Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-730/2023 11.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X5 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1973-cü ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Füzuli rayon Mərkəzi Xəstəxanasında xadimə işləyən, Füzuli şəhəri, Şahid6 küçəsi, ev 4-də qeydiyyatda olmaqla, Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi, ev 241-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1999-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, DOST MMC-də bağban işləyən, Füzuli şəhəri, Şahid6 küçəsi, ev 4-də qeydiyyatda olmaqla, Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi, ev 241-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddələri satmaq məqsədilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 12,31 qram psixotrop maddə olan metamfetamini əldə edib, qanunsuz olaraq özünə məxsus çantada oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlamış, həmin psixotrop maddədən satış məqsədi ilə 1 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 0,427 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 ayıraraq qabaqcadan aralarında olan razılaşmaya əsasən əvvəllər tanıdığı Füzuli rayonu, Horadiz şəhər sakini Şahid6 20 manat pula satmaq məqsədi ilə 07 may 2023-cü il tarixdə, günorta saatlarında Şahid6la telefonla əlaqə saxlayaraq sonuncunu özünün yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli evin qarşısına dəvət etmiş, Şahid6 07 may 2023-cü il tarixdə, saat 17:30 radələrində onun yaşadığı evin qarşısına gəldikdən sonra o, qabaqcadan əlbir olduğu oğlu Təqsirləndirilən şəxs2 göstərişi əsasında Şahid6la yaşadığı evin qarşısında görüşüb onun da niyyəti ilə əhatə olunan vahid niyyətlə hərəkət edərək üzərində saxladığı 1 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 0,427 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat pula Şahid6 satmış, yerdə qalan təmiz çəkisi 11,883 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 da niyyəti ilə əhatə olunan vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq özünə məxsus əl çantasında saxlamış, 07 may 2023-cü il tarixdə, saat 18 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində xidmətdə olan zaman narkotik vasitələrin aludəçisi kimi tanıdıqları Şahid6 özünü şübhəli aparması səbəbindən idarə etdiyi VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlayıb, ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirərək Şahid6 idarə etdiyi VAZ 2106 markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən avtomobilin qabaq sol oturacağının üzərindən sonuncunun qanunsuz olaraq satış məqsədi olmadan özünün şəxsi istehlakı üçün bir ədəd sellofan bükümündə Təqsirləndirilən şəxs2 sifarişi və razılığı əsasında ondan pul müqabilində almaqla əldə edib üzərində saxladığı və daşıdığı təmiz çəkisi 0,427 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 07 may 2023-cü il tarixdə, saat 18:40-da Füzuli rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli evinin həyətində saxlanılaraq əlində olan yaşıl rəngli qadın əl çantası ilə birlikdə ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin gün, saat 20:40-da onun üzərində şəxsi axtarış və əlində olan yaşıl rəngli qadın əl çantasına baxış keçirilərkən çantadan Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, kustar üsulla hazırlanmış və Şahid6 avtomobilindən aşkar olunmuş 0,427 qram psixotrop maddə metamfetaminlə eyni tərkibli olan 1 ədəd sellofan bükümündə təmiz çəkisi 11,883 qram külli miqdarda pixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddələri satmaq məqsədilə anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 12,31 qram psixotrop maddə olan metamfetamini əldə edib, qanunsuz olaraq anası Təqsirləndirilən şəxs1 məxsus çantada sonuncu ilə birlikdə saxlamış, həmin psixotrop maddədən satış məqsədi ilə 1 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 0,427 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayıraraq qabaqcadan aralarında olan razılaşmaya əsasən əvvəllər tanıdığı Füzuli rayonu, Horadiz şəhər sakini Şahid6 20 manat pula satmaq məqsədi ilə sonuncunu 07 may 2023-cü il tarixdə, günorta saatlarında telefonla əlaqə saxlayaraq yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli evin qarşısına dəvət etmiş, Şahid6 07 may 2023-cü il tarixdə, saat 17:30 radələrində onun yaşadığı evin qarşısına gəldikdən sonra qabaqcadan əlbir olduğu anası Təqsirləndirilən şəxs1 Şahid6la yaşadığı evin qarşısında görüşüb onun da niyyəti ilə əhatə olunan vahid niyyətlə hərəkət edərək üzərində saxladığı 1 ədəd ağ rəngli sellofan bükümündə təmiz çəkisi 0,427 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat pula Şahid6 satmış, yerdə qalan təmiz çəkisi 11,883 qram külli miqdarda psixotrop maddə olan metamfetamini onun da niyyəti ilə əhatə olunan vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq özünə məxsus əl çantasında saxlamış, 07 may 2023-cü il tarixdə, saat 18 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində xidmətdə olan zaman narkotik vasitələrin aludəçisi kimi tanıdıqları Şahid6 özünü şübhəli aparması səbəbindən idarə etdiyi VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlayıb, ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirərək Şahid6 idarə etdiyi VAZ 2106 markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən avtomobilin qabaq sol oturacağının üzərindən sonuncunun qanunsuz olaraq satış məqsədi olmadan özünün şəxsi istehlakı üçün bir ədəd sellofan bükümündə əldə edib üzərində saxladığı, daşıdığı və Təqsirləndirilən şəxs1 onun sifarişi əsasında pul müqabilində aldığı təmiz çəkisi 0,427 qram olan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olmuş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 07 may 2023-cü il tarixdə, saat 18:40-da Füzuli rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli evinin həyətində saxlanılaraq əlində olan yaşıl rəngli qadın əl çantası ilə birlikdə ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin gün, saat 20:40-da onun üzərində şəxsi axtarış və əlində olan yaşıl rəngli qadın əl çantasına baxış keçirilərkən çantadan Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olmuş kustar üsulla hazırlanmış və Şahid6 avtomobilindən aşkar olunmuş 0,427 qram psixotrop maddə metamfetaminlə eyni tərkibli olan 1 ədəd sellofan bükümündə təmiz çəkisi 11,883 qram külli miqdarda pixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, polislər evinə basqın edərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu təhqir edərək döymüş, lüt soyundurub dəyənəyi göstərərək əxlaqsız sözlər işlətmişlər. Onlara oğlunun müharibədə iştirak etməsini, müharibədə yaralanmasını və qazi olmasını bildirmişdir. Lakin polislər sözlərinə fikir verməyib onu evində 4 kq narkotik vasitə olmasını deməyə məcbur etmişlər. Onlara evində narkotik vasitə olmadığını bildirmişdir. Təxminən 1-2 saatdan sonra çantasını gətirib ona göstərmişlər. O, polislərə həmin çantanın onun olduğunu demişdir. Polislər çantanın içərisində narkotik vasitə olduğunu biildirmişlər. Onlara çantanın içərisində narkotik vasitənin olmasının mümkün olmadığını bildirmişdir. Sonra bir qadın dəvət edərək çantaya baxış keçirmişlər. Şahid6 isə psixotrop maddəni o vermişdir. Əlirzaya verdiyi psixotrop maddəni avtovağzalda tapmış, onu evdə qoymuşdur. Tapdığı psixotrop maddəni Əlirzaya verdiyinə görə ondan pul almamışdır. Müharibədən sonra oğlu Rəvanın narkotik vasitə istifadə etdiyini bilmişdir. Əlirzada narkotik vasitə olmayanda oğlu Rəvandan almış, Rəvanda da narkotik vasitə olmayanda Əlirzadan almışdır. X4 telefon nömrəsini öz telefonunda bloka atdığına görə Əlirza ona zəng etmişdir. Əlirza ona zəng edib «ağrıyıram narkotik vasitə lazımdı» dediyinə görə tapdığı psixotrop maddəni ona vermişdir. Həmin psixotrop maddəni hadisədən 15-20 gün qabaq tapmış, onu evdə olan soyuducunun üzərinə qoymuşdur. Oğlu Rəvan həmin psixotrop maddədən istifadə etməmiş, oğlunun narkotik vasitəni haradan aldığını bilməmiş, onun narkotik vasitəni Əlirzadan aldığını eşitmişdir. Polis şöbəsinə aparılanda çanta üzərində olmamış, 1-2 saatdan sonra çantası polisə gətirilərək çantanın ona məxsus olub-olmadığı soruşulmuş, çantanın özünün olduğunu demiş, həmin çantadan psixotrop maddə aşkar olunmuş, polislərə psixotrop maddənin onun olmadığını dedikdə onu təhqir edərək Elşən və Rahib adlı polis əməkdaşları onu döymüşlər. Narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və saxlamasının cinayət olduğunu bilməklə psixotrop maddəni Əlirzaya verdiyinə görə özünü günahkar hiss edir. Məhkəmə Təqsirləndirilən şəxs1 verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünü və digər təqsirləndirilən şəxs olan oğlu Təqsirləndirilən şəxs2 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək iş üzrə ifadə vermək istəmədiyini bildirmiş, bununla belə dövlət ittihamçısı və müdafiəçilər tərəfindən ona verilən suallara cavab olaraq göstərmişdir ki, Əlirza ilə birlikdə narkotik vasitə qəbul etmiş, Əlirzada narkotik vasitə olmayanda ondan almış, onda da narkotik vasitə olmayanda Əlirzadan almışdır. Müstəntiq ona izahatında “anama mən demişəm psixotrop maddəni Əirzaya versin” sözlərini yazarsa yaxşı olacağını demiş, polislər evlərinə basqın edib onu və anasını döyə-döyə polis şöbəsinə aparmış, 2 saatdan sonra onu buraxmışlar. Sonra DİNnin 102 xidmətinə zəng edib psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir ki, anasını buraxsınlar. 2 ay sonra yenidən DİN-nin 102 xidmətinə zəng edib eyni məzmunlu məlumat vermişdir. Bundan 4 gün sonra onu polisə çağırıb yazılanlara imza etdirmişlər. O ikinci dəfə müstəntiqin otağından DİN-nin 102 xidmətinə zəng etmişdir. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, medallarla təltif olunmuşdur. Xocavənd rayonunun Tuğ kəndində gedən döyüşlərdə yaralanmış, buna görə də ona 3-qrup əlillik verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünü və digər təqsirləndirilən şəxs olan anası Təqsirləndirilən şəxs1 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Füzuli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, 07 may 2023-cü il tarixdə, saat 17 radələrində Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində Füzuli rayon Polis şöbəsinin əməkdaşları Şahid2, Şahid1 və Şahid4 ilə xidmətdə olarkən həmin qəsəbə ərazisində Şahid6 qırmızı rəngli VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmasını və şübhəli hərəkətlər etməsini hiss edib həmin şəxsi saxlayıb Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid6 üzərinə və avtomobilinə baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının üzərində bir ədəd bükülüdə ağ rəngli kütlələr aşkar olunmuşdur. Şahid6 psixotrop maddə olan metamfetamini Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi sakini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli evə getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə və əlində olan çantasına müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman çantasından ağ rəngli sellofan bükülüdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Rəvan isə sonradan özü polisə gəlib psixotrop maddənin onun olduğunu, anası ilə birlikdə satdıqlarını bildirmişdir.Saminənin həyətinə daxil olanda onu həyətdə görmüşlər, əl çantası onun əlində olmuş, onu çantası ilə birlikdə şöbəyə aparmışlar.Saminə çantanın içərisində külli miqdarda psixotrop maddə olduğu üçün çantanı yerə qoymamış, çantaya videoçəkiliş aparılmaqda baxış keçirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Füzuli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 07 may 2023-cü il tarixdə, saat 16- 17 radələrində Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində polis əməkdaşları ilə birlikdə xidmətdə olduqları zaman qəsəbə ərazisində Şahid6 avtomobili ilə hərəkət edərkən özünü şübhəli apardığını müəyyən edib onu saxlayıb Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid6 üzərinə və avtomobilinə baxış keçirilərkən onun avtomobilindən bir ədəd bükülüdə ağ rəngli kütlələr aşkar olunmuşdur. Şahid6 psixotrop maddə olan metamfetamini Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 barəsində onlarda da əməliyyat məlumatı olduğundan polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs1 həyətinə daxil olanda onu həyətində görmüş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə və əlində olan çantasına baxış keçirilən zaman çantasından ağ rəngli sellofan bükülüdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid6 hər hansı bir təzyiq-təsir olmamış, o, Rəvan Məhərrəmivla bağlı onlara bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə videoçəkiliş aparılmaqda baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 barədə onlara əvvəllər əməliyyat məlumatı daxil olmuş, lakin onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə sübut olmamışdır. Onlar Təqsirləndirilən şəxs1 həyətinə daxil olanda onu həyətdə görüb saxlamışlar, onun evinə daxil olmamışlar. Çanta Saminənin əlində olmuş, o, «çöl» geyimində olmuşdur. Onu həyətində darvazanın ağzında saxlamışlar. Saminənin harasa gedir deyə çantasının əlində olmasını hiss etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Füzuli RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 may 2023-cü ildə, saat 17 radələrində Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində Füzuli rayon Polis şöbəsinin əməkdaşları olan Şahid2, Elşən Şıxalıyev və Şahid4 ilə xidmətdə olarkən həmin qəsəbə ərazisində Şahid6 avtomobillə hərəkətdə olmasını və şübhəli hərəkətlər etməsini hiss edib həmin şəxsi saxlayıb Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə Şahid6 üzərinə və avtomobilinə baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının üzərində bir ədəd bükülüdə ağ rəngli kütlələr aşkar olunmuşdur. Şahid6 psixotrop maddə olan metamfetamini Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi sakini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən 241 nömrəli evə getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində olmuş, o, üzərində olan əl çantası ilə birlikdə rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əlində olan yaşıl rəngli çantanın içərisindən ağ rəngli sellofan bükülüdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Saminə polis şöbəsinə gətirəndə Rəvanın həyətdə olmasını görməmişdir. Saminəni çantasında psixotrop maddədən başqa kosmetik əşyalar da olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Füzuli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 07 may 2023-cü il tarixdə, saat 17 radələrində Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində polis əməkdaşları ilə birlikdə xidmətdə olarkən həmin qəsəbə ərazisində Şahid6 avtomobillə hərəkətdə olmasını və şübhəli hərəkətlər etməsini hiss edib həmin şəxsi saxlayıb Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid6 üzərinə və avtomobilinə baxış keçirilərkən avtomobilindən bir ədəd bükülüdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şahid6 həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs1 həyətinə daxil olanda onu həyətdən çıxan görüb polis şöbəsinə gətirmişlər. Həmin vaxt həyətdə başqa heç kim olmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə və əlində olan çantasına baxış keçirilən zaman çantasından ağ rəngli sellofan bükülüdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 07 may 2023-cü iltarixdə qardaşına məxsus avtomobillə psixotrop maddə metamfetamin almaq üçün Saminənin yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsinə getmiş, onunla telefonda danışıb prixostop maddə lazım olduğunu bildirmişdir. Saminə küçəyə çıxıb psixotrop maddəni ona vermişdir. Saminəyə 20 manat pul vermiş, ondan aldığı metamfetamini oturduğu oturacaqda ayaqlarının arasına qoymuşdur. Füzuli rayonu, Horadiz şəhərinə gedərkən qəsəbələrarası yola çıxdıqda adlarını bilmədiyi polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə və maşınına baxış keçirilərkən avtomobilin qabaq sol oturacağının üzərində Saminədən aldığı metamfetamin aşkar olunmuş, polislərə həmin metamfetamini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. O Saminə ilə «votsap» proqramı vasitəsilə yazışmışmış, teledonla danışmış, bir gün qabaq Təqsirləndirilən şəxs2 da psixotrop maddə almışdır. Saminə və oğlunun psixotrop maddə satdıqlarını eşitdiyinə görə onlara zəng edib psixotrop maddə istəmişdir. Saminənin qapısının ağzına gəlib maşından düşməmiş, Saminə və ya oğlu küçəyə çıxıb psixotrop maddəni ona maşında vermişlər, o da pulu onlara vermişdir. Saminə ona psixotrop maddə verəndə əlində çanta olmamışdır. Polis şöbəsində ona təzyiq-təsir olmamış, orada Saminədən və oğlu Rəvandan psixotrop maddə aldığını demiş, hər dəfə onlardan 0,4 qram psixotrop maddə almış, Rəvanla telefonda danışıb psixotrop maddə lazım olduğunu demiş, qapılarına çatanda isə anası Saminə çıxıb psixotrop maddəni ona vermişdir, iki dəfə onlardan 20 manatlıq psixotrop maddə almışdır. İki gün ardıcıl psixotrop maddə qəbul etmiş, əvvəllər qəbul etməmişdir.Saminə ilə Rəvanın bir mobil nömrəsi olmuş, həmin nömrəyə zəng edib psixotrop maddə istəmişdir. İş üzrə Şahid5 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, 07 may 2023-cü il tarixdə saatını konkret olaraq xatırlamadığı vaxtda Füzuli RPŞ-nin əməkdaşları onu şöbəyə dəvət edərək adının sonradan Saminə olmasını öyrəndiyi qadının üzərinə şəxsi axtarış və baxış keçiriləcəyini deyərək onun da həmin prosesdə iştirak etməsini təklif etmişlər. Buna razılıq verərək həmin qadının, yəni Saminə adlı qadının üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Həmin vaxt polis şöbəsinin inzibati binasında onun, polis əməkdaşlarının və vəkilin iştirakı ilə Saminə adlı qadının üzərində şəxsi axtarış və baxış keçirilən zaman əlində olan yaşıl rəngli çantanın içərisindən ağ rəngli selofon bükülüdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 13,5 qram olmuş, həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüş və o da həmin şəxsi axtarış və baxışda iştirak etmişdir. Şahid5 məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol uzaq olduğuna görə məhkəməyə gələ bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bunun nəzərə alınmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən Füzuli rayon Polis şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş bir ədəd diskin üzərində göy rəngli kapilyar qələmlə “9671” rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin disk «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli «506243967_sms.txt», “508840137_sms.txt”, “**********67.txt”, “**********.txt”, «abuneciler.xls» və «antena.xls» adlı fayllar olmaqla, cəmi altı ədəd fayllar vardır. Bloknot tipli həmin fayllara baxan zaman Təqsirləndirilən şəxs1 adına qeydiyyatda və istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefondan Şahid6 istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə, saat 22:06-da 100 saniyə, saat 22:09-da 29 saniyə, saat 22:41-də 23 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 04:16-da 21 saniyə, 04:20də 53 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 20:59-da 118 saniyə, saat 21:30-da 20 saniyə, 21:33-də 27 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 14:55-də 7 saniyə, saat 15:15-də 20 saniyə, saat 15:17-də isə 20 saniyə danışmaları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə Şahid6 arasında hər hansı mesajlaşma olmamışdır. Həmçinin, «antena.xls» adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və Şahid6 07 iyun 2023-cü il tarixdə Füzuli rayonu Zobucuq qəsəbəsi ərazisində olmaları müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid6 şəxsi axtarışının aparılması və avtomobilinə baxış keçirilməsi haqqında 07 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün, saat 19:37-də ünvan 2 ünvanında yerləşən inzibati binasının həyətyanı sahəsində müdafiəçisi, Beyləqan rayon Vəkil Bürosunun vəkili Fəxri Rüstəmovun iştirakı ilə videoçəkiliş vasitəsi ilə “VAZ 2106” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılarkən avtomobilin qabaq sol oturacağının üzərində bir ədəd sellofan bükülüdə 0,5 qram olan psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 şəxsi axtarışının aparılması haqqında 07 may 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün, saat 20:40-da ünvan 2 ünvanında yerləşən inzibati binasında müdafiəçisi, Beyləqan rayon Vəkil Bürosunun vəkili Vəkil Quliyevin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən əl çantasında bir ədəd sellofan bükülüdə ümumi çəkisi 13,5 qram olan psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə verdiyi məlumatın səs yazısı yazılmış diskə baxış keçirilməsi haqqında 04 iyul 2023-cü il tarix protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 DİN-in 102 xidmətinin operatoru ilə danışan zaman anası Təqsirləndirilən şəxs1 əl çantasından aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 18/472 nömrəli ekspert rəyindən görünür ki, Şahid6 avtomobilindən aşkar olunaraq götürülən 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,427 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli, 18/473 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əl çantasından aşkar olunaraq 1 ədəd salfet kağızına bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,883 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim olunan Şahid6 avtomobilindən aşkar olunmuş 1 ədəd bükümdə, Təqsirləndirilən şəxs1 əl çantasından aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi «Publik hüquqi şəxsi» Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli, 3856 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi «Publik hüquqi şəxsi» Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli, 4634 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1793 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2085 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 07 may 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 10 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-7588 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2724 nömrəli Sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-10339 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-5775 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-42907 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr-Biləyin və əlin çoxsaylı açıq yaraları, Sol əlin 2-3 daraq sümüyünün açıq qəlpəli sınığı, sol budun, sol sarğı nahiyyəsinin iri həcimli dəri deffekti yarası funksiyasının kəskin şəkildə pozulması ilə, xayalıq və xayaların açıq yarası, sol xayanın kor qəlpə yaralanması, sol tərəfli orxoektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu ilə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli RİHB-nın İkinci Zobucuq qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli 43-42/2-349 nömrəli və 43-42/2-350 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hal-hazırda həmin qəsəbədə 241 nömrəli evdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütöbvlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, həmin döyüşlərdə yaralanaraq 3-cü qrup əlil olmasını, «Füzulinin azad olunmasına görə» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Cəsur döyüşçü» medalı, və «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan 0,377qram və 11,833 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 09 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı, **********82394/01 və **********82392/01 İMEİ kodlu, üzərində 050 *** ** ** mobil nömrəsi olan mobil telefonun isə hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik pul təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs1 Qurbanəli qızından, 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik isə Təqsirləndirilən şəxs2 alınmaqla dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 07 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Qurbanəli qızının barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik pul təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs1 Qurbanəli qızından, 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik isə Təqsirləndirilən şəxs2 alınmaqla dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan 0,377 qram və 11,833 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 09 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı, **********82394/01 və **********82392/01 İMEİ kodlu, üzərində 050 *** ** ** mobil nömrəsi olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-730/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-730/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver