Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-731/2024 06.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X14, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «DOST» İŞ Mərkəzində sosial işçi kimi işə qəbul edilməklə «Azərpoçt»un Ağcabədi rayonu, Hindarx qəsəbəsi şöbəsində poçtalyon köməkçisi kimi işləmiş, «İkinci Qarabağ» müharibəsində fəal iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 4(017)-49/2024 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 120.-ci maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bacısı X1 ayrı-ayrı kişilərlə münasibət qurmasını ailəsinin şərəf və ləyaqətini alçaldan və namusuna ləkə gətirən hərəkətlər olduğunu hesab edərək 05 iyun 2024-cü il tarixdə, saat 23 radələrində yaşadıqları Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı hissəsində Səbinə Məmmədovanın yaşadığı birotaqlı tikiliyə daxil olaraq üzərində götürdüyü metal ling ilə Səbinə Məmmədovaya bir neçə dəfə zərbə endirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid başın sol ön təpə nahiyəsində kəllə qapağı sümüklərinin açıq sınığı və baş beyinin əzilib-dağılması ilə müşahidə edilən əzilmiş yara, başın orta təpə nahiyəsində əzilmiş yara, başın orta ənsə nahiyəsinin yuxarı şöbəsində əzilmiş yara, başın orta ənsə nahiyəsinin aşağı şöbəsində ənsə sümüyünün açıq sinığı və başbeyinin əzilib dağılması ilə müşahidə edilən əzilmiş yara, sağlamlığa yüngül zərərvurmaya aid sol üst göz qapağında əzilmiş yara, bədən səthində çoxsaylı qançırlar kimi xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Səbinə Məmmədovanı qısqanclıq zəminində qəsdən öldürərək digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, «X6»ndə iştirak etmiş və müxtəlif medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra 2022-ci ilin avqust ayından «DOST» İŞ Mərkəzində sosial işçi kimi işə qəbul edilərək, «Azərpoçt»un Ağcabədi rayonu, Hindarx qəsəbəsi şöbəsində poçtalyon köməkçisi kimi işləmişdir. 2022-ci ilin may ayında bacısı Səbinə ilə əri Kamilin arasında mübahisə olmuş, Səbinə Kamili təhqir edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Səbinə Kamilin onu əxlaqsızlıq etməklə ittiham etməsini və böhtan atmasını bildirmişdir. Kamildən Səbinəni nə üçün əxlaqsızlıqla ittiham etməsini soruş\muş, Kamil ona bildirmişdir ki, Səbinənin yad kişilərlə telefonla olan yazışmalarını tutmuşdur. Bir müddət sonra Kamil və Səbinənin yenidən dalaşmasını, Səbinənin Kamildən boşanmaq istədiyini eşitmişdir. Səbinədən boşanmaq istəyinin səbəbini maraqlanan zaman Səbinə Kamilin ona əxlaqsızlıq etməsi barədə böhtan atmasını demişdir. Atasının yasında Səbinənin telefonuna zəng gəlməsini, telefonun ekranında «su» yazılmasını, Səbinənin özünü şübhəli aparmasını müşahidə etmiş, Səbinədən ona zəng edənin kimliyini maraqlanan zaman Səbinə su idarəsindən zəng gəlməsini bildirmişdir. Səbinə telefonu götürüb yandakı otağa keçib, telefonla səmimi şəkildə nələrsə danışmışdır. Səbinəni yanına çağırıb, kimlə danışmasını soruşanda Səbinə suya borcu var deyə ona zəng gəldiyini demişdir. Həmin günün axşamı Səbinə qəflətən Bakı şəhərinə getmişdir. Kamil onlara telefon nömrələri qeyd edilmiş siyahı göstərərək, Səbinənin həmin siyahıda olan mobil nömrə istifadəçiləri ilə danışmasını və əxlaqsız həyat tərzi keçirməsini bildirmişdir. Onlar Kamilə, əgər Səbinənin əxlaqsızlıqla məşğul olmasını hesab edirsə ondan boşanmasını demişlər. 2023-cü ilin yanvar ayında Səbinə Bakı şəhərindən Hindarx qəsəbəsinə qayıtmış, bir neçə ay kiçik bacısı Mələkgildə yaşamışdır. Gecə təxminən saat 02-03 radələrində Ağcabədidə şəhərdən keçən zaman Səbinənin şəhər ərazisində yerləşən kollecin qarşısında dayanmasını görmüşdür. Səbinə təxminən 2023-cü ilin aprel-may aylarından onlarla birlikdə yaşamağa başlamışdır. Səbinə evə köçdükdən sonra evin həyətinin giriş hissəsinin sağında yerləşən bir otaqdan ibarət tikilidə qalmağa başlamışdır. Səbinə evə qayıtdıqdan sonra ondan əxlaqsız hərəkətlərdən əl çəkməsini evinə yığışmasını tələb etmişdir. Səbinə isə onu daha da qıcıqlandırmaq üçün onun bütün dostları ilə gəzib, başını aşağı edəcəyini demişdir. Bir dəfə Ağcabədi şəhəri ərazisində yerləşən «Gənclər Mərkəzi» deyilən yerdə yemək yeyən zaman Səbinənin, oğlunun və əlavə 3-4 nəfər kişinin səsini eşitmiş, Səbinə uşağını da götürüb, yad kişilərlə birlikdə yemək yemişdir. Dəfələrlə Səbinənin müxtəlif markalı avtomobillərə minib-düşməsini eşitmişdir. Ailəsi Hindarx qəsəbəsində yaşayan camaat arasında biabır olmuşdur. Səbinə həmçinin siqaret çəkmiş, spirtli içki qəbul etmişdir. Səbinə rayonun Rəncbərlər kənd sakini Fehruz adlı şəxslə münasibət qurmuşdur. Fehruz ona Səbinənin özünün ondan əl çəkmədiyini demişdir. Öz namusunu təmizləmək üçün Fehruzu cəzalandırmaq istəsə də təqsirin Fehruzda deyil, Səbinənin özündə olduğunu düşünmüşdür. Səbinənin bütün bu hərəkətlərindən sonra Səbinəni öldürmək qərarına gəlmişdir. 02 iyun 2024-cü il tarixdə evin həyətində olan zaman Səbinənin telefonda Fehruzla danışdığını eşitmişdir. Özü yenidən Fehruza zəng edərək danışmışdır. Feyruzla danışıb qurtardıqdan bir neçə saat sonra Səbinə «Whatsapp» mobil tətbiqi vasitəsilə özünün səs yazısını və yazı mətnini ona göndərmişdir. Həmin səs yazılarında və yazı mətnində Səbinə onu və ailəsini əxlaqsız söyüşlərlə təhqir etmiş, Fehruzla istədiyi kimi yaşayacağını demişdir. Bundan sonra Səbinəni öldürmək qərarına gəlmiş, lakin uyğun şərait olmamışdır. 5 iyun 2024-cü il tarixdə təxminən saat 19 radələrində işdən evə qayıtmış, uşaqları ilə oynayaraq sağollaşmışdır. Təxminən saat 20 radələrində Səbinəni necə öldürəcəyini planlaşdırmışdır. Təxminən saat 22 radələrində Səbinə evin həyətinə daxil olmuşdur. Həmin saata qədər qəsəbə ərazisində yerləşən “RT” marketdə satıcı işləmişdir. Səbinə evə daxil olarkən yenə telefonla kiminləsə danışmışdır. Telefonla danışa-danışa yaşadığı otaqdan paltarlarını götürüb çimmək üçün hamama girmək istəyərkən, o, vaxt aparmaq üçün Səbinədən əvvəl hamama daxil olmuşdur. Təxminən saat 23 radələrində hamamdan çıxmış həyətdə gözləməyə davam etmişdir, ondan sonra Səbinə hamama daxil olmuş, təxminən 5-10 dəqiqə sonra Səbinə də hamamdan çıxmış, telefonla danışa-danışa yaşadığı otağa daxil olmuşdur. Həyətin qapısını bağlayıb gələndə tövlənin divar hissəsinə söykədiyi metal lingi götürmüş və Səbinəni elə həmin linglə öldürməsini fikirləşmişdir. Səbinənin yaşadığı otağın qapısını açıb, içəri daxil olub yenidən qapını örtmüşdür. Səbinə otağın giriş hissəsindən sol tərəfdə olan çarpayıda, başı evin pəncərəsi tərəfdə arxası üstə uzanmış, üzərində sinəsinə qədər çəkilmiş ədyal olmuşdur. Səbinə həmin zaman oyaq olmuş və uzanıqlı şəkildə mobil telefondan istifadə etmişdir. Otağa daxil olduqdan sonra Səbinənin onun telefonuna «Whatsapp» vasitəsilə göndərdiyi səs yazılarını ona dinlədərək, övladını, arvadını nə üçün təhqir etməsini, niyə əxlaqsız hərəkətlərinə davam etməsini soruşmuşdur. Bu zaman Səbinə çarpayıda sağ çiyni üzərinə çevrilib uca səslə demişdir ki, nə edibsə yaxşı eləyibdir. Bundan sonra telefonu arxa cibinə qoyub hər iki əli ilə sağ ayağının arxasında gizlətdiyi lingi götürüb, Səbinənin sol böyrünə zərbə endirmiş, Səbinə bu zaman yarıbükülü halda ayağa qalxmaq istəmiş və onun koftasının yaxasından tutmuşdur. Həmin vaxt ayağı otağın divarının yaxınlığında olan plastik su bidonuna ilişmiş, ayağı sürüşdüyü üçün büdrəmiş, Səbinə isə onun koftasının yaxsından tutub ayağa qalxmaq istəyən zaman Səbinənin ayağına badalaq verib onu yıxmışdır. Səbinə onun koftasından tutduğu üçün koftanın yaxası cırılmış və Səbinənin üzərində olan ədyal yerə düşmüşdür, bu zaman görmüşdür ki, Səbinənin üzərində heç bir paltar yoxdur. Səbinə uca səslə onu, ailəsini əxlaqsız söyüşlərlə təhqir etməyə davam etmişdir. Növbəti dəfə Səbinənin sağ hissəsinə keçib linglə onun kürəyinə zərbə endirmiş, daha sonra tez Səbinənin baş hissəsinə keçib boyun və kürəyinin üst hissəsinə linglə sayını dəqiq xatırlamadığı zərbələr endirmiş, sonuncu dəfə Səbinənin başının önünə keçərək linglə baş nahiyəsinə güclü zərbə endirmişdir. Son zərbəni vurduqdan sonra Səbinə ölmüşdür. Səbinə hərəkətsiz halda döşəmənin üstündə ağzıüstə sərili vəziyyətdə dayanmış və onun qanı ətrafı bürümüşdür. Lingi otağın divarına söykəmiş, otağın qapısını açıb çölə çıxmaq istəyən zaman, anası otağın qapısına yaxınlaşaraq qışqıraraq nə baş verməsini soruşmuş o, isə Səbinəni öldürməsini demişdir. Bundan sonra anası qışqıraraq yanından uzaqlaşmış və darvazadan çölə qaçmışdır. Otağın qarşısındakı pilləkəndə oturub Daxili İşlər Nazirliyinin «102» xidməti zəng mərkəzinə zəng edərək bacısını öldürməsini bildirmiş və hadisə yerinə gəlmələrini xahiş etmişdir. Bir neçə dəqiqə sonra artıq bütün qonşular evin həyətinə daxil olmuşlar. Polislər gələnə qədər yaxası cırılmış koftasını arvadına vermiş, geyinmək üçün ondan başqa kofta almışdır. Könüllü şəkilə polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı, mərhum X10 isə doğma bacısıdır. 2022-ci ilin may ayında atası öldükdən sonra Səbinə ilə əri Kamil arasında münaqişə düşmüşdür. Kamil Bakı şəhərindən Hindarx qəsəbəsinə gəlmiş və Səbinənin Bakı şəhərində olan zaman müxtəlif kişilərlə danışdığını demişdir. Kamilə Səbinə yalnış hərəkətlər edirsə boşanmasını demişlər. Səbinə və Kamil rəsmi olaraq boşanmışlar, Səbinə Ağcabədi rayonuna qayıtmışdır. Səbinə bir neçə ay onlarla birlikdə yaşamışdır. Onlarla birlikdə qaldığı ilk günlərdən etibarən Səbinənin Hindarx qəsəbəsi ərazisində əxlaqsız hərəkətlərlə məşğul olması barədə xəbərlər yayılmağa başlamışdır. Qonşular onu yad adamların avtomobillərinə minib-düşərkən görürmüşlər. Səbinə spirtli içki qəbul etmiş, siqaret çəkmişdir. Səbinə «Whatsapp» sosial şəbəkəsində yad kişilərlə səmimi şəkillər paylaşmışdır. Sadiq Səbinəyə düz yola qayıtmasını bildirmiş, Səbinə isə Sadiqə fikir verməmişdir. Səbinə Hindarx qəsəbəsi ərazisində yerləşən marketdə işləməyə başladıqdan sonra adı daha da pis hallanmağa başlanmışdır. 2023-cü ilin ortalarından Səbinə ata evində Sadiqgillə birgə yaşamağa başlamışdır. 06 iyun 2024-cü il tarixdə gecə saatlarında Sadiqin Səbinəni öldürməsini eşitmişlər. Sadiqgilə getmiş, evə çatarkən Sadiqin artıq RPŞ-də olmasını bilmişdir. Sadiqlə barışdığını, Sadiqdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Sadiqə üç müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sadiq onun oğludur. Sadiq «X6»ndə iştirak edib qayıtdıqdan sonra isə «X23»də sosial işçi kimi işə qəbul edilmiş və X13 Hindarx kənd poçt şöbəsində işləməyə başlamışdır. Səbinə isə qızıdır. Səbinə yad kişilərlə danışdığı üçün əri Kamillə münaqişləri olmuşdur. Kamil Səbinənin telefon danışıqları olan siyahını göstərərək Səbinənin həmin nömrə istifadəçiləri ilə danışmasını bildirmişdir. 2022-ci ilin sonlarında Səbinə və Kamil rəsmi olaraq boşanmışdir. Səbinə boşanıb Hindarx qəsəbəsinə gəldikdən sonra bir neçə ay bacısı Mələkgildə onların ailəsi ilə birlikdə qalmağa başlamış, sonradan isə Sadiqin razılığı ilə Səbinə onların yanına köçüb, evin həyətinin girişində olan birotaqlı tikilidə yaşamağa başlamışdır. Səbinə Hindarx qəsəbəsi ərazisində yerləşən «RT» adlı marketdə satıcı işləmişdir. Bu müddət ərzində də Səbinənin adı rayon ərazisində fərqli adamlarla hallanmağa başlamış, həmçinin rayonun Rəncbərlər kənd sakini Fehruz adlı şəxslə sevgili münasibətində olmasını eşitmiş, bu barədə Səbinənin özü də ona demişdir. Səbinəyə həmin oğlanla bir daha danışmamasını tapşırsa da xeyri olmamış, buna görə Səbinə onunla dalaşmışdır. Sadiq Səbinə ilə mübahisə edib əxlaqsız hərəkətlərdən əl çəkməsini ondan tələb etmişdir. 05 iyun 2024-cü il tarixdə təxminən saat 18 radələrində işdən evə qayıtmış, həmin zaman evdə gəlini Şahid2 və üç azyaşlı nəvəsi olmuşlar. Təxminən saat 19 radələrində Sadiq işdən evə qayıtmış, birlikdə yemək yedikdən sonra Səbinə də evə gəlmişdir. Səbinənin evə gəldiyini gördükdən sonra yatmaq üçün öz otağına keçmiş, onunla bərabər Nərmin də uşaqları ilə birlikdə öz otaqlarına keçmişdir. Həmin zaman Sadiq evin həyətində olmuş, özü isə otaqda bir qədər televizora baxdıqdan sonra yuxuya getmişdir. Həmin gün saat 23 radələrində möhkəm çığırtı səsi eşitmiş, qəfil yuxudan oyanmış, həmin səsin nə üçün çıxmasını bilməmiş, lakin səsin Səbinəyə məxsus olmasını ehtimal edib, cəld yerindən qalxıb evin həyətinə doğru yüyürmüş, həyətə düşmək istəyən zaman evin eyvanında Nərmin ilə qarşılaşmış, onun da çığırtı səsini eşidib yuxudan oyandığını görmüşdür. Nərmin evin eyvanında qalmış, pilləkəndən aşağı düşməmiş, o, isə eyvanın pilləkənlərindən aşağı düşüb, Səbinənin yaşadığı təkotaqlı tikiliyə doğru qaçmış, əlini otağın qapısının dəstəyinə atıb içəri daxil olmaq istəyən zaman Sadiqlə üz-üzə gəlmiş, otağa daxil ola bilməmişdir. Sadiq onu görüb «Ana, artıq başın dik gəzə bilərsən, Səbinəni öldürdüm, canımız qurtardı» sözlərini demişdir. Səbinənin çılpaq bədəninin, başı qana bulaşmış şəkildə, ağzıüstə, döşəmənin üzərində hərəkətsiz vəziyyətdə uzanmasını görmüş, ağlayaraq və qışqıraraq qaçıb darvazadan çölə çıxıb, qohumları Şahid4 evinə gedib onu səsləmişdir. Evə qayıdanda Sadiqin ətrafına xeyli adam toplaşmasını görmüş, özü isə təlaş içində evin həyətində qışqırıb, ağlamışdır. Tanırverdi evə daxil olduqdan sonra ədyal ilə Səbinənin üzərini örtmüşdür. Bir neçə dəqiqə sonra hüquq mühafizə orqanının əməkdaşları evə gəlmişlər. Dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Ağcabədi rayonu X7 Hissəsinin 50 nömrəli Yanğından mühafizə bölməsində dispetçer vəzifəsində işləyir. 2023-cü ilin may ayında X10 ilə ilk dəfə rayonun Rəncbərlər kəndi ərazisində yerləşən «Kəbirli» adlı kafedə tanış olmuşlar. Bundan sonra Səbinə ilə danışmağa başlamış və görüşmüşdür. Səbinə spirtli içki qəbul etmiş və siqaret çəkmişdir. Sonradan Səbinənin rayon ərazisində olan başqa kişilərlə də qeyri-əxlaqi münasibəti olmasını öyrənmiş və Səbinədən uzaqlaşmaq istəməsinə baxmayaraq Səbinə buna imkan verməmişdir. Səbinə ilə ünsiyyəti kəsmək istəyən zaman, Səbinə onun iş yerinə getmişdir. Səbinə ilə Ağcabədi rayonu ərazisində və Bakı şəhərində görüşüb, cinsi əlaqədə olmuşlar. Sadiqə Səbinənin spirtli içki qəbul edib, iş yerinə gələrək onu narahat etdiyini demişdir. Sadiq onu tanıdığını, Səbinənin onunla danışmasından xəbəri olduğunu bildirmişdir. Sadiq onunla telefonla danışan zaman Səbinə ilə münasibətlərini kəsməklərini tələb etmiş və Səbinənin barəsində tədbir görəcəyini demişdir. Bundan sonra bir neçə gün Səbinə ilə münasibəti kəsmiş, hətta telefon nömrəsini dəyişmişdir, lakin Səbinə onun nömrəsini öyrənib yenidən zəng etmiş, məcbur qalıb yenidən Səbinə ilə danışmışdır. 02 iyun 2024-cü il tarixdə Sadiq zəng edərək Səbinə ilə münasibətini dayandırmamasının səbəbini soruşmuş, o, isə Sadiqə Səbinə ilə ünsiyyəti kəssə də Səbinənin əl çəkmədiyini demişdir. Sadiq Səbinə ilə əlaqəni kəsməyi ondan yenidən tələb etmişdir. Sadiqin ona zəngindən sonra aralarında keçən söhbət barədə Səbinəyə məlumat vermiş və Sadiqin aralarında olan münasibətin bitməsini istədiyini demişdir. Sadiqin zəng etməsi barədə Səbinəyə deməsini, Sadiqə bildirməməsini ona tapşırmışdır. Səbinə onun zəngindən sonra Sadiqlə telefonla danışmış, Sadiqi və ailəsini təhqir etmiş, ona əxlaqsız sözlər olan səs yazısı və yazı mətni göndərmişdir. Səbinə «Whatsapp» vasitəsilə Sadiqə göndərdiyi mesajı ona da göndərmişdir. Bundan sonrakı günlərdə Səbinə ilə telefonla danışmışdır. 06 iyun 2024-cü il tarixdə, saat 01 radələrində işdə olan zaman Sadiqin Səbinəni öldürməsi eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində Səbinə Məmmədovanın yaşamış olduğu evdə üzərində qətl əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1) -«hadisə yerinə baxış aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyət sahəsinə giriş, tünd yaşıl və qırmızı rəngi olan ikitaylı dəmir darvazadandır. Darvazadan həyət sahəsinə daxil olduqda müəyyən olundu ki, həyət beton örtüklə üzlənmişdir, həyətyanı sahənin üstü evin girişindən beton sahə bitənə qədər çardaqla örtülmüşdür. Çardaq sağ və sol hissədən dəmir turbalar üzərinə qurulmuşdur. Darvaza ilə üzbəüz həyətin baş hissəsində hamam və tualet üçün ayrılmış tikili yerləşir, tikilinin ön hissəsində əl-üzyuyan var, darvazadan həyətə daxil olduqda sol tərəfdə mağar kimi istifadə edilən yardımçı tikili mövcuddur. Tikilinin divar hissəsindən həyətə baxan plastik çərçivəli pəncərə və plastik çərçivəli qapısı mövcuddur, qapı və pəncərə örtülüdür. Tikilinin yan divar hissəsinin yaxınlığında, torpaq örtüyün üzərində uzunluğu 65 sm olan, yarıya qədər hissəsi qanabənzər maddə ilə boyanmış metal ling mövcuddur. Araşdırma üçün sübuti əhəmiyyəti nəzərə alınaraq həmin metal ling qablaşdırılaraq götürüldü. Həmin tikilidən irəlidə fərdi yaşayış evi yerləşir, fərdi yaşayış evi 6 pilləkən hündürlüyündə, yerdən 120 sm yüksəklikdədir, pilləkənlərdən yuxarıda evin eyvanı yerləşir, eyvanın döşəməsi kafellə üzlənmişdir, eyvanın ətrafı qara rəngli metaldan hazırlanmış məhəccərlə əhatələnmişdir. Evə giriş qapısı dəmirdəndir. Darvazadan həyətə daxil olduqda betonla üzlənmiş həyətyanı sahənin sağ hissəsində torpaq örtük mövcuddur. Beton sahənin ətrafı sağ tərəfdə dəmir setka ilə çəpərlənmişdir. Darvazadan içəri daxil olduqda sağ tərəfdə, həyətə pəncərəsi olan tikili mövcuddur, divarları mişar daşından hörülmüşdür, tikiliyə giriş hissə və yan divarı sarı rənglə boyanmışdır. Üst hissəsi metal kirəmitlə örtülmüşdür. Tikiliyə yerdən iki pilləkən qalxaraq daxil olunur, pilləkənlərin ümumi hündürlüyü 40 santimetrdir. Tikiliyə giriş ağ rəngli plastik qapıdan daxil olmaqla həyata keçirilir. Qapının çöl və içəri tərəfdən qapı dəstəkləri quraşdırılıb, qapının içəri tərəfində, dəstəyin altında açar var, qapıda hər hansı zorakılıq əlamətinə rast gəlinmədi. Tikilinin ön giriş hissəsi betonla örtülmüşdür, giriş qapısı ilə üzbəüz durduqda, tikilinin sol tərəfdəki divarında plastik çərçivəli pəncərə mövcuddur. Tikilidən içəri daxil olduqda tikilinin bir otaqdan ibarət yaşayış sahəsi olması müəyyən edilir. Tikilinin uzunluğu 4 metr, eni 3.50 metr, döşəmədən tavana qədər məsafə 2.10 metrdir. Yaşayış sahəsinin qapısının və iki pəncərəsinin üstündən üzərində mavi rəng çalarlar olan ağ pərdə asılmışdır. Yaşayış sahəsinin divarları açıq mavi rənglə, döşəməsi açıq qəhvəyi rənglə, tavanı ağ rənglə boyanmışdır. İçəri daxil olduqda sağ tərəfdə qarderob yerləşdirilmişdir. Qarderobun qapısı yoxdur, asılqanlarında qadın paltarları var, qarderobun üstündə kosmetik vasitələri qoyulmuşdur. Girişdən sol tərəfdə açılıb-bağlanan təknəfərlik çarpayı mövcuddur. Çarpayı divara sıxılmış vəziyyətdə, pəncərənin altına yerləşdirilmişdir, çarpayının üstündə üzərində gül naxışları olan döşək və balış var. Balış çarpayının pəncərəyə yaxın olan hissəsindədir. Çarpayının yanında döşəmənin üzərində, üstündə “Braun” yazısı olan bir ədəd saç feni var, fen elektrikə qoşulmuş vəziyyətdədir, işlək halda deyil üstündə “OFF” yazısı yanır. Çarpayıdan irəlidə divara sıxılmış vəziyyətdə yanaşı şəkildə iki ədəd stul var, stullardan sonra divara sıxılmış sandıq yerləşir, sandığın ağzı açıqdır, içərisində paltarlar var. Tikiliyə giriş qapısı ilə üzbəüz divara sıxılmış şəkildə bir ədəd stol var, stolun üstünə ağ rəngli süfrə sərilib, üzərində mətbəx əşyaları, bir ədəd beş manatlıq və iki ədəd bir manatlıq əskinas var. Stolun aşağı hissəsində döşəmənin üzərində qara əski parçası var. Həmin stolun sağında ölçüsü ondan kiçik olan olan açıq qəhvəyi rəngli, üzərində süfrə olmayan, üstündə mətbəxt əşyaları olan stol var. Tikiliyə giriş qapısından 130 sm irəlidə döşəmənin üzərində, ağzıüstə uzanmış vəziyyətdə, üzəri ağ-qara rəngli ədyal ilə örtülmüş X1 meyiti var. Meyitin baş nahiyəsinin ətrafı, döşəmənin üstü qanla örtülmüşdür. Meyitin üzərində olan ədyalı götürdükdə, meyitin üstündə heç bir paltar olmadığı müəyyən edilmişdir. Meyitin sağ hissəsində, döşəmənin üstündə, ekranı üstə qoyulmuş, «OPPO» markalı mobil telefon cihazı görünür, araşdırma üçün sübuti əhəmiyyəti nəzərə alınaraq həmin mobil telefon cihazı qablaşdırılaraq götürülmüşdür. Otağın giriş qapısının yaxınlığında ortasına qədər su ilə dolu olan 30 sm hündürlüyündə, ağ rəng, plastik materialdan ibarət su bidonu var. Meyit ilə çarpayının arasında bir ədəd bükülmüş halda, nəmli vəziyyətdə, rəngbərəng qadın paltarı var, araşdırma üçün sübuti əhəmiyyəti nəzərə alınaraq həmin qadın paltarı qablaşdırılaraq götürülmüşdür. Səbinə Məmmədovanın meyitinin yerləşdiyi yerdə qan bulaşmaları mövcuddur. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin qan bulaşmalarından nümunələr götürülərək müvafiq qaydada qablaşdırılmışdır.(cild 1, i.v.4-16) -«meyitə baxış aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, meyitxanada təşrih masası üzərində arxası üstə X2 əynində paltarları olmayan çılpaq meyiti uzadılmışdır. Meyitin əsasən baş hissəsi qana bulaşmış vəziyyətdədir. Meyitin boyunun uzunluğu 163 sm-dir. Bədənin ümumi rəngi ağımtıldır. Meyit bir qədər soyuqdur. Meyit qacıması yoxlanılan bütün qrup əzələlərdə inkişaf etməmişdir. Meyit ləkələri yoxdur. Başı düzgün formada olub, baş tükləri qara rəngdədir, 15-20 sm uzunluqdadır. Gözləri qapalıdır, konyuktivası solğundur, buynuz qişa parlaqdır, bəbəklər bərabər genişlənmişdir, dairəvidir, 0,5 sm diametrindədir. Ağzı qapalıdır, dodaqların haşiyəsi solğundur. Burun dəlikləri sərbəst keçiricidirlər. Xarici qulaq keçəcəkləri sərbəstdir. Kəllə qapağı sümükləri əlləmə zamanı deformasiyalıdır. Burun və üz şöbə sümükləri əllədikdə patoloji hərəkətsizdir. Boyun bədənə mütənasibdir, orta qalınlıqda və uzunluqdadır, hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Fəqərə sütununda əyrilik yoxdur. Əllədikdə fəqərələr tamdır. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyət üzvlərinin inkişafı düzgündür, qadın tiplidir. Sidik dəliyində ifrazat yoxdur. Anal dəliyi örtülüdür ətraflarının dəri səthi təmiz və zədəsizdir. Baxış zamanı meyitin bədənində aşağıdakı xəsarətlər aşkar olundu: Başın sol ön təpə nahiyəsində düz xətt formalı, kənarları nahamar, küt bucaqlı, kəllə qapağı sümüklərinin sınığı və baş beyinin əzilib-dağılması ilə müşahidə edilən 9.0 x 1.0sm ölçüdə əzilmiş yara var. Bu yaradan 2 sm ortaya doğru orta təpə nahiyəsində düz xətt formalı, kənarları nahamar, küt bucaqlı, 9.0 x 1,2 sm ölçüdə əzilmiş yara var. Başın orta ənsə nahiyəsinin yuxarı şöbəsində düz xətt formalı, kənarları nahamar, küt bucaqlı, 9.0 x 2.0sm ölçüdə əzilmiş yara var.Başın orta ənsə nahiyəsinin aşağı şöbəsində düz xətt formalı, köndələn yerləşmiş, kənarları nahamar, küt bucaqlı, əzilmiş baş beyin toxuması yara var. Bu yara nahiyəsində başın ənsə sümükləri qəlpəli şəkildə əzilib-dağılaraq xaric olmuşdur. Sol üst göz qapağında qeyri - müəyyən formalı, göyümtül rəngli, 5,0 x 3,0sm ölçüdə qançır və qançır üzərində 3,0 x 0,2 sm ölçüdə əzilmiş yara var. Burun tini üzərində oval formalı, göyümtül rəngli, 2,0 x 1,0 sm ölçüdə qançır var. Sol çiyin qurşağında zolaqşəkilli, göyümtül rəngli, 22.0 x 8.0sm ölçüdə qançır var. Döş qəfəsinin sol yarısında qabırğı qurtaracağına qədər uzanan, düz xətt formalı, göyümtül rəngli, 20,0 x 8.0 sm ölçüdə qançır var. Sol kürəkaltı nahiyədə analoji xarakterli, 15.0 x 2.0sm ölçüdə qançır var. Sağ kürək nahiyəsində düz xətt formalı, qırmızımtl-göyümtül rəngli, 15,0 x 2,0 sm ölçüdə qançır var. Belin orta hissəsində düz xətt formalı, köndələn yerləşmiş, 22,0 x 2,0 sm ölçüdə qançır var. Sol bazunun yuxarı və orta üçdə birini əhatə edən, düz xətt formalı, göyümtül-qırmumtil rəngli, 15.0 x 4.0 sm ölçüdə qançır var. Sol milbilək oynağının arxa səthində 10,0 x 2,0sm ölçüdə qançır var. Sol budun yuxarı üçdə birinin yan bayır səthində düz xətt formalı, qırmızımtıl-göyümtül rəngli, 8,0 x 3.0 sm ölçüdə qançır var. Baxış zamanı meyitin bədənində sair xəsarətlər və xəsarət izləri aşkar olunmamışdır. Səbinə Məmmədovanın meyiti patoloji-anatomik müayinə olunması məqsədi ilə məhkəmətibb ekspertinin ixtiyarına verilmişdir.(cild 1, i.v.17-25) -«şübhəli şəxsin tutulması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 04:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.42) -«əşyalara baxış aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli üzərində «Boss» yazısı olan, qısaqol köynək, bir ədəd rezin, çimərlik çəkələyi, bir ədəd mavi rəngli «Samsung» markalı mobil telefon cihazı təqdim edilmişdir. Geyim əşyalarının və mobil telefon cihazının üzərində trasoloji və ya mexaniki zədələr müşahidə olunmamışdır. Şalvarın ayaq hissələrində qanabənzər ləkələr vardır. Baxış aparılan geyim əşyaları və mobil telefon cihazı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və müvafiq qaydada qablaşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 1, i.v.53-57) -«əşyalara baxış aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən istintaq orqanına bir ədəd qara rəngli, yaxası cırılmış, üzərində ağ rəng nazik yazı olan kofta təqdim edilmişdir. Baxış aparılan geyim əşyası iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.(cild 1, i.v.68) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 4(017)-49/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.70-71, 95-97) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, Səbinə Məmmədova zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.99-100) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində bacısı X14 tanınmışdır.(cild 1, i.v.104-105) -«əşyanın baxışının aparılması haqqında» 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon cihazının baxışı həyata keçirilmiş, baxış zamanı Səbinə Məmmədova tərəfindən 02 iyun 2024-cü il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs səsli mesaj və yazı mətni göndərilməsi müəyyən edilmiş, həmin səsli mesajlarda və yazı mətnində X15 Kərimovu və onun ailə üzvlərini nalayiq ifadələrlə təhqir edərək istədiyi adamla sevgi münasibəti yaşayıb Təqsirləndirilən şəxs camaat içərisinə çıxmağa imkan verməyəcəyini, heç kəsin onu Şahid5 ayıra bilməyəcəyini bildirmişdir.(cild 1, i.v.117-124) -Ağcabədi RPŞ-nin məsul növbətçisi, polis mayoru Emin İsmayılov tərəfindən tərtib olunmuş 05 iyun 2024-cü il tarixli «Raport» ilə müəyyən olunur ki, həmin tarixdə saat 23:47də DİN-nin 102 zəng xidmətindən daxil olmuş ********* nömrəli məlumatda Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrədən zəng vuraraq qisqanclıq zəminində bacısı Səbinə Kərimovanı öldürməsini bildirməsi deyilmişdir.(cild 1, i.v.139) -«məhkəmə-tibbi ekspertizası»nın 25 iyun 2024-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) Başın sol ön təpə nahiyəsində kəllə qapağı sümüklərinin açıq sınığı və baş beyinin əzilib-dağılması ilə müşahidə edilən əzilmiş yara, b) Başın orta təpə nahiyəsində əzilmiş yara, c) Başın orta ənsə nahiyəsinin yuxarı şöbəsində əzilmiş yara, ç) Başın orta ənsə nahiyəsinin aşağı şöbəsində ənsə sümüyünün açıq sinığı və başbeyinin əzilib dağılması ilə müşahidə edilən əzilmiş yara, d) Sol üst göz qapağında əzilmiş yara, e) Bədən səthində çoxsaylı qançırlar. Səbinə Məmmədovanın bədənində olan bütün xəsarətlər küt alətin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş ling ilə yetirilə bilərdi. Səbinə Məmmədovanın meyitinin baş nahiyəsində aşkar edilmiş əzilmiş yaralar həyatiliyin əlamətlərinə malik olub onun ölümündən az əvvəl yetirilmişdir və dərəcələrinə görə hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə; yuxarıda göstərilmiş digər əzilmiş yara və qançır xəsarətləri də həyati olab, dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Bütün xəsarətlərin yetirilmə müddətləri 05 iyun 2024-cü il tarixə uyğun gəlir. Səbinə Məmmədovanın ölümünə səbəb başın dörd ədəd əzilmiş yaraları nəticəsində əmələ gəlmiş kəllə qapağı sümüklərinin açıq sınıqları və baş beyinin əzilib-dağılması olmuşdur. Səbinə Məmmədova xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun və xəsarət yetirənin ayaqustə vəziyyətidir. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, Səbinə Məmmədovanın ölümü ounu meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 saat əvvəl yəni 05 iyun 2024-cü il tarixdə baş vermişdir. Səbinə Məmmədovanın meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin orizalon, 1,4 benozdiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.(cild 1,i.v.151-155) -«Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 18-1-23/2-768/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində narkoloji, ruhi-əsəb, onkoloji və vərəm kabinetlərində dispanser qeydiyyatda yoxdur.(cild 1, i.v.157) -«əşyanın tanınmasının aparılması haqqında» 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya, yəni hadisə yerinin baxışı zamanı aşkar edilərək götürülmüş ling eyni növdən olan nömrələnmiş vəziyyətdə üç əşya arasında ikinci sıraya yerləşdirildi. Daha sonra tanıyan şəxs Təqsirləndirilən şəxs tanımanın aparıldığı yerə dəvət olunaraq onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək ona təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib göstərdi ki, təqdim edilən əşyalar arasında ikinci sıraya yerləşdirilmiş dəmir ling onun 05 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində bacısı Səbinə Məmmədovaya xəsarətlər yetirməklə sonuncunu qəsdən öldürdüyü dəmir lingdir. Həmin dəmir ling bir neçə ildir onların yaşadığı fərdi yaşayış evindədir, məişət işlərində istifadə edilir. Həmin əşyanı ölçüsünə, rənginə və digər fərdi əlamətlərinə görə tanımışdır.(cild 1, i.v.165-166) -«əşyanın baxışının aparılması haqqında» 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Səbinə Məmmədovanın istifadəsində olan mobil telefon cihazında X8 Kərimovun ünvanına «Whatsapp» mobil tətbiqi vasitəsilə nalayiq ifadələr olan yazı mətni göndərməsi müəyyən edilmişdir.(cild 2, i.v.17-18) -«baxış keçirilməsi haqqında» 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 10 iyul 2024-cü il tarixli xx/xx-8139 saylı məktubla Ağcabədi rayon prokurorluğuna daxil olmuş diskə baxış keçirilmişdir. Səbinə Məmmədovanın istifadəsində olan «514963578», «514963579», «516744018» saylı mobil nömrələr ilə Feyruz Usubovun istifadəsində olan «514402729» saylı mobil nömrə arasında mütəmadi olaraq telefon danışığı həyata keçirilmiş və həmçinin sevgi-məhəbbət, məişət məzmunlu mesajlaşmalar olmuşdur.(cild 2, i.v.22) -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» X20 tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, xx/xx-8139 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmamış və qeydiyyatda yoxdur.(cild 2,i.v.31) -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» X20 tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 8524 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmamışdır.(cild 2, i.v.33) -«kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertiza»nın 07 avqust 2024-cü il tarixli, 335/2024-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs Səbinə Məmmədovaya məxsus sarafanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol köynəyin ön səthinin orta-sağ yarısında küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd cırılma zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus boz rəngli köynəyin, şalvarın və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Səbinə Məmmədovaya məxsus sarafanın arxa səthinin yuxarı hissəsində fasiləli yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayaqlığının ön səthinin yuxarı hissəsində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər və yaxma xarakterlidir. Şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində aşkar olunmuş qan ləkələrindən bəzisi qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəzi ləkələr isə, bucaq altında düşən damcılar nəticəsində əmələ gəlmişlər. Şalvarın hər iki ayaqlıqlarının ön səthinin aşağı hissəsində və sol ayaqlığının arxa səthinin aşağı hissəsində aşkar olunmş qan ləkələri qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən «sıçrantı» xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus boz rəngli qısaqol köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində, yaxaya yaxın və sol qolun üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən «sıçrantı» xarakterli ləkələrdir. Metal lingin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlədinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış metal lingdir və soyuq silah hesab edilmir. Metal lingin üzərində sonradan onun təyinatını dəyişdirən heç bir dəyişiklik edilməmişdir.(cild 2, i.v.42-47) -«məhkəmə tibbi-bioloji ekspertizası»nın 26 iyul 2024-cü il tarixli, 465/2024-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Səbinə Məmmədovanın ABO sistemti üzrə qan qrupu- Balfa(H)/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemti üzrə qan qrupu-Balfa/İİİ/. Ekspertizaya təqdim olunan hadisə yerindən götürülmüş 01 ədəd dəmir parçası, 02 ədəd pambıq tampon, Səbinə Məmmədovaya məxsus don, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Səbinə Məmmədovaya və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa və onun qanında müşayiətçi «H» antigeni varsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus qara kofta və 01 cüt rezin yay başmağı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunan maddi sübutlar üzərində digər bioloji ifrazatlara şübhəli ləkələr aşkar olunmadı.(cild 2, i.v.49-54) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 06 avqust 2024-cü il tarixli 554 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra psixi xəstəlik keçirməməsi səbəbindən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmaqla öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin hər hansı birinin təsirinə düşmədiyindən onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixi-emosional halda olmuşdur və həmin halın yaranma səbəbləri zərərçəkmiş Səbinə Məmmədovanın yüngül həyat tərzi keçirməsi fikirləri ola bilər. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir.(cild 2, i.v.71-74) -«təqsirləndirilən şəxsin ifadəsinin yerinin yoxlanması haqqında» 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin darvazasını göstərərək bildirmişdi ki, arvadı Şahid2, anası Şahid1, üç azyaşlı övladı və X10 ilə həmin fərdi yaşayış evinin daxilində yaşamışdır. Darvazadan içəri keçib həyətə daxil olduqda, həyətin başında sol hissədə fərdi yaşayış evi yerləşir, Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evində, özü, arvadı, üç övladı və anası ilə birlikdə yaşamış olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs həyətin sağ hissəsində yerləşən bir otaqdan ibarət tikilini göstərərək, Səbinə Məmmədovanın öldüyü günə qədər həmin yerdə yaşamış olduğunu bildirdi. İfadəsi yerində yoxlanılan şəxs bacısı Səbinə Məmmədovanın uzun müddətdir əxlaqsız həyat tərzi keçirməsini və ailəsinin başını aşağı saldığı üçün son bir aya yaxındır ki, onu öldürmək fikrində olduğunu bildirdi. 02 iyun 2024-cü il tarixdə Səbinə Məmmədova “Whatsapp” mobil tətbiqi vasitəsilə ona özünün söyüşlər olan səs yazısını və yazı mətni göndərdikdən sonra, Səbinə Məmmədovanı öldürmək niyyətini tezləşdirmək qərarına gəlmişdir. 05 iyun 2024-cü il tarixdə saat 19 radələrində işdən evə qayıtmış, anası, arvadı və övladları ilə birlikdə axşam yeməyini yemiş, bundan sonra əvvəlcə evin həyətində bir qədər övladları ilə vaxt keçirmişdir. Bir müddət sonra Səbinə Məmmədova da evə gəlmiş, o gəldikdən sonra Təqsirləndirilən şəxs arvadı, anası və uşaqları yatmaq üçün öz otaqlarına keşmişdir. Həmin vaxt evin həyətində ondan başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin baş hissəsində olan hamam üçün nəzərdə tutulmuş tikilini göstərək, əvvəl özünün daha sonra isə Səbinə Məmmədovanın hamama daxil olub çıxdığını, sonuncunun hamamdan çıxdıqdan sonra həyətdə yerləşən, yaşamış olduğu otağa daxil olmasını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra evin torpaq örtüklü həyətyanı sahəsində yerləşən təktaylı dəmir qapını göstərərk bildirdi ki, o, əvvəlcə həmin qapıya qarmaq keçirib bağlamışdır ki, Səbinəni öldürən zaman, sonuncu onun əlindən qaçsa həmin qapıdan çıxa bilməsin. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən tövləni göstərək bildirdi ki, o, qapını bağlayıb geri qayıdan zaman həmin tövlənin divarına söykənmiş metal lingə gözü sataşmışdır. X5 bıçaqla öldürmək niyyətində olsa da, lingi gördükdən sonra sürətli və effektli olsun deyə fikrini dəyişmiş və Səbinə Məmmədovanı linglə öldürmək qərarına gəlmiş, həmin lingi yerindən götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Səbinə Məmmədovanın yaşadığı otağı göstərib sol əli ilə həmin otağın qapısını açdığını, lingi isə sağ əlində tutub ayaqlarının arxasında gizləyməyini bildirdi. Təqsirləndirilən şəxs otağa daxil olduqdan sonra, qapını örtdüyün, lingi sağ ayağının arxasına söykədiyini, cibindən mobil telefonu çıxarıb, Səbinə Məmmədovanın öz səsi ilə ona göndəriyi səs yazısını ona dinlətdiyini, nə üçün onu təhqir etməsini və niyə əxlaqsız əməllərindən əl çəkmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Səbinə Məmmədovanın harada uzandığını göstərdi. Səbinə Məmmədova otağa girişin sağ hissəsində yerləşən təkadamlıq çarpayıda, üzərinə sinəsinə qədər ədyal örtülmüş şəkildə uzanıb mobil telefon cihazından istifadə etmişdir. İfadənin yerində yoxlanılması zamanı lingi əvəz etmək üçün taxta parçasından, Səbinə Məmmədova əvəz etmək üçün isə vitrin manikenindən istifadə edildi. Bundan sonra Təqsirləndirilən şəxs bildirdi ki, səs yazısını Səbinə Məmmədovaya dinlətdikdən sonra əlindəki telefon şalvarının arxa cibinə qoyduğunu, linglə Səbinə Məmmədovann sağ böyrünə zərbə vurdu. Təqsirləndirilən şəxs bundan sonra göstərdi ki, Səbinə Məmmədova ayağa durmuş, üzərindəki ədyal yerə düşmüş, əli ilə Təqsirləndirilən şəxs yaxasından tutmuş, Təqsirləndirilən şəxs ayağı ilə Səbinənin ayağına badalaq verib onu ağzıüstə yerə yıxmışdır. Bundan sora Təqsirləndirilən şəxs əyani olaraq vitrin manikeni üzərində X5n bel hissəsinə daha sonra baş hissəsinə hansı şəkildə zərbələr endirməyini göstərdi. Son zərbəni Səbinə Məmmədovanın başının ön hissəsinə keçərək endirməyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs bildirdi ki, sonuncu zərbədən sonra lingi otağın divarına söykəmiş və otaqdan çıxmaq istəmişdir, həmin an anası Şahid1 ilə qarşılaşmış, anası otağa daxil olmamış, ondan nə baş verməsini maraqlanan zaman Təqsirləndirilən şəxs anasına Səbinə Məmmədovanı öldürməsini bildirmiş, anası bundan sonra onun yanından qaçıb, darvazadan çölə çıxmış. Daha sonra Təqsirləndirilən şəxs metal lingi söykədiyi həyətin sol hissəsindəki divarı göstərdi. O, bundan sonra hadisənin baş verdiyi otağın giriş pilləkənin üstündə əyləşib DİN-nin 102 xidmətinə zəg edərək Səbinə Məmmədovanı öldürməsi barədə məlumat verdiyini bildirdi. Təqsirləndirilən şəxs cinayət prosesində verdiyi sərbəst ifadələrlə onun əyani olaraq göstərdikləri arasında əhəmiyyətli ziddiyyətlər aşkar edilməmişdir.(cild 2, i.v.81-90) -«sübutların qiymətləndirilməsi haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi vaxt üzərində olmuş geyim əşyaları, yəni cins şalvar, köynək, çəkələk, hadisədən sonra geydiyi köynək, hadisə yerindən aşkar olunan zərərçəkmiş şəxs Səbinə Məmmədovaya məxsus bir ədəd sarafan, cinayətin törədilməsində istifadə olunmuş bir ədəd metal ling, hadisə yerindən aşkar olunan qan ləkələrindən götürülmüş nümunələr (pambıq tamponda), Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon, zərərçəkmiş şəxs Səbinə Məmmədovanın istifadəsində olmuş mobil telefon maddi sübut kimi tanınmış və Ağcabədi rayon prokuroruluğunun maddi sübutlar otağına saxlanca verilmişdir.(cild 2, i.v.98-123) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 4(017)-83/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 06 noyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.124-125, 151- 152) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.129) -Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 iyul 2024-cü il tarixli, 201 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hindarx qəsəbəsində ailə üzvüləri ilə yaşayır, 2015-ci il təvəllüdlü Mehri Kərimova, 2018-ci il təvəllüdlü Aişə Kərimova və 2023-cü il təvəllüdlü Əli Kərimov adlı azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 1, i.v.159-160) Məhkəməyə təqdim olunmuş 31 yanvar 2021-ci il tarixli, Mİ №001839 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan X3, Veteranları və X16 birliyinin üzvüdür. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, törətdiyi cinayət barədə polisə məlumat verməsi-könüllü təqsirini boynuna alması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrinə, «İkinci Qarabağ» müharibəsində fəal iştirak etməsi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı (medalın vəsiqəsi № 1-9285) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı (medalın vəsiqəsi № 1-40413) ilə təltif olunması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı agjrlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hallar nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayəthüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X11rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X9 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 06 iyun 2024-cü il tarixdən hesablanmalı, Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 4(017)-49/2024 nömrəli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Ağcabədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisənin baş verdiyi vaxt üzərində olmuş cins şalvar, köynək, çəkələk, hadisədən sonra geydiyi köynək, hadisə yerindən aşkar olunan zərərçəkmiş şəxs Səbinə Məmmədovaya məxsus sarafan, cinayətin törədilməsində istifadə olunmuş metal ling, hadisə yerindən aşkar olunan qan ləkələrindən pambıqda götürülmüş nümunələr məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon, onun yaxın qohumlarına qaytarılmalı, zərərçəkmiş şəxs Səbinə Məmmədovanın istifadəsində olmuş mobil telefon, onun hüquqi varisi Mələk Rəhimovaya qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təsin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 iyun 2024-cü il tarixdən hesablansın. Ağcabədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 4(017)-49/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ağcabədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisənin baş verdiyi vaxt üzərində olmuş cins şalvar, köynək, çəkələk, hadisədən sonra geydiyi köynək, hadisə yerindən aşkar olunan zərərçəkmiş şəxs X4 məxsus sarafan, cinayətin törədilməsində istifadə olunmuş metal ling, hadisə yerindən aşkar olunan qan ləkələrindən pambıqda götürülmüş nümunələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış və Ağcabədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon, hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ağcabədi Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş şəxs X1 istifadəsində olmuş mobil telefon, hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi X12 qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-731/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-731/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver