Məhkəmə qərarları › İş №1(099)-71/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-71/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-71/2024 10.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində 01 oktyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, «o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Şahid1, Şahid2 və qeyriləri ilə ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 4970,8 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda - 238,95 qram çəkidə narkotik vasitə heroini, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 99,88 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Ələt-Astara avtomagistralının Astara rayonu ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində yerləşən və üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığında gizlədərək bu barədə qrupun üzvü Təqsirləndirilən şəxs məlumat vermiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs qrupun digər üzvləri Şahid2 və Şahid1 bu barədə məlumat vermiş, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yuxarıda qeyd edilən ünvana gedərək sonuncu idarə etdiyi avtomobildə gözləmiş, Şahid2 və Şahid1 isə şəxsiyyəti istintaqla araşdırılan şəxsin satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitələri qeyd olunan ünvandan götürüb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə daşımaq üçün üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığına getmişlər, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 05 may 2021-ci ildə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid2 və Şahid1 şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşının satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitələri qeyd olunan ünvandan götürərkən saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Astara Rayon Şöbəsinə gətirilmiş və üzərilərinə keçirilən baxış zamanı külli miqdarda - 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 4970,8 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda - 238,95 qram çəkidə narkotik vasitə heroin, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 99,88 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür». Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin ona bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, 05 may 2021-ci ildə tanışları Şükran və Sadiqi 50 manat pulun müqabilində Astara rayonuna aparmış, Ələt-Astara yolunda Şükran və Sadiq təbii ehtiyaclarını ödəmək üçün avtomobili saxlamasını istəmiş, avtomobili saxladıqdan sonra hər ikisi ilk olaraq yolun onun avtomobili saxladığı tərəfə getmiş, sonra isə onlar yolun əks tərəfinə keçmiş, həmin yerdə kanal kimi olan yolun altına keçmiş, sonra Şükranı və Sadiqi görməmiş, onların gəlmədiklərini görüb onlara zəng etsə də, onun zənginə cavab verilməmiş, onların tutulmasın bilməmiş, həmin yeri tərk edib getmiş, hadisədən sonra normal həyatına davam etmiş, hadisədən bir ay sonra onların tutulmalarını eşitmiş, sonuncuların narkotik vasitə üçün gəlmələrindən məlumatı olmamış, qardaşı ilə birgə sonuncunun avtomobilində Neftçaladan gələrkən yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində qardaşı dünyasını dəyişmiş, o isə ağır bədən xəsarətləri almış, hadisədən sonra saxlanılarkən axtarışda olduğunu bilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə məruz qalmış, Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi yoxlamadan keçirilmiş, orada sorğu-sual olunmuşdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilməmiş və Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Şahid1 məhkəmədə şahid qismində dindirilərkən barəsində çıxarılmış və hazırda qanuni qüvvəyə minmiş hökm üzrə məhkəmədə verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 05 may 2021-ci ildə tanışı Şəhriyara avtomobili ilə onu Astara rayonuna aparmasını təklif etmiş, orada tanışı ilə görüşüb işlərini bitirəndən sonra yeyib-içəcəklərini demiş, Şəhriyar onunla razılaşıb tanışı Şahid2 də özü ilə götürəcəyini bildirmiş, o da buna etiraz etməmiş, həmin gün gecə saatlarında Şəhriyar Sadiqlə birlikdə onun yanına gəlmiş, Şəhriyarın idarə etdiyi avtomaşınla Astara rayonuna getmiş, Şəhriyar onun narkotik maddələr götürmək üçün Astaraya getdiyini bilməmiş, gecə saat 01 radələrində Astara rayonuna çatıb Ərçivan kəndinin ərazisində, avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığına çatanda tualetə getmək istədiyini bildirib Şəhriyara avtomaşını saxlamasını istəmiş, həmin vaxt Sadiq də tualetə getmək istədiyini bildirmiş, Şahriyar həmin yerdə avtomaşını saxlamış, sonra o və Sadiq avtomaşından düşüb yolun kənarına keçmiş, elə həmin vaxt 8-9 nəfər mülki geyimdə olan şəxslər tərəfindən saxlanılaraq Astara rayon polis şöbəsinə aparlmış, orada Şəhriyarın portaldan ağ-qaralı şəkli çıxarılaraq ona təqdim olunaraq sonuncunun da narkotik vasitədən xəbəri olması barədə izahat verməyə məcbur edilmişdir. Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, Şəhriyarın bundan xəbəri olmamış, onun təklifi ilə yeyib-içmək və Astarada gəzmək məqsədi ilə onlar onunla birlikdə Astara rayonuna getmişlər. Hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilməmiş və Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinb 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Şahid2 məhkəmə iclasında şahid qismində dindirilərkən barəsində çıxarılmış və hazırda qanuni qüvvəyə minmiş hökm üzrə məhkəmədə verdiyi ifadəsini təsdiq etməklə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 CM-in 228.4, 234.4.1, 234.4.3 və 315ci maddələri ilə təqsirli bilinb 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinb 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökmdən görünür ki, məhkum olunmuş Şahid1 və Şahid2 barələrində olan cinayət işi üzrə məhkəmədə verdikləri ifadələrində də Təqsirləndirilən şəxs narkotik vasitələrdən məlumatı olmadığını, onun Astara rayonuna yeyib-içmək təklifi ilə aparıldığını göstərməklə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan “baxış və götürmə aparılması haqqında” 05 may 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid2 və Şahid1 05 may 2021-ci ildə, gecə saat 01:00 radələrində Ələt-Astara avtomagistralının Astara rayonu ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində yerləşən və üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığında saxlanılaraq DTX-nın Astara Rayon Şöbəsinin inzibati binasına dəvət edilib orada üzərlərinə keçirilən baxış və götürmə zamanı onlardan 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 4970,8 qram çəkidə narkotik vasitə tiryək, 238,95 qram çəkidə narkotik vasitə heroin, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı 99,88 qram metadon preparatı, Şahid1 01 ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ƏTBİ-nin 5-ci şöbəsinin 7 nömrəli arayışına əsasən tədqiqata təqdim edilən təmiz çəkisi 2127,85 qram, qalıq çəkisi 2127,75 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; təmiz çəkisi 4970,80 qram, qalıq çəkisi 4970,55 qram qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; 2497 ədəd həbin tərkibindəki ümumi təmiz çəkisi 99,88 qram, qalıq çəkisi 2493 həbdə 99,72 qram olan əsas komponent narkotik vasitə metadondur; quru halda təmiz çəkisi 238,95 qram, qalıq çəkisi 238,85 qram bej rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 may 2021-ci il tarixli 6/1843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №95” dairəvi möhür əksi olan ağ rəngli sintetik kisənin içərisində bir ədəd qara rəngli sellofan torbada olan 5 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 996,7 qram 990,1 qram, 995,8 qram, 991,1 qram, 996,85 qram olmaqla ümumi təmiz çəkisi 4970,55 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir – biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Digər iki ədəd sellofan bükümdə təmiz çəkisi 6,280 qram, 232,67 qram olmaqla ümumi təmiz çəkisi 238,85 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim olunmuş ümumi sayı 2493 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 99,72 qram (1 ədəd həbdə 0,4 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli ARQ ilə təqdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 may 2021-ci il tarixli 7/433 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik kisədə 2 (iki) ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 1018,54 qram; 1109,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş iki ədəd qara rəngli polietilen torbada olan marixuanaların ümumi çəkisi – 2127,75 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. İş materiallarında olan ambulator-narkoloji tibbi yoxlamanın 28 noyabr 2022-ci il tarixli 7188 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı bildirmişdir ki,narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BNMİ-in 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Şahid2 və Şahid1 aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə etmələri aşkar edilmiş, lakin Şahid2 və Şahid1 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni nə vaxt, kimdən və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2127,65 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 238,75 qram narkotik vasitə heroin, 2489 ədəd narkotik vasitə metadon həbi və qalıq çəkisi 4970,3 qram narkotik vasitə tiryək və bir ədəd bıçaq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılır, Şahid2 və Şahid1 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” diskin surəti cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon icra şöbəsinin 22 iyun 2022-ci il tarixli, 8342-108972\22-15-5 nömrəli məktubundan və ona əlavə edilmiş həmin tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan bir ədəd bıçaq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən məhv edilmişdir. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü tarixli aktdan görünür ki, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2127,65 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 238,75 qram narkotik vasitə heroin, qalıq sayı 2489 ədəd metadon həbi və qalıq çəkisi 4970,3 qram narkotik vasitə tiryək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən məhv edilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla – Təqsirləndirilən şəxs, şahidlər – Şahid1 və Şahid2 barəsində çıxarılmış və hazırda qanuni qüvvəyə minmiş hökm üzrə məhkəmədə vermiş olduqları ifadələrini, eləcə də hazırki iş üzrə şahid qismində verdikləri ifadələr, “baxış və götürmə aparılması haqqında” 05 may 2021-ci il tarixli protokol, məhkəməkimyəvi ekspertizasının 07 may 2021-ci il tarixli 6/1843 nömrəli və məhkəmə-bioloji ekspertizasının 07 may 2021-ci il tarixli 7/433 nömrəli rəyləri ilə müəyyən edilir ki, Şahid1 və Şahid2 qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti araşdırılan şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 4970,8 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda - 238,95 qram çəkidə narkotik vasitə heroini, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 99,88 qram narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya digər şəxslərin vasitəsilə Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsinin 198ci kilometrliyində yerləşən və üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığında gizlədilmiş, 05 may 2021-ci ildə, gecə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid2 və Şahid1 şəxsiyyəti araşdırılan İran İslam Respublikasının vətəndaşının satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitələri qeyd olunan ünvandan götürərkən saxlanılmışlar. Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Şahid1 və Şahid2 barəsində çıxarılmış və hazırda qanuni qüvvəyə minmiş hökm üzrə məhkəmədə vermiş olduqları ifadələrdən, eləcə də hazırki iş üzrə şahid qismində verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 və Şahid2 cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını bildirmiş, eləcə də Təqsirləndirilən şəxs həmin gün Şahid1 və Şahid2 saxlanılmasından, yəni hadisədən bir ay sonra onların tutulmalarını eşitmiş, həmçinin bu iş üzrə onun barəsində axtarış verilməsindən məlumatı olmamış, gündəlik normal həyatına davam etmiş, qardaşı ilə birgə sonuncunun avtomobilində Neftçaladan qayıdarkən yolnəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində qardaşı dünyasını dəyişmiş, o isə ağır bədən xəsarətləri almış, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılarkən barəsində axtarış elan olunduğunu bilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə məruz qalmış, və cinayət məsuliyyətinə cəlb edilmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzib olunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız Şahid1 va Şahid2 barəsində olan cinayət işi üzrə onların şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələr əsasında, yəni onun idarə etdiyi avtomobillə Şahid1 və Şahid2 hadisə yerinə aparması halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut - Şahid1 və Şahid2 hazırki cinayət işi üzrə deyil, özləri barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələridir ki, hansıları ki, cinayət təqibinin sonrakı mərhələsində elə onların özü tərəfindən Təqsirləndirilən şəxs aid hissədə tamamilə inkar olunmuşdur. Məhz bunun məntiqi nəticəsidir ki, Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində Təqsirləndirilən şəxs münasibətdə göstərilən hallarla bağlı şübhə yaranmamıs Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə hər hansı statusda yenidən dindirməmiş, ziddiyyətli məqamları aradan qaldırmaq üçün onlar arasında üzləşdirmə keçirməmişdir. Çünki qeyd olunan istintaq hərəkətləri ibtidai araşdırma zamanı aparılacağı təqdirdə, Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində Təqsirləndirilən şəxsla bağlı göstərdikləri hallar tamamilə təkzib olunacaqdır. Azərbaycan Respublikası CPM-in 124.1, 125.1 və 145.3-cü maddələrinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”, “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”, “İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda,onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Qanunun qeyd olunan normalarına əsasən (hazırki işə münasibətdə) məlumatın həqiqiliyinə şübhə olmadıqda həmin məlumat mötəbər sayılmaqla sübut hesab olunur. Lakin Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində Təqsirləndirilən şəxsla bağlı əks olunmuş məlumatların həqiqiliyini cinayət qanununun qeyd olunan normaları baxımından təhlil etdikdə, həmin məlumatların həqiqiliyinə kifayət qədər şübhə yaranır. Birinci Şahid1 və Şahid2 həm barələrində olan cinayət işi üzrə təqibin sonrakı mərhələlərində, həm də Təqsirləndirilən şəxsla bağlı məhkəmə iclasında verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi ilə əlaqəsini tamamilə inkar etmişlər. İkincisi nə istintaq orqanı, nə də ki, dövlət ittihamçısı Şahid1 və Şahid2 barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində Təqsirləndirilən şəxsla bağlı əks olunmuş məlumatların doğruluğun təsdiq edəcək hər hansı bir sübut əldə etməmiş və məhkəməyə təqdim etməmişdir. Buna görə də, Şahid1 və Şahid2 qeyd olunan məzmunlu ifadələri Azərbaycan Respublikası CPM-in 124.1 və 125.1-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün sübut hesab olunmamalıdır. Bununla yanaşı istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilmişdir ki, “qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır» . Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Şahid1, Şahid2 və qeyriləri ilə ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 4970,8 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda - 238,95 qram çəkidə narkotik vasitə heroini, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 99,88 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Ələt-Astara avtomagistralının Astara rayonu ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində yerləşən və üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığında gizlədərək bu barədə qrupun üzvü Təqsirləndirilən şəxs məlumat vermiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs qrupun digər üzvləri Şahid2 və Şahid1 bu barədə məlumat vermiş, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yuxarıda qeyd edilən ünvana gedərək sonuncu idarə etdiyi avtomobildə gözləmiş, Şahid2 və Şahid1 isə şəxsiyyəti istintaqla araşdırılan şəxsin satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitələri qeyd olunan ünvandan götürüb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə daşımaq üçün üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığına getmişlər, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 05 may 2021-ci ildə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid2 və Şahid1 şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşının satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həmin çəkidə narkotik vasitələri qeyd olunan ünvandan götürərkən saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Astara Rayon Şöbəsinə gətirilmiş və üzərilərinə keçirilən baxış zamanı külli miqdarda - 2127,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 4970,8 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda - 238,95 qram çəkidə narkotik vasitə heroin, 2497 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 99,88 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxslər Şahid1 və Şahid2lə, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eləcə də cinayət işinin materiallarında olan ifadələr və digər sənədlərin kserosurətlərini çıxarıb hazırki işə əlavə etməklə tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Şahid1 və Şahid2 tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, § 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid1 və Şahid2 barələrində olan cinayət işi üzrə məhkəmədə verdikləri ifadələrində, eləcə də bu iş üzrə şahid qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələr dalınca gedilməsindən məlumatı olmadığını, həmçinin avtoqəza hadisəsi baş verən anadək barəsində axtarış elan olunmasından da xəbərsiz olmasını göstərmişdir. Bu xüsusatlar da, Təqsirləndirilən şəxs Astara rayonu ərazisinə gəlməsində narkotik vasitə əldə etmək məqsədinin olmamasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Astara rayonuna gəlməsində narkotik vasitələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həm təhqiqat zamanı izahatında, həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Şahid1 və Şahid2 narkotik vasitələr əldə etmək niyyəti barədə heç bir məlumata malik olmadığını, yalnız polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Şahid1 və Şahid2 narkotik vasitələr əldə etməsindən xəbərdar olduğunu göstərmişdir. Həmçinin Şahid1 və Şahid2 hazırkı cinayət işində istintaq zamanı bu iş üzrə şahid qismində dindirilməmiş, yalnız özləri barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs bu işdən məlumatlı olduğunu bildirmişlər. Şahid1 və Şahid2 barələrində olan cinayət işi üzrə məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs Astara rayonuna yeyib-içməyə getmək məqsədilə təklif olunduğunu, onun narkotik vasitələrdən məlumatı olmadığını göstərmişlər. İttiham tərəfi bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs tanışları Şahid1 və Şahid2 Astara rayonuna avtomobili ilə aparmasını, həmçinin onun bu narkotik vasitədən xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. İstintaq orqanı Şahid1 və Şahid2 hazırkı iş üzrə məhkəməyədək icraat zamanı ümumiyyətlə dindirməmiş, halbuki həmin şəxslər hazırki cinayət işi üzrə istintaq zamanı bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmağı elan edilməli və bundan sonra onlar şahid qismində dindirilməli və həmin ifadələr məhkəmə tərəfindən qiymətləndirilərək sübut kimi qəbul oluna bilər. Lakin istintaq orqanı göstərilənləri icra etməmişdir. Bunun əvəzində isə istintaq orqanı hazırki iş üzrə əsas şahidlər kimi qələmə vermək istədikləri Şahid1 və Şahid2 özlərinin ittiham edilməsinə dair cinayət işində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrin kserosurətlərini hazırkı işə əlavə etməklə, həmin kserosurətlərdə göstərilən cümlələri Təqsirləndirilən şəxs qarşı istifadə etməklə ona ittiham elan etmişlər. Məhkəmə qeyd olunan halı sadə məntiqə belə sığmayan absurd hesab etməklə, Şahid1 və Şahid2 özlərinin ittiham edilməsinə dair cinayət işində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin kserosurətlərini əlbətdə ki, hazırki iş üzrə hər hansı bir sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Şahid1, Şahid2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməsi sübuta yetirilmir. Onun Şahid1 və Şahid2lə əlbir olmaması, sonuncuların narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Şəhriyar Abbasoun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə t utulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin eyrinə əfsir lunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən ş übhələri o nun x eyrinə şərh e dərək ç ıxarıla b ilər. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə idiyyəti lmadıqda ə əqsirliliyi übuta etirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü ç ıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmalıdır. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 01 oktyabr 2022-ci tarixli qərarı ilə həbsetmənin əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs ğlu barəsində həbs q ətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarı ilə cəzadan 09 ay 01 gün vaxtindan əvvəl şərti azad edilmiş ə 0 oktyabr 020-ci ldə əzasını əkib urtarmışdır. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli, 195 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, iş üzrə maddi sübutların Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs iş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilsin. İş üzrə maddi sübutların Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar