Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-73/2023 01.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, 07 avqust 1989-cu ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Posanlı qəsəbəsi, P.Alməmmədov küçəsi ev 24-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1991-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləmyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Natəvan küçəsi ev 91-də qeydiyyatda olmaqla yaşayan, Şəmkir şəhəri, Posanlı qəsəbəsi, Ə.Ələsov küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi ev 92 A, giriş 6, ev 670-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir rayonu Posanlı qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama, daşıma və satmaq barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonundan yola düşərək gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsidə yerləşən 92 A saylı binanın yaxınlığına gedərək həmin ynvanda yaşayan tanışları Təqsirləndirilən şəxs3 ilə görüşərək ona 400 manat məbləğində pul verməklə Təqsirləndirilən şəxs3 26,940 və 29,635 qram çəklərində olmaqla ümumilikdə 56,575 qram, külli miqdarda narkotik vasitə heroini birdikdə satın almaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib, Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə Bakı şəhərindən yaşadıqları Şəmkir rayonu istiqamətində hərəkət etməklə birlikdə daşıdıqları zaman bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 fevral 2022-ci il tarixdə saat 11:10-da Hacıqabul rayonu ərazisində yerləşən “Qədir Xum” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən qeyd olunan narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 öz növbəsində 16 fevral 2022-ci il tarixdə Bakı şəhərində digər şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 75,759 qram narkotik vasitə olan heroini və 0,746 qram psixortop maddə metamfetamini əldə edib dayşıyaraq saxlamış, həmin gün axşam saatlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 92A nömrəli binanın yaxınlığıda tanışı Təqsirləndirilən şəxs1 və onunla birlikdə olan Təqsirləndirilən şəxs2 ilə görüşərək heroinin külli miqdar təşkil etməklə 56,575 qram çəkidə olan hissəsini 400 manat pul müqabilində həmin şəxslərə satmış, heroinin qalan 19,184 qram çəkidə olan hissəsini isə 4,198 qram, 3,088 qram, 1,879 qram, 4,229 qram, 1,205 qram və 4,585 qram çəkilərdə olmaqla 6 ədəd sellofan kəsiyi bükümdə qablaşdırılmış halda, metafetamin isə 0,427 qram və 0,319 qram çəkilərdə olmaqla iki ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda üzərində saxlamaqla daşımışdır. Ondan narkotik vasitə heroin almış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 fevral 2022-ci il tarixdə saat 11:10-da Hacıqabul rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmalarından sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 17 fevral 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 92A nömrəli binanın yaxınlığıda saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə qəbul edir. Təqsirləndirilən şəxs2lə qonşuluqda yaşayırlar, münasibətləri yaxşı olmuşdur. Tehran taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs3 bir ay olar ki, tınımışdır. O, Təqsirləndirilən şəxs3 öz istifadəsi üçün narkotik almaq üçün 16 fevral 2022-ci il tarixdən Təqsirləndirilən şəxs2 idarə etdiyi taksi avtomobili ilə Şəmkir rayonundan Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi taksi ilə onu Bakı şəhərinə müştəri kimi aparmışdır. Tehran Musaayevlə onu Bakı şəhərinə 90 manat pul müqabilində aparıb gətirəcəyi barədə razılaşmışlar. Təqsirləndirilən şəxs2 onun Bakı şəhərinə narkotik almaq məqsədi ilə getməsi barədə məlumatı olmamışdır. 16 fevral 2022-ci il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə ikilikdə Şəmkir rayonundan Bakı şəhərinə yola düşmüşlər. Yola düşməzdən əvvəl Şəmkirdə Təqsirləndirilən şəxs2 avtomobilinə 40 manatlıq benzin almışdır. O, Təqsirləndirilən şəxs3 400 manat pul verməklə ondan 20 qram heroin almalı olmuşdur. Rəşad da heroini kimdənsə alıb ona satmalı olmuşdur. Bakı şəhərinə çatanda 20 Yanvar metro stansiyasında o, avtomobildən düşmüşdür. Sonra Təqsirləndirilən şəxs3 zəng etmiş, onunla Bakı şəhərində görüşmüşlər. Narkotik alması üçün Rəşada 400 manat pul vermişdir. Rəşad getmiş və bir qədər sonra ona 20 qram narkotik vasitə heroini gətirərək vermişdir. Sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə 20 Yanvar metro stansiyasına gələrək onu oradan avtomobilə götürmüşdür. Oradan saat 04-05 radələrində Şəmkirə getmək üçün yola düşmüşlər. Tehran onun Bakı şəhərində narkotik aldığını və üzərində narkotik olduğunu bilməmişdir. Hacıqabul rayonunda polis işçiləri onları saxlamışlar. Həmin vaxt üzərində 20 qram heroin olmuşdur. Polis üzərində faktiki olan heroini 36 qram artıq yazmışdır. Polis işçiləri ona təzyiq etdiyinə görə istintaqda narkotikin tam şəkildə ona məxsus olması barədə ifadə vermişdir. Narkotiki öz istifadəsi üçün almış, satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə axşamçağı Tehranla Şəmkir rayonu Posanlı qəsəbəsində görüşüb Bakı şəhərinə tanışı Rəşadın yanına gedib ondan heroin götürməsi barədə danışmışlar. Tehranın idarə etdiyi avtomobilə 40 manatlıq yanacaq vuracağı, heroini götürəndən sonra da 3 çet də Tehrana heroin verəcəyi barədə Tehranla razılaşmışlar. 16 fevral 2022-ci il tarixdə Tehranın idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə Bakı şəhərinə yola düşmüş və gecə saatlarında Bakı şəhərinə çatmışlar. Yolda olarkən Rəşadla mobil telefonla mal götürməyə gəlmələri barədə danışmışlar. Bakı şəhərinə çatdıqdan sonra Rəşadla zəngləşib 20 yanvar dairəsinin yanında Bravo ticarət mərkəzinin yanında görüşmüşlər. Rəşad özü ilə gətirdiyi bir çet heroini ona vermişdir. O, prob eləyib həll edib özünə vurmuş və xoşuna gəlmişdir. Rəşada 400 manatlıq həmin heroindən almaq istədiyini bildirmişdir. Rəşad onlara gedib narkotik vasitə gətirməsi üçün gözləmələrini demişdir. Onlar Tehranla həmin yerdə gözləmişlər. Təxminən 1 saatdan sonra Rəşad gəlmiş və iki ədəd selofan bükümlərdə ona heroini vermişdir. O, da Rəşada 400 manat pulu vermişdir. Tehranla birlikdə Şəmkirə getmək üçün yola düşmüşlər. Səhər vaxtlarında, yəni 17 fevral 2022-ci il tarixdə Hacıqabul rayon ərazisində Qədirxum restoranının yanıda dayanmışlar. Həmin vaxt Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, onlara üzərlərində və avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli qış gödəkçəsinin cibində gizlətdiyi iki ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş heroin qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər də narkotik vasitə qəbul etmişdir. O, özünə məxsus VAZ-2107 markalı, **-XC-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. Şəmkir rayonu Qaranoy (Dəllər Cırdaxan) kəndində yaşayan, Qarabağ müharibəsi qazisi Şahid3 ilə Şəmkir rayonunda tanış olmuşdur. 16 fevral 2022-ci il tarixdə Şəmkirdə sexdə avtomobilini təmir etdirərkən Sərxan oraya gələrək onunla görüşmüş və onu Bakı şəhərinə aparmaq lazım olduğunu, özünə qazi vəsiqəsi almaq üçün Bakı şəhərinə getməkli olduğunu bildirmişdir. Sərxanla onu 100 manat pul müqabilində Bakı şəhərinə aparıb gətirmək barədə razılaşmışlar. Sərxanla avtomobildə gedərkən yolda təsadüfən Təqsirləndirilən şəxs1 görmüşlər. Təqsirləndirilən şəxs1 onların Bakı şəhərinə getmələrini bilərək onlarla birlikdə getmək istədiyini bildirmişdir. Bakı şəhərinə çatdıqda X10 zəng etmiş və danışmışlar. Sonra birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı evin yanına getmişlər. Bir neçə saat sonra Bakıdan Şəmkirə qayıdanda yolda polis işçiləri onları tutmuşlar. Polis işçiləri onları tutarkən onun üstündə narkotik olmamışdır. Rəşad düzgün ifadə verməmişdir. Ceyhun adlı şəxs narkotiki onun avtomaşınında verməmişdir. Narkotik alveri Rəşadla Sərxanın aralarında olmuşdur. Sərxan Rəşada 400 manat pul vermiş və ondan narkotik vasitə almışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Polislər onu döymüşlər. Həmin ifadəsini təzyiq altında vermişdir. Onun avtomobilində narkotikin alqı-satqısı olmamışdır. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, “VAZ-2107” markalı, **-XC-*** qeyiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil ilə taksi kimi fəaliyyət göstərirmiş. Təqsirləndirilən şəxs1 tanıyır. Onlar həmyerlidirlər. Onunla aralarında ədavət və düşmənçilikləri olmamışdır. 16 fevral 2022-ci il tarixdə axşamçağı Yusiflə görüşmüşlər. Yusif ona Bakı şəhərinə getmək lazım olduğunu demişdir. Yusif həmçinin Bakı şəhərindən heroin alacağını da demişdir. Yusif ona idarə etdiyi avtomobilə 40 manatlıq benzin vuracağını 50 manat da qayıdandan sonra verəcəyini demişdir. Sonra ona 50 manatın əvəzində 2-3 qram heroin verəcəyini təklif etmişdir. O, isə razılaşmamışdır. Onlar Bakı şəhərinə getmişlər. Yusif onun istifadəsində olan mobil telefon nömrəsi ilə Rəşad adlı tanışına zəng edib danışmışdır. 20 yanvar dairəsinin yanında «Bravo» ticarət mərkəzinin yanında Rəşadla görüşmüşlər. Yusif Rəşaddan adlığı bir çet malı qəbul etmişdir. Yusifin maldan, yəni narkotik vasitə olan heroindən xoşu gəldiyindən 400 manat pul müqabilində mal gətirməsini demişdir. Sonra Rəşad narkotik vasitə olan heroin gətirmək üçün getmişdir. Təxminən bir saata yaxın vaxtda Rəşad qayıtmışdır. Rəşad Yusifə heroin vemiş və çıxıb getmişdir. Yusif heroini 400 manata almışdır. Sonra Yusif həmin heroindən hazırlamış və özünə vurmuşdur. O da qolundan dərialtı vurmuşdur. Artıq xx.xx.2022-ci il tarixdə Şəmkir rayonuna gəlmək üçün yola düşmüşlər. Hacıqabul rayonu ərazisində “Qədirxum” restoranının yanında saxlayıb düşmüşlər. Həmin vaxt Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, onlara üzərlərində və avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə baxış keçirilmişdir. Lakin avtomobildə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 16 fevral 2022-ci il tarixdə gecə saatlarında evdə olduğu zaman tanışı Şahid3 ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, Sərxana evə gəlməsini demişdir. Bir az sonra Sərxan onun evinə gəlmişdir. Həmin vaxt Yusif və Tehran da onun yanında olmuşlar. Sərxan ona demişdir ki, narkotik lazımdır, tapa bilərsənmi. O isə demişdir ki, çalışar. O, Tehran, Yusif və Sərxan dördü birlikdə Yasamal rayonu ərazisində, Şərifzadə küçəsinə getmişlər. Orada o, Ceyhun adlı şəxsə zəng etmişdir. Ceyhun gəlib avtomaşına minmişdir. Onlar Ceyhuna narkotik lazım olduğunu demişlər. O, Tehran və Yusif narkotik almaq üçün Ceyhuna birlikdə pul vermişlər. Ceyhun narkotiki alıb gətirəcəyini bildirməklə getmiş və narkotiki alıb gətirmişdir. Ceyhun narkotiki alıb gətirmiş və Tehranın avtomaşınının içində onlara vermişdir. Hərə öz narkotik payını götürmüşdür. Söhbət maşında Tehranın yanında olmuşdur. Tehran onların narkotik aldıqlarını bilmişdir. Ona narkotik almaq üçün Yusif 400 manat pul verməyib. Hamı pul qoymuşdur, cəmi 500 manat pul yığılmışdır. 100 manat pulu o qoymuş, 400 manat pulu isə Sərxan vermişdir. Onlar birlikdə cəmi 25 qram narkotik vasitə heroin almışlar. Həmin heroinin 5 qramını o götürmüş, qalan hissəsi isə digər şəxslərdə qalmışdır. Onlar təxminən üç saat bir yerdə qalmışlar. Sərxan da onlarla olmuşdur. Onlar ayrıldıqdan bir qədər sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onu Bakı şəhərində saxlamışlar. Onu Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt onun üzərində 5 qram heroin və 1 dəfə çəkimlik metamfetamin aşkar olunmuşdur. Üzərindəki heroin artırılmışdır. Onda 5 qram heroin 1 ədəd bükümdə olmuşdur. Yusif məhkəmədə yalan ifadə vermişdir. O, Bakı şəhərində 20 Yanvar metro stansiyasında onu gözləməmişdir. Yusif onu əvvəllər tanımamışdır. Narkotik almaq üçün ona 400 manat pul Yusif tərəfindən yox, Sərxan tərəfindən verilmişdir. Lakin Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan metamfetamin qəbul edir. 16 fevral 2022-ci il tarixdə Şəmkirli tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. O da həmişə özü üçün metamfetamin aldığı Ceyhun adlı şəxsə zəng etmiş və Yusif adlı tanışına 400 manat dəyərində heroin lazım olduğunu bildirmişdir. Ceyhun da təşkil edə biləcəyini demişdir. Axşam saatlarında Yusiflə bir qırmızı rəngli VAZ 2107 markalı maşında Bakı şəhərində görüşmüşlər. Yusifdən aldığı 400 manat pulu Ceyhuna vermiş və Ceyhun ona bir sellofan bükülüdə heroin vermişdir. O, da işi düzəltdiyinə görə bunun müqabilində bir ədəd sellofan bükümdə metamfetamin almışdır. Ceyhun ona heroinin çox olduğunu, üstündən bir qismin götürməsini demişdir. O da həmin heroindən bir qismini götürmüşdür. Qalan çox hissəsini də Yusifə vermişdir. Bundan sonra Yusifgil çıxıb getmişlər. Yusifə verdiyi heroinin üstündən götürdüyü heroini və metamfetamini özündə saxlamışdır. Metamfetamindən bir qismini qəbul etmişdir. Qalan hissəsi də əynində olan şalvarında saxlamışdır. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Bakı şəhərində yaşadığı ünvanda məhlədə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilərək videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o, əynində olan şalvarının sağ cibində saxladığı 1 ədəd selofan bükümündə içərisində 6 hissəyə ayrılmış heroini və 1 ədəd selofan bükümdə içərisində 2 ədəd sellofan bükümündə ayırdığı metamfetamini təqdim etmişdir. Sonra təqdim etdiyi içərisində narkotik vasitə və metamfetamin olan sellofan kəsiyi qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və o da protokolu imzalamışdır. Həmçinin o ifadəsində göstərmişdir ki,üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Yusifə satılan heroini müqabilində əldə etdiyi qazanc kimi qalmışdır. Ceyhun ona həmin narkotik vasitələrin üsütndən götürüb ona verməsini demişdir. O, da həmin narkotik vasitə olan heroini götürüb Ceyhuna vermək üçün götürmüşdür. Yusifə verdiyi narkotik vasitəni 400 manat pul vəsaiti müqabilində ona satmışdır. Məhkəmədə şahid qismində dindirilən Hacıqabul rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 fevral 2022-ci il tarixdə ona Şəmkir şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərlərində və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-XC-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımaları, hazırda Hacıqabul rayonu ərazisində olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə Hacıqabul rayon polis şöbəsinin polis nəfəri Şahid2 ilə birlikdə 17 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ- 2107 markalı, **-XC-*** qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri ərazisində yerləşən “Qədir Xum” ailəvi istirahət mərkəzinin qarşısında saxlamışlar. Avtomobildə Təqsirləndirilən şəxs1 da sərnişin qismində olmuşdur. Həmin şəxslərin üzərlərində şəxsi axtarış aparılması və avtomobilə baxış keçirilməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli şəxs kimi tutulmuşlar. Videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı iki ədəd sellofan kəsiyi bükümünün içərisində qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla narkotik almaq məqsədi ilə birlikdə Bakı şəhərinə gedərək orada Rəşad adlı şəxsdən 400 manat pul müqabilində heroini aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində və eləcə də avtomobildə narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra əməliyyat tədbirləri davam etdirilərək Rəşad adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş, onun Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi küçəsi ev 92 A 6-cı giriş mənzil 670-də yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuşdur. Həmin gün Rəşad Tarverdiyevi Bakı şəhərində saxlamaqla Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən o, əynində olan şalvarının cibində 2 ədəd sellofan kəsiyi bükümlərini təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən 1-ci sellofan kəsiyi bükümün içərisində 6 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. İkinci bükümə 2 ədəd sellofan kəsiyi bükümlərində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, 16 feral 2022-ci il tarixdə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs1 verdiyi 400 manat pul vəsaiti müqabilində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində tanışı Ceyhun adlı şəxsdən 1 ədəd sellofan kəsiyində narkotik vasitə olan heroin və 1 ədəd sellofan kəsiyində psixotrop maddə olan metamfetamin əldə edərək metamfetaminin və heroinin bir hissəsini özü istifadə etmək üçün götürmüş, qalan hissəsini isə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi heroinəoxşar maddə və psixotrop maddə metamfetaminəbənzər maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılarkən onlar Sərxan adlı şəxsin narkotik alqı-satqısında iştirak etməsini deməmişlər. Həmin vaxt onldar Sərxan adlı şəxsi orada görməmişlər. Məhkəmədə şahid qismində dindirilən Hacıqabul Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil saxlanılarkən onlar narkotik alqı-satqısında Sərxan adlı şəxsin iştirakının olmasını deməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayır, Qarabağ müharibəsinin iştirakçısıdır. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şəmkir rayon sakinləri kimi tanımışdır. Təqsirləndirilən şəxs3 də tanımış və onunla münasibəti yaxşı olmuşdur. Rəşad Tarverdiyevin əmisi Abbasla da münasibəti olmuşdur. Bakı şəhərinə getdiyi hallarda Təqsirləndirilən şəxs3 zəng etmiş, onunla görüşmüş, birlikdə olmuşlar. Eləcə də Rəşadın Şəmkirə gəldiyi hallarda görüşmüşlər, birlikdə olmuşlar. X6 aralarında narkotiklə bağlı heç vaxt söhbət olmamışdır. Ümumiyyətlə Rəşadın narkotiklə məşğul olması barədə məlumatı olmamışdır. O, sonuncu Qarabağ müharibəsində xəsarət alması ilə əlaqədar olaraq Bakı şəhəri Papanin küçəsində yerləşən hərbi hospitalda müalicə olunmuşdur. 16 fevral 2022-ci il tarixdə Papanində bir nəfər həkimlə görüşüb onda olan tibbi sənədlərini almaq üçün taksi sürücüsü Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Şəmkir rayonundan Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs1 da onlarla birlikdə Bakı şəhərinə getmişdir. Lakin onunla Yusifin və Tehranın aralarında narkotiklə bağlı heç bir söz-söhbət olmamışdır. Onlar Bakı şəhərinə gecə saatlarında çatmışlar. Ona sənəd verməli olan həkimlə görüşmək üçün birlikdə Papaninə getmişlər. Lakin həmin həkimlə görüşmək mümkün olmamışdır. O, yalnız görüşmək və birlikdə olmaq məqsədi ilə özünə məxsus mobil telefonla Rəşada zəng etmişdir. Onlar hər üçün birlikdə Rəşadın yaşadığı evin yaxınlığına gedərək onunla görüşmüşlər. Rəşadla görüşdükdən sonra arada həmin şəxslərdən ayrılmış, öz işləri ilə məşğul olmuş, sonra birləşib birlikdə Şəmkirə yola düşmüşlər. Bakı şəhərində olduqları zaman Rəşadın əmisi Abbasla da görüşüb birlikdə çay içmişlər. Onunla Rəşad, Tehran və Yusifin aralarında narkotik barədə heç bir söhbət olmamışdır. Narkotik almaq üçün Rəşada hər hansı məbləğdə, o cümlədən 400 manat pul verməmişdir. Yusif və Tehranın Bakı şəhərində Rəşaddan narkotik vasitə almaları barpədə məlumatı olmamış, avtomobildə onun yanında narkotik bölünməmişdir. 17 fevral 2022-ci il tarixdə səhər saatlarında Hacıqabul rayonu ərazisində polis işçiləri onları saxlatmaqla polis şöbəsinə aparmışlar. Orada üzərlərinə baxış keçirilərkən Yusifin üzərində narkotik aşkar olunmuşdur. Onun üzərində isə heç bir qanunsuz əşya olmamışdır. Yusif onun narkotiklə əlaqəsinin olmadığını bildirmişdir. Ona görə də onu buraxmışlar. Tehranı və Yusifi isə saxlamışlar. Rəşad, Tehran və Yusif narkotik vasitənin alqı-satqısında, əldə eilməsində onun da iştirakının olması barədə yalan ifadə verirlər. Əgər onun narkotiklə əlaqəsi olsaydı, həmin şəxslər polis şöbəsində verdikləri ifadələrində bu barədə göstərərdilər. Sonradan məhkəmədə onun narkotikin alınmasında iştirakı barədə ifadə vermələrinin səbəbini bilmir. X5 ibtidai istintaqı zamanı verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs3 Rəhib oğlu ilə bir məhəllədə yaşamışlar, bir-birlərini uşaqlıqdan tanımışlar. Lakin Təqsirləndirilən şəxs2 və Yusif Əmirpaslanovu tanımamışdır. Özü narkotik vasitədən və psixotrop maddədən istifadə edir. Təqsirləndirilən şəxs3 onun narkotik vasitədən istifadə etməsini bilmişdir. 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 onun istifadəsində olan mobil telefona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Onunla Bakı şəhəri «İnşaatçılar» metro stansiyasının yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs3 ona Şəmkirdən gələn dostlarının 400 manatlıq narkotik vasitə heroin istəçdiklərini bildirmiş və ona 400 manat pul vermişdir. O, isə başqa şəxsdən 400 manat pul müqabilində heroin almışdır. Narkotik vasitəni satan şəxs ona əlavə olaraq ona metamfetamin və 2 qram heroin hədiyyə etmişdir. O, 400 manatlıq heroini Təqsirləndirilən şəxs3 vermişdir. Ona hədiyyə olunan heroini də Təqsirləndirilən şəxs3 vermiş və ona olan 135 manat borcundan 25 manatını çıxmasını demişdir. Bundan sonra Rəşad getmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə sənədlərdən görünür ki, Hacıqabul Rayon Rolis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 12 fevral 2022-ci il tarixli təqrirində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2107 markalı, 90- XC- 183 qeydiyyat nişanlı avtomobildə və srnişin olan Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə 17 fevral 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan bükəmləri təqdim etmişdir. Həmin sellofan bükümlərə baxış zamanı içərilərində narkotik vasitə heroinəbənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüşlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 16 fevral 2022-ci il tarixdə Şəmkir rayonunda tanışı Tehranın idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə həmin avtomobilə 40 manatlıq yanacaq vurmaqla və heroini aldıqdan sonra 2-3 qramını Tehrana verəcəyi ilə razılaşmaqla axşam saatlarında Rəşad adlı şəxsdən narkotik almaq üçün Bakı şəhərinə getmişlər. Rəşadla Bakı şəhərində görüşmüşlər. Rəşada 400 manat pul verərək 2 ədəd sellofan bükümdə heroin almışdır. 17 fevral 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində «Qədir Xum» restoranının yanında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şəxsi axtarış və götürmə aparılması barədə 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilərkən ona üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın qabaq sağ cibindən 2 ədəd sellofan kəsiyi bükümlərini çıxarıb təqdim etmişdir. 1-ci sellofan kəsiyi bükümü açıldıqda içərisində 6 ədəd sellofan kəsiyi bükəmləri aşkar edilmişdir. Həmin 6 ədəd sellofan kəsiyi mükümlərində narkotik vasitə heroinəbənzər maddələr aşkar olunmuşdur. 2-ci selloffan kəsiyi bükümü açıldıqda içərisində 2 ədəd xırda bükümlər aşkar olunmuşdur. Həmin bükəmlər açıldıqda içərilərində psixotrop maddə olan matamfetaminəbənzər maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, heroini və metamfetamini 16 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində tanışı Ceyhundan 400 manat pul müqabilində almışdır. Heroinin bir hissəsini 400 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satmışdır. Heroinin bir hissəsini və psixotrop maddəni isə öz istifadəsi üçün saxlamışdır. Materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/207 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş, 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-26,940qr, 29,635qr-ümumi çəkisi 56,575 qram olan, qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Rəşad Tanrıvediyevin üzərindən paşkar olunmuş 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,198 qr, 3,088 qr, 1,879 qr, 4,229qr, 1,205 qr, 4,585 qr- ümumi çəkisi- 19,184 qram olan, qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,427 qr, 0,319 qr - ümumi çəkisi 0,746 qram olan, ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroin əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1803, xx.xx.2022-ci il tarixli, 2247 və xx.xx.2022-ci il tarixli, 2400 nömrəli rəylərində göstərilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi olaraq ailəlidir, üç övladı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi nikahdan 11 aprel 2012-ci, 18 dekabr 2015-ci ildə və 19 iyun 2019-cu illərdə doğulmuş uşaqları vardır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində xx.xx.2013 və xx.xx.2014-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Yaşayış yerindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailəlidir, himayəsində xx.xx.2014 və xx.xx.2017-ci il tarixlərdə doğulmuş azyaşlı uşaqları vardır. 05 may 2022-ci il tarixli qərarla hazırkı cinayət işinin materiallarından X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdardə - 75,759 qram narkotik vasitə heroini və 0,746 qram psixortop maddə metamfetamini əldə edib dayşıyaraq saxlaması, heroinin 56,575 qram çəkidə olan hissəsini 16 fevral 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərində 400 manat pul müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satması, heroinin qalan 19,184 qram çəkidə olan hissəsini və metafetamini isə üzərində saxlamaqla daşıması; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə alacaqları heroinin bir hissəsinin istifadəsi üçün Təqsirləndirilən şəxs2 veriləcəyi, bundan əlavə Təqsirləndirilən şəxs1 avtomobilə benzin alması müqabilində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhərinə gedərək orada Təqsirləndirilən şəxs3 narkotik vasitə almaq barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Şəmkir rayonundan Bakı şəhərinə getmələri, 16 fevral 2022-ci il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs3lə görüşərək ona 400 manat pul verməklə külli miqdarda-56,575 qram narkotik vasitə heroini almaqla birgə əldə edərək saxlayaraq 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Şəmkir rayonuna qayıdarkən daşımaları, əməllərində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlilikləri, cəzadan və cinayət məsuliyyətindən azad olunmaları üçün əsasların olmaması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi-Təqsirləndirilən şəxs3 narkotik vasitəni öz istifadəsi üçün alması, Təqsirləndirilən şəxs2 onunla taksi sürücüsü kimi birlikdə getməsi, onun Şəmkir rayonundan Bakı şəhərinə narkotik almaq məqsədi ilə getməsi barədə məlumatının olmaması, Bakı şəhərində Təqsirləndirilən şəxs3 400 manat pul verməklə 20 qram narkotik vasitə heroin alması, Hacıqabul rayonunda polis işçiləri tərəfindən saxlanılarkən üzərində 20 qram heroin olması, polis işçilərinin onun üzərində olan heroini 36 qram artıq yazmaları, polis işçiləri ona təzyiq etdiyinə görə istintaqda tarkotikin tam şəkildə ona məxsus olması barədə ifadəsini; Təqsirləndirilən şəxs2 Şahid3 sifarişi əsasında onu 16 fevral 2022-ci il tarixdə idarə etdiyi avtomobil ilə Şəmkir rayonundan Bakı şəhərinə aparması, Şahid3la Bakı şəhərinə gedərkən yolda təsadüfən Təqsirləndirilən şəxs1 ilə rastlaşaraq onu da avtomobilə götürməsi, Təqsirləndirilən şəxs1 onlarla yol yoldaşı kimi Bakı şəhərinə getməsi, Bakı şəhərində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 400 manat pul verərək narkotik vasitə almasından məlumatsız olması; Təqsirləndirilən şəxs3 isə məhkəmə istintaqında verdiyi - 16 fevral 2022-ci il tarixdə gecə saatlarında evdə olduğu zaman Şahid3 ona zəng edərək evində görüşməklə narkotik lazım olduğunu bildirməsi, ona narkotikə görə 400 manat pulun Şahid3 tərəfindən verilməsi, özü də 100 manat pulu qoymaqla 500 manat pul müqabilində 25 qram narkotik vasitə heroin alması, heroinin 5 qramını özünə götürməsi, 20 qramını isə Şahid3 verməsi barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-səmimi və qeyri-obyektiv ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Məhkəmə təqsirlən şəxslərin hər birinin ibtidai istintaqda verdikləri ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmişdir. 16 fevral 2023-cü il tarixdə Tehranla Şəmkir rayonu Posanlı qəsəbəsində görüşərkən Bakı şəhərinə gedib, tanışı Rəşaddan narkotik götürmək barədə razılaşmışlar.Təqsirləndirilən şəxs2 avtomobilinə 40 manatlıq benzin vurmuş, heroini götürdükdən sonra Təqsirləndirilən şəxs2 3 çet heroin verəcəyi barədə razılaşmış və bu məqsədlə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Təqsirləndirilən şəxs3 400 manat pul verərək ondan heroini almışdır. Eyni ilə Tehran Musafev də ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 fevral 2022-ci il tarixdə axşamçağı Şəmkir rayonunda Təqsirləndirilən şəxs1la görüşərkən Təqsirləndirilən şəxs1 ona Bakı şəhərinə gedərək heroin alacağını demişdir. Yusif onu Bakı şəhərinə aparmasına görə avtomobilinə 40 manatlıq benzin vuracağını, 50 manat da qayıdanda verəcəyini, sonra isə 50 manatın əvəzində 2-3 qram heroin verməsini təklif etmiş, o isə razılaşmışdır. Bu məqsədlə də idarə etdiyi avtomaşınla Bakı şəhərinə getmişlər. Bakı şəhərində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 400 manat pul verib ondan heroin almışdır. Hətta Bakı şəhərində heroindən Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmişlər. Təqsirləndirilən şəxs3 də ibtidai istintaqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə uyğunluq təşkil edən ifadə verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 fevral 2022-ci il tarixdə Bakı şəhərinə gəlmişlər, onlarla görüşmüş, Təqsirləndirilən şəxs1 400 manat pul alaraq ona heroin satmışdır. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin Bakı şəhərində narkotik vasitənin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobilin salonunda olduqları vaxt onlara təqdim olunmasını, narkotik vasitənin alınmasında hər birinin iştirak etməsini göstərmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin narkomaniya xəstəsi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün narkotik əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la narkotik vasitənin əldə edilməsi barədə qabaqcadan razılığa gəlmiş, aralarında bir qrup şəxs halında cinayət əlaqəsi olmuş, bu niyyətlə də özünə məxsus avtomaşınla birlikdə Bakı şəhərinə getmiş və narkotik vasitəni Rəşad Tarverdiyevdən alaraq birlikdə yaşadıqları Şəmkir rayonuna qayıdarkən Hacıqabul rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında verdiyi ifadələrində ibtidai istintaqda verdiyi ifadəsinin əksi olaraq ondan narkotik vasitəni Təqsirləndirilən şəxs1 yox, onlarla birlikdə olan Şahid3 aldığını göstərsə də, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs3lə aralarında münasibət vardır. O, Bakı şəhərinə getdiyi hallarda Təqsirləndirilən şəxs3lə görüşmüş, birlikdə söhbət etmiş, çay içmişlər. Lakin RəşadTanrıverdiyevlə aparalarında narkotiklə bağlı söhbət olmamışdır. 16 fevral 2022-ci il tarixdə öz şəxsi işi ilə əlaqədar olaraq, tanışı və taksi sürücüsü Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla Şəmkir rayonundan Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs1 da həmin avtomaşınla Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduqları zaman tanışı Təqsirləndirilən şəxs3lə görüşmək istəmiş və bu məqsədlə ona zəng etmişdir. Onlar Bakı şəhərində Təqsirləndirilən şəxs3lə görüşsələr də, onun yanında Təqsirləndirilən şəxs3lə Yusif Əmiraslaon və Təqsirləndirilən şəxs2 aralarında narkotiklə bağlı söhbət olmamışdır. Həmin şəxslərin Təqsirləndirilən şəxs3 narkotik almalarından xəbəri olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə 17 fevral 2022-ci il tarixli protokoldan və şəxsi axtarışın aparılması zamanı aparılmış videoçəkilişdən görünür ki, Yuif Əmiraslanovun üzərində narkotik vasitə aşkar olunarkən o, heroini Bakı şəhərində Rəşad adlı şəxsdən 400 manata aldığını bildirmişdir. Nakrotik vasitənin alınmasında Şahid3 iştirakının olmasını göstərməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında narkotik vasitəni Təqsirləndirilən şəxs1 yox, Şahid3 satması barədə ifadə verməklə işdə yeni hal yaratmaq və bununla da özünü müdafiə etmək məqsədi daşıyır. Belə ki, Şahid3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhərinə gedərək qayıtsa da, onun narkotik vasitənin alqı-satqısında iştirakı müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 əməli CM-nin 234.4.3-cü, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 himayələrində isə iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır, onların cəzalarını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-nin 234.4.3, təqsirləndirildən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Yusi Əmiraslanovun həbsdə, təqsirləndirilən şəxs Rəşad Tarverdiyevin isə həbsdə və ev dustaqlığında saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə hər birinin cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral iyun 2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs Rəşad Taprıverdiyevin barəsində ev dustaqlığı qətimkan tədbiri diyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslərin hər birinə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 75,359 qram narkotik vasitə heroin və 0,646 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 manat 95 qəpik təqsirləndirilən şəxslərin hər birindən 10 manat 65 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 75,359 qram narkotik vasitə heroin və 0,646 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxslərin hər birindən 10 (on) manat 65 (altmış beş) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-73/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-73/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver