Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-728/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 08 avqust 1978-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağcabədi rayon məşğulluq idarəsində süpürgəçi işləmiş, məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında faktiki olaraq yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində özünə məxsus fermer təsərrüfatında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əldə etdiyi əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qəsdən küllü miqdar hesab edilən 41 (qırx bir) ədəd sayda qanunsuz olaraq əkib həmin toxumlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, həmçinin külli miqdarda, yəni, təmiz çəkisi 3 kiloqram 290,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq ədlə edib daşıyaraq Ağcabədi rayonu, Hindarx qəsəbəsində özünə məxsus fermer təsərrüfatında faktiki yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikili olan tövlədə bir ədəd torbada saxlamış, 12 iyul 2023-cü il tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri satmaq, istifadə etmək və kultivasiya etməkdə şübhəli bilinərək saat 17:20-dən başlayaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsində ayrı-ayrılıqda qəsdən, qanunsuz olaraq əkilmiş, küllü miqdar hesab edilən 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkiləri, eləcə də həyətyanı sahədə olan tövləyə baxış keçirilərkən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib, daşıyaraq saxladığı 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 3 kiloqram 290,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, iş üzrə ibtidai istintaq zamanı ifadələr verdiyini, həmin ifadələrini tam təsdiq etdiyini, ifadə verməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən əldə edirmiş. Təxminən 4 ay bundan qabaq yaşadığı Hindarx qəsəbəsində olan zaman səhər saatlarında qəbirstanlığın yaxınlığından keçirmiş. Həmin vaxt qəbirstanlığın içinə girmiş, orada giriş tərəfin yaxınlığında kolun dibində gözünə bir ədəd sellofan torba görünmüş, marağını cəlb etdiyi üçün yaxınlaşıb torbaya baxdıqda içərisində əvvəldən də istifadə etdiyi üçün tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmişdir. Bundan sonra ətrafda heç kimin olmadığını görüb həmin sellofan torbanı özü ilə yaşadığı evə gətirmişdir. Bildirir ki, o, Hindarx qəsəbəsində fermada yaşayır. Yaşadığı evdə tövlədə həmin sellofan torbanı gizlətmişdir. Sellofan torbanın içərisində isə narkotik vasitə olan qurudulmuş marixuananın toxumları var imiş. O, həmin toxumları öz həyətində əkməyə qərar vermişdir və həyətində çəpərə aldığı müxtəlif yerlərdə həmin toxumları əkmişdir, çünki tapdığı narkotik vasitə keyfiyyətli deyilmiş. Sonradan saydığı qədər 41 ədəd narkotik bitki əkmişdir. Mütəmadi olaraq həmin bitkilərə qulluq edir, dibini təmizləyir və su verirmiş. 12 iyul 2023-cü il tarixdə yaşadığı evdə tək olan zaman qapı döyülmüş, o, qapını açdıqda bir neçə nəfər şəxsin gözlədiyini görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə, eləcə də narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirmişlər və yaşadığı evə və fərdi yaşayış evinə baxış keçirəcəklərini demişlər. O da etiraz etməmiş və ərizə yazaraq yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə ilk olaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Ona sual olunmuşdur ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkmişdirsə əkdiyi yeri göstərsin. O da yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkisinin əkildiyi yeri göstərmişdir. Baxış zamanı onun əkdiyi çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, yaşadığı evin həyətyanı sahəsində çəpərə aldığı yerdən ümumi sayı 31 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki kolu aşkar edilmişdir. Bundan sonra həyətyanı sahədə digər bir yerdə də ümumi sayı 14 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki kolu aşkar edilmişdir. Bundan sonra baxışın davamı olaraq ona məxsus olan tövləyə baxış keçirilmişdir. Həmin tövlədən 4 ay əvvəl gizlətdiyi sellofan torba aşkar edilmişdir. Ondan polis əməkdaşları həmin sellofan torbada olan kütlənin nə olmasını soruşmuşlar, o isə qorxduğu üçün, eləcə də məsuliyyətinin ağırlaşacağını bildiyi üçün həmin torbada olan kütlənin ona məxsus olmadığını bildirmişdir. Lakin əsl həqiqətdə həmin narkotik vasitə onun özünə məxsusdur və həmin narkotik vasitəni Hindarx qəsəbəsində yerləşən qəbirstanlıqdan tapmışdır. Baxış zamanı polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 3385 qram olmuşdur. Bundan sonra aşkar edilmiş narkotik tərkibli bitkilər və narkotik vasitə qablaşdırılmışdır. Baxışın davamı olaraq yaşadığı fərdi yaşayış evinə və idarə etdiyi VAZ 2106 markalı avtomobilə də baxış keçirilmişdir. Evindən və avtomobilindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitəni əldə etməkdə məqsədi istifadə etmək olmuş, ümumiyyətlə narkotik vasitə satmamış və əkdiyi narkotik tərkibli çətənə kolunu da qurudub istifadə edəcəkmiş. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrini tam təsdiq etdiyini bildirmişdir. Daha sonra verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs aşkar edilmiş çətənə bitkilərinin polis əməkdaşları tərəfindən yaşadığı fermanın ərazisinə torpaq sahəsinə əkildiyini, saxlanılarkən özündə heç bir narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin gətirilib qoyulduğunu, daha sonra döyüldüyünü və sənədlərə imza etdiyini, əvvəlki məhkəmə baxışı iclaslarında isə bu barədə deməməsinə səbəb isə məhkəmənin də onlar tərəfindən olmasını düşünməsini, daha sonra saxlanıldığı təcridxanada bu barədə öyrədildikdən sonra danışmağa qərar verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərməsi, kultivasiyası ilə məşğul olması, eləcə də narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəfindən rəhbərliyə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. Həmin gün saat 17 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsinə, Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Bundan başqa həmin vaxt müvafiq rəy verməsi üçün aqronomda onlarla bərabər getmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Hindarx qəsəbəsi ərazisində özünə məxsus olan fermada yaşaması göstərilmişdir. Onlar da onun yaşadığı fermada olan evinə getmişlər, Raufu çağırmışlar. Rauf onlara yaxınlaşmışdır. Onlar Raufa xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, ona yaşadığı evə və həyətyanı sahəyə baxış keçiriləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkişi vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qarğı ilə hasara alınmış yerdən ümumilikdə 31 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmiş, aqronom həmin kolların aqrotexniki qaydada becərilməsini bildirmiş, daha sonra aşkar edilmiş kollar kökündən çıxarılmışdır. Bundan sonra baxış davam etdirilmiş və həyətyanı sahədən, dəmir məftillərlə hasara alınmış digər yerdən isə ümumilikdə 14 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları aşkar edilmiş, aqronom həmin kolların aqrotexniki qaydada becərilməsini bildirmiş, həmin kollar da öz kökündən çıxarılmışdır. Daha sonra baxış davam etdirilmişdir. Baxış zamanı həyətyanı sahədə olan tövlədən bir ədəd sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisində ağ rəngli polietilen torba aşkar edilərək göy rəngli sellofan torbanın içərisindən çıxarılmışdır. Həmin ağ rəngli polietilen torbaya baxış keçirilmiş, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə birlikdə yerə düzülmüşdür. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları bir yerdə sayılmış, sayı 41 ədəd təşkil etmişdir. Həmin çətənə kollarına oxşar bitki kolları ağ rəngli polietilen torbada qablaşdırılmış, üzəri yazılaraq möhürlənmişdir. Daha sonra həyətyanı sahədə olan tövlədən aşkar edilmiş kütlə göy rəngli polietlien torbaya qoyulmuş və yenidən çəkilmiş, qablaşdırılmışdır. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir təzyiq və təsir edilməyib, yaşadığı fermada baxış zamanı narkotik vasitə və çətənə kolları aşkar edilib, özü heç bir etiraz etməyib. Özü isə səmini etiraf edib, aqronom da rəy verib. Əkilmiş bitkilərin yanına da tərəfindən su çəkilmişdir. Yaşadığı fermaya narkotik vasitənin və bitkilərin polis əməkdaşları tərəfindən gətirilib qoyulması barədə bildirdikləri isə tamamilə yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar ifadə vermişdir. İşdə olan Ağcabədi RPŞ-nin CAB-in əməliyyat müvəkkili Siyavuş Əsgərovun xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli bitkilərin əkib becərməsi, kultivasiyası ilə məşğul olması, narkotik vasitələrin isyifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İşdə olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə, əməliyyat qrupunun tərkibinə Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis mayoru Şahid1, TB-nin təhqiqatçısı polis kapitanı X5, PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 daxil edilməsinə dair Ağcabədi RPŞ-nin CAB-in əməliyyat müvəkkili Siyavuş Əsgərov tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6) İşdə olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c 1, i.v 14) İşdə olan 12 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, video-çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qarğı ilə hasara alınmış yerdə 31 ədəd sayda yaş halda narkotik tərkibli çətənə koluna oxşar bitki kolları, bundan başqa həyətyanı sahədə olan dəmir məftillə hasra alınmış yerdən 14 ədəd sayda yaş halda narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları, eləcə də həyətyanı sahədə olan tövlədən isə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 3,385 kiloqram olmuşdur. Aşkar edilərək narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə götürülmüş və qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. (c 1, i.v 15-18) İşdə olan 12 iyul 2023-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Ağcabədi rayonu, Hüsülü kəndindən Hindarx qəsəbəsi istiqamətinə gedəndə asfalt yolun sol kənarında yerləşən yaşayış yerinə baxış keçirilmiş, baxış zamanı həyətdə əkilmiş, 45 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər aqrotexniki qaydada becərilmişdir. Bitkilər suvarılmış, alaq otları təmizlənmiş və bitkilərin gövdə ətrafı kultivasiya olunmuşdur. (c 1, i.v 22) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 32) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 13 iyul 2023-cü il tarixli 18/725 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan ümumi olaraq 01 ədəd sintetik torbada ümumi sayı 41 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 04 ədəd yaş vəziyyətdə təmiz çəkisi -50,0 qram olan açıq yaşımtıl rəngli bitki nümunələri qeyrinarkotik təbiətli bitkilərdir, narkotik təbiətli (tərkibli) bitki nümunələrinə aid deyildir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 41 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. 2. Tədqiqata təqdim olunmuş üzərindəki “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi -3290,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 3290,0 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq-3289,90 qram. Çətənə bitkilərinin ümumi çəkisi 700,0 qram, cəmi tədqiqata sərf edildi – 4,1 qram, qalıq-695,90 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 51-54) İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 5(017)-133/2023 nömrəli qərarından görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 12 iyul 2023-cü il tarixli qərarı və həmin qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilsin. (c İ, i.v 60) İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 4(017)-97/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyul 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 91-93) İşdə olan Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı və 2001-ci il təvəllüdlü oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 95-96) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 103) İşdə olan cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, 12 iyul 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 41 ədəd narkotik tərkibli çətənə kolları və 3 kiloqram 290 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi tərəfimizdən müəyyən edilmiş, lakin onun həmin narkotik vasitələri kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilsə də, onun kimə və ya kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri tək əkib-becərməsi müəyyən edilmişdir. (c İ, i.v 123) İşdə olan X2 18 avqust 2023-cü il tarixli, 1378 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioniddən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 168) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Publik Hüquqi şəxsi X6 Şöbəsinin 01 avqust 2023-cü il tarixli, 464 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağcabədi RMX PHŞ-dən verilmiş arayış), anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinələrin nəticələri sübut edir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. (c İ, i.v 170-172) İşdə olan 21 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən, tövlədən aşkar edilmiş ekspertiza tətqiqatından sonra qalıq çəkisi, 3289,90 qram qurudulmuş marixuana, eləcə də 41 ədəd sayda narkotik tərkibli çətənə kolları iş üzrə maddi sübut hesab olunmuş və saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 179-187) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: aşkar edilmiş çətənə bitkiləri polis əməkdaşları tərəfindən yaşadığı fermanın ərazisinə torpaq sahəsinə əkilmiş, saxlanılarkən özündə heç bir narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən həmin narkotik vasitə gətirilib qoyulmuş, daha sonra döyülmüş və sənədlərə imza etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər və pis rəftar edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aya yaxın müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində ona polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, yaşadığı fermaya narkotik vasitə qoyulmadığını və çətənə bitkiləri əkilmədiyini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs özü də məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının ona qarşı təzyiq və təsir etmədiklərini bildirmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, fiziki təzyiqin isə onun döyülməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 62-64) və xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 80-82, 152-154) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 91-93) eləcə də üzərinə, özünə məxsus fermer təsərrüfatında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində video-çəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs bir ədəd sellofan torba tapdığını, torbaya baxdıqda içərisində əvvəldən də istifadə etdiyi üçün tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildiyini, həmin sellofan torbanı özü ilə yaşadığı evə gətirib, tövlədə həmin sellofan torbanı gizlətdiyini, sellofan torbanın içərisində isə narkotik vasitə olan qurudulmuş marixuananın toxumları olduğundan, həmin toxumları öz həyətində əkməyə qərar verib və həyətində çəpərə aldığı müxtəlif yerlərdə həmin toxumları əkdiyini, mütəmadi olaraq həmin bitkilərə qulluq edib, dibini təmizləyib və su verdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Ağcabədi Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilməsi və həyətyanı sahəsində yerləşən yardımçı tikili olan tövləyə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Bundan başqa onun yaşadığı və nəzarətində olduğu Ağcabədi rayonu, Hindarx qəsəbəsində özünə məxsus fermer təsərrüfatında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilməsi barədə bildirdikləri isə ümumiyyətlə heç bir məntiqə sığmayan və ağlabatan hal deyildir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tərəfindən əkilməsi və həyətyanı sahəsində yerləşən yardımçı tikili olan tövlədən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış çətənə (kannabis) bitkiləri və narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə törtədiyi cinayət əməllərini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin içərisindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 3290,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana tədarük etməsi, eyni zamanda bununla bərabər həyətyanı sahəsində 41 ədəd də əlavə çətənə (kannabis) bitkilərinin tərəfindən əkilməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə qurudulmiş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 658 dəfə) çox olub külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin istehlak miqdarından və gündəlik istifadə dozasından dəfələrlə çox olması, bununla yanaşı əlavə olaraq da həyətyanı sahəsində 41 ədəd də çətənə (kannabis) bitkilərinin tərəfindən əkilməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qəsdən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq küllü miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın və 12(a)-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram külli miqdarının aşağı həddi isə 500 qramdır. Habelə həmin Qanunun «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 695,90 qram 41 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 3289,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsn ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 695,90 qram 41 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 3289,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-728/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-728/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver