Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-716/2023 04.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan qardaşı Şahid1 məxsus “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına idarə etdikdən sonra həmin zolaqda Masallı şəhəri istiqamətində hərəkətdə olan rayonun Banbaşı kənd sakini, əvvəllər tanımadığı X1 hüququnu təsdiq sənəd əsasında və etibarnamə ilə idarə etdiyi “VAZ 21043” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və hadisə nəticəsində “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan su kanalına aşaraq çevrilməsinə, həmin avtomobilin sürücüsü X3 qarnın qapalı küt travması, qara ciyərin və dalağın cırılması, daxili qanitirmə, sol bud və sol said sümüklərinin qapalı sınığı, alnın, sol dirsək və sol said nahiyəsinin əzilmiş yarası, bədənin müxtəlif nahiyələrinin qançırları və sıyrıqları ilə nəticələnən və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri aldıqdan sonra qarnın qapalı küt travması nəticəsində əmələ gəlmiş qara ciyərin və dalağın cırılmasından törənən daxili qanitirmədən ölməsinə səbəb olan və sonuncunun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan Masallı rayonu Banbaşı kənd sakini, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol birinci qabırğanın yerini dəyişən qəlpəli sınığı, sağ bazu nahiyəsinin kəsilmiş yarası, sol əlin arxa hissəsinin və gövdənin sol yan hissəsinin sıyrıqları kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, qəza 26 may 2023-cü ildə baş vermişdir. Həmin vaxt qardaşı Elşənə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə günü avtomobillə Masallı şəhərindən çıxıb, Təzə Alvadı kəndi istiqamətində aptekdən dərman almaq məqsədilə getmişdir. Həmin vaxt avtomobili saatda 70 və ya 80 km sürətlə idarə etmişdir. Dərman alacağı üçün bir az sürətlə getmişdir. Hadisənin baş verməsi tam yadında qalmamışdır. Yadında o qalıb ki, BMW markalı avtomobil qarşısında əyləci vurmuş, o isə idarə etdiyi avtomobili sağa çəkmişdir. Bu zaman idarə etməni itirmiş qəza baş vermişdir. Sonrasını isə xatırlamır. Maşını sağa çəkərkən qarşıdan gələn maşını görməmiş, hadisədən sonra isə özündə olmamış, xəstəxanada ayılmışdır. Sürücülük hüququ olmadan avtomobili idarə edib, sürət həddini aşmışdır, əməlindən çox peşmandır, zərərçəkmiş şəxslərdə və valideynlərindən üzr istəyir, ailə vəziyyətinin və peşmançılığının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum X6 onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində mərhum oğlu Miri Ağayev yaşadığı kənddə özü üçün inşa etdirdiyi fərdi yaşayış evində istifadə olunması üçün inşaat materialları almaq məqsədi ilə həmkəndlisi olan ev ustası Zərərçəkmiş şəxs ilə mobil telefonda danışıb İlkinlə birlikdə Masallı şəhərinə getmək qərarı almışdır. Həmin vaxt saat təxminən 10:30 radələrində Miri “Vaz 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşib yaşadıqları evin həyətindən çıxmışdır. Qısa zaman keçmiş ki, evdə olduğu zaman səs eşitmiş, sanki top atılmışdır. Bu zaman evə də zəng gəlmiş, demişlər ki, Miri qəzaya düşüb. Həmin vaxt tələsik piyada hadisənin baş verdiyi yerə getmişdir. O, hadisə yerinə çatanda orada çoxlu sayda insanların toplaşdığını görmüş və oğlu Mirinin RMX-na aparıldığını eşitmişdir. Görmüş ki, oğlunun maşınını vurub, atıb suyun içinə maşının təkərləri göydədir. Hadisəni törədən isə çıxıb getmişdir. Əgər oğlu Miriyə zamanında yardım etsəymişlər, oğlu ölməzmiş. Təqsirləndirilən şəxslə aralarında heç bir barışıq yoxdur, onunla barışmır, onlardan heç kim qapısına gəlməmişdir. Yalnız mərhumun qırxında atası gəlmiş, onu da uşaqlar yasdan çıxarmışlar. Təqsirləndirilən şəxs heç bir ziya ödəməyib, ondan şikayətçidir, cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ev təmir-tikinti ustası işləyib ailəsinin dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə olduğu zaman mərhum həmkəndlisi X6 ona zəng edib ona evində istifadə etməyi üçün tikinti materialları almaq məqsədi ilə Masallı şəhərinə getmək lazım gəldiyini bildirmişdir. Həmin vaxt Miri özünə ev tikmiş, demək olar ki, ev hazır vəziyyətdə olmuşdur. Daha sonra Mirinin idarə etdiyi avtomobillə Banbaşı kəndindən çıxıb, şəhər istiqamətində getmişlər. Anidən orda çörək bişirmə yeri var onu keçdikdə təqsirləndirilən şəxs onların olduğu maşını vurub kanalın içərisinə atmışdır. Həmin andan etibarən baş verənləri xatırlamır. Sonradan bilmiş ki, hadisədən dərhal sonra Mirini maşından çıxarmışlar. Ondan soruşanda ki, maşında kimsə var Miri isə özündə olmadığından demişdir ki, yox. Lakin ora bir kəndlisi gəlib demişdir ki, “mən hadisədən əvvəl maşında başqa adamın da olduğun görmüşəm”. Bundan sonra isə onu maşından çıxarmışlar. Lakin hamı Mirinin huşu özü olduğundan özünü ölü biliblər, amma Mirinin daxilndə gedən prosesləri heç kim bilməmişdir. Özü xəstəxanada ayılmamış, Miri isə vəfat emişdir. Maşın suya düşdüyündən dili qatlanıb, qarnına su gedib. Xəstəxanada isə bir həftə sonra gözün açmışdır. Təqsirləndirilən şəxslə barışmır, qapısını belə açan olmamışdır. Məhkəmədən bir gün əvvəl bir ağsaqqalı gəlmiş, demiş ki şikayətini geri al. O isə demişdir ki, hadisədən aylar keçib indi niyə gəlmisiz. Ona maddi zərər dəyib, üç min manat dərmanlarına pul xərcləyib, usta işlədiyindən, uzun müddət iş qabiliyyətin də itirib, üç min manat da işləyib pul qazanmaqda məhrum olub, qazancın itirmişdir. Təqsirləndirilən şəxsdən vurulmuş zərərini tələb edir, onunla barışmır, ona qanunla cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Namiqin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə qardaşı ona məxsus avtomobillə Masallı rayonu Banbaşı kəndində qəza törətmişdir. Bu barədə kəndçiləri zəng vurub ona məlumat vermişdir. Bundan sonra o, atası Natiq Eynullayevlə birlikdə avtomobillə dərhal hadisə yerinə yollanmışdır. O, atası ilə birlikdə hadisə yerinə çatdıqda orada ona məxsus avtomobilin əzilmiş vəziyyətdə yolun ortasında dayandığını, həmçinin digər avtomobilin isə yolun sağ kənarında olan su kanalının içərisinə aşmış vəziyyətdə çevrilmiş halda qaldığını görmüşdür. O, hadisə yerinə çatanda artıq orada YPX-nin əməkdaşları olmuşdur. Nə qardaşı nədə ki, qarşı tərəfi orada görməmiş, onları artıq xəstəxanaya aparmışlar. Bundan sonra xəstəxanaya getmiş, orada qardaşının qolunun sındığını, Miri Ağayevin isə vəfat etdiyini öyrənmişdir. Qardaşı avtomobilini onun razılığı ilə götürməmiş, qardaşına atası icazə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, DİN-nin Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir. Hadisə günü ərazidə xidmətdə olmuşlar. Həmin vaxt məlumat daxil olmuşdur ki, Banbaşı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Özü və Şahid4 dərhal hadisə yerinə getmişlər. Həmin vaxt orada çoxsaylı insanların yığıldığına şahid olmuşlar. Həmin yerdə isə yol dar olmuşdur. Hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, həmin vaxt zərərçəkmişlərdən yerdə oturmuş vəziyyətdə bir şəxsin, digər şəxsin isə yerdə uzanmış vəziyyətdə qalmasını görmüşlər. Sürücünü isə görməmişlər, demişlər ki, xəstəxanaya gedib. Onlardan biri yolun bir üzündə, digəri isə o biri üzündə qalmaqla hərəkəti idarə etməyə başlamışlar. Daha sonra müstəntiq gəlmiş, sənədləşdirməyə başlamışdır. Hadisə zamanı avtomobillər qarşıqarşıya toqquşmuşlar. Avtomobillərdən biri yolun ortasında qalmış, digəri isə kanala suya düşmüşdür. Hadisə baş verən yol kənd arası yol olmuş, yolda görmə məhdudiyyəti də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 26 may 2023-cü il tarixdə səhər saatlarında Masallı şəhəri ərazisində YPX-nin baş inspektoru Şahid5la birlikdə xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı rayonu Masallı-Digah- Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəssində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişlər. Hadisə yerində “Priora” və “VAZ2104” markalı avtomobillərin toqquşmasının şahidi olmuşlar. “VAZ2104” markalı avtomobil isə toqquşma nəticəsində su kanalına düşmüşdür. Kanala düşən avtomobildən iki nəfər şəxs çıxarılmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gələrək yaralıları aparmışdır. Onlar isə hadisə yerində qalıb ərazinin mühafizəsini təmin etmişlər. Sonra isə müstəntiq gəlmiş, müstəntiqə köməklik göstərmişlər ölçü işləri aparılmışdır. Maşınlar isə duracağa yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı rayonu Banbaşı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsindən həmin gün hadisə baş verən andan bir neçə saniyə sonra məlumatı olmuşdur. Özü həmin vaxt Masallı şəhərinə getmək üçün idarə etdiyi avtomobillə yaşadığı evdən çıxmışdır. Həmin gün Masallı rayonu Banbaşı kəndinin girişində yerləşən tanmadığı şəxsə məxsus marketdən siqaret almaq üçün həmin marketin yaxınlığında yerləşən kafenin qarşısında avtomobilini üzü Masallı şəhəri istiqamətində saxlamışdır. O, həmin vaxt avtomobilində təxminən bir qədər oturub mobil telefon ilə məşğul olduqdan sonra avtomobildən çöldə bərk səs gəldiyini eşitmişdir. Nə baş verdiyini anlamaq üçün dərhal avtomobildən yerə enib ətrafa baxmış, görmüş ki, qəza baş verib. Dərhal həmin avtomobillərə tərəf qaçmışdır. Qəza onun durduğu yerdən hardasa 2-3 metr qarşıda baş vermişdir. Görmüş ki, ağ rəngli VAZ04 markalı maşının biri düşüb arxası üstə su kanalına, o biri maşın isə yolun ortasındadır. Həmin avtomobil o an işlək vəziyyətdə olub, maşını söndürməyə çalışsa da, qabağı əzildiyindən bunu bacarmamış, sonradan maşın özü sönmüşdür. Həmin maşının içində isə ön sərnişin oturacağında bir nəfər şəxsin qolu sınmış və huşsuz vəziyyətdə qaldığını görmüşdür. O, həmin şəxsə tərəf yaxınlaşıb, onu ön sağ qapıdan çəkib çıxarmaqla qucağına götürüb öz avtomobilən aparmışdır. Dərhal da Masallı RMX-na aparmaq üçün avtomobilini hərəkətə gətirmişdir. Onu aparıb xəstəxanaya çatdırmışdır. Hadisə isə bir anın içərisində baş verdiyindən, özü avtomobildə telefonla məşğul olduğundan hadisə baş verən anı görə bilməmişdir. Təqsirləndirilən şəxs isə avtomobildə tək olmuş, maşında başqa adam görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsini görməmişdir. Həmin gün arvadını işlədiyi Masallı rayonu Banbaşı kəndindən götürüb, yaşadığı Masallı rayonu Köhnə Alvadı kəndinə aparmışdır. İstintaq zamanı da bu barədə dindirilmiş, bu barədə ifadə vermişdir. Yolda olduğu müddətdə isə kəskin tormozlama etməmişdir. Hadisəni isə görməmişdir, yalnız hadisə günü atası günorta evə gəldikdə yolda qəza olması barədə ona demiş, bu zaman da məlumatı olmuşdur. O, öz yolunda hərəkət etmiş, kəskin əyləcə sıxmamış, əgər belə bir hal olsa, hadisəni də görərmiş. Arxasında isə hər hansı bir yol-nəqliyyat hadisəsi baş verməyib, hadisəni görsə, vicdanı yol verməzmiş ki, oradan çıxıb getsin, əksinə dərhal maşınını saxlayıb köməklik edərmiş. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, yol nəqliyyat hadisəsinin sxemi və fotoşəkillərdən görünür ki, toqquşmanın baş verdiyi yer Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində, Masallı rayonu Təzə Alvadı kəndi istiqamətində asfalt yolun sol hərəkət zolağının üzərində yerləşir. Hadisə gündüz vaxtı baş vermiş, hadisə vaxtı hava yağmursuz olmuşdur. Yol asfalt örtüklü, düz, hamar olub, qurudur. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, “VAZ 217030” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı şəhəri istiqamətində yolun ortasında ön hissəsi əzilmiş vəziyyətdə asfalt yolda çarpaz dayanmış halda, eyni zamanda “VAZ 21043” markalı **-CH-*** qeydiyyat nişanlı avtomobil də yolun sol tərəfindəki su kanalının içərisində üzü Masallı şəhəri istiqamətində çevrilmiş haldadır. Hadisə yerində Masallı rayonu Təzə Alavdı kəndi istiqamətində yolun sol hərəkət zolağı üzərində“VAZ 217030” markalı **-BN-*** markalı avtomobilin 8 metr uzunluğunda tək tormuz izi aşkar edilmişdir. Toqquşma yerində hər iki nəqliyyat vasitəsinə aid detal qırıntılarının olması müəyyən edilmişdir. Hadisə yaşayış məntəqəsində baş vermiş, həmin ərazidə maksimum sürət həddi 50 km/saat olmuşdur. (c 1, i.v 4-14). İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, “BMW” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin avtomobilin xaricində hər hansı zədə, ləkə və sair iz müəyyən edilməmişdir. (c 1, i.v 51-56). İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, “VAZ217030” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin avtomobilin ön hissəsinin əzilmiş halda olması, ön şüşəsinin sınması, avtomobilin sükanının geriyə çıxması müəyyən edilmişdir. (c 1, i.v 57- 61). İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, “VAZ21043” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, həmin avtomobilin xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində digər avtomobillə ön hissədən toqquşduqdan sonra aşaraq çevrilməsi, nəticə avtomobilin əsasən ön sol hissəsi olmaqla toqquşmanın təsirindən sürücü oturacağına doğru sıxılıb əzilməsi, çevirilməsi nəticəsində üst hissəsinin batması, bundan başqa avtomobilin bütün pəncərələrinin sınması müəyyən edilmişdir. (c 1, i.v 62- 67). İş materiallarında olan 30 may 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 26 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 217030” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “VAZ 21043” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin duracağında saxlanılır. (c 1, i.v 68). İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ21043 markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. (c 1, i.v 73). İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ217030 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. (c 1, i.v 85). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 8/1761 nömrəli məhkəmə yolnəqliyyat hadisələri rəyindən görünür ki, 1a,2a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ0217030 markalı, 44BN777 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı)tələblərinə uyğunsuzluq olmuşdur. 1b,2b. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-21043 markalı 44CH685 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. (c 1, i.v 121-124). İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 08 nömrəli rəyindən görünür ki: 1.Mərhum.X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Qarnın qapalı küt travması, qara ciyərin və dalağın cırılması, daxili qanitirmə, sol bud və sol said sümüklərinin qapalı sınığı, alnın, sol dirsək və sol said nahiyəsinin əzilmiş yarası, bədənin müxtəlif nahiyələrinin qançırları və sıyrıqları. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən vaxta və şəraitə, yəni 26 may 2023-cü ildə minik avtomobillərinin toqquşması zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. 2.Mərhum.X3 ölümünə səbəb qarnın qapalı küt travması nəticəsində əmələ gəlmiş qara ciyərin və dalağın cırılmasından törənən daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olark ki, ölüm meyit meyitxanda müayinə olunmağa başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir.
3. Mərhum.X3 meyitindən götürülmüş qanın məhkəmə kimya tədiqatı nəticəsində qanda alkoqol və hər hansı bir uyuşdurucu maddə aşkar edilməmişdir. (c 1, i.v 125-131). İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 642 nömrəli rəyindən görünür k, Vət.Təqsirləndirilən şəxs sol bazu sümüyünün aşağı 1/3-nin yerini dəyişən qapalı sınığı müəyyən olundu, müəyyən olunan xəsarət ağır bərk küt əşyanın güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissənin təsirindən əmələ gələ bilərdi, törənmə müdəti qərarda qeyd olunan 26 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərmuya aiddir. (c 1, i.v 132-134). İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 643 nömrəli rəyindən görünür k, Vət.Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi(qeyri-iradi hərəkətlərin olması,termorequlyasiyanın pozulması, qeyriiradi sidik ifrazı, huşun komatoz pozulması və.s bunu sübut edir), sol birinci qabırğanın yerini dəyişən qəlpəli sınığı, sağ bazu nahiyəsinin kəsilmiş yarası, sol əlin arxa hissəsinin və gövdənin sol yan hissəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (c 1, i.v 135-137). İş materiallarında olan 18 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 141-142). İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, bacısı və qardaşından ibarət olmaqla Masallı rayonu, Böyük Xocavar kəndində yaşayır, barəsində ərazi nümayəndəliyinə hər hansı bir yazılı və ya şifahi formada şikayət daxil olmamışdır. (c 1, i.v 155-156). İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(050)- 83/2023 nömrəli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyul 2023-cü ildən hesablanmışdır (c 1, i.v 195-198). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( c 1, i.v 204). İş materiallarında olan “Avtoservis T.X.S Masallı” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1517 və 1516 nömrəli arayışlardan görünür ki, VAZ21723 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə 5747 manat, VAZ21043 markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə 5300 manat ziyan dəymişdir. ( c 1, i.v 214-215). İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs X3 hüquqi varisi təyin edilmişdir. ( c 1, i.v 218-219). İş materiallarında olan 14 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 264-cü və 185.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid6 barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci, Şahid1 barəsində isə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilmişdir. ( c 1, i.v 244-258). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan qardaşı Şahid1 mülkiyyətində olan “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxs X3 idarə etdiyi “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və hadisə nəticəsində “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan su kanalına aşaraq çevrilməsinə, həmin avtomobilin sürücüsü X3 ölümünə, sonuncunun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan Zərərçəkmiş şəxs isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə səmimi etiraf etsə də, həmin hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışmamış, onlara vurulmuş ziyanı ödəməmiş, başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri etməmiş, cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə, zərərçəkmiş şəxsə və onların ailəsinə qayğı və insani rəftar nümayiş etdirməmişdir. Nəticədə məhkəmə istintaqı zamanı zərərçəkən şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduqlarını, onun cəzalandırılmasını xahiş etmişlər. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Masallı RPŞ-nin duracağında saxlanılan “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Şahid1 və “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisi X2 qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Masallı RPŞ-nin duracağında saxlanılan “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Şahid1 və “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil isə mülkiyyətçisi X2 qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev