Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-723/2024 16.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X12 Hojatollah, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X11 iştirakları ilə, - 23 avqust 1982-cı ildə İran İslam Respublikasının Talış şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Talış şəhəri, Pərəstu küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X12 Hojatollahın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İran İslam Respublikasının vətəndaşı X12 Hojatollah 08 iyun 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xüsusilə külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Bakı şəhərinə daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 4065 qram heroin narkotik vasitəsi və xüsusilə külli miqdarda 868 qram metamfetamin psixotrop maddəsi əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə heroini ayrı-ayrılıqda çəkiləri 870 qram, 865 qram, 890 qram, 880 qram və 560 qram olmaqla, beş ədəd yaşıl rəngli plastik su qabında və metamfetamini ayrı-ayrılıqda çəkiləri 291 qram, 282 qram, 295 qram olmaqla, üç ədəd mavi rəngli plastik su qabında qablaşdırıb idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqda Bakı şəhərinə gətirməli olduğu “plastik mətbəx əşyaları və şüşə qablar” yükünün arasında gizlədib saxlamış, həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi nəqliyyat vasitəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 08 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd olunan narkotik vasitə və psixotrop maddə gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X3 qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının axırları may ayının əvvəllərində İran İslam Respublikasının “Astara” gömrük postunda növbə gözləyərkən tanımadığı oğlan ona yaxınlaşaraq Azərbaycan Respublikasının Bakı şəhərinə şirniyyat aparmaq lazım olduğunu və orada bir nəfərin həmin şirniyyatı götürəcəyini demişdir. Həmin şəxsin verdiyi bağlamaya baxıb, içərisində şirniyyat olduğunu görmüş və bağlamanı götürüb idarə etdiyi yük maşınına qoymuşdur. Qeyd edilən şəxs ona Rza adlı şəxsin mobil telefon nömrəsini verib “Bakıya çatdıqdan sonra “Rza adlı şəxsə zəng edərsən, o sənə həmin bağlamanın kimə veriləcəyini bildirəcək” demişdir. Azərbaycan Respublikasının ərazisinə keçdikdən sonra avtomobili saxlamış və Rza adlı şəxslə mobil telefonla əlaqə saxlayaraq təhvil aldığı bağlamanı Bakı şəhərində kimə çatdırmalı olacağını soruşmuş, Rza da Bakı şəhərinə çatanda olduğu yerin lokalizasiyasını ona göndərdikdən sonra tanışının gəlib bağlamanı ondan götürəcəyini demişdir. Bakı şəhərinə çatandan sonra Rzaya zəng etmiş və olduğu məkanın lokalizasiyasını sonuncuya göndərmişdir. Bundan sonra bir nəfər qadın yanında balaca qızla ona yaxınlaşıb həmin şirniyyatı ondan götürmüş və pulunu İranda verəcəklərini bildirmişdir. Bir müddət sonra Rza ona zəng vurmuş, İrana qayıdanda ona xəbər verməsini, şokolad və sair alıb gətirməsini, gələndə ona pulunu verəcəyini bildirmişdir. İki gündən sonra yükü boşaldıb İrana qayıtmış və bundan sonra Rzaya zəng vuraraq dediyi şeyləri aldığını deyib, gəlib götürməsini istəmişdir. Bundan sonra taksi gəlib, ondan Rzaya çatacaq şeyləri götürmüşdür. Bir müddət sonra Rza ona zəng vurmuş və Bakıya nə vaxt gedəcəyini soruşmuş, cavabında iki-üç günə gedəcəyini bildirmişdir. Rza ona Bakı şəhərinə ürək dərmanı aparmaq lazım olduğunu demişdir. İranda gömrüyün yaxınlığında avtomobili saxlayıb, şəhərdəki marketə getmişdir. Bir müddət sonra Rza ona zəng vuraraq harada olduğunu soruşmuş və özünün avtomobilin yanında olduğunu, işi olduğundan dərman vasitəsini avtomobilin yük yeşiyinə qoyub gedəcəyini bildirmiş, o da Rza ilə razılaşmışdır. Avtomobilin yanına gəldikdə Rzanın qoyduğu predmetin ürək dərmanı olduğunu görmüş və götürüb avtomobilə yerləşdirmişdir. Həmin predmetlə birlikdə sərhədi keçib Azərbaycana gəlmiş, Rzaya zəng vuraraq gömrükdə yubandığını bildirmiş və həmin dərman vasitəsini kimin götürəcəyini soruşmuşdur. Bir neçə saat sonra yenə Rzaya zəng vuraraq axşam olduğunu, gecə yola çıxa bilməyəcəyini demişdir. Rza ona dərman vasitəsini bir yerə qoyub yerini bildirməsini istəmişdir. Rzanın danışığından şübhələnmiş və bundan sonra dərman qutusunu açıb içinə baxmış və dərman qutusunun içinə beş ədəd başqa dərman qoyulduğunu görmüşdür. Rzadan həmin dərmanların nə olduğunu soruşmuş, sonuncu da səhvən oraya qoyulduğunu deyib, dərmanları bir yerə qoymasını istəmiş və bir nəfərin gəlib götürəcəyini bildirmişdir. Dərman vasitələrini bir yerə qoyub, yerini Rzaya bildirmişdir. İrana qayıtdıqdan bir neçə gün sonra idarə etdiyi nəqliyyat vasitəsinin sahibi ilə nəqliyyat vasitəsinin nasazlığı səbəbindən arasında mübahisə olmuş, daha onunla işləməyəcəyini bildirmiş, avtomobili İranın Astara şəhərində qoyub evinə getmişdir. Bir neçə gün sonra avtomobilin sahibi ona zəng edib yük olduğunu bildirmiş, həmin yükü daşımasını ondan istəmiş və bundan sonra başqa sürücü tapacağını bildirmişdir. Razılaşıb yükü götürməyə getmiş, növbə olduğundan üç-dörd gün sərhəddə gözləmiş, daha sonra avtomobili parkinqə qoyub, sahibindən başqa sürücü tapmasını istəmiş, özü isə evinə getmişdir. Xomeyninin anım günü ilə əlaqədar iki gün tətil olmuş, o da ailəsi ilə istirahətə getmişdir. Bu vaxt nəqliyyat vasitəsinin sahibi zəng edərək sürücü tapa bilmədiyini deyib, yükü Azərbaycana aparmasını istəmiş və daha çox pul verəcəyini bildirmişdir. Razılaşaraq Astaradan avtomobili götürüb, yük götürmək üçün Tehrana getmişdir. Yolda Rza ona zəng vurub, verəcəyi əşyanı Bakıya aparmaq müqabilində yaxşı pul verəcəyini bildirmişdir. Rza əşyanı avtomobildə gizlədəcəyini, heç kimin əşyanı tapa bilməyəcəyini, həmin predmetin “şüşə” olduğunu bildirmiş, onunla razılaşmamış, həmin predmetlə tutulsa, onun üçün pis olacağını demişdir. Rza ona heç bir problem olmayacağını bildirmişdir. 08 iyun 2024-cü il tarixdə avtomobillə İran-Azərbaycan sərhəddini keçərək Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. İdxal yoxlama xəttində növbə ona çatdıqda gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, o da idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını demişdir. Avtomobil yoxlanılmış və heç nə aşkar olunmamışdır. Daha sonra kinoloji xidmət iti vasitəsilə yoxlama aparılmış və bu zaman it nəqliyyat vasitəsinə reaksiya vermişdir. Hal şahidlərinin iştirakı ilə yoxlama aparılmış və yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan üç ədəd plastik qabda açıq qəhvəyi, üç ədəd plastik qabda isə ağ rəngli maddə və bir blok aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. Daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş və nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan daha iki ədəd plastik qabda açıq qəhvəyi rəngli maddə aşkar edilmişdir. Gömrükçülər onun iki ədəd mobil telefonunu götürmüş, avtomobilin şəklini çəkərək narkotik vasitə aşkar olunması barədə internetdə xəbər paylaşmışlar. Bir müddət sonra mobil telefonuna zənglər gəlmiş, gömrükçülər ondan kimin zəng etdiyini soruşduqda, zəng edən şəxsin Rza olduğunu bildirmişdir. Ondan Rza ilə azərbaycanca danışmasını istəmişlər. Rza ilə telefonda danışmış, ondan tutulub-tutulmadığını soruşduqda tutulduğunu və avtomobildən narkotik vasitə aşkarlandığını bildirmişdir. Daha sonra onun telefonunu götürmüşlər və bundan sonra nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq əvvəlcə bildirmişdir ki, həqiqətən də ifadəsində Rzanın ona 1.000 (bir min) ABŞ dolları verəcəyini demişdir. Əvvəllər də ayrı-ayrı adamlar ondan bəzi predmetlərin sərhəddən keçirilməsini istəmiş, bunun qarşılığında ona 50-100 (əlli-bir yüz) manat pul vermişlər, lakin 1.000 (bir min) ABŞ dollarına yaxın məbləğdə pul təklif edən olmamışdır. Ona bu məbləği ilk dəfə Rza təklif etmiş və həmin məbləğin sərhəddən metamfetamin keçirmək müqabilində veriləcəyini bilmişdir. Nəqliyyat vasitəsinə yerləşdirilmiş predmetləri görməmiş, narkotik vasitə yerləşdirildiyini bilməmişdir. Gömrük yoxlaması zamanı idarə etdiyi nəqliyyat vasitəsindən predmetlər aşkar olunduqda, həmin predmətlərin avtomobilə yerləşdirildiyini öyrənmişdir. Ona heç bir psixi və fiziki təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı hər şeyi olduğu kimi danışmışdır. Rzanı tutulana qədər təxminən bir ay olardı ki, tanımış, lakin heç vaxt görməmişdir. Tutulmamışdan əvvəl Rzanın sifarişi ilə iki dəfə sərhəddən yük keçirmişdir. Şirniyyat aparması ilə əlaqədar ona 30 (otuz) manat verilmiş, həmin pulun 20 (iyirmi) manatı şirniyyata, 10 (on) manatı isə Rza üçün aldığı şeylərə görə verilmişdir. Əvvəllər Rzanın verdiyi predmetləri gizli şəkildə keçirməmiş, gizlədiləsi bir şey olmamışdır. Rza ona predmetin “şüşə” olduğunu, dediyi yerə aparmaq müqabilində 1.000 (bir min) ABŞ dolları verəcəyini bildirmiş, Rzaya heç vaxt metamfetamin görmədiyini, qorxduğunu bildirərək, razı olmamışdır. Rza ona şirniyyat çatdırmış və həmin şirniyyatı keçirməsini istəmişdir. İran gömrüyünü keçdikdən sonra Rza ona zəng vurub harada olduğunu soruşmuş, o da İran İslam Respublikasının gömrük postunu keçdiyini, bir saata Azərbaycan Respublikasının gömrük postunu da keçəcəyini və şirniyyatı gəlib ondan götürmələrini istəmişdir. Şirniyyatı ona Rza şəxsən verməmiş, taksi sürücüsü gətirmişdir. Bir blok siqareti Azərbaycana gətirib satmaq niyyəti olmuşdur. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X12 Hojatollahın verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən yük nəqliyyat vasitəsi ilə beynəlxalq daşımalarla məşğul olmuş, əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından tranzit keçməklə Gürcüstana plastik yüklər aparmışdır. İdarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi tanışı İran İslam Respublikasının vətəndaşı və oranın Astara şəhərində yaşayan Həmzə Mənsuriyə məxsusdur. 2024-cü ilin aprel ayının axırları may ayının əvvəllərində İran İslam Respublikasının “Astara” gömrük postunda növbə gözləyərkən əvvəllər tanımadığı, ağbəniz, arıq bədən quruluşlu, 18-20 yaşlı kişi cinsli bir nəfər şəxs ona yaxınlaşaraq Azərbaycan Respublikasının Bakı şəhərinə şirniyyat aparmaq lazım olduğunu demişdir. Həmin şəxsin verdiyi bağlamaya baxıb içərisində şirniyyat olduğunu görmüş və bağlamanı götürüb idarə etdiyi yük maşınına qoymuşdur. Qeyd edilən şəxs ona Rza adlı şəxsin +**********40 saylı mobil telefon nömrəsini verib “Bakıya çatdıqdan sonra Rza adlı şəxsə zəng edərsən, o sənə həmin bağlamanın kimə veriləcəyini bildirəcək” demiş və bağlamanı çatdırmağa görə zəhmət haqqı olaraq 20 (iyirmi) manat pul vermişdir. Rza adlı şəxslə mobil telefonla əlaqə saxlayaraq təhvil aldığı bağlamanı Bakı şəhərində kimə çatdırmalı olacağını soruşmuşdur. Rza adlı şəxs Bakı şəhərində olduqda olduğu yerin lokalizasiyasını ona göndərdikdən sonra tanışının gəlib bağlamanı ondan götürəcəyini demişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisinə çatdırdıqdan sonra Rza adlı şəxsə zəng etmiş və olduğu məkanın lokalizasiyasını ona göndərmişdir. Bundan sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində bir nəfər qadın cinsli şəxs ona yaxınlaşıb həmin bağlamanı ondan götürmüşdür. Bundan başqa, 2024-cü ilin təxminən may ayının sonlarında Rza adlı şəxs ona yenidən mobil telefonla zəng edərək Bakı şəhərinə dərman vasitəsi aparmaq lazım olduğunu demiş, hansı dərman vasitəsi olduğunu soruşmuşdur. Rza adlı şəxs də qeyd edilən dərman vasitəsinin aparılması qadağan olunan dərman vasitəsi olduğunu və Bakı şəhərinə aparıb münasib yerə qoyduqdan sonra video və məkanı ona atmaq lazım olduğunu bildirmişdir. Həmin dərman vasitəsini Bakı şəhərinə çatdırmaq müqabilində Rza adlı şəxs ona 50 (əlli) manat məbləğində pul vəd etmiş, onunla razılaşmışdır. Rza adlı şəxs həmin dərman vasitəsini onun idarə etdiyi yük nəqliyyat vasitəsinin yük yeşiyinə qoyacağını, həmin dərman vasitəsini yeşikdən götürüb daha etibarlı yerdə gizlətməsini bildirmişdir. Səhəri gün “X27 parkı”nda olan idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin ehtiyat hissələri yerləşən yeşiyindən bir ədəd bağlamada olan dərmanları götürüb nəqliyyat vasitəsinin kabinasında maqnitofonu çıxardıb onun arxa hissəsində gizlətmiş və Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. Gömrük yoxlaması zamanı həmin dərman vasitəsi aşkar edilməmiş və gömrük postunu keçdikdən sonra bağlamanı açdıqda qeyd edilən dərman vasitəsinin beş konvolyutda “tramadol” dərman vasitəsi olduğu ona məlum olmuşdur. Bakı şəhərində çatdıqdan sonra həmin dərman vasitəsini Lökbatan dairəsinin yaxınlığında yerləşən boş ərazidə bir dəmir parçasının altına qoymuş və həmin yerdən Rza adlı şəxsə məkanın lokalizasiyasını göndərmiş, həmçinin qeyd edilən yerin videogörüntüsünü çəkib göndərərək oradan uzaqlaşmışdır. İran İslam Respublikasına qayıtdıqdan sonra Rza adlı şəxs taksi sürücüsü vasitəsi ilə ona vəd etdiyi kimi 50 (əlli) manat məbləğində pulu göndərmişdir. Təxminən 04 iyun 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün “plastik mətbəx əşyaları və şüşə qablar” yükünü idarə etdiyi yük nəqliyyat vasitəsinə yüklətmiş, lakin nəqliyyat vasitəsinin sahibi Həmzə Mənsuri ilə nəqliyyat vasitəsinin nasazlığı səbəbindən arasında mübahisə olmuş və bu səbəbdən həmin vaxt Azərbaycan Respublikasına yük aparmaqdan imtina etmişdir. 05-06 iyun 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxs ona zəng edərək idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə bir ədəd qabda maddə qoyduğunu, həmin maddəni Bakı şəhərinə aparıb təhvil vermək lazım olduğunu demişdir. Rza adlı şəxsdən həmin maddənin nə olduğunu soruşmuş, cavabında həmin maddənin psixotrop maddə “şişə”, yəni metamfetamin olduğunu bilmişdir. Həmin maddənin dövriyyəsinin qadağan olunduğunu bildiyi üçün Rza adlı şəxsə həmin maddənin Azərbaycan Respublikasının gömrük orqanında aşkar oluna biləcəyini bildirmiş, Rza da ona “onu elə gizlətmişəm ki, sən belə onu tapa bilməzsən” demişdir. Rza adlı şəxs həmçinin sərhədi keçdikdən sonra həmin maddənin yerini bildirəcəyini və həmin maddəni Bakı şəhərinə çatmamış hansısa münasib yerdə qoyub, həmin yerdən məkanı və videogörüntünü çəkib ona göndərməsini tapşırmış, həmin maddəni çatdırmaq müqabilində İran İslam Respublikasına çatdıqdan sonra qarşılığında 1.000 (bir min) ABŞ dolları pul verəcəyini bildirmiş, Rzanın bu təklifi ilə razılaşmışdır. Azərbaycan Respublikasına gəlməmişdən bir blok, yəni on qutu “Bistoon” markalı siqaret alıb yük yerində gizlətmiş, məqsədi isə həmin siqareti Azərbaycana gətirib satmaq və qazanc əldə etmək olmuşdur. Rza adlı şəxslə razılaşdıqdan sonra 08 iyun 2024-cü il tarixdə, saat 19 radələrində İran- Azərbaycan sərhəddini keçərək Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. İdxal yoxlama xəttində növbə ona çatdıqda gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, cavabında idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını demişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinin kabinasına gömrük inspektoru tərəfindən hal şahidlərinin iştrakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Kinoloji xidmət iti nəqliyyat vasitəsinə reaksiya verdiyindən idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan üç ədəd plastik qabda açıq qəhvəyi, üç ədəd plastik qabda isə ağ rəngli maddə və “Bistoon” markalı bir blok, blokda on qutu, hər qutuda iyirmi ədəd olmaqla aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. Daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş və təkrar gömrük yoxlaması tətbiq edilmişdir. Bu zaman yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan daha iki ədəd plastik qabda açıq qəhvəyi rəngli maddə aşkar edilmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparıldı, lakin şəxsi yoxlama zamanı üzərindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bundan sonra idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş ümumilikdə beş ədəd plastik qabda açıq qəhvəyi rəngli maddə, ümumilikdə üç ədəd plastik qabda ağ rəngli maddə və “Bistoon” markalı bir blok, blokda on qutu, hər qutuda iyirmi ədəd olmaqla aksiz markası ilə markalanmamış siqaret onun və hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, Əməliyyat və X19 Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına aparılaraq həmin maddələr elektron tərəzidə çəkilmiş və içərisində açıq qəhvəyi rəngli maddə olan beş ədəd plastik qabın təqribi çəkilərinin müvafiq olaraq 941 qram, 586 qram, 948 qram, 936 qram, 939 qram olmaqla, ümumi təqribi çəkisinin 4350 qram, içərisində ağ rəngli maddə olan üç ədəd plastik qabın təqribi çəkilərinin müvafiq olaraq 321 qram, 321 qram, 320 qram olmaqla, ümumi təqribi çəkisinin 962 qram olduğu məlum olmuşdur. Sonda maddələr qablaşdırılaraq möhürlənmiş və bu barədə sənədlər tərtib edilmiş, o da sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilmiş heroin və metamfetamin İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsə məxsus olmuşdur. İdarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən aşkar edilən siqaret bloku ona məxsusdur. Bir blok siqareti gizlətmək məqsədilə yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasına yerləşdirmişdir. Lakin orada narkotik vasitənin olmasından xəbəri olmamışdır. İdarə etdiyi yük nəqliyyat vasitəsində sadəcə metamfetamin olduğunu bilmişdir. Narkotik vasitələr və ya psixotrop maddələrdən istifadə etməmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş heroin və metamfetamini Rza adlı şəxsin deyəcəyi yerə qoyb, həmin yerin lokalizasiyasını, fotoşəklini Rzaya göndərəcəkmiş. Lakin heroin və metamfetamini konkret olaraq kim və ya kimlərin götürəcəyini bilməmişdir. Həmin şəxsin kimliyi barədə Rza adlı şəxs ona hər hansı məlumat verməmişdir (cild 01, i.v. 201-207). Təqsirləndirilən şəxs X12 Hojatollah əvvəlcə ibtidai istintaqda yazılmış ifadəsinin çox hissəsinin yalan olduğunu bildirmiş, ifadələri arasında ziddiyyəti onunla əsaslandırmışdır ki, ona dindirmə protokolunun verdiyi ifadəyə uyğun tərtib edildiyini bildirmişlər, o da buna görə imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 Hojatollahın ibtidai istintaq zamanı dindirilməsi istintaq hərəkətinin videoçəkilişi nümayiş etdirilmiş və bundan sonra o, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, son sözündə bu hadisəyə qədər heç bir qanunsuz iş görmədiyini, düz gəlib, düz getdiyini, altı-yeddi aydır, təcridxanada olduğunu və bu müddətdə ailəsinin pulsuz qaldığını deyib, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin etirafedici və şahid ifadələri) dinləyərək, habelə iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, X12 Hojatollah həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 2018-ci ildən gömrük orqanlarında xidməti fəaliyyətə başlamışdır və 01 iyun 2023-cü il tarixdən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin böyük inspektoru işləyir. 08 iyun 2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Şahid2 ilə birlikdə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 19 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına yükü müşayiət edən “39” nömrəli invoysa əsasən “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən, şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikasının vətəndaşı X12 Hojatollah idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, bundan sonra yük nəqliyyat vasitəsinə baxış keçirəcəyi barədə sürücüyə məlumat vermişdir. Yoxlamaya başlamazdan əvvəl sürücü ilə şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olub-olmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində heç bir qanunsuz predmet olmadığını bildirmişdir. Shahryar Hocatallahın idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət itləri tətbiq edilmişdir. Kinoloji xidmət itləri yük nəqliyyat vasitəsinin qoşqusuna reaksiya vermişlər. Bununla əlaqədar hal şahidləri dəvət edərək onlar, instruktor-kinoloqlar və sürücünün iştirakları ilə gömrük nəzarəti qaydasında yoxlamağa başlamışdır. Avtomobilə baxış keçirilərkən qoşqusunda şiş olduğunu müşahidə etmiş, qoşqunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan bir ədəd plastik butulkaya bənzər qabda açıq-qəhvəyi rəngli maddə aşkar etmişlər. Avtomobilə baxış zamanı cəmi altı ədəd butulkaya bənzər plastik qabda, üçünün içində açıq qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər maddə, digər üçünün içərisində isə ağ rəngli, kristallik psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Habelə nəqliyyat vasitəsindən “Bistoon” markalı bir blok, blokda on qutu, hər qutuda iyirmi ədəd olmaqla aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. Sürücüdən aşkar olunmuş predmetlər barəsində soruşulduqda xəbəri olmadığını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusunda müayinədən keçirilmişdir. Rentgen müayinəsi zamanı şübhəli cizgilər göründüyündən təkrar yoxlama tətbiq edilmiş və bu zaman qoşqunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan əlavə olaraq iki ədəd plastik qabda açıq-qəhvəyi rəngli heroin narkotik vasitəsinə bənzər maddə çıxarılmışdır. Daha sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Shahryar Hojatollahın üzərində hal şahidlərinin iştirakı və soyundurulması ilə müşahidə edilməyən şəxsi yoxlama aparılmış, lakin üzərində dövriyyəsi qanunla qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmamış hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra onun idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan gömrük yoxlaması zamanı aşkar edilmiş beş ədəd plastik qabda açıq-qəhvəyi rəngli heroin narkotik vasitəsinə bənzər maddə, üç ədəd plastik qabda ağ rəngli metamfetamin psixotrop maddəsinə oxşar maddə və “Bistoon” markalı bir blok, blokda on qutu, hər qutuda iyirmi ədəd olmaqla aksiz markası ilə markalanmamış siqaret tərəfindən Əməliyyat və X19 Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına aparılmışdır. Daha sonra orada aşkar olunmuş predmetlər elektron tərəzidə çəkilmişdir və beş ədəd plastik qabda açıq-qəhvəyi rəngli heroinə bənzər maddənin ümumi təqribi çəkisinin 4350 qram, üç ədəd plastik qabda ağ rəngli metamfetaminə oxşar maddənin ümumi təqribi çəkisinin 962 qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddələr və “Bistoon” markalı, aksiz markası ilə markalanmamış siqaret tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Shahryar Hojatollahın dediyinə görə narkotik vasitə və psixotrop maddəni nəqliyyat vasitəsinə Rza adlı şəxs yerləşdirmiş, sərhədi keçdikdən sonra Rza ona həmin predmetləri harada yerləşdirdiyi barədə məlumat verəcəyini bildirmişdir. Shahryar Hojatollah həmin predmetləri götürüb harasa təhvil verəcəkmiş. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, yük nəqliyyat vasitəsinin qoşqusunun yük hissəsində tentlə yüklərin arasında qalan boşluğa kənar şəxs tərəfindən nəsə qoyula bilərmiş. Səkkiz ədəd plastik qabı eyni yerdən, yəni qoşqunun sağ tərəfindən aşkar etmişlər. İlkin sorğu-sual zamanı sürücü bundan məlumatı olmadığını bildirsə də, bütün predmetlər aşkar olunduqdan sonra avtomobilə həmin predmetlərin yerləşdirildiyini bildiyini demişdir. Shahryar Hojatollah dediyinə görə, avtomobilə narkotik vasitə və psixotrop maddə qoyulduğunu bilmiş, lakin konkret olaraq maşının harasına yerləşdirildiyini bilməmişdir. Ola bilərmiş ki, Shahryar Hojatollahın avtomobilində dərman vasitələri olsun, lakin hər hansı qanunsuz dərman vasitəsi aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi sürücü kimi tanıyır, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu kimi xidmət edir. 08 iyun 2024-cü il tarixdə, saat 19 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına yükü müşayiət edən “39” nömrəli invoysa əsasən “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən, şəxsiyyəti sonradan ona məlum olan İran İslam Respublikasının vətəndaşı X12 Hojatollah idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş və həmin yük nəqliyyat vasitəsinə baxış keçiriləcəyi barədə sürücüyə məlumat verilmişdir. Yoxlamaya başlamazdan əvvəl böyük inspektor Şahid1 sürücü ilə şifahi sorğu-sual aparmış, sonra onu “Qrey” ləqəbli kinoloji xidmət iti ilə birlikdə nəqliyyat vasitəsinə baxış keçirmək üçün dəvət etmişdir. Kinoloji xidmət iti “Kamaz” markalı yük nəqliyyat vasitəsinin qoşqusuna reaksiya vermişdir. Bununla əlaqədar böyük inspektor Şahid1 və hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirmişlər. Yoxlama zamanı “Kamaz” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan üç ədəd plastik butulkada açıq-qəhvəyi rəngli, heroin narkotik vasitəsinə bənzər maddə, üç ədəd plastik butulkada ağ rəngli, metamfetamin psixotrop maddəsinə oxşar maddə və “Bistoon” markalı bir blok, blokda on qutu, hər qutuda iyirmi ədəd olmaqla aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. Daha sonra nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusunda müayinədən keçirilmiş və bu zaman şübhəli cizgilər aşkarlanaraq işarələnmiş, buna görə avtomobil anbara yönəldilmişdir. Anbarda yoxlama zamanı “Kamaz” markalı, yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan əlavə olaraq iki ədəd plastik qabda açıq-qəhvəyi rəngli heroinə oxşar maddə aşkar edilmişdir. Şahid2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “Kamaz” markalı avtomobil idxal yoxlama xəttinə daxil olan vaxtdan hal şahidlərinin iştirakı ilə kinoloji xidmət iti ilə yoxlamaya cəlb olunmuşdur. Hal şahidlərini o dəvət etməmiş, onların iştirakını inspektor təmin etmişdir. İnspektor onu dəvət etdikdə hal şahidləri artıq həmin yerdə olmuşdur. Hal şahidləri əvvəllər də hal şahidliyi etmiş, Astara Gömrük İdarəsinin əməkdaşları deyil, günəmuzd işləyən fəhlələr olmuşlar. Nəqliyyat vasitəsindən aşkar olunmuş predmetlər barədə sürücüyə sual verməmişdir. Kinoloji xidmət iti nəqliyyat vasitəsinə reaksiya verdiyi zaman sürücünün reaksiyasına fikir verməmişdir. Nəqliyyat vasitəsindən aşkar olunmuş predmetlər Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsə heç bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hal şahidi qismində iştirak etdiyi zaman görmüşdür, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 08 iyun 2024-cü il tarixdə həmyerlisi Şahid4 ilə birlikdə Astara Gömrük İdarəsinin Astara şəhərində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin qarşısında olduğu vaxt gömrük xidmətinin əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş yük nəqliyyat vasitəsinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmiş, razılıq verərək həmin əməkdaşla birlikdə Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinə daxil olmuşlar. Gömrük xidmətinin əməkdaşı “Kamaz” markalı yük nəqliyyat vasitəsini sürücünün, kinoloqların, onun və digər hal şahidinin iştirakı ilə yoxlamağa başlamışdır. Yoxlama başlamamışdan öncə kinoloji xidmət itlərindən istifadə olunmuşdur. Kinoloji xidmət itləri yük nəqliyyat vasitəsinin qoşqusuna reaksiya vermişlər. Bundan sonra yoxlama aparılmışdır. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan üç ədəd plastik qabda açıq-qəhvəyi rəngli, heroin narkotik vasitəsinə bənzər maddə, üç ədəd plastik qabda ağ rəngli, metamfetamin psixotrop maddəsinə oxşar maddə və bir blok siqaret aşkar edilmişdir. Daha sonra nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən rentgen qurğusunda müayinədən keçirilmişdir. Rentgen müayinəsi zamanı şübhəli cizgilər göründüyündən təkrar yoxlama tətbiq edilmiş və bu zaman avtomobilin qoşqusunun sağ tərəfində, yük hissəsində tentlə yüklərin arasında qalan boşluqdan əlavə olaraq iki ədəd plastik qabda açıq-qəhvəyi rəngli heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin əməkdaşı deyil, sadəcə olaraq yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. Hal şahidi qismində əvvəllər də bənzər tədbirlərdə iştirak etmişdir, lakin neçə dəfə iştirak etdiyini bilmir. Onun yanında sürücü Shahryar Hojatollaha heç bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, X12 Hojatollahın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə, saat 19 radələrində Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən İran İslam Respublikasının vətəndaşı X12 Hojatollahın idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında yoxlama keçirilərkən qoşqunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqda gömrük nəzarətindən gizlədilmiş beş ədəd yaşıl rəngli plastik su qabında qablaşdırması ilə birlikdə ayrı-ayrılıqda təqribi çəkiləri 941 qram, 586 qram, 948 qram, 936 qram, 936 qram olmaqla, ümumilikdə təqribi çəkisi 4350 qram olan açıq qəhvəyi rəngli, heroinə bənzər maddə və üç ədəd mavi rəngli plastik su qabında qablaşdırması ilə birlikdə ayrı-ayrılıqda təqribi çəkiləri 321 qram, 321 qram, 320 qram olmaqla, ümumilikdə təqribi çəkisi 962 qram olan ağ rəngli, metamfetaminə oxşar maddə və bir blok (hər blokda on qutu, hər qutuda iyirmi ədəd olmaql) “Bistoon” markalı aksiz markası ilə markalanmamış siqaret aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 16-19). Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, həmin tarixdə X12 Hojatollahın üzərində şəxsi axtarış icra olunmuş və qanunsuz predmet aşkar olunmamışdır (cild 01, i.v. 32-34). Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, X12 Hojatollah həmin tarixdə, saat 03:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 59; 61). Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə X12 Hojatollahın təqdim etdiyi iki ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 74). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3184 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasına dair ekspert rəyi və ona əlavə olunmuş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 002822 № ... X2- imza, iştirakçılarimza...” yazı əlavəsi qeyd edilmiş iki ədəd polietilen paketin tamlığının pozulması əlamətləri müşahidə edilməmiş, paketləri açdıqda beş ədəd yaşıl rəngli plastik butulkada təmiz çəkiləri 870 qram, 865 qram, 890 qram, 880 qram, 560 qram olmaqla ümumi təmiz çəkisi 4065 qram qəhvəyi rəngli, toz şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üç ədəd mavi rəngli plastik butulkada təmiz çəkiləri 291 qram, 282 qram, 295 qram olmaqla ümumi təmiz çəkisi 868 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin ümumi təmiz 4064,5 qram, psixotrop maddə olan metamfetamin ümumi təmiz 867,7 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış və aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir (cild 01, i.v. 89-94). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X12 Hojatollah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti (hər iki dildə) təqdim olunmuşdur (cild 01, i.v. 183-185). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-539/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X12 Hojatollahın barəsində həbs etmənin əvvəli 08 iyun 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 217-222). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X12 Hojatollahın istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A01 Core” modelli və bir ədəd “Samsung Galaxy A52S 5G” modelli mobil telefonlara baxış keçirilərkən, “Samsung Galaxy A01 Core” modelli mobil telefonun üzərində bir ədəd “Azercell” mobil telefon operatoruna məxsus sim kart vardır. “Azercell” mobil operatoruna məxsus sim kart işlək vəziyyətə gətirildikdə nömrəsinin 051 ***-**-** saylı olduğu müəyyən edilmişdir. Telefonun “kontaktlar” bölməsinə baxış keçirilərkən əlifba sırası ilə bir neçə şəxsin adı və telefon nömrəsinin qeydə alındığı, “fotolar” bölməsinə baxış keçirilərkən iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollah və onun ailə üzvlərinə məxsus iş üzrə əhəmiyyət kəsb etməyən fotoşəkillərin, “WhatsApp” bölməsinə baxış keçirilərkən 051 ***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Shahriyar” kimi qeyd edilmiş “WhatsApp” profilinin olduğu müəyyən edilmişdir. Həmin “WhatsApp” profilinə, “mesajlar”, “çıxan zənglər”, “gələn zənglər”, “buraxılmış zənglər” bölmələrinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumata rast gəlinməmişdir; “Samsung Galaxy 52S 5G” modelli mobil telefonun üzərində bir ədəd İran mobil operatoruna məxsus sim kart vardır. Həmin sim kart işləmədiyindən nömrəsini müəyyən etmək mümkün olmamışdır. Telefonun “Kontaktlar” bölməsində qeydiyyata alınmış, iş üzrə əhəmiyyət kəsb edən şəxsin adı və mobil nömrəsi X29 +**********50 və Rza Astara 2 +**********40 kimidir, “fotolar” bölməsinə baxış keçirilərkən iş üzrə təqsirləndirilən şəxs X13 Hojatollah və onun ailə üzvlərinə məxsus iş üzrə əhəmiyyət kəsb etməyən fotoşəkillərin olduğu, “mesajlar” bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək daxil olan və çıxan mesajların olması müəyyən edilməmişdir. Telefonun “Zənglər” bölməsinə baxış zamanı X12 Hojatollahın istifadəsində olmuş İran mobil operatoruna məxsus +**********85 saylı mobil telefon nömrəsi ilə istifadəçi adı “Rza Astara 2” kimi qeyd edilmiş İran mobil operatoruna məxsus +**********40 saylı mobil telefon nömrəsi arasında 11 may 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək müxtəlif saatlarda və müddətlərdə mütəmadi danışıqlar olmuşdur; “WhatsApp” bölməsinə baxış keçirilərkən İran mobil operatoruna məxsus +**********85 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeyd edilmiş “WhatsApp” profilinin olduğu müəyyən edilmişdir. Həmin profilinin “Söhbətlər” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edildi: 1) İş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili ilə İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profili arasında aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edildi: - xx.xx.2024-cü il tarixdə, saat 14:23-də İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilinə audiozəng daxil olmuş və həmin vaxt 46 saniyə danışıq olmuşdur. - xx.xx.2024-cü il tarixdə, saat 14:23-də iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilinə aşağıdakı məzmunda audiomesaj göndərilmişdir:- İranda işlərini qurtardın? - xx.xx.2024-cü il tarixdə, saat 14:24-də İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilinə audiozəng daxil olmuş və həmin vaxt 32 saniyə danışıq olmuşdur. - xx.xx.2024-cü il tarixdə, saat 16:32-də iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilinə aşağıdakı məzmunda mesajlar göndərilmişdir:- Körpünün üstündəyəm. Bundan sonra yük nəqliyyat vasitəsinin salonundan sərhəd keçid məntəqəsinə çatmağa dair fotoşəkil mesaj kimi göndərilmişdir. - xx.xx.2024-cü il tarixdə, saat 18:18 və 18:31-də İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsində istifadəçi adı “X29” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilindən iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş +**********85 saylı mobil telefon nömrəsində istifadəçi adı “Shahryar Ghavipanjeh” kimi qeydiyyatdan keçmiş “WhatsApp” profilinə buraxılmış audiozənglər daxil olmuşdur (cild 01, i.v. 263-270). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə komitənin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE) baxış keçirilmiş və müəyyən olunmuşdur ki, İran İslam Respublikasının vətəndaşı X12 Hojatollah 05 yanvar 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək olan dövr ərzində mütəmadi “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına geri qayıtmış; 14 may 2024-cü il tarixindən sonra 28 may 2024-cü il tarixdə, saat 02:47-də “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və 01 iyun 2024-cü il tarixdə, saat 19:08-də həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına geri qayıtmış; sonuncu dəfə 08 iyun 2024-cü il tarixdə, saat 18:50-də idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir (cild 01, i.v. 281-283). Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktub və “yükün təhvil verilməsi barədə” aktdan görünür ki, İran İslam Respublikasının vətəndaşı X12 Hojatollahın idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilməklə Astara Gömrük İdarəsində saxlanılan “plastik mətbəx əşyaları və şüşə qablar” yükü müvafiq təsdiqedici sənədlər təqdim edilməklə "xxxx" MMC-nin təsisçisi X8 təhvil verilmiş, yük nəqliyyat vasitəsi isə gömrük nəzarəti altında saxlanılmışdır (cild 02, i.v. 20-21). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, X12 Hojatollah əvvəllər məhkum olunmamışdır (cild 02, i.v. 108-109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 X22 X21 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 4498 nömrəli rəyindən görünür ki, X12 Hojatollahda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, i.v. 114-115). Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-7/1016-9/4852 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları və saylı 1 nömrəli cədvəldə göstərilmiş tütün məlumatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Eskpertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “X28” ştrix koduna görə (ilk üç rəqəmi 626) İran istehsalı olan filtrli siqaretin bir qutusunun xx.xx.2024-cü il tarixə orta bazar qiyməti təxminən 2,5 manat, on qutusunun ümumi qiyməti isə 25,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir (cild 02, i.v. 122-126). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, X12 Hojatollahın idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitəsi “Kamaz” markalı, 91AD831 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsidir və ona 91AD832 dövlət qeydiyyat nişanlı qoşqu birləşdirilmiş, qoşqunun qabaq, arxa, yan tərəfləri boz rəngli rezin tentlə örtülmüş, narkotik vasitə, psixotrop maddə və siqaretin aşkar edildiyi qoşqunun sağ tərəfinin orta hissələrində tentlə yüklərin arasındakı boşluqlar, qoşqunun dirəkləri kustar üsulla hazırlanmamışdır. Digər eyni tipli qoşqularda olan zavod üsulu ilə hazırlanmış hissələrdir (cild 02, i.v. 127). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AzinTelecom" MMC-dən 23 iyul 2024-cu ıl tarixli məktubla daxil olmuş məlumatlara baxış keçirilmiş, 01 may 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək olan müddət ərzində iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş İran mobil operatoruna məxsus +**********85 saylı mobil telefon nömrəsi ilə yalnız 1 dəfə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında danışığın olduğu müəyyən edilmiş, 01 may 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı şəxsin istifadəsində olmuş İran mobil operatoruna məxsus +**********50 saylı mobil telefon nömrəsindən mobil və şəhər telefon nömrələrinə xaric olan və qeyd edilən mobil nömrəyə mobil və şəhər telefon nömrələrindən daxil olan zənglərin olması müəyyən edilməmiş, 01 may 2024-cü il tarixdən 29 iyun 2024-cü il tarixədək olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı şəxsin istifadəsində olmuş İran mobil operatoruna məxsus +**********40 saylı mobil telefon nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olmuş 099 ***-**-** saylı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olmuş 055 ***-**-** saylı, 099 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri arasında danışığın olduğu müəyyən edilmişdir (cild 02, i.v. 98- 106). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "Azercell Telekom’ MMC-dən 22 iyul 2024-cü il tarixli məktubla daxil olmuş və X12 Hojatollahın istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqların kompüter açıqlamaları yazılmış CD diskin baxışı keçirilmiş, 051 ***-**-** saylı mobil telefon nömrəsinin iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın adına qeydiyyata alındığı müəyyən edilmişdir. Baxış zamanı bundan başqa müəyyən edilmişdir ki, 01 may 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək olan müddət ərzində iş üzrə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş ‘'Azercell" mobil operatoruna məxsus 051 ***-**-** saylı mobil telefon nömrəsi 11 may 1969-cu il təvəllüdlü, Saatlı rayon sakini X14 adına qeydiyyata alınmış 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında danışıqların olduğu müəyyən edilmiş, X12 Hojatollahın istifadəsində olmuş "Azercell” mobil operatoruna məxsus 051 ***-**-** saylı mobil telefon nömrəsi ilə göndərilmiş və qeyd edilən mobil nömrəyə qəbul edilmiş mesajlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı digər hal və ya mesaj müəyyən edilməmişdir. Həmçinin, Rza adlı şəxsin istifadəsində olmuş İran mobil operatoruna məxsus +**********40 saylı mobil telefon nömrəsi ilə qarşılıqlı əlaqə saxlamış şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olmuş 099 ***-**-** saylı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olmuş 055 ***-**-** saylı, 099 ***- **-** və 050 ***-**-** saylı mobil telefon nömrələri ilə təqsirləndirilən şəxs X12 Hojatollahın istifadəsində olmuş “Azercell” mobil operatoruna məxsus 051 ***-**-** saylı mobil telefon nömrəsi arasında hər hansı bır zəng və ya sms əlaqəsinin olmadığı müəyyən edilmişdir (cild 02, i.v. 96-97). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X12 Hojatollahın üzərindən aşkar edilmiş bir ədəd “Samsung Galaxy A01 Core” modelli və bir ədəd “Samsung Galaxy A52S 5G” modelli mobil telefon üzərlərində olan iki ədəd sim kartı ilə birlikdə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Birliyinin saxlancına təhvil verilmişdir (cild 02, i.v. 143). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X12 Hojatollaha Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış; iş üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4064,5 qram heroin narkotik vasitəsi və 867,7 qram metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş; hazırki cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı şəxsin, eləcə də, cinayətin törədilməsində iştirakı olan digər şəxslərin barəsində icraata ayrıca cinayət işi ayrılmışdır (cild 02, i.v. 145-186; 187-191). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin əşyanın təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli aktından görünür ki, təqsirləndirilən şəxs X12 Hojatollaha məxsus olan və aparılmış eksperiza tədqiqatından sonra qalıq qalmış 9 (doqquz) qutu “Bistoon” markalı siqaret onun özünə təqdim edilməsi üçün həmin gün saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (cild 02, i.v. 197). Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən məhkəməyə daxil olmuş 19.11. 2024-cü il tarixli məktubdan görünür ki, iş üzrə Şahid3 Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin işçisi deyildir və o, əvvəllər də malların və nəqliyyat vasitələrinin yoxlanılması, habelə gömrük nəzarətinin həyata keçirilməsi zamanı digər zəruri hallar üzrə bir neçə dəfə hal şahidi qismində həmin proseslərdə iştirak etmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqsirləndirilən şəxs X12 Hojatollaha göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisinin vasitəsi ilə suallar verilmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə müdafiə tərəfinin iş üzrə hal şahidi Şahid3 Astara Gömrük İdarəsinin əməkdaşı olmaqla əvvəllər də hal şahidi qismində iştirak etməsinin qanunazidd olması barədə iddiasına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 94-cü maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi qanunverici hal şahidi qismində iştirak edə bilməyən şəxslərin dairəsini konkret göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, hal şahidi qismində dəvət olunmuş Şahid3 bu qisimdə iştirakını istisna edən hal yoxdur. Onun gömrük ərazisində günəmuzd fəhlə kimi işləməsi, həmin ərazidə olmasına görə malların və nəqliyyat vasitələrinin yoxlanılması, habelə gömrük nəzarətinin həyata keçirilməsi zamanı digər zəruri hallar üzrə bir-iki dəfə hal şahidi qismində həmin proseslərdə iştirakı qanuni olmaqla, məntiqi və əsaslıdır. Məhkəmə heyəti bu fikrin məntiqi davamı olaraq, müdafiə tərəfinin iddiasının əsassız olması qənaətindədir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. X12 Hojatollahın ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi həmin Məcəllənin 206.2-ci maddəsində (narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 234.4-1-ci maddəsində isə bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Həmin Qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Qərarın 9-cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə tövsif edilir. Həmin Qərarın 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, yəni Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, Cinayət Məcəlləsinin 228, 234, 240-cı və s.) tövsif olunmalıdır. Sözü gedən qərarın 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 1-ci abzasına görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. 16-cı bəndin 4-cü abzasına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan edilən narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunan psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 800 qramdan artıq çəkidə heroin; İİ Siyahının 118-ci bəndinə əsasən təmiz halda 400 qramdan artıq çəkidə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X12 Hojatollahın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ilə yanaşı, məhkəmədə verdiyi etirafedici, habelə şahidlərin ifadələri, “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə”, “şəxsi əşyaların götürülməsi barədə” protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitə və psixotrop maddələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, X12 Hojatollahın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X12 Hojatollahın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır və xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X12 Hojatollahın himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. X4rşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4-1-ci maddəsində isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxs X12 Hojatollahın törətdiyi əməllərin ictimaitəhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, X12 X25 Respublikası, Talış şəhəri, Pərəstu küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 Hojatollaha Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin, İran İslam Respublikasının vətəndaşı olmaqla, əcnəbi olduğuna və ona münasibətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. X12 Hojatollahın təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4 və 15.5-ci maddələrinə əsasən ağır və xüsusilə ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə əməllərin törədilməsində istifadə olunan alət və vasitə, cinayətin predmeti müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmunundan, cinayət işinin materiallarından, habelə məhkəmə istintaqı zamanı aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, X1suz olaraq əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayrıayrılıqda rəngli plastik su qablarında qablaşdırıb idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yük hissəsində tentlə yüklərin arasında qalan boşluqda Bakı şəhərinə gətirməli olduğu “plastik mətbəx əşyaları və şüşə qablar” yükünün arasında gizlədib saxlamış, bununla da, həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi nəqliyyat vasitəsində gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Həmin yük nəqliyyat vasitəsinə birləşdirilmiş qoşqunun rezin tentlə örtülməsi, dirəklərinin kustar üsulla hazırlanmaması, qoşqunun sağ tərəfinin orta hissələrində tentlə yüklərin arasındakı boşluqlar digər eyni tipli qoşqularda olan zavod üsulu ilə hazırlanmış hissələr olmasına baxmayaraq, nəqliyyat vasitəsinin konstruksiyasına görə həmin hissələr boş qalmalı olduğu halda, narkotik vasitə və psixotrop maddə plastik su qablarında qablaşdırıb həmin boşluq hissədə gizlədilmiş və qanunsuz olaraq sərhəddən keçirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının “xüsusi müsadirə məsələsi ilə bağlı hökmün xüsusiyyətləri”ndən bəhs edən hissəsində göstərilir ki, cinayət prosesində xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Cinayət-Prosessual Məcəllənin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, həmin Məcəllənin 353.4.11-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması) əsaslandırılmalıdır. 2005-ci il tarixli Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir (məsələn, qaçaqmalçılıq cinayətinin törədilməsi zamanı malların gömrük sərhədindən gizli keçirilməsi üçün xüsusi düzəldilmiş saxlanc yeri ilə təchiz olunmuş avtomobil, qanunsuz balıq ovu üçün istifadə edilmiş və yaxud nəzərdə tutulmuş avadanlıq, saxta pulun hazırlanması üçün istifadə olunmuş və yaxud nəzərdə tutulmuş texniki qurğular və s.). Beləliklə, müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X12 Hojatollah ittiham olunduğu cinayət əməllərini idarə etdiyi “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən istifadə etməklə, yəni narkotik vasitə və psixotrop maddəni həmin nəqliyyat vasitəsinin yük qoyulması üçün nəzərdə tutulmayan hissəsində gizlətməklə qanunsuz olaraq, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və qeyd olunan kütlələr gömrük yoxlaması zamanı həmin yerdən aşkar edilərək götürülmüşdür. Belə olan halda, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Azterminalkompleks” Birliyinin Astara şəhərində yerləşən dayanacaq terminalında saxlanılan “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibiə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, X12 Hojatollahın idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqu hissəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4064,5 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 867,7 qram olan psixotrop maddə metamfetamin məhv edilməli; ona məxsus “Samsung Galaxy A01 Core” və “Samsung Galaxy A52S 5G” modelli mobil telefonlar üzərlərində olan iki ədəd sim kartı ilə birlikdə cəzasını çəkib qurtardıqdan sonra onun özünə qaytarılması üçün hazırda saxlanıldığı istintaq təcridxanasına təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 192 manat (bir yüz doxsan iki manat) məbləğdə pul X12 Hojatollahdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, X12 Hojatollahın həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 08 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X12 Hojatollah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4-1-ci maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X12 Hojatollaha cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X12 Hojatollah cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X12 Hojatollahın həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyun 2024-cü il tarixdən hesablansın. X12 Hojatollaha Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin və əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilməklə, o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. X12 Hojatollahın Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 192 manat (bir yüz doxsan iki manat) məbləğdə pul X12 Hojatollahdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, X12 Hojatollahın idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqu hissəsindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4064,5 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 867,7 qram olan psixotrop maddə metamfetamin məhv edilsin; ona məxsus “Samsung Galaxy A01 Core” və “Samsung Galaxy A52S 5G” modelli mobil telefonlar üzərlərində olan iki ədəd sim kartı ilə birlikdə cəzasını çəkib qurtardıqdan sonra onun özünə qaytarılması üçün hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilsin və bununla əlaqədar olaraq, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Azterminalkompleks” Birliyinin Astara şəhərində yerləşən dayanacaq terminalında saxlanılan “Kamaz” markalı, 91AD831/91AD832 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. X12 Hojatollah barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-723/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-723/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver