Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-72/2023 28.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şahid3, təqsirləndirilən şəxsin müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1984-cü ildə Masallı şəhərində anadan olmuş, ali təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri Puşkin küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində 21 oktyabr 2022-ci il tarixdən ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uzun müddət ailələri arasında torpaq mübahisəsi ilə əlaqədar dəfələrlə mübahisələr olmasını əsas gətirərək 29 may 2022-ci il tarixdə, saat 21 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Telekom” telefon mağazasının qarşısında Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, istintaqa məlum olmayan alətlə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən qəsdən bir neçə zərbə vurmuş, sonuncu aldığı zərbədən müvazinətini itirib yerə yıxıldıqdan sonra o, öz qanunsuz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs qalxmaq və özünü müdafiə etməsinə imkan vermədən ardıcıl zərbələr vuraraq sonuncuya sol bazu oynağında açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrlərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyişin olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlinin 94-cü bəndinə əsasən bazu sümüyünün bitişməmiş sınığı ilə müşayiət olunan, ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (50%) hissəsində uzun müddətə dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid, hər iki dirsək oynağı nahiyələrinin arxa səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu, eyni zamanda uzaq qohumudur. Onun satılıq torpağı olmamışdır. Emingil onunla torpaq üstündə narazılıq yaratmışlar. 29 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində idarə etdiyi “BMW” markalı avtomobillə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Ağa Market” ərzaq mağazasından evi üçün bazarlıq edib çıxarkən, Zərərçəkmiş şəxs ondan 10-15 metr aralıda dayanıb ona söz atmış, sonra da onun ünvanına nəlayiq sözlər demişdir. O da Eminə yaxınlaşıb , bir-biri ilə tutuşmuşlar. Aralarında mübahisə 10-15 saniyə davam etmişdir. O Emini dubinka ilə vurmamışdır. Onda dubinka olmamışdır. Onlar yaxalaşarkən Emin yıxılmış, o da Eminin üstünə yıxılmışdır. Həmin vaxt Ruslan onları ayırmışdır. Hadisə vaxtı qardaşı Azər orada olmamışdır. Azər hadisə yerinə sonra gəlmiş və ona oradan getməsini bildirmişdir. Eminin isə xəsarət almasını hiss etməmişdir. Sonra o Emingilə barışığa getmiş, həmin vaxt Emin qolunun sınması barədə heç bir söz deməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Masallı rayon mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatdadır, həmçinin İ qrup əlildir. Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər Masallı şəhərində yerləşən torpaq sahəsi ilə bağlı narazılıqlar olmuşdur. 29 may 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində “AĞA” marketin yaxınlığında “Telekom” telefon dükanının qarşısında dayandığı vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobillə onun dayandığı yerdən bir neçə dəfə keçib sonra da avtomobilini “Ağa market”in yanında saxlayaraq, avtomobilin yük yerini açıb oradan bir ədəd qara rəngli rezin dəyənək çıxarıb onun üzərinə gəlmiş və aralarında mübahisə baş vermişdir. Həmin vaxt Spartakın qardaşı Azər də oraya gəlmişdir. Azərin əlində xəncər-bıçaq olmuşdur. Spartak avtomobilindən götürdüyü dubinka ilə onu vurmuş, o yerə yıxılmış, ayağa durarkən Spartak ona “podmoşka” vermiş, o yerə yıxılmışdır. O yerə yıxılandan sonra da yerdə olarkən Spartak onu yenə də vurmuşdur. Spartak getdikdən sonra o da ara küçə ilə yaşadığı evə getmişdir. Həmin axşam Spartakın onlara gəldiyini bilmiş və onun nə üçün gəldiyini bilməmişdir. Səhəri günü onun vəziyyəti ağırlaşdığından atası onu rentgenə salmış və sonra müalicə olunmaq üçün Bakı şəhərinə aparmışdır. Hazırda da vəziyyəti pisdir. Spartakla barışmaq istəmir. Məhkəmədə dindirilmiş şahid, Zərərçəkmiş şəxs nümayəndəsi Şahid3 ifadəsində göstərmişdir ki, Emin onun oğludur. Spartak və onun ailəsi arasında torpaq mübahisəsi ilə əlaqədar olaraq həmişə narazılıq olmuşdur. Oğlu Emin əsəb xəstəsidir və 1 qrup əlildir. 29 may 2022-ci il tarixdə o evdə olmamışdır. Spartakın Emini döyməsini Emin evə gəldikdən sonra bilmişdir. Emin ona Spartakın onu dubinka ilə, Azər isə xəncərin arxası ilə vurub xəsarət yetirdiklərini demişdir. Ona görə də o Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Sonra Emində güclü ağrılar olduğundan onu Masallıda rentgenə salmışdır. Həmin vaxt həkim onu Bakıya aparmağı məsləhət gördüyündən o Emini Bakı şəhərində yerləşən Travmatologiya xəstəxanasına aparmışdır. Orada Emini əməliyyat etmişlər. Eminə baxan Qələndər həkim onun qolunun işləməyəcəyini bildirmişdir. Onlar Spartakla barışmaq istəmirlər. Barışmaq istəsəydi məhkəməyə gəlməzdi. O ifadəsində daha sonra Təqsirləndirilən şəxsla barışdıqlarını ondan heç bir tələb və şikayətləri olmadığını bildirib bu barədə ərizələri məhkəməyə təqdim etmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3, Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs tanıyır. 29 may 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ilə piyada yaşadığı evə gedərkən, “Ağa” marketin qarşısında mübahisə olmasını eşidərək oraya getmişdir. X5 hər ikisi yerə yıxılmış vəziyyətdə görmüş, sonra Spartak yerdən qalxıb kənara çəkilmişdir. Emin isə daha sonra ayağa qalxmışdır. Spartak Eminə sən kimsən ki, məni və ailəmi söyürsən demişdir. Həmin vaxt o Spartakın qarşısına keçərək şeytana nəhlət belə hərəkət lazım deyil deyib, Eminə çıxıb getməsini bildirmiş, sonra da Spartakın qardaşı Azərə zəng edib Eminlə Spartakın mübahisə etdiklərini ona demişdir. Azər hadisə yerinə gəlmiş və Spartakın Eminlə dalaşmasına görə əsəbləşmişdir. Bundan sonra o öz evinə getmişdir. İş üzrə Şahid1 Təqsirləndirilən şəxs qardaşı olmaqla ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Masallı şəhəri Puşkin küçəsində yaşayan Zərərçəkmiş şəxs onun qonşusu, eyni zamanda uzaq qohumu olduğunu, Zərərçəkmiş şəxs ruhi-əsəb dispanserində dəfələrlə müalicə aldığını və hazırda da qeydiyyatda olduğunu, bir neçə il əvvəl kürəkəni X4 şəhəri, Heydər Əliyev prospektində 6 sot torpaq sahəsi aldığını və həmin torpaq sahəsini təxminən 2021-ci ilin sentyabr ayında atası Abı Nadirova satdığını, Şahid3 həmin torpaq sahəsinin onun ata-babasına məxsus olmasını iddia etdiyini və aralarında soyuqluq yaranmağa başlandığını, müxtəlif məzmunlu müraciətlər əsasında Rayon Polis Şöbəsində barələrində dəfələrlə araşdırmalar aparıldığını, 29 may 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Ruslan adlı tanışı ona zəng edərək qardaşı X2 Masallı şəhər Heydər Əliyev prospektində münaqişə etməsini dediyini, o da dərhal evdən çıxıb yol ilə ora gələndə Eminlə yolda rastlaşdığını, lakin həmin vaxt Eminin ona heç bir söz demədiyini, o Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “AĞA MARKET”-in qarşısına gedib, Spartakın onu görəndən sonra özünə məxsus avtomaşına əyləşib ona məxsus mağazanın qarşısına gəldiyini, orada Spartak ona Zərərçəkmiş şəxs onların və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyməsini, daha sonra Eminin onun köynəyinin yaxasından tutmasını və onun Emini itələməsini dediyini, o isə Spartaka belə hallara bir daha yol verməməsini, Eminin ruhi əsəb xəstəsi olması səbəbindən onun danışdıqlarına fikir verməməsini dediyini, o Eminlə qardaşı Spartakın arasında yaranmış mübahisəni birbaşa görmədiyini və Eminə hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli 2115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl, eləcə də hadisə baş verdikdən sonra “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi qeyd edilmişdir. Zərərçəkmiş şəxs “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi hal-hazırda da davam davam edir. Zərərçəkmiş şəxs “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyindən nə vaxtdan əziyyət çəkdiyini dəqiq müəyyən etmək mümkün deyil. Anamnestik məlumatlara əsasən Şizofreniya” xəstəliyinin Zərərçəkmiş şəxs on ildən artıq müddətdə davam etdiyini ehtimal etmək olar. Cinayət işi materiallarının təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə onda qeyd olunan “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin remissiya mərhələsində, yəni xəstəliyin yaxşılaşma dövründə olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs ona qarşı törədilən əməli dərk etmək, qavramaq, yadda saxlamaq və sonradan təsvir edərək istintaqa düzgün ifadə vermək qabiliyyətində olmuşdur. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsi ictimai təhlükəli əməli törətmiş şəxslərə aid edildiyindən cinayət işi üzrə zərərçəkmiş şəxs kimi keçən Zərərçəkmiş şəxs anlaqlı yaxud anlaqsız olduğu müəyyən edilə bilməz. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə və hal-hazırda onda qeyd olunan “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin remissiya (yaxşılaşma) mərhələsində olduğundan onun hadisə barədə göstərdiklərinin uydurma (sayıqlama məzmunlu) olmasını inkar edir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi, həmçinin Zərərçəkmiş şəxs xəsarətlərin müəyyən edilməsi onun təsvir etdiyi hadisənin uydurma xarakterli olmadığını bilavasitə təsdiq edir. Zərərçəkmiş şəxs ona qarşı ictimai təhlükəli əməl törətmiş digər şəxslərin əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib etməməsini müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək, həmçinin istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs kinlilik, eqosentrizm, tez özündən çıxmaq, kobudluq, inadkarlıq, hövsələsizlik və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini və baş vermiş hadisəni tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş əlavə komisyon məhkəmə tibbi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 420/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən 29 may 2022-ci il tarixə və şəraitə uyğun, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş sol bazu oynağında açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar, əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı; hər iki dirsək oynağı nahiyələrinin arxa səthlərinin, hər iki diz oynağı nahiyələrinin ön səthinin və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları aşkar edilmişdir. 2. Xəsarətlərin xarakterini, lokalizasiyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin rezin dəyənəklə döyülmə nəticəsində yaranmaları inkar olunmur. 3. Zərərçəkmiş şəxs sol bazu oynağında açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar, (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyiş olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlinin 94-cü bəndinə əsasən bu fəsad ümumi əmək qabiluiyyətinin üçdə-birindən çox (50%) hissəsində dayanıqlı (daimi) itirilməsi səbəbindən sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Sıyrıqlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə təkrar komisyon tibbi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, BŞŞ-827 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən 29 may 2022-ci il tarixə və şəraitə uyğun, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş sol bazu oynağında açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar, əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı; hər iki dirsək oynağı nahiyələrinin arxa səthlərinin, hər iki diz oynağı nahiyələrinin ön səthinin və sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları aşkar edilmişdir. 2.3. Zərərçəkmiş şəxs sol bazu oynağında qeyd edilən açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrlərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyiş olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlinin 94-cü bəndinə əsasən bu fəsad, yəni bazu sümüyünün bitişməmiş sınığı ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (50%) hissəsində dayanıqlı (daimi) itirilməsi səbəbindən sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Sıyrıqlar sağlamlığa zərərvurmayan xəsratlərə aid olduqlarından dərəcələri təyin edilmir. 4.5 Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərdə, sol körpücük sümüyünün akromial ucunun, sol kürək sümüyünün iç bucağının, İİ, İİİ, İV, V qabırğaların bitişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. 6.Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə onun üzərində “sol bazu sümüyünün metal löhvə ilə ostesintezi” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. Sağalmaya doğru irəliləyiş olsa da, lakin travmanın sonrakı dövrlərində müalicənin dinamik gedişatında sol bazu sümüyündə birişmə baş verməmişdir. Belə ki, bu tipli sınıqlarda zaman keçdikcə sümüyün qan dövranı pozulduğundan konseledasiya (döyənəkləşmə) prosesi zəifləyir, bəzən isə heç olmur. 7. Zərərçəkmiş şəxs sol bazu oynağında qeyd edilən açıcı–bükücü-yaxınlaşdırıcı kontrakturalar (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu, sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrlərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyiş olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlinin 94-cü bəndinə əsasən bu fəsad, yəni bazu sümüyünün bitişməmiş sınığı ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (50%) hissəsininin dayanıqlı (daimi) itirilməsi səbəbindən sağlamlığa AĞİR zərərvurmaya aid edilir, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 29 may 2022-ci il tarixə və şəraitə uyğun gəlir. Cinayət işinin materiallarında olan sorğu əsasında alınmış əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və ailə üzvləri ilə Şahid1, Təqsirləndirilən şəxs və ailə üzvləri arasında Masallı şəhərində yerləşən torpaq sahəsi ilə bağlı əvvəllər aralarında ədavətləri olmuşdur. Həmin ədavətin səbəbi olaraq tərəflər arasında soyuq münasibətlər davam etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Zərərçəkmiş şəxs Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Telekom” mobil telefon dükanının qarşısında dayanmışdır. Həmin vaxt onun yanında başqa bir şəxs olmamışdır. Qeyd edilən saatlarda həmin ərazidə yerləşən obyektlər, iaşə yerləri və bazar ərazisində olan dükanlar bağlandığı üçün həmin saatlarda həmin ərazidə avtomobillərin və insanların hərəkət intensivliyi az olur. Təqsirləndirilən şəxs həmin saatlarda Masallı şəhəri H.Əliyev pospektində yerləşən “Ağa market”dən ərzaq almaq məqsədi ilə özünə məxsus BMW markalı avtomobili ilə marektin qarşısına gələrək avtomobildən düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs dayandığı yerdən nalayiq ifadələr işlətməsinə görə Təqsirləndirilən şəxs ona yaxınlaşmış və aralarında ilk əvvəl sözlə davam edən mübahisə sonradan davadalaşa çevrilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs bədən nahiyələrinə yumruq və təpiklə vuraraq onu döyməyə başlamış, həmin vaxt yol ilə ötüb keçən Şahid2 onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırmışdır. Şahid2 mobil telefonla məlumatından sonra Şahid1 həmin yerə gəlmişdir. Lakin Zərərçəkmiş şəxs Şahid1 tərəfindən döyülməsi ilə bağlı hər hanıs bir dəlil sübut ələ etmək mümkün olmamışdır. Hadisə qısa müddət ərzində davam etmiş, birgəyaşayış qaydaları pozulmamış, başqa şəxslərin narahatçılığına səbəb olan hallar yaşanmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində rezin dəyənəyin və ya hər hansı bir başqa alətin, əşyanın olmasını, o cümlədən hadisəni kənar şəxslərin görüb-görməməsinə dair hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. Hadisə yerinə yaxın olan obyektlərdə görüntü kameralarının olması müəyyən edilsə də, qeyd edilən görüntü kameralarında hadisənin videogörüntülərinin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Telekom” telefon alqı-satqısı dükanının qarşısıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qəsdən sağlamlığa ağır zərər vurma, cinayətlərin xüsusi bir növünün-sağlamlıq əleyhinə olan cinayətlərin ən təhlükəlisidir. CM-də sağlamlıq əleyhinə olan definisiyasında əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq yeni tirmindən “sağlamlığa vurulan zərər” terminindən istifadə edilmişdir. Köhnə cinayət qanunvericiliyində işlədilmiş “bədən xəsarəti” termini ilə müqayisədə “sağlamlığa vurulan zərər” termini daha uğurlu hesab edilməlidir. Çünki “bədən xəsarəti” anlayışı altında başa düşülən xarici mühitin təsiri nəticəsində orqanların və toxumaların anatomik bütövlüyünün və onların fizioloji funksiyalarının pozulması sağlamlığa vurula biləcək zərəri heç də əhatə etmir. Orqanizmin anatomik bütövlüyünün və ya bədən orqan və toxumalarının fizioloji funksiyalarının pozulması sağlamlığa vurulan zərərin daha geniş yayılmış növləri olsa da, sağlamlığa vurulan bəzi növ kifayət qədər ciddi zərər nə anatomik bütövlüyün, nə də fizioloji funksiyaların pozulması ilə əlaqədar olmur (məsələn, psixi təsir nəticəsində yaranan psixi pozuntular, bir insandan digər insana keçən bəzi yoludurucu xəstəliklər, narkomaniya və toksimaniya ilə xəstələnmə və s.). Lakin “sağlamlığa vurulan zərər” anlayışı insan səhətinə dəyə biləcək istənilən zərərli nəticəni ehtiva edir. Təhlil edilən cinayətin ictima təhlükəliliyi ondan ibarətdir ki, CM-in 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. CM-in 126-cı maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur. Birinci həyat üçün təhlükəli olan zərər və ikinci həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə ağır hesab edilən zərərdir. CPM-nin 140-cı maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə tibbi ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. Həyat üçün təhlükəli olan zərərin anlayışı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 7 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası Qaydaları”nın 7-ci bəndində verilmişdir. Həmin qaydaların 13-cü bəndində göstərilmişdir ki, əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla uzun müddət itirilməsinə səbəb olan zərər də sağlamlığa vurulmuş ağır zərər hesab edilir. Burada söhbət ümumi əmək qabiliyyətinin itirilməsindən gedir. Əmək qabiliyyətinin dayanıqlı itirilməsi, itirilmiş funksiyanın ömrün sonuna qədər bərpa oluna bilməməsi yaxud uzun müddət keçdikdən sonra qismən bərpa olunması deməkdir. Əmək qabiliyətinin dayaynıqlı itirilməsi faktı ancaq xəsarət, patoloji vəziyyət və xəstəliyin aydın olmuş nəticəsindən sonra təyin etmək mümkündür. Qaydalarda bu barədə ancaq bir istisna hal nəzərdə tutulmuşdur. Məhkəmə tibbi nöqteyi nəzərindən ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi sağlamlığın 120 gündən artıq müddətə pozulması deməkdir. Belə vəziyyətdə xarici mühit faktorları təsirindən törənmiş xəsarət və xəstəliklər nəticəsində zərərçəkmiş şəxs 120 gündən artıq müddətə əmək qabiliyyətini itirmiş olur və bundan sonra da sağlamlığa doğru hər hansı bir irəliləyiş hiss olunmur. Məhkəmədə mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı istintaqa məlum olmayan alətlə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən qəsdən bir neçə zərbə vurmuş, Zərərçəkmiş şəxs aldığı zərbədən müvazinətini itirib yerə yıxıldıqdan sonra o, öz qanunsuz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs qalxmaq və özünü müdafiə etməsinə imkan vermədən ardıcıl zərbələr vuraraq sonuncuya sol bazu oynağında açıcı– bükücü-yaxınlaşdırıcı kontrakturalar (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması ilə müşayiət olunan bazu sümüyünün bitişməmiş sınığı ilə əlaqədar travmanın sonrakı dövrlərində xəstəliyin dinamik gedişatında sağalmaya doğru hər hansı bir irəliləyişin olmadığını nəzərə alaraq sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının təyininə dair əmək qabiliyyətinin itirilməsinin faiz cədvəlinin 94-cü bəndinə əsasən bazu sümüyünün bitişməmiş sınığı ilə müşayiət olunan, ümumi əmək qabiliyyətinin üçdə-birindən çox (50%) hissəsində uzun müddətə dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid, hər iki dirsək oynağı nahiyələrinin arxa səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Onun əməli CM-in 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş itiham üzrə təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zəmnində onunla mübahisə edib dalaşdıqları və münaqişə zamanı Zərərçəkmiş şəxs yerə yıxıldığını və həmin vaxt özünün də onun üstünə yıxıldığını bidirsə də onun bədəninin müxtəlif nahiyyələrinə “dubinka” ilə zərbələr vurmadığını və ümumiyyətlə onda dubinka olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsinin özünü ağır itthamdan müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs işin faktiki hallarına uyğun gələn ifadəsi və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş komission və əlavə komission məhkəm tibbi ekspertizalarının və məhkəmə pisixiatirik ekspertizasının rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən onun zərərçəkmiş şəxsi dubinka ilə vurub ağır xəsarət yetirməməsinə dair hissədə ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyii əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü ildə Masallı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanda yaşayır, yaşayış yerindən müsbət səciyyələndirilir. Himayəsində 2011-ci il təvəllüdlü Xədicə və 2015-ci il təvəllüdlü Rüqəyya adlı qızları vardır. İşdə olan Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən əvvəli qeyd edilən tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, həmin ərizəsində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların olmasını müəyyən etmədi. Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cinayət baş verdikdən sonra onun davranışını və işin vəziyyətini nəzərə alaraq belə nəicəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi məqsədə müvafiqdir və bu cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas görmür. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, ona qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs müddətinin əvvəli həbsə alındığı gündən hesab edilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirlməməlidir. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi vaxtdan, 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 346, 351-353, 356- 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı ona qarşı ev dustaqlığı qətimkan tədbiri seçildiyi vaxtdan, 21 oktyabr 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-72/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-72/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver