Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-72/2024 24.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 30 oktyabr 2022-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən evinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsinin plastik pəncərəsini aralama yolu ilə açıb, evə qanunsuz daxil olub ikinci mərtəbəyə çıxmaqla yataq otağından şifonerində qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus olmuş saxlanc yeri olan mücrünün içərisindəki qızıl zinət əşyaları olan 300 manat dəyərində 1 ədəd rusiya istehsalı olan 5 qram çəkidə 583 əyyarlı sadə qızıl boyunbağını, 250 manat qiymətində bir bir ədəd rus istehsalı 583 əyyarlı aypara formasında 5 qram çəkidə klonu, 150 manat qiymətində bir bir ədəd rus istehsalı 583 əyyarlı aypara formasında 2 qram çəkidə klonu, 50 manat qiymətində bir bir ədəd rus istehsalı 583 əyyarlı gözmuncuğu formasında 2 qram çəkidə klonu, 1100 manat qiymətində bir ədəd rus istehsallı 583 əyyarlı briliant qaşlı, 10 qram çəkidə üzüyü, 75 manat qiymətində bir tay rus istehsallı 583 əyyarlı sadə qaşlı 2 qram çəkidə sırğanı və həmin mücrünün yanında olan pul qabından 240 manat pul olmaqla Zərərçəkmiş şəxs1 2.165 manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o 2023-cü ilin fevral ayının ortalarında Lənkəran rayonu Yuxarı Nüvədi kəndində satış məqsədi olmadan, qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,748 qram, 0,814 qram və 0,809 qram-ümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristial formada, eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 17 fevral 2023-cü il tarixdə saat 15:30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində yaşadığı evinin yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilmiş, şöbədə üzrərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman gödəkcəsinin sol yan cibindən şəffaf selofana bükülmüş həmin psixotrop maddə metamtetamin üzərində «kent» siqaret qutusunun içərisindən 1 ədəd borucuq və falqa ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır. Əvvəllər həbsdə olmuş, 2021-ci ilin mart-aprel aylarında həbsdən azad olunmuşdur. Bundan sonra kəndlərində hansı cinayət hadisəsi baş versə, polis işçiləri ondan şübhələnmişlər. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan əmisi X7 arvadı X13 yaşadığı evində öldürülmüş və onun qızıl əşyaları götürülmüşdür. O da başqa qonşular, kənd sakinləri kimi hadisəni eşidib hadisə yerinə getmişdir. O, hadisə yerində olduğu zaman Zümrüdün gəlini Gülmirə Əliyeva qışqırmış, Zümrüdün onun tərəfindən öldürüldüyünü demişdir. Bacısı Gülyar onu hadisə yerində görəndə ölüm işində onu günahlandırmalarını demişdir. O, hadisə yerində olan polis əməkdaşlarının ölüm işində onu həbs edə biləcəklərindən qorxuya düşmüş və hadisə yerindən qaçaraq saat 12-12:30 radələrində Yuxarı Nüvədi kəndində yaşayan bacısı Gülyar Əliyevanin evinə getmişdir. O, bacısının evində olduğu zaman saat 13 radələrində Lənkəran rayon polis şöbəsinin işçiləri onun arxasınca bacısının həyətinə gəlmişlər. Polis işçilərinin əmisinin arvadının öldürülməsində ondan şübhələndiyini bilərək qorxub evdən qaçmışdır. Polis işçiləri onu təqib etmişlər, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Səbuhi Mirzəyev isə havaya bir dəfə atəş açmışdır. Bundan sonra qorxaraq dayanmışdır. Polis işçiləri onu tutaraq Zümrüdün onun tərəfindən öldürülməsini deyərək onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Həmin saatlarda polis işçiləri onun anası Şahid4 və bacısı X19 da Zümrüd Əliyevanın öldürülməsi ilə əlaqədar olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri onu şöbədə döyməyə başlamış, skoçla bədənini yarıyadək sarımaqla əmisi arvadı Zümrüd Əliyevanı öldürməsini və qızıl əşyalarını götürməsini etiraf etməsini, qızılları təqdim etməsini tələb etmişlər. Lakin o, Zümrüdün öldürülməsindən xəbərinin olmamasını demişdir. Ölüm işini boynuna götürməməsi səbəbindən polis işçiləri onu döyməklə bədən xəsarətləri yetirmişlər. Lakin o, ilk saatlarda ölüm işini boynuna götürmədiyindən həbsdə saxlanılması üçün polis işçiləri guya onu 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində narkotik vasitə ilə bağlı olaraq Lənkəran rayonu Yuxarı Nüvədi kəndində saxlamaları barədə sənədlər tərtib etmişlər, onun üzərində olan siqaret qutusunun içərisinə psixotrop maddə metamfetamin və narkotik vasitənin çəkilməsində istifadə olunan falqa qoymuşlar. Onu CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərini vəd etmiş və vəkil çağırmaqla vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. O, polis işçilərinin təzyiqləri altında cibinə polis tərəfindən qoyulmuş metamfetamini çıxarıb təqdim etmiş, guya psixotrop maddənin özünə məxsus olmasını, kəndlərində yaşayan Mahmud adlı şəxsdən 35 manat pula almasını göstərmişdir. Halbuki o, Mahmud adlı hər hansı şəxsi tanımır. Polis işçiləri anasını və bacısını da iki gün polis şöbəsində saxlamışlar. Həmin ölüm işi ilə əlaqədar olaraq digər qonşuları da polis şəbəsinə gətirməklə qeyri-rəsmi olaraq araşdırmalar aparmış, onunla üzləşdirmişlər. İki gün sonra artıq işgəncəyə dözə bilməyib, ölümü boynuna götürmüş və bu barədə etirafedici ifadə vermişdir. Bundan sonra anasını və bacısını polis şöbəsindən buraxmışlar. O, polis işçilərinə demişdir ki, evə getsələr, götürdüyü qızılları verə bilər. Ona görə də polis işçiləri onu yaşadığı evə aparmışlar. O isə polis işçilərini evə paltarlarını götürmək üçün gətirdiyini, onun əmisinin arvadının öldürülməsi ilə əlaqəsinin olmamasını bildirmişdir. Onu yenidən polis şöbəsinə gətirməklə saxlamışlar. 19 fevral 2023-cü il tarixə keçən gecə Zümrüd Əliyevanın gəlini Gülmirə Əliyevanın dayısı X26 tərəfindən öldürülməsi məlum olmuş və Əminağa Quliyevin cinayət yolu ilə ələ keçirilmiş qızıllar və cinayətin aləti olan bıçaq da tapılmışdır. Həmin gün səhər saatlarında onu polis rəisinin yanına aparmışlar. Həmin vaxt artıq X31 Quliyev tərəfindən öldürülməsi məlum olmuşdur. Əminağanı tutub polis şöbəsinə gətirmişlər. Rəis ona demişdir ki, qurban kəs ki, ölüm işi açıldı, yoxsa ölüm sənin boynunda qalacaqdı. Artıq ölümdə iştirakı olmadığından o, evə buraxılmasını tələb etmişdir. Lakin polis işçiləri ona üzərində metamfetamin aşkar olunduğundan evə buraxılmayacağını demişlər. Həm də çox döyüldüyünə, bədəni üzərində çoxsaylı xəsarətlər olduğuna görə ona demişlər ki, səni bu halda Bakı İstintaq Təcridxanasına təhvil verə bilmərik. Onu bədəni üzərində olan yaraların sağalması üçün 10 gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlamışlar. Polis şöbəsində saxlanıldığı müddətdə polis işçiləri onu döyüb 30 oktyabr 2022-ci il tarixdə Yuxarı Nüvədi kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən qızıl əşyalarının və pul oğurlanması cinayətini də onun boynuna qoymuşlar. O, işgəncəyə dözə bilməyərək polis işçilərinin ona dedikləri məlumatlar əsasında 30 oktyabr 2022-ci il tarixdə pəncərədən Zərərçəkmiş şəxs1 evinə daxil olması, evdən bir ədəd boyunbağı, bir ədəd qızıl klonu, göz muncuğu formasında klonu, bir ədəd üzüyü, bir cüt sırğanı və 240 manat məbləğində pulunu oğurlaması və bundan iki-üç gün sonra Bakı şəhərinə gedərək “Moskva” univermağının qırşısında qızıl-ziynət əşyalarını tanımadığı şəxsə 1100 manat pula satması barədə yalan ifadə vermişdir. Əslində isə o, 2022-ci il ərzində bir dəfə də olsun Bakı şəhərində olmamışdır. İfadəsi yerində yoxlanılarkən isə əvvəlcədən polis işçiləri onu həmin ünvana aparmış, evin yerini göstərmişlər. İfadəsinin yerində yoxlanılması zamanı istiqamətləri, evi, evə haradan girməsi, haradan qızıl-ziynət əşyaları və pulu oğurlaması barədə ifadəni polis işçilərinin məlumatları əsasında vermişdir. İstifadəsində olan ***-***-**- ** saylı mobil telefonun anten dairəsi yoxlanılsa, 30 oktyabr 2022-ci il tarixdən sonrakı günlərdə Bakı şəhərində olmaması təsdiq oluna bilər. Həmin telefon nömrəsi bacısı X8 adına olmaqla onun istifadəsindədir. 28 fevral 2023-cü il tarixə kimi, bədəni üzərində olan yaralar sağalanadək onu Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlamışlar. 28 fevral 2023-cü il tarixdə bədəni üzərində yaralar nisbətən sağaldıqdan sonra Bakı İstintaq Təcridxanasına aparılmışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədə bədəni üzərində sağalmamış xəsarətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə aludəçisidir, əsasən psixotrop maddə olan matamfetamindən istifadə edir. Narkotik vasitələrdən istifadə etməyəndə özünü pis hiss edir. Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan Zərərçəkmiş şəxs1 tanıyır. İlkin Eyvazovla heç bir ədavət və düşmənçiliyi yoxdur. 30 oktyabr 2022-cü il tarixdə kənddə eşitmiş ki, həmin gün Zərərçəkmiş şəxs1 qardaşının toyudur. Həmin toy şənliyi Lənkəran rayonu Hirkan qəsəbəsində yerləşən şadlıq sarayında olacaqdır. Ağrıları olduğu üçün qərara gəlmiş ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq etsin. Beləliklə də, 30 oktyabr 2022ci il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 həyətinə çəpərdən aşma yolu ilə daxil olmuşdur. Daha sonra evin ön tərəfinə getmiş birinci mərtəbənin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə aralayıb açmaqla evə daxil olmuşdur. Daha sonra evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbənin taxtadan olaq qapısını əli ilə itələyib açmaqla dəhlizə daxil olmuş və yataq otağına girmişdir. Yataq otağında olan şifoneri və termonun şkaflarını axtarmışdır. Həmin vaxt alışqanın işiğından istifadə etmişdir. Paltar dolabından qızıl qabı tapmış və həmin qızıl qabının içərisindən qızıl-zinət əşyaları olan bir ədəd qızıl boyunbağı, bir ədəd aypara şəkilli qızıl kulonu, bir ədəd bir az kiçik olan aypara şəkilli qızıl kulonu, bir ədəd göz muncuğu şəkilli qızıl kulonu, bir ədəd qızıl üzüyü, bir ədəd qızıl sırğanın bir tayını və həmin mücrünün yanında olan pul qabından 240 manat pulu oğurlayıb həmin otaqdan çıxmışdır. Dəhlizin qapısını kilidi üstüstə qoymaqla sıxaraq bağlamış və birinci mərtəbəyə düşüb evə girdiyi pəncərədən də həyətə çıxmış və pəncərəni də əli ilə sıxıb həyətin çəpərindən küçəyə tullanıb çıxıb getmişdir. O oğurluq edən zaman əlinə əlcək taxmışdır. Törətdiyi oğurluq hadisəsindən təxminən 2-3 gün sonra Bakı şəhərinə getmiş və Bakıda «Moskva» univermağının qarşısında oğurladığı qızıl zinət əşyalarını ümumilikdə 1100 manata tanımadığı bir şəxsə satmışdır. Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsini tək törətmiş, bu işdə ona heç kim köməklik etməmişdir. Oğurluqla əldə etdiyi pulları da özünə xərcləmişdir. Bundan başqa istifadə etdiyi psixotrop maddələri Lənkəran rayon ərazisində təsadüfən rastlaşdığı, adını və ünvanını bilmədiyi şəxslərdən alır. Tutulmazdan 4 gün əvvəl günorta saat 12 radələrində Lənkəran rayon Yuxarı Nüvədi kəndində yerləşən yaşadığı evindən kənd ərazisinə getmişdir. Orta məktəbin yaxınlığında bir şəxslə rastlaşmışdır. Həmin şəxsi ilk dəfə görürmüşdür. Söhbət əsnasında bir-birilərinin narkoman olduqlarını bilmişlər. Həmin şəxs adını ona Mahmud olduğunu demişdir. O, həmin şəxslə söhbət zamanı psixotrop maddə istəmiş, həmin şəxs də ona üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan neçə qram psixotrop maddə metamfetamin istədiyini soruşanda o həmin şəxsə 35 manat pulu olduğunu, həmin pulun müqabilində ondan psixotrop maddə istədiyini bildirmişdir. Həmin tanıdığı şəxs də ona 3 qramdan bir az çox psixotrop maddəni 35 manata satmışdır. Üzdən tanıdığı Mehmandan aldığı 4 bükümdə psixotrop maddə metamfetamini siqaret qutusunun içərisində gizlədib əynində olan idman gödəkcəsinin sol yan cibinə qoyub yaşadığı evinə gəlmişdir. Əldə etdiyi metamfetamindən bir qədərini istifadə etmişdir. Qalan metamfetamini də istifadə edəcəkmiş. Lakin 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində piyada küçə ilə yaşadığı evinə gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərinə ona təqdim etdikdən sonra üzərində narkotik vasitələr gəzdirməyində şübhəli olduğu üçün onu Lənkəran rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki idman gödəkcəsinin sol yan cibinə siqaret qutusunun içərisində qoyduğu psixotrop maddə olan 4 ədəd selofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, çəkisi 3,13 qram olmuşdur, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərini o və vəkili İntiqam Hüseynov imzalamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün almışdır. Psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi hər iki cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ailəsi ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşamaqla həmin kənd orta məktəbində müəllim işləyir. Arvadı Zərərçəkmiş şəxs2 Astara rayonun Ərçivan qəsəbəsində müəllimə işləyir. 30 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində ailəsi ilə birlikdə Lənkəran rayonun Hirkan qəsəbəsində yerləşən «Xan» şadlıq sarayında keçirilən, qardaşı Fariz Həsənovun toy məcilsində iştiak etmək üçün getmişlər. Arvadı Şəhla həmin gün saat 23:30-da evə qayıtmış, o isə toy bitdikdən sonra saat 00:30-da evə gəlmişdir. Zərərçəkmiş şəxs2 üzərindəki qızıl-zinət əşyalrını evin yataq otağında paltar dolabında olan mücrünün içərisinə qoyarkən mücrünün içərsində saxladığı bir ədəd nazik boyunbağı, 2 ədəd aypara və bir ədəd göz muncuğu olan klonlar, bir ədəd üzərində brilyant qaşları olan qızıl üzüyü, ağ qaşlı sallanma uşaq sırqasının bir tayı və həmin mücrünün yanında olan pul qabının içərisində 240 manat pulun orada olmadığını görmüşdür. Onlar oğurluq olmasından tam əmin olmuşlar. Evin ikinci mərtəbəsində evin sağ tərəfində həyətə açılan koridorun pəncərəsi örtülü olsa da, pəncərinin arxa hissəsinə olan tor yerində olmamışdır. Onun evinə girmiş naməlum şəxs böyük ehtimalla evin sağ tərəfindən ikinci mərtəbəsində olan pəncərədən kolidora daxil olub oradan da evin yataq otağında qızıl əşyalarını və pulu oğurlamışdır. O da növbəti gün, yəni 31 oktyabr 2022-ci il tarixdə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermişdir. Evindən oğurlanmış qızıl-ziynət əşyalarının dəyəri 1925 manat olmuşdur. Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Evindən oğurluğun kim tərəfindən edilməsini bilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 da əri Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, oğlu Təqsirləndirilən şəxslə birlikdə Lənkəran Rayonu Yuxarı Nüvədi kəndində yaşayırlar. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərinə, bazara gəlmiş, bazarlıq etdikdən sonra saat 13 radələrində evinə qayıdanda onlarla qonşuluqda yaşayan qayını, yəni oğlu Rəşadın Əliyevin əmisi Əzizulla Əliyevin evinin qarşısına və yaşadıqları küçəyə çoxlu sayda polis işçilərinin və sakinlərin toplaşdığını görmüşdür. Ona məlum olmuşdur ki, Əzizulla Əliyevin arvadı Zümrüd Əliyeva evində öldürülmüş və qızıllarını aparmışlar. Polis işçiləri onu küçədə saxlamış, ona X12 öldürməsini, bu barədə onun da məlumatının olmasını demişlər. Onu, qonşuluqda yaşayan qızı X19 və Gülyarın əri Fəridi polis işçiləri polis maşınına qoyub Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Ölən şəxsin qızıl əşyalarını Rəşadın onlara verdiyni demiş və qızıl əşyaları təqdim etmələrini tələb etmişlər. Onlar polis şöbəsinə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs də polis şöbəsinə gətirildiyini bilmişlər. Təqsirləndirilən şəxs polis şöbəsi binasının birinci mərtəbəsində döymüşlər. Rəşadın səsi, qışqırtısı eşidilmişdir. Onu, qızı Gülyarı və əri Fəridi isə yuxarı mərtəbəyə aparmışlar. Polis işçisi Səbuhi onun və qızı Gülyarın mobil telefonlarını əllərindən alaraq söndürmüşdür və telefonları polis işçilərində qalmışdır. Fəridi səhəri, yəni 18 fevral 2023-cü il tarixdə səhər saatlarında evə buraxmışlar. Qızı Gülyarı və onu isə polis şöbəsində saxlamışlar. Onlara hədə-qorxu gəlmiş, Zümrüdün Rəşad tərəfindən öldürülməsində mülamtlı olduqlarını, ələ keçirilmiş qızıl əşyaların isə onlarda olduğunu demişlər. 18 fevral 2023-cü il tarixdə axşamtərəfi onu və qızı Gülyarı polis şöbəsindən evə buraxmış və mobil telefonlarını özlərinə qaytarmışlar. Polis şöbəsindən buraxıldıqdan sonra telefonlarını açmışlar. Onun istifadəsində öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi, qızı Gülyarın istifadəsində isə onun öz adına rəsmmiləşdirilmiş ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Evə gəldikdən sonra Zümrüdü öldürmüş şəxsin məlum olmasını, onu Zümrüdün gəlini Gülmirənin dayısı Əminağa Quliyevin öldürməsini bilmişlər. Yəni Zümrüdü öldürmüş şəxs məlum olduqdan sonra onu və qızı Gülyarı polis şöbəsindən evə buraxmışlar. Lakin Zümrüdü öldürən şəxs məlum olsa da, oğlu Rəşadı həbsdən azad etməmişlər. Belə ki, Rəşadı əslində ölüm işi ilə bağlı olaraq üzərinə narkotik qoyub tutmuşlar. Sonra da bir il əvvəl həmkəndliləri İlqar müəllimin evindən olmuş oğurluq işini polislər oğlu Rəşadın boynuna qoymuşlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X27 göstərdi ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində əmisi Əzizulla Əliyevlə qonşuluqda yaşayırlar. Anası Gültəkin də qardaşı Rəşadla birlikdə onlarla qonşuluqda olan evlərində yaşamışlar. 17 fevral 2023-cü il tarixdə saat 13 radələrində oğlunu məktəbdən evə gətirəndə küçədə, əmisi Əzizullanın evinin qarşısında çoxlu adamların və polis işçilərinin toplaşdıqlarını görmüşdür. Ona məlum olmuşdur ki, naməlum şəxs tərəfindən əmisi Əzizullanın arvadı Zümrüd öldürülmüşdür. Əmisi qızı onu görəndə qışqırmış, anası Zümrüdün onun qardaşı Rəşad tərəfindən öldürülməsini demişdir. O isə Rəşadın əmisi arvadı Zümrüdü öldürməsinin mümkün olmadığını demişdir. Həmin anda Rəşadı da yas yerində görmüşdür. O, qardaşı Rəşadı görəndə ona «Ay bədbəxt, ölüm işində səni günahlandırırlar»-demişdir. Rəşad isə qorxmuş və oradan qaçıb getmişdir. Polis işçiləri onu, əri X5 və anası Gültəkini yas yerindən polis maşınına mindirmiş və Lənkəran Rayon Şəhər Polis Şöbəsinə aparmışlar. Polis işçiləri onlara demişlər ki, əmisi arvadı Zümrüdü Rəşad öldürmüşdür, onların bu barədə məlumatları vardır. Həm də Zümrüdün ələ keçirilmiş qızıllarının onlarda olmasını demişlər. Anasını, əri Fəridi və onu 3-cü mərtəbəsində, Rəşadı isə 1-ci mərtəbədə saxlamışlar. Fəridi səhəri gün səhər saatlarında evə buraxmışlar. Lakin onu, Rəşadı və anasını polis şöbəsində saxlamışlar. Onları polis şöbəsində saxladıqları müddətdə Rəşadı döymüşlər. Polislərin Rəşadı qolları qandallı vəziyyətdə döymələrinin şahidi olmuşdur. Rəşadı döyəndə səsi hətta 3-cü mərtəbədə eşidilmişdir. İkinci gün axşamüstü onları evə buraxmışlar. Evə çatdıqda məlum olmuşdur ki, əmsinin arvadı Zümrüdü öz gəlininin dayısı Eminağa öldürmüşdür. Zümrüdü öldürən şəxs tapıldığına görə onu və anasını azad etmişlər. Lakin Rəşadı bundan sonra da buraxmamışlar. Çünki Rəşadı həbs etmək üçün cibinə narkotik qoymuşlar. Onun polis şöbəsində saxlanıldığı müddətdə istifadəsində olan, öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəli telefon polis şöbəsində olmuşdur. Ondan telefonu Səbuhi adlı polis işçisi almış və söndürmüşdür. 18 fevral 2023-cü il tarixdə axşam saatlarında evə buraxılanda isə polis işçiləri telefonunu özünə qaytarmışlar. Bundan sonra telefonu açmışdır. X20 da onların polis şöbəsində saxlanılmaları barədə məlumatlı olmuşdur. Sonra isə polislər Rəşadı məcbur etmiş, onun boynuna kəndlərində yaşayan İlkin müəllimin ev oğurluğunu da qoymuşlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X10 göstərdi ki, Təqsirləndirilən şəxs onun qayınıdır. X53 və ailə üzvləri ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır. Özünə məxsus avtomobili texniki baxışdıan keçirmək məqsədi ilə 17 fevral 2023-cü il tarixdə səhər saatlarında qayınanası Şahid4 ilə birlikdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gəlmişlər. Şahid4 bazarlıq məqsədi ilə Lənkəran şəhərinə gəlmiş və birlikdə gəlmişlər. Günorta saatlarında qayınanası Gültəkin ilə birlikdə Yuxarı Nüvədi kəndinə qayıdanda Rəşadın əmisi Əzizullanın evinin qarşısında çoxlu adamların toplaşdığını görmüşlər. Məlum olmuşdur ki, Əzizullanın arvadı Zümrüdü öldürmüşlər. Polis işçiləri Zümrüdün öldürülməsində qayını Rəşaddan şübhələndiklərinə görə onu, arvadı Gülyarı və qayınanası Gültəkini avtomaşına qoyaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin gün onlardan başqa X34, Gülmirənin qardaşı Zamini və Yeznəsi Samiri də ölüm işi ilə bağlı olaraq polis şöbəsinə aparmışlar. Polis işçiləri onlara Zmürüdün Təqsirləndirilən şəxs tərəfindən öldürülməsini deməklə onlarla bu barədə sorğu-sual aparmışlar. Onlar isə Zümrüdü kimin öldürməsi barədə məlumatlarının olmadığını bildirmişlər. Onları 2023-cü il fevral ayının 17-dən 18-nə keçən gəecə polis şöbəsində bir otaqda saxlamışlar. 18 fevral 2023-cü il tarixdə səhər satlarında onu evə buraxmışlar, lakin arvadı Gülyarı və qayınanası Gültəkini və qayını Rəşadı polis şöbəsində saxlamışlar. Gülyarı və Gültəkini isə 18 fevral 2023-cü il tarixdə axşam satlarında evə buraxmışlar. X36 adına olan ***-***-**-** telefon nömrəsi onun istifadəsindədir. X53 və qayınanası Şahid4 18 fevral 2023-cü il tarixdə axşam saatlarında evə buraxıldıqdan sonra o, ***-***-**-** telefon nömrəsindən arvadı Gülyarın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək həmin gün saat 22:02-də, 22:05-də və 22:41-də danışıqlar aparılmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X20 göstərdi ki, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində Təqsirləndirilən şəxs bacısı Gülyarla qonşuluqda yaşayır. 17 fevral 2023cü il tarixdə səhər saatlarında onlarla eyni küçədə yaşayan Zümrüd Əliyevanın yaşadığı evdə öldürülməsi məlum olmuş, küçəyə çoxlu adamlar və polis işçiləri toplaşmışlar. Həmin gün saat 13 radələrində evdə olduğu zaman həyətdə səs-küy eşitmiş, pəncərədən həyətə baxında qonşuları Təqsirləndirilən şəxs qaçaraq onların həyətlərinə girdiyini, polis işçilərinin də onun dalınca həyətə girdiklərini, onu qovduqlarını görmüşdür. Polis işçiləri bir dəfə havaya atəş açmışlar, bu zaman Rəşad dayanmışdır. Polis işçiləri onu tutub aparmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X22 göstərdi ki, ailəsi ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır. X3 bacısının qayınanası olmuş və onlarla eyni kənddə yaşamışlar. 17 fevral 2023-cü il tarixdə Zümrüd Əliyevanın yaşadığı evdə öldürülməsi ilə əlaqədar olaraq həmin gün Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları onu və yeznəsi Samir Məmmədovu saat 13 radələrində Lənkəran Rayon Polis Şöbəsinə aparmışlar. Onlardan təxminən yarım saat sonra polis işçiləri həmkəndliləri Təqsirləndirilən şəxs də ölüm işi ilə bağlı polis şöbəsinə gətirmişlər. Həmin gün Təqsirləndirilən şəxs anası Gültəkini və bacısı Gülyarı da ölüm işi ilə bağlı olaraq polis şöbəsinə gətirmişlər. Onu, yeznəsi Samir Məmmədovu, Rəşadın anası Gültəkini və bacısı Gülyarı həmin gecə bir otaqda saxlamışlar. Polis şöbəsinə gətirilməzdən əvvəl hadisə yerində Rəşadla görüşmüşlər. Həmin vaxt Rəşad ondan hadisə barədə soruşmuşdur. O, bu barədə polis işçilərinə demişdir. Lakin Rəşad ondan hadisə barədə soruşmasını polisdə etiraf etmədiyinə görə polis şöbəsində olarkən Təqsirləndirilən şəxslə onu üzləşdirmişlər. Təqsirləndirilən şəxs ona demişdir ki, onu Zümrüdün ölüm işi ilə əlaqədar olaraq polis şöbəsinə gətirmişdir. Səhəri gün, yəni 18 fevral 2023-cü il tarixdə səhər saat 05 radələrində onu və Samir Məmmədovu evə buraxmışlar. Lakin Gültəkini və Gülyar polis şöbəsində qalmışlar. Gültəkini və Gülyarı evə nə zaman buraxmalarını bilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X39 göstərdi ki, ailəsi ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır. Zamin Rəhimov onun qaynıdır. 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Zaminlə Zümrüdgilə gedərkən Zümrüdün evində öldürüldüyünü bilərək o DİN-nin “102” zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin gün polis işçiləri Zümrüdün öldürülməsi ilə əlaqədar olaraq onu, Zamini və Zümrüdün gəlini Gülmirəni Lənkəran Rayon Polis şöbəsinə aparmışlar. Onlardan bir qədər sonra polis işçiləri Rəşadı, onun anasını və bacısını da polis şöbəsinə gətirmişlər. Onları bir gecə polis şöbəsində saxlamışlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs də orada olmuşdur. Polis işçiləri ondan Rəşadı hadisə yerində görüb-görmədiyini soruşmuşlar. O isə Rəşadı hadisə yerində gördüyünü bildirmişdir. Hətta onu və Təqsirləndirilən şəxs birlikdə polis rəisinin iş otağına aparmışlar. Ondan Rəşadı hadisə yerində görüb-görməməsini soruşmuşlar. O isə Rəşadı hadisə yerində gördüyünü bildirmişdir. Polis işçiləri ölüm işində Rəşaddan şübhələnmişlər. Onları bir gecə polis şöbəsində saxlamışlar. Səhəri gün isə saat 05 radələrində evə buraxmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X23 göstərdi ki, mərhum Zümrüd Əliyevanın gəlinidir, onunla Lənkəran rayonu Yuxarı Nüvədi kəndində bir evdə yaşamışlar. Təqsirləndirilən şəxs onlarla bir kənddə yaşayır və ərinin əmisi oğludur. X18 yaşadığı evdə 17 fevral 2023-cü il tarixdə öldürülməsində polis işçiləri Təqsirləndirilən şəxs şübhələnmişlər. Ölüm işi ilə əlaqədar olaraq onu 17 fevral 2023-cü il tarixdə Lənkəran Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri ondan Rəşadın nəyi olduğunu soruşmuşlar. O isə Rəşadın yoldaşının əmisi oğlu olmasını bildirmişdir. Polis işçiləri ondan Zümürüdü Rəşadın öldürə biləcəyi barədə soruşmuşlar. O isə bu barədə bilmədiyini demişdir. Həmin gecə onu, Zamini və Samiri polis şöbəsinə bir otaqda saxlamışlar. Həmin vaxt polis işçiləri onlardan telefonlarını da almışlar. Onları səhəri gün, yəni 18 fevral 2023-cü il tarixdə saat 05 radələrində polis şöbəstindən evə buraxmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, icraatına Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ondan, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkiləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində piyada hərəkətdə olduğu zaman saxlamış, ona üzərində narkotik vasitə olmasına şübhələr olduğunu bildirməklə üzərində şəxsi axtarış aparılması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirmişdir. Lakin onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret qutusu və sağ yan cibindən bir ədəd tibbi maska aşkar edilmişdir. Qeyd edilən siqaret qutusuna baxış keçirilən zaman içərisindən 4 ədəd şəffaf sellofana bükülmüş kütlə, bir ədəd kağız predmet və bir ədəd gümüşü rəngli kağız aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin vardır, bir ədəd kağız predmet və gümüşü rəngli kağızdan həmin psixotrop maddəni qəbul edən zaman istifadə edirmiş. Sonuncu həmin bükümləri şəxsi istifadəsi üçün həmkəndlisi Mahmud adlı şəxsdən 35 manat qarşılığında öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Bu barədə Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə həbs olunması Təqsirləndirilən şəxs Yuxarı Nüvədi kəndində yaşayan əmsinin arvadı Zümrüd Əliyevanın öldürülməsi ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs təsir-təzyiq göstərməmişlər, onun üzərinə narkotik vasitə qoymamış, onu döyməmiş və etirafedici ifadə verməyə məcbur etməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid kimi dindirilən X28 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq bir əvvəlki oğurluğa görə axtarılmışdır. 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun iştirakı olmadan digər polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saxlanılmışdır. O, Yuxarı Nüvədi kəndində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş və havaya güllə atmamışdır. Təqsirləndirilən şəxs Zümrüd Əliyevanın öldürülməsi ilə əlaqədar saxlamamışlar. Həmin ölüm işi ilə bağlı olaraq Təqsirləndirilən şəxs anası Gültəkin və bacısı Gülyarı polis şöbəsinə gətirməmiş və saxlamamışlar. O, Gültəkinin və Gülyarın telefonlarını almamış və 17-18 fevral 2023-cü il tarixdə özündə saxlamamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X29 göstərdi ki, 17 fevral 2023-cü il tarixdə səhər saatlarında onlarla eyni kənddə yaşayan bacısı qızı Gülmirənin X18 yaşadığı evdə öldürülməsi məlum olduqda hadisə yerinə çoxlu adamlar yığışmışdır. Təqsirləndirilən şəxs də hadisə yenrində olmuşdur. Polis işçilərinin hadisə yerinə gəlmələrindən sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getdiyini görmüşdür. Lakin həmin gün polis işçiləri Rəşadı tutub polis şöbəsinə aparmışlar. X48 öldürməsini, bu səbəbdən də polis işçilərinin onu aparmalarını demişlər. Polis işçiləri hadisə günü Rəşadın anasını və bacısını da polis şöbəsinə aparmışlar. O, 17 fevral 2023-cü il tarixdə günortadan sonra işləməyə getmiş və axşam işdən evə gəlmişdir. Ölüm işinə görə Raşadın tutulmasına baxmayaraq 18 fevral 2023-cü il tarixdə saat 15 radələrində Zümrüd Əliyevanın yas yerində olduğu zaman polis işçiləri onu götürüb özləri ilə polis şöbəsinə aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs polis şöbəsində olmuş, onu üçüncü mərtəbədə əlləri bağlı vəziyyətdə görmüşdür. Polis işçiləri onu döyərək ölüm işini boynuna qoymuşlar. Hesab edir ki, Zümrüdü Rəşad öldürmüşdür. Azersell Telekom MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş, bacısı Nətavan Bağırovanın adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil telefon xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə işlək vəziyyətdə olmaqla həmin telefon nömrəsi ilə mütəmadi olaraq danışıqlar aparılmış, həmin müddətdə telefon nömrəsinin anten dairəsi Lənkəran rayonu ərazisində olmuş, Bakı şəhəri ərazisində bir dəfə də olmamışdır. Bundan başqa telefon məlumatlarından görünür ki, 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə günün birinci yarısı saat 09:11-də, 10:54-də, 11:41-də, 12:09-da, 12:11-də 12:19-da, 13:01-də və 13:19da danışıqlar aparılmış, həmin vaxt telefonun anten dairəsi Lənkəran rayonu Səpnəkəran kəndi ərapzisində olmuş, 13:19-dan sonra danışıq aparılmamışdır. Azersell Telekom MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs anası Şahid4 adına rəsmiləşdirilməklə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla xx.xx.2023-cü il tarixdə sonuncu danışıq 13:45-də aparılmış, bundan sonra xx.xx.2023-cü il saat 03:50-dək danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs X2 öz adına rəsmiləşdirilməklə istifadəsində olan ***-***-**-** saylı telefonla xx.xx.2023-cü il tarixdə sonuncu danışıq saat 13:20-də aparılmış, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 22:02-dək danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü ildə faktiki olaraq onunla eyni kənddə (Lənkəran rayonu Yuxarı Nüvədi kəndində) yaşayan əmsinin arvadı X9 yaşadığı evdə naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar olaraq, cinayətin onun tərəfindən törədilməsindən şübhələndiklərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulması barədə ifadəsinin yoxlanılması məqsədi ilə hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan, X9 öldürülməsi faktına görə başlanılmış cinayət işinin materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi Lənkəran rayon prokurorunun 17 fevral 2023-cü il tarixli qərarı ilə başlanılmışdır. Qərarda göstərilir ki, Zümrüd Əliyevanın meyiti yaşadığı evdə saat 11:45-də aşkar olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi barədə 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış saat 11:55-də başlanmış və 13:40-da başa çatmışdır. X15 şahid kimi dindirilməsi barədə 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, onun dindirilməsi saat 09:00-dan 10:00-dək davam etmiş və həmin dindirmə zamanı Zümrüd Əliyevanı öldürməsi barədə etirafedici ifadə vermişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş hər hansı istintaq hərəkəti barədə protokol yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran Rayonu Yuxarı Nüvədi kəndində saxlanılmaqla rayon polis şöbəsinə gətirilməsi sənədləşdirilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə 17 fevral 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, onun üzərində şəxsi axtarış 17 fevral 2023-cü il tarixdə saat 16:20-də aparılmışdır. Videogörüntülərdə Təqsirləndirilən şəxs axsaması, ayaq üstə çətinliklə durması müşahidə edilir. Psixotrop maddə metamfetamin onun cibindəki siqaret qutusunda dörd ədəd sellofan bükümlərdə aşkar olunur, elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 3,13 qram olması müəyyən edilir. Bundan başqa siqaret qutusunun içərisindən 1 ədəd kağız borucuq və bir ədəd gümüşü rəngli kağız parçası aşkar olunmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs dörd ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini Yuxarı Nüvədi kəndində Mahmud adlı şəxsdən öz istifadəsi üçün 35 manat pula almasını göstərmişdir. Təqsirləndirilən şəxs 3,028 qram, külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməyə görə 18 fevral 2023-cü il tarixdə CMnin 234.1-1-ci maddəsi ilə ittiham verilmiş və barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Miriyev X17 Şəhər Rayon X44 yazdığı xx.xx.2023-cü il tarixli raportunda göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evindən baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi göstərilmişdir. Bu raport əsasında 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan oğurluq cinayəti ilə bağlı etirafedici ifadə alınmış və bunun əsasında Yuxarı Nüvədi kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən qızıl əşyalarının və 240 manat məbləğində pulun oğurlanması faktına görə 23 noyabr 2022-ci il tarixli qərarla CM-nin 177.1-ci maddəsi ilə başlanılmış, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı 24 dekabr 2022-ci il tarixli qərarla dayındırılmış, cinayət işi üzrə icraat 19 fevral 2023-cü il tarixli qərarla təzələnməklə hazırkı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Materialların məhkəmə ekspertizasının 18 fevral 2023-cü il tarixli, 19/210 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,748 qram, 0,814 qram, 0,809 qramümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2019-cu ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş üzrə Təqsirləndirilən şəxs barəsində 17 fevral 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərar qəbul olunsa da, o, ekspert müayinəsinə 20 fevral 2023-cü il tarixdə təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 160 nömrəli rəydə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmaması göstərilmişdir. Bununla yanaşı, Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. O, istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı hər iki budunun aşağı üçdə birində və hər iki bilək nahiyəsində 2-3 sm ölçülərdə üzəri qərtməkli yaralar aşkar olunmuşdur. İş üzrə alınmış mütəxəssis rəyinlərində göstərilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evlərindən oğurlunmış qızıl-ziynət əşyalarının ümumi qiyməti 2.165 manat təşkil edir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 ay 13 gün vaxtından əvvəl şərti azad edilmiş, 21 may 2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. 25 fevral 2023-cü il tarixli, 370 saylı arayışdan görünür ki, Əliyev X25 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair aparılmış sənədləşmədə göstərildiyi kimi 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, psixotrop maddələri və onların prekursorlarını əldə etmə və saxlamağa görə deyil, onunla eyni kənddə yaşayan əmisi arvadı X6 yaşadığı evdə 17 fevral 2023-cü il tarixdə səhər saatlarında naməlum şəxs tərəfindən öldürülməklə qızıl əşyalarının ələ keçirilməsi cinayətinin törədilməsində şübhəli hesab olunduğundan həmin gün saat 13 radələrində anası Şahid4, bacısı X27, onun əri X10, mərhum Zümrüd Əliyevanın gəlini X16, onun qardaşı X22, onun yeznəsi X39 ilə təxminən eyni vaxtda Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmaqla şöbədə saxlanılaraq onlarla Zümrüd Əliyevanı öldürmüş şəxsin müəyyən edilməsi məqsədi ilə sorğu-sual aparılmış, Təqsirləndirilən şəxs isə həmin cinayəti törətməsini etiraf etməsi üçün döyülməklə, igəncəyə məruz qalmışdır. Həmçinin bu prosesdə onun psixotrop maddələrlə bağlı olaraq saxlanılması, üzərində şəxsi axtarış aparılmaqla 3,028 qram psixotrop maddə metamfetaminin aşkar olunması sənədləşdirilmişdir. Göstərilən şəxslər 18 fevral 2023-cü il tarixədək polis şöbəsində saxlanlmış, həmin gün səhər saatlarında evə buraxılsalar da, Təqsirləndirilən şəxs, anası Şahid4 və X38 isə polis şöbəsində saxlanılmaları davam etdirilmişdir. 18 fevral 2023-cü il tarixdə axşam saatlarında Şahid4 və Gülyar Əliyeva da evə buraxılmışlar, bundan bir neçə saat sonra, 19 fevral 2023-cü il tarixdə saat 09 radələrində isə X1 tərəfindən öldürülməsinə dair etirafedici ifadə vermişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs, onun anası Şahid4, bacısı X27, onun əri X10, mərhum Zümrüd Əliyevanın gəlini X16, onun qardaşı X22 və onun yeznəsi X24 ifadələri ilə yanaşı telefon danışıqları barədə məlumatlar və digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs anası Şahid4 və bacısı Gülyar Əliyeva ifadələrində göstərmişlər ki, 17 fevral 2023-cü il tarixdə saat 12-13 radələrində polis işçiləri onları Yuxarı Nüvədi kəndində Zümrüd Əliyevanın yas yerindən götürüb polis şöbəsinə gətirdikdən sonra onların mobil telefonlarını əllərindən alıb söndürmüş və özlərində saxlamışlar. 18 fevral 2023-cü il tarixdə axşam saatlarında evə buraxıldıqları zaman isə mobil telefonlarını özlərinə qaytarmışlar. Telefon danışıqları barədə məlumatlardan məlum olur ki, həqiqətən də Təqsirləndirilən şəxs anası Şahid4 adına rəsmiləşdirilməklə istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla xx.xx.2023-cü il tarixdə sonuncu danışıq 13:45-də aparılmış, bundan sonra xx.xx.2023-cü il saat 03:50-dək danışıq aparılmamışdır. X2 öz adına rəsmiləşdirilməklə istifadəsində olan ***-***-**-** saylı telefonla xx.xx.2023-cü il tarixdə sonuncu danışıq saat 13:20-də aparılmış, həmin gün və xx.xx.2023-cü il tarixdə saat 22:02-dək danışıq aparılmamışdır. Polis işçiləri Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Lənkəran rayonu Yuxarı Nüvədi kəndində saxladıqlarını göstərsələr də, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində Təqsirləndirilən şəxs bacısı Gülyar Əliyeva ilə qonşuluqda yaşayan X20 ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə onlarla eyni küçədə yaşayan Zümrüd Əliyevanın yaşadığı evdə öldürülməsi məlum olmuş, küçəyə çoxlu adamlar toplaşmışlar. Həmin gün saat 13 radələrində evdə olduğu zaman həyətdə səs-küy eşitmiş, pəncərədən həyətə baxında qonşuları Təqsirləndirilən şəxs qaçaraq onların həyətlərinə girdiyini, polis işçilərinin də onun dalınca həyətə girdiklərini, onu qovduqlarını görmüşdür. Polis işçiləri bir dəfə havaya atəş açmışlar, bu zaman Rəşad dayanmışdır. Polis işçiləri onu tutub aparmışlar. Bununla yanaşı Təqsirləndirilən şəxs göstərmişdir ki, Zümrüd Əliyevanın öldürülməsi ilə əlaqədar olaraq 17 fevral 2023-cü il tarixdə saat 13 radələrində polis işçiləri onu Yuxarı Nüvədi kəndində tutaraq rayon polis şöbəsinə aparmışlar və tutulduğu zaman polis işçiləri telefonunu əlindən alaraq söndürmüşlər. Həqiqətən də telefon danışıqları barədə məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 17 fevral 2023-cü il tarixdə saat 13:19-dan sonra danışıq aparılmamışdır. Bununla da təsdiq olunur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində tutulmasını göstərsələr də, həmin saatlarda Təqsirləndirilən şəxs faktiki olaraq ölüm işi ilə əlaqədar Lənkəran rayon polis şöbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsində saxlanıldığı müddətdə döyülməsi və işgəncəyə məruz qalması onun özünün ifadəsindən əlavə onun anası Şahid4 və Gülyar Əliyevanın ifadələri ilə, iş materiallarında olan sənədlərlə və 17 fevral 2023-cü il tarixdə onun üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş videogörüntülərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Gülyar Əliyeva və Şahid4 məhkəmə istintaqında verdikləri ifadələrində göstərmişlər ki, onları polis şöbəsinin üçüncü mərtəbəsində, Təqsirləndirilən şəxs isə birinci mərtəbədə saxlamışlar. Polis işçiləri Təqsirləndirilən şəxs döyərkən onun qışqırıq səsləri eşidilmişdir. 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videogörüntülərdən Təqsirləndirilən şəxs axsaması, ayaq üstə çətinliklə durması müşahidə olunur. Təqsirləndirilən şəxs göstərmişdir ki, polis işçilərinin onu döymələri nəticəsində çoxsaylı bədən xəsarətləri aldığından onu on gün müddətində yaraları sağalana kimi polis şöbəsində saxlamış, sonra isə Bakı İstintaq Təcridxanasına göndərmişlər. Həqiqətən də Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına xx.xx.2023-cü il tarixdə, yəni polis tərəfindən saxlanılmasından on gün sonra təhvil verilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı onun hər iki budunun aşağı üçdə birində və hər iki bilək nahiyəsində 2-3 sm ölçülərdə üzəri qərtməkli yaralar aşkar olunmuşdur. Beləliklə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə görə məhkəmənin qərarına əsasən həbs edilmiş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 159-1.1-ci maddəsinə əsasən isə istintaq hərəkətlərinin aparılması ilə əlaqədar zərurət yarandığından həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə bir ayda on gündən artıq olmayan müddətdə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Beləliklə, qanunun tələbinə görə hər bir halda məhkəmənin qərarına əsasən həbs edilmiş şəxsin müvəqqəti saxlama yerində on gündən artıq müddətdə saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs mümkün olan on gün müddətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, lakin yenə də bu müddətdə onun bədəni üzərindəki yaraların bir qismi qərtməkləsə də, sağalmamışdır. Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 20 fevral 2023cü il tarixli, 160 nömrəli rəydə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmaması göstərilsə də, məhkəmə ekspertin həmin rəyinin işin faktiki halları ilə ziddiyyətli olmasını nəzərə alaraq onu sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərildiyi kimi 2023-cü ilin fevral ayının ortalarında Lənkəran rayonu Yuxarı Nüvədi kəndində satış məqsədi olmadan, qanunsuz olaraq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram; 0,748 qram; 0,814 qram və 0,809 qram-ümumi təmiz çəkisi 3,028 qram olan ağ rəngli kristial formada eyni tərkibli psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlaması, onun 17 fevral 2023-cü il tarixdə saat 15:30-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən psixotrop maddəni əldə edərək üzərində saxlamaqla əlaqədar olaraq saxlanılması sübuta yetirilmir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs onunla eyni kənddə, yəni Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan əmsi arvadı Zümrüd Əliyevanın 17 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə öldürülməsi ilə əlaqədar olaraq həmin gün saat 13 radələrində yas yerində olduğu zaman Zümrüd Əliyevanın öldürülməsində şübhəli hesab olunduğunu bilərək, hadisə yerində olan polis işçiləri tərəfindən tutulacağından qorxuya düşərək hadisə yerindən X38 yaxınlıqda yerləşən evinə getmişdir. Lakin az sonra polis işçilərinin onun arxasınca bacısının evinə gəldiklərini görərək həmin evdən çıxaraq qaçsa da, polis işçiləri tərəfindən tutularaq rayon polis şöbəsinə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Gülyar Əliyeva və anası Şahid4 da Zümrüd Əliyevanın öldürülməsi cinayətinin açılması üçün polis şöbəsinə gətirilməklə saxlanılmış, onlara X45 Əliyev tərəfindən öldürülməklə qızıl-ziynət əşyalarının ələ keçirilməsi bildirilməklə sorğusuala cəlb olunmuşlar. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Zümrüd Əliyevanın öldürülməsində şübhəli bilinərək saxlanılması Təqsirləndirilən şəxs, yuxarıda göstərilən çoxsaylı şəxslərin ifadələri ilə yanaşı mərhum Zümrüd Əliyevanın gəlini Gülmirə Əliyeva, Təqsirləndirilən şəxs bacısı Gülyar Əliyeva, onun qonşusu Rəvanə Cavadovanın və Zümrüd Əliyevanın öldürülməsində təqsirləndirilən şəxs qismində cəlb olunmuş Əminağa Quliyevin ifadələri ilə təkzibedilməz qaydada sübuta yetirilir. Belə ki, Gülmirə Əliyeva məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, polis işçiləri onun X18 öldürülməsində Təqsirləndirilən şəxs şübhələnmişlər. Hətta hadisə yerinə gələn polis işçiləri ondan X50 Əliyevin öldürə biləcəyi barədə soruşmuşlar. Əminağa Quliyev ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə səhər saatlarında Zümrüd Əliyevanın yaşadığı evdə öldürülməsi cinayətinin törədilməsində polis işçiləri ilkin olaraq Təqsirləndirilən şəxs şübhələnmiş və onu həbs etmişlər. Həmçinin Təqsirləndirilən şəxs anasını-bacısını və başqa qohumlarını da polis şöbəsinə aparmışlar. Lakin 18 fevral 2023-cü il tarixdə kənddə yas yerində olduğu vaxt polis işçiləri onu özləri ilə polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs bacısı Gülyar Əliyeva məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə qardaşı Rəşadı hadisə yerində görərkən ona Zümrüdün öldürülməsində ondan şübhələndiyini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs hadisə yenindən qaçıb getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə əmisi arvadı Zümrüd Əliyevanın yas yerində olduğu zaman polis işçilərinin Zümrüd Əliyevanın öldürülməsində ondan şübhələndiklərini və onu tutacaqlarını bilərək polis işçilərindən yayınmaq məqsədi ilə yas yerindən qaçıb X38 evinə getdiyi, az sonra polis işçilərinin onun ardınca Gülyar Əliyevanın evinə gəldiklərini görərək qaçdığı şəraitdə üzərində psixotrop maddə metamfetamin saxlamasını inandırıcı və ağılabatan hesab etmir. 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsində saxlanıldığı müddətdə artıq Zümrüd Əliyevanın gəlninin dayısı Əmianağa Quliyev tərəfindən öldürülməsi müəyyən olunsa da, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olunması sənədləşdirildiyindən ona ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu zaman Lənkəran Şəhər Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Miriyev X17 Şəhər Rayon X44 yazdığı xx.xx.2023-cü il tarixli raportunda göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evindən qızıl-ziynət əşyalarının oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış, cinayəti törətmiş şəxs müəyyən edilməmiş, bağlı qalmış cinayət işi üzrə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yuxarı Nüvədi kənd sakini Zərərçəkmiş şəxs1 evindən oğurluq etməsinə dair etirafedici ifadə alınmışdır. Təqsirləndirilən şəxs həmin ifadəsində Zərərçəkmiş şəxs1 evindən 30 oktyabr 2022ci il tarixdə oğurladığı qızıl əşyaları iki-üç gün sonra Bakı şəhərində “Moskva” univermağının qarşısında tanımadığı şəxsə 1100 manata satdığını göstərsə də, məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 evindən faktiki olaraq oğurluq etmədiyini, qızıl əşyaları ələ keçirmədiyini, hadisədən iki-üç gün sonra Bakı şəhərində “Moskva” univermağının qarşısında tanımadığı şəxsə satmadığını, həmin məzmunda ifadəni polis işçilərinin təsiri altında verdiyini, ümumiyyətlə 2022-ci il ərzində Bakı şəhərində olmadığını, 2022-ci ildə və hal-hazırda istifadəsində bacısı Nətavan Bağırovanın adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinin olmasını, telefonunun anten dairəsi yoxlanılarsa, 30 oktyabır 2022-ci il tarixdən sonrakı günlərdə ümumiyyətlə Bakı şəhərində olmamasının təsdiq olunacağını göstərmişdir. Həqiqətən də Azersell Telekom MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş, bacısı Nətavan Bağırovanın adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil telefon xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə işlək vəziyyətdə olmaqla həmin telefon nömrəsi ilə mütəmadi olaraq danışıqlar aparılmış, həmin müddətdə telefon nömrəsinin anten dairəsi Lənkəran rayonu ərazisində olmuş, Bakı şəhəri ərazisində bir dəfə də olmamışdır. Məhkəmə nəzərə alır ki, işgəncə təsiri altında ifadə verən Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 evindən qızıl-ziynət əşyalarını ələ keçirmiş olsa idi, qızılziynət əşyalarını harada, kimə satmasını və ya verməsini real göstərə bilərdi. Başqa hər hansı mötəbər sübut olmadığı halda Təqsirləndirilən şəxs ifadəsi əsas götürülməklə ona Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməyə görə həm də CM-nin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs istintaqda işgəncə təsiri altında verdiyi öz ifadəsindən başqa Zərərçəkmiş şəxs1 evindən oğurluq cinayətinin onun tərəfindən törədilməsini təsdiq edən heç bir sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayətləri-yəni 30 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran rayonu Yuxarı nüvədi kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşayış sahəsi hesab olunan evinə qanunsuz daxil olmaqla qızıl-ziynət əşyalarını və 240 manat məbləğində pulunu, ümumilikdə 2.165 manat məbləğində əmlakını oğurlamaqla talaması və 2023-cü ilin fevral ayının ortalarında qanunsuz olaraq satış məqsədi olmadan 3,028 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımaqla saxlaması sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm 30 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evinə qanunsuz daxil olmaqla qızıl-ziynət əşyalarını və pulu oğurlaması, eləcə də 2023-cü ilin fevral ayının ortalarında 3,028 qram psixrtrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması barədə etirafedici ifadələr versə də, həmin ifadələri polis şöbəsində saxlanılmaqla azadlığın məhdudlaşdırılması şəraitində, zorakılıq və işgəncə tədbiq edilməklə verdiyindən məhkəmə onun etirafedici ifadələrini sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.2, 125.2.1 və 125.2.2-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaqla, zorakılıq hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani hərəkətlərin tədbiq edilməsi ilə əldə edilmiş məlumatların iş üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs üzərində 17 fevral 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən 3,028 qram psixotrop maddə metamfetamin aşkar olunması barədə polis əməkldaşlarının ifadələrini isə maraqlı şəxslər, yəni Təqsirləndirilən şəxs faktiki olaraq Zümrüd Əliyevanın öldürülməsi ilə əlaqədar olaraq polis şöbəsinə gətirmiş, onu işgəncəyə məruz qoymuş polis şöbəsinin əməkdaşları tərəfindən verilmiş ifadələr olmaqla mötəbər sübut hesab etmir. Bundan başqa Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyə görə CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamın əsasını yalnız onun özünün işgəncə, döyülmə, hədə-qorxu təsiri altında verdiyi etirafedici ifadəsi təşkil edir, başqa bir mötəbər sübut mövcud deyildir. Həmin ifadəsini isə məhkəmə istintaqında təsdiq etməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs qanunsuz həbsə alınması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 2,828 qram psixotrop maddə metamfetamin araşdırma başa çatdırılanadək Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə 60 manat ekspertiza xərcini ödəməkdən azad olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347; 349; 350,352-353; 356-357,384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,828 qram psixotrop maddə metamfetamin araşdırma başa çatdırılanadək Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə psixotrop maddə olan metamfetaminin tədqiqi ilə bağlı 60 (altmış) manat eksperitiza xərcini ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-72/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-72/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver