Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-722/2022 21.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – mülki iddiaçı (X9 Təsərrüfatı Mərkəzi) Nümayəndə, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bəhram oğlunun iştirakları ilə xx xxxxx 1963-cü ildə Lerik rayonu, Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCnin direktoru, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.4.2 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olmaqla ayrı-ayrı şəxsləri işə qəbul etmək və işdən azad etmək, təşkilatisərəncamverici, inzibati-təsərrüfat və sair səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin keçmiş X10 və Bərpası Müəssisəsinin rəhbərliyi ilə aralarında bağlanmış və həmin Departamentdə təsdiq edilərək qeydiyyata alınmış 05 iyul 2010-cu il tarixli, 05 nömrəli müqavilə əsasında istirahət-rekreasiya məqsədi ilə X10 və X3 meşəbəyliyinin 23 a saylı dolayının 34-38-ci kvartallarının 12-14-cü bölmələrində yerləşən 2,0 ha torpaq sahəsini 10 (on) il müddətinə icarəyə götürdükdən sonra Azərbaycan Respublikası Meşə Məcəlləsinin meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələrini tənzimləyən 50-ci maddəsinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun təbiətdən istifadəçilərin vəzifələri və hüquqlarını tənzimləyən 13cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının 4-cü bəndində nəzərdə tutulmuş meşə fondu sahələrindən turizm ehtiyacları üçün istifadə edən meşə istifadəçisi olaraq meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək, müqavilənin şərtlərinə əməl etmək və istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək kimi tələblərinə əməl etməli, icarəyə götürdüyü torpaq sahəsində və onun əhatəsində icarə müddəti ərzində müqavilənin 2.1 və 2.5-ci bəndlərinə uyğun olaraq heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan və özbaşına qırıntıya yol vermədən ərazidə çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli və torpaqdan istifadəni dayandırdıqda istifadə etdiyi sahəni təhvil verməli olduğu, eləcə də ona ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün Lerik rayon icra hakimiyyətinə müraciət etmədiyi və bununla bağlı hər hansı tikinti işlərinin aparılmasına razılıq almadığı halda, qeyd olunanlara əməl etməyərək vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni nüfuzlu restoran sahibi olaraq daha çox müştəri cəlb etməklə daha çox maddi gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib müqavilə əsasında istifadəsinə verilmiş 2,0 ha torpaq sahəsində icarə müqaviləsinin istifadə müddətinin bitdiyi 05 iyul 2020-ci il tarixdən sonra olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə rəhbərliyi ilə "xxxx" istirahət mərkəzinin ərazisindən keçən Lənkərançayın üzərində çayın axınının qarşısından qarşı tərəfə uzunluğu 15 metr eni 1.90 metr olan mişar daşından hörülmüş körpünün və mərkəzin ərazisində əvvəllər mövcüd olmuş taxtadan, dirəklər üzərində olan söhbətgah sökülərək yerində uzunluğu 6 metr eni 3 metr olan yeni, əsaslı tikilinin inşasının aparılması nəticəsində 2161,95 manat dəyərində ziyan vuraraq ümumilikdə 3,35 m3 həcmində torpaq sahəsinin üst münbit qatının qanunsuz götürməsi, dövlətin ekologiya, ətraf mühitin, torpaqların münbitliyinin və meşələrin qorunması, onların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən 04 oktyabr 2002-ci il tarixdə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən təsdiq olunmuşdur. Həmin zamandan hal-hazıra kimi "xxxx" MMC Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində ailəvi istrahət mərkəzi kimi fəaliyyət göstərmiş və o, həmin istirahət mərkəzinə rəhbərlik etmişdir. İstirahət mərkəzinin yerləşdiyi ərazi X9 X2 meşəbəyliyinin ərazisinə aiddir, 23 a və 18 saylı dolaylarında yerləşir. "xxxx" MMC-nin meşə ərazisindən istifadə üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə "xxxx" MMC arasında 05 iyul 2010-cu il tarixdə 10 illik müddətə müqavilə bağlanmışdır. Müqavilədə əhaliyə rekreasiya xidməti göstərilməsi nəzərdə tutulmuşdur. Həmin istirahət mərkəzinin daxilində olan tikintilərin çox hissəsi yüngül konstruksiyalı və daşınan tikintilərdir. İstisna olaraq çay üzərindəki sal qayanın üzərində yerləşən daş körpü və iki mərtəbəli söhbətgahdır. İstrihaət mərkəzində 104 nəfər qonağın qidalanması və 22 nəfərin isə (sıx halda 28 nəfər) gecələməsi üçün şərait yaradılmışdır. "xxxx" ailəvi istirahət mərkəzinin ərazisində 8 kotec, 1 inzibati bina, 1 mətbəx, personalın qalması üçün 1 xidməti bina, 2 körpü və 8 söhbətgah vardır. "xxxx" MMC-nin mühasibi və direktoru vəzifələri onun tərəfindən icra olunur və ondan başqa vəzifəli şəxs yoxdur. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 68340 nömrəli aktda göstərilən tikililər 2020-ci ilin avqust ayından başlanmış, tikinti yekunlaşmış və hazırda xırda təmir işləri görülür. "xxxx" MMC-nin ərazisində tikinti işlərinə göstəriş onun tərəfindən verilmiş və tikintiyə rəhbərliyi də o, özü etmişdir. "xxxx" istirahət mərkəzində aparılan tikinti işləri üçün o, heç bir quruma müraciət etməmişdir."xxxx" istirahət mərkəzində tikinti aparıldığı müddətdə tikintinin dayandırılması üçün ona hər hansı xəbərdarlıq və ya bildiriş gəlməmiş, həmçinin hər hansı şəxs(lər) tərəfindən tikintinin dayandırılması ondan tələb olunmamışdır. Yalnız bir dəfə bu ilin avqust ayında ona Lənkəran RMTM-dən xəbərdarlıq daxil olmuşdur. O, həmiçinin ifadəsində Ailə üzvlərinin heç yerdə işləmədiklərini, himayəsində qoca anasının olduğunu, ailədə yalnız özünün işlədiyini və ailəyə yeganə qazanc gətirən şəxs olduğunu, 05 iyul 2010-cu il tarixli müqavilənin yenilənməsi üçün 2020-ci il tarixdə müraciət etsə də müqavilənin təzələnməsi ona aydın olmayan səbəblərdən təmin olunmadığını, cinayət nəticəsində dəymiş 2161,95 manat məbləğində ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - mülki iddiaçı Nümayəndə ifadəsində göstərmişdir ki, Lənkəran-Lerik yolunun 27-ci km də yerləşən "xxxx" ailəvi istirahət mərkəzində qanunsuz tikintilərin aparılması barədə daxil olmuş məlumata əsasən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə araşdırma aparılmışdır. İstirahət mərkəzinin ərazisindən keçən Lənkərançayın üzərində çayın axınının qarşısından qarşı tərəfə uzunluğu 15 metr eni 1.90 metr olan mişar daşından hörülmüş körpünün və mərkəzin ərazisində əvvəllər mövcüd olmuş taxtadan, dirəklər üzərində olan söhbətgah sökülərək yerində uzunluğu 6 metr eni 3 metr olan yeni, əsaslı tikilinin inşasının aparıldığı müəyyən olunmuşdur. Tikintilər aparılarkən ümumilikdə 3,55 m3 torpağın üst münbit qatının korlanmışdır. Eyni zamanda mərkəzin ərazisinə baxış keçirilərkən əvvəlki illərdə taxtadan tikilmiş müxtəlif ölçüdə 5 (beş) söhbətgahın, 9 (doqquz) otaqların və 5 metr uzunluğu 3 metr eni olan sanitar qovşağın olması, eyni zamanda mişar daşından hörülmüş uzunluğu 7 metr, eni 3 metr hündürlüyü 5 metr olan 2 (iki) mərtəbəli yeməkxana binasının inşa edilməsi müəyyən olunmuşdur. Tikintinin aparılmasına dair sənəd tələb edildikdə MMC-nin rəhbərliyi tərəifndən hər hansı bir sənəd təqdim olunmamışdır. Araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli 68340 nömrəli akt tərtib olunaraq X8 dəymiş zərərin miqdarı Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli № 30 nömrəli qərarına əsasən 2161.95 manat (iki min yüz altmış bir manat doxsan beş qəpik) müəyyən olunmuşdur. Həmin ərazidə tikinti və ya qeyri məsələlər barədə hər bir şey Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə "xxxx" MMCnin sədri Təqsirləndirilən şəxs arasında 05 iyul 2010-cu il tarixli müqaviləsində nəzərdə tutulmuşdur və orada aparılan bütün işlər həmin müqavilə əsasında aparılmalıdır. Lakin "xxxx" MMC-nin sədri Təqsirləndirilən şəxs həmin müqavilədə qeyd olunan müddətdən artıq orada fəaliyyət göstərmiş, həmçinin müqavilədə nəzərdə tutulmuş qaydalara zidd olaraq orada əsaslı tikinti işləri aparmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, X9 Təsərrüfatı Mərkəzi tərəfindən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması haqqında 04 avqust 2022-ci il tarixdə xəbardarlıq göndərilmişdir. MMC-nin rəhbərliyi tərəfindən vurulmuş 2161,95 manat maddi ziyan onların hesabına ödənilərsə iş üzrə heç bir iddiaları və tələbləri olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 may 2021-ci il tarixdən hal-hazıra kimi X9 Təsərrüfatı Mərkəzinin əvvəlki Gürdəsər indiki Vizəzəmin meşəbəyliyinin 23A saylı dolayının meşə gözətçisi vəzifəsində işləyir. "xxxx" istrahət mərkəzi onun işlədiyi 23A saylı meşə dolayının, bir hissəsi isə X9 X2 meşəbəyliyinin 18 saylı meşə dolayında yerləşir. İstrahət mərkəzinin ortasında çay üzərində mişar daşlarından tikilmiş körpünün bir hissəsi 23a saylı meşə dolayında, bir hissəsi isə 18 saylı meşə dolayında yerləşir. "xxxx" istrahət mərkəzi Təqsirləndirilən şəxs məxsusdur, orada tikinti işlərinin aparmasından məlumatı olmuşdur. Onun tikintiyə müdaxilə etmək səlahiyyəti olmadığı üçün oraya yaxınlaşıb ətraflı məlumat ala bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş vəzifəsində işləyən Şahid8 ifadəsində göstərmişdir ki, Lənkəran-Lerik yolunun 27-ci km də yerləşən "xxxx" ailəvi istirahət mərkəzində qanunsuz tikintilərin aparılması barədə daxil olmuş məlumata əsasən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2010-ci il tarixində Vizəzəmin meşəbəyliyinin 23a saylı dolayında № 95 nömrəli müqaviləyə əsasən 2 ha torpaq sahəsi 10 il müddətinə əhaliyə rekreasiya xidməti məqsədi ilə icarəyə verilmiş və xx.xx.2020-ci il tarixində müqavilənin vaxtı bitmişdir. Baxış zamanı mərkəzin ərazisindən keçən Lənkərançayın üzərində çayın axınının qarşısından qarşı tərəfə uzunluğu 15 metr eni 1.90 metr olan mişar daşından hörülmüş körpünün və mərkəzin ərazisində əvvəllər mövcüd olmuş taxtadan, dirəklər üzərində olan söhbətgah sökülərək yerində uzunluğu 6 metr eni 3 metr olan yeni, əsaslı tikilinin inşasının aparıldığı, tikintilər aparılarkən ümumilikdə 3,55 m3 torpağın üst münbit qatının korlanması müəyyən edilmişdir. Eyni zamanda mərkəzin ərazisinə baxış keçirilərkən əvvəlki illərdə taxtadan tikilmiş müxtəlif ölçüdə 5 (beş) söhbətgahın, 9 (doqquz) otaqların və 5 metr uzunluğu 3 metr eni olan sanitar qovşağın olması, eyni zamanda mişar daşından hörülmüş uzunluğu 7 metr, eni 3 metr hündürlüyü 5 metr olan 2 (iki) mərtəbəli yeməkxana binasının inşa edilməsi məlum olmuşdur. Araşdırma zamanı tikintinin aparılmasına dair sənəd tələb edildikdə "xxxx" MMC-nin sədri Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir sənəd təqdim olunmamış və şifahi olaraq tikililərin vətəndaşların istifadəsi üçün tikildiyini bildirilmişdir. Araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli 68340 nömrəli akt tərtib olunaraq X8 dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli № 30 nömrəli qərarına əsasən 2161.95 manat (iki min yüz altmış bir manat doxsan beş qəpik) müəyyən olunmuşdur. Bu barədə akt tərtib edərək həmin pozuntuları X5 Xidmətinə göndərilməsindən ötrü 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təqdim etmişlər. İstirahət mərkəzinin rəhbəri Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə aralarında bağlanmış 05 iyul 2010-cu il tarixli müqavilənin müddətinin bitməsinə baxmayaraq mərkəz fəaliyyət göstərmiş, həmçinin müqavilədə nəzərdə tutulmuş qaydalara zidd olaraq orada əsaslı tikinti işləri apardığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyən Şahid9 və X9 Təsərrüfatı Mərkəzinin meşə əkinləri üzrə baş mühəndisi Şahid10 Şahid8 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək "xxxx" MMC-nin ərazisinə keçirilən baxışda iştirak etdiklərini, ərazidə qanunsuz tikililərin aparıldığını, bu barədə xx.xx.2022-ci il tarixli 68340 nömrəli akt tərtib olunaraq X8 dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli № 30 nömrəli qərarına əsasən 2161.95 manat (iki min yüz altmış bir manat doxsan beş qəpik) məbləğində müəyyən olunduğunu, aktı imza etdiklərini, lakin MMC-nin rəhbəri Təqsirləndirilən şəxs aktı imza etməkdən imtina etdiyini göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lerik rayonu, Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11 ifadəsində göstərmişdir ki, Vizəzəmin meşəbəyliyinin 23A saylı dolayında yerləşən Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" istrahət mərkəzinin təxminən 20 ilə yaxın fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs bağladığı müvafin müqavilənin müddətinin bitməsindən məlumatının olmadığını, ərazidə qanunsuz tikinti işləri aparılmasını sonradan bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Lənkəran-Lerik yolunun 27-ci km də yerləşən "xxxx" ailəvi istirahət mərkəzinin rəhbəri Təqsirləndirilən şəxs xahişi ilə 2021-ci ilin əvvələrindən mərkəzi daxilində ikimərtəbəli söhbətgahın, həmçinin mişar daşlarından istifadə etməklə ərazidəki körpünün inşaasında 2 nəfər fəhlə ilə birlikdə tikinti işlərində usta kimi işləmiş, zəhmət haqqını Təqsirləndirilən şəxs ona nağd şəkildə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş "xxxx" istirahət mərkəzində xidmətçi işləyən Şahid1 ifadəsində göstərmişdir ki, mərkəzin ərazisində olan köhnə söhbətgah sökülmüş və yerinə yeni ikimərtəbəli söhbətgah tikilmişdir. Həmçinin sal qayanın üzərində mişar daşlarından körpü tikilmişdir. Tikinti işlərinə müdir Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Mərkəzdə iki ilə yaxındır ki, tikinti işləri aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş "xxxx" istirahət mərkəzində xidmətçi işləyən Şahid4, Şahid6 və Şahid5, restoran inzibatçısı işləyən Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 22 avqust 2022-ci il tarixli, 19/861 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 may 2022-ci il tarixli, 68340 nömrəli akta əlavə edilmiş həmin tarixli ziyanın hesablanması cədvəlinə əsasən Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 23A saylı dolayında olan "xxxx" istirahət mərkəzində meşə fondu ərazisinin qanunsuz zəbt edilərək torpağın üst münbit qatının götürülməsi nəticəsində Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli, 119 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2161,95 (3,55 kubmetr X 290m X 0,7 X 3) manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 avqust 2022-ci il tarixli, 10/5485 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 avqust 2022-ci il tarixli, **********09 nömrəli mütəxəssis rəyinə əsasən X9 X2 meşəbəyliyinin 23A saylı dolayında yerləşən "xxxx" istirahət mərkəzinin faktiki yerləşdiyi torpaq sahəsinin 1,69 ha təşkil etdiyi və təyinatı üzrə meşə fondu torpağı olduğu müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış aparılan yer Lerik rayonu ərazisində, Lerik-Lənkəran yolunun 27-ci kilometrliyində olan, Lerik rayonu Sivəkəran kəndinə bitişik meşə ərazisində X9 X4 meşəbəyliyinin 23a saylı dolayında yerləşən "xxxx" istrahət mərkəzidir, mərkəzinin içərisəndən Lənkərançay çayı axıb keçir. Baxış keçirilən ərazi 2 ha-dan ibarətdir. Mərkəzin ərazisindən keçən Lənkərançayın üzərində çayın axınının qarşısından qarşı tərəfə uzunluğu 15 metr eni 1.90 metr olan mişar daşından hörülmüş körpünün və mərkəzin ərazisində əvvəllər mövcüd olmuş taxtadan, dirəklər üzərində olan söhbətgah sökülərək yerində uzunluğu 6 metr eni 3 metr olan yeni, əsaslı tikilinin inşasının aparıldığı müəyyən olunmuşdur. Tikintilər aparılarkən ümumilikdə 3,55 m3 torpağın üst münbit qatının korlanması müəyyən edilmişdir. Eyni zamanda mərkəzin ərazisinə baxış keçirilərkən əvvəlki illərdə taxtadan tikilmiş müxtəlif ölçüdə 5 (beş) söhbətgahın, 9 (doqquz) otaqların və 5 metr uzunluğu 3 metr eni olan sanitar qovşağın olması, eyni zamanda mişar daşından hörülmüş uzunluğu 7 metr, eni 3 metr hündürlüyü 5 metr olan 2 (iki) mərtəbəli yeməkxana binasının inşa edilməsi müəyyən olunmuşdur. Bunlardan əlavə mərkəzin ərazisində əvvəlki illərə məxsus çayxananın və mətbəxin fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs ilə X10 və Bərpası Müəssisəsi bağlanmış “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilədən görünür ki, qeyd edilən müqavilə 05 iyul 2010-cu il tarixdə 05 nömrəsi ilə 10 il müddətinə bağlanaraq 05 iyul 2010-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinin şərtlərinə görə X10 və X3 meşəbəyliyinin 34:38 kvartalının 12:14 bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan , meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən əhaliyə rekreasiya xidmət məqsədi ilə 2.0 hektar səhə ayrılır. Həmin müqavilənin istifadəçinin öhdəlikləri bölməsində 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, istifadə üçün müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özübaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik,sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə edilməlidir. Həmin müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, istifadə etdiyi sahədə meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən olunmuş qaydada bərpa etmək və ya dəymiş ziyanı ödəmək qeyd olunmuşdur. Həmin müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuşdur ki, meşə torpaqlarından istifadə dayandırıldıqda istifadə etdiyi sahəni müvafiq qaydada təhvil verilməlidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin 09 avqust 2022-ci il tarixli, məktubundan görünür ki, "xxxx" MMC ailəvi istirahət mərkəzinin istifadəsində olan torpaq sahəsi hal-hazırda 1,69 hektar olmaqla təyinatı meşə fondu torpaqlarıdır. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli, 27/4/256 №li məktubdan görünür ki, X9 Təsərrüfatı Mərkəzinin 21 iyun 2022-ci il tarixdə Razvandoband və Gürdəsər meşəbəyliylərinin ərazisindən Vizəzəmin meşəbəyliyi yaradılmışdır. Vizəzəmin meşəbəyliyinin xidməti ərazisi 9966,7 hektar olmaqla 10 dolayıdan ibarətdir. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti Başçısının 07 oktyabr 2022-ci il tarixli, 664 №-li məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs Lerik rayon İcra Hakimiyyətinə Vizəzəmin meşəbəyliyinin 23 «A» saylı dolayında 2.0 ha torpaq sahəsində tikinti işlərinin aparılması üçün müraciət etməmiş və bununla bağlı ona hər hansı tikinti işlərinin aparılmasına razılıq verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin 15 avqust 2022ci il tarixli, 27/4/255 №-li məktubunda göstərilmişdir ki, keçmiş X10 və Bərpası Müəssisəsi tərəfindən 05 iyul 2010-cu il tarixli qeydiyyatla Lerik şəhər sakini, "xxxx" MMC-nin sədri Təqsirləndirilən şəxs Vizəzəmin meşəbəyliyinin 34:38 kvartallarının 12:14 bölmələrində 2.0 ha ərazi rekreasiya xidməti göstərmək məqsədi ilə 10 il müddətinə icarəyə verilmişdir. Tikinti işlərinin aparılması ilə bağlı Mərkəzə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan X9 Təsərrüfatı Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 27/4/282 №li məktubundan və məhkəməyə təqdim olunmuş 14 dekabr 2022-ci il tarixli 27/4 /450 №li məktubdan görünür ki, X9 Təsərrüfatı Mərkəzi tərəfindən Mərkəzin nümayəndəsi qismində Nümayəndə təyin olunmuşdur. Həmin məktuba etibarnamə və əmək müqaviləsi bildirişi əlavə olunmuşdur. İş materiallarında olan Lerik rayon polis şöbəsinin 10 sentyabr 2022-ci il tarixli, 1xx/xx-9185-1222 №-li məktubundan görünür ki, "xxxx" istirahət mərkəzində qanunsuz tikinti işləri təxmini olaraq 2 il əvvəl başlanmış və hal-hazırda davam etdirilir. Qanunsuz tikinti işlərinin aparılmasına fəhlələr cəlb olunmuşlar. Həmin qanunsuz tikinti işlərinə birbaşa göstəriş verən və rəhbərlik edən şəxs "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. 22 avqust 2022-ci il tarixli arayışdan və 29509 №-li qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun AZ31CTRE******************** depozit hesabına maddi ziyan - 2161,95 manat vəsait ödənilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsə CM-nin 188.4.2 və 308.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 14 iyul 2022-ci il tarixli, 16/1-752ict №li nömrəli məktubunda Təqsirləndirilən şəxs DİN-nin Vahid məumat axtarış sistemində məhkumluğu barədə məlumatı müəyyən edilməmişdir. İş matreillarında olan Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 27 sentyabr 2022-ci il tarixli yaşayış yeri üzrə xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları ilə davranışında səmimi olmuş, rayonun ictimai işlərində, mədəni maarif tədbirlərində iştirak etmiş, davranışı ilə ictimaiyyətdə böyük hörmət qazanmış, ictimai faydalı fəaliyyətlə məşğul olmuş, hər zaman dövlətinə, xalqına sadiq olmuşdur. İş materiallarında 28 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ailə tərkibi özündən, 1964-cü il təvəllüdlü arvadı Sədaqət Bədəlovadan, 2001-ci il təvəllüdlü qızı İnarə Mehmanzadədən və 1941-ci il təvəllüdlü anası Naima Xosiyevadan ibarətdir. Məhkəmə, iş üzrə maddi ziyan olan 2161,95 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabına keçirilməsini dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş 2161,95 manat maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini və həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ailəyə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 188.4.2 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 188.4.2 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirli bilinib ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunması üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 188.4.2 və 308.1-ci maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın müddəti CM-nin 188.4.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 8 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən- 6 ildən artıq, CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 3 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən – 2 il 3 aydan artıq olmamalıdır. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, uzun müddət sahibkarlıq fəaliyyətilə məşğul olmasını, onun şəxsiyyətini və ictimai təhlükəli olmamasını nəzərə alaraq hesab edir ki, qeyd olunanlar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, iş yerini dəyişməmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin: -181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. -181.2.1-ci maddəsinə əsasən itirilmiş əmlakın dəyərinin ödənilməsi bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyan hesab olunur. X9 Təsərrüfatı Mərkəzinin direktoru məhkəmə istintaqı başa çatanadək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Meşə fonduna dəymiş 2161,95 manat məbləğində maddi ziyanın "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tutulub X9 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsini, həmçinin MMC-nin fəaliyyət göstərdiyi meşə fondu torpaqlarının istifadəsinə qadağa qoyulmasını, ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X9 Təsərrüfatı Mərkəzinə vurulmuş cəmi 2161,95 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun AZ31CTRE******************** depozit hesabına ödənilmiş və hazırda həmin hesabda saxlanılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Baş Prokurorluğunun AZ31CTRE******************** depozit hesabında olan 2161,95 manat mülki iddiaçı -X9 Təsərrüfatı Mərkəzinin VÖEN:**********, AZ AZ51CTRE******************** hesabına ödənilməlidir. Mülki iddianın "xxxx" MMC-nin fəaliyyət göstərdiyi meşə fondu torpaqlarının istifadəsinə qadağa qoyulmasını, ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması ilə bağlı olan hissəsi baxılmamış saxlanılmalı və həmin məsələ ilə bağlı mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqlarının olması X9 Təsərrüfatı Mərkəzinin rəhbərliyinə izah edilməlidir. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.4.2 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 188.4.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.1ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, iş yerini dəyişməmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cinayət nəticəsində vurulmuş və Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunun AZ31CTRE******************** depozit hesabında saxlanılan 2161,95 manat miqdarında maddi ziyan zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı, X9 Təsərrüfatı Mərkəzinin VÖEN:**********, AZ51CTRE******************** hesabına ödənilsin. Mülki iddianın "xxxx" MMC-nin fəaliyyət göstərdiyi meşə fondu torpaqlarının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması ilə bağlı olan hissəsi baxılmamış saxlanılmalıdır və həmin məsələ ilə bağlı mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüquqlarının olması X9 Təsərrüfatı Mərkəzinin rəhbərliyinə izah edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-722/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-722/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver