Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-717/2024 15.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorı, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 1979-cu ildə Saatlı rayonunun Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, avtoyuma məntəqəsində işləmiş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının əvvəlində yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndindəki evinin bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 24 iyun 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 53 (əlli üç) ədəd külli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə külli miqdarda kultivasiya etmiş, həmin ünvanda 24 iyun 2024-cü il tarixdə, saat 22:05 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətyanı sahəsinin bağ hissəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdən 53 (əlli üç) ədəd külli miqdarda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, rəsmi nikahdan olan iki övladından başqa, hazırda Rusiya Federasiyasında yaşayan iki övladı da var və onlardan biri yetkinlik yaşına çatmamışdır. Çətənə bitkilərinin həyətyanı sahəsində bitməsi təsadüfən baş vermişdir. Narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olmamış, övladlarına haram yedirməmişdir. Onun həmin bitkiləri əkməklə məşğul olmağa vaxtı olmamış, onlara heç vaxt qulluq etməmişdir. Hadisə vaxtı şok vəziyyətində olmuşdur. Belə ki, həyətinə gəlib qapısının qabağında polislərin dayandığını görmüşdür. “Şok” vəziyyətində olduğundan polislərin dedikləri ilə razılaşmışdır. Həmin vaxt bağçasına baxanda, orada narkotik tərkibli bitkilər olduğunu görmüş, bitkilər pomidorların arasında bitmişdir. Orada gəndəlaş ağacı da olmuşdur. Sadalanan bitkilər bir-birinə qarışmışlar. Avtoyuma məntəqəsində yay-qış maşın yumuş, övladlarına çörək aparmışdır. Çətənə bitkilərini çıxarmağa vaxtı olmamışdır. Özü əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmiş, lakin uzun müddətdir istifadə etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, arabir “nəşə” çəkmiş, onu da xəstəliyin qarşısını alması, xeyirli olması barədə eşitdiyindən istifadə etmişdir. Həyətində bitkilər əkilən sahəyə ayda bir dəfə keçmişdir. Vaxtı olmadığından çətənə bitkilərinin orada olmasına diqqət etməmiş, həmin yerdə narkotik çəkmişdir. Fikrincə, çəkdiyi narkotik vasitənin toxumları oraya düşmüş və bitmişdir. İstifadə etdiyi narkotik vasitəni harasa gedəndə dost-tanışından əldə etmişdir. Evində ondan və ailə üzvlərindən başqa heç kəs yaşamamış, həyətində kənar şəxs təsərrüfatla məşğul olmamışdır. Saxlanıldığı gün işdə olmuş, daha sonra mağazadan konfet alıb çıxarkən polislər onu tutmuşlar. Həmin vaxt axşamçağı, saat 16-17 radələri olmuşdur. Polislər tərəfindən saxlanılaraq əvvəlcə Saatlı Rayon Polis Şöbəsinə aparılmış, axşam hava qaraldıqdan sonra onu yaşadığı evin həyətyanı sahəsinə aparmışlar. Bu zaman onun işlədiyi avtoyuma məntəqəsi də açıq qalmışdır. Qorxuya düşdüyündən məhkəmədə dediklərini istintaqda deməmişdir. Polislər onu döyməmiş, ona hədə-qorxu gəlməmişlər. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu 26 iyun 2024-cü il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan nəşədən istifadə edir. Torpağa əkib məshulunu yığaraq özü istifadə etməsi üçün çəkdiyi nəşənin toxumlarını yığıb saxlamışdır. 2024-cü ilin aprel ayının əvvəllərində yığıb saxladığı nəşə toxumlarını həyətyanı sahənin bağ hissəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə dəqiq sayını bilmədiyi qədər torpağa əkmişdir. Həmin toxumlardan 53 (əlli üç) ədəd nəşə bitmiş, həmin bitkilərin diblərini yumşaldıb, su verməklə onlara qulluq etmişdir. Həmin bitkilər təxminən 1.7, 1.8 metr və 2 metr hündürlükdə boy atmışlar. 24 iyun 2024-cü il tarixdə, saat 22 radələrində evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətindəki yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. Həmin vaxt iki nəfər hal şahidi və bir nəfər aqronom da dəvət olunmuşdu. Polis əməkdaşları ondan yaşadığı evə və həyətə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, o da cavabında baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirərək, bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər sayılmış və ümumilikdə çətənə bitkilərinin sayının 53 (əlli üç) ədəd olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Ardınca əkdiyi 53 (əlli üç) ədəd çətənə bitkisi torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sintetik kisələrə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və videoçəkiliş aparılmış, o və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, narkotik vasitəni əkməsindən ailə üzvlərinin məlumatı olmamışdır. Həmin narkotik vasitəni ailə üzvlərindən xəlvət istifadə etmiş, gələcəkdə özü istifadə etmək məqsədilə əkmiş, heç vaxt narkotik vasitə satmamışdır (iş vərəqi 69-71). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti izah edə bilməmiş, polis əməkdaşları tərəfindən ona fiziki, psixoloji təzyiq və ya təsir göstərilməməsini bildirmiş, son sözündə ibtidai istintaq zamanı 26 iyun 2024-cü il tarixdə verdiyi ifadəsində qeyd olunanları həyətindən aşkar olunan çətənə bitkilərini əkməsi və onlara qulluq etməsi hissəsindən başqa qalan hissədə tam təsdiq etdiyini göstərmiş, arvadının xəstə olduğunu, uşaqlarının əziyyət çəkdiyini, ailənin yeganə qazanc gətirən fərdi olduğunu deyərək, məhkəmədən ona köməklik edilməsini, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Firudun oğlu ifadəsində göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla şöbə rəisinə məruzə etdikdən sonra, həmin tarixdə onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, əməliyyat müvəkkilləri, polis kiçik leytenantı Şahid3, polis mayoru Şahid1, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin, hal şahidləri qismində dəvət edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının X3-Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid4 və Saatlı rayon Mustafabəyli kənd bələdiyyə sədri vəzifəsində işləyən Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər və Zaur baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı onun yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 53 (əlli üç) ədəd bitkiyə baxış keçirilmiş və Tural bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək polis əməkdaşlarına təqdim olunmuşdur. Həmin 53 (əlli üç) ədəd bitki polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü sintetik torbalarda qablaşdırılmış, həmin torba Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 89 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı həmin yerdən əlavə qanunsuz predmet aşkar edilməmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən çətənə bitkiləri aşkar edilərkən təəccüblənməmişdir. Həyətyanı sahəyə baxış keçiriləndə hava qaranlıq idi. Təqsirləndirilən şəxs tutulduğu saatı bilmir, onu evində baxış keçiriləndən sonra tutmuşlar. Həyətyanı sahəyə baxış keçirilərkən evdə təqsirləndirilən şəxsin arvadı, uşaqları olmuş, valideynləri səhv etmirsə, ayrı yaşamışlar. Çətənə bitkiləri qulluq edilmiş vəziyyətdə və çoxunun, demək olar ki, hamısının boyu bir metrdən yuxarı, iki metrə yaxın olmuşdur. Çətənə bitkiləri digər bitkilərdən fərqlənirdi və onları evin pəncərəsindən asanlıqla görmək mümkün idi. Məhkəmə iclasında dindirilmiş şahid Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Saatlı Rayon Mustafabəyli kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi kimi iştirak etmək üçün dəvət etmişlər. Digər hal şahidi qismində dəvət edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının X3-Ərazi Dirəsi üzrə nümayəndəsi Şahid4 polis əməkdaşları və aqronom Tural İbrəhimli ilə birlikdə Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Orada baxış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, sonra heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 53 (əlli üç) ədəd bitkiyə baxış keçirilmiş və Tural həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işlərinin aparıldığını bildirərək, bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Həmin 53 (əlli üç) ədəd bitki polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılmış və möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, o, digər hal şahidi və proses iştirakçıları qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən əlavə qanunsuz predmet aşkar olunmamışdır. Şahid5 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvalanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs özü və yaxın ailə üzvləri kənd ərazisində seçkilərdə, rəsmi tədbirlərdə fəal iştirak etmişlər, onun narkotik vasitə qəbul etməsi barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01; 51). Saatlı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitələrin əkilib-becərilməsi və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Saatlı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsinə şöbənin əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 13). Saatlı Rayon Polis X4 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə polis əməkdaşları, aqronom-mütəxəssis, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş və videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 14-18; 20). Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X10 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə aşkar edilmiş ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə baxış keçirilmiş və onların orta hesabla boyu 1.70-1.80-2.0 metr olmuş, həmin bitkilər aqrotexniki qaydada beçərilmiş və onlara qulluq edilmişdir (iş vərəqi 19). Saatlı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı öz təsdiqini tapdığından həmin tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs şöbəyə aparılmışdır (iş vərəqi 21). Saatlı Rayon Polis X4 xx.xx.2024-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 22; 35; 37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən...” sözləri və imzalar olan altı ədəd sintetik torbada cəmi 53 (əlli üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 35100,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş həmin 53 (əlli üç) ədəd bitki orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza tədqiqatından sonra yaş vəziyyətdə ümumi çəkisi 35100,0 qram olan çətənə (kannabis) bitkilərinin 35099,0 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (iş vərəqi 44-48). Saatlı Rayon Polis X5 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 53 (əlli üç) ədəd, külli miqdarda olmaqla 35100,0 qram çəkidə çətənə bitkisinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 35099,0 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün həmin şöbənin məsul saxlanışa təhvil verilmişdir (iş vərəqi 57-58). Saatlı Rayon Polis X5 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 60-61). Saatlı Rayon Məhkəməsinin 4(055)-21/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 iyun 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 82-85). Saatlı Rayon Məhkəməsinin 5(055)-62/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Saatlı Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin Təqsirləndirilən şəxs ətrafında “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 87). Saatlı Rayon İcra Hakimiyyəti başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Mustafabəyli kəndində yaşamış, himayəsində xx.xx.2018 və xx.xx.2021-ci il təvəllüdlü olmaqla iki azyaşlı oğlu vardır, nümayəndəliyə barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır (iş vərəqi 88-92). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində ruhi-əsəb kabinetində qeydiyyatda deyildir, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə 2 saylı rayon psixiatriya xəstəxanasında müalicədə olmuşdur (iş vərəqi 94). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 107). “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində və psixonevroloji xəstəliklərlə bağlı dispanser qeydiyyatında deyildir (iş vərəqi 123-124). Saatlı Rayon Polis X5 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş giriş-çıxış zəngləri, sms mətnlər, əhatə dairəsi, nömrələrin adına rəsmiləşdirilmiş şəxslərə aid məlumatlara dair CD diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (iş vərəqi 128-130). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7 X6 xx.xx.2024-cü il tarixli, 5272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 137-138). Saatlı Rayon Polis X5 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; hadisə yerinin baxışının aparılması haqqında xx.xx.2024-cü il tarixli protokol, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, şahidlərin ifadələri, mütəxəssisin rəyi, məhkəmə bilojiekspertin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/611 nömrəli, məhkəmə narkoloji ekspertin xx.xx.2024-cü il tarixli, 5272 nömrəli rəyləri maddi sübut kimi tanınmışdır (iş vərəqi 145- 151). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil, yəni, yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri olsa da, həmin bitkilərin tərəfindən əkilməməsi və onlara qulluq etməməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə, həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis İdarəsinin əməkdaşları və hal şahidlərinin iştirakı ilə yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsinə keçirilmiş baxış zamanı müxtəlif növ tərəvəz bitkiləri olan yerdə aşkar olunmuş ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin “nəşə kolları” olmasını, həmin kolları şəxsi istifadəsi məqsədilə əkdiyini və özünün suvararaq qulluq göstərdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Saatlı Rayon Polis İdarəsində müdafiəçisinin iştirakı ilə verdiyi izahatında polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndindəki həyətyanı sahəsinə keçirilmiş baxış zamanı müxtəlif növ tərəvəz bitkiləri olan yerdə aşkar olunmuş ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini şəxsi istifadəsi məqsədilə əkdiyini bir daha etiraf etmişdir. Bundan əlavə, o, şübhəli şəxs və təqsirləndirilən kimi də eyni məzmunlu ifadələr verərək, əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməməsini bildirmişdir. Bundan başqa, o, Saatlı Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bildiyini, əməlindən peşimançılıq çəkdiyini və məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik tərkobli çətənə bitkiləri barədə məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-26-cı bəndlərinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı qorxması, “şok” vəziyyətində olması ilə əlaqələndirmiş, başqa bir tutarlı əsas gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı hissəvi ziddiyyəti əsaslandıra bilməməsini, bununla bağlı dəlil təqdim edilmədiyini, bu barədə təfərrüatlı ifadə vermədən, ümumi sözlər işlətməsini nəzərə alaraq, göstərilən xüsusata onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirərək sübut kimi nəzərə almır. Buna görə də, məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiq göstərilməməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkarlanması, həmin kolların aqrotexniki qaydada becərilməsi və qulluq göstərilməsi işin mübahisəsiz halıdır. Göstərilənlər əsasında demək olar ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Mustafabəyli kəndindəki həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirməyə) görə cinayət məsuliyyəti nəzərədə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİİ siyahısı”nda Azərbaycan Respublikasında bitən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəd (31 hissə), yuxarı həddi 800 ədəd (1550 hissə) müəyyən olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri, həmçinin məhkəmədə evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının olmasını etiraf etməsi, habelə şahid qismində dindirilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi” haqqında protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübut və digər sənədlərlə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə ai olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 27-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” xx.xx.1988-ci il tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əvvəllər narkotikdən istifadə etməsinə görə peşimançılıq çəkməsini, ailənin yeganə qazanc gətirən fərdi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarından da göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-X6 rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinin 4-cü yarımbaşlığında qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işlərinə baxılarkən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması araşdırılmalı və bu araşdırmanın nəticələrindən irəli gələn məsələlər həll edilməlidir. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməlidir. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən aşkar edilərək götürülmüş 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi (külli miqdarda olmaqla 35100,0 qram çəkidə çətənə bitkisinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 35099,0 qramı) məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 53 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi (külli miqdarda olmaqla 35100,0 qram çəkidə çətənə bitkisinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 35099,0 qramı) məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-717/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-717/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver