşmüş, Rəşada olduğu yerin şəkillərini çəkib atmış və Rəşad ona hansı tərəfə getməyini bildirmiş, Rəşadın ona telefonda dediyi yol nişanının yanına getmiş, yol nişanının altında, kolluqların arasında yerdə 1 ədəd ağ rəngdə sintetik bağlama qoyulduğunu görmüş, bağlamanı götürüb ağzını açıb baxdıqda içərisində 3 bükümdə narkotik vasitələr olduğunu görüb, bağlamanın ağzını təkrar bağlayıb götürmüş, yaxınlıqda saxladığı avtomobilinə yaxınlaşıb avtomobilə əyləşən zaman yanında avtomobil saxlamış və avtomobildən bir neçə mülki geyimdə olan şəxs düşərək ona yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib onu Lənkəran ŞRPŞ-yə aparmış, üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman Göyşaban kəndində, yol nişanının altından, Rəşadın dediyi yerdən götürdüyü sintetik bağlamanı təqdim edib, bağlamada narkotik vasitələr olduğunu, Bakı şəhərinə aparmaq məqsədilə götürdüyünü bildirmişdir. 3 ədəd sellofan torbalara baxış keçirilmiş, torbaların içərisində heroin olması aşkar edilmiş, həmin kütlələr tərəzidə çəkilmiş, ümumi çəkisi 10,18 kiloqram olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında Rəşad adlı şəxsin ona içində 2 kiloqramlıq narkotik vasitə olan çantanı götürməsini tapşırdığını, sonuncunun dediyi yerə getdikdə çantanın olmadığını, buna görə də heç bir çanta götürmədiyini, polis əməkdaşlarının onu saxladıqdan sonra onların verdiyi çantanı götürüb təqdim etdiyini bildirməsini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə narkotik vasitə olan çantanı götürüb Rəşadın dediyi yerə qoymalı olduğunu göstərməsini, ona elan olunmuş ittiham üzrə, özünü təqsirli bilsə də elan olunmuş ittihamda göstərilmiş çəkidə deyil 2 kiloqram çəkidə narkotik vasitə götürməyə gəlməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, xx.xx.2022-ci il tarixdə Masallı rayon sakini Təqsirləndirilən şəxs Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmış, 04 may 2022-ci il tarixdə, saat 23 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndində müşahidəyə götürülmüş və saat 23:20-də Ağır Cinayətlər məhkəməsinin yaxınlığında 60 yazılan yol nişanının yanından əlindən ağ rəngli torba ilə birlikdə çıxıb yolun kənarında saxladığı “Mercedes- Benz” markalı **-EO-*** nömrə nişanlı avtomobilinə əyləşərkən polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə aparılmış, üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində tutduğu bir ədəd sintetik bağlamanı təqdim edib bağlamada heroin olduğunu bildirmiş, həmin bağlamada 3 ədəd sellofan torbalar aşkar olunmuş, elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlələrin 10,18 kiloqram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkarlanmış içərisində heroin olan 3 ədəd bağlamaları 04 may 2022-ci il tarixdə, saat 23 radələrində Rəşad adlı tanışının ona zəng edərək etdiyi təklif əsasında Lənkəran rayonu Göyşaban kəndində yol kənarında yol işarəsinin yanında dediyi yerdən Bakı şəhərinə aparmaq məqsədilə götürmüş, daha sonra şöbədə keçirilmiş ƏAT nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Yeddioymaq kənd sakini X17 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla “WhatsApp” vasitəsilə danışıb saxlanıldığı yerdə olan külli miqdarda narkotik vasitəni götürüb satışı ilə bağlı qabaqcadan əlbir olub razılaşmışlar və Təqsirləndirilən şəxs qeyd edilən tarixdə və yerdən narkotik vasitələri götürdükdən sonra avtomobilinə əyləşərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkumluq həyatı yaşadığından və törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətini yüngülləşdirmək üçün, yalan olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Rəşad Məcidovu sərnişini kimi tanıdığını, Rəşad Məcidovun qeyd edilən tarixdə narkotik vasitələri götürüb Bakı şəhərinə aparmasını istəməsini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra aparılan şifahi sorğu zamanı bildirmişdir ki, narkotik vasitəni qeyd olunan yerdən götürdükdən sonra Rəşad Məcidovla əlaqə saxlamalıymış. Bunun üçün də edilən təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq Rəşad Məcidovun istifadəsində olan +90-***-***-**-** saylı mobil nömrə ilə WhatsApp vasitəsilə əlaqə saxlayaraq narkotik vasitəni götürdüyünü bildirmiş, həmin vaxtı danışıqları polis əməkdaşları tərəfindən qeydə alınmış, Rəşad Təqsirləndirilən şəxs narkotik vasitələri özündə saxlamasını, narkotik vasitələri satmaqdan ötrü adam tapacağını və zəng edəcəyini bildirmişdir. Daha sonra X26 Talıbova zəng edərək narkotik vasitəni təhvil verməli olduğu şəxsin zəng edəcəyini, həmin şəxslə görüşüb narkotik vasitələri həmin şəxsə verməyini istəmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə Whatsapp vasitəsilə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, Azərlə danışan şəxs nömrəsini Rəşad Məcidovun verdiyini, Azərdə əmanətinin olduğunu bildirərək, əmanəti götürmək istədiyini demiş, həmçinin Təqsirləndirilən şəxsla görüşmək üçün yola çıxdığını və zəng edəcəyini bildirsə də, həmin şəxsin nömrəsinə daha sonra zəng çatmamış və Təqsirləndirilən şəxs nömrəsinə zəng etməmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mobil nömrənin “Hacıoğlu İnşaat MMC”-yə aid mobil nömrənin olması müəyyən edilmiş, lakin həmin mobil nömrənin xx.xx.2022-ci il tarixinədək istifadəçisini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid5 Şahid2 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 04 may 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi , daha sonra idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd bağlamanı könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (səh. 4-7; 32-34; 37-39) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 may 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun sol əlində tutduğu bir ədəd sintetik bağlamanın içərisindən 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 10,18 kq çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş içərisində heroinə bənzər kütlələr olan 3 ədəd bükülünü xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Rəşad adlı tanışının ona zəng edərək etdiyi təklif əsasında Lənkəran rayonu Göyşaban kəndində, yol kənarında yol işarəsinin yanından Bakı şəhərinə aparmaq məqsədilə götürmüş və yaxınlıqda saxladığı avtomobilinə yaxınlaşdığı zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. (i.v. 32-34) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli, 19/556 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd sellofan torbalarda heroinə bənzər maddələr …» sözlər və imzalar olan bir ədəd kisədəki, 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri : - 3930,0qr, -2850,0qr, -3240,0qram, ümumi təmiz çəkisi -10020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 49-52) -X7 tibbi yoxlamanın 05 may 2022-ci il tarixli, 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs fiziki və psixi aslılıq olmadan narkotik vasitələrdən istifadə etməsi istisna olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 55) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 397 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v. 56-57) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 63-64) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(049)-170/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 133-137) - “İfadənin yerində yoxlanılması” haqqında 07 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları, hadisənin baş vermə ardıcıllığı və mexanizmini göstərmişdir. (i.v. 102-106) -Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Masallı rayonu Yeddi Oymaq kəndində qeydiyyatda olmaqla hazırda Türkiyə Respublikasında yaşayan X17 ilə qabaqcadan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşaraq sonuncu ona külli miqdarda narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Göyşaban kəndində Ağır Cinayətlər məhkəməsinin yaxınlığında olan maksimal hərəkət sürəti 60 olan yol nişanının altına qoydurduğu yerdən götürüb özündə saxlamasını istəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onunla aparılan profilaktiki söhbətlər zamanı Rəşad Məcidovun ona zəng etdiyi +90-***-***-**-** saylı Whatsapp nömrəsi ilə danışaraq narkotik vasitəni onun dediyi yerdən götürdüyünü, həmin narkotik vasitəni kimə verəcəyini soruşmuş, Rəşad Məcidov da narkotik vasitələri onun özündə saxlamasını, alıcı tapdıqdan sonra narkotik vasitələri kimə verəcəyini ona bildirəcəyini demişdir. Daha sonra davam edən əməliyyat tədbirləri nəticəsində X26 Talıbova təkrar zəng edərək narkotik vasitəni ondan götürməsi üçün adam göndərdiyini və həmin şəxsin ona zəng edəcəyini demiş, narkotik vasitəni həmin şəxsə verməsini istəmişdir. Rəşad Məcidovun zəngindən sonra adını bildirməyən şəxs Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək Rəşad Məcidovun mobil nömrəni verdiyini və narkotik vasitəni Təqsirləndirilən şəxs götürmək istədiyini bildirmiş və görüşüb narkotik vasitəni almaq üçün Lənkəran rayonuna gəlmək üçün çıxdığını bildirmişdir. Lakin bilinməyən səbəblərdən həmin şəxs bir daha Təqsirləndirilən şəxsla əlaqə saxlamamış və narkotik vasitəni Təqsirləndirilən şəxs götürmək üçün gəlməmişdir. Araşdırma zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-yə aid olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmiş, onun külli miqdarda narkotik vasitənin hansı yolla, kimin vasitəsilə Azərbaycan Respublikası ərazisinə gətizdirməsi müəyyən edilməmişdir. Bu istiqamətdə, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə istiqamətində, o cümlədən X9 və Təqsirləndirilən şəxsla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq narkotik vasitəni alacağı şəxsin olduğu yerin müəyyən edilib istintaqa təqdim edilməsi istiqamətində əməliyyat tədbirlərimiz davam etdirilir. Həmçinin xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda olan narkotik vasitənin mənbəyini hələlik müəyyən etmək mümkün olmamışdır. X17 barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Rəşad Məcidov xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət sərhədini keçərək Türkiyə Respublikasına getmişdir. (i.v. 107; 287) - “baxış keçirilməsi haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X17 ilə telefon danışığının köçürüldüyü 1 ədəd CD formatlı diskdə aşkar edilmiş audiofayl dinlənilərək, müəyyən edilmişdir ki, həmin audiofayılda 2 fərqli şəxsə aid səs mövcuddur və 2 fərqli şəxslər arasında dialoq aparılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin səs nümunələrindən 2-ci X11, 1-ci səs nümunəsi onun özünə məxsusdur: səs faylında 02 dəqiqə 38 saniyə müddəti olan aşağıdakı məzmunda səslər aşkar edildi: 2- Sağol sən neynirsən: 1- Canın başın necedi, gəldime evdəyəm indi, mənə baxe bunu necə eliyəy bə nə tər eliyəy, Bakıda bəs sən deyirdin adam var nə var 2- Hamamdasan toletdəsən sən hardan danışısan sən 1- Ə hamamda evdə danışan döyüləm ki, 2- Hə ə, gör nə deyirəm eee, bayaq mən çox qorxdume, sən bayaq biraz sərt danışdınee, dedim allah eləməmiş görəsən nəse oldu bu niyə belə danışır əə 1- Həyəcan varda necə yəni elə şey olar, necə danışım bəə 2- Hə, indi sən gör nə deyirəm, narahat olma da fsyo day hər şey bitti, yəni burda nəsə olsaydı allah eləməmiş olardı 1- Həə, aha 2- İndi qulaq as, baxdın nə qədənədi orda qaqa 1- 3 dənə bağlamadı 2- Orda ya 2 8 çəki söhbəti var ya 2 8 yada 3 söhbəti var, başa düşdün 3 olmalıdı 1- Bilmirəm qaqa, bunu kimə verim nə tər eliyim onu mənə de, mən qorxuram 2- Nədən qorxusan 1- Məndə qalsın bu, 2- Hələ qalıb dənə görək kimə hələ veririk qaqa, hələ mən pul verməliyəmee sabahları 1- Bundan sat ver də 2- Hələ bi kimə satım gözdə bi görək hələ kimi tapım 1- Sənin o qədər kanalların var Bakıda, allah evini tiksin 2- Qardaş indi kimə daveriya var, bu bir ikincisidə gör nə vaxtdan çıxmışam mən 1- Yaxşı, yaxşı, oldu yaxşı onda 2- Həə, eşitmirəm səsin gəlmədi 1- Deyirəm oldu yaxşı onda 2- Nətər yəni, gör nə deyirəme, sən eee orda tanış adam yoxdu nəsə dvijeniya eləməyə 1- Kimə verim ki, mənim elə adamım yoxdu axı qaqam, mən birdən ikiyə verməmişəm axı belə şeynən məşğul olmamışam axı ştobı kimə sə verim hııı 2- Nə bilim, nə deyim valla mən də qalmışam belə(nəsə deyir, anlaşılmır) 1- Yaxşı oldu onda, mən də çıxıram evə, tər suyam indi yuyunub zad eliyəcəyəm Yaxşı oldu brat ged, səhər danışarıq inşallah. (i.v.111-113) - “tanınmaya təqdim etmə” haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2022-ci il tarixdə ona zəng edərək Lənkəran rayonu Göyşaban kəndində yerləşən yol nişanının altından bir ədəd bağlamada, külli miqdarda olan narkotik vasitəni götürüb Bakı şəhərinə apararaq orada bildirəcəyi şəxsə verib gördüyü işin qarşılığında 100 manat pul alacağını ona təklif etmiş şəxsin fotoşəkilini təqdim olunan şəxslərin fotoşəkilləri arasından nəzərdən keçirib 3-cü sırada olan fotoşəklini göstərib, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona zəng edərək yol nişanının altından bir ədəd bağlamanı götürməsini təklif etmiş tanışı X17 olmuşdur. (i.v. 114-115) - DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2022-ci il “elektron sənəd dövriyyəsi” sistemində qeydiyyat məlumatlarının çıxarışından görünür ki, X17 xx.xx.2021-ci il tarixdə, saat 04:24:34-də ölkə ərazisini tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. (i.v.120) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X17 barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. (i.v. 174-175) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 17/6-10308 saylı məktubdan görünür ki, ƏN PX-də fəaliyyət göstərən “mərkəzi məlumat bazası”nda mövcud olan məlumata əsasən, məhkumlar xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək) və xx.xx.1980-ci il təvəllüdlü X15 (xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdirlər. (i.v. 196) - “baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefon “Redmi miui” markalı olmaqla, İMEİ1:**********33181 və İMEİ2:**********33199 kodlu, Çin istehsalıdır. Telefonda Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ***-***-**-** saylı mobil sim nömrə taxılı olmuşdur. Telefonun yaddaşında olan nömrələrə baxış keçirilərkən Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi “Rəşad Məcidov” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə aşkar edildi. Telefonda olan giriş-çıxış zənglərin siyahısına və sms mətnləri siyahısına baxış keçirilərkən ***-***-**-**, +90-***-***-**-** və “Rəşad Məcidov” adı ilə telefona qeydə alınmış ***-***-**-** saylı mobil nömrələrin qeydiyyatı aşkar olunmadı. Bundan başqa “Rəşad Məcidov” adı ilə mobil telefonun yaddaşında qeydə alınmış ***-***- **-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan “Whatsapp” mətnləri və səs yazıları müəyyən edildi: 1- Təqsirləndirilən şəxs, 2-Rəşad Məcidov xx.xx.2022 2- Salam, menimle sroçnu elaqe saxla - 16:08: 1- Salam, kimdi- 17:12: 2mezelenirsen, rewaddı- 17:35: 2- Səs yazısı (17 saniyə)- 17:40 Səs yazısı-Azər məzələnirsən, mənəm Rəşaddı Məcidov, mən qaqa Türkiyədəyəm, brat bilirsən İstanbuldayam, mənim vaxtım yoxdu, ora bura qaçıram bi dənə məni yığ orda bi dənə iş var, gücdü işdi, gör hələ ağlın nə kəsir brat o günnəri həll olunmalıdı Buraxılmış səsli zəng 17:24: Buraxılmış səsli zəng 17:31: Buraxılmış səsli zəng 17:33 1-Səs yazısı (11 saniyə)- 18:06 Səs yazısı-Qaqaş mənim telefonum yanmışdı, bütün nömrələr silinmişdi, bilmirdim sənsən sənə zəng eliyirəm götürmürsən, bayaq evdə deyildim gəldim evə indi evdəyəm bi dənə zəng elə 2- Səs yazısı (21 saniyə)- 21:43 Səs yazısı- “Salam, salam, azi nətərsən, evdə yox idime indi girdim, hələ bu zəng eləmiyib gözdiyirəm, ancaq mən danışdım onnan, deyir nə bilim sığorta nə bilim bilmirəme özün sığortalamaq istiyir olar tərəfdən də biz tərəfdən bişey yoxdu, arxayınçılıqdı, indi hə yox oldu sənə deyəcəmdə də fərqi nədiki, yaxşı qaqaş” Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Rəşad Məcidovla olan həmin səs yazısında və zənglərdə Rəşad Məcidov ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışmışdır. Belə ki, Rəşad Məcidov ona bildirmişdir ki, tanışı ona külli miqdarda narkotik vasitələrin satışı barədə təklif etmişdir. Rəşad da, ona etibar etdiyi üçün narkotik vasitələrin satışını onunla birlikdə həyata keçirmək istədiyini bildirmiş və o, Rəşad Məcidovla razılaşmışdır. 1-Səs yazısı (38 saniyə)- 21:44 Səs yazısı- Abıçnı bu işlər gec salam reşka neyniyisən, İstanbula mənnən salamlar, martın axırı gələcəm allah qoysa Elnurnan gələcüyük martın axırı, hə martın axırı gəlciyüy indi sabah da şəkilləri atacam sənə köynək paltarların martın axırı orda olsun gələcəm İstanbula gələciyiy, gör nə deyirəm iiii bu hal proseslər fsyo takii gecə olur qaqam bildin necə 11-dən sora da dalşi səhərə kimi tak şto lyuboy vaxtı zəng eliyə bilərsən, davay Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin səs yazısında o, Rəşad Məcidova narkotik vasitələrin satışının axşam saatlarında baş verdiyini demişdir. Yəni həmin vaxtı narkotik vasitənin satışı barədə ona təklif etmiş tanışı onun zənglərinə cavab vermədiyi üçün o, Rəşada həmin şəxslə axşam danışmasını istəmişdir. Bundan başqa danışıqlarında adını çəkdiyi Elnur adlı şəxs dostu X12r. Elnur Kazımovun onların danışıqlarından və narkotik vasitələrdən məlumatı olmamışdır. Elnur Kazımov ticarətlə məşğul olduğundan və Türkiyə Respublikasına gedəcəyi üçün o, da X14 gələcəyini Rəşad Məcidova bildirmişdir. 2-Fotoşəkil Rəşad Məcidova məxsus ikamet izni belgesinin şəkili(müvəqqəti yaşayış sənədi) 2-Səs yazısı (22 saniyə)- 22:27 Səs yazısı- (başqa şəxsin səsi) Qaqa başuva dönüm gör nə deyiyəm, allah qoysa salamatçılıq olsun, bu gün alınmadı işim gələ bilmiyəm inşallah, inşallah, birinci gün allah qoysa, inşallah hər bir şey səndədi qaqa arxayın ol sən işivi səhmanla ginən əbəlfəz haqqı birinci gün hər şey səndədi qaqa 2-Səs yazısı (40 saniyə)- 22:28 Səs yazısı- Qaqa gör nə deyirəm, ba sənə bu səsi atdım, görüsən, and içir deyir əbəlfəz haqqı deyir qaldı sabaha birinci günə deyir qaldı, yəni azi mən hesablamışam götün başın oyana bu yana hamısın yanı burda qəşəy pul var da başa düşdün yanı mən bu dəqiqə prablemin içindəyəm ki, mənə də çoxlu pul lazımdı, brat yanı gözdüyürəm də yanı qaqaş birinci gün inşallah bu iş alınacaq yanı bu günnəri get yat narahatçılığa ehtiyac yoxdu Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Rəşad Məcidov ona tanışının səsini ataraq həftənin birinci günü narkotik vasitəni əldə edəcəyini, narahat olmamağını istəmişdir. X19 səs yazısında olan şəxsi tanımadığını, həmin şəxsin adını və haralı olmasını bilmədiyini, yəni Rəşad Məcidovun ona həmin şəxs barəsində heç bir məlumat vermədiyini bildirdi. 1-Səs yazısı (30 saniyə)- 22:30 Səs yazısı- Hə heç bi şey brat allah köməyin olsun, şeydi birinci gün birinci gün də, bu işlər elə olur da olur görüsən bir iki gün yubanır, şey eləmədə boş buraxma kankretni qaqaş, boş buraxma görəy neyniyirüy, mən yəni hazıram, boş buraxma, oldu qardaş gecən xeyirə, oldu qaqam, allah qoysa birinci gün keçirdərüy həyata davay brat 2-Səs yazısı (58 saniyə)- 22:32 Səs yazısı- Hə ye belə yo boş buraxmıram belə özü mənə təklif eliyir bu işi belə götürəndə o uşağın, çoxdan tanıdığım bir adamdı, bildin nətər, sən öl sən tanımırsan tanısan adını sənə deyərdim pramoy, prosta qaqa yəni mənim burda itirəcəyim bi şey yoxdu, sənin də itirəcəyin bişey yoxdu, işdidə təklif eliyir heçnə başa düşdün o səs varaa o səsi o adamın mənim adamımın gördüyü adam göndərib ona bildin nə tər öz səsi döyül bu, o da buna deyir ki, gözlə birinci gün əbəlfəzə and olsun deyir, birinci gün deyir hazır olacaq deyir narahat olma, mənnən iş görən oğlan isə deyir ki, istiyirəm ki, bu işi sən görəsən, yəni mən görəm bildin nətər, elə bilki napravadit eliyir mənim üstümə mən də dedim ki, problem yoxdu, mənim də dostlarım var həll eliyəcəm. İnşallah yaxşı olar brat heç elə bilki prosta qaqa naxadı ordan beş min o uşağa göndərməy lazımdı. Onnan sonra dalşı özümüz həll eliyəcəyiy də bildin necə. Belə qaqa oldu öpürəm özünnən muğayət ol, biz əlaqədəyiy, 1-Səs yazısı (17 saniyə)- 22:33 Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəni o, əldə etdikdən sonra Rəşad Məcidova bu işi təklif etmiş şəxsə işi onlara yönləndirdiyi üçün 5000 manat pul verməli imişlər. Pulu verdikdən sonra əldə olunan narkotik vasitələri satıb daha sonra pulunu Rəşadın deyəcəyi şəxsə verəcəkmişlər. Səs yazısı- Əəə problem döyüle beş min onçun yollamay srazu bez problem yollamaq olar bez problem oldu qaqam hə lap yaxşı oldu qaqam allah amanında sənnən zəng gözdüyürəm davay xx.xx.2022 1-Səs yazısı (16 saniyə)- 13:10 Səs yazısı- Salam rəşi necəsən nə var nə yox canın başın necədi, orda bilmirəm saat neçədi indi yatıbsan ya yox, bugünə demişdiye birinci gündü qaqam bi dənə maraqlanan hələ o işnən bağlı görəy hələ qaqa 2-Səs yazısı (18 saniyə)- 13:11 Səs yazısı- Hə salam, salam Azi yo burda saat 12-ə işliyib, birə işliyib indi, 12-di 1-ə işliyib, bir saat fərqimiz var, hə indi səs atdım məndə qaqam səs atmışam görüm hələ hələ cavab vermiyib, xəbər eliyəcəm kaneşna, hə bugünə demişdi də görək hələ nolur 1-Səs yazısı (07 saniyə)- 13:13 Səs yazısı- Maraqlan da qaqam maraqlan üstünə düş də heç bişey yaxşı xəbər gözdüyürəm sənnən Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, aralarında olan danışıqda xx.xx.2022ci il tarixdə, yəni həftənin bazar ertəsi gününə təyin olunmuş vaxtda razılaşmalarına əsasən narkotik vasitələrin onlara verilməli olduğu üçün Rəşad Məcidova bunu bildirir, Rəşad Məcidov da ona həmin şəxsə “Whatsapp”-da səs atdığını, lakin hələ cavab almadığını bildirir. xx.xx.2022 1-Səs yazısı (05 saniyə)- 00:58 Səs yazısı- Neyniyisən, noldu vüsi alındı bişey, svyaza çıxdı. 2-Səs yazısı (12 saniyə)- 01:00 Səs yazısı- Yoxe azi yatmamışam mən də çıxmıyıb svyaza, yazmışam, zəng də eliyirəm dalbadal, inanısan zəng çatmıre vabşe onun internetinə 1-Səs yazısı (08 saniyə)- 01:01 Səs yazısı- Həə, əl çəkmədə, əl çəkmə, axırı bir şey çıxardacıyıy ortaya əl çəkmə onnan konkretni 1-Səs yazısı (14 saniyə)- 01:01 Səs yazısı- bi danışda niyəsində denən ə bu necə seydi gəlmişuy belə flan bildin necə sən svyazdan itirsən nə məsələdi də bunun aydınnığın istə onnan da bu necə şey olure 1-Səs yazısı (04 saniyə)- 01:01 Səs yazısı- Akuratnı da yəni qaçırtmamağ şərtiynən bildin necə 2-Səs yazısı (10 saniyə)- 01:01 Səs yazısı- hə brat yatmamışam ki, inanısan yazıram, zəng də eliyirəm dalbadal cavab versin görəy bu niyə belə qəhbəlik eliyir saat uje birdi hə sizdə bizdə 12 oldu uje 2- oldu brat - 01:02 Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, aralarında olan danışıqda razılaşmalarına əsasən onlara narkotik vasitələri verilməli olan şəxslə Rəşad Məcidov əlaqə saxlaya bilmədiyini Təqsirləndirilən şəxs bildirir, Təqsirləndirilən şəxs da Rəşad Məcidovdan həmin şəxsdən əl çəkməməsini, bu işin üstünə düşüb razılaşdıqları kimi həmin şəxslə danışıb narkotik vasitələri əldə edib, satışını həyata keçirməli olduqlarını bildirir. xx.xx.2022 Bu mesaj silindi- 22:43 Bundan başqa adı qeydə alınmayan Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Rəşad Məcidova aid +90-***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan “Whatsapp” mətnləri və səs yazıları müəyyən edildi: xx.xx.2022 2- **********- 21:15 xx.xx.2022 1-Fotoşəkil(Lənkəran rayonu Göyşaban dairəsi)- 22:31 Buraxılmış səsli zəng 22:33: Buraxılmış səsli zəng 22:33 2-Bu mesaj silindi- 22:33: 2-Bu mesaj silindi- 22:33:2-Bu mesaj silindi- 22:33 Buraxılmış səsli zəng 22:34: Buraxılmış səsli zəng 22:34 2-Bu mesaj silindi- 22:34 Buraxılmış səsli zəng 22:34 2-Bu mesaj silindi- 22:34 Buraxılmış səsli zəng 22:34: Buraxılmış səsli zəng 22:35: Buraxılmış səsli zəng 22:36 2-Bu mesaj silindi- 22:36: 2-Bu mesaj silindi- 22:36: 2-Bu mesaj silindi- 22:36 1-Fotoşəkil(Lənkəran Ağır cinayətlər məhkəməsi)- 22:38 1-Səs yazısı (03 saniyə)- 22:39 Səs yazısı- Mən neyniyim Ləvəngiyə tərəf gedim qaqa 2-Bu mesaj silindi- 22:40: 2-Bu mesaj silindi- 22:41: 2-Bu mesaj silindi- 22:41: 2-Bu mesaj silindi- 22:41 Buraxılmış səsli zəng 22:44 2-Bu mesaj silindi- 22:48: 2-Bu mesaj silindi- 22:48: 2-Bu mesaj silindi- 22:50 Buraxılmış səsli zəng 22:51: Buraxılmış səsli zəng 22:59 2-Bu mesaj silindi- 22:59 Buraxılmış səsli zəng 22:59 2-Bu mesaj silindi- 23:00: 2-Bu mesaj silindi- 23:00: 2-Bu mesaj silindi- 23:01: 2-Bu mesaj silindi- 23:04: 2-Bu mesaj silindi- 23:04: 2-Bu mesaj silindi- 23:06 Buraxılmış səsli zəng 23:08 2-Səs yazısı (06 saniyə)- 23:50 Səs yazısı- Brat, neyniyisen, getdin evə çıxdın ya yo, bi dənə mənə hə yox denən də səni gözdüyürəm axı, Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə həmin mobil nömrə ilə Rəşad Məcidovla danışmış, Rəşad Məcidovla olan həmin danışıqlarda qeyd edilən günü Rəşad Məcidovun ona Lənkəran rayonu Göyşaban kəndində, yolun kənarında olan külli miqdarda narkotik vasitələri götürmək üçün getməsini istəməsi, oraya gedən zaman yolu və narkotik vasitənin yerini ona bildirməsi üçün Rəşad Məcidovla olan danışıqlarıdır. O, saxlanıldıqdan sonra Rəşad Məcidov aralarında olan yazışmaları silmişdir. xx.xx.2022 2- brat, zəng elə də mənə, 00:00 2-Bu mesaj silindi- 00:03: 2-Bu mesaj silindi- 00:06 2- Salam, brat, alo, qaqaw mənimlə elaqe saxla 09:59 Buraxılmış səsli zəng 09:43: Buraxılmış səsli zəng 09:57: Buraxılmış səsli zəng 10:14: Buraxılmış səsli zəng 11:00: Buraxılmış səsli zəng 11:03: Buraxılmış səsli zəng 11:06 1- Salam, qaqa 11:41: 2- Neynirsen 11:42 1- Evdən 11:42 2- Hardasan 11:42 1- Cxm 11:42 2- Yatmışdınmı, meni yıq 11:42 1- Ha, qaqa, neynirsan 11:43 2- Evdeyem 11:43 1- Cxm, yqacam 11:44 2- Ay brat, işim var axı, ay huy, qaqaş, brat salamatçılıqdı? Ne oldu sana? Qaqaş bir xeber çıxmadı axı senden 12:34 Buraxılmış səsli zəng 13:04 2-Brat meni yiq 13:05 Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Rəşad Məcidovun ona yazdıqları mətnlərdir. Bundan başqa adı qeydə alınmayan ***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan “Whatsapp” mətnləri və səs yazıları müəyyən edildi: 1- Təqsirləndirilən şəxs, 2-digər şəxs xx.xx.2022 2-Salam 12:57 1-Salam 12:57 2-qardaş resaddı sizi narahat edən, inşallah birazdan çıxacam mən 12:58 2-qardaşım çıxdım mən 14:26 1-Yaxşı qaqa gel 2-ok 14:27 1-Qaqaş harda qaldız 16:57 Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, saxlanılıb Rəşad Məcidovla olan telefon danışığından sonra narkotik vasitələri götürməsi üçün ona sonuncunun bildirdiyi adını bilmədiyi şəxsin narkotik vasitələri götürmək üçün xx.xx.2022-ci il tarixdə ona zəng edib danışdığı, daha sonra “Whatsapp”-da ona yazaraq narkotik vasitəni götürmək üçün yola çıxması barədə olan danışıqlarıdır. Lakin ona məlum olmayan səbəblərdən daha sonra həmin nömrəyə zəng çatmamış və nömrənin istifadəçisi narkotik vasitəni götürmək üçün gəlməmişdir. Baxış zamanı +**********71 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 5 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə, saat 16:39-dan başlayaraq saat 23:50-dək olan müddət ərzində ümumilikdə 24 dəfə, xx.xx.2022-ci il tarixdə isə 14 dəfə, Whatsapp danışıq zəngləri müəyyən edildi. Bundan başqa Rəşad Məcidov adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə 10 dəfə, xx.xx.2022-ci il tarixdə 2 dəfə, xx.xx.2022-ci il tarixdə 3 dəfə, xx.xx.2022-ci il tarixdə 1 dəfə, xx.xx.2022-ci il tarixdə 8 dəfə Whatsapp danışıq zəngləri müəyyən edildi. Bundan başqa ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 10:34-də, 12:56-da, 12:58-də, 16:58-də, 17:46-da Whatsapp danışıq zəngləri müəyyən edildi. Bu da onu göstərir ki, Azər X2 və digərləri ilə qabaqcadan sövdələşib razılaşaraq qrup halında Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin satışını həyata keçirmişlər. (i.v. 203-236) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i.v. 259-260) -xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi ilə bağlı cinayət işi materiallarından X17 və digərləri barəsində ərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (i.v. 312-313) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tanışı Rəşad Məcidovun ona içində iki kiloqram narkotik vasitə olan çantanı götürməyi tapşırdığını, sonuncunun deiyi yerə gəldiyini, lakin çanta olmadığına götürmədiyini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını və onların təkidi ilə içində 10 kiloqram narkotik vasitə olan çantanı götürüb təqdim etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə içində iki kiloqram narkotik vasitə olan çantanə götürmək üçün hadisə yerinə gəldiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində narkotik vasitələri qoyulduğu yerdən götürməsi barədə digər şəxslə danışıq aparmağını, aralarında olan razılıq əsasında narkotik vasitənin qoyulduğu yerdən götürmək üçün idarə etdiyi avtomobillə həmin əraziyə gəlməsini, narkotik vasitələrin olduğu yerdın götürməsini, çantanı açıb içində ona deyildiyi kimi 3 bağlamada heroin olmasını gördüyünü,bundan sonra həmin çantanı götürüb avtomobilinə doğru gedərkən polis əməkdaşları tərəfindən saxlannıldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı “Rəşad” adlı şəxslə sosial şəbəkə vasitəsi ilə danışdığını, narkotik vasitənin qoyulacağı yerin “Rəşad” adlı şəxs tərəfindən ona deyildiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs müşahidə edərkən onun hadisə yerində avtomobilini saxladığını, narkotik vasitənin qoyulduğu yerə gedib oradan həmin çantanı götürdüyünü və avtomobilinə qayıdarkən saxlanıldığını və şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan həmin torbanın içindən heroin aşkar edildiyini, Təqsirləndirilən şəxs da şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, narkotik vasitənin yeri barədə Rəşad adlı şəxsdən məlumat aldığını, götürdüyünü və sonuncunun deyəcəyi yerə aparacağını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Lənkərand rayonu, Göyşaban kəndi ərazisində Lənkəran şəhəri istiqamətində “60” sürət həddini məhdudlaşdıran yol nişanının altında gizlədilmiş narkotik vasitələri götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu, Şahid3, Şahid4 və Şahid5 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 05 may 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolu və əlavə edilmiş fotolar, telefona baxış keçirilməsi zamanı əldə edilmiş foto və səs yazıları, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 05 may 2022-ci il tarixli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran ŞRPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 09 may və 10 oktyabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin və qurudulmuş marixuana yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5 və 326.2-ci maddələri ilə ilə təqsirli bilinib 09 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə ilə təqsirli bilinib 03 il 09 ay 12 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 09 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmişdir.(i.v 143-145) - Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2016 və xx.xx.2018-ci il təvəllüdlü iki azyaşlı uşağından ibarətdir. X4 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Təqsirləndirilən şəxs Ərkivan qəsəbəsində yaşadığı müddətdə özünü orta səviyyədə aparmışdır. (i.v. 122-124). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 may 2022-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 537 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10019,85 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk, Təqsirləndirilən şəxs X17 ilə olan telefon danışığının köçürüldüyü 01 ədəd CD disk və X9 Təqsirləndirilən şəxs ilə Whatsapp vasitəsilə olan səs yazılarının köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 09 (doqquz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 10019,85 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü DVD disk, Təqsirləndirilən şəxs X17 ilə olan telefon danışığının köçürüldüyü CD disk və X9 Təqsirləndirilən şəxs ilə “WhatsApp” vasitəsilə olan səs yazılarının köçürüldüyü CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar