Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-723/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 6,91 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla saxlamış, 18 aprel 2023-cü il tarixdə saat 23:00-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxladığı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,91 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 2023-cü ilin mart ayının əvvəllərindən yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bağ sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan, əkilib becərilməsi qadağan olunmuş 22 ədəd, külli miqdarda çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişdir. Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 aprel 2023-cü il tarixdə saat 02 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsinə baxış keçirilərkən 22 ədəd yaş vəziyyətdə və köküstə olan çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, CM-nin 237.2.3-cü maddələri ilə isə təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 18 mart 2023-cü il tarixdə qardaşı ilə birlikdə Sabirabad rayonundan Şirvan şəhərinə gəlmişlər. Qardaşı Şirvan şəhərində bir nəfər şəxslə görüşməli olmuşdur. Həmin gün saat 10 radələrində Şirvan şəhərində, Salyan Dairəsi adlanan yerin yaxınlığındakı «Sünbül» kafesinin yaxınlığında olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanılması zamanı üzərində kibrit qutusunda 1-2 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Polis işçiləri tərəfindən qurudulmuş marixuana artırılmışdır. Lakin o, evin həyətindəki plastik qabın içərisində çətənə bitkiləri əkməmiş və becərməmişdir. Çətənə bitkilərini plastik qablarda polis işçiləri gətirib onun həyətinə qoymuşlar. Polis işçiləri onu döymüşlər, ona demişlər ki, çətənə bitkilərinin qanunsuz əkilməsini və narkotik vasitəni artıq miqdarla boynuna götürsə, qardaşını buraxarlar. Ona görə də məcbur olub çətənə bitkilərini və artırılmış qurudulmuş marixuananın ona məxsusluğu barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmimş ifadəsində isə özünü Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilərək göstərdi ki, arabir narkotik vasitələrdən istifadə edir. 2023-cü il tarixdə mart ayının əvvəllərində Kür çayının Sabirabad rayonundan keçən hissəsində gəzərkən yerdə bir ədəd sellofan bükümdə çətənə bitkisinin toxumlarını tampmış, həmin toxumları özü ilə götürmüş və yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən evinin həyətində yerləşən bağ sahəsində plastik qablarda əkmişdir. O, həmin çətənə kollarına qulluq etmişdir. 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində o, Şirvan şəhərində Salyan Dairəsi adlanan yerə gəlmiş və orada yerləşən “Sünbül” çayxanasına girmdir. O, evdən çıxmamışdan qabaq özü ilə evdən 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı istifadə etmək üçün götürmüşdür. O, çayxanada çay içmiş və çıxaraq avtomobilə əyləşən zaman polis işçiləri onu saxlamış, üzərində narkotik vasitələri saxlamaqa şübhəli olduğunu bildirməklə Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Orada üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsini təklif etdikdə o, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb onu masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin kibrit qutusunda olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kibrit qutusu açıldıqda içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı həyətində əkdiyi çətənə kollarından əldə etdiyini bildirmiş, həmçinin həyətyanı sahəsində çətənə kolları olmasını və onları təqdim edə biləcəyini demişdir. Üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar olunan qurudulmuş marixuana götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra polis işçiləri və müdafiəçi ilə birlikdə yaşadığı evin həyətyanı sahəsinə getmişlər. Öz razılığı və iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 20 ədəd plastik qabın içərisində 22 ədəd çətənə kolunu təqdim etmişdir. Çətənə kollarına baxış keçirilmiş, onlar götürülmüş və bu barədə akt tərtib edilmişdir. O, çətənə bitkilərinin toxumlarını Kür çayının sahilindən tapdığını və öz istifadəsi üçün həyətində əkdiyini bildirmişdir. Polis işçiləri tərəfindən saxlanılarkən ona qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şirvan şəhər X2 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 aprel 2023-cü il tarixdə Sabirabad rayon sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla və yaşadığı ünvanda qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməklə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlamış, narkotik vasitələrlə məşğul olmasına şübhələr olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən ona əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya digər əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Qutu açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində plastik qablarda əkib becərdiyi çətənə bitkilərinin olmasını bildirmişdir. Bundan sonra 19 aprel 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 20 ədəd plastik qabın içərisində 22 ədəd çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqortexniki qaydada qulluq göstərilməsini bildirmişdir. 22 ədəd çətənə kolları plastik qablardan çıxarılmaqla qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs döyməmiş, ona qarşı başqa psixi və ya fiziki təsir göstərməmişlər. Şahidlər Şahid2 və Şahid3 da məhkəmə istintaqında tədqiq olunan ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. 19 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanayabənzər kütləni çıxırıb təqdim edir, kibrit karobkası açıldıqda içərisində tam dolu vəziyyətdə yaşıl, quru kütlə müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusundakı maddənin qurudulmuş marixuana olduğunu, onu öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Baxış keçirilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 20 ədəd plastik qablarda 22 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kollarına qulluq göstərilməsi və yaşıl köküstə olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitiklərin çətənə bitkiləri olduğunu, onları özünün əkib, öz istifadəsi üçün becərdiyini bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 18/431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,91 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 22 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-30,0 qram olan bitki nümunələri əkili becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının 27 may 2023-cü il tarixli, 1482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli, 4235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təcridxanasından göndərilmiş tibbi müayinə sənədlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş, müayinə zamanı onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli hökmü ilə Azəzbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə 05 ay 16 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sübaydır. Sabirabad rayonu Həşimxanlı kənd İƏDÜ nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarındar artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması, bundan başqa qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkərək, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi-18 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində kibrit qutusunda 1-2 qram narkotik vasitə qurudulmuş marixuana olması, yaşadığı evin həyətyanı sahəsindəki 20 ədəd plastik qablarda aşkar olunan 22 ədəd çətənə bitkilərinin qablarda polis işçiləri tərəfindən gətirilib evinin bağ sahəsinə qoyulması, polis işçiləri tərəfindən döyüldüyünə və təzyiqə məruz qaldığına görə üzərində miqdarı artırılmış qurudulmuş marixuananın özünə məxsusu olmasını və həytindəki plastik qablarda aşkar olunan çətənə bitkilərinin özü tərəfindən əkilib becərilməsini etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişdən də görünür ki, o müdafiəçinin iştirakı ilə kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, çətənə bitkiləri əkilmiş dibçəklərin polis işçiləri tərəfindən gətirilib Təqsirləndirilən şəxs bağ sahəsinə qoyulması inandırıcı deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsini göstərsə də, müəyyən edilir ki, o, tutulmasından iki gün sonra Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət aşkar edilməmişdir. Həmçinin polis işçiləri öz ifadələrində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərmədiklərini göstərmişlər. Məhkəmə işin obyektiv hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin etirafedici ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, onun əmlində cinayətlərin təhlükəli residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən torlamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 23:00-da saxlanılması nəzərə alınmaqla cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 6,89 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 6,89 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-723/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-723/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver