Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-720/2023 23.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi üzrə icraat aparılan şəxsin müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" X3 operator işləmiş, Salyan rayonu Çadırlı kəndəndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində psixiatrik stasionara yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materialına videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxs (bundan sonra anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs) Təqsirləndirilən şəxs yaşadığı kənddə mütəmadi olaraq görüb tanıdığı həmkəndlisi xəstəxanalarda «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il də doğulmuş Zərərçəkmiş şəxs ilə söhbət zamanı, eləcə də kənardan apardığı müşahidələrlə sonuncunun on dörd yaşına çatmadığını və əqli inkişafdan geri qalmasını dəqiqliyi ilə bilib dərk edərək köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək qərarına gəlib sonuncunu 2022-ci ilin yay-aylarında istintaqa məlum olmayan ayda, ayrı-ayrı günlərdə dəfələrlə, axşam saatlarında, sutkanın qaranlıq vaxtı Salyan rayonu, Çadırlı kəndində təpə dibinə, kolluq sahəyə aparıb hər dəfə 1 (bir) manat pul verərək onun 14 yaşına çatmaması və əqli geriliyinin olması təsiri altında ona qarşı törədilən həmin qanunazidd hərəkətlərin mənasını və xarakterini düzgün dərk etmək, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olub sonuncunu təkrarən zorlamışdır. İş üzrə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən Roman adlı şəxsin idarə etdiyi, adsız yanacaqdoldurma məntəqəsində operator vəzifəsində çalışır, ailəlidir 1 qız, 1 oğlan övladı var. Boynunda iri vəz olduğu üçün uzun illər əvvəl əməliyyat olunduğundan hərbi xidmətə getməmişdir. Zərərçəkmiş şəxs çoxdan, uşaq yaşlarından tanıyır, sonuncu ilə həmkəndlidir. Sevincin hər iki valideyni kar və lal olmaqla maddi cəhətdən də çox imkansız olmuşlar. Sevinc kəndlərindəki orta məktəbdə oxumuşdur. Həmin məktəbdə Sevinclə bir yerdə oxuyan bacısının azyaşlı qızı ona Sevincin məktəbdə şagirdləri döydüyünü, müəllimləri incitdiyini, tərbiyyəsizlik etdiyini danışmışdır. Sevinc böyüdükcə küçədə tez-tez gəzmiş, ona-buna söz atmış, hara gəldi baş alıb getmişdir. Sevincin etdiyi hərəkətlərindən psixi xəstəyə oxşamışdır. Sevincin aradabir məktəbə gedib gəldiyini görmüşdür. 2022-ci ilin yay aylarında Qaraçala qəsəbəsində mağazaların yanında olanda bir neçə dəfə Sevinc yanına çağırmış, o isə ona məhəl qoymamışdır. Bundan sonra yay aylarında Sevinc bir dəfə ona kəndlərindəki Xəyyam adlı şəxsə məxsus ərzaq mağazasının yanında tək olanda yaxınlaşaraq ondan xoşu gəldiyini bildirib onunla cinsi əlaqədə olmağını təklif etmişdir. O, Sevincin yaşının az olmasını, psixi xəstə olmasını bilib kiminsə bundan xəbər tutmayacağını, ona inanmayacağını başa düşərək cinsi ehtirası qalxdığı üçün onunla razılaşmışdır. Həmin gün hava qaralandan sonra axşam saatlarında onu yaşadığı Çadırlı kəndindən keçən kanalın yaxınlığında olan, yerində əvvəllər hərbi hissə olmuş boş torpaq sahəsindəki kiçik təpənin dibindəki kolluğa aparmışdır. Belə ki, özü piyada qabaqda, Sevinc isə onun arxasınca gəlmişdir. Onlar Şirvan-Salyan avtomobil yolundan sola dönərək kanalın üstündəki piyada körpüsündən keçməklə təpənin dibindəki kolluğa getmişlər. Qeyd etdiyi ərazini yaxşı tanıdığından, oradan axşamlar insanlar keçmədiyindən, ətrafda da evlər olmadığından özü onu ora aparmışdır. Həmin gün çimdiyindən yay olmasına baxmayaraq əyninə boz rəngli gödəkçə geyinmişdir. Çatdıqları yerdə ətraf qaranlıq olmuşdur. Əynindəki gödəkçəni çıxarıb torpağın üsünə sərdmişdir. O, Sevincin əynində olan qara rəngli, qarşısı iplə bağlanan şalvarını və tursiyini dizdən aşağı çəkib Sevinci arxası üstə gödəkçəsinin üzərinə uzatmışdır. O, əynindəki şalvar və tursiyini özü dizədək aşağı çəkmiş və Sevincin üstünə uzanaraq əli ilə onun döşlərinə toxunmuş, dodağından öpmüş, cinsi orqanını Sevinc özü əlinə götürmüş, cinsi orqanı ereksiya vəziyyətinə gəlmişdir. O, Sevincin ayaqlarını yuxarı qaldırıb cinsi orqanını onun cinsi orqanına sürtmüş, sonra da yavaş-yavaş cinsi orqanını onun cinsi orqanına bir neçə dəfə soxub çıxartmışdır. Bu vaxt Sevincin bakirə olmadığını hiss eləmiş, ancaq ondan onun bakirəliyini kimin pozduğunu soruşmamış, o da ona heç nə deməmişdir. Sperması gələn vaxt onun cinsi orqanın içinə boşalmamış, cinsi əlaqədə olandan sonra hərəsi öz tursik və şalvarını çəkmişlər. Cinsi əlaqədə olandan dərhal sonra Sevinc və hərəsi öz evinə getmişlər. Bundan sonra Sevinc kənddə onu görüb tez-tez ona cinsi əlaqədə olmağı təklif etmiş və təxminən 5 və ya 6 dəfə Sevincin istəyi ilə onu 2-3 gündən bir axşam saatlarında hava qaralanandan sonra eyni yerə apararaq könüllü olaraq Sevinclə müxtəlif pozalarda cinsi orqanını onun cinsi orqanına salmaqla cinsi əlaqədə olmuşdur. Onun da Sevincdən xoşu gəldiyi üçün arada bir Sevinci iş yerinin yanında görəndə özü də ona cinsi əlaqədə olmağı təklif etmiş, o da onunla razılaşmışdır. O, Sevincin istəyi ilə ona hər dəfə cinsi əlaqədə olandan sonra və ya əvvəlcədən 1 manat pul vermişdir. Sevinclə cinsi əlaqədə olduğu yerə 2-3 dəfə öz velosipedi ilə getmişdir. O, cəmi bir dəfə başqa yerdə Sevinclə cinsi əlaqədə olmuşdur. Belə ki, yay aylarında qaranlıq vaxtı velosipedi ilə Sevincin evinin yanından keçib gedəndə Sevinc arxadan gələrək onu saxladıb onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Sevincin evinin yaxınlığında torpaq yolun kənarında yulğun kollarının arasında Sevinci arxası üstə yerə uzadıb şalvarını və tursiyini aşağı çəkərək cinsi əlaqədə olanda torpaq yolda daşlar üzərində velosiped təkərinin səsi gəldiyini eşitmiş, Sevinc dərhal ayağa durub qaçaraq bir az kənarda olan başqa yulğun kollarının arasında gizlənmişdir. O, tez şalvarını çəkib düyməsini bağlayaraq velosipedini götürüb yola çıxanda həmkəndlisi Balammədin oğlu Kamilin velosipedlə onlara tərəf gəldiyini görmüş və sonuncu telefonunun işığını üzünə salıb ondan orada nə iş gördüyünü soruşmuşdur. O, Kamilə yalandan işdən qayıtdığını deyib evinə getmişdir. Bundan sonra qorxaraq Sevinclə bir daha görüşməmiş, cinsi əlaqədə olmamışdır. Heç vaxt o zorla Sevinclə cinsi əlaqədə olmamışdır. Aradan çox vaxt keçdiyindən Sevinclə dəqiq hansı ayda, hansı gündə saat neçədə cinsi əlaqədə olduğunu bilməmişdir. Sevinclə 2022-ci ilin yay aylarında cinsi əlaqədə olduğunu xatırlayır, həmin vaxtlarda Sevinc yay tətilinə çıxmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən öz cinsi orqanınına krem, maz və ya başqa maddə sürtməmişdir. Zərərçəkmiş şəxs ilə anal dəliyi vasitəsi ilə qeyri-təbii yolla intim münasibətdə olmamış və ya olmağa cəhd etməmiş, onun dodağından, üzündən öpmüşdür. Ağrıdan qışqıra biləcəyindən qorxduğu üçün cinsi orqanını onun anal dəliyinə daxil etməmişdir. Sevinclə bir neçə dəfə cinsi əlaqədə olan ərəfədə başını aşağı əyərək cinsi orqanını ağzına götürməsini istəmiş, ancaq o bundan imtina etdiyi üçün onu bu hərəkəti etməsinə məcbur etməmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən sonuncu qışqırmamış, ona müqavimət göstərməmiş, o, özü könüllü onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onun cinsi orqanından qan gəlməmiş və ona hər hansı formada xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs dəqiq neçə yaşı olduğunu bilməmiş, ancaq sonuncu orta məktəbin aşağı sinifində oxuduğu üçün onun 14-dən yuxarı yaşı olmadığını güman etmişdir. Sevincin danışığından, kənddə, yolda etdiyi hərəkətlərindən onun psixi xəstə olduğunu hiss etmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışdan əvvəl ona spirtli içki, narkotik vasitə, bihuşedici maddə verməmiş və ona hədə-qorxu gəlməmişdir. Salyan RPŞ-nin polis əməkdaşları və ya başqaları tərəfindən ifadə verməyə görə psixi və ya fiziki zor tətbiq olunmamış, təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs işin mahiyyəti üzrə ətraflı ifadə verə bilməmiş, sadəcə heç nədən xəbəri olmadığını, ona şər atıldığını bildirmiş, sonra danışmayaraq susmuşdur. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə dindirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, valideyni ilə birlikdə Salyan rayonu, Çadırlı kəndində yaşamışdır. Atası Həsənağa 2022-ci il noyabrın 17-də ölüb, anası isə psixi xəstədir. Valideyni lal və kardılar. Evdə tək uşaq olmuşdur, anasının səhhəti ilə də əlaqədar çox vaxt ona xalası İlhamə və dayısı arvadı Turə baxıb, qayğısını çəkib. O, 1-ci sinifdən 5-ci sinifə kimi yaşadığı Salyan rayonu, Çadırlı kənd orta məktəbində oxumuşdur. 3 aydır dayısı Şamo onu Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbinə apardığından təhsilini orada davam etdirir. O, 4-cü sinifdə oxuyanda, 2022-ci ilin yay aylarında, xatırlamadığı ayda və gündə “Qaraçala” adlı mağazanın yanında yerləşən, adı olmayan X3 işləyən və orada şlanqla avtomobillərə benzin tökən, məntəqənin yaxınlığında yaşayan Adil adlı kişi işdən çıxanda görüb axşam vaxtları, hava qaralanda ona pul verəcəyini deyərək kəndlərindəki kanalın yaxınlığında, çöllük sahədə təpənin dibində olan kolluq əraziyə apararaq, hər dəfə ona 1 (bir) manat pul verərək eyni yerdə ayrı-ayrı vaxtlarda dəfələrlə çoxlu-çoxlu onun şalvarını və tursiyini çəkərək cinsi orqanını onun cinsi orqanına və arxa dəliyinə sürtüb, gah arxası üstə yerə uzadaraq ayaqlarını göyə qaldırıb, gah da ayaq üstündə onu başı aşağı əyərək arxasından qucaqlayıb qabağına doğru hərəkət etməklə cinsi orqanını onun cinsi orqanına soxub çıxardaraq, dala-qabağa hərəkət edərək onunla cinsi əlaqədə olub, hər dəfə cinsi orqanından axan mayeni yerə boşaltmışdır. Adil çox vaxtı yerə uzadanda əynindəki paltarı çıxarıb torpağa sərərək onu paltarının üstünə uzatmışdır. Həmin yerə getmək üçün onlar hər dəfə kanalın üstündəki körpüdən keçmişlər. Adil onunla cinsi əlaqədə olan ərəfədə bir dəfə başını aşağı əyərək cinsi orqanını ağzına götürməyi istəmiş, ancaq o iyrəndiyi üçün onun cinsi orqanını ağzına almamışdım. Adil axırıncı dəfə onu qaranlıqda evinin arxasına tərəf çağıraraq boş ərazidə kolluqların arasında onu arxası üstə yerə uzadıb şalvar və tursiyini aşağı çəkərək cinsi orqanını onun cinsi orqanına daxil edərək onunla cinsi əlaqədə olanda həmin yerə öz velosipedi ilə qonşuları Kamilin gəldiyini görüb qaçıb oradakı başqa kolların arasında gizlənmişdir. Adil şalvarını çəkərək velosipedini götürüb getmək istəyəndə Kamil telefonunun işığını üzünə salıb onunla söhbət etmişdir. Adil oradan uzaqlaşandan sonra o, gizləndiyi yerdən çıxıb evinə gedəndə yolda Kamili görmüş, ancaq Kamilə Adil haqda heç nə deməmişdir. Adil heç vaxt cinsi orqanını onun arxa dəliyinə və ağzına soxmamışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə ünvanlanmış və həmçinin Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəstəliyi səbəbindən iştirak etmək arzusunda olmamaqla məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Qeyd olunan ərizə nəzərə alınaraq məhkəmə iclası onların iştirakları olmadan keçirilmişdir. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, həyat yoldaşı psixi xəstədir və uzun müddətdir ki, onu müalicə edirlər, sonuncu onunla ailə həyatı qurmamışdan əvvəl də xəstə olmuşdur, övladı da atası kimi xəstədir. Həyat yoldaşını rəhmətlik atası və anası da müalicə etdirmişlər, sonra da o müalicə etdirmişdir. Son zamanllar isə həyat yoldaşı xəstəxanada müalicə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o hadisə haqqında sonradan eşitmişdir. 2022-ci ilin yay aylarında, dəqiq xatırlamadığı ayda və gündə hava qaralan vaxtı evinin qarşısında olarkən Sevincgilin evindən 60-70 metr aralıda neft buruqlarına gedən yolda ucadan kişi səsi gəldiyini eşitmiş və qaranlıqda uzaqdan avtomobil işığı yandığını, iki nəfər kişinin ucadan danışdıqlarını eşidərək görmüşdür. Məsafə çox olduğundan onların kim olduğunu, nə barədə danışdıqlarını bilməmişdir. Həmin avtomobil yolunu davam edərək buruqlar tərəfə getmiş və orada velosipedlə bir nəfərin qaldığını görmüşdür. Bir neçə dəqiqədən sonra velosipedini götürüb idarə edərək səs eşitdiyi tərəfə getmiş, Sevincin evini keçəndən sonra Adilin torpaq yolla ona tərəf gəldiyini görmüşdür. Dayanıb onunla salamlaşaraq orada nə etdiyini soruşmuş, Adil ona işdən gəldiyini bildirmişdir. Adilin buruqlarda işlədiyini güman edərək başqa sual verməyərək sağollaşıb ondan ayrılmışdır. Adil öz velosipedi ilə oradan uzaqlaşmışdır. Sonra yolunu irəli davam etdirmiş və bir az qabaqda Sevincin yol kənarında dayandığını görüb velosipedini saxlayaraq onun orada nə etdiyini soruşmuşdur. Sevinc ona anasının onu evdən qovduğunu bildirmişdir. Ona evlərinə getməyini, orada onu ilan sanca biləcəyini demiş, lakin Sevincin getmək istəmədiyini görüb onu ilan çala biləcəyini fikirləşib əlindən tutaraq evlərinə apararaq anasına təhvil vermiş və evinə qayıtmışdır. Onu gördüyü vaxt Sevincdə həyəcan, təşviş olmamış, üst-başı normal olmuşdur. Onun Adil ilə yaxın münasibəti olmamış, onun dəli Adil ləqəbi ilə çağırıldığını eşitmiş, Sevinc isə çox vaxt küçədə olan bir şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Məhəmmədəli oğlu ifadəsində göstərmişdir ki, o Sevincə qarşı kəndlərində bir neçə nəfər şəxsin cinsi zorakılıq etdiklərinə görə həbs edildiklərini, onlardan birinin də qonşusu Təqsirləndirilən şəxs olduğunu 2023cü ilin yanvar ayından sonra eşitmişdir. Adillə yaxın dost olmuş, sonuncu uşaq vaxtından xəstə olmaqla onda əqli gerilik əlamətləri olmuşdur. Adil onunla həm də qonşudur. Dəfələrlə səs-küyə onların evinə gedib ailə üzvləri və qohumlardan kiminləsə dalaşdığını görmüşdür. O, özünün səliqə-səhmanına baxmamış, ayıb olan şeyləri qavramamışdır. Adil onunla eyni gündə həqiqi hərbi xidmətə çağırılmış, onunla bir yerdə tibbi komissiyadan müayinədən keçərkən məni buraxın, heyvana gedəcəyəm demiş, həmin vaxt onda psixi xəstəlik aşkar edildiyi üçün yararsız hesab olunaraq hərbi xidmətə aparılmamışdır. O, qadın görəndə söhbətə meyilli olmuşdur. Adili tez-tez tutmalar tutmuş, qohumları ilə dava dalaş etmiş, zehni cəhətdən geridə qalmış, çılpaq gəzmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-nin X3 növbə rəisi işləyir, Təqsirləndirilən şəxs X3 işləyəndən tanımış, Adil məntəqənin yaxınlığında yaşamaqla işdə olmş və bir saat günorta yeməyinə gedib qayıtmışdır. Bundan başqa Adili arada 5-10 dəqiqəlik mağazaya göndərmiş və o, mağazaya gedib-gəlmişdir. Adil işlərini qaydasında görsə də əqli cəhətdən qüsurlu olmuş, məntəqədə işlədiyi müddətdə heç kimə xəsarət yetirməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023cü il tarixli 18 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immun çatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyil. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 23 fevral 2023-cü il tarixli 84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs adına olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs qadın cinsinə mənsub olmaqla xx.xx.2009-cu ildə Azərbaycan Respublikasında doğulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli, 102 nömrəli məktubundan və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən poliklinika şöbəsində “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları” ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 13 yanvar 2023-cü il tarixli 10 nömrəli arayışdan və 09 sentyabr 2022-ci il tarixli 1519 nömrəli tibbi rəydən görünür ki, Zərərçəkmiş şəxs Salyan RMX-nın göndərişinə əsasən həmin tarixdə Salyan Rayonlararası Psixiatriya X4 Komissiyasından ixtisaslı psixiatrik müayinədən keçirilmiş və ona “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu təsdiq edən tibbi rəy verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “X7” MMC-nin xx.xx.2023-cü il tarixli S/01- 2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət edib, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay İQ=70 səviyyəsində təyin olunmuşdur. Göstəriciləri sərhəd zəkadadır. Bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayon Çadırlı kənd ümumi orta məktəbinin xx.xx.2023-cü il tarixli 20 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin məktəbin birinci sinifinə daxil olub və xx.xx.2022ci ildə məktəbin 4-cü sinifini bitirdikdən sonra bir daha məktəbə gəlməmiş və xx.xx.2022-ci ildə məktəbdən xaric edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan Rayon Polis Şöbəsinin 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaqda şübhəli olan şəxsin 1974-cü il təvəllüdlü Salyan rayon Çadırlı kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluqları barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2002-ci il tarixdə Salyan Rayon Hərbi Komissarlığının Tibbi Komissiyası tərəfindən «Xəstəliklər cədvəlinin» birinci qrafasının 20 «b» maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2000-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiqlənmiş) dinc dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X10 «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilən 10 fevral 2023-cü il tarixli PHŞ-6-68/2-110/2023 nömrəli məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs 15 sentyabr 1992-ci il tarixdən «Oliqofreniya debil forma» diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən 10 fevral 2023-cü il tarixli 35 nömrəli məktubdan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Hərbi Komissarlığının 13 aprel 2002-ci il tarixli 45 saylı göndərişinə əsasən 19 sentyabr 2002-ci il tarixdən 21 sentyabr 2002-ci il tarixədək həmin xəstəxanada stasionar psixiatrik müayinədə olmuş və ona «Oliqofreniya, debillik dərəcəsində» diaqnozu təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Dövlət Sosial Müdafiə Fondu» X9 2 saylı Şirvan-Salyan regional filialı tərəfindən verilən 06 mart 2023-cü il tarixli 3-17-1/2- 47461/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs filialdan 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan üçüncü dərəcəli şəxs olduğu üçün ona ailə başçısını itirməyə görə xx.xx.2017-ci il tarixdən əlilliyinin müddətinədək – ömürlük əmək pensiyası təyin olunub. Hazırda Təqsirləndirilən şəxs ailə başçısını itirməyə görə əmək pensiyasının aylıq məbləği 276.28 (iki yüz yetmiş altı manat 28 qəpik) manat təşkil edir. Artıq ödənilmiş əmək pensiyası üzrə xx.xx.2023-cü il tarixədək (borcun bitmə tarixinədək) hər ay 20.06 (iyirmi manat 06 qəpik) manat tutulmaqla pensiyaçıya 256.22 (iki yüz əlli altı manat 22 qəpik) manat əmək pensiyası ödənilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” X9 təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 98 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), qulluq və müalicə tələb edən davranış pozuntusu ilə» formasında kəmağıllıqdan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), qulluq və müalicə tələb edən davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs müəyyən edilən «Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)» formasında kəmağıllıq uşaqlıqdan yaranan və ömrü boyu davam edən psixi patologiyadır. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda kəskin davranış pozuntusu ilə təzahür etdiyindən o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əməli Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), qulluq və müalicə tələb edən davranış pozuntusu ilə» formasında kəmağıllıq hazırda kəskin davranış pozuntusu ilə təzahür etdiyindən o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə istintaq zamanı verdiyi ifadəsində «...Sevincin etdiyi hərəkətlərindən psixi xəstəyə oxşayırdı... Mən Sevincin yaşının az olmasını, psixi xəstə olmasını bilib, kiminsə bundan xəbər tutmayacağını, ona inanmayacağını başa düşərək, cinsi ehtirasım qalxdığı üçün onunla razılaşdım...» söyləməsi, hazırkı ekspertiza zamanı «...O, bütün gecə o tərəfə, bu tərəfə keçirdi. Xəstə şeydi, hamıya verirdi...» deməsi göstərir ki, o, Zərərçəkmiş şəxs psixi xəstə kimi tanımış və qəbul etmiş, bundan əlavə onun yüngül həyat tərzi keçirdiyini, əxlaqsız biri olduğunu düşünmüş və psixi xəstəliyi olan şəxslə cinsi əlaqədə olmağın qanunazidd olmasını əziyyət çəkdiyi kəmağıllıq ilə əlaqədar dərk etməmişdir. Təqsirləndirilən şəxs düçar olduğu kəmağıllıq nəticəsində Zərərçəkmiş şəxs yaşını tam düzgün qiymətləndirmək qabiliyyətində olmasa da, onun yeniyetmə yaşlarında (13–16 yaş arası) məktəbli olduğunu bilmişdir. Bu qənaətə gəlməyə Təqsirləndirilən şəxs istintaq zamanı 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilməsinə dair video görüntüsünün, 09 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadəsinin, hal-hazırkı ekspertiza zamanı söylədiklərinin təhlili əsas verir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hansı yaşda şəxslə cinsi əlaqədə olmağın qanunazidd olmasını düçar olduğu kəmağıllıq ilə əlaqədar dərk etməmişdir. Təqsirləndirilən şəxs üçün Zərərçəkmiş şəxs yetkinlik yaşına çatıb-çatmaması əziyyət çəkdiyi kəmağıllıq ilə əlaqədar əhəmiyyətli olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş əməli törədərkən Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirdiyini düşündüyündən onun müqavimət göstərməməsini təbii qəbul etmişdir. Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq, diqqətinin həcmi və paylanmasının normadan aşağı olması, qavrama və yaddaş prosesləri zəiflik, yaddasaxlamasının mexaniki olması, təfəkkürünün konkret tipli və torpid olması, təhlil-tərkib proseslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyətinin zəifliyi, mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşü, elmi bilikləri və söz ehtiyatının kasad, intellektual imkanlarının aşağı olması müəyyən edilir. Təqsirləndirilən şəxs primitivlik, məsuliyyətsizlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında işin mahiyyəti üzrə dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Həmin maddənin müddəalarına əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində (bu maddəyə aid 93.1-1.1-ci maddəsində) nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi pozuntusunun özünə və başqa şəxslərə yeni zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində psixiatiriya stasionarlarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X12 tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək (ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi subut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.3-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 132, 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X12 tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək (ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət qərarın surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-720/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-720/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver