Məhkəmə qərarları › İş №1(099)-710/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-710/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-710/2023 09.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X10 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, iki övlad atası, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi döngə 2, ev 3-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda - 12,240 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində 1 ədəd polietilen torbacıqda saxlamış, 12 may 2023-cü il tarixdə saat 12 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhər bazarındakı işlədiyi mağazada saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ yan cibində 1 ədəd polietilen torbacıqda, təmiz çəkisi 12,240 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə dükanında olduğu zaman polislər gəlib qoluna qandal vuraraq onu polis şöbəsinə aparmış, onlara yuxarıdan əmr gəldiyini, onu Şüvəlana, İstintaq Təcridxanasına göndərəcəklərini, İranla əlaqələrinin olmaması müəyyən edildiyi halda buraxılacağını və ya 234.1-ci maddə ilə işinin məhkəməyə verilərək cərimə olunacağını demiş və üzərindən psixotrop maddə aşkar olunması barədə sənədə imza etdirmişlər. O müstəntiqin üzünü görməmiş, sonda müstəntiqin Elvin Həmidov olduğunu bilmişdir. İttiham aktında qanında narkotik vasitə aşkar olunmadığı yazılsa da qan və sidik analizlərindən sonra ona qanında narkotik vasitə aşkar olunduğu bildirilmişdir. Bundan əlavə verilmiş ittihamda onun küçədə tutulması yazılsa da, küçədə deyil bazarda, dükanda tutulmuşdur. Saxlanıldıqdan sonra müdafiəçisi Səxavət Məmmədliyə ailə uşaqla təhdid olunduğunu demiş, sonuncu isə ona «nəyimə lazımdı, imza edirsən et, etmirsənsə özün bilərsən» cavabını vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən hazırda ifadəsində göstərdiklərini həmin məhkəmədə də hakimə demiş, müdafiəçisi də orada olmuş, ona and içməsini demiş, sonuncu and içməmişdir. Ailə üzvləri ilə təhdid olunduğunu hakimə demiş, sonra prokurorluğa aparılmış, prokurora da demişdir.X11 hüzüründə olması soruşulmuş, orada olduğunu demişdir. O, bazarda möhür, təsbeh, balıq ovu üçün əşyalar satmış, polislər dükana gələndə oğlu X5 dükanda olmuşdur. Dükanda kamera olmuş, əməliyyatçı Taleh onu sökmüş, kameranın yaddaş kartını aparılmışdır. X2 rəisi ona Hacı Şahinin hüzüründə olduğuna görə yuxarının tapşırığına əsasən tutulduğunu bildirmişdir. Həmçinin «Brakaner»lərə mane olduğu üçün rəis müavini ona hadisədən 2-3 ay qabaq «sənin başına oyun açaram, işinlə məşğul ol» demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində polis şöbəsində olarkən ona hədə qorxu gəlməklə təsir göstərilməsi, ailə üzvləri ilə təhdid olunması, aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, həmin narkotik vasitənin polis şöbəsində onun üzərinə qoyulması, X2 rəisinin ona Hacı Şahinin hüzüründə olduğuna görə yuxarının tapşırığına əsasən tutulduğunu bildirməsi, həmçinin «Brakaner»lərə mane olduğu üçün rəis müavinin ona hadisədən 2-3 ay qabaq «sənin başına oyun açaram, işinlə məşğul ol» deməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və təqsirləndirilən şəxsin özünün ziddiyyətli ifadələri ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmış və tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə xidmətdə olarkən Sabirabad şəhəri R.Behbudov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı rəhbərliyə raportla müraciət etmişdir. Sonra təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi mağazaya getmişlər. Özlərini təqdim edib gəlişlərinin səbəbini izah edərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, orada o, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd polietilen büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində metamfetaminə oxşar ağ rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara mütəmadi məlumat daxil olmuş, onun üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, sonra məhkəmənin qərarına əsasən evinə və mağazasına da baxış keçirilmiş, evindən və mağazasından qanunsuz əşya və ya predmet aşkar olunmamış, həmin vaxt onun övladı da orada olmuşdur. Təqsirləndirilən şəxs hədə qorxu gəlinmməmiş, ona təzyiq göstərilməmiş və zor tətbiq olunmamışdır. Onlar 3 nəfər polis əməkdaşı nahar vaxtı gedib onu şöbəyə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs mağazada olmuş, yanında oğlu və başqa bir şəxs də olmuşdur.O mülki formada olmuş, yaxınlaşıb Təqsirləndirilən şəxs özünü təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs şöbəyə dəvət olunmağına heç bir etiraz bildirməmişdir. Şəxsi axtarış keçirilərkən orada olmuş, müstəntiq Təqsirləndirilən şəxsla şifahi sorğu sual etdikdən sonra o, könüllü olaraq çıxarıb narkotik vasitəni təqdim etmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs narkotik vasitəni bir gün qabaq balığa gedərkən oradan tapdığını bildirmişdir. Onun konkret olaraq kiməsə narkotik vasitə satması barədə məlumat əldə edə bilməmişlər. Amma Təqsirləndirilən şəxs narkotik maddə satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə Şahid1 Sabirabad şəhəri R.Behbudov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi mağazaya getmişdir. Özlərini təqdim edib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, orada o, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmiş və üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd polietilen büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində metamfetaminə oxşar ağ rəngli maddə olması müəyyən olunmuşdur. Sonra həmin büküm qablaşdırılaraq götürülmüşdür.Saxlanıldıqdan sonra ona müdafiəçi ilə təklikdə görüş imkanı yaradılmış, Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, şəxsi axtarış zamanı o, narkotik vasitəni balığa gedərkən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs işlədiyi mağazada saxlayıb şöbəyə gətirmişlər.Təqsirləndirilən şəxs mağazanın içində olmuş, özlərini təqdim etdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs gəlmələrinin səbəbini izah edərək onun şübhəl şəxs kimi polis şöbəsinə dəvət olunduğunu bildirmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, polis şöbəsinə nə üçün dəvət olunduğunu soruşmamış və sakit onlarla polis şöbəsinə gəlmişdir, onun qoluna qandal vurulmamışdır. Sabirabad RPŞ-də dörd ildir işləyir, rayonun kənd hissəsində baş əməliyyat müvəkkili, şəhərlə tam əlaqəsi olmadığına görə Təqsirləndirilən şəxs barəsində hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-ninpolis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə şöbəyə Sabirabad şəhəri R.Behbudov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi mağazaya getmiş, özlərini təqdim edib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, orada o, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq vəkillə təmin edilmiş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, şalvarının sağ cibindən bir ədəd polietilen büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində metamfetaminə oxşar ağ rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddəni balığa gedərkən tapdığını, şəxsi istifadəsi üçün cibində saxladığını bildirmişdir.Polis şöbəsində onu döyən, təhqir edən olmamış, aşkar olunmuş narkotik vasitənin özü istifadə etdiyini, onu Sarısuyun kənarında, sellofanda tapdığını demişdir. Onlar Təqsirləndirilən şəxs bazarın içərisində olan mağazasına daxil olduqları vaxt onun yanında kim olmasını xatırlamıTəqsirləndirilən şəxs birinci olaraq əməliyyatçılar yaxınlaşıb onlarla polis şöbəsinə getməli olduğunu demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir sual verməyib nə üçün şöbəyə çağırıldığını soruşmamış, o əməliyyatçılardan bir qədər kənarda dayanmışdır. Onlar oraya Şahid1 maşını ilə getmiş, şöbəyə aparılarkən Təqsirləndirilən şəxs qoluna qandal vurulmamış, onun saxlanılması ilə üzərinə baxış keçirilməsi təxminən 30-45 dəqiqə vaxt müddətində həyata keçirilmiş, Təqsirləndirilən şəxs günün birinci yarısında saxlamışlar. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə söhbət etmiş, onunla təklikdə yaxın təmasda da olmuşdur.Bir rayon sakini kimi Təqsirləndirilən şəxs əvvəllər xuliqanlıq cinayəti törətdiyinə görə məhkum olunduğunu da eşitmişdir. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmasını özündə əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə kütləni çıxarıb müdafiəçinin iştirakı ilə təqdim etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Zeynalov X4 rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli, 18/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 12,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi 12,240 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 12,190 qram. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 2908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş verilmiş əməliyyat tapşırığına cavab olaraq Sabirabad RPŞ-nin raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 12,240 qram psixotrop maddə metamfetaminin mənbəyini, yəni psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bununla yanaşı keçirilmiş intensiv əməliyyat axtarış tədbirləri, həmçinin məxfi agentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad rayon Prokurorluğunun müstəntiqi Kamal Babayevin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə üzərində aşkar edilərək götürülmüş narkotik vasitənin Sabirabad RPŞ-nin əməkdaşı Taleh adlı şəxsin üzərinə qoyması, sonuncunun hədə-qorxularına məruz qalması və digər xüsusatlar barədə şikayət ərizəsi araşdırılmış, toplanmış 188-C-23 nömrəli material üzrə Sabirabad RPŞ-nin əməkdaşları Şahid1 və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X6 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan psixotrop maddə metamfetaminin 12,190 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan psixotrop maddə metamfetaminin 12,190 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar