Məhkəmə qərarları › İş №1(099)-726/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-726/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-726/2023 23.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1966-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Hacıqabul rayonu, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən tiryək xaşxaşı bitkisinin toxumlarını əldə edib 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı, Hacıqabul rayonu, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, 5 nömrəli fərdi yaşayış evinin həyətyanı bağ sahəsində həmin toxumları qanunsuz olaraq torpağa əkmiş və bu toxumlardan cücərib bitmiş, külli miqdarda-22 ədəd tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmişdir.Daxil olmuş məlumata əsasən 18 may 2023-cü il tarixdə, saat 19 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Hacıqabul rayonu, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, 5 nömrəli fərdi yaşayış evinin bağ sahəsinə baxış zamanı külli miqdarda-22 (iyirmi iki) ədəd narkotik tərkibli tiryək xaşxaşı bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 5-də fərdi yaşayış evində yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, bir gözündəki korluqla və bir ayağında olan xəstəliyi ilə bağlı 3-cü qrup əlildir. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir.Dəqiq xatırlamadığı tarixdə Hacıqabul şəhər qəbirstanlığın yanında sellofana bükülmüş vəziyyətdə sayını bilmədiyi qədər toxumlar tapmış və həmin toxumların gül toxumları olmasını güman edib saxlamışdır ki, bu toxumları həyətində əksin. 2023-cü ilin mart ayının əvvəllərində tapdığı toxumları gül toxumları kimi yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 5 ünvanında olan fərdi yaşayış evinin həyətində bağ sahəsində əkmiş və həmin toxumlardan cücərmiş 22 ədəd bitkilərin gül yox, xaşxaşı bitkiləri olduğunu görmüşdür.Həmin xaşxaşı bitkilərinə su verməklə qulluq etmişdir.O, 18 may 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında küçədə olarkən polis əməkdaları onu saxlayıb üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğu bildirilib Hacıqabul RPŞ-nə aparılmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik maddələr olmamışdır.Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində narkotik maddələr və ya başqa qanunsuz əşyalar aşkar olunmamışdır.Bundan sonra polis əməkdaşları onu yaşadığı evə (Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə) aparmış, daha sonra polis əməkdaşları özünün və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin bağ sahəsində gül bilib əkdiyi 22 ədəd xaşxaşı bitkisi polis əməkdaşları tərəfindən aşkar olunmuşdur.Həmin vaxt o, polis əməkdaşlarına həmin bitkiləri gül kolu kimi əkdiyini, bitkilər böyüdükdən sonra həmin bitkilərin xaşxaşı bitkisi olduğunu bildiyini demişdir.Polis əməkdaşları tərəfindən aşkar olunmuş 22 ədəd xaşxaşı bitkisi kökündən çıxarılıb qablaşdırılıb götürülmüşdür.Onun xaşxaşı bitkilərini əkməkdə heç bir məqsədi olmamış, sadəcə bu bitkiləri gül kolu kimi əkmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin bitkilər xaşxaşı bitkiləridir. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPŞ-nin əməkdaşıdır. 18 may 2023-cü il tarixdə ona Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün, axşam saatlarında əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılıb ona üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib Hacıqabul RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Zahid Salahov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində xaşxaşı bitkisi əkib-yetişdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı X6 Əlihüseynova həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin gün, axşam saat 19 radələrində onlar (polis əməkdaşları) Təqsirləndirilən şəxs yaşadığı ünvana (ünvan 1 digər polis əməkdaşları tərəfindən bir nəfər aqronom, vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində olan bağda 22 ədəd xaşxaşı bitkisi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş xaşxaşı bitkilərini özünün əkib-yetişdirdiyi bildirmişdir. Sonra aşkar olunmuş 22 ədəd xaşxaşı bitkiləri kökündən çıxarılıb qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 18 may 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin gün saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılıb Hacıqabul RPŞnə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən müdafiəçi Ağabba Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 18 may 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Zahid Salahov tərəfindən Təqsirləndirilən şəxs, müdafiəçi Ağabba Qədirov və aqranommütəxəssis Əliabbas Məmmədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 5 ünvanında həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin sahədə 22 ədəd xaşxaşı bitkilərinə oxşar bitkilər aşkar edilib qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 18 may 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə ünvan 2 ünvanında həyətyanı sahədə aşkar edilmiş, Təqsirləndirilən şəxs əkib-becərdiyi 22 ədəd bitkilər xaşxaşı bitkiləridir və onlara aqrotexniki qaydada qulluq edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 19 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ..” sözləri yazılmış 1 ədəd sintetik torbadakı 22 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi-7000,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilər aqrotexniki qaydada qulluq olunaraq becərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 19 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 22 ədəd tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Hacıqabul RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.Habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 27 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir pxisi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müaicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Onda özündən uydurmağa meyillilik hallarımüşahidə olunmadı, lakin siyuasiyanı öz xeyrinə yönəldib danışa bilər.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, Hacıqabul Bələdiyyəsinin 18 avqust 2023-cü il tarixli, 106 saylı məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 5 ünvanında 600.12 kv.m həyətyanı torpaq sahəsi Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2009-cu il tarixli, 91 saylı sərəncamı ilə Təqsirləndirilən şəxs ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” və “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Tiryək xaşxaşı növlü bitkilər”in ölçü vahidləri-sayı 11 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş əkilib-becərilməsi qadağan olunmuş 22 ədəd tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamşdır. İşdə olan, Hacıqabul şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə aid məlumatlar barədə 05 sentyabr 2023-cü il tarixli arayışla müəyyən edilir ki, xx xxxxxx 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ümumi xəstəlik-gözdən əlil olmaqla 3-cü dərəcəli əlildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Hacıqabul RPŞ-nin maddi sübutlar otağında saxlanılan 22 ədəd tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 22 (iyirmi iki) ədəd tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar