Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-73/2022 02.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1980-cı ildə Şamaxı rayonunun 2-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Hacıqabul rayonunun 2-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Hacıqabul rayonunun 2-ci Udulu kəndində, evinə elektrik cəryanın verilməsi ilə bağlı elektrik kartına 5 manat yükləməsinə baxmayaraq, elektrik sayğacına kartda olan pulun yüklənməyərək kart bloklandığından, kartının bloklanmasını açmaq məqsədi ilə yaşadığı ərazidə olan elektrik enerjisinin verilməsini təmin edən transformatordan elektrik cəryanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirməklə (işıqları söndürüb-yandırmaqla) elektrik cəryanının verilməsində fasilələr yarandığına görə narahat olan həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs küçəyə çıxıb işıqları söndürüb-yandıran şəxsin onun (Təqsirləndirilən şəxs) olduğunu bilib ona iradını bildirib nəyə görə işıqları söndürüb-yandırdığını soruşarkən sonuncunun nalayiq ifadələr işlətməsi və bu səbəbdən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə, daha sonra əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs boynundan tutub özünə tərəf çəkib ona bir dəfə yumruq zərbəsi vurması və bunun qarşılığında Zərərçəkmiş şəxs onun ağız, burun, döş qəfəsi və bədənin başqa nahiyələrinə bir neçə dəfə möhkəm yumruq zərbələri vurması nəticəsində sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci 6-cı qabırğalar nahiyəsinin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri, o cümlədən alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası və burun sümüyünün yerdəyişməyən sınığı xəsarətlərinin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına görə qisas almaq niyyəti ilə üzərində olan kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qulaq nahiyəsinə bir dəfə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ittihamda göstərilən cinayətləri törətmədiyini, lakin özünü müdafiə edərkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyinə görə özünü Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Hacıqabul rayonunun 2-ci Udulu kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı kənddə təsarrüfat işləri ilə, bağçılıqla məşğul olur. Zərərçəkmiş şəxs həmkəndlisi, qonşusu, həm də qohumudur. Zərərçəkmiş şəxs babası ilə özünün babası əmiuşaqlarıdırlar. Zərərçəkmiş şəxslə qonşu və qohum kimi münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 05 iyul 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evin işıqları söndüyündən o, yaşadığı kənddə olan marketə gedib “milliön” aparatı vasitəsilə işıq kartına 5 manat pul yükləmiş və evə qayıdıb kartı işıq sayğacına daxil etsə də, sayğaca pul yüklənməmiş, işıqlarda yanmamışdır. Sonra o, “Azərişıq”da işləyən Şahid7 zəng edib vəziyyəti ona izah etmiş, o da transformatordan işıqlar söndürüb-yandırılsa kartın yüklənə biləcəyini demişdir. Sonra o, transformatora nəzarət edən, həmkəndlisi Zakir Məlikova zəng edib transformatordan işıqları söndürübyandırmasını demiş, Zakir da ona Şükürgildə olduğunu, bunu edə bilməyəcəyini bildirmişdir. Sonra o, məcbur olub evlərinin yaxınlığında yerləşən elektrik transformatorun yanına gedib transformatorun açarı vasitəsilə iki dəfə işıqları söndürüb-yandırmışdır. Bundan sonra su krantına tərəf getmiş, elə həmin vaxt ora gəlmiş Şükür ondan işıqları kimin söndürdüyünü soruşmuş, ona da kart yüklənmədiyinə görə işıqları söndürübyandırdığını demiş, bundan sonra Şükür və onun arxasınca ora gəlmiş qohumları Dadaş, Əlifağa, İbadət və Rahib onu söyüb təhqir etmiş, sonra da tökülüşüb onu döyməyə başlamışlar. Həmin vaxt o, özünü müdafiə etməyə çalışmış, lakin onlar çox olduqları üçün onu yerə yıxıb döymüşlər. O, Şükürlə əlbəyaxa olarkən, digər şəxslər də kənardan onu yumruq və təpiklə vuraraq döyməyə başlamışlar. Dalaşma zamanı o, özünü müdafiə edib Şükürü yumruqla vurmuş, Şükür də onun ağzına və burnunun üstünə yumruqla vurmuş, yerə yıxıldıqdan sonra Şükür və digər şəxslər onu təpiklə vurub döymüşlər. Həmin vaxt Şükür onun sinəsinin üstündə oturub onu əlləri ilə tutub boğarkən o, Şükürün sol qulağını bərk dişləmiş, bundan sonra Şükür qışqıraraq üstündən qalxıb kənara çəkilmiş, daha sonra Şükür və digər şəxslər oradan uzaqlaşmışlar. Hadisə baş verən vaxt qonşusu Məhərrəm və onun oğlu Kənan da orada olmuş, Kənan da Şükürgilə kömək edib onun döyülməsində iştirak etmişdir. Şükürgil getdikdən sonra hadisə yerinə gəlmiş bacısı oğlu Amil və həmkəndlisi Mirzağa onu yerdən qaldırıb yaşadığı evə aparmışlar. Evə getdikdən sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, həm də xəsarət aldığı üçün təcili tibbi yardım çağırmış, sonra qardaşı Məlikməmməd onu xəstəxanaya aparmış, xəstəxanada ona tibbi yardım göstərilmişdir. O, Şükürlə mübahisə edib dalaşarkən əlində bıçaq və ya başqa bir kəsici alət olmamış, Şükürün qulağını kəsməmiş, lakin dalaşma zamanı özünü müdafiə etmək üçün Şükürün sol qulağını dişləmişdir. Şükürlə əlbəyaxa olub dalaşarkən Şükürün yumruqla onu vurması, yerə yıxıldıqdan sonra sinəsinin üstündə oturub əlləri ilə onu bağarkən Şükürün qulağı ağzına keçdiyindən o, Şükürün sol qulağını dişləməklə ona xəsarət yetirmiş, lakin həmin vaxt məqsədi Şükürün qulağını qopartmaq olmamış, yalnız özünü müdafiə etmək üçün belə hərəkət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şükürün qulağının yuxarı hissəsi qopmuşdur. Hadisə olan gün bir bakal pivə içdiyindən bir az içkili olmuş, hadisə 05 iyul 2021-ci il tarixdə, gecə saat 23 radələrində Şükürün yaşadığı evin yaxınlığında küçədə olmuşdur. O, hadisədən əvvəl və sonra heç kimə qarşı söyüş-söyməmiş və nalayiq ifadələr işlətməmiş, lakin Şükürlə əlbəyaxa olub dalaşarkən qarşılıqlı olaraq biri-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Bu hadisənin baş verməsinə səbəb kartının bloklanması səbəbindən onun transformatordan iki dəfə işığı söndürüb-yandırması və buna görə Şükürgilin gəlib onu təhqir edib döymələri, sonra dalaşarkən Şükürün onu yumruqla vurub dodağını partlatması, bundan sonra sinəsinin üstündə oturub əlləri onu boğması olmuşdur. Onun Şükürlə aralarında əvvəlcədən düşmənçilik və ya ədavətləri olmamış, həmişə qohum və qonşu kimi münasibətləri yaxşı olmuşdur. Baş vermiş hadisədən az müddət sonra o, Şükürlə barışmış, xəsarət yetirdiyinə görə ona üzrxaqlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də Şükürün müalicəsi ilə bağlı ona maddi köməklik, yəni beş min manat pul da vermişdir. Sonradan o, Şükürlə barışdığına görə Şükürün də onu vurub xəsarət yetirməsi ilə bağlı Şükürdən şikayət etməmiş, Şükürün də hazırda ondan heç bir şikayəti yoxdur və onunla barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır. O, baş vermiş hadisəyə görə, həm də Şükürə xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonunun 2-ci Udulu kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi, həm də qonşusudur, aralarında münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 05 iyul 2021-ci il tarixdə, gecə saat 23 radələrində o, yaşadığı evin həyətində ailə üzvləri, qardaşı Əlifağa, əmisi Dadaş, xalası oğlu İbadət və Rahiblə birlikdə oturub söhbət edərkən qəflətən işıqlar sönmüş, 4-5 saniyə sonra işıqlar yanmış, 1- 2 dəqiqədən sonra yenidən iki dəfə işıqlar sönüb-yanmışdır. Sonra o, küçəyə çıxıb yaxınlıqda yerləşən transformatora tərəf getmiş, orada heç kimi görməmiş, elə həmin vaxt kiminsə ucadan qışqıraraq kiminsə ünvanına söyüş-söydüyünü eşidib səs gələn tərəfə getmişdir. Həmin şəxsə yaxınlaşanda söyüş-söyən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu, əlindəki bıçaqla yolun kənarında yerləşən krantdan ayrılan özünə (Təqsirləndirilən şəxs) məxsus rezin borunu kəsdiyini görüb ondan nəyə görə söyüşsöydüyünü, evdə ailə-uşaq olduğunu bildirib onu sakitləşdirməyə çalışmış, həm də transformatordan kimin işığı söndürməsini sruşmuş, Bəşir də əsəbi halda “transformatordan işığı mən söndürmüşəm, yaxşı eləmişəm” deyib əvvəl ünvansız, sonra da onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Elə bu səbəbdən aralarında sözlə mübahisə düşmüş, mübahisə zamanı Bəşir onun boynundan tutub özünə tərəf çəkib ağzına bir dəfə yumruq vurmuş, o, geri çəkildiyindən yumruq ağızına zəif dəymişdir. Sonra o da Bəşirin ağız və burun nahiyəsinə 2-3 dəfə yumruqla möhkəm vurmuş, bundan sonra Bəşir cibindən bıçağı çıxarıb onun sol qulağına tərəf çəkmişdir. Həmin vaxt o, qulağının kəsildiyini hiss etməmişdir. Bəşirlə aralarında olan dava-dalaş səsinə ora gəlmiş qonşusu Kənan, qardaşı Əlifağa, xalası oğlu İbadət və Rahib onları aralaşdırmışlar. Sonra qardaşıgil onu evə tərəf apararkən o, qulağının ağrıdığını hiss etmiş, evinə çatdıqdan sonra qulağından qan gəldiyini və qulağının kəsildiyini bilmişdir. Sonra təcili tibbi yardım çağırılmış və o, rayon mərkəzi xəstəxanasına aparılmış, orada həkimlər onu müayinə edib yarasını sarımış, sonra evinə qayıtmışdır. O, xəstəxanada olarkən Bəşir onun yanına gəlib şikayət etməməsini demiş, o isə əsəbiləşib Bəşiri oradan qovmuşdur. Bu hadisə 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdən 30-40 metr kənarda küçədə baş vermişdir. Hadisə baş verən yerdə o və Bəşir olmuş, sonra ora qonşusu Məhərrəm və onun oğlu Kənan, bundan sonra qardaşı Əlifağa, xalası oğlu Rahib və İbadət gəlmişlər. Onlar evə qayıdarkən yolda əmisi Dadaşla rastlaşmış və birlikdə evə qaytmışlar. Aralarında baş verən dava-dalaş zamanı Bəşir cibindən qadlanan bıçağı çıxarmış və onun sol qulağına tərəf çəkmiş, həmin vaxt qulağının kəsildiyini hiss etməmiş, evə qayıdandan sonra qulağının kəsildiyini bilmişdir. Həmin vaxt Bəşirdən başqa orada olan şəxslərdə, o cümlədən özündə bıçaq və ya başqa bir kəsici alət olmamışdır. Orada ondan başqa heç kim Bəşirlə dalaşmamış, Bəşirin bədəni üzərində olan xəsarətləri o, özünü müdafiə edərkən yumruqla vurmaqla Bəşirə bu xəsarətləri yetirmişdir. Baş vermiş hadisədən az müddət sonra o, Bəşirlə barışmış, Bəşir ona xəsarət yetirdiyinə görə üzrxaqlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Bəşir ona maddi köməklik edərək beş min manat pul da vermişdir. Hazırda o, Bəşirlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bəşirin həmkəndlisi, uzaq qohumu və qonşusu olması, həmçinin himayəsində dörd azyaşı uşağının olmasını nəzə alıb ona törətdiyi cinayət əməlinə görə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 08 və 17 dekabr 2021-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Habelə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid5 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonunun 2-ci Udulu kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri olmaqla həm də qonsularıdır. Onlarla münasibətləri yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən evin işıqları ardıcıl olaraq qısa vaxt ərzində üç dəfə sönüb-yanmışdır. İşıqların sönməsinin səbəbini öyrənmək üçün küçəyə çıxmış, elə həmin kiminsə ucadan nalayiq ifadələrlə söyüşsöyməsini eşidib səs gələn tərəfə getmiş və söyüş söyən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu və onun qonşusu Zərərçəkmiş şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşıb Bəşirə söyüş-söyməməsini bildirib onu tənbeh etmişjdir. Həmin vaxt Şükürün də Bəşirə söyüş-söyməməsin dediyini eşitmiş, hava qaranılıq olduğundan onların dalaşmalarını dəqiq görə bilməmişdir. Sonra o, kənarda dayanıb Bəşirlə Şükürü sakitləşdirməyə, dalaşmamalarını demiş, lakin onlar biri-birinə qarşı əl-qol atıb dalaşmışlar. Az sonra ora oğlu Kənan, Şükürün qardaşı Əlifağa, qohumları İbadət və Rahib gələrək Bəşirlə Şükürün dalaşdığını görüb onları aralaşdırmışlar. Sonra qohumları Şükürü oradan uzaqlaşdırıb evinə aparmış, o da Bəşiri sakitləşmiş evinə yoldıqdanq sonra Şükürgilə getmişdir. Şükürün qulağının qanın içində olduğunu, qulağının kəslidiyini görmüş, sonra qohumları Şükürü maşınla rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə baş verən vaxt o, Bəşir və Şükür orada olmuş, oğlu Kənan və digər şəxslər sonradan həmin yerə gəlmişlər. Hadisə baş verən zaman hava qaranlıq olmuş, o, Bəşir və Şükürün dalaşmalarını görsə də, Bəşirin bıçaqla Şükürə xəsarət yetirməsini görməmiş, həm çinin orada Bəşirin başqa şəxslər tərəfindən döyülməsinin şahidi olmamışdır. Bildiyinə görə bu hadisdən sonra Bəşirlə Şükür barışmış və münasibətləri yaxşıdır. Məhkəmə iclasında Şahid1 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nin əməkdaşının 05 iyul 2021-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, həmin tarixdə DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda göstərilir ki, 05 iyul 2021-ci il tarixdə Hacıqabul rayonunun Udulu kənd sakini Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edib aralarında baş vermiş münaqişə zəminində Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun qulaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat vermişdir. İşdə olan, Hacıqabul RPŞ-nə ünvanlanmış 06 iyul 2021-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirməsini bildirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 07 iyul 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisənin baş verdiyi yer Hacıqabul rayonunun 2-ci Udulu kəndində yerləşən küçədir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs adına açılmış tibbi sənədlərdə sol qulaq seyvanının 1/3 hissəsinin kəsilmiş yarası qeyd olunur. Zərərçəkmiş şəxs obyektiv müayinəsi zamanı sol qulaq seyvanının 1/3 hissəsində toxuma çatışmamazlığı ilə seçilən ətraf toxumadan müəyyən qədər aşağı hissədə olan, üzərində cərrahi tikiş izləri olan konsistensiyası bərk, bir qədər qabarıq olan qırmızımtıl-çəhrayı rəngli çapıq toxuması. Yuxarıda qeyd olunan xəsarət müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə kənar şəxs tərəfindən vurulması zamanı, kriminalistika şöbəsinin vermiş olduğu rəydə qeyd olunduğu kimi hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Müddəti hadisə gününə, yəni 05 iyul 2021-ci ilə uyğundur. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarət (yəni sol qulaq seyvanının 1/3 hissəsinin hissəvi itirilməsi) toxuma çatmamazlığı vaxt keçdikcə bərpa olunmur, geri dönməzdir və onu aradan qaldırmaq üçün cərrahi müdaxilə ilə (kosmetik əməliyyatlarla) mümkündür. Yuxarıda qeyd olunanlara əsaslanaraq həmin xəsarət sifətin silinməz xəsarətlərinə aiddir. İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 26 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş qulaq seyvanı fraqmentinin bir kənarı kəsilmiş yaradır, hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş fotoşəkillərdəki şəxsin (əgər o şəxs Zərərçəkmiş şəxs isə) sol qulaq nahiyəsində olan xəsarət hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Xəsarət alan şəxsin yalnız fotoşəkillərinə əsasən xəsarətin yaranma tarixi haqqında fikir söyləmək mümkün olmamışdır. İşdə olan, “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə barədə” 06 iyul 2021-ci il tarixli, 356 saylı aktla müəyyən edilir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq halında olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs obyektiv müayinəsinə və rentgen müayinəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi myayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci 6-cı qabırğalar nahiyəsinin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın (Təqsirləndirilən şəxs) göstərdiyi şəraitdə, yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlərdən sıyrıq və qançırlar sağlamlığa zərər vurmayan olduğu üçün lərəcəsi təyin olunmur. Alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişməyən sınığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-fonoskopik ekspertizasının 03 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramlardakı danışıqlarda iştirak edən diktorların danışıq materialları eyniləşdirici tədqiqat üçün yararsız olduğundan (Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci maddəsinə və Məhkəmə Ekspertizası fəaliyyəti haqqında qanunun 12ci maddəsinə əsasən) videofonoqramlardakı danışıqlarda Təqsirləndirilən şəxs, Şahid1 və X4 məxsus səs və nitqin olub-olmaması barədə rəy vermək mümkün deyil. Ekspertizaya təqdim olunmuş 1 ədəd mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. İşdə olan, X2 06 avqust 2021-ci il tarixli, 18/460 nömrəli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası Cəbrayıl Bəşirov **********00672 abonent kodu altında şəbəkədə qeydiyyatdadır. Abonent 04 iyul 2021-ci il tarixdə sayğaca 5 manat ödəniş etmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 221.1 və 221.2.1-ci maddələri ilə, Şahid3, Şahid6, Şahid1 və Şahid5 barəsində Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə təqsirləndirilən şəxsr Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində hər hansı kəsici alətin olmaması, Zərərçəkmiş şəxs və qohumları tərəfindən döyülərkən özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs qulağını kəsici alət-bıçaqla deyil, dişləməklə ona xəsarət yetirməsinə aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni üzərində hər hansı kəsici alətin olmaması, Zərərçəkmiş şəxs və qohumları tərəfindən döyülərkən özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs qulağını kəsici alət-bıçaqla deyil, dişləməklə ona xəsarət yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid2, Şahid1 və Rahib Məhhərəmovun ifadələri, ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibbi ekspertizasının 26 iyul və 20 sentyabr 2021-ci il tarixli rəyləri (həmin rəylərdə göstərilir ki, zərərçəkmiş şəxsin aldığı xəsarət, yəni qulaqda olan xəsarət hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid2, Şahid1 və Rahib Məhhərmovun ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qulaq nahiyəsinə kəsici alətlə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin sislinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kəsici alətlə silahlanaraq Hacıqabul rayonu, 2-ci Udulu kəndində yaşayan qonşularının, o cümlədən həmkəndlisi Zərərçəkmiş şəxs evinin elektrik cəryanını səbəbsiz olaraq bir neçə dəfə transformatordan ayırmış, bundan narahat olan Zərərçəkmiş şəxs küçəyə çıxıb ona (Təqsirləndirilən şəxs) haqlı iradını bildirdikdə sonuncu heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan yaşayış məntəqəsi olan Hacıqabul rayonu, 2-ci Udulu kəndinin küçəsində Zərərçəkmiş şəxslə mübahisə edib ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq göstərib şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər edərək qəflətən heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs üzərinə silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməmiş kəsici alətlə hücum edib bir dəfə sonuncunun qulaq nahiyəsinə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin sislinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurub xuliqanlıq etmişdir. Məhkəmə cinayət qanunvericiliyində və digər hüquqi aktlarda zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma, habelə xuliqanlıq cinayəti əməli ilə bağlı verilmiş müddəalar baxımından hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, habelə onun hərəkətlərində CM-nin 221.3-cü maddəsinin (bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi) tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadan ibarətdir və eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə CM-nin 126.2.4-cü maddəsinin tərkibi yaranır. Habelə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarətdir və bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədildikdə CM-nin 221.3-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsinin obyektiv cəhəti həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədilməsindən, habelə CM-nin 221.3-cü bu maddəsinin obyektiv cəhəti bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsindən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni CM-nin 126.2.4-cü maddəsinə münasibətdə qəsdən ağır zərər vurma əməlin xuliqanlıq niyyəti ilə, eləcə də CM-nin 221.3-cü maddəsinə münasibətdə xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bənində izah verilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən ağır və az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli, təqsirkarın təhlükəli davaranışıdır. Habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyətdan məhrum etmək). Hazırki iş üzrə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin heç bir əsaslı səbəblər olmadan (xuliqanlıq niyyəti ilə) zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli təşkil edir. Yəni təqsirkar şəxsin zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma hərəkətlərin heç bir əsaslı səbəblər olmadan və ya hər hansı bəhanə ilə (xuliqanlıq niyyəti ilə) icra edilməsi tələb olunur. Habelə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması təşkil edir. İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinin elektrik cəryanını səbəbsiz olaraq bir neçə dəfə transformatordan ayırmış və buna görə sonuncunun küçəyə çıxıb ona haqlı iradını bildirərkən o, heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan küçədə Zərərçəkmiş şəxslə mübahisə edib ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq göstərib şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər edərək qəflətən heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi kəsici alətlə hücum edib Zərərçəkmiş şəxs qulaq nahiyyəsinə vurub ona xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurub xuliqanlıq etmişdir. Lakin iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla, eləcə də istintaq orqanı tərəfindən toplanmış subutlarla müəyən edilir ki, Təqsirləndirilən şəxs elektrik kartına 5 manat yükləməsinə baxmayaraq, elektrik sayğacına kartın yüklənməməsi və kartın bloklanması səbəbindən transformatordan elektrik cəryanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirməklə (işıqları söndürüb-yandırmaqla) kəsmiş, nəticədə həmin küçədə yaşayan şəxslərin, o cümələdən özünün və qonşusu Şükürün yaşadığı evin işıqları qısa müddət ərzində bir neçə dəfə sönüb-yanmışdır. Ona görə də Təqsirləndirilən şəxs bu hərəkətləri qonşusu Zərərçəkmiş şəxs evinin elektrik cəryanını səbəbsiz olaraq bir neçə dəfə söndürüb-yandırması kimi qiymətləndirilə bilməz. Həmçinin tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, hadisə baş verən vaxt təqsirkar Təqsirləndirilən şəxs ictimai qaydanı qərəzli surətdə pozaraq şəxslər, o cümlədən zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər etməsi, eləcə də qəflətən heç bir əsaslı səbəb olmadan kəsici alətlə Zərərçəkmiş şəxs hücum edib ona xəsarət yetirməsi tam təkzib olunur. Əksinə müəyyən edilmişdir ki, təqsirkar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində, yəni işıqların söndürülüb-yandırılması ilə bağlı aralarında başlanmış mübahisə zamanı Bəşirin əvvəl ünvansız, sonra Şükürün ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra onların əlbəyaxa olub dalaşmış, dalaşma zamanı əvvəl Bəşir Şükürü yumruqla vurmuş, bundan sonra Şükür bir neçə dəfə yumruq zəbələri vuraraq Bəşirə çoxsaylı xəsarətlər, o cümlədən alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası və burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs kəsici alətlə Zərərçəkmiş şəxsun qulağını kəsməklə ona qəsdən ağır xəsarət yetirmişdir. Ona görə də həmin xüsusatlar üzrə təqsirkar Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanı qərəzli surətdə pozması və qəflətən heç bir əsaslı səbəb olmadan kəsici alətlə Zərərçəkmiş şəxs hücum edib ona xəsarət yetirməsi kimi qiymətləndirmə əsassızdır. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs elektrik kartına 5 manat yükləməsinə baxmayaraq, elektrik sayğacına kartın yüklənməməsi və kartın bloklanması səbəbindən onun transformatordan elektrik cəryanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirməklə (işıqları söndürübyandırmaqla) kəsməsi, sonra ucadan ünvansız nalayiq söyşlər söyməsi, bundan sonra elektrik cəryanının verilməsində fasilələr yarandığına görə narahat olan qonşusu Zərərçəkmiş şəxs küçəyə çıxıb işıqları söndürüb-yandıran şəxsin onun (Təqsirləndirilən şəxs) olduğunu bilib ona iradını bildirib nəyə görə işıqları söndürüb-yandırdığını soruşarkən onun Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi hərəkətləri, daha sonra bu səbəbdən şəxsi münasibətlərin pozulması zəminində mübahisələrin olması və əlbəyaxa olub dalaşarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boynundan tutub özünə tərəf çəkib ona bir dəfə yumruq zərbəsi vurması və bunun qarşılığında Zərərçəkmiş şəxs onun ağız, burun, döş qəfəsi və bədənin başqa nahiyələrinə bir neçə dəfə möhkəm yumruq zərbələri vurması nəticəsində onun xəsarətlər, o cümlədən alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası və burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlağı yüngül zərər vurmaya aid xəsarətlər almasına görə qisas almaq niyyəti ilə üzərində olan kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qulaq nahiyəsinə bir dəfə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İş üzrə müəyyən edilmiş yuxarıda qeyd olunan hərəkətlərdə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, eləcə də bu əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə (Zərərçəkmiş şəxs) zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilməsi tam təkzib olunur. Habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində mübahisə edib əlbəyaxa olub dalaşarkən sonuncunun yumruq zərbələri ilə onu vurub xəsarətlər yetirdikdən sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs kəsici alətlə (bıçaqla) qəsdən ağır zərər vurma əməli heç bir əsaslı səbəblər olmadan xuliqanlıq niyyəti kimi qiymətləndirilməsini də istisna edir. Beləliklə, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla (yuxarıda bu sübutlar təhlil edilərək qiymətləndirilmişdir) Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs zərər vurması öz təsdiqini tapmır. Əksinə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı aldığı xəsarətlərdən sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs kəsici alətlə qəsdən ağır zərər vurmuşdur. Habelə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməsi, yəni onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən (hazırki işdə təqsirkarın ucadan ünvansız nalayiq ifadələr işlədərək söyüş söyməsi hərəkətləri), şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, eləcə də bu əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə (Zərərçəkmiş şəxs) zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması (hazırki işdə təqsirkarın zərərçəkmiş şəxsə qarşı kəsici alətlə qəflətən hücum etməklə zor tətbiq olunması hərəkətləri) tam təkzib olunur. Belə olan halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qəsdən ağır zərər vurma əməlin heç bir əsaslı səbəblər olmadan, yəni xuliqanlıq niyyəti ilə törətməsi kimi CM-nin 126.4-cü ü maddəsi ilə, habelə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq əməlini törədilməsi kimi CM-nin 221.3-cü maddəsi ilə tövsif olunması iş üzrə mövcud olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, habelə onun CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. İnsan Hüquqlarının və X6 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirləndirildiyi ittiham üzrə onun bu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməli, habelə onun zərərçəkmişə qəsdən ağır zərər vurma əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin 10 noyabr 2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü icra üçün şöbəyə daxil olmuş və “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Bəşirov X5 Rayon Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İşdə olan, Hacıqabul rayon İHB-nın 2-ci Udulu kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayonu, 2-ci Udulu kəndində qeydiyyatda olmaqla ailə üzvləri-arvadı Şəhla Bəşirova, uşaqları-2009-cu il təvəllüdlü X9, 2010-cu il təvəllüdlü X10, 2014-cü il təvəllüdlü X11 və 2016-cı il təvəllüdlü X12 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Hacıqabul rayon İHB-nın 2-ci Udulu kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs Hacıqabul rayonu, 2-ci Udulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 02 avqust 2021-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində dörd azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) tam olaraq ödənilməsi, habelə təqsirkarın şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakteriza olunması və əməlindən peşmançılıq çəkməsi), bundan başqa təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında qohumluq münasibətləri olmaqla həmkəndli və qonşu olmaları, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmaqla münasibətlərin əvvəlki kimi yaxşı olması, eləcə də işin faktiki halları, o cümlədən baş vermiş hadisədən bir az əvvəl təqsirləndirilən şəxsin elektrik sayğacına kartının yüklənməməsi və kartının bloklanması səbəbindən işıqları tranformatorundan söndürüb-yandırması səbəbindən (kənar səbəbdən) aralarında yaramış mübahisədən sonra biri-birini yumruqla vuraraq dalaşmaları zəminində bu hadisənin baş verməsi nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 42.1.4, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 02 avqust 2021-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-150 (bir yüz əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-73/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-73/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver