Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-724/2024 29.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 avqust 1970-ci ildə ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqdarda 2416,532 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin həyətində olan təndirxanada saxlamış, həmçinin tərkibində narkotik maddələr (komponentlər) olan narkotik tərkibli çətənə (kannabis) növünə aid bitki toxumlarını yaşadığı evin həyətində olan bostan bitkilərinin arasında qanunsuz olaraq əkmiş, əkdiyi toxumlardan cücərmiş 48 ədəd çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, 22 iyun 2024-cü il tarixdə, saat 15:30da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,358 qram və 3,174 qram olmaqla ümumi təmiz çəkisi 6,532 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 16 radələrində yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı ümumi təmiz çəkisi 620,0 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli 48 (qırx səkkiz) ədəd çətənə (kannabis) bitkiləri yaşadığı evin həyətindən olan bostan bitkilərinin arasından, 01 ədəd qara rəngli bağlamada, təmiz çəkisi 2410,0 qram olan narkotik vasitə qurudulmuş marixuana həyətdə olan təndirxananın içərisindən, divara söykənmiş taxta parçasının arxasından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əməliyyat zamanı həyətinə baxış keçirilərkən Rail və Həsən adlı əməliyyatçılar ona yaxınlaşıb demişlər ki, “bu cinayət külli miqdar gedir, biz isə sənə kömək məqsədilə cinayəti yüngülləşdirmək istəyirik”. Demiş ki, “necə”. Onlar isə demişlər ki, “sənə -1 verəcəyik”, özünün isə maddələrdən başı çıxmır, demişlər ki, “sənə bir büküm veririk, apar qoy evinin küncünə, iki dənə də kibrit qutusu verəciyik qoyarsan cibinə çəkiliş edək, bu sənin maddəni yüngülləşdirəcək”. Onlardan “sroka” göndərildiyini soruşduqda isə, demişlər ki, “ayıb deyil biz bunları sənə köməklik məqsədilə edirik”. Özü isə polislərlə razılaşmışdır. Sonra isə şöbəyə getmişlər. Orada narazılıq etdikdə əməliyyatçılar ona razılaşdıqlarını demişlər. Özü isə şokda olduğundan heçnə deyə bilməmişdir. Sonra onu çölə çıxarmışlar. Əməliyyatçı Həsən gəlib demişdir ki, “bəs razılaşmışdın, indi sənin üstündə mənə töhmət verəcəklər, boynuna götürməsən ailəni də gətirəciyik şöbəyə”. Özü isə arvadının məktəbdə müəllimə işlədiyini, bunun yaxşı nəticələrə səbəb olmayacağını düşünüb razılaşmışdır. Sonra isə özünü yuxarı aparıb, iki kibrit qutusu vermişlər ki, cibinə qoysun. Həmin vaxt tərəzi də vermişlər, lakin onu götürməmiş, demiş ki, “bunu yığışdırın”. Yuxarıda çəkiliş olmuş, nə demişlər onu da təkrar etmişdir. Sonra isə onu təzədən kəndə aparmışlar. Orada əkinlərini çıxarmışlar. Əvvəlcədən isə balaca bükümü hara qoyduqlarını demişlər. Lakin gedib baxanda görmüş ki, bir meşokdur, şoka düşmüşdür. Sonra isə ailəsini gözünün qabağına gətirib boynuna götürmüşdür. Çəkiliş də isə nə deyiblərsə onu da demişdir. 48 ədəd kolu isə təzə əkmişdir, öz istifadəsi məqsədilə əkmişdir. Həmin kolları elə öz həyətində əkmişdir. Narkotiki isə ona qabaqcadan demişlər ki, “həyətdə təndirxanaya qoymuşuq”, amma gedib götürəndə görmüş ki, böyük bükümdü. Çəkiliş zamanı dediklərini isə özləri təyin etmişdir. İki kibrit qutusun isə şöbədə vermişlər, onları ayrıca qoymuşlar. Saxlanılarkən isə üstündə və evində narkotik olmayıb, onda yalnız əkin olub. Onu evinə gələrkən məhəllədə tutmuşlar, tutan kimi də evinə gətirmişlər, həyətə baxış keçirmişlər. Kolları həyətdə görmüşlər. Sonra isə şöbəyə aparıb orada çəkiliş etmişlər. Bu barədə heç bir şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə heçnə deməmişdir. Lakin Kürdəxanıda ona təsəlli vermişlər ki, “qorxma düzünü de”. Bu səbəbdən də məhkəməyə olanları deyir. Müstəntiq isə ona heç bir təsir təzyiq göstərməyib. Məhkəmədə dedikləri doğrudur. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə isə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 il müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, digər narkotik vasitə növlərindən istifadə etməmiş, təxminən 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı vaxtda yenidən istifadə etmək üçün qurudulmuş marixuana almaq məqsədilə Lənkəran şəhəri Böyük bazar adlanan əraziyə yola düşmüş, Lənkəran şəhəri Böyük bazar adlanan əraziyə çatdıqdan sonra əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı aldığı, adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsə qurudulmuş marixuana almaq istədiyini demiş, həmin şəxs ona 100 manata bir bağlamada narkotik vasitə qurudulmuş marixuana vermiş, daha sonra yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə geri qayıtmış, yaşadığı evdə olduğu zaman aldığı qurudulmuş marixuana kütləsinin içərisindən çətənə bitkisinin toxumlarını olduğunu görmüş, həmin toxumların sayı təxminən 50 dənə olmuş, həmin toxumları əkib özü üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəlmiş, bir müddət həmin aldığı qurudulmuş marixuana kütləsindən istifadə etmiş, həmin narkotik vasitə kütləsinin bitəcəyindən ehtiyat edib içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan bağlamanı həyətində təndirxanada gizlətmiş, 2024-cü ilin may ayının əvvəllərində narkotik vasitə qurudulmuş marixuana kütləsinin içərisində olan toxumları dənə-dənə olmaqla yaşadığı Astara rayonu Ərçivan qəsəbəsindəki həyətində ayrı-ayrı yerlərdə digər bitkilərin arasında əkmiş, bir müddət keçdikdən sonra artıq əkdiyi çətənə bitkisinin kollarının cücərməyə başladığını müşahidə etmiş, 22 iyun 2024-cü il tarixdə saat 15 radələrində öz istifadəsi üçün həyətində gizlətdiyi bağlamanın içərisindən götürdüyü və kibrit qutularına yerləşdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan şalvarın cibinə qoyub evi tərk etmiş, Astara rayonu Ərçivan qəsəbəsində küçədə hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu demiş, o dərhal polislərin üzərində olan narkotik vasitəyə görə ona yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu demiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə müdafiəçi Allahverən Əbilovun iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı masanın üzərində qoymuş, daha sonra təhqiqatçı tərəfindən 2 (iki) ədəd kibrit qutusuna baxış keçirilən zaman onların içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, daha sonra polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə yaşadığı Astara rayonu Ərçivan qəsəbəsindəki həyətinə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı ona əkdiyi çətənə bitki kollarını və şəxsi istifadəsi üçün saxladığı qurudulmuş marixuana kütləsini təqdim etməyi təklif etmiş, həyətinin giriş qapısının sol tərəfində yerləşən bağda ayrı-ayrı yerlərdə digər bitkilərin arasında əkdiyi ümumilikdə 48 ədəd olan çətənə bitkisinin kollarını təqdim etmiş, həmin kollar polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq zərflərdə qablaşdırılmış, bundan əlavə baxış zamanı həyətinin giriş qapısından sol tərəfdə yerləşən təndirin yanında divara söykənmiş taxtanın arxasında gizlətdiyi bir ədəd bağlamanı polis əməkdaşlarına təqdim etmiş, həmin bağlamaya baxış keçirilən zaman içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, daha sonra aşkar edilmiş qurudulmuş marixuana kütləsi qablaşdırılaraq üzəri möhürlənmiş, şəxsi axtarış zamanı təqdim etdiyi 02 (iki) bükümdə narkotik vasitə qurudulmuş marixuana kütləsini həyətində bağlamada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuana kütləsinin içərisindən öz istifadəsi üçün götürmüş, 2024-cü ilin may ayında isə həmin qurudulmuş marixuana kütləsinin içərisindən aşkar etdiyi toxumları əkərək çətənə bitki kolları yetişdirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini şöbədə ona dediklərini və özünün də necə deyiblərsə elə yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyun 2024cü il tarixdə adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması, yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması və həmin tarixdə, saat 15 radələrində yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində olacağı barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 22 iyun 2024-cü il tarixdə, təxminən saat 15 radələrində şöbənin digər əməkdaşları – Şahid2 və Şahid3 ilə birlikdə avtomobillə Mehmanın yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə – Mehmanın evinin yaxınlığına getmiş, Mehmanın evinin yaxınlığında gözləmə mövqeyində dayanmış ətrafı nəzərdən keçirməyə başlamışlar, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal yaxınlaşaraq, Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər, Astara RPŞ-yə gəldikdən sonra müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Mehmanın üzərində axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Mehman əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, Mehmanın təqdim etdiyi 02 ədəd kibrit qutularına baxış keçirilən zaman onların içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, daha sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütlələri kibrit qutuları ilə birgə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana kütlələrinin özünə məxsus olduğunu, həmin kütlələri öz şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq məqsədinin olmadığını demiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən həyətə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının sol tərəfində yerləşən bağda digər bitkilərin arasında əkibbecərdiyi 48 ədəd narkotik xassəli bitkiləri təqdim etmiş, daha sonra həmin bitkilər qablaşdırılmasından ötrü dartılaraq diblərindən çıxarılmış, bundan sonra Təqsirləndirilən şəxs həyətin giriş qapısında sol tərəfdə yerləşən təndirxanada, divara söykənmiş taxtanın arxasında qara rəngli bağlamada olan narkotik vasitə qurudulmuş marixuana kütləsini təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş çətənə bitkilərinin toxumlarını 2024-cü ilin may ayında əkdiyini, narkotik vasitə qurudulmuş marixuanadan 20 il istifadə etdiyini demişdir. Onun barəsində narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumatları olmamış, Mehmanın barəsində yalnız istifadəçi olması barədə məlumatları olmuşdur. Mehman narkotik vasitənin uzun illər istifadəçisi olmuş, Mehmanın satış məqsədilə narkotik vasitələr əldə etməsi barədə onlarda heç vaxt məlumat olmamışdır. Mehman yalnız kultivasiya edərək, narkotik istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar ifadə vermişdir. İşdə olan Astara RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 3) İşdə olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin CAB-in rəis VMİE Elmir Məstiyev tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5-6) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 12) İşdə olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, 22 iyun 2024-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüşdür. (c 1, i.v 24-26) İşdə olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evin həyətyanı sahəsinə Astara RPŞ-nin əməkdaşlarının baxış keçirilməsinə etiraz etmir. (c 1, i.v 27) İşdə olan 22 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və videoçəkilişdən görünür ki, 22 iyun 2024-cü il tarixdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Ərçivan qəsəbəsindəki həyətinə baxış keçirilən zaman həyətin giriş qapısından sol tərəfdə yerləşən bağda bostan bitkilərinin arasında 48 ədəd narkotik xassəli çətənə bitkisi aşkar olunmuş, baxışda iştirak edən Astara rayon Bitki Mühafizəsi və Fomiqasiya Mərkəzinin rəisi X4 48 ədəd kolların narkotik xassəli çətənə bitkisi olduğunu, onlara aqro-texniki qaydada qulluq göstərildiyini, halhazırda diblərinin yaş və təmiz olduğunu, ölçülərinin 20-1,20 sm olduğunu bildirdi. Həmin bitkilər ekspertizaya göndərilməsindən ötrü dartılaraq yerdən çıxarılmış və 01 ədəd kisəyə qoyularaq elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0,800 kq olması müəyyən edilmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs evin həyətinin giriş qapısından sol tərəfdə yerləşən təndirxanada divara söykənmiş taxtanın arxasında qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüş, 01 ədəd kisəyə qoyularaq elektron tərəzidə çəkildikdən sonra çəkisinin 4,020 kq olması müəyyən edilmişdir. (c 1, i.v 28-31) İşdə olan 22 iyun 2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Astara rayonu Ərçivan qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı həmin həyətdə bostan bitkilərinin arasında toxum vasitəsilə əkilmiş və aqrotexniki qulluq göstərilmiş cəmi 48 ədəd narkotik xassəli çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kollarının hündürlüyü 20-120 sm olmaqla yaş halda çəkisi 0,800 kq olmuşdur. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış və qablaşdırılaraq şöbəyə aparılmışdır. (c 1, i.v 32) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 23 iyun 2024-cü il tarixli 19/513 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutusunda kütlələr.... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,358 qr; 3,174 qram olmaqla ümumi təmiz çəkisi: 6,532 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bağlama....” sözlər və imzalar olan bir ədəd kisənin içərisində olan torbadakı təmiz çəkisi: 2410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 48 ədəd narkotik tərkibli bitkilər.... "sözlər və imzalar olan kisədəki, ümumi sayı 48 (qırx səkkiz) ədəd, ümumi təmiz çəkisi: 620,0 qram olan yaş vəziyyətdə, hündürlükləri təxminən 25-90 sm olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərilərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutusunda kütlələr.... ” və “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bağlama.... ” sözlər və imzalar olan iki ədəd kisədəki ümumilikdə təmiz çəkisi: 2416,532 qram marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eyndirlər. Marixuananın ümumi çəkisi 2416,532 qram, tədqiqata sərf edildi – 0,3 qram, qalıq-2416,232 qram. Çətənə bitkilərinin ümumi çəkisi 620,0 qram, cəmi tədqiqata sərf edildi – 2,4 qram, qalıq-617,6 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c İ, i.v 42-45) İşdə olan Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(018)-40/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyun 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 81-84) İşdə olan Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 5(018)-120/2024 nömrəli qərarından görünür ki, Astara RPŞ-nin CAB-ın rəisi VMİE Elmir Məstiyevin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 92-94) İşdə olan Məhkəmə-narkoloji ekspertiza üzrə 25 iyun 2024-cü il tarixli, 554 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 97) İşdə olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 203 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 99-100) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 112) İşdə olan xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Realme markalı mobil telefona baxış keçirilmiş, iş üçün mühüm əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar olunmamışdır. (c İ, i.v 113) İşdə olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell MMC”dən xx.xx.2024-cü il tarixdə 14785 saylı məktubla Astara RPŞ-nə daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat müəyyən edilməmişdir. (c İ, i.v 116-117) İşdə olan xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspertiza tətqiqatından sonra qalıq qalan 2416,232 qram narkotik vasitə olan qurudulmuş marixuana kütləsi və 617,6 qram çətənə bitkisi kütləsi maddi sübut hesab edilmiş, saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (c İ, i.v 118-119) İşdə olan Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı və 2002, 2004 və 2005-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 126-128) İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onu konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. (c İ, i.v 129) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən özündə heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən həmin narkotik vasitə gətirilib üzərinə və yaşadığı evin həyətində olan təndirxanaya qoyulmuş, daha sonra təhdid edilmiş, nəticədə narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər və pis rəftar edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı təhqiqatçı və müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini, bu barədə şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, yaşadığı evin həyətində olan təndirxanaya, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tibbi müayinədən keçirilmiş və yuxarıda qeyd edilmiş ekspert rəyi ilə onun üzərində hər hansı bir xəsarətin aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının təhdidlərinə məruz qaldığını, təhdidlərin isə onun ailə üzvlərinin polis şöbəsinə gətirilməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 53-57) və xx.xx.2024-cü ildə (videoçəkilişlə), xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 68-73, 154-161) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 81-84) eləcə də üzərinə, fərdi yaşayış evinin həyətyanı sahəsində video-çəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs istifadə etmək üçün Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı aldığı, adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən 100 manata bir bağlamada narkotik vasitə qurudulmuş marixuana aldığını, daha sonra həmin qurudulmuş marixuana kütləsinin içərisindən çətənə bitkisinin toxumlarını olduğunu görüb, həmin toxumları əkib özü üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəldiyini, bir müddət həmin aldığı qurudulmuş marixuana kütləsindən istifadə etdiyi, həmin narkotik vasitə kütləsinin bitəcəyindən ehtiyyat edib içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan bağlamanı həyətində təndirxanada gizlətdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və həyətyanı sahəsində yerləşən təndirxananın içərisinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə törtədiyi cinayət əməllərini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. « Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin vasitənin xeyli miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda –ümumi təmiz çəkisi 216,532 qram olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin qurudulmuş marixuananı satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də təqsirləndirilən şəxs qurudulmuş marixuananı satış məqsədilə əldə etmədiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda qurudulmuş marixuananı kiməsə satması, ümumiyyətlə onun həmin maddənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda qurudulmuş marixuananı əldə edərkən, üzərində, yaşadığı evin həyətində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 12) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, aşkar edilmiş qurudulmuş marixuananı satış məqsədilə əldə etmədiyi barədə ifadə vermişdir. (cild 1, iş vərəqə 53-57, 68-73). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə xx.xx.2024-cü ildə CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş qurudulmuş marixuananın çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə, eləcədə baxış haqqında protokolu, aşkar edilmiş qurudulmuş marixuananın növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-bioloji ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuana əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarda ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin (psixotrop maddələrin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması göstərilir. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda qurudulmuş marixuananı qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin (psixotrop maddələrin) satışı ilə məşğul olması, narkotik vasitələrin (psixotrop maddələrin) satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri (psixotrop maddələri) kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin (psixotrop maddələrin) satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxs şəxsi istifadə üçün qurudulmuş marixuana əldə etmişdir. Belə əməl isə həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş qurudulmuş marixuananın külli miqdarda olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş metamfetaminə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 53-57; təqsirləndirilən şəxs – iş v. 68-73, 154-161; Şahid1 – iş v.108-111; Şahid3 – iş v.130-133; Şahid2 – iş v.134-137), telefon danışıqları məlumatları, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2024-cü il tarixli məktub – iş v. 129) ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki təndirxanadan aşkar olunmuş qurudulmuş marixuananı kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı üç aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2024cü il tarixli qərarı ilə 31 avqust 2024-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş qurudulmuş marixuananın ümumi kütləsinin külli miqdar 2416,532 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) olan Təqsirləndirilən şəxs həmin vasitəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni (psixotrop maddəni) satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin (psixotrop maddələrin) miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 22 iyun 2024-cü ildə aparılan şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki təndirxanadan iki ədəd kibrit qutusunda, bir ədəd bükümdə qurudulmuş marixuana istisna olmaqla, onun həmin vasitənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin (psixotrop maddənin) satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş qurudulmuş marixuananın ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitədən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə (psixotrop maddə) “ehtiyatı” olmadığı halda 2416,532 qram qurudulmuş marixuana əldə edib, üzərində və yaşadığı evin həyətindəki təndirxanada saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki təndirxanadan aşkar olunmuş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı işin faktiki hallarını ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin psixi və fiziki asılılıq olmaqla kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi)nə düçar olmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin (psixotrop maddələrin) satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə (psixotrop maddə) əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Astara RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2416,232 qram qurudulmuş marixuana, 617,6 qram 48 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Astara RPŞnin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 617,6 qram 48 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 2416,232 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-724/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-724/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver