Məhkəmə qərarları › İş №1(099)-717/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-717/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-717/2023 11.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – Süleymanov Elxan Xasay oğlunun sədrliyi ilə, hakimlər – X3 (məruzəçi) və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Mehralı oğlunun iştirakları ilə xx xxxxxx 1994-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Neftçala rayonunun Xıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə və xx xxxxxx 1999-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu Elşən Məhərrəmli küçəsində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 24 aprel 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə Lənkəran şəhərində sonuncunun əvvəlcədən mobil telefon vasitəsilə əlaqə saxlayıb razılaşdığı şəxsin onlara pay qismində verəcəyi psixotrop maddə metamfetamini əldə edib birlikdə qəbul etmək barədə razılaşıb, bu niyyətlə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Saypa” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Bakı şəhərindən birlikdə Lənkəran şəhərinə gələrək, həmin gün saat 20:30 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsi, «Dəmir yolu vağzalı»nın yaxınlığına çatıb, orada Təqsirləndirilən şəxs2 avtomobildən düşüb istintaqa məlum olmayan şəxs tərəfindən elektrik transformatorun yanında gizlədilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,196 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq avtomobilə daşımış, sonuncu avtomobilə əyləşdikdən sonra həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 təhvil almaqla əldə edib özü üzərində saxlayaraq daşımış və sonradan qeyd olunan ərazidə görüşməklə bağlı Təqsirləndirilən şəxs2la sövdələşib oradan ayrıldıqdan sonra, bu barədə əməliyyat məlumatları əldə etmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 24 aprel 2023-cü il tarixdə saat 21:45-da Lənkəran şəhəri H.Aslanov küçəsində, «dəmir yolu vağzalı»nın yaxınlığında saxlanılaraq, regional şöbəyə aparılıb, üzərində şəxsi axtarış keçirilərək əynində olmuş şalvarın sol yan cibindən, ondan xəbərsiz, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, şəxsi istehlak miqdarında olmaqla cinayət məsuliyyəti yaratmayan, bir bükümdə, 2,225 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün davam etdirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq özü də saat 23:30 da Lənkəran şəhəri H.Aslanov küçəsində «dəmir yolu vağzalı»nın yaxınlığında saxlanılaraq regional şöbəyə aparılıb, üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2la birlikdə öz istifadələri üçün əldə etdikləri həmin bir ədəd bükümdə, 5,196 qram çəkidə olan külli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 24 aprel 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə Lənkəran şəhərində özünün əvvəlcədən mobil telefon vasitəsilə əlaqə saxlayıb razılaşdığı şəxsin onlara pay qismində verəcəyi psixotrop maddə metamfetamini əldə edib birlikdə qəbul etmək barədə razılaşıb, bu niyyətlə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq özünün idarə etdiyi “Saypa” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Bakı şəhərindən birlikdə Lənkəran şəhərinə gələrək, həmin gün saat 20:30 radələrində Lənkəran şəhəri H.Aslanov küçəsi, «Dəmir yolu vağzalı»nın yaxınlığına çatıb, orada özü avtomobildən düşüb istintaqa məlum olmayan şəxs tərəfindən elektrik transformatorun yanında gizlədilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,196 qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq avtomobilə daşımış, avtomobilə əyləşdikdən sonra həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 ondan təhvil almaqla əldə edib üzərində saxlayaraq daşımış və sonradan qeyd olunan ərazidə görüşməklə bağlı Təqsirləndirilən şəxs1 onunla sövdələşib oradan ayrıldıqdan sonra, bu barədə əməliyyat məlumatları əldə etmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı özü 24 aprel 2023-cü il tarixdə saat 21:45-da Lənkəran şəhəri H.Aslanov küçəsində, «dəmir yolu vağzalı»nın yaxınlığında saxlanılaraq, regional şöbəyə aparılıb, üzərində şəxsi axtarış keçirilərək əynində olmuş şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs1 xəbərsiz, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, şəxsi istehlak miqdarında olmaqla cinayət məsuliyyəti yaratmayan, bir bükümdə, 2,225 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün davam etdirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq Təqsirləndirilən şəxs1 da saat 23:30 da Lənkəran şəhəri H.Aslanov küçəsində «dəmir yolu vağzalı»nın yaxınlığında saxlanılaraq regional şöbəyə aparılıb, üzərində şəxsi axtarış keçirilərkən onunla birlikdə öz istifadələri üçün əldə etdikləri həmin bir ədəd bükümdə, 5,196 qram çəkidə olan külli miqdarda psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs1 əynində olmuş şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, təxminən 3 ay ərzində psixotrop maddə istifadə etmiş, 24 aprel 2023-cü ildə iş yerində olduğu zaman psixotrop maddə istifadə etmək istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 ona zəng edərək Lənkəran şəhərində ona psixotrop maddə pay verəcəklərini, lakin yol pulu olmadığını bildirmişdir. Daşqına üzərində 45-50 manat məbləğində pul olduğunu, maşınına yanacaq toküb gedə biləcəklərini demişdir. Daşqın onu işlədiyi sexdən götürmüş birlikdə Lənkəran şəhərinə gəlmişlər. Lənkəran şəhərində X5 yaxınlığında Daşqın maşından düşüb ona deyildiyi yerdən metamfetamini götürüb maşına əyləşib həmin maddəni ona vermişdir. Bundan sonra maşından düşüb Masallı rayonunda yaşayan əsgərlik yoldaşına dəyməyə getmişdir. Masallı rayonundan Lənkəran şəhərinə qayıdanda isə onu polis əməkdaşları tutub polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq-təsir olmamış, üzərində olan psixotrop maddəni polislər aşkar etmişlər. Üzərindən aşkar olunan psixotrop maddənin çəkisini bilməmiş, həmin maddə üzərindən aşkar olunandan sonra çəkildikdə çəkisi 5 qramdan atrıq olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır, 3 ay psixotrop maddələrdən istifadə etdiyinə görə asılılığı yaranmışdır. Məzar daşlarının rəssamı olduğu üçün həmin ərəfələrdə çoxlu işləri olmuş, işlərini vaxtında çatdırmaqdan ötrü məcbur olub gecələr də işləmiş, psixotrop maddələr gecələr yuxu vermədiyinə görə ondan istifadə etmişdir. Həmin psixotrop maddəni Daşqınla aralarında bölmək, 1 qram onun qalanı isə Daşqının olması fikrində olmuşlar. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 24 aprel 2023-cü il tarixdə idarə etdiyi Saypa markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərindən Lənkəran şəhərinə gəlmiş, Lənkəran şəhərində X5 yaxınlığında tanımadığı şəxsin qoyduğu yerdən psixotrop maddə olan metamfetamin götürüb maşına əyləşib həmin psixotrop maddəni Mehraca vermişdir. Mehrac maşından düşüb tanışları ilə görüşməyə getdikdən sonra X5 yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Sonra isə Mehracı polis şöbəsinə gətirmişlər. Mehracın üzərindən ona verdiyi psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. O, Mehracla birlikdə Lənkəran şəhərinə psixotrop maddə əldə etmək üçün gəlmiş, psixotrop maddəni tanımadığı şəxsdən götürmüş, həmin şəxs özü onlarla əlaqə saxlamış, həmin psixotrop maddəni Lənkəran şəhərində X5 ərazisindən götürmüş, psixotrop maddəni nümunə üçün götürmüş, ona görə pul verməmişlər.Həmin psixotrop maddəni istifadə edəcəkdən sonra daha almamaq fikrində olmuşlar. O psixotrop maddəni götürdükdən sonra maşına əyləşib Mehraca vermiş, sonra maşından düşüb tanışları ilə görüşməyə getmişdir. Polislər onu saxlayıb Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran rayon şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Qurudulmuş marixuananı öz istifadəsi üçün Bakıda alaraq üzərində saxlamış, polis şöbəsində ona qarşı təzyiq-təsir olmamışdır. Polis şöbəsində ondan Lənkərana kimlə gəldiyimi soruşulduqda Mehracla gəldiyini bildirmiş, sonra Mehrac axtarılmışdır. Qarabağda döyüşlərdən gələndən sonra narkotik vasitə istifadə etməyə başlamış,Talış kəndi və Suqovuşan ərazilərində gedən döyüşlərdə iştirak etmiş, medallarla təltif olunmuşdur. Müharibədən qayıtdıqdan sonra bədənində ağrılar olduğu üçün narkotik vasitədən istifadə etməyə başlamışdır, əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri onların etirafedici ifadələri ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsinin polis nəfəri Şahid2 İldırım oğlu ifadəsində göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və yaradılmış əməliyyat qrupunun tərkibində olmuşdur. Onlar həmin gün təlimat aldıqdan sonra barələrində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar və saat 21:45 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında saxlanılmış və onu şöbəyə dəvət etmişlər. Həmin vaxtı avtomobildə bir qadın da olmuşdur. Şöbədə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 şifahi sorğu həmin qurudulmuş marixuananı Bakı şəhəri Buzovna qəsəbəsində üzdən tanıdığı Roma adlı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra o, Lənkəran şəhərində X5 yaxınlığında transformatorun yanındakı beton daşın üzərindən götürdüyü bir bükümdə metamfetamini isə dostu Təqsirləndirilən şəxs1 verdiyini və Təqsirləndirilən şəxs1 onu bir neçə saatdan sonra vağzalın yaxınlığında gözləyəcəyini bildirmişdir. Daha sonra həmin gün əməliyyat axtarış tədbirlərinin davamı olaraq Lənkəran rayon X5 yaxınlığına getmişlər. Saat 23:30-da Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında saxlayıb şöbəyə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının cibindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 23 aprel 2023-cü il tarixdə Bakı şəhərində Ramal adlı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. İş üzrə Şahid1 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabonçu rayonu E.Məhərrəmli küçəsində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs2 və Neftçala rayonu Xıllı qəsəbəsində qeydiyyatda olan Bakı şəhəri Sabonçu rayonu Məhəmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirmələri barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 24 aprel 2023-cü il tarixdə raportla BNMİ-nin CBRŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 24 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, BNMİ-nin CBRŞ-nin polis nəfərləri polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid2 İldırım oğlundan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 21:45 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında öz idarə etdiyi “Saypa markalı” **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olması müəyyən olunmuş və o avtomobilini sürüb uzaqlaşmağa çalışmaq istəsədə onlar buna imkan verməmişlər. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu BNMİ-nin CBRŞ-nə dəvət etmişlər. Həmin vaxtı avtomobildə sonradan şəxsiyyətini müəyyən etdiyimiz X2 da olmuşdur. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 2,77 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Feyruz Əmənullayev və Təqsirləndirilən şəxs2 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2la şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən bir-iki ildir ki, qurudulmuş marixuanadan istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Buzovna qəsəbəsində üzdən tanıdığı Roma adlı şəxsdən 20 manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa Lənkəran şəhərində X5 yaxınlığında transformatorun yanındakı beton daşın üzərindən götürdüyü bir bükümdə metamfetamini isə dostu Təqsirləndirilən şəxs1 verdiyini və Təqsirləndirilən şəxs1 onu bir neçə saatdan sonra X5 yaxınlığında gözləyəcəyini bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs2 protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra həmin gün əməliyyat axtarış tədbirlərinin davamı olaraq Lənkəran rayon X5 yaxınlığına H.Aslanov küçəsinə getmişlər. Təxminən saat 23:30-da Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında piyada olması müəyyən olunmuşdur. Merac Cəfərova yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs1 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu BNMİ-nin CBRŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 5,58 qram olmuşdur. Sonra metamfetaminə bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Vəliəhəd Həbibov və Təqsirləndirilən şəxs1 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1la şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 23 aprel 2023-cü il tarixdə Bakı şəhəri Ramana qəsəbəsində Ramal adlı şəxsdən 80 manata aldığını bildirmiş, istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs1 protokolu imzalarla təsdiq etmişlər. Onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə bir bükümdə olan psixotrop maddə olan metamfetamini 24 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində Dəmir yol vazalının yaxınlığında işıq transformatorunun yanından tanımadıqları şəxs tərəfindən qoyulmuş yerdən götürmüşlər. İş üzrə Şahid3 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin Regional Şöbəsində polis nəfəri vəzifəsində işləyir, polis baş serjantıdır. 24 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis baş serjantı Şahid2 İldırım oğlundan və ondan ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 21:45 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında öz idarə etdiyi “Saypa markalı” **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olması müəyyən olunmuş və o avtomobilini sürüb uzaqlaşmağa çalışmaq istəsədə onlar buna imkan verməmişlər. Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs2 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu BNMİ-nin CBRŞ-nə dəvət etmişlər. Həmin vaxtı avtomobildə sonradan şəxsiyyətini müəyyən etdikləri X2 da olmuşdur. Şöbəyə gəldikdən sonra Şahid1 bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 2,77 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Feyruz Əmənullayev və Təqsirləndirilən şəxs2 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2la şifahi sorğu keçirilərkən o, bildirmişdir ki, təxminən bir-iki ildir ki, qurudulmuş marixuanadan istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Buzovna qəsəbəsində üzdən tanıdığı Roma adlı şəxsdən 20 manata almış, istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa Lənkəran şəhərində X5 yaxınlığında transformatorun yanındakı beton daşın üzərindən götürdüyü bir bükümdə metamfetamini isə dostu Təqsirləndirilən şəxs1 vermişdir və Təqsirləndirilən şəxs1 onu bir neçə saatdan sonra X5 yaxınlığında gözləyəcəyini bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs2 protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra həmin gün əməliyyat axtarış tədbirlərinin davamı olaraq Lənkəran rayon X5 yaxınlığına H.Aslanov küçəsinə getmişlər. Təxminən saat 23:30-da Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Dəmir yol vağzalının yaxınlığında piyada olması müəyyən olunmuşdur. Merac Cəfərova yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs1 üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu BNMİ-nin CBRŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra Şahid1 bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli başqa hər hansı bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 5,58 qram olmuşdur. Sonra metamfetaminə bənzər həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Vəliəhəd Həbibov və Təqsirləndirilən şəxs1 imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1la şifahi sorğu keçirilərkən bildirmişdir ki, təxminən üç aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 23 aprel 2023-cü il tarixdə Bakı şəhəri Ramana qəsəbəsində Ramal adlı şəxsdən 80 manata almış, istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs1 protokolu imzalarla təsdiq etmişlər. Onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə bir bükümdə olan psixotrop maddə olan metamfetamini 24 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində Dəmir yol vazalının yaxınlığında işıq transformatorunun yanından tanımadıqları şəxs tərəfindən qoyulmuş yerdən götürmüşlər. Cinayət işinin materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 5,196 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 həmin psixotrop maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizanın 25 aprel 2023-cü il tarixli, 19/486 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 5,196 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli, 472 saylı rəyindən görünür müayinə zamanı Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli, 471 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin CAB-nə əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddənin kimdən və hardan əldə etməsini müəyyən etmək mümkün olmasa da, onların psixotrop maddələrdən qanunsuz olaraq mütəmadi istifadə etməklə üzərində saxlaması və daşıması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Neftçala RİHB-nın Xıllı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 326 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmətdə olarkən Bakı şəhəri Azadlıq meydanında 26 iyun Silahlı Qüvvələrin yaranmasının 95-ci il dönümünə həsr olunmuş möhtəşəm paradda iştirak etdiyi üçün təltif olunmuşdur. Cinayət işinin icraat materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 21 iyun 2013-cü il tarixli 055e nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Masallı RİHB-nın Həsənli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmçinin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, hərbi xidmətdə olarkən fəxri fərman və medalla təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə 24 aprel 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə 01 ədəd bükümdə, ümumi xalis çəkisi 5,146 qram olan metamfetaminin (ilkin ümumi xalis çəkisi 5,196 qram olmuşdur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 60 (altımış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 30 (otuz) manat Təqsirləndirilən şəxs1 və 30 (otuz) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə 24 aprel 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 1 (bir) gün müddət Təqsirləndirilən şəxs2 iş üzrə 24 aprel 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə 01 ədəd bükümdə, ümumi xalis çəkisi 5,146 qram olan metamfetamin ( ilkin ümumi xalis çəkisi 5,196 qram olmuşdur) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 60 (altımış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 30 (otuz) manat Təqsirləndirilən şəxs1 və 30 (otuz) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar