Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-718/2022 05.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Sabirabad rayonu Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 23 V, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X1 məqsədi olmadan qanunsuz olaraq 0,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda-2,701 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 avqust 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman 2,701 qram narkotik vasitə heroin əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə, 0,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə əynində olan şalvarının sağ yan cibindəki siqaret qutusunun içərisində bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqıda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirili bilirək göstərdi ki, ailəsi ilə Şirvan şəhərində yaşayır. Narkotik vasitələrdən istifadə etmişdir. 01 avqust 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdən bir ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə narkotik vasitə mariuxana tapmışdır. Həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. 02 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evin yaxınlığındakı parkda olərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ cibindən bir ədəd siqaret qutusu və içərisində bir bükümdə olan narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Ancaq heroin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis işçiləri ona narkotik istifadəçisi kimi CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini vəd etdiklərinə görə videoçəkilişdən istifadlə olunmaqla üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə olan heroinin də ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 avqust 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq əməliyyat tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilmişdir. Şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, sağ yan cibindən isə 1 ədəd siqaret qutusunun içərisində olan 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu və Şirvan şəhərində küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumat olmamışdır. Onun yalnız narkotik vasitələrin istifadəçisi olması və üzərində saxlaması barədə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər. Onun üzərinə bir bükümdə narkotik vasitə heroin qoymamışlar. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşı Şahid2 da İlham İsmayılovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsüsatları təsdiq etdi. 02 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə, şalvarın sağ yan cibindən isə 1 ədəd siqaret qutusunun içərisində 1 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmdür. Sorğa zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş üzrə keçirilmiş kompleks materialların məhkəmə ekspertizasının və məhkəməbioloji ekspertizasının 03 avqust 2022-ci il tarixli, 18/820-821 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə təmiz təmiz çəkisi 2,701 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,28 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 5032 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi halları olmuşdur. Lakin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 09 avqust 2022-ci tarixli, 810 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində nakomaniya xəstəliyi diaqnozu ilə narkoloji kabinetində qeydiyyatdadır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2005, 2008 və 2018-ci il tarixlərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdar təşkil edən 2,701 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 0,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 2,701 qqram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddələri satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə ilkin sənədlərlə və məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə müəyyən edilir ki, yaşayış yeri üzrə polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuş, narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokollardan və protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, o, üzərində bir bükümdə heroinin və qurudulmuş marixuananın aşkar olunduğu zaman həmin maddələri öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrində də qurudulmuş marixuananı və heroini öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan qurudulmuş marixuananı və heroini satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün opoidlərin qəbulu nəticəsində nakomaniya xəstəliyi diaqnozu ilə xəstəxananın narkoloji kabinetində qeydiyyatda olması, onun üzərində aşkar olunan narkotik vasitələrin miqdarı, xırda bükümlərə ayrılmaması da onun həmin maddələri satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun həmin maddələri satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddələri öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını isə CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin narkoloji kabinetində «Opoidlərin qəbulu nəticəsində yaranmış nakomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Onun ərazi narkoloji dispanserdə yenidən qeydiyyata alınmasına zərurət yoxdur. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,651 qram narkotik vasitə heroin və 0,26 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 63 manat 90 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,651 qram narkotik vasitə heroin və 0,26 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs Hacoğlun oğluna isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-718/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-718/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver