Məhkəmə qərarları › İş №1(099)-72/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-72/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-72/2025 16.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri - Bakı şəhəri 9 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi7 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxx 1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Daş Bazarı, 124-cü məhəllə, 3-cü mədən küçəsi, nömrəsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamamorta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 əldə olunmuş cinayətkar razılığa əsasən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan “Elşən” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Elşən” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşdirdiyi külli miqdarda – 1021,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz əldə edərək bir hissəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində, qalan hissəsini isə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədi ilə saxlamaqla daşımışlar, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən “Elşən” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonu Xubiyarlı kəndindən keçən hissəsində yolun kənarında yerləşdirdiyi külli miqdarda – 15800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda – 10765 qram çəkidə heroini və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 08 qram olan 200 ədəd metadon həbini əldə etmək üçün cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəldikdən sonra sonuncu avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə həmin maddələri əldə edib yükləmək üçün avtomobilin yanına daşımış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 23 fevral 2024-cü il tarixdə saat 22:40-da yuxarıda qeyd olunan ünvanda saxlanılan zaman Təqsirləndirilən şəxs1 onun saxlanıldığını görərək dərhal avtomobili işə salıb oradan uzaqlaşmış, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 İmişli RPŞ-yə gətirilərək orada 24 fevral 2024-cü il tarixdə saat 00:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 5,98 qram olan narkotik vasitə qurudulmuş marixuana, əlində saxladığı 02 ədəd polietielin kisələrdən isə Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 2045 qram, 2225 qram, 3290 qram, 2240 qram, 2005 qram və 1995 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 15800 qram olan narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 3980 qram, 3985 qram və 2800 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 10765 qram olan narkotik vasitə heroin və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram olan 20 ədəd konvalyutda 200 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, iranlı şəxsə narkotik vasitə marixuana üçün 250 manat pul göndərmiş, malı götürdükdən sonra qalan 650 manatı da göndərməli imiş. O, maşın ustada olanda iranlı şəxs ona zəng edərək narkotik vasitəni Bəhramtəpədən götürməli olduğunu bildirmiş, o, bu zaman həmin iranlı şəxslə telefonda dalaşmış, İmişliyə getməyə etiraz etmiş, həmin vaxt Əbutalıb Məmmədağa ilə birlikdə onun yanına gəlmiş, Əbutalıb toya getməli imiş, lakin onların hər ikisi onunla birlikdə getmək istəmişlər. Məmmədağanın narkotik vasitə götürüləcəyindən ümumiyyətlə xəbəri olmamışdır. Bəhramtəpədə konumda göstərilən yerdə düşüb narkotiki axtarmağa başlamış, Əbutalıb da nə axtardığını soruşduqda ona vəziyyəti həmin vaxt demişdir, bu zaman Əbutalıb da onunla birlikdə axtarmağa başlamışdır. Bundan sonra səs küy düşmüş, o, polislərin gəldiyini anladıqda maşına əyləşib qaçmış, polis əməkdaşları da ardınca getmişlər. Polislər onu qovalayandan bir müddət sonra o, İmişli şəhərində qəza keçirmişdir. Həmin vaxt Məmmədağa da onunla birlikdə maşında olmuş, lakin, o, yol boyu yatmış, olanların şahidi olmamışdır. Polislər onları bir həyətə aparıb telefonuna baxmışlar, o polislərə etiraz edəndə onun qolunu sındırmışlar. Sonra polislər ona maşınına bir kiloqram marixuana qoyacaqlarını və onu üstünə götürməli olduğunu bildirmişlər. Dediklərini etsə onu və digər şəxsləri buraxacaqlarını demişlər, bunula razılaşmışdır. O, həmin yerə öz istifadəsi üçün 100 qram marixuana götürməyə getmişdir. Elşən adlı şəxslə danışıqları telefonunda qalmış, lakin, polislər onun telefonunu format edib ailə üzvlərinə qaytarmışlar. Onun aşkar olunmuş narkotik vasitələrdən məlumatı yoxdur, heç biri nə ona, nə Əbutalıba məxsus deyil, polislər zorla onların boynuna qoymuşlar. Polislərin əslində onunla qərəzi olmuş, belə ki, o, yaşadığı ərazidə narkotik satanları döyüb metamfetamini məhv etdiyi videolar çəkmiş, həmin videolar telefonunda olmuş, bu səbəbdən narkotik satanların onunla qərəzi olmuşdur, polislər isə əslində onu axtarmışlar. Belə ki, ilk olaraq Əbutalıbı tutanda üzünə baxaraq ona “bu deyil” demişlər, bu zaman, o, oyuna düşdüyünü anlayıb, maşına minib qaçmışdır. Qəzaya düşsə də, həmin qəza ciddi olmamış, sadəcə dirəyə dəymiş, qolu həmin vaxt sınmamışdır, qolunu polislər etirafedici ifadə vermək üçün sındırmışlar. Qətimkan tədbiri barədə təqdimata baxılarkən hakimə 100 qram marixuana üçün gəldiyini bildirmişdir, qolunun qəzada sındığını deməyinə səbəb isə polislər tərəfindən aldadılması olmuşdur. Belə ki, narahat olmamasını, istədikləri kimi ifadə verərsə buraxılacağına onu arxayın etmişlər, o da bu səbəbdən heç yerdə qolunun polislər tərəfindən sındırıldığını deməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...10-15 gün olar ki, “İnstagram”-dan iranlı Elşən adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O da öz istifadəsi üçün narkotik almaq istəyirmiş. Bunun üçün onunla “Whatsapp”-da danışırmışlar. O, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Elşənin istifadəsində olan mobil nömrəsini əzbərdən bilmədiyi nömrə ilə əlaqə saxlayırmış. Təxminən 5-6 gün bundan əvvəl Elşənin göndərdiyi kart hesabına 500 manat pul göndərmiş və sonradan onun göndərdiyi məkana gedərək narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Həmin məkan Xocasən qəsəbəsi ərazisində imiş və Elşən həmin yerin şəkilini və konumunu ona göndərmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Elşəndən 500 manatlıq nəşə istəməyinə baxmayaraq o, çox göndərmiş və hesablamaya görə onun 500 manat borcu qalmışdır. O isə Elşənə demişdir ki, onun əlavə imkanı yoxdur ki, 500 manat pul göndərsin. Elşən isə demişdir ki, narahat olma bir şey fikirləşərik. Hadisə ilə bağlı onu bildirmişdir ki, 23 fevral 2024-cü il tarixdə səhər radələrində Elşən onunla əlaqə saxlamış və demişdir ki, ona olan 500 manat borcunun qarşılığında ondan bir şey xahiş edəcək. O da nə istədiyini soruşmuşdur. Elşən demişdir ki, İrandan Azərbaycana mal göndərib və malları hazırda İmişli rayonundadır. Həmin malı oradan götürüb Xocasən qəsəbəsində harasa atmaq lazımdır. Bunun qarşılığında Elşən onun 500 manat borcunu siləcəkmiş, eləcə də deməsinə görə ona istifadəsi üçün yenə də narkotik verəcəkmiş. O da razılaşmış və demişdir ki, gedib malı götürə bilər. Həmin günü, yəni, 23 fevral 2024-cü il tarixdə saat təxminən 14 radələrində Xocasən qəsəbəsində olan zaman təsadüfən dostu Əbutalıb ilə rastlaşmışdır. Onun yanında dostu Məmmədağa da var imiş. O, avtomobili saxlamış və onlarla görüşmüşdür. Onlarla söhbət əsnasında demişdir ki, birazdan rayona çıxacaq. Əbutalıb hansı rayona və nə üçün getdiyimi soruşduqda İmişli rayonuna gedib qayıdacağını, işinin olduğunu demişdir. Əbutalıba demişdir ki, bikardırsa birlikdə getsinlər. O da boş olduğunu demişdir. Həmin vaxtı Məmmədağa da onların yanında imiş və o da demişdir ki, gedə bilər. Onu da qeyd etmişdir ki, Əbutalıbın da onun kimi narkotik vasitə nəşə istifadə etdiyini bilsə də, Məmmədağanın çəkib-çəkməməyindən məlumatı yox imiş. Saat təxminən 16-17 radələrində onlar istifadəsində olan "Vaz 21074" markalı **-LG-*** qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. Əbutalıb sağ tərəfdə, Məmmədağa isə arxada oturmuşdur. O isə avtomobili idarə edirmiş. Yolda olan zaman Məmmədağa yuxuya getmiş və yatmışdır. Əbutalıb ilə söhbət əsnasında ona narkotik arxasınca getdiyini demişdir. Həmin vaxtı onun üzərində, eləcə də avtomobildə bir neçə gün qabaq istifadəsi üçün götürdüyü nəşə var imiş. Yolda gedən zaman cibindəki nəşədən bir bükümünü Əbutalıba vermişdir. Bunu Məmmədağa görməmiş və onların danışıqlarını da eşitmirmiş. Həmçinin, Əbutalıba demişdir ki, bu günkü malın götürülməsində ona köməklik etsə, yenə də nəşə verəcək. O da razılaşmışdır. Saat təxminən 22 radələrində onlar İmişliyə çatmışlar. Elşənin göndərdiyi konum üzrə hərəkət edirmiş. Həmin konuma çatanda Əbutalıba demişdir ki, gedib tez malı götürüb gəlsin və arxa yük yerinə qoysun. İranlı ilə o, özü danışdığından və iranlıya etibarı olmadığından özü avtomobildən enməmiş və düşünmüşdür ki, kimsə orada olar və onun şəklini çəkər. Əbutalıb avtomobildən enmiş və bir neçə saniyə sonra əlində iki kisə ilə avtomobilə tərəf gəldiyini görmüşdür. Həmin vaxtı bir neçə şəxsin Əbutalıba yaxınlaşdığını görmüş və bilmişdir ki, həmin şəxslər polislərdir. Buna görə də, dərhal avtomobili işə salaraq oradan Saatlı istiqamətində hərəkətə başlamışdır. Həmin proseslər baş verən zaman Məmmədağa hələ də arxada yuxulu imiş. Həmin vaxtı hava yağışlı imiş və avtomobilinin də işıq sistemində problem var imiş. Eləcə də, həyəcandan gözləri qaralırmış. Buna görə də, təxminən bir qədər yol getmişdir ki, gözləri qaraldığından avtomobil yolun çiynindəki torpaq hissəyə çıxmış və orada olan dəmir dirəyə dəyərərək fırlanıb dərə kimi yerə düşmüşdür. Həmin hadisə nəticəsində onun sağ qolu, eləcə də ayaqları əzilmişdir. Enib avtomobilə baxan zaman avtomobilin ön sağ hissəsinin əzildiyini, eləcə də təkərinin partladığını görmüşdür. Bu vəziyyətdə avtomobili idarə edə bilməyəcəyini başa düşmüşdür. Onu da qeyd etmişdir ki, Əbutalıbın saxlandığını görüb həmin yerdən qaçan zaman yolda Məmmədağa da yuxudan ayılmış və nə baş verdiyini soruşmuşdur. O da olanları ona demişdir. Avtomobilin yanında olduqları zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onu da qeyd etmişdir ki, o, həyəcandan üzərində və avtomobilində olan narkotiki atmağı yadından çıxarmışdır. Polislər onun Əbutalıb ilə qabaqcadan əlbir olaraq qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə əldə edib üzərində və avtomobilində saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmiş, yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı tullaya bilməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Bundan sonra üzərində olan əşyaları masanın üzərinə qoyaraq təqdim etməyi təklif edilmiş, o, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir qutu “Vinchester” markalı siqareti, bir ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən avtomobilinin qapısını açıb bağlayan mexanizmi çıxararaq masanın üzərinə qoymuşdur. Sonra bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 2-3 gün əvvəl Bakı şəhərində, tanımadığı İran islam Respublikasının vətəndaşının göndərdiyi məkana gedərək əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 6,27 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefon içərisində sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olması ehtimalına görə götürülmüşdür. Üzərindən aşkar olunmuş bir ədəd “Vinchester” markalı siqaret, bir ədəd avtomobilin qapısını açıb-bağlayan mexanizm sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə İmişli rayonu ərazisinə tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə birlikdə təxminən 15 gün olar İnstagram sosial şəbəkəsində tanış olmuşdur, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının dediyi yerdən narkotik vasitələri götürərək Bakı şəhəri, Xocasən kəndində onun dediyi yerə qoymaq məqsədi ilə gəlmişdir, bunun qarşılığında İran İslam Respublikasının vətəndaşının ona şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verəcəkmiş, saxlanılarkən yanında olan Şahid1 onun narkotik vasitə əldə etmək üçün İmişli rayonuna gəldiyini bilmirmiş, bu barədə yalnız Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Əbutalıb narkotik vasitələri götürüb avtomobilə qoymaq istəyən zaman polis əməkdaşlarının onu saxladığını gördüyü üçün qorxaraq idarə etdiyi avtomobil ilə həmin yerdən uzaqlaşmışdır. Həmçinin sorğu zamanı bildirmişdir ki, Əbutalıbın üzərindən aşkar olunmuş narkotik vasitəni o vermişdir...Üzərindən və avtomobildən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Əbutalıbdan aşkar edilmiş iki kisədəki maddələri isə Xocasən qəsəbəsi ərazisində harasa atıb bu barədə iranlı Elşənə məlumat verəcəkmiş..."xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində xəsarət var, avtomobillə qəza törətdiyindən qolunda və bədəninin başqa yerlərində xəsarətlər var. Bununla bağlı olaraq polis əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib və həkim müayinəsindən də keçmişdir. Üzərində olan xəsarətlərin polislərə heç bir aidiyyəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (C-İ, i.v. 160-165) Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində əldə etmək istədiyi narkotik vasitəyə görə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü toya getmək üçün Məmmədağa ilə görüşmüş və yolda Raminlə qarşılaşmışlar. Ustadan qayıdanda Ramin İmişli şəhərinə gedəcəyini, orada işi olduğunu demiş, o, Raminin hərəkətlərində qəribəlik hiss etdiyindən onunla getmişdir. Əslində isə o, həmin günü Xırdalanda Məmmədağanın qohumunun toyuna gedəcəkmiş, lakin, elə başa düşmüşdür ki, Raminin kiminləsə söhbəti var, bu səbəbdən o da Raminlə birlikdə getmək istəmişdir. İmişli şəhərinə çatanda Ramin maşından düşüb nəsə axtarmağa başlamış, nə axtardığını soruşduqda ona narkotik vasitə marixuana üçün gəldiklərini demişdir. O da onunla axtarmağa başlamış, üzüaşağı yolda 2 ədəd kisə görmüş, həmin an polis əməkdaşları kolluğun dibindən çıxıb onu tutmuşlar. Nə üçün gəldiyini soruşduqda o, 100 qram narkotik vasitə marixuana üçün gəldiyini demişdir. Sonra polis əməkdaşları Raminin arxasınca maşınla getmişlər. Onu şöbəyə aparmışlar, Paşa adlı polis ona çəkilişdə onların dediklərini etməsini bildirmişdir. O, razı olaraq ona heçnə etməmələrini xahiş etmişdir. Ona “Ramin sənə 6 qram marixuana verəcək, həmin marixuanaya görə kisələri maşına qoymağa gəlmisən” sözləri deməsini bildirmişlər. O, narkotik vasitələrdən asılı deyil, arabir marixuana çəkir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ...Bir il olar ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edirmiş. Çəkdiyi maddələri Xırdalan şəhərində tanımadığı şəxslərdən alırmış. Şahid1 və Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır və onlarla arasında heç bir ədavət yoxdur. Raminin də onun kimi narkotik vasitə nəşə istifadə etdiyini bilsə də, Məmmədağanın istifadə edib-etmədiyini bilmirmiş. Hadisə ilə bağlı onu bildirmişdir ki, 23 fevral 2024-cü il tarixdə Xocasən tərəfdə Məmmədağa ilə görüşmüş və orada avtomobil sexinin yanında piyada gəzirmişlər. Həmin vaxtı qarşıdan Raminin idarə etdiyi “Vaz 21074” markalı avtomobil ilə gəldiyini görmüşlər. Ramin onları görüb avtomobili saxlamış və onlar bir qədər söhbət etmişlər. Söhbət əsnasında Ramin demişdir ki, birazdan rayona çıxacaq. O, hansı rayona və nə üçün getdiyini soruşduqda demişdir ki, İmişli rayonuna gedib-qayıdacaq, işi var. Ramin ona demişdir ki, bikardırsa birlikdə getsinlər. O da boş olduğunu demişdir. Həmin vaxtı Məmmədağa da onların yanında imiş və o da demişdir ki, gedə bilər. Saat təxminən 16-17 radələrində onlar Raminin istifadəsində olan "Vaz 21074" markalı **-LG-*** qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. O, sağ tərəfdə, Məmmədağa isə arxada oturmuşdur. Ramin isə avtomobili idarə edirmiş. Yolda olan zaman Məmmədağa yuxuya getmiş və yatmışdır. Ramin ilə söhbət əsnasında o, narkotik arxasınca getdiklərini demişdir. O, ilkin olaraq etirazını bildirmiş və belə bir iş var imişsə onlarla getməməli olduğunu demişdir. Ramin narahat olmamağını bildirib ona bir büküm nəşə vermişdir. Bunu Məmmədağa görməmiş və onların danışıqlarını da eşitmirmiş. Həmçinin, Ramin ona demişdir ki, bu günkü malın götürülməsində ona köməklik etsə, yenə də nəşə verəcək. O da razılaşmışdır. Saat təxminən 22 radələrində onlar İmişliyə çatmışlar. Ramin iranlı ilə danışmış və iranlının göndərdiyi konum üzrə hərəkət etmişlər. Həmin konuma çatanda Ramin ona demişdir ki, gedib tez malı götürüb gəlsin və arxa yük yerinə qoysun. O, avtomobildən enmiş və avtomobildən təxminən 50 metr məsafədə iki narıncı rəngli kisə olduğunu görmüşdür. Həmin kisələrin ağırlığından və formasından başa düşmüşdür ki, bunlar narkotikdir. Həmin kisələri götürüb avtomobilə doğru gələn zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis olduqlarını demişlər. Həmin vaxtı Ramin avtomobili işə salaraq oradan uzaqlaşmışdır. ...yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı ata bilməmişdir. ...Sonra bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona verdiyini bildirmişdir. Sonra iki ədəd narıncı rəngli polietielin kisələri təqdim edərək içərisində narkotik vasitə olduğunu, lakin hansı növ narkotik vasitə olduğunu bilmədiyini, həmin polietielin kisələri İmişli rayonuna birlikdə gəldiyi Təqsirləndirilən şəxs1 dediyi yerdən götürdüyünü, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21074” markalı avtomobilə aparan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. ...cibindən aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün Ramin ona vermişdir. İki ədəd kisədəki maddələri isə Raminlə birlikdə Xocasən qəsəbəsi ərazisində harasa atacaqmışlar və Ramin bu barədə iranlıya məlumat verəcəkmiş. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (C-İ, i.v. 181-185) Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 23 fevral 2024-cü ildə əməliyyat məlumatı daxil olmuş. Məlumat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin külli miqdarda narkotik vasitə daşınması və satışı ilə məşğul olması barədə olmuşdur. Əməliyyat qrupu yaradılmış və qrupa o, Şahid3, Rəşad İbrahimov, Ruslan Çobanov və Bayram Rüstəmov daxil olmuşdur. Həmin şəxslərin Hacıqabul Horadiz yolu istiqamətində VAZ 2107 markalı avtomobildə olduğu barədə məlumat daxil olmuş, şəxsləri İmişli rayonu ərazisində saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs2 əlində iki ədəd kisə ilə maşına yaxınlaşırmış. Təqsirləndirilən şəxs1 isə avtomobillə oradan uzaqlaşmışdır. Onun arxasınca polis əməkdaşları getmiş, Təqsirləndirilən şəxs2 şöbəyə dəvət etmişlər. Şəxs üzərindən bir ədəd bükümdə marixuanaya bənzər kütləni təqdim etmiş, kisələrdən metadon həbləri və heroinə bənzər kütlə ilə marixuanaya bənzər kütlə aşkarlanmışdır. Sonradan Təqsirləndirilən şəxs1 də saxlandığını eşitmişdir. Şəxslərə qarşı heç bir zor tətbiq edilməmiş, və Təqsirləndirilən şəxs1 qolunun sındırılması kimi hal olmamışdır. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 23 fevral 2024-cü ildə şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupuna o da daxil imiş. Şəxsləri İmişli rayonu ərazisində saxlamışlar. Saxlanılan vaxt onlar narkotik vasitənin miqdarını mübahisələndirməmiş, əməllərini səmimi etiraf etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı etirafedici ifadələrini, həmçinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 24 fevral 2024-cü il tarixli, 0114 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 fevral 2024-cü il tarixdə saat 22:40 radələrində ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 20) - «Şübhəli şəxsin tutulması haqqında» 24 fevral 2024-cü il tarixli, 0123 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2024-cü il tarixdə saat 23:35 radələrində ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 45) - «Şəxsi axtarış və baxış haqqında» 24 fevral 2024-cü il tarixli, 0118 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd səffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, əlində daşıdığı iki ədəd narıncı rəngli polietielin kisələrdən isə ümumilikdə 07 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 03 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddələr və hər birində 10 ədəd olmaqla 20 list ümumilikdə 200 ədəd üzərində “Metadon 40” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 24 fevral 2024-cü il tarixdə saat 00:40-da başlamış və həmin tarixdə saat 01:28-də bitmişdir. (C-İ, i.v. 29-33) - «Şəxsi axtarış və baxış haqqında» 24 fevral 2024-cü il tarixli, 0127 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir qutu “Vinchester” markalı siqaret, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş siqaret qutusu və açar onun özünə qaytarılmış, mobil telefon və 01 bükümdə maddə isə götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 24 fevral 2024-cü il tarixdə saat 03:40-da başlamış və həmin tarixdə saat 03:58-də bitmişdir. (C-İ, i.v. 55-59) - «Baxış keçirilməsi və götürmə haqqında» 24 fevral 2024-cü il tarixli, 0129 nömrəli protokoldan görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” markalı **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “Vaz 21074” markalı **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ehtiyat təkər üçün nəzərdə tutulmuş yerdən 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış və götürmə istintaq hərəkəti 24 fevral 2024-cü il tarixdə saat 04:50-də başlamış və həmin tarixdə saat 05:04-də bitmişdir. (C-İ, i.v. 63-65) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2024-cü il tarixli, 4(005)- 285/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxs özünü qismən təqsirli bilmişdir. (C-İ, i.v. 212-218) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2024-cü il tarixli, 4(005)- 286/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X6 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxs özünü qismən təqsirli bilmişdir. (C-İ, i.v. 219-225) - Məhkəmə-bioloji ekspertizasının 24 fevral 2024-cü il tarixli, 16/263 nömrəli rəyindən aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1010 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və heroine bənzər maddələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki: - üzəriləri yapışqanlı lentlə sarınmış 3 (üç) ədəd qara rəngli polietilen torbalarda ayrıayrılıqda 2000 qram, 2045 qram, 2225 qram, ümumi təmiz çəkisi 6270 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - üzəriləri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbadakı şəffaf polietilen torbada, digər 1 (bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı qara rəngli polietilen torbada və 1 (bir) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3980 qram, 3985 qram, 2800qram, ümumi təmiz çəkisi 10765 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və içərisində Methadone 40 olan kütlələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki; - üzəriləri yapışqanlı lentlə sarınmış 4 (dörd) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 3290 qram, 2240 qram, 2005 qram, 1195 qram ümumi təmiz çəkisi 9530 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - üzərində “Methadone 40 20.23” göstəriciləri olan 20 (iyirmi) ədəd konvalyutda, 200 (iki yüz) ədəd həblər zavod üsulu ilə hazırlanmış metadon dərman preparatıdır, (beynəlxalq adına görə metadon) Təqdim olunmuş sayı 200 (iki yüz) ədəd metadon həblərinin təsir maddəsinin miqdarı 8 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..”..”sözləri və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə bənzər maddələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki və üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki və üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuanalar ilə 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə müxtəlifdirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısının İ bəndinə (sıra №6) daxil olduğu müəyyən oldu. Qeyd: 1) Marixuananın təmiz çəkiləri - 5,98qr; 5,82qr; 1010qr; 6270qr; 9530qr; cəmi tədqiqata sərf edildi - 0,64qr (hər 1№-li. 2№-li obyektlərdən 0,02 qram və 3№-li, 4-6№-li, 10-13№-li obyektlərdən 0,2 qr götürüldü), qalıq-5,96qr; 5,80qr; 1009,8qr; 6269,8qr; 9529,8qr; 2) Heroinin ümumi təmiz çəkisi - 10765qram, cəmi təqdiqata sərf edildi-0,6qram (hər 7-9 №-li obyektdən 0,2qram götürüldü), qalıq - 10764,4qramdır. 3) Metadon ümumi sayı -200 ədəd, tədqiqata sərf edildi- 20 ədəd qalıq-180 ədəd. ( C-İ, i.v. 93-97) - Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli, 2358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 102-103) - Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli, 2359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 104-105) - «Maddi sübut kimi tanıma haqqında» 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1021,56 qram və 15799,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10764,4 qram qalmış heroin və 180 ədəd olan metadon həbinin maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. (C-İ, i.v. 248-252) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfinin dəlilləri : Təqsirləndirilən şəxs1 100 qram qurudulmuş marixuana əldə etmək üçün gəlmiş, bu məqsədlə 250 manat iranlı Elşən adlı şəxsə göndərmiş, 650 manat da borclu qalmış, qalıq borcu narkotiki götürdükdən sonra göndərəcəkmiş, iranlı ona 100 qram narkotikin şəklini göndərmiş, həmin qəbzin və narkotikin şəkili polislər tərəfindən telefondan silinərək telefon ailəsinə qaytarılmış, Təqsirləndirilən şəxs2 narkotik vasitə götürməyə gəldiklərindən məlumatı olmamış, belə ki, o, Məmmədağa ilə birlikdə həmin gün onun qohumunun toyuna gedəcəkmiş, Təqsirləndirilən şəxs1 ona İmişliyə getməyi təklif etdiyi üçün toya getməmiş, onunla birlikdə İmişli rayonuna getmişdir, narkotik vasitə dolu kisələri götürməmişlər, polislər məcbur edib etirafedici ifadə almışlar, Təqsirləndirilən şəxs1 qolu avtoqəzada sınmamış, polislər təzyiq edərkən sındırmışlar, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış tutulduqdan 4 saat sonra aparılmış, bu müddətdə o, özünün əleyhinə etiradedici ifadə verməyə məcbur edilmişdir. Qətimkan tədbirinə baxılarkən Təqsirləndirilən şəxs1 polislər tərəfindən aldadıldığından qolunun qəzada sındığını demişdir. Məhkəmə müdafiə tərəfinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla,

1. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, barələrində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən hər ikisi polislər tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 əlavə olaraq, qolunun İmişli rayonu ərazisində maşınla qəzaya düşərkən sındığını, əməliyyat olunmalı olduğunu bildirmişdir. Həmçinin, avtomobilə baxışa dair vidediskdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus maşın həqiqətən də qəzalı vəziyyətdədir. Bundan başqa, məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 polislər tərəfindən etirafedici ifadə verərsə buraxılacağı ilə bağlı aldadıldığı üçün qolunun polislər tərəfindən sındırılmadığını hakimə deməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil zahirən inandırıcı görünsə də, əslində özünümüdafiə xarakterlidir. Belə ki, müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş qətimkan tədbirinin seçilməsinə dair iclasın videodiski məhkəmə istintaqında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hakimin suallarına cavab olaraq qolunun İmişli rayonu ərazisində qəzada sındığını, əməliyyat olunmalı olduğunu, 100 qram qurudulmuş marixuana əldə etmək üçün getdiyini, avtomobildən və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrdən xəbəri olmadığını bildirmişdir. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsində qətimkan tədbirinə məhkəmə iclasında baxılarkən Təqsirləndirilən şəxs1 əldə etmək istədiyi narkotik vasitələrin miqdarına dair hazırki məhkəmə baxışında verdiyi ifadə ilə eyniməzmunlu ifadə vermiş, xəsarətlə bağlı isə hazırki ifadədən fərqli ifadə vermişdir. Ağlabatan mühakimə əsasında demək mümkündür ki, əgər polislər tərəfindən aldadılsa idi və ya etirafedici ifadə vermək üçün o, təzyiq altında olsa idi heç 100 qram qram qurudulmuş marixuana əldə etmək üçün getdiyini, avtomobildən və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrdən xəbəri olmadığını bildirməz, həmin hissədə də etirafedici ifadə verərdi. Göründüyü kimi, təqsirləndirilən şəxsin bu dəlilləri iş materialları ilə uzlaşmır. Həmçinin, məhkəmə aşkar edilmiş narkotik vasitələrin onlara məxsus olmaması, Təqsirləndirilən şəxs1 qolunun sındırılması nəticəsində hər ikisinin etirafedici ifadə verməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlil də inandırıcı görünmür. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər narkotik vasitəni götürməyə birlikdə getmiş, Təqsirləndirilən şəxs2 kisələri maşına daşıyarkən yaxalanmış, bu zaman polislərin əməliyyat qurduğunu anlayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hadisə yerində qoyub maşını sürüb qaçmış, Saatlı rayonu ərazisində saxlanılmışdır. Tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 23 fevral 2024-cü il tarix, saat 22:40-da, Təqsirləndirilən şəxs1 isə 23:35 radələrində tutulmuşdur. Göründüyü kimi, hər iki təqsirləndirilən şəxs ayrı-ayrı vaxtalarda və ayrı-ayrı yerlərdə saxlanılmış, Təqsirləndirilən şəxs1 qolu sındırılsaydı belə Təqsirləndirilən şəxs2 bunu görməyə real imkanı olmamışdır. Təqsirləndirilən şəxs2 polislərin ona fiziki təsir göstərmədiyini, xəsarətinin olmadığına dair məhkəmə istintaqında bildirdiyi ifadəsi narkotik vasitə dolu kisələrin məhz onun üzərindən aşkarlanması ilə birlikdə nəzərə alındıqda belə qənaətə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı heç bir təsir altında olmamış, sərbəst izahat vermişdir.

2. Təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olmaması, əslində Təqsirləndirilən şəxs2 həmin gün Məmmədağa ilə birlikdə sonuncunun qohumunun toyuna gedəcəkləri, son anda Təqsirləndirilən şəxs1 onlara İmişli rayonuna getməyi təklif etdiyi üçün toya getməyib, onunla birlikdə İmişli rayonuna getməyə razılaşdığı, gedərkən Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək niyətinin olmasından məlumatının olmamasına dair dəlilinə münasibətdə bildirməyi zəruri hesab edir ki, həmin dəlil də iş materiallarına uyğun olmamaqla, tamamilə həqiqətdən uzaqdır. Belə ki, təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, onlar tutulduqları gün saat 16-17 radələrində Bakı şəhərindən yola çıxmışlar, lakin, nə Təqsirləndirilən şəxs2, nə də “qohumunun toyu olan” Məmmədağa adlı şəxs ümumiyyətlə toya getmək üçün münasib nə paltarda, nə də simada deyillər. Təqsirləndirilən şəxs2 üzü həddindən artıq saqqallı, gündəlik geyimə uyğun olmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, heç bir marağı, motivasiyası olmayan şəxsin toya hazırlaşdığı zamanda Bakı şəhərindən 3 saatlıq məsafədə yerləşən İmişli rayonuna getməsi ağlabatan olmamaqla, təqsirləndirilən şəxslərin belə ifadə verməsi özünümüdafiə məqsədi daşıyır.

3. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs1 üzərinə tutulduqdan 4 saat sonra axtarış keçirilməsi, bu müddətdə təzyiqlərə məruz qalması ilə bağlı dəlilinə münasibətdə də qeyd edir ki, həmin dəlil də iş materialları ilə təsdiq olunmur. Belə ki, əvvəla, qeyd edilməlidir ki, CPM-in 125.8-ci maddəsinə əsasən həmin Məcəllənin tələblərinə riayət edilməklə sübutlar əldə edildikdə, onların qəbul olunmasının yol verilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. İş materialalrından görünür ki, Təqsirləndirilən şəxs1 23 fevral 2024-cü il, saat 23:35 radələrində tutulmuş, tutularkən müdafiəçi ilə təmin olunmuş, 03:40 radələrində şəxsi axtarış başlanılmışdır. Bu müddətdə Təqsirləndirilən şəxs1 vəkillə təmin olunmuş, həmin müddətdə Təqsirləndirilən şəxs2 üzərinə 00:40-01:28 radələrində şəxsi axtarış aparılmışdır. Göründüyü kimi, məhkəmə şəxsin tutulduqdan sonra üzərinə şəxsi axtarış aparılmasına dair keçən 4 saat müddəti ağlabatan müddət hesab etməsə də, işin digər faktiki halları və məhkəmədə tədqiq edilmiş sübutlar nəzərə alındıqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmasına dair protokolun və ona əlavə edilmiş videoçəkilişin həqiqətə uyğunluğu və mötəbərliyi məhkəmədə təkbaşına şübhə yaratmır.

4. Nəhayət, məhkəmə Təqsirləndirilən şəxs1 100 qram qurudulmuş marixuana əldə etmək üçün getməsi, bu məqsədlə iranlının kartına 250 manat göndərməsi, 650 manatını isə narkotiki götürdükdən sonra göndərəcəyi, iranlının ona 100 qram narkotikin şəklini göndərməsi, həmin qəbzin və narkotikin şəklinin polislər tərəfindən telefonundan silinməsi, aşkar edilmiş narkotik vasitələrin onlara məxsus olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər də iş materialları ilə təkzib edilir. Belə ki, əvvəla, təqsirləndirilən şəxs telefonunda 250 manatın qəbzinin və 100 qram marixuananın şəklinin olduğunu desə də, bunu məhkəməyə təqdim edə bilməmiş, həmin şəkillərin telefonundan polislər tərəfindən silinərək ailəsinə qaytarılmasını bildirsə də telefonu məhkəməyə təqdim etməmiş, silinmiş materialların bərpa edilməsi üçün məhkəmə-texniki ekspertizasının keçirilməsini xahiş etməmiş, belə demək mümkünsə, “özünün bildirdiyi həqiqətin” üzə çıxmasına təşəbbüs göstərməmişdir. Bunun əksinə, o, həm şəxsi axtarış zamanı, həm də ibtidai istintaqdakı ifadələrində bildirmişdir ki, onun iranlı Elşən adlı şəxslə danışığının mahiyyəti belə olmuşdur ki, Raminin Elşənə məxsus narkotik vasitələri İmişli rayonundan götürüb Bakı şəhərinə daşıması müqabilində Elşən həm onun borcunu siləcək, həm də ona əvəzində 100 qram qurudulmuş marixuana verəcəkdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 iranlıya borcunun olmadığını bildirsə də, həm də iranlıya 250 manat pul göndərdiyini, 650 manat borclu qaldığını da bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən Xocəsən rayonunda əldə edərək maşınında daşıdığı 1010 qram çəkidə qurudulmuş marixuanadan yolda olarkən özü və Əbutalıb üçün götürüb, bir qismini özündə saxlamış, digərini isə Əbutalıba vermiş, yaxalanarkən həyəcandan üzərindən atmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının rəyinin müvafiq hissələrindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qurudulmuş marixuana, həmçinin, Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər, hər üç narkotik vasitə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narıncı kisələrdəki qurudulmuş marixuanalar ilə müxtəlif tərkiblidirlər. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və X3 ibtidai istintaq dövründəki etirafedici ifadələri iş üzrə digər sübutlarla təsdiq olunur, onların məhkəmədəki ifadəsinin, yəni, aşkar edilmiş narkotik vasitənin onlara məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində narkotik vasitəni üzərinə götürməyə məcbur qalması ilə bağlı hissəsi, həmçinin, özünümüdafiə üçün gətirdiyi digər dəlilləri isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrini qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, Təqsirləndirilən şəxs1 və X3 ibtidai istintaq dövründəki etirafedici ifadələrini mötəbər sübut kimi qəbul edir. Həmçinin, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, onları ittihamın digər sübutları ilə birlikdə mötəbər sübut kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və X1 məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan artıq hissəsi külli miqdar, 50000 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “metadon” dərman həbi narkotik vasitədir və onun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramdan artıq hissəsi külli miqdar, 160 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “heroin” narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutların təhlilindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iranlı Elşən adlı şəxsə məxsus xüsusilə külli miqdarda narkotik vasitələri şəxsi maraqlarının ödənilməsi məqsədilə, yəni, Təqsirləndirilən şəxs1 iranlıya olan borcunun silinməsi və əvəzində əlavə olaraq narkotik verəcəyi müqabilində Bakı şəhərində olarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib, üzərində saxlayaraq daşımaq barədə razılaşmış, ümumi cinayətkar niyətə uyğun olaraq, 23 fevral 2024-cü il tarix, saat 16-17 radələrdində Bakı şəhərindən çıxmış, Təqsirləndirilən şəxs2 göndərilən İmişli rayonunda göndərilən ünvana gələrək Təqsirləndirilən şəxs2 kisələri axtarmaq üçün maşından düşmüş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt barəsində cinayət işi olduğu üçün maşından düşməmiş, Təqsirləndirilən şəxs2 göndərmiş, polislər tərəfindən yaxalandıqlarını anlayan kimi Təqsirləndirilən şəxs2 hadisə yerində polislərin yanında qoyaraq maşını işə salıb qaçmış, Saatlı rayonu istiqamətində olarkən maşını qəzaya düşərək qolu sınmış və digər xəsarətlər almış, bu zaman Təqsirləndirilən şəxs2 artıq daşıdığı xüsusilə külli miqdarda narkotik vasitə dolu kisələrlə birlikdə İmişli rayonu ərazisində polislər tərəfindən saxlanılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və X3 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, “baxış keçirilməsi və götürmə haqqında” protokol, həmin protokollara əlavə edilmiş 03 ədəd DVD disklər, üzləşdirmə protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, qətimkan tədbirinin seçilməsinə dair iclasın görüntülərinin əks olunduğu iki ədəd DVD disk və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X3 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və X6 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər müxtəlif ardıcıllıqla 177.2.1, 177.2.3, 69.4, 234.1, 228.4, 66.2, 66.5, 69.3-cü maddələri ilə məhkumluqları olmuşdur. (C-İİ, i.v 44-46) Bundan başqa, məhkəmə baxışı zamanı əldə edilmiş hökmün surətindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2 gün həbsdə saxlanıldığı müddət cəza müddətindən çıxılaraq, üzərində 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - DİN-in BƏSİİ-dən verilmiş 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, X3 məhkumluğu yoxdur. ( C-İİ, i.v. 47-48) Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 234.4-1 maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, həm təqsirləndirilən şəxslərin ailəsi onların varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunsun, həm də cəza təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 münasibətdə müvafiq amnistiya aktı şamil edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılmasının 2 günü hesab edilməklə, 8 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduqları 23 fevral 2025-ci il tarixdən hesablanmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2024-cü il tarixli, 4(005)-285/2024 və 4(005)-286/2024 nömrəli qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64,8 manat (altmış dörd manat səksən qəpik)məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,8 manat (altmış dörd manat səksən qəpik) məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan- Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi qalıq çəkisi 1021,56 qram və 15799,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10764,4 qram qalmış heroin və 180 ədəd olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış tanınmış istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən 3(üç) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk, həmçinin, məhkəmə baxışında əldə edilmiş qətimkan tədbirinin seçilməsi zamanı məhkəmə iclasının yazıldığı 2 ədəd DVD disk və Unibankdan daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2(iki) günü hesab edilməklə, 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan çəkisi 1021,56 qram və 15799,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10764,4 qram qalmış heroin və 180 ədəd olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən 3(üç) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD disk, məhkəmə baxışında əldə edilmiş qətimkan tədbirinin seçilməsi zamanı məhkəmə iclasının yazıldığı 2 ədəd DVD disk və Unibankdan daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci 64,8 manat (altmış dörd manat səksən qəpik) məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada (bərabər paylarla) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və X4 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar