Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-718/2023 30.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Cəlilabad rayonu Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ dərəcəli əlil, məhkumluğu olmayan, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 16-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 38-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması barədə digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 26 may 2023-cü il tarixdə gecə saat 03:25 radələrində taksi sürücüsü X4 idarə etdiyi “Toyota Prius” markalı, **-PU-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Yardımlı-Masallı avtomobil yolunun 15-ci kilometrliyinə gələrək cinayətkar qrupun digər üzvləri tərəfindən həmin yerdə bir ədəd kisədə asfalt yolun yaxınlığında qoyulmuş 3510 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 4875 qram, külli miqdarda narkotik vasitə heroin, 2075 qram, külli miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 39,6 qram olan külli miqdarda 990 ədəd həb halında narkotik vasitə metadonu bir ədəd kisədə götürməklə, ümumi cinayətkar niyyətlə ələdə edib, avtomobilə qoyaraq Bakı şəhərinə aparmaq məqsədi ilə daşıyarkən onun saxlanılması məqsədi ilə əməliyyat tədbirləri həyata keçirən Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarını gördükdə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə içərisində narkotik vasitələr və psixotrop maddələr olan kisəni avtomobilin pəncərəsindən yolun kənarına atmış, lakin 26 may 2023-cü il tarixdə saat 03:30 radələrində polis əməkdaşları tərəfindən Yardımlı-Masallı avtomobil yolunun 16-cı kilometrliyində avtomobil saxlanılmış, həmin tarixdə saat 04:54 radələrində onun yolun kənarına atmış olduğu və təqdim etdiyi bir ədəd kisəyə hadisə yerinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən kisənin içərisində 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 1020 qram, 980 qram, 480 qram olmaqla ümumilikdə 3510 qram, külli miqdarda botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 890 qram, 1080 qram, 1035 qram, 960 qram, 910 qram olmaqla ümumilikdə 4875 qram, külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram, 1090 qram olmaqla ümumilikdə 2075 qram, külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan, ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 39,6 qram olan külli miqdarda 990 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 2008-ci ildə hərbi xidmətdə olan zaman yaralanmış və İİ qrup ömürlük əlil olmuşdur. Hazırda böyrəyinin biri yoxdur. Təxminən 2-3 il olar ki, bədənində yaranmış ağrılar səbəbindən arada bir narkotik maddə marixuana istifadə edir. O, marixuananı Bakı şəhərindən müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. Təxminən 15 gün əvvəl “TİK- TOK” sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən, faktiki olaraq Yardımlı rayonu Anus kəndində yaşayan şəxslə tanış olmuşdur. Həmin şəxs adının Həmid olduğunu bildirmişdir. Həmin şəxsə öz istifadəsi üçün ona qurudulmuş marixuana lazım olmasını bildirmişdir. Həmin şəxs onun üçün 1 kiloqram qurudulmuş marixuananı yolun kənarına qoyacağını və gəlib oradan götürməsini demişdir. 2023-cü il may yının 25-dən 26-na keçən gecə həmin şəxs ona «TİK-TOK»-da yazaraq ona 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana göndərdiyini, narkotiki Yardımlı yolunun üstündən götürə biləcəyini demişdir. Özünü Həmid kimi təqdim edən şəxs ona narkotik vasitənin qoyulduğu yer barədə səs atmışdır. Həmin gecə narkotik vasitəni götürmək üçün Bakı şəhərindən «Toyota Prius» markalı taksi ilə Yardımlı istiqamətində yola düşmüşdür. Narkotik qoyulduğu əraziyə çatsa da, narkotiki tapa bilməmiş və Bakı şəhəri istiqamətində geri qayıdarkən Yardımlı rayonu ərazisində polis işçiləri onun olduğu avtomobili saxlatmışlar. Ona narkotik götürmək üçün gəldiyini demiş və torbada olan narkotik vasitəni onun olduğu avtomobilə atmışlar. O isə polisldərin onun avtomobilinə atdıqları narkotik vasitəni avtomobilin pəncərəsindən yerə atmışdır. O, narkotik vasitəyə görə qabaqcadan pul ödəməmişdir. Narkotiki göndərən şəxs onun Bakı şəhərində ailəvi dostunun olduğunu, narkotikin əvəzində onun uşaqlarının ev tapmasına köməklik etməsini demişdir. X10 adlı tanışı olsa da, narkotik ona Mehti tərəfindən göndərilməmişdir. O, Yardımlı rayonu ərazisinə 1 kiloqram qurudulmuş marixuana götürməyə getmişdir. O, ifadəsində həmçinin narkotik vasitə olan kisəni götürdüyünü və onu polis işçilərini görənədək avtomobildən yerə atdığını göstərmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, tutulmasından təxminən on beş gün əvvəl «TİK-TOK» sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla mesajlaşan zaman narkotik maddə marixuana çəkdiyini bildirmişdir. İranlı ona narkotik maddə marixuana göndərə biləcəyini demişdir. Bu səbəbdən də onunla 15 gün ərzində danışmış və narkotik vasitə olan marixuananı hara göndərə biləcəyini soruşmuşdur. İranlı ona həmin narkotik vasitəni Yardımlı rayonu ərazisinə göndərə biləcəyini demişdir. O da İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. Təxminən ikiüç gün əvvəl həmin şəxsə mesajla 050 *** ** ** saylı mobil nömrəsini yazmışdır. Bundan sonra həmin şəxs “Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlamışdır. 25 may 2023cü il tarixdə saat 22:00 radələrində iranlı “WhatsApp” proqramı vasitəsilə ona zəng vuraraq Yardımlı rayonu ərazisində narkotik maddələr gizlətdiyini, həmin narkotik maddələri götürə biləcəyini demişdir. Bundan sonra əvvəlcədən tanıdığı, taksi sürücüsü X5 zəng vuraraq vacib işi olduğu üçün onu rayona aparmasını xahiş etmişdir Rasim də onunla razılaşmışdır. İranlı ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış və Yardımlı rayonuna gedəcəyini demişdir. 25 may 2023-cü il tarixdə saat 23:00 radələrində X6 dairəsində görüşmüş, ona Yardımlıya yas mərasiminə getdiyini bildirmişdir. Rasimlə gediş haqqı kimi 75,90 manat pula razılaşmış və onun idarə etdiyi “Toyota Prius” markalı, 77-PU- 689 qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonuna doğru hərəkət etməyə başlamışlar. Masallı rayonunda İstisu deyilən yerə çatdıqda “Whatsapp” proqramı vasitəsilə İranlıya səs göndərərək Yardımlı rayonuna yaxınlaşdığını bildirmişdir. Az sonra iranlı “Whatsapp” proqramı vasitəsilə ona səs göndərmişdir. Həmin səs yazısında Yardımlı rayonuna çatmamış sağ tərəfdə zaprafka olduğunu, həmin zaprafkanı keçdikdən sonra astanofka olduğunu, həmin astanofkanı keçdikdən sonra çay daşlarından hasar olacağını, ondan sonra yolun sağ hissəsində turba olduğunu, turbanın yaxınlığında narkotik maddələri gizlətdiyini demişdir. Yardımlı rayonuna doğru hərəkət edərək iranlının dediyi turbanı gördükdə Rasimə avtomobili saxlamasını demiş və şəxsi ehtiyacını ödəmək adı ilə avtomobildən düşərək turbanın yanına getmişdir. Ora çatdıqda bir ədəd kisə olduğunu görmüşdür. Kisəni qaldırdıqda kisə ağır olduğu üçün iranlıya “Whatsapp” proqramı vasitəsilə zəng vuraraq ancaq narkotik maddə marixuana götürməyə gəldiyini, lakin kisənin ağır olduğunu demişdir. İranlı ona özünə aid olan marixuanaları götürməsini, qalanını isə nə istəyirsə etməsini demişdir. Bundan sonra içərisində narkotik maddələr olan kisəni götürərək avtomobilin sağ ön oturacağına əyləşmiş, Rasimə geri qayıtmalarını demişdir. Rasim ondan kisədə nə olduğunu soruşmuş, Rasimə kisədə nə olmasını deməmişdir. Təxminən 400-500 metr qabaqda polis əməkdaşlarını gördükdə həmin kisəni avtomobilin pəncərəsindən çölə atmışdır. Bu zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara yaxınlaşmış, avtomobilin qapısını açmışlar, onlardan nə aparmalarını soruşmuşlar. Həmçinin avtomobilin yanındakı kisəni görmüşlər və kisəni ora kimin atdığını soruşmuşlar. O da kisəni özünün ora atdığını bildirmişdir. Polis əməkdaşları ondan kisənin içərisində nə olmasını soruşmuşlar, o da kisədə narkotik maddələr olduğunu bildirmişdir. Bir müddət orada gözləmişlər. Sonra ora vəkil gəlmiş, bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra vəkilin, polis əməkdaşlarının və Rasim Abuşovun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Polislər ondan həmin kisəni haradan əldə etdiyini soruşmuş, o da həmin kisəni bir neçə yüz metr irəlidə Yardımlı şəhər istiqamətindən götürdüyünü bildirmişdir. Polislər ondan həmin kisəni götürməsini kimin ona tapşırdığını soruşmuşlar, o da həmin kisəni götürməsini təxminən 15 gün əvvəl «TİK-TOK» sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona tapşırdığını bildirmişdir. Bundan sonra avtomobildən yerə atdığı bir ədəd qara rəngli kisəyə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisindən 10 ədəd bükümlər, həmin bükümlərin birincisini açdıqda içərisindən 3 ədəd sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, ikinci sellofan bükümdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, üçüncü sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə, dördüncü sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə, beşinci sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə, altıncı sellofan bükümdən psixotrop maddə metamfetaminə oxşar kütlə, yeddinci sellofan bükümdən psixotrop maddə metamfetaminə oxşar kütlə, səkkizinci sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə, doqquzuncu sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə, onuncu bükümün içərisində 10 ədəd üzərində İran hərfləri və sözləri, həmçinin “Methodone 40” sözləri yazılmış qutular aşkar olunmuşdur. Həmin maddələr eletron tərəzidə çəkilmişlər. Qutuları açdıqda doqquzunun içərisindən 10 ədəd konvalyut və həmin konvalyutların hər birinin üzərində “M 40” hərf və rəqəmləri yazılmış 10 ədəd həblər, birinin içərisindən isə 9 ədəd konvalyut və həmin konvalyutların hər birinin üzərində “M 40” hərf və rəqəmləri yazılmış 10 ədəd həblər, ümumilikdə 990 ədəd həb aşkar olunmuşdur. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Yardımlı rayon polis şöbəsinin Narkotiklərplə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 may 2023-cü il tarixdə ona Cəlilabad rayonu Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 16-da qeydiyyatda olan, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Yardımlı rayonu ərazisində olan külli miqdarda narkotik vasitələri götürmək məqsədi ilə “Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı rayonu ərazisinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri həyata keçirilməklə 26 may 2023-cü il tarixdə saat 03:30 radələrində Yardımlı-Masallı yolunun 16-cı kilometrliyində “Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi müşahidə etmişlər. Avtomobil onlara yaxınlaşarkən avtomobilin salonunda olan şəxsin pəncərədən yolun kənarına bir ədəd torbanı yerə atmasını görmüşlər. Həmin avtomobili saxlatmışlar. Avtomobilin sürücüsü X7 olması, Təqsirləndirilən şəxs isə avtomobildə sərnişin qismində olduğu məlum olmuşdur. Onlardan əraziyə nə məqsədlə gəlmələri soruşulduqda Təqsirləndirilən şəxs təxminən 15 gün əvvəl “TİK-TOK” sosial şəbəkəsində tanış olduğu, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona içərisində narkotik vasitələr olan kisəni götürməsi barədə tapşırıq verdiyini, bu məqsədlə 26 may 2023-cü il tarixdə “189” taksi xidmətinə sifariş vermərək X4 idarə etdiyi “Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsi adlanan yerdə əyləşərək içərisində narkotik vasitələr olan 1ədəd kisəni götürmək üçün Yardımlı rayonu ərazisinə gəldiyini bildirmişdir. Sürücü isə Təqsirləndirilən şəxs əraziyə narkotikləri götürmək üçün gəlməsi barədə məlumatının olmadını bildirmişdir. Təqsirləndirilən şəxs yerə atdığı kisəni bir neçə yüz metr irəlidən, Yardımlı şəhəri istiqamətindən götürdüyünü bildirmişdir. Həmin əraziyə təhqiqatçı və vəkil dəvət olunmuş, avtomobilin sürücüsü X4, polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş vasitəsi ilə 1 ədəd qara rəngli kisə açılmış və kisəyə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisindən 10 ədəd bükümlər, həmin bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya, heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr, 10 ədəd üzərində “Methodone 40” sözləri yazılmış qutularda üzərində “M 40” hərf və rəqəmləri yazılmış 990 ədəd həblər aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Yardımlı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsini icra edən Şahid2 və əməliyyat müvəkkili Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yernində yoxlanılarkən içərisində narkotik vasitələr olan bir ədəd kisəni Yardımı rayonu ərazisində götürdüyü yeri və şəraiti yerində yerində göstərmişdir. Baxış, şəxsi-axtarış və götürmə aparılması barədə 26 may 2023-cü il tarixli protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 03:30 radələrində Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yardımlı-Masallı avtomobil yolunun 16-cı kilometrliyində gedərkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələri qanunsuz əldə etməklə daşımsaqda şübhəli olan Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X4 üzərlərində, həmçinin avtomobildə qanunsuz əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Yardımlı rayonuna içərisində narkotik vasitələr olan 1ədəd qara rəngli kisəni götürmək üçün gəldiyini, kisəni bir neçə yüz metr irəlidə Yardımlı şəhəri istiqamətindən götürdüyünü bildirmişdir. Kisəyə baxış keçiriəlrəkn kisənin qara rəngli olmaqla ağzının iplə bağlanılması məlum olmuşdur. Kisənin içərisindən 10 ədəd bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin birincisini açdıqda içərisində 3 ədəd sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, ikinci sellofan bükümdə 500 qram qurudulmuş marixuanaya oxşar kütlə, üçüncü sellofan bükümdə 950 qram narkotik vasitə heroinə oxşar kütlə, dördüncü sellofan bükümdə 1 kq narkotik vasitə heroinə oxşar kütlə, beşinci sellofan bükümdən 1 kq 100 qram narkotik vasitə heroinə oxşar kütlə, altıncı sellofan bükümdə 1 kq 100 qram psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Kisədən aşkar olunmuş üzərində “K” hərfi olan yeddinci sellofan bükümdən 1 kq 50 qram psixotrop maddə metamfetaminə oxşar kütlə, səkkizinci sellofan bükümdən 1 kq 50 qram narkotik vasitə heroinə oxşar kütlə, doqquzuncu sellofan bükümdə 1 kq 100 qram narkotik vasitə heroinə oxşar kütlə, onuncu bükümün içərisindən 10 ədəd üzərində iran hərfləri və sözləri, həmçinin “Methodone 40” sözləri yazılmış qutular aşkar olunmuşdur. Həmin qutuları açdıqda doqquzunun içərisindən 10 ədəd konvalyutlarda hər birinin üzərində “M 40” hərf və rəqəmləri yazılmış 10 ədəd həblər, birinin içərisindən isə 9 ədəd konvalyutların hər birinin üzərində “M 40” hərf və rəqəmləri yazılmış 10 ədəd həbləçümumilikdə 990 ədəd həb aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs kisəni götürdükdən sonra həmin kisədə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman preparatlarının olduğunu bilməsini demişdir. Kisədə aşkar olunmuş maddələr və Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefon qabaşlaşdırılb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş «Samsung Galaxy A22» markalı mobil telefona baxış keçirilərkən telefonda 050 *** ** ** və 070 *** ** ** saylı mobil nömrələrdən istifadə edilməsi, Təqsirləndirilən şəxs 070 *** ** ** saylı mobil nömrədən “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası mobil operatorlarına məxsus +98 933 *** **** saylı mobil nömrə vasitəsi ilə danışıqlar aparması məlum olmuşdur. İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 810 0771 saylı nömrədən 26 may 2023-cü il tarixdə saat 01:51-də Təqsirləndirilən şəxs göndərilmiş səs yazısında qeyd olunmuşdur ki, “ Mehdi o adamına denən ki, zaprafkanı keçən kimi istansiya görəcək, ondan bir az qabağa gedəcək yolun sol ayağında astanofka var, adam zad əyləşir, astanofkanı görən kimi 100 metr getsin qabağa yolun sağ ayağına baxsın, orada köhnə çay daşından divar, zabor var, o divarın qurtaracağında turba var turbanın ağzındadır”. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 01:53-də +98 914 810 0771 saylı nömrəyə göndərilən səs yazısında qeyd olunmuşdur ki, “Ayə brat bu konum zad atmayıb mən tanımıram bunu, indi iki saat durub yol axtaracam başuva dönərəm, sən niyə bu işi çiy görürsən, qardaş qado alaram sənin, mən tanımadığım yerdə sözlə gedib necə tapacam onu, allah haqqı sizin işüz qalıb allaha ”. Baxış zamanı Təqsirləndirilən şəxs +98 914 810 0771 saylı nömrənin İran İslam Respublikası mobil operatorlarına məxsus olduğunu, həmin nömrə ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitələri əldə etmək üçün əlaqə saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizası və bioloji ekspertizasının 26 may 2023-cü il tarixli, 19/580 №-li rəyində göstərilmişdir ki, 1 ədəd bükülüdə təmiz çəkisi 890 qram olan maddə və 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1035 qram, 960 qram, 910 qram-ümumi təmiz çəkisi 3985 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 985 qram və 1090 qram-ümumi təmiz çəkisi 2075,0 qram olan, ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri1030 qram, 1020 qram, 980 qram, 480 qram-ümumi təmiz çəkisi 3510 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 99 ədəd konvalyutda ümumi sayı 990 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, həblər təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 39,6 qramdır (bir həbdə 0,04 qram). Tədqiqata təqdim edilmiş 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1035 qram, 960 qram, 910 qram-ümumi təmiz çəkisi 3985 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 1 ədəd bükülüdə təmiz çəkisi 890,0 qram olan maddə 4 ədəd bükülülərdə ümumi təmiz çəkisi3985 qram olan maddələrdən xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə fərqlidirlər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1807 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli, 721 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarnıda olan 07 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq olunaraq üzərində 01 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. Şirvan Apelyasiya məhkəməsinin 16 aprel 2014-cü il tarixli qərarı ilə 19 iyul 2013-cü il tarixli hökm dəyişdirilmiş, CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. 16 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2019-cu ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ömürlük ikinci dərəcəli əlildir. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 13 iyul 2023-cü il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli müharibə əili kimi ayda 220 manat sosial müavinət və müharibə əlilinə ödənilən 400 manat Prezident təqaüdü alır. Cinayət işinin məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən məhkəmənin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata CM-nin 32.5,206.3.2-ci maddəsi ilə olan hissədə xitam verilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs Yardımlı rayonu ərazisinə cəmi 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmək məqsədi ilə getməsi və narkotik vasitələri faktiki olaraq əldə edə bilməməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvü ilə apardığı telefon danışıqlarına və polis əməkdaşlarının ifadələrinə əsasən müəyyən edilir ki, o, faktiki olaraq göstərilən növlərdə və miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək məqsədi ilə Bakı şəhərindən gecə saatlarında Yardımlı rayonu ərazisinə gələrək içərpisində külli miqdarda narkotik vasitələr olan kisəni qoyulduğu yerdən götürüb avtomobilə qoyması və Bakı şəhəri istiqamətində qayıdarkən polis əməkdaşlarını gördükdə narkotik vasitələr olan kisəni avtomobilin pəncərəsindən yerə atması təkzibedilməz qaydada sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, hərbi vəzifələrini yerinə getirməsi ilə əlaqədar ömürlük əlil olmasını və Prezident təqaüdü almasını isə CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 4874,25 qram naprkotik vasitə heroin, 2074,8 qram psixotrop maddə metamfetamin, 3509,6 qram narkotik vasitə qurudulmuş marixuana və 958 ədəd narkotik vasitə metadon həbləri məhv edilməlidir. «Samsunq Galaxy A22» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. İş materiallarına əlavə edilmiş 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 120 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 4874,25 qram narkotik vasitə heroin, 2074,8 qram psixotrop maddə metamfetamin, 3509,6 qram narkotik vasitə qurudulmuş marixuana və 958 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, “Samsung Galaxy A22” markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. 3 (üç) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-718/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-718/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver