Məhkəmə qərarları › İş №1(099)-724/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-724/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-724/2023 06.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X8 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3508,0 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 16,4 qram olmaqla külli miqdar təşkil edən üzərində“Methadone 40” göstəricisi olan 41 ədəd konvalyutda ümumilikdə 410 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini məlum olmayan mənbədən və vaxtda əldə edib, daşıyaraq yaşadığı Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evində və üzərində saxlamış, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il, saat 00:10-da Şirvan şəhəri, M.İbrahimov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd bükümdə 61,40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd konvalyutda ümumilikdə 10 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon tərkibli həblər əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən, saat 02 radələrində yaşadığı evdə keçirilmiş baxış zamanı isə 01 ədəd bağlamada təmiz çəkisi 3446,60 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli, dairəvi formalı eyni tərkibli narkotik vasitə metadon həbləri isə yaşadığı evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, polis əməkdaşları 26 aprel 2023-cü il tarixdə saat 01-02 radələrində onun evinə gəlmiş, həmin vaxt onun evində 250-300 qram marixuana olmuşdur. Həmin marixuananı evində öz istifadəsi üçün saxlamışdır. Polis əməkdaşları onu evdə tutduqdan sonra polis şöbəsinə aparmışlar. Orada onu döydüklərinə, oğlunun da boynuna narkotik vasitə qoyacaqları ilə qorxutduqlarına görə yazılanlara imza etmişdir. Onun ittihamda göstərilən narkotik tərkibli dərmanlardan və digər miqdarda qurudulmuş marixuanadan xəbəri yoxdur. İranlı ilə əlaqəsi olmamışdır. Polis əməkdaşları onu küçədə tutmamışlar. Şirvan ŞPŞ-də onu döyüb ittihamda göstərilən digər narkotik vasitələri boynuna qoymuşlar. Müdafiəçi ilə təmin olunsa da ona təsir və təzyiq göstərilməsi barədə qorxusundan müdafiəçiyə bir söz deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən eyni səbəbdən bu barədə məhkəmədə hakimə də bir söz deməmiş, döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Qardaşı birinci Qarabağ müharibəsində şəhid olmuşdur və himayəsində 80 yaşlı xəstə anası və biri yetkinlik yaşına çatmayan olmaqla üç övladı vardır, bir oğlu müddətli hərbi xidmətdə, digəri isə tələbədir və bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində polis şöbəsində olarkən ona təzyiq və təsir göstərilməsi, aşkar olunmuş narkotik maddələrdən yalız 250-300 qram marixuananın ona məxsus olması, onu öz istifadəsi üçün əldə edib saxlaması, polis əməkdaşlarının onu küçədə deyil, evdə tutmaları barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmış və tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə onlara Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Şirvan şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, odur ki, həmin şəxsin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat tədbiri nəticəsində 26 aprel 2023-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs, Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 22 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. O, Şirvan ŞPŞ-nin inzibati binasına gətirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilmişdir.Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif edilmiş, təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni çıxarıb masanın üzərində qoymuşdur. Qurudulmuş marixuana tərəzidə çəkildikdən sonra həmin kütlələr qablaşdırılmışdır. Onun üzərindən qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs, həmçinin Şirvan şəhərində yaşadığı evdə narkotik maddə olduğunu bildirmiş və həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.İbrahimov küçəsindəki evinə getmişlər və evə baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs özü və həyat yoldaşı da iştirak etmilər. Baxış zamanı Təqsirləndirilən şəxs evdə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 400 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim etmişdir. O, verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan “Əhməd” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış və evə baxış müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş, Təqsirləndirilən şəxs qarşı təzyiq və təsir olmamışdır. Onun evinə və həyətinə özünün və həyat yoldaşının iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitədən ailəsinin məlumatı olmadığını bildirmişdir. Onun həyat yoldaşı isə verilən suallara cavab olaraq evdə narkotik vasitə olmasından məlumatı olmadığını demişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamış, onun narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılandan sonra narkotik vasitə satışı ilə məşğul olmasını özü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Şirvan şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şəxsin ifşa olunması məqsədilə əməliyyat tədbiri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə saat 00:10 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsində piyada hərəkət edərkən saxlanılaraq Şirvan ŞPŞnin inzibati binasına gətirilmişdir. O, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 10 ədəd metadon həblərinə bənzər kütləni çıxarıb masanın üzərində qoymuşdur. Qurudulmuş marixuana çəkisi müəyyən edildikdən sonra həmin kütlələr qablaşdırılmışdır. Onun üzərindən qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs, həmçinin Şirvan şəhərində yaşadığı evdə narkotik maddə olduğunu bildirmiş və həmin evə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 22 ünvanınına gedib evə baxış keçirmişlər. Baxışda Təqsirləndirilən şəxs özü və həyat yoldaşı da iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evdə yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 400 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim etmiş, aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı olan “Əhməd” adlı şəxsin vasitəsi ilə Yardımlı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü bildirmişdir. Onlar Təqsirləndirilən şəxs evinin yanında saxlamış, o, müdafiəçi ilə təmin olunmuş, şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ona təsir göstərilməmişdir. O, ailəsi ilə hədələnməmiş, evinə və həyətinə özünün və həyat yoldaşının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, heç bir etirazı olmamışdır. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə şəxsi axtarış və götürmə, evə baxış və götürmə istintaq hərəkəti aparılmasını özündə əks etdirən 02 ədəd kompakt diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 1(bir) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 10 (on) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlənin, həmçinin onun yaşadığı evdə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1(bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 400 (dörd yüz) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlənin aşkar olunaraq götürülməsi, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təqdim etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 1(bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 10 (on) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**- ** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd açar, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 77 (yetmiş yeddi) manat pul aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş evə baxış və götürmə aparılması haqqında 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 22 ünvanında yaşadığı evdə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1(bir) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 400 (dörd yüz) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 6/2412 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi....” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdəüzərində “Methadone 40” göstəricisi olan 1 ədəd konvalyutda ümumilikdə 10 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər vəüzərində “Təqsirləndirilən şəxs yaşadığıünvanda...” sözləri, soyad və imzalar qeyd edilmiş bağlamada üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadondur, ümumilikdə 410 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 16,4 qram (üzərindəki göstəricilərəəsasən bir ədəd həbdə 0,04 qram) olması müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 26 aprel 2023-cü il tarixli, 7/594 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” yazı və imzalar olan zərfdə 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda təmiz çəkisi 61,40 qram bitki mənşəli kütləçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs yaşadığıünvanda.....” yazı və imzalar olan bağlamada təmiz çəkisi 3446,60 qram bitki mənşəli kütləçətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 28iyul 2023-cü il tarixli, 4809 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli, 1373 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı adını Əhməd kimi bildirdiyi şəxsin şəxsiyyətini müəyyən edib istintaqa təmin etmək mümkün olmamış, alınmış məlumatlarla təsdiq olunmuş ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə metadon həbləri vəçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın istifadəsi, üzərində və yaşadığı evdə satış məqsədi ilə saxlaması, eləcə də, Şirvan şəhəri ərazisində həmin narkotik vasitənin satışı ilə məşğul olmuş, lakin onun konkret olaraq narkotik vasitə satdığışəxs vəşəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə metadon həbləri vəçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən və yaşadığı evdə saxlamasından ailə üzvlərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Şirvan şəhər mərkəzi xəstəxanası” X6 arayışından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində profilaktik qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞnə daxil olmuş tələbnaməyə verilən cavabdan və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 (doqquz) ay 10 (on) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin 29 sentyabr 2023-cü il tarixli 3-43-87/2-275/2023 №-li arayışından görünür ki, şəhid X3 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1993-cü il tarixdən X2, onun ailəsi Şəhid ailəsi hesab edilir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının və yaşlı anasının olmasını, həmçinin şəhid ailəsinin üzvü olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 08 avqust 2017-ci il tarixli hökmünə əsasən yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən ödənildiyindən onun əməlləri cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 3507,90 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 399 ədəd metadon həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd kompakt diskin isə cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 3507,90 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 399 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar