Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-729/2023 15.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X9 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qəsdən tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni 14,816 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra – heroin) qanunsuz olaraq əldə edib 1 ədəd polietilen kəsiyi bükümüdə əynindəki şalvarın sol yan cibində və 2 ədəd gümüşü rəngli kağız bükümdə əynindəki şalvarın sağ yan cibində “Kent” markalı siqaret qutusununda daşıyaraq saxlamış, 21 may 2023-cü il tarixdə saat 11:45 radələrində Ağcabədi rayon polis şöbəsinin (bundan sonra - Ağcabədi RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 12:30-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində qəsdən tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi külli miqdar olan 14,460 qram və əynindəki şalvarın sağ yan cibində “Kent” markalı siqaret qutusunun içindən 2 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,166 qram, ümumi təmiz çəkisi külli miqdar olan, 14,816 qram cəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, üzərində hər hansı narkotik vasitə olmamışdır. 21 may 2023-cü il tarixdə səhər saatlarında evində yatarkən polis əməkdaşları onun evinə daxil olmuş və evində axtarış aparmağa başlamışlar. Lakin onun evindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Sonra onu Ağcabədi RPŞ-nin inzibati binasına aparmışlar və orada polis əməkdaşları onu döymuş, ona qarşı nalayiq hərəkətlər edəcəklərini demişlər. Buna görə də məcbur olub polis əməkdaşlarının verdiyi 15 qrama yaxın heroin barədə etirafedici ifadələr vermişdir. O, əvvəllər narkotik vasitə istifadə etmiş, üzərində 10-15 manatlıq heroin olmuş, lakin heç vaxt 15 qram çəkidə heroini olmamışdır. Saxlanılarkən isə ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitələri saxladığına görə məhkum olunmuşdur, lakin azadlığa çıxdıqdan sonra yenidən bir səhv edib narkotik istifadə etməyə başlamışdır. Əvvəllər məhkum olunduğu üçün verdiyi ifadələrin nəyə səbəb olacağını bilmiş, lakin polislərin təzyiqinə məruz qaldığına görə onların yazdığı ifadəyə məcbur olub imza etmişdir. Həmçinin videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən polislərin dediyi formada ifadə vermişdir. Polis əməkdaşarı tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə istintaq təcridxanasında olduğu müddətdə Ombudsmana, Baş Prokurorluğa və Ağcabədi rayon prokurorluğuna müraciət etmişdir. Lakin istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İfadəsində göstərildiyi kimi iranlı şəxslə danışmamış, ona hər hansı məbləğdə pul göndərməmiş, iranlı şəxs də ona hər hansı koordinat göndərməmiş, iranlı şəxsin göndərdiyi narkotiki götürməmişdir. Ona Ağcabədi RPŞ-nin Fuad, Şadiman və Vüqar adlı əməkdaşları işgəncə vermişlər. Onun şikayəti əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılmış, lakin nəticəsini bilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılan zaman polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı fikir bildirməmişdir. Lakin adlarını çəkdiyi polis əməkdaşları onun qoluna qandal vurub bel tutacağı (sapı) ilə onu asmışlar. Daha sonra ailə üzvlərini saxlayacaqları ilə hədələmiş, ona qarşı nalayiq hərəkətlər edəcəklərini bildirmişlər. O, Elxan adlı şəxslə cəza çəkdiyi müddətdə tanış olmuş, azadlığa çxdıqdan sonra Elxanla birlikdə bir neçə dəfə narkotik vasitə çəkmişdir. O, bir dəfə öz istifadəsində olan narkotikdən Elxana versə də sonuncudan hər hansı məbləğdə pul almamış, Elxana narkotik satmamışdır. Polis əməkdaşları onu evində tutmuşlar və bunu oğlu və qonşularından “Faxı” deyilən şəxs görmüşdür. 21 mayda onu polis əməkdaşları döymüş, bundan sonrakı günlərdə təzyiqlərə məruz qalmamışdır. 18 avqust 2023-cü ildə ona yenidən ittiham elan edilərkən etirafedici ifadə verməmişdir, lakin həmin ifadədə olan imza da ona məxsu deyil. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, üzərində narkotik vasitənin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 22 və 23 may tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə,yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, təxminən 10 il olar ki, narkotik vasitə alüdəçisidir, narkotik vasitə heroini falqada yandırıb tustusunu siqaret kimi çəkməklə və şpirislə damara vurmaqla isitifadə edir. Təxminən 3 il bundan əvvəl o sosial şəbəkədə Əli adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxslə instaqram vasitəsi ilə yazışmış, sonuncu ona narkotik vasitə lazım olarsa təşkil edə biləcəyini demiş, o, həmin vaxtlar Əli ilə danışıb onun dediyi hesab nömrəsinə pul göndərib narkotik vasitə almışdır. Sonuncu dəfə təxminən 1 ay bundan əvvəl o, Əli ilə yenidən danışmış və ona heroin lazım olduğunu demiş, Əli ilə danışıb razılaşmış ki, ona heroin göndərsin, daha sonra ona pul göndərər. Onlar 1000 manata razılaşmışlar. Bundan sonra Əli ona telefonda bir konum atmış, həmin konumla Bakı şəhərində 20 yanvar deyilən yerdən gedib hazırda xatırlamadığı yerdən siqaret qutusun içində olan 20 qram narkotik vasitə heroini götürmüşdür. O, həmin heroini götürüb Ağcabədi şəhərinə yaşadığı evə gətirmiş və hissələrə bölmüşdür. 2023-cü ilin may ayının əvvəllərində həmin heroindən təxminən 1 qram çəkidə cəzaçəkmə müəssisəsində tanış olduğu Ağcabədi şəhər sakini Elxana vermiş, lakin pulunu almamışdır. Bundan sonra qalan hissəsindən istifadə etməyə başlamışdır. 21 may 2023-cü il tarixdə təxminən saat 11-12 radələrində o narkotik vasitəni əynində olan şalvarın cibinə qoyub yaşadığı küçəyə çıxmış, yaşadığı evin qarşısına çıxan zaman polis əməkdaşları onu saxlatmış və Ağcabədi RPŞ-yə gətirmişlər. Orada ona üzərinə şəxsi axtarış keçirilmiş, o da əynində olan şalvarın sağ yan cibində sağladığı 1 ədəd polietelin bükümdə heroin və əynində olan şalvarın sağ yan cibindən «Kent» markalı siqaret qutusunun içində saxladığı 2 ədəd kağız bükümdə olan heroini təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən də narkotik vasitəni Əli adlı İran İslam Respublikası vətəndaşından aldığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə və psixotrop maddə qəbul etməyini heç kim bilməmişdir. O, əldə etdiyi narkotik vasitədən tanışı Ağcabədi şəhər sakini Elxana təxminən 1 qram çəkidə vermiş, başqa heç kimə vermədiyini göstərmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmiş, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Rahul Quluzadədən başqa həmin halı kimsə görməmiş, onun yanında heç kəs olmamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmamış, sonuncu dəfə aldığı narkotik vasitədən satıb pul əldə etmək istədiyini bildirmişdir. O, əvəllər qəbul etdiyi narkotik vasitəni kimdən, hardan necə əldə etdiyini xatırlamadığını, sonuncu dəfə Əli adlı şəxsdən aldığını bildirmişdir. Əli ilə sosiyal şəbəkədə tanış olduğunu, şəxsi olaraq tanımadığını, ancaq telefonda yazışdıqlarını göstərmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində belə ifadə vermişdir. Həmçinin cinayət işi materialları ilə tanış olarkən həmin protokola özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini ona görə qeyd etmişdir ki, o, narkotik vasitələrdən istifadə edir və buna görə məsuliyyət daşıdığını fikirləşib həmin protokola yuxarıda bildirdiyi kimi qeydlər yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 may 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, məlumatla əlaqədar o və digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Ağcbədi şəhəri “SMU” ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd polietilen kəsiyi bükümündə büküm, sağ cibindən isə 1 ədəd «Kent» markalı siqaret qutusu çıxarıb təqdim etmiş, polietilen kəsiyi bükümündə heroinə bənzər kütlənin olduğu aşkar olunmuş, daha sonra siqaret qusu açılıb baxılmış, içərisindən siqaretin gümüşü falqasına bükülmüş 2 ədəd bükümdə də heroinə bənzər kütlə ümumilikdə 15 qrama yaxın heroin olduğu müəyyən olunmuşdur. Həmin bükümlər kağız zərfdə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs, tərəflərindən 21 may 2023-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində saxlanılarkən onun yanında heç kim olmamış, tərəflərindən keçirilmiş tədbirlər zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olmuş, həmçinin Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl tanışı Elxan adlı şəxsə narkotik vasitə verməsi müəyyən olunmuşdur. Bundan başqa o, bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı nə o, nə də digər polis əməkdaşları hər hansı fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs o, tutduğundan və onun əməliyyat məlumatı ilə azadlığı məhdudlaşdırıldığından Təqsirləndirilən şəxs onun tərəfindən döyülməsini bildirir. Təqsirləndirilən şəxs üzərinə heç bir polis əməkdaşı narkotik vasitə qoymamışdır. Narkotik vasitə Hafizə məxsus olmuşdur. Təqsirləndirilən şəxs evində saxlanılmasını bildirsə də reallıqda o, yaşadığı evin yaxınlığında küçədə saxlanılmışdır. Hafizdən narkotik aldığını deyən bir şəxsi də özü saxlamışdır, həmçinin Hafiz Elxan adlı şəxsə də narkotik vermişdir. Təqsirləndirilən şəxs Ağcabədi rayon sakini kimi tanımış, Ağcabədi rayonunda narkotik satışı ilə məşğul olan şəxslərin kompakt yaşadığı “SMU” deyilən ərazidə yaşamış və narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxsa qarşı nə özü, nə də başqa bir şəxs tərəfindən fiziki zor tətbiq edilməmiş, ona hər hansı hədə-qorxu gəlinməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər, eləcə də ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ağacabədi şəhər MKTB-də işləyir və işə hər gün təxminən saat 09 radələrində gedir. Tarixi dəqiq yadında qalmasa da təxminən 2023-cü ilin may ayında da yaşadığı evdən çıxıb işə gedərkən binanın həyətində polis əməkdaşlarının olduğunu görmüş və həmin şəxslərin Təqsirləndirilən şəxs evində olmasını bilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs evində nə isə axtarmış və bir neçə dəqiqədən sonra görmüşdür ki, polislər Təqsirləndirilən şəxs qolundan tutaraq onu harasa aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməsini görməmişdir. Həmçinin polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinə Hafizlə birlikdə və ya onsuz girməsini görməmiş, lakin evdən çıxarkən də Təqsirləndirilən şəxs polis əməkdaşlarının yanında olmasını görmüşdür. Polislərin Təqsirləndirilən şəxs harada tutmasını görməmiş, sadəcə Hafizlə birlikdə polis əməkdaşlarının evdən çıxdığını görmüşdür. Bundan sonra özü də işə getmiş, həmin gün Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılmasını heç kimdən soruşmamış, lakin sonradan Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulmasını bilmişdir. Pəncərənin dəmir barmaqlıqları sınıq olduğundan hesab etmişdir ki, polislər evə pəncərədən girmişlər. Polis əməkdaşlarını Hafizin evində bir dəfə görmüşdür, lakin onların hansı səbəbdən gəlməsini bilməmişdir. Ağcabədi şəhəri İsmət Qayıbov küçəsi 1 saylı bina onun yaşadığı binadır. Evdən çıxarkən Hafiz polis əməkdaşlarının yanında olmuş, Hafizə qarşı hər hansı fiziki zor tətbiq edilməsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 21 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 5-9; 27-29;) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd polietilen kəsiyi bükümündə büküm, sağ cibindən isə 1 ədəd «Kent» markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Polietilen kəsiyi büküm açılıb baxış keçirilən zaman içərisində qəhfəyi rəngdə kəskin spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar olunmuş, daha sonra siqaret qusu açılıb baxılmış, içərisindən siqaretin gümüşü falqasına bükülmüş 2 ədəd büküm aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, 1-cü bükümdə 14,85 qram, ikinci bükümdə 0,24 qram və üçüncü bükümdə 0,25 qram təşkil edir. (i.v. 27-29) - “baxış keçirilməsi haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri İ.Qayıbov küçəsi ev 01, mənzil 1 ünavnına videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olan hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki zor tətbiq edilməsi barədə hər hansı fikir bildirməmişdir. (i.v. 34-37) -materialların məhkəmə ekspertizasının 22 may 2023-cü il tarixli, 18/539 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,460 qram, 0,190 qram, 0,166 qram, ümumi çəkisi 14,816 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir.( i.v. 43-46) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 59-60) -Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-68/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 may 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 82-84) - “Əşyanın maddi sübut hesab edilməsi barədə” 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 14,666 qram heroin maddi sübut hesab edilərək saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. ( i.v. 93-94) - Ağcabədi RPŞ-nin rəisi tərəfindən imzalanmış 07 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması halları müəyyən edilmişdir. (i.v. 108) - Ağcabədi RMX X10 daxil olmuş 07 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Quliyev X6 RMX PHŞ-nin Poliklinika Şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. (i.v. 125) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 1375 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v. 145) - Məhkəmə-psixiatriya ekspertizasının 19 avqust 2023-cü il tarixli, 511 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (i.v. 147- 150) - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 5160/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə 02 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. - Ağcabədi rayon prokurorluğundan daxil olmuş 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şantaj edilərək narkotik vasitələrin satışını boynuna almasına məcbur edilməsini bildirməsi barədə ərizəsi əsasında Ağcabədi rayon prokurorluğunda ilkin yoxlama aparılmış və Təqsirləndirilən şəxs ərizəsində və izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə hüquqları izah edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində şəxsi istifadəsi üçün “Əli” adlı iranlı şəxsdən narkotik vasitə aldığını, sonuncu dəfə isə saxlanılmamışdan 1 ay əvvəl bir daha həmin iranlı şəxsdən 20 qram heroin aldığını, həmin heroini evində müxtəlif hissələrə böldüyünü, bir hissəsini istifadə etdiyini, 1 qramını tanışı Elxana pay verdiyini bildirmiş, həmçinin aldığı heroindən satıb pul əldə etmək istədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı gün, həmin gündən iki gün sonra təqsirləndirilən şəxs qismində cəlb edilərkən yuxarıda qeyd edilən formada ifadə vermiş, həmçinin saxlanıldıqdan təxminən 03 ay sonra yəni, 19 avqust 2023-cü il tarixdə də ifadə verərkən ilkin ifadələrini təsdiq etmişdir. Məhkəmə tərkibi hesab edir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iranlı şəxsdən narkotik vasitə əldə etdiyini göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm və siqaret qutusundə olan 02 bükümdə olan heroini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, iranlı şəxsdən aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirərkən də yuxarıda qeyd edilən formada ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – evində olarkən saxlanıldığı və saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi, həmçinin hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilk ayları ərzində belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürüldükdən və orada bir müddət qaldıqdan sonra Ağcabədi rayon prokurorluğuna ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən hədələndiyi, şantaja məruz qaldığı üçün etirafedci ifadələr verdiyini bildirmiş, lakin hazırkı məhkəmə iclasından fərqli olaraq polis əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqə məruz qalması barədə hər hansı müraciət etməmiş, rayon prokurorluğundan araşdırma aparılarkən verdiyi izahatında da bu barədə heç nə deməmiş, yalnız hədəyə məruz qaldığını bildirmişdir. Lakin göründüyü kimi hazırkı məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalması barədə ifadə verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədiqiq edilmiş Təqsirləndirilən şəxs məxsus 5160/2023 nömrəli “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə 02 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bundan əlavə Ağcabədi rayon prokurorluğundan daxil olmuş 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şantaj edilərək narkotik vasitələrin satışını boynuna almasına məcbur edilməsini bildirməsi barədə ərizəsi əsasında Ağcabədi rayon prokurorluğunda ilkin yoxlama aparılmış və Təqsirləndirilən şəxs ərizəsində və izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə hüquqları izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin qərarla razılaşmış və həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Məhkəmə qeyd edilən məhkəmə tibbi ekspertiza rəyini, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirməsi faktı üzrə Ağcabədi Rayon Prokurorluğunda araşdırılmış ilkin yoxlama materialı üzrə 19 avqsut 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını, Təqsirləndirilən şəxs tibbi kitabçasında bədəni üzərində hər hansı xəsarəti olmaması barədə qeydləri, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan əlavə Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə evində olarkən polis əməkdaşlarının onun evinə daxil olub onu polis şöbəsinə apardığını bildirməsi ilə bağlı qeyd edir ki, bu hal da cinayət işi materialları ilə tam təkzib edilir. Təqsirləndirilən şəxs evində saxlanılması ilə bağlı rayon prokurorluğunda müraciəti üzrə aparılan araşdırma zamanı da izahat vermiş və həmin hal da ilkin yoxlama zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilən polis əməkdaşları da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxladıqlarını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs evində saxlanılmasını təsdiq edəcək şahidin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Faqani Tağıyev əlavə şahid qismində dindirilmişdir. X13 məhkəmədə ifadə verərəkən polis əməkdaşlarının Təqsirləndirilən şəxs evində olduğunu gördüyünü bildirsə də polis əməkdaşlarının Təqsirləndirilən şəxslə birlikdə və ya Təqsirləndirilən şəxs olmadan evə daxil olmalarını görmədiyini bildirmişdir. İş materiallarından görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Buna görədə əlavə şahid qismində dindirilmiş Faqani Tağıyevin polis əməkdaşlarını Təqsirləndirilən şəxs evində olmağını bildirməsi sonuncunun həqiqətən də yaşadığı evdə saxlanmasını təsdiq etmir. Bundan əlavə əlavə şahid X14 Quliyevin qonşusu olmaqla hazırkı cinayət işi üzrə maraqlı şəxs olduğundan onun ifadəsi də sübut kimi qəbul edilməməlidir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta həmin predmetləri digər şəxslərə satmasına da müvafiq mesajlar da mövcuddur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini, qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 21 may 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 may 2023-cü il tarixli, 18/539 saylı və ambulator məcburi narkoloji-tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli 1375 saylı rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən və Salyan Rayon Məhkəməsinin 7(057)- 485,2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Quliyev X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 7(057)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə tətbiq edilməklə azadlıqdan mərhum etmə cəzasınının 04 ay 15 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 109-110; 132-135) - Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubda göstərilmişdir ki, Salyan rayon məhkəməsinin 7(057)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə tətbiq edilməklə azadlıqdan mərhum etmə cəzasınının 04 ay 15 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrasına dair göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 04 ay 15 gün şərti olaraq vaxtından əvvəl cəzasını xx.xx.2022-ci il tarixdə tam çəkib başa vurmuşdur. Onun üzərində çəkilməmiş cəzası qalmamışdır. (i.v. 130) Təqsirləndirilən şəxs həmin əmələ münasibətdə məhkumluğu ödənilmədiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən bu məhkumluq cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan CM-in 65.2-ci maddəsinə əsasən ona 06 ildən aşağı həddə cəza təyin edilə bilməz. - Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Himayəsində 2010 və 2021-ci il təvəllüdlü 2 azyaşlı uşağı, 1958-ci il təvəllüdlü anası, 1988-ci il təvəllüdlü həyat yoldaşı vardır. (i.v. 196-197 ) - Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X7 “şəkərli diabet, İİ tip, orta ağır dərəcə” xəstəliyindən əziyyət çəkir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 14,816 qram olması, ailə üzvü olan anasının xəstəliyini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivinin cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 may 2023-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli 1375 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Lakin Ağcabədi RMX X10 daxil olmuş 07 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Quliyev X6 RMX PHŞ-nin Poliklinika Şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. Buna görə də Təqsirləndirilən şəxs narkoloji kabinetdə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 14,666 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ağcabədi RMX PHŞ-nin Poliklinika Şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14,666 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-729/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-729/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver