Məhkəmə qərarları › İş №1(099)-727/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-727/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-727/2023 28.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcadəbi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 02 il, 02 ay, 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin cəzasının 02 il 06 ayını çəkməmiş, Ağacabədi şəhəri, M.Aranlı küçəsi ev 170-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə əqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli hər biri ayrı-ayrılıqda külli miqdarda olmaqla 505 qram narkotik vasitə olan heroini və 2270 qram qurudulmuş marixuananı əldə edib həmin maddələri ayrı-ayrı bağlamalarda qablaşdıraraq yaşadığı ünvan 1 ünvanında yerləşən yardımçı tikilidə saxlamışdır. 08 may 2023-cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman tikilidə saxladığı 01 ədəd yapışqan lentlə bükülmüş bağlamada 505 qram narkotik vasitə heroin və 01 ədəd bağlamada 2270 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onda heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. 8 may 2023-cü il tarixdə saat 10-11 radələrində yaşadığı evdə olduğu zaman polis işçiləri evinə gələrək onu özləri ilə rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun qarşısına yarım kiloqramm heroin və 2 kiloqram 350 qram qurudulmuş marixunana qoyaraq həmin maddələrin özünə məxsus olmasını etiraf etməsini tələb etməklə onu döymüşlər. Polis işçiləri ondan əvvəlcə narkotik maddələri Bakı şəhərindən almasını deməsini tələb etmişlər. Lakin azadlığın məhdudlaşdırılması növündə cıza çəkdiyindən Bakı şəhərinə getməsinin elektron cihaz tərəfindən qeydə alınmalı olmasını düşünərək iranlının narkotik vasitələri gətirib Ağcabədi şəhərində yaşadığı küçəyə qoüması barədə ifadə verməsini tələb etmişlər. Polis işçiləri onu saxladıqları zaman üzərində şiprisdə 15 şkalada heroin olmuşdur. Qalan narkotik vasitələr isə polis tərəfindən qoyulmuşdur. Polis işçiləri onu 8 may 2023-cü il tarixdə polis şöbəsinə aparmaqla saat 16-17 radələrinə kimi oradada saxlamış və sonra özləri ilə yaşadığı evə gətirməklə videoçəkiliş aparmışlar. Polis şöbəsində saxlanıldığı müddətdə polis işçiləri onun yaşadığı evin həyətinə gələrək özləri ilə gətirdikləri narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini onun evinin həhətindəki tikiliyə qoymuşlar. Sonra isə onu polis şöbəsindən evinə aparmaqla videoçəkilişdən istifadə olunaraq evinin həyətindəki tikiliyə baxış keçirmiş və özlərinin qoyduqları narkotik vasitəni və psixotrop maddəni götürmüşlər. Onu məcbur etdiklərinə görə evinin həyətindəki tikilidə narkotik maddələr olan yeri göstərmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri əsasən sosial şəbəkədən tanıdığı, özünün iranlı kimi təqdim edən şəxsdən «whatsapp» vasitəsilə əlaqə saxlamaqla almışdır. İranlı Ağcabədi rayonunda müxtəlif yerlərdə narkotik vasitələri qoyub ona yerlərini demişdir. O isə iranlının dediyi yerlərə gedib narkotik maddəni götürürmüşdür. Son dəfə tutulduğu gündən təxminən 4-5 gün əvvəl həmin iranlı ilə yenidən “whatsapp” vasitəsilə əlaqə saxlamış, ona heroin və nəşə kimi tanıdığı qurudulmuş marixuana satmasını demişdir. İranlı ilə razılaşaraq onun dediyi bank kartına 400 manat pul köçürmüşdür. Sonra iranlı narkotikin evinin yaxınlığındakı daş hasarın yanında olduğunu bildirmişdir. Həmin yerə gedərək narkotik maddələri götürmüşdür. Onlar qara sellofanda olmuş və yapışqan lentlə bağlanmışdır. Həmin narkotik maddələri özü ilə gətirdiyi paketə qoyub piyada yaşadığı evə qayıtmış və evin həyətində olan yardımçı damda balaca gizlin bir yerdə gizlətmişdir. O, həmin bağlamanın içinə baxmışdır. İçində heroin və marixuana olduğunu görmüşdür. O, iranlıdan aldığı heroini və marixuananı öz istifadəsi üçün almışdır. 08 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı M.Aranlı küçəsində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polislər onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olmağını və yaşadığı evə baxış keçirilməli olduğunu demişlər. O, da razılıq vermişdir. Onlar birlikdə yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə olan zaman o, 4-5 gün öncə iranlıdan aldığı narkotik maddəni gizlətdiyi yeri göstərmişdir. Onlar yardımçı tikiliyə girmişlər. Orada olan balaca gizlin yerdən iki ədəd bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Onlara həmin bağlamalardan birində narkotik maddə olan heroin, digərində isə nəşə deyə bildiyi marixuana olduğunu demişdir. Həmin bağlamalar polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və marixuana olan bağlamanın çəkisi 2330 qram, digər heroin olan bağlama isə 560 qram çəkidə olması müəyyən olunmuşdur. Həmin iki ədəd bağlama polis əməkdaşları tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılmış və tərəflərindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2023-cü il tarixdə icraatına ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə külli miqdarda narkotik vasitələrin saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü evdə olmuşdur. Ona evində narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmasını, məlumatla əlaqədar həyətinə və yaşadığı evə baxış keçirmək istədiyiklərini demişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edib yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvü təhqiqatçı, polis baş leytenantı Elyar Bağıyev tərəfindən onun yaşadığı evə baxış keçirməyə başlamışdır. Baxışda Təqsirləndirilən şəxs da iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə varsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilinin içərisində taxta parçasının altından iki ədəd qara rəngli yapışqan lentlə bağlanmış bağlamaları çıxarıb təqdim etmişdir. İlkin olaraq nisbətən böyük olan bağlamaya baxış keçirilmiş, həmin bağlamanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra ikinci, nisbətən daha kiçik ölçüdə olan bağlamaya baxış keçirilmiş, həmin bağlamanın içərisində qəhvəyi rəngli, kəskin spesfik iyi olan narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Onlar Təqsirləndirilən şəxs 8 may 2023-cü il tarixdə saat 11 radələrində evindən polis şöbəsinə aparmamış, onu döyməmiş, saat 17 radələrinədək polis şöbəsində saxlamamış və özləri ilə yenidən evinə gətirməmimişlir. Təqsirləndirilən şəxs evinin həyətindəki tikiliyə narkotik vasitə və ya psixotrop maddə qoymamışlar. Ona heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 Sahib oğlu da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Baxış keçirilməsi haqqında 08 may 2023-cü il tarixli protokoldan və məhkəmə zalında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, həmin gün Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətinə və evinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü sərbəst olaraq yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilinin içərisində taxta parçasının altından iki ədəd qara rəngli yapışqan lentlə bağlanmış bağlamaları çıxarıb təqdim etmişdir. İlkin olaraq nisbətən böyük olan bağlamaya baxış keçirilmiş, həmin bağlamanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra ikinci, nisbətən daha kiçik ölçüdə olan bağlamaya baxış keçirilmiş, həmin bağlamanın içərisində qəhvəyi rəngli, kəskin spesfik iyi olan narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2330 qram olmuşdur. İçərisində narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 560 qram olmuşdur. Bundan sonra həmin bükümlər qablaşdırılmış, üzəri imzalandıqdan və Azərbaycan Respublikası DİN-nin 143 saylı möhürü vurulduqdan sonra ekspertizaya təqdim edilməsi məqsədilə götürülmüşdür. Məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 09 may 2023-cü il tarixli, 18/478-18/479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən götürülmüş 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 505,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2270 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 1031 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 387 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir, törətdiyi əməl barəsində anlaqlıdır, əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 19 may 2023-cü il tarixli, 590 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 02 ay 22 gün müddətinə azadlğının məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 03/23 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin cəzanın 02 ay 16 gününü çəkmiş, 02 il 06 ayını çəkməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsain satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə edərək daşımaqla yaşadığı evə aparması, evin həyətindəki yardımçı tikilidə saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs onda narkotik vasitə və psixotrop maddənin olmaması, onun yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə narkotik vasitəçnin və psixotrop maddənin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini inandırıcı hesab etmir, özünün müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və subut kimi qəbul etmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzay qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 504,9 qram narkotik vasitə heroin və 2269,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 504,9 qram narkotik vasitə heroin və 2269,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar