Məhkəmə qərarları › İş №1(099)-713/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-713/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-713/2024 20.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid3 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2006-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, əvvələr məhkum olunmamış, Sabirabad rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 149.3.3 və 150.3.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində yerləşən “Hophopnamə” kitab klubunda tanış olub münasibət qurduğu, xx.xx.2011-ci ildə anadan olmaqla faktiki olaraq 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibətlərinin pozulmasından istifadə edərək, sonuncuya qarşı olan cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə Zərərçəkmiş şəxs guya ki, müvəqqəti qalmaq üçün ev təşkil edəcəyini bildirib aldadaraq, dostu, ünvan 2 ünvanında yaşayan Şahid1 ilə xx.xx.2024-cü il tarixdə saat 01:30-da Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmiş, sonuncunu piyada özü ilə Şahid1 yaşadığı evə gətirmiş, həmin vaxt ev sahibi X5 Zərərçəkmiş şəxs bacısı kimi təqdim edərək, onunla birlikdə həmin evdə Zərərçəkmiş şəxs üçün ayrılmış yataq otağına keçmiş, Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmadığını bildiyi halda, həmin gecə saat 3 radələrində sonuncunun etirazına məhəl qoymadan köməksiz vəziyyətindən istifadə edərək, Zərərçəkmiş şəxs dodağından, boynundan və sinəsindən öpərək, zor tətbiq etməklə əynində olan geyim əşyalarını çıxarmaqla soyundurmuş, daha sonra öz əynində olan geyim əşyalarını da çıxardıqdan sonra onun hər iki qol nahiyəsindən sıxıb küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ dirsək oynağının bayır səthində qançır, sıyrıq, sol budun yuxarı 1/3-də iç səthdə qançırların əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib müqavimətini qıraraq özünə tabe etmiş, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək cinsi ehtirasını təmin etməklə onu bir dəfə zorlamış, daha sonra Zərərçəkmiş şəxs etirazlarına və yalvarışlarına məhəl qoymayıb, onu arxası üstə çevirərək, gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə salaraq, küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, arxa keçəcək dəliyinin alt seqmentində qançır, arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında, düz bağırsaq girəcəyinin selikli qişasında qansızmalarla müşayiət olunan xəsarətlər yetirib, cinsi ehtirasını pozğun formada təmin etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü CM-nin 143.3.3 və 150.3.3-cü maddələri ilə deyil özünü CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bayram tədbirlərində Sabirabad Mədəniyyət evində animator kimi işləmiş, mütəmadi “Hophopnamə” kitab mərkəzində olmuşdur. Zərərçəkmiş şəxs ilk dəfə orada tanımış, 2024-cü ilin yanvar ayında keçirilən yeni il tədbirində onunla tanış olmuşdur. Təxminən bu ilin may ayında dostu Elmirdən konsert proqramında səsləndirmə aparması üçün ona bir nəfər şəxs tapmasını xahiş etmiş, Elmir də ona Zəhranı tövsiyyə etmişdir. Daha sonra Zəhraya yaxınlaşıb onunla söhbət etmiş daha sonra Zəhra onun nömrəsini almış və onunla danışmışdır. Zərərçəkmiş şəxs ailəsi ilə problem yaşadığını və qala bilməsi üçün ev tapmağını ondan xahiş etmişdir. O, dostu Məhəmmədlə danışıb ona qonağı olduğunu ev tapmaq lazım olduğunu bildirmiş, lakin özü o evdə qalmayacaqdır. Daha sonra onlar Zəhra ilə birlikdə evə gedib baxdıqda Zəhra evdə qalmağa razılıq vermişdir. Evə daxil olduqdan sonra Zəhra ona evdə tək qalmaq istəmədiyini və onunla qalmağını xahiş etmişdir. O, Zəhraya qala bilməyəcəyini səhər işə getməli olduğunu bildirmişdir. O, Zəhranın çöldə qalmasına razı ola bilməmişdir, lakin onu öz evinədə apara bilməzdir. 04 iyun 2024-cü il tarixdə, gecə saat 02 radələrində Zəhra ona sms yazaraq evdən çıxdığını gəlib onu aparmağını bildirmişdir. Zəhra ilə dostu Məhəmmədin evinə getmişlər, sonuncunun atasına Zəhranın onun qohumu olduğunu demişdir. Sonrdan Zəhra evdə qalmasına görə Məhəmmədə 50 manat pul vermişdir. İlk olaraq Zəhra ilə ayrı otaqlarda qalmışlar. Sonra Zəhranın yatmadığı və ağladığını görüb onun yanına gedib niyə ağladığını soruşmuş, əvvəllər maraqlandığı üçün Zəhranın onu sevdiyini bilmişdir. Otaqda o Zəhranın əlindən tutub birdəfə öpmüş, başqa aralarında heçnə olamışdır. Səhəri gün Zəhranı yola saldıqdan sonra anasının qızının qaçırılması barədə şikayət etdiyini öyrənmişdir. O, Zəhra ilə cinsi əlaqədə olmamış sadəcə onun əlindən tutub öpmüşdür. Həmin zaman içkili olmamışdıır. Əməlinin CM-nin 152.2-ci maddəsinə tövsif olunmasını və ona aşağı həddə cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı ifadəsi elan edilmiş, həmin ifadələrdə o, göstərmişdir ki, hadisə zamanı Zəhra onun əlini tutaraq qucaqlamışdır. Daha sonra Zəhra onun üzündən öpmüş, bu vaxt ehtiraslandığı üçün dayana bilməyib onun üzündən, dodağından, boynundan bir müddət öpmüşdür. Həmin vaxt əynində ağ rəngli qısaqol köynək, göy cins şalvar, uzun şort, onun da altında alt paltarı olmuş, Zəhra ilə öpüşərkən istiləndiyi üçün köynəyi çıxarmışdır. Həmin vaxt Zəhranın da köynəyi biraz qalxmış, əlini Zəhranın belində gəzdirmiş, Zəhranın şalvarını əli ilə biraz aşağı salmış, yarıya kimi endirmişdir. Köynəyi də büstqalterə kimi qalxmışdır. Daha sonra onun sinəsindən öpərkən Zəhra öpmə demiş, bu səbəbdən öpməmişdir. Daha sonra şalvarını dizi ilə aşağıya çəkərək cinsiyyət orqanını onun qarnına və aşağı ətraflarına sürtmüşdür. Lakin, cinsiyyət orqanına sürtməmişdir. Daha sonra əli ilə onun belindən tutaraq yataqda onun üstünə çıxmış, təxminən 15 dəqiqə ərzində sevişmişlər. Daha sonra sürtünmədən qaynaqlı boşalmaq istəmiş, bu vaxt Zəhraya əynini düzəltməsini bildirmişdir. Lakin, dayana bilməyib alt paltarına boşalmış, spermanın da bir hissəsi yerə tökülmüşdür. Daha sonra çölə çıxıb siqaret çəkmiş, geri qayıdanda Zəhranın yatdığını görmüşdür. Daha sonra onun üstünü örtüb yatmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “otaqda o Zəhranın əlindən tutub birdəfə öpmüş, başqa aralarında heçnə olaması, Zəhra ilə cinsi əlaqədə olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının 26-sı Sabirabad Mədəniyyət evində “Qış nağılı” adlı tədbir olmuş, orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2024-cü ilin mart ayının sonlarında “Hophopnamə” kitab klubuna getmiş, orada bir nəfər şəxs ona Turalın ona məlumatları atacağını bildirib əzbərləyib gəlib səsləndirməsini istəmişdir. Bu vaxt orada bacısının nömrəsini Turala vermişdir. Tural da axşam bacısının “Whatsapp” nömrəsinə məlumatları atmış və əzbərləməsini istəmişdir. Bir neçə gün sonra Tural “İnstagram” hesabından Rahilə adlı rəfiqəsinə yazaraq onun “İnstagram” hesabını istəmiş, Rahilə də verməkdən imtina etmişdir. Aprel ayının əvvəllərində Turalın nömrəsinə öz nömrəsi ilə yazmış və həmin tarixdən mütəmadi Tural ilə yazışmışlar. Lakin, yazışmaları ancaq səsləndirmə ilə bağlı olmuş, intim söhbət olmamışdır. Lakin, sonradan Tural nişanlı olduğunu bildirib, səsləndirməni nişanlısının edəcəyini demiş, daha sonra nömrəsini silməsini istəmişdir. O, da bu səbəbdən Turalın nömrəsini silmişdir. Daha sonra anası onun telefonunda Turalın nömrəsini gördüyü üçün bir daha onun telefonunu əlindən almışdır. May ayının sonlarında kitab klubunda olarkən Tural ona yaxınlaşıb onunla dost olmaq istədiyini bildirmiş, xoş sözlər demişdir. İyun ayının 1-i tarixində bacısının “Whatsapp” nömrəsindən Turala yazaraq anası ilə dalaşdığını, anasının telefonunu əlindən aldığını bildirmiş, Tural da ona səs ataraq ona ev tapacağını və Rahilənin yanına aparacağını bildirmişdir. O, da Turalı yola vermək üçün ümumi formada yaxşı demişdir. 2024-cü ilin iyun ayının 3-ü axşam saatlarında Tural bacısının nömrəsinə yazaraq ona ev tapdığını, axşam restoranın yanına gəlməsini bildirmişdir. O da qonaqlıqda olduğunu bildirib gələ bilməyəcəyini demiş, lakin Tural ona “Zəhra əgər oyun oynayırsansa, bizi qorxuzursansa, arxa dayağım olası polis dostum var” deyə bildirmişdir. Kim olduğunu soruşduqda mühafizə polisi olduğunu demişdir. 03 iyun tarixdə gecə saat 12-ə yaxın Tural bacısının nömrəsinə yazaraq axşam gələcəyini, ağacın altında olacağını, Məhəmmədin də yanında olacağını bildirmişdir. Saat 01:30-da ona yazaraq evdən çıxmasını, üstündə pul götürməsini bildirmiş, bu səbəbdən məşğələnin pulunu götürüb üzərində saxlamış və saat 01:30-da gizlincə evdən çıxmışdır. Daha sonra piyada şəkildə Məhəmmədgilin evlərinə getmişlər. Evdə Məhəmmədin atası Rafiq olmuş, sonuncu onlara tərəf gələrək çay təklif etmiş, daha sonra onlardan bacı qardaş olub olmadıqlarını soruşmuşdur. Rafiqə bacı qardaş olmadıqlarını, dost olduqlarını bildirmiş. Daha sonra Rafiq onlara hadisə olan otağı göstərib orada onun qalacağını, çöldəki otaqda da Turalın qalacağını bildirmişdir. Daha sonra otaqlarına keçmişlər. Bir müddət sonra Tural onun yanına gəlib Məhəmmədi çağırmış və otaqdakı pəncərəni bağlamasını istəmişdir. Məhəmməd də gəlib pəncərəni bağlamışdır. Daha sonra Tural telefonu ilə oynamış və gedib qapını bağlayıb onun yanına gəlmişdir. Daha sonra Məhəmməd ilə söhbət etmiş və bu söhbətdən sonra Məhəmməd gedərək yüksək səsli musiqi qoşmuşdur. Tural bir müddət telefonla oynadıqdan sonra telefonu söndürmüşdür. Bu zaman ondan bir daha Rahilənin gəlib gəlməyəcəyini soruşduqda gəlməyəcəyini demiş, daha sonra qapını açıb çölə çıxmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Daha sonra Tural onu çarpayıya aparmış, əlindən tutaraq köynəyini çıxarmağa başlamışdır. Köynəyini və onun altında olan alt paltarını çıxarıb onun sinəsindən öpməyə başlamış, həmin vaxt ona etiraz etsə də, Tural hərəkətlərinə davam etmişdir. Tural onun etirazına baxmayaraq bütün paltarlarını əynindən çıxarmış, ona müqavimət göstərərkən sağ qolunun dirsək nahiyəsində də cızıq yaranmışdır. Daha sonra da öz əynində olan paltarları soyunmuşdur. Daha sonra cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtmüş, bu vaxt əllərini tutmuşdur ki, hərəkət edə bilməsin. Daha sonra Tural cinsiyyət orqanını onun cinsiyyət orqanına salmış və bu vaxt qarın nahiyəsində və cinsiyyət orqanında ağrı olmuşdur. Turala etiraz edərək istəmədiyini bildirdikdə o davam etmiş, təxminən 5-10 dəqiqə ərzində cinsiyyət orqanını onun cisiyyət orqanımın daxilində irəli geri edərək onunla cinsi əlaqədə olmuşdur. Bir neçə dəqiqə sonra onu arxası üstə çevirərək yenə də əllərini tutmuşdu. Daha sonra ona mane olmağa çalışsa da, hərəkət edə bilməmişdir. Qışqırmasına baxmayaraq mahnının səsindən heç kim səsini eşitməmişdir. Tural daha sonra cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə salaraq 5-10 dəqiqə ərzində onunla arxa nahiyədən qeyri-təbii yol ilə cinsi əlaqədə olmuşdur. Bu zaman ondan dayanmasını istəsə də, Tural dayanmamışdır. İşini bitirəndən sonra qalxmışdır. Bu vaxt şok içində nə edəcəyini bilməmişdir. Daha sonra Tural gəlib yatmışdır. Yenə də çıxmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Səhər saatlarında anası öz nömrəsi ilə Turalın telefonuna zəng etmiş, cavab vermək istəsə də, Tural qabağına durmuş və telefonu götürüb danışmışdır. Anası Zəhranı görüb görmədiyini soruşduqda Tural onu sonuncu dəfə 5-ci gün gördüyünü bildirmiş, daha sonra telefonu söndürmüşdür. Bir müddət sonra Tural və Məhəmməd ilə birlikdə evdən çıxıb getmişlər. Nizami Gəncəvi adına məktəbinin qarşısında ayrılmışlar və Tural ona kitab klubuna getməsini bildirmişdir. Daha sonra kitab klubuna gedib fotoqraf Əfsəri tapmış və onun telefonundan istifadə edərək rəfiqəsi Rahiləyə səs atmışdır. Rahilə də səs ataraq hamının onu axtardığını bildirmişdir. Daha sonra ailə üzvlərinə məlumat vermişlər və sonuncular gəlib onu götürərək polisə aparmışlar. Ailə üzvlərinə hadisə barədə heç bir şey deməmiş, lakin polis şöbəsində izahatı alarkən hadisəni danışmışdır. Daha sonra evə getdikdə anasına da bu barədə məlumat vermiş və ailə üzvləri də şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Rafiq ilə birlikdə yaşayı, anası rəhmətə getmişdir. Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanımış, Zərərçəkmiş şəxs isə hadisə gününə kimi görməmişdir. 3 iyun 2024-cü il tarixdə Tural ona qalmağa ev lazım olduğunu bildirmişdir. Nə üçün olduğunu soruşduqda bir nəfər qız olduğunu, evdə dalaşdığını, qalmağa yeri olmadığını bildirmiş, həmin vaxt maddi problemi olduğu üçün Turalın təklifi ilə razılaşmışdır. Atası Rafiqə də məlumat vermiş, Turalın iş yoldaşı olduğunu, evdə dalaşdığını, yanında da bacısının olduğunu, bir gecə qalıb gedəcəklərini, 50 manat da pul verəcəklərini bildirmişdir. Tural 03 iyun tarixdə gecə saatlarında Tural ilə görüşərək Zəhragilin küçəsində gözləməyə başlamışdır. Artıq 04 iyun 2024-cü il tarixdə saat 2 radələrində Zəhra evdən çıxmış, onu görən kimi uşaq olduğunu anlamışdır. Zəhra onlarla salamlaşmış, dərhal Turaldan “bunun 19 yaşı var?” deyə soruşmuşdur. Tural isə heç bir şey demədən getmələrini istəmişdir. Zəhra evin necə olduğunu soruşduqda, Tural normal ev olduğunu bildirmişdir. Əvvəl onlara etiraz etsə də, Tural Zəhranın ailəsi ilə dalaşdığını, çöldə qalacağını demiş, məcbur qalıb onunla razılaşmışdır. Birlikdə yaşadıqları ünvana getmişlər. Həmin vaxt evdə atası Rafiq olmuşdur. Tural Rafiqə bacı qardaş olduqlarını bildirmiş, Zəhra da təsdiq etmişdir. Daha sonra Rafiq çay, çörək təklif etmiş və giriş qapısındakı otaqları göstərərək, Turalın çöl tərəfdəki otaqda, Zəhranın da içəridə yatacağını bildirmişdir. Habelə qapını açıq qoyacağını demişdir. Bir müddət sonra Rafiq yatmağa getmiş, özü də içəridəki otaqda televizora baxmışdır. Tural və Zəhra da bir müddət sonra otaqlarına keçmişlər. Daha sonra Tural onu çağırmış və atasının içərini görməməsi üçün Zəhraya verilən otağa pərdə vurmasını xahiş etmişdir. Daha sonra gəlib pəncərəyə ağ rəngli tül asmışdır. Həmin vaxt Turalın çöldəki otaqda, Zəhranın da içəridəki otaqda olduğunu görmüşdür. Bir müddət sonra özü də gedib atasının yanında yatmışdır. Səhər saatlarında Tural gəlib getmək istədiklərini bildirmiş, Zəhra da “hophopnamə” kitab klubuna gedəcəyini demişdir. Daha sonra üçü birlikdə getmişlər və Zəhranı Nizami məktəbinin yanına ötürmüşlər. Həmin vaxt nə Tural, nə də ki Zəhra baş verənlər barədə məlumat verməmişdir. Sonradan məlumat almışdır ki, Zəhra gedib ailə üzvlərinə məlumat vermiş, onlar da şikayət etmişlər. Tural və Zəhra onların evlərində olarkən evlərində hər hansı səs eşitməmiş, Zəhranın ona və atasına Tural barədə heç bir söz deməmişdir. İş üzrə üzrə şahid qismində dindirilmiş Rzayev X4 Rzayev ilə oxşar məzmunlu ifadə vermiş, Zəhranın özünü ona Turalın bacısı, Turalın da Zəhranın qardaşı kimi təqdim etdiyini, otağın açarının özündə qaldığını, yataq otaqlarının qapısının kilidli olmadığını, axşam saatlarında televizorun səsinin yüksək olduğunu, lakin çox yüksək olmadığını, Məhəmmədə irad bildirdikdən sonra televizoru söndürdüyünü, səhər saatlarında Zəhranı gördükdə onda şübhəli hal müşahidə etmədiyini, Zəhranın verdiyi 50 manat vəsaitdən məlumatı olmadığını, ona bu barədə heç bir şey deyilmədiyini, hadisə gecəsi Zəhranın səsini eşitmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zəhra və Nəzrin adında iki qızı vardır. Zəhra 7-ci sinifdə, Nəzrin isə 6-cı sinifdə təhsil alır. Hadisədən 2-3 aydır ki, Zəhra sinif yoldaşları ilə birlikdə “Hophopnamə” kitab klubuna getməyə başlamış. 04 iyun 2024-cü il tarixdə saat 4 radələrində Zəhranın otaqda olmadığını görmüşdür. Daha sonra evin hər yerinə baxdıqda Zəhranı görməmişdir. Daha sonra polis şöbəsinə getmişlər ki, məlumat versinlər. Saat 9-da polis əməkdaşları videogörüntü kameralarına baxmışlar. Saat 11 radələrində yoldaşı Nuranə ona zəng edərək, Zəhranın kitab mərkəzində olduğunu bildirmişdir. Daha sonra Zəhranı oradan götürüb polis şöbəsinə aparmışdır. Zəhra ilə fərdi söhbətlər aparmışlar və o, Turalın ona Rahilə və digər rəfiqələri də orada olacağını bildirdiyi üçün getdiyini demişdir. Lakin, gedəndə orada heç kimi görməmişdir. Daha sonra heç bir şey deməmişdir. X8 bədəninə baxarkən boynunda qızartılar, sağ qolunda sıyrıq görmüşdür. Lakin, zorlanma barədə həmini vaxt məlumatı olmamışdır. Daha sonra, Zəhra polisə izahat verəndən sonra öyrənmişdir ki, Tural Zəhranı dostu Məhəmməd adlı şəxsin evinə aparmış, orada Zəhranı zorlamış və ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Turala qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər, Şahid4 isə əlavə olaraq ifadəsində Zəhranın mobil telefonunda Turalın nömrəsini gördüyü üçün onun telefonunu əlindən aldığını bildirmişdir. Eyni zamanda Nəzrin Zərərçəkmiş şəxs Turalı sevdiyini deməsini, Zəhraya Turalı ağlından çıxarmasını bildirdiyini demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 313 saylı rəyindən göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin alt seqmentində qançır, arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında, düz bağırsaq girəcəyinin selikli qişasında qansızmalar küt əşyanın, ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilərdi. Müayinə zamanı aşkar edilmiş xəsarətlər – sağ dirsək oynağının bayır səthində qançır, sıyrıq, sol budun yuxarı 1/3-də iç səthdə qançır küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 315 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadı. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1112 saylı rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd turmanın aralıq hissəsində olan açıq bozqırmızımtıl rəngli ləkələrdə, arxa astar hissəsində olan açıq sarı-bozumtul rəngli ləkələrdə və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tumanın ön sol astar hissəsində olan qanabənzər ləkələrdə, insan qanı üçün spesifik hemoglobin zülalı olduğu müəyyən edildi. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tumanın ön hissəsində olan açıq qəhvəyi rəngli ləkələrdə insan qanı üçün spesifik hemoglobin zülalı aşkar edilmədi. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tumanın aralıq hissəsində olan açıq boz-qırmızımtıl rəngli ləkələrdə, arxa astar hissəsində olan açıq sarı-bozumtul rəngli ləkələrdə və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd tumanın ön hissəsində olan açıq qəhvəyi rəngli ləkələrdə insan sperması üçün spesifik PSA antigeninin olduğu müəyyən edildi. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tumanın aralıq hissəsində olan açıq boz-qırmızımtıl rəngli ləkələrdə, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar mövcuddur. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd tumanın arxa astar hissəsində olan açıq sarı-bozumtul rəngli sperma ləkələri, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd tumanın ön sol astar hissəsində olan qan ləkələri və ön astar hissəsində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2035 saylı kompleks ambulator məhkəmə-psixiatrik, məhkəmə-psixoloji ekspertiza rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini tönadarkan xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. T.T. Nağdəliyev barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1948 saylı kompleks ambulator məhkəmə-psixiatrik, məhkəmə-psixoloji ekspertiza rəyindən göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı cinayət əməlləri törədilərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verdikdən sonra hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs emosional halından asılı olaraq hadisə zamanı ona qarşı törədilən hərəkətlərin mahiyyətini və xarakterini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən psixi-emosional halında situasiya ilə bağlı qorxu, həyəcan yaranmışdır. Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq yalan danışmağa, özündən uydurmağa və ya hadisələri təhrif edilmiş formada danışması müəyyən edilmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3214 saylı materialların məhkəmə ekspertizası rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd yastığın (balınc), 02 ədəd yorğan üzünün, 01 ədəd yastıq üzünün (balınc üzü), 01 ədəd örtüyün, 01 ədəd döşək üzünün, 01 ədəd tül pərdənin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/990 saylı məhkəmə-trosoloji ekspertizası rəyindən göstərilmişdir ki, təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs .....” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd şortun, bir ədəd cins şalvarın, üzərində “Zərərçəkmiş şəxs ...” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd büstqalterin, bir ədəd cins şalvarın səthində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 393/2024-MTBŞ saylı məhkəmə-bioloji ekspertizası rəyindən göstərilmişdir ki, kkspertizaya təqdim olunan Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan 01 ədəd tampon üzərində tək-tək spermatozoidlər aşkar olundu. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzər tədqiq olunduqda qrup antigenləri alınmadığı üçün onun qrupunu təyin etmək mümkün olmadı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 5/715 saylı məhkəmə kompüter-texniki ekspertizası rəyindən göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli “**********86959, **********86951” “imei” kodlu mobil smartfondur. Tədqiq olunan “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” nesajlar, audio, foto, video fayllar, “İnstagram”, “Tik-tok” sosial şəbəkələr, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mpvcud olan və yaddaşından pozulmuş məlumatlar “Ekspertia 5-715” adlı iş çantasında xarici yaddaş qurğuya köçürüldü. Təqdim edilmiş “Samsung Galaxy A04s” markalı “SM- A047F/DS” modelli mobil smartfonun yaddaşından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində pozulmuş məlumatların olub-olmaması barədə xarici yaddaş qurğuya köçürülmüş “7.68.0.809 versiyalı UFED 4C” adlı proqram təminatı vasitəsi ilə əldə olunmuş hesabatda qeyd olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən, şəhər sakini Şahid2 məxsus fərdi yaşayış evinin daxilində yerləşən yataq otağıdır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs 04 iyun 2024-cü il tarixdə gecə saat 01:30 radələrində yaşadığı evdən çıxdığını və saat 03:00 radələrində Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə piyada şəkildə gələrək həmin evə çatdıqlarını, daha sonra Təqsirləndirilən şəxs ev sahibinə özlərini bacı-qardaş kimi təqdim etdiklərini bildirdi. Şahid2 hadisənin baş verdiyi otağın qapısını açarla açdı. Qapı açıldıqdan sonra qarşıda bir otaq, həmin otağın daxilində isə hadisənin baş verdiyi əsas yataq otağı göründü. Digər otaqda da tək nəfərlik çarpayı vardır. Çarpayıya baxdıqda kifayət qədər istifadə edilmiş vəziyyətdədir və üzərində pərdəyə bənzər tül asılmışdır. Çarpayının üzərində ağ rəngli yorğan üzlüyü vardır. Zərərçəkmiş şəxs sözügedən yorğan üzlüyünə baxdıqdan sonra həmin üzlüyün hadisə vaxtı olan üzlük olmadığını, hadisə vaxtı orada ağ rəngli naxışsız yorğan üzlüyü olduğunu bildirdi. Baxış zamanı çarpayının üzərində 03 ədəd balınc, üzərindəki pərdə tülünə bənzər örtüyün altında daha bir ağ rəngli naxışlı örtük (prastina) vardır. Balıncların birinin örtüyü vardır, lakin digərlərinin örtüyü yoxdur. Zərərçəkmiş şəxs hadisəni təsvir edərək, həmin çarpayının üzərində zorlama hadisəsinin baş verdiyini, özünün sol tərəfdə, Turalın isə sağ tərəfdə (giriş qapısı istiqamətindən), yəni pəncərə tərəfində oturduğunu bildirdi. Turalın onu zorladıqdan sonra həyətə çıxdığını, həmin vaxt şok vəziyyətdə olduğunu, çöl qapının hadisə vaxtı kilidli olduğunu, çıxmaq istəsə də, çıxa bilmədiyini bildirdi. Baxış zamanı hadisə yerində olan əşyalar üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər hal, şübhəli ləkə, iz, zədə və s. aşkar edilmədi. Hadisə yerinə baxış zamanı aşkar edilmiş, çarpayı üzərində 03 ədəd balınc, 04 ədəd örtük (prastina), 01 ədəd balınc üzü, 01 ədəd tül pərdə tərəfimizdən qablaşdırılmaqla götürüldü. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli «götürmə və baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi açıq mavi rəngli mavi cins şalvar kifayət qədər geyinilmiş vəziyyətdədir. Üzərində etiketi yoxdur. Baxış zamanı şalvarın üst və iç səthində gözlə görünə bilən aşkar şübhəli ləkə və ya iz aşkar edilmədi. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi bənövşəyi rəngli qısa qol köynək kifayət qədər geyinilmiş vəziyyətdədir. Üzərində “Workout forever” sözləri yazılmışdır. Etiket hissəsində “12 yaş” sözləri əks etdirilmişdir. Köynək üzərində gözlə görünə bilən aşkar sökülmələr, cırılma əlamətləri və zədələr, ləkələr yoxdur. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi büstqalteri ağ rəngdə olmaqla kifayət qədər geyinilmiş vəziyyətdədir. Etiket hissəsində ölçüləri 32/70 olaraq qeyd edilmişdir. Üzərində gözlə görünə bilən aşkar sökülmələr, cırılma əlamətləri və zədələr, ləkələr yoxdur. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi alt paltarı sarımtıl rəngdə olmaqla üzərində “lovely journey” yazısı əks edilmişdir. Alt paltarının iç səthlərində aşkar görünə bilən qana bənzər ləkələr müşahidə edilir. Zərərçəkmiş şəxs həmin ləkələrin Tural Məmmədov tərəfindən zorlanmasından sonra yarandığını qeyd etdi. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli «götürmə və baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi alt paltarı ağ rəngli olmaqla, üzərində çoxsaylı naxış izləri vardır. Etiket hissəsində “boxer short xl” sözləri yazılmışdır. Alt paltarının iç hissəsində qana bənzər damcıvari ləkələr, o cümlədən digər hissəsində isə sarımtıl rəngli ləkə, habelə qana bənzər ləkələr vardır. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi şort qəhvəyi rəngdə olmaqla, üzərində açıq rəngli naxışlar vardır. Üzərində hər hansı etiket yoxdur. Şort kifayət qədər geyinilmişdir, üzərində sökülmələr, cırılma əlamətləri və zədələr, aşkar görünən ləkələr yoxdur. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi köynək ağ rəngdə olmaqla, polo formasındadır. Sol sinə nahiyəsində “piomonqo” sözləri, boyun nahiyəsində L yazısı vardır. Üzərində sökülmələr, cırılma əlamətləri və zədələr, aşkar görünən ləkələr yoxdur. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olduğunu bildirdiyi və araşdırmaya könüllü olaraq təqdim etdiyi şalvar açıq mavi rəngdə olmaqla kifayət qədər geyinilmiş vəziyyətdədir. Üzərində aşkar görünən hər hansı ləkə, dartılma, cırılma izləri yoxdur. Götürmə zamanı götürülmüş əşyalara baxış keçirilərkən alt paltarın iç səthində damcıvari qana bənzər ləkələr və sarımtıl rəngli ləkələr aşkar edildi. Digər geyim əşyalarında gözlə görünən aşkar ləkələr aşkar olunmadı. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli «Şahid6 mobil telefonuna baxış aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, “İnstagram sosial şəbəkəsinə daxil olduqda “17.rayaaa” ilə qeydiyyatdan keçməsi, Təqsirləndirilən şəxs istifadəsində olan “incesenet2” adı ilə qeydə alınmış profil ilə əlaqə saxlanılması, ilk əlaqənin 15 aprel 2024-cü il tarixdə edilməsi, daha sonra X10 Məmmədovanın instagram hesabını soruşması, Rahilə Məmmədovanın ona iradlar bildirməsi, bir neçə dəfə Şahid6 Təqsirləndirilən şəxs iradlar bildirməsi, Zərərçəkmiş şəxs yaşının az olması, ondan uzaq durması ilə bağlı iradlar səsləndirməsi görünür. Son mesajın 04 iyun tarixə aid olması görünür. Orada Təqsirləndirilən şəxs Şahid6 Zərərçəkmiş şəxs ailəsinə onun nömrəsini verməsi ilə bağlı iradlar bildirməsi görünür və Zərərçəkmiş şəxs olduğu yeri bilməməsi, axtarılan evi Zəhranın axtardığını bildirməsi, onunla əlaqə saxlamaması, özünün guya ki, Bakıda olduğunu bildirməsi görünür. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, hadisə yerini, hadisənin baş vermə şəraitini və mexanizmini əyani olaraq göstərdi. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edib, həmin xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı inandırıcı və israrlı şəkildə deyərək, onun cinayət əməllərini ifşa etmişdir. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, cinayət işi üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edib, həmin xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı inandırıcı və israrlı şəkildə deyərək, onun cinayət əməllərini ifşa etmişdir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərardan görünür ki, X1, oğlu Təqsirləndirilən şəxs Sabirabad RPŞ əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan istintaq orqanının 05 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus alt paltarı, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus qan nümunələri, ağız suyu nümunəsi, Zərərçəkmiş şəxs məxsus qan nümunələri, uşaqlıq yolundan götürülmüş nümunələr, Zərərçəkmiş şəxs məxsus 01 ədəd bənövşəyi rəngli qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, ağ rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli polo qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, 01 ədəd çəhrayı rəngli şort (şortik), hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd balınc, 04 ədəd örtük (prostina), 01 ədəd balınc üzü, 01 ədəd pərdə (tül) cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli Elektron Prokurorluq informasiya sistemi üzərindən əldə edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, M.Məmmədov küçəsi, 10 saylı evdə qeydiyyatda olmaqla, hazırda M.Füzuli küçəsi 6A-da yaşayır, yaşadığı müddətdə nümayəndəliyə barəsində heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabirabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus alt paltarı, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus qan nümunələri, ağız suyu nümunəsi, Zərərçəkmiş şəxs məxsus qan nümunələri, uşaqlıq yolundan götürülmüş nümunələr, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli polo qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, 01 ədəd çəhrayı rəngli şort (şortik), hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd balınc, 04 ədəd örtük (prostina), 01 ədəd balınc üzü, 01 ədəd pərdə (tül) məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd bənövşəyi rəngli qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, ağ rəngli büstqalter özünə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 297 (iki yüz) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 06 iyun 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-in 149.3.3-cü maddəsi ilə 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.3.3-cü maddəsi ilə 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 297 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olub - Sabirabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus alt paltarı, Zərərçəkmiş şəxs məxsus alt paltarı, Təqsirləndirilən şəxs məxsus qan nümunələri, ağız suyu nümunəsi, Zərərçəkmiş şəxs məxsus qan nümunələri, uşaqlıq yolundan götürülmüş nümunələr, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli polo qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, 01 ədəd çəhrayı rəngli şort (şortik), hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd balınc, 04 ədəd örtük (prostina), 01 ədəd balınc üzü, 01 ədəd pərdə (tül) məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd bənövşəyi rəngli qısaqol köynək, 01 ədəd açıq mavi rəngli cins şalvar, ağ rəngli büstqalter özünə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Əli Əliyev Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar