Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-721/2024 20.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Lənkəran rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı olmsası güman edilən «Vəlixan» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs «Vəlixan» adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana və metadon həbləri olan bağlamaları gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə qrupun üzvləri tərəfindən Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 21-ci kilometrliyində yol kənarına qoyulmuş külli miqdarda, 22.065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 49,6 qram çəkidə 1240 ədəd metadon həblərini əldə edib, Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 21-ci kilometrliyinə daşımaqla təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram çəkidə 40 ədəd narkotik vasitə metadon həblərini üzərində, 22065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar- 48 qram çəkidə 1200 ədəd metadon həbini əlində tutduğu bağlamada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 22:30-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Regional Şöbənin inzibati binasına gətirilmiş və orada həmin gün saat 23:45-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 04 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda-1,6 qram çəkidə olan 40 ədəd narkotik vasitə metadon həbləri, əlində tutduğu sintetik torbanın içərisində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 17 ədəd bükümdə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən ayrıayrılıqda çəkiləri 1200 qram; 1220 qram; 1390 qram; 1265 qram; 1260 qram; 1360 qram; 1200 qram; 1145 qram; 1375 qram; 1195 qram; 1195 qram; 1235 qram; 1545 qram; 1590 qram; 1340 qram; 1345 qram; 1205 qram olmaqla ümumilikdə külli miqdarda- 22 065 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 120 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-48 qram çəkidə olan 1200 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı Vəlixan adlı şəxsi İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Vəlixan narkotik vasitələrinin satışı ilə məşğul olmuşdur, əvvələr də ondan narkotik vasitə almışdır. Vəlixandan şəxsi istifadəsi üçün 50 qram narkotik vasitə qurudulmuş marixuanna sifariş vermiş, Vəlixan da göndərəcəyini demişdir. 06 may 2024cü il tarixdə axşam saatlarında Vəlixanın “whatsapp” vasitəsi ilə bildirdiyi Astara-Ələt avtomobil yolunun Bakı istiqamətində 21-ci kilometrliyinə getmişdir. Həmin ərazidə yolun kənarı ilə hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq şöbəyə aparmışlar. Şöbədə onun üzərinə baxış keçirilmiş üzərindən heç bir şey aşkar olunmamışdır. Sonra polis əməkdaşları onun qabağına bağlama və cibinə də dərman həbləri qoyaraq çəkiliş zamanı ona məxsus olmasını deməsini bildirmişlər. O, polis əməkdaşlarına etirazını bildirdikdə ona hədə qorxu gələrək evindən də narkotik vasitə çıxaracaqlarını dedikləri üçün qorxduğundan çəkiliş zamanı ona məxsus olmasını bildirmişdir. O, İranlı Vəlixanın onun üçün göndərdiyi 50 qram marixuana üçün getmişdir, onun 22 kq narkotik vasitə marixuanadan və matadon həblərindən heç bir məlumatı yoxdur, həmin maddələri polis əməkdaşları üzərinə qoymuşdur. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı ifadələri elan edilmiş, həmin ifadələrdə o, özünü təqsirli bilərək göstərmişdir ki, Vəlixan ona 10 qram heroin göndərəcəyini, həmin heroinin 5 qramını özünə götürməyini, 5 qramını isə sonradan dediyi ünvana qoymağını bildirmiş və bunu edəcəyi təqdirdə verəcəyi 5 qram heroin üçün hər hansı pul almayacağını demiş, onunla razılaşmış və Lənkəran ərazisindən 10 qram heroini götürüb 5 qramını sonradan İranlı Vəlixanın dediyi ünvana qoymuşdur. 2024-cü ilin may ayında Vəlixan ona marixuananın 1 kiloqramının daşınması üçün 300 manat pul verəcəyini bildimiş və onunla razılaşmışdır. Vəlixan təzə yol adlanan ərazidə, yəni Astara-Ələt avtomobil yolunun Bakı istiqamətində 21-ci kilometrliyində 2 ədəd bağlama qoyduğunu, həmin bağlamaların birinin ona çatmalı olduğunu, birinin içində metadon həbləri olduğunu, digərinin içərisində isə narkotik vasitə marixuana və metadon həbləri olduğunu bildirmişdir. 06 may 2024-cü il tarixdə axşam saatlarında İranlı Vəlixanın “whatsapp” vasitəsi ilə göndərdiyi ünvana, yəni Astara-Ələt avtomobil yolunun Bakı istiqamətində 21-ci kilometrliyinə getmişdir. Orada bağlamaları tapmış və balaca bükümü götürüb cibinə qoymuşdur. Digər böyük həcmli bağlamanı isə hardasa gizlətməyi və sonradan Vəlixanın bildirəcəyi ünvana qoyacağını düşünmüşdür. Bir müddət piyada hərəkət etmiş və yolun hərəkət hissəsinə doğru istiqamətlənmişdir. Bu zaman avtomaşınla yoldan keçən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra həmin şəxslər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhərində yerləşən X4 getirmiş, şöbədə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki cins şalvarın sol yan cibində saxladığı listlərdə metadon tabletlərini, həmçinin saxlanılarkən onda olan sintetik torbanı təqdim etmiş və verilən suallara cavab olaraq etiraf edib cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisində metadon tabletləri, sintetik torbada da narkotik maddə olduğunu bildirmişdir. Əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi selofan bükülünün içərisinə baxıldıqda dörd ədəd listdə metadon tabletləri aşkar olunmuş, sonra sintetik torbanın içərisinə baxıldıqda 17 ədəd qara rəngli selofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana kütlələri və bir ədəd selofan bükülüdə 120 ədəd listdə metadon tabletləri aşkar olunmuşdur. Qeyd olunan maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “İranlı Vəlixandan istifadəsi üçün 50 qarm marixuana sifariş verməsi, 22 kq qurudulmuş marixuanadan və metadon həblərindən məlumatının olmaması, həmin maddələri polis əməkdaşları tərəfindən üzərinə qoyulması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölməsində Regional Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Digah kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 06 may 2024cü il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 21-ci kilometrliyinə getmişdir. Həmin gün saat 22:30 dəqiqədə zahiri görkəminə əsasən Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin çiynində torba ilə piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxs də özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi işlədiyi şöbənin inzibati binasına dəvət etmişşöbədə müdafiəçisinin iştirakı və videlçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri olduğu halda təqdim edilməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən çıxardığı bir ədəd selofan bükülünü, həmçinin saxlanılarkən çiynində olan sintetik torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən çıxarıb təqdim etdiyi selofan bükülünün içərisinə baxıldıqda hər birində 10 ədəd olmaqla dörd ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuş, sonra sintetik torbanın içərisinə baxıldıqda 17 ədəd qara rəngli selofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd selofan bükülüdə 120 ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisində metadon tabletlər, sintetik torbada isə narkotik maddə olduğunu bildirərək, onları «Whatsapp» vasitəsi ilə tanış olduğu İran vətəndaşı Vəlixan adlı şəxslə əlaqə saxlayıb Astara-Ələt avtomobil yolunun kənarından sonradan gizlətmək məqsədi ilə əldə etdiyini, sonradan onları Vəlixanın deyəcəyi yerə qoyduqdan sonra hər bir kiloqramına görə onun bank kart hesabına 300 manat pul köçürüləcəyini, cibindən çıxarıb təqdim etdiyi metadon tabletləri isə öz istifadəsi üçün torbanın üzərinə qoyulduğunu bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi-bioloji ekspertizasının 07 may 2024-cü il tarixli 19/398 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd listdə metadon tabletinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd konvalyutda ümumi sayı: 40 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 1,6 qramdır (bir həbdə 0,04 qr).Tədqiqata təqdim edilmiş üzərində "Vǝt. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd listdə metadon tabletinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi....." sözlər və imzalar olan bir ədəd kisədəki, 17 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: -1200,0qr: -1220,0qr: -1390,0qr: -1265,0qr: -1260,0qr: -1360,0qr: -1200,0qr: -1145,0qr: -1375,0qr: -1195,0qr: -1195,0qr: -1235,0qr: -1545,0qr: -1590,0qr: - 1340,0qr: 1345,0qr: -1205,0 qram: ümumi təmiz çəkisi: -22065,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 120 ədəd konvalyutda ümumi sayı: 1200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 48,0 qramdır (bir həbdə 0,04 qr). Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd zərfdəki və 1 ədəd kisədəki ümumilikdə 124 ədəd konvalyutda ümumi sayı: 1240 ədəd olan metadon həbləri həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 49,6 qramdır (bir həbdə 0,04 qr).Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr" siyahısına daxildir (Siyahı İ).Metadon adlı dərman Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra Nº6) daxildir.Qeyd: marixuananın ümumi təmiz çəkisi- 22065,0 qram, cəmi tədqiqata sərf edildi-1,7 qram (hər ob. 0,1 qr.), qalıq-22063,3 qrammetadon həbləri- 1240 ədəd, tədqiqata sərf edildi – 39 ədəd, qalıq: 1201 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan 07 may 2024-cü il tarixli 419 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.” İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 may 2024-cü il tarixli 419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 06 may 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən çıxardığı bir ədəd selofan bükülünü, həmçinin saxlanılarkən çiynində olan sintetik torbanı təqdim etmiş və cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisində metadon tabletləri, sintetik torbada da narkotik maddə olduğunu, bir ilə yaxındır «Whatsapp» vasitəsi ilə tanış olduğu İran vətəndaşı Vəlixan adlı şəxslə əlaqə saxlayıb Astara-Ələt avtomobil yolunun kənarından tək gedib götürdüyünü, hər bir kiloqramına görə onun 300 manat pul əldə edəcəyini, cibindən çıxarıb təqdim etdiyi metadon tabletləri istifadəsi üçün torbanın üzərinə qoyulduğunu bildirmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokoldan” və fotoşəkillərdən görünür ki, “Honor” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı “Honor” markalı mobil telefonun yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs +99***-***-**-** GSM mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi və telefonun kontaktına “B” adı ilə qeydiyyata alınmış +98 933 *** **** mobil nömrə ilə arasında yazışmaların olması müəyyən edildi. Həmin mesajlar aşağıdakı kimidir: 06 may 2024-cü il; -Can, mən burdayam qadanı alım sənin, qardaşla bir yerdəyəm, yanlarındayam. Gör nə deyirəm sənə, əmanəti qardaş çıxıb atmağa, burada maşınla fırlanırıq, qoy ünvanlar gəldikcə deyəcəm, sən oralarda ol ha. Çıx, hazır ol (+98 933 *** **** mobil nömrə istifadəçisindən saat 21:25-də ünvanlanmış səs yazısı) -Yaxşı əziz qardaşım oldu brat, hazıram brat, sənin zəngini gözləyirəm. (+98 933 *** **** mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən saat 21:26-da ünvanlanmış səs yazısı) -Ünvanın koordinatları. (+98 933 *** **** mobil nömrə istifadəçisindən saat 21:49-da ünvanlanmışdır) -Qardaşım, niyə setdə yoxsan? Mən çıxdım (+98 933 *** **** mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən saat 21:52-də ünvanlanmış səs yazısı) -Narkotik vasitənin yerini əks etdirən 02 ədəd fotoşəkil (+98 933 *** **** mobil nömrə istifadəçisindən saat 22:19-da ünvanlanmışdır) -Astaradan Bakiya gedəndə 21 ci plakanin dibində (+98 933 *** **** mobil nömrə istifadəçisindən saat 22:19-da ünvanlanmış yazılı mesaj) -Yaxşı çatdım. (+98 933 *** **** mobil nömrə istifadəçisinə Təqsirləndirilən şəxs tərəfindən saat 22:20-da ünvanlanmış yazılı mesaj) İş materiallarında olan 06 may 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2024cü il tarixli qərarı ilə , Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 06 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 08 may 2024-cü il tarixli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Lənkəran rayonu, Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli yaşayış yeri üzrə verillmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Digah kəndində qeydiyyatdadır, ailə tərkibi arvadından, 2020-ci il təvəllüdlü X1 adlı azyaşlı uşağından, atası, anası və qardaşından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 08 may 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 22063,3 qram narkotik vasitə qurudulmuş marixuanna və 1201 ədəd metadon həbi maddi sübut kimi tanınmış və DİN-nin BMCMİ-nin maddi sübutlar saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş 1 ədəd “Honor” markalı mobil telefon, şəxsi axtarış keçirilməsinə dair 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk və 1 ədəd “Honor” markalı mobil telefon iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqında” qərarla iş üzrə İİR-nın vətəndaşı Vəlixan və qrupun digər şəxsiyyəti məlum olmayan üzvləri barəsində, həmçinin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi və yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 22063,3 qram narkotik vasitə qurudulmuş marixuanna və 1201 ədəd metadon həbi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılmalı, iş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, onun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. -İş üzrə maddi sübut kimi tanınmış – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 22063,3 qram narkotik vasitə qurudulmuş marixuanna və 1201 ədəd metadon həbi məhv edilsin. - Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılsın. -İş materiallarına əlavə olunmuş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlansın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Əli Əliyev Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-721/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-721/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver