Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-715/2024 23.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Masallı şəhəri, S.Məmmədov küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması barədə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü 1470 qram xüsusilə külli miqdarda narkotik vasitə heroini və 1010 qram psixotrop maddə metamfetamini, 4405 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərərək Masallı şəhəri M.Füzuli küçəsində yerləşən avtomobil yolunun kənarında yerləşən piyada səkisinin üzərində ağacın altında gizlədərək bu barədə “WhatsApp” mobilinternet tətbiq proqramı vasitəsilə Rüfət Ağayevə məlumat verdikdən sonra Rüfət Ağayev 30 iyun 2024-cü il tarixdə saat 04 radələrində həmin yerə gedərək orada gizlədilmiş 1 ədəd qara rəngli idman çantasında olan xüsusilə külli miqdarda narkotik vasitə hesab edilən heroin, psixotrop maddə hesab edilən metamfetamin və külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürüb üzərində saxlamaqla daşıyarkən bu barədə əməliyyat məlumatı almış Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyun 2024-cü il tarixdə saat 04 radələrində Masallı şəhəri M.Füzuli küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli idman çantasından 1 ədəd sellofan bükülüdə 1010 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 825 qram və 645 qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdar təşkil edən 1470 qram xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 855 qram, 805 qram, 875 qram, 950 qram, 920 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən-4405 qram orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik vasitə istifadəçisi olaraq təqsirli bilməklə göstərdi ki, ünvan 1 ünvanında yerləşən evində yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitələrə görə məhkum olunmuşdur. Sonuncu dəfə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etməkdə davam etmişdir. 30 iyun 2024-cü il tarixdən 2-3 gün əvvəl Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onun evinə gəlmiş, onu tutub «sroka» göndərəcəklərini demişlər. O da özünə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra polis işçiləri getmişlər. Təxminən bir neçə ay öncə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsap” mobil tətbiqi vasitəsilə tanımadığı +**********70 saylı nömrədən bir nəfər kişi ona sms yazaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edərək onu tanıdığını bildirmişdir. O isə həmin şəxsi tanımadığını bildirmişdir. Sonra isə həmin şəxslə “Whatsap” mobil tətbiqi vasitəsilə sms yazışmaları aparmaqda davam etmişlər. Həmin şəxslə səmimi münasibəti yaranmışdır. Həmin şəxs özünün İran İslam Respublikası vətəndaşı olmasını bildirmişdir. Həmin şəxs ona adını deməmiş, o da onun adını soruşmamışdır. Həmin iranlıya “Qaqaş” deyərək müraciət etmişdir. O, iranlıya narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və istifadəsi üçün ona narkotik vasitə göndərməsini xahiş etmişdir. 2024-cü ilin iyun ayının üçüncü ongünlüyündə həmin iranlı şəxs Masallı şəhər ərazisində yaşadığı evin yaxınlığında birdəfəlik istifadə üçün narkotik vasitə olan heroin qoymuş, o, həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Həmin şəxs 30 iyun 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqinə sms yazaraq Masallı şəhəri Füzuli küçəsi ərazisində ona yenidən narkotik vasitə göndərdiyini bildirmişdir. Özünü iranlı kimi təqdim edən şəxs çantada olan narkotik vasitələr və psixotrop maddədən istifadə etməsi üçün ona verəcəyini bildirdiyi üçün iranlı ilə razılaşmışdır. 30 iyun 2024-cü il tarixdə saat 02 radələrində “Qaqaş” deyərək müraciət etdiyi şəxs “Whatsapp” mobil tətbiqində mesaj yazaraq narkotik gələcəyini, onu götürməli olduğunu bildirmişdir. Həmçinin narkotik vasitələr olan çantanı Masalı şəhər ərazisində yerləşdirdiyini bildirmiş və həmin yerin fotoşəkilini ona göndərmişdir. Həmin vaxt iranlının fotoşəkilini atdığı yerə getməyə tələsməmiş, yay vaxtı olduğundan küçədə kiminsə olacağından qorxmuş və həmin yerə 1 saat sonra getməyi planlaşdırmışdır. 30 iyun 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxmış, iranlının fotoşəkilini atdığı Füzuli küçəsinə piyada getmiş, iranlının fotoşəkilini atdığı 1 ədəd çanta qoyduğu yerə çatdıqda orada həqiqətən 1 ədəd göy rəngli idman çantasının olmasını görmüş və idman çantasını əlinə götürmüşdür. Çanta boş olmuşdur. Bu zaman tanımadığı 6 nəfər polis əməkdaşlarının mülki geyimdə ona yaxınlaşdıqlarını görmüşdür. Polis əməkdaşlarını görəndə dərhal çantanı yerə atmış və qaçmağa başlamışdır. Qaçarkən üzərimdə olan bıçaqla boğaz nahiyənə xəsarət yetirmişdir. Yaxınlaşan polis əməkdaşlarıonu saxlamış və əlində olan bıçağı almsışlar. Polis əməkdaşları ilk əvvəl ona tibbi yardım göstərmişlər. Sonra onu Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində narkotik vasitələr onun götürdüyü çantadan deyil, başqa çantadan aşkar olunmuşdur. Polis işçiləri onu döyməmişlər, lakin ona təzyiq göstərdiklərindən çantada aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, tutulmasından təxminən 10 gün əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsap” mobil tətbiqi vasitəsilə tanımadığı nömrədən 1 nəfər kişi şəxs +**********70 saylı nömrədən sms yazaraq İran İslam Respublikası vətəndaşı oloduğunu, onu tanıdığını bildirmişdir. Daha sonra həmin şəxs ilə “Whatsap” mobil tətbiqi vasitəsilə sms yazışmaları aparmışlar. Həmin şəxsin adını bilməmiş, ona “Qaqaş” deyə müraciət etmişdir. Bir müddət aralarında telefon əlaqəsinin davam etməsindən sonra həmin şəxs narkotik vasitələrin dövriyyəsi işi ilə məşğul olduğunu, Azərbaycan Respublikası ərazisinə də narkotik vasitələr keçirtdiyini, Azərbaycan Respublikası ərazisində yerbəyer edib yaxşı qazanc əldə etdiyini bildirmişdir. Özü də narkotik vasitə alüdəçisi olduğu üçün iranlı ilə əlaqəsinə davam etməkdə maraqlı olmuş, iranlı ilə səmimi münasibətləri yarandıqdan sonra özünün də narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və istifadəsi üçün narkotik vasitə göndərməsini xahiş etmişdir. 2024-cü ilin iyun ayının üçüncü ongünlüyündə həmin şəxs Masallı şəhər ərazisində yaşadığı evin yaxınlığında birdəfəlik istifadəsi üçün narkotik vasitə olan heroin qoymuş və həmin narkotik vasitəni götürüb şəxsi istifadəsi üçün istifadə etmişdir. 30 iyun 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqinə İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxs ismarıc yazmış, Masallı şəhəri Füzuli küçəsi ərazisində külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan çanta qoyduracağını, həmin çantanı götürüb ilk əvvəl yaşadığı ünvana aparmasını, daha sonra həmin çantanı hansı ünvana aparacağı barədə məlumatlandıracağını bildirmişdir. İranlı həmin şəxs ona da həmin çantada olan narkotik vasitələr və psixotrop maddədən istifadə etməsi üçün verəcəyini bildirdiyi üçün iranlı ilə razılaşmış, 30 iyun 2024-cü il tarixdə saat 02 radələrində iranlı “Qaqaş” deyərək müraciət etdiyi şəxs “Whatsapp” mobil tətbiqində mesaj yazaraq narkotik vasitələr olan çantanı Masalı şəhər ərazisində yerləşdirdiyini və həmin yerin fotoşəkilini ona göndərmişdir. Həmin vaxt iranlının şəkilini atdığı yerə getməyə tələsməmiş, yay vaxtı olduğundan küçədə kiminsə olacağından qorxmuş və həmin yerə 1 saat sonra getməyi planlaşdırmışdır. 30 iyun 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxmış, iranlının fotoşəkilini atdığı Füzuli küçəsinə piyada getmiş, iranlının fotoşəkilini atdığı 1 ədəd çanta qoyduğu yerə çatdıqda orada həqiqətən 1 ədəd qara rəngli idman çantasının olmasını görmüş və idman çantasını götürüb yaşadığı ev istiqamətində piyada hərəkət etməyə başlamışdır. 5-10 addım irəliləmiş tanımadığı 6 nəfər mülki geyimli şəxslərin yaxınlaşdıqlarını görmüş, həmin şəxslərin polis əməkdaşları olduqlarını düşünmüş və dərhal qaçmağa başlamışdır. Qaçarkən üzərində olan bıçaqla boğaz nahiyəsinə xəsarət yetirmiş, əlində olan idman çantasını kənara tullamış, yaxınlaşan polis əməkdaşları onu saxlamışlar və əlində olan bıçağı almışlar. Onun yerə atdığı içərisində narkotik maddələr olan çantanı da götürmüşlər. Çantaya polis şöbəsində baxış keçirilərkən içərisindən 8 ədəd sellofan bükülülərdə narkotik vasitələr və psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 iyun 2024-cü il tarixdə ona Masallı şəhəri S.Məmmədov küçəsi ev 38-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində, narkotik vasitələri satış məqsədilə üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. 30 iyun 2024-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri M.Füzuli küçəsində əlində qara rəngli idman çantası daşıyaraq piyada hərəkətdə olduğunu müəyyən etmişlər. Onu saxlamaq məqsədi ilə yaxınlaşmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasını yerə atmış və qaçmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs təqib edərkən o, üzərində olan bıçaqla boyun nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs saxlamaqla bıçağı əlindən almışlar. Onu polis şöbəsinə aparmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əlində apardığı çantadan ümumilikdə 8 ədəd sellofan bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya, psixotrop maddə olan metamfetaminə və narkotik vasitə heroinəbənzər kütlələr aşkar olunmuşdur. Rüfət Ağazadənin onda aşkar olunan çantanın boş olması, narkotik vasitələrin həmin çantadan yox, başqa çantadan götürülməsi barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid5, Şahid3, Şahid2 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İfadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, içərisində narkotik vasitələr olan çantanı götürdüyü yeri göstərmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs kimi tutulmuş Fikrət Ağabalayevin üzərində şəxsi axtarış aparılarkən onun təqdim etdiyi qara rəngli çantanın içərisində bükümlərdə narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixrtrop maddə metamfetaminəbənzər maddələr aşkar olunaraq götürülmüşdür. O, çantada olan psixotrop maddənin və narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 30 iyun 2024-cü il tarixli, 19\532 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd çantadakı 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 855,0 qr: 805,0 qr: 875,0 qr: 950,0 qr: 920,0 qram-ümumi təmiz çəkisi 4405 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 1 ədəd bükülüdə təmiz çəkisi 1010 qram olan ağ rəngli, kristallardan ibarət maddə metamfetamindir. 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 825,0 qr və 645,0 qram-ümumi təmiz çəkisi 1470 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görüşünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 01 iyul 2024-cü il tarixli, 570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin DSMF-nın təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli minqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxs Rüət Ağabalayevin 30 iyun 2024-cü il tarixdə Masallı şəhərində cinayətkar qrupun digər üzvü tərəfindən qoyulmuş çantanı götürsə də, çantanın boş olması, çantada narkotik vasitələrin olmaması, narkotik vasitələrin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri- obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən məhkəmənin 23 dekabr 2024cü il tarixli qərarı ilə iş üzrə CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı rayon polis şöbəsində saxlanılan1469,8 qram narkotik vasitə heroin, 4404,5 qram narkotik vasitə qurudulmuş marixuana və 1009,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, 1 ədəd “OPPO” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməli, iş materiallarına əlavə edilmiş telefon danışıqları barədə 1 ədəd CD disk cinaəyt işində saxlanılmalıdır. Ekspertiza xərci 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı rayon polis şöbəsində saxlanılan1469,8 qram heroin, 4404,5 qram qurudulmuş marixuana və 1009,9 qram metamfetamin məhv edilsin, 1 ədəd “OPPO” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. iş materiallarına əlavə edilmiş telefon danışıqları barədə 1 ədəd CD disk cinaəyt işində saxlanılsın. Ekspertiza xərci 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-715/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-715/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver