Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-732/2023 21.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işsiz, ünvan 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xərər rayonu, Binə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Cəlilabad şəhəri, Əhməd Cavad küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış və Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 141-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda 3355,0 qram metamfetamin psixotrop maddəsini cinayətkar qrupun digər üzvlərinə çatdırmaq məqsədilə 29 may 2023-cü il tarixdə saat 20:10 radələrində birlikdə piyada həmin yerə gələrək, qeyd edilən külli miqdarda psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist-5“ kafesinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əlində olan sellofan torbadan həmin psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən heroin və psixotrop maddə metamfetamin istifadəçisidir. Bu ilin may ayının 28-də Sübhanla telefon vasitəsilə danışıb Bakı şəhərində Neftçilər metrostansiyasının yanında görüşmüşlər. Həmin görüşdə Sübhan ona bildirmişdir ki, instaqram sosial şəbəkəsində iranlı bir şəxs ona narkotik vasitə götürməyi təklif edib. Lakin özü həmin şəxsin təklifi ilə razılaşmamış, ona yox demişdir. Bundan sonra Sübhandan mobil telefonunu istəyib, həmin iranlı şəxslə danışıb gedib narkotiki götürmək istədiyini bildirmişdir. Özündə sadə telefon olduğundan Sübhanın telefonu ilə danışmağa başlamışdır. Sübhan isə onunla getmək istəməmişdir. Lakin Sübhanı aldadıb, ona başqa bir iş üçün getdiyini bildirib, onunla birlikdə həmin gün Bakıdan çıxaraq Cəlilabad rayonuna gəlmişdir. Həmin gecəni Cəlilabad rayonunda qalmışlar. Sübhan öz evində o isə öz evində qalmışdır. Lakin Sübhanın mobil telefonunu özündə saxlamış, gecə iranlı ilə danışmışdır. İranlı şəxs ona demişdir ki, səhər saat 10:00da narkotiki atdıracaq. Səhər isə Sübhana demişdir ki, bir şəxslə görüşəcək, ona görə də Sübhan bilməmiş, onunla birlikdə Biləsuvar rayonunda Lukoil yanacaqdoldurma məntəqəsinin yanına gəlmişlər. İranlı narkotikin olduğu yerin fotoşəkilini göndərmiş, həmin yer Turist 5 kafesinin yanındakı löhvənin şəkli olmuşdur. Oraya yaxınlaşmış dərə kimi yer görmüşdür. Həmin vaxt əməliyyatçılar gəlib onları saxlamışdı. Daha sonra onları bölməyə aparmışlar. Orada demişlər ki, bu qədər narkotikdi götür boynuva. Yadında dəqiq qalmayıb narkotikin çəkisi, çünki narkotikin təsirində “lomkada” olmuş, özündə olmamışdır. Üzərindən isə heçnə çıxmamış, sənədləri gətirmişlər qol çəkmişdir. Lakin nəyə qol çəkdiyin bilməmişdir. Özü hadisə yerində narkotik görməmiş, bağlamanı polis əməkdaşları gətirib demişlər ki, bu qədərdi. Bağlamanın hadisə yerindən polis əməkdaşları tərəfindən götürülməsin görməmiş, çünki əməliyyatçılar gələndə o qaçmış, qaçarkən isə bataqlığa girmiş, daha qaça bilməmiş orada tutulmuşdur. Həmin vaxt Sübhan ondan məsafəli olmuş, onun telefonu isə əlində olub narkotiki axtarmışdır. O an isə əməliyyatçılar çıxmışdır. İranlı ora “nəşə” və öz istifadəsi üçün “kakos” qoydurduğunu bildirmişdir. Sübhanı özü ilə birlikdə onun telefonundan istifadə etmək üçün aparmış, onu aldatmış, narkotik götürmək məqsədilə getməsindən Sübhanın xəbəri olmamışdır. Sübhanı 29 may səhər saatlarında evindən çağırmış, demişdir ki, qonşu uşaq var saat birdə onunla görüşüb, pul götürüb birlikdə Bakıya qayıdacaqlarmış. Sübhan da onunla razılaşmışdır. Səhər saatlarında isə iranlı ona cavab verməmiş, yalnız günorta onunla əlaqə saxlamışdır. Yolda gedərkən isə əlində paltar sellofanı olmuş, onu kənddəki evindən götürmüş, məqsədi narkotiki götürdükdə içərisinə qoymaq olmuşdur. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, himayəsində azyaşlı uşaqlarının, xəstə anasının olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Onunla uşaqlıqdan bir yerdə böyümüşlər. 28 may 2023-cü il tarixdə zəng edib Sübhanla söhbət edən zaman ona demişdir ki, “çoxdandır səni görümürəm. Gəl görüşək”. Sonrada Bakı şəhərində Neftçilər metrostasiyasının yaxınlığında görüşmüşlər. Söhbət zamanı Sübhan demişdir ki, “telefonda İstaqram səhifəsində bir nəfər İran vətəndaşı mənə təklif edir ki, narkotik vasitəni onun dediyi yerdən götürüb Bakı şəhərində dediyi yerə qoymaq müqabilində 1500 manat pul təklif edir. Lakin mənlik deyil”. O da demişdir ki, “telefonunu ver mən danışım”. Onun istifadə etdiyi telefon köhnə sadə markalı olduğu üçün onunla şəbəkəyə qoşulmaq olmur. Ona görə də Sübhanın telefonun alıb həmin tanımadığı İran vətəndaşı ilə mesajlaşmağa başlamışdır. Sonra da WhatsApp proqramı vasitəsilə danışmağa başlamışlar. Həmin şəxs demişdir ki, “narkotik vasitə var onu mənim dediyim yerdən götürüb deyilən yerə çatırmaq lazımdır. Qarşılığında 1500 manat pul verəcəm”. Onunda pula ehtiyacı olduğu üçün razılaşmışdır. Sübhan isə getmək istəməmişdir. Lakin onun telefonu olmadığı üçün onunla getməsini istəmişdir. Ona demişdir ki, “əldə etdiyimiz pulu yarı bölərik”. Sübhanda razılaşmışdır. İranlı demişdir ki, “elə bu gün gedin Biləsuvar rayonuna, ora çatanda mənimlə əlaqə yaradın. Mən sizə yerin şəklini atacam sizdə götürərsiz”. Lakin onların yol pulu olmadığına görə o, evə getmiş və evdən pul götürüb geri qayıtmışdır. Sübhan isə onu Koroğlu metrostasiyasında gözləmişdir. 28 may 2023-cü il tarixdə saat 21 radələri olarmış onlar birlikdə 20 Yanvar metrostasiyasına gəlmişlər və oradan tanımadıqları taksi ilə Cəlilabada yola düşmüşlər. Onlar Biləsuvar rayonuna yaxınlaşanda o, həmin iranlı ilə əlaqə saxlamış, lakin həmin şəxs ona demişdir ki, “artıq gecdir, qaldı sabaha”. Onlarda Sübhanla taksidən düşməyib Cəlilabada yaşadıqları yerə getmişlər. Onları heç kim görməsin deyə, gecəni çöldə keçirmişlər. Sabahı gün yəni, xx.xx.2023-cü il tarixdə səhər rayon mərkəzinə gəlmişlər. Çayxanada çay içmişlər və o iranlı ilə əlaqə saxlamağa başlamışdır. Lakin cavab verməmişdir. Onlar günorta saatlarına qədər gözləmişlər. Saat 15 radələri olarmış onlar hazırlaşmışlar ki, Bakıya qayıtsınlar. Bu zaman İranlı yazmışki “yatıb qalmışam. Sizə yer deyəcəm gedib oradan narkotiki götürərsiz”. Qeyd etmişdir ki, iranlı ona demişdir ki, onların götürəcəyimiz mal heroin, metamfetamin və qurudulmuş marixuana olacaqdır. Bundan sonra onlar Biləsuvara gedən tanımadıqları taksiyə əyləşib Biləsuvar rayonunun girişində olan “Azpetrol” YDM-nin yanında düşmüşlar. Onuda qeyd etmişdir ki, onlar taksidə olanda iranlı ilə danışanda elə etmişlər ki, sürücülər və sərnişinlər nə barədə danışdıqlarını başa düşməsin. Yenə İranlı ilə əlaqə saxlamış. O, demişdir ki, “adamım kənddən çıxıb malı gətirir atmağa”. Onlar yenə də gözləməli olmuşlar. Təxminən bir saat gözləmişlər. Bundan sonra onlara 141 yazılmış yol kənarında olan nişanın şəklini atmışdır. Onlar yenidən yoldan keçən bir avtomobilə əyləşib Biləsuvar ərazisində yerləşən “Lukoil” YDM-in yanında düşmüşlər. O, İranlı ilə əlaqə saxlmış, iranlı demişdir ki, “siz həmin yerdən çox uzaqda düşmüsüz”. O, Sübhanla piyada 141 yazılmış yol nişanı istiqamətində hərəkət etməyə başlamışlar. Yəni Bakı istiqamətində. Yolda İranlı onu görüntülü yığmış və demişdir ki, “mən sənin narkotik vasitəni götürməyini görmək istəyirəm”. O da etiraz etməyib onunla görüntülü danışmışdır. O, Sübhanla yolun kənarı ilə gedirmiş, həmin 141 yazılmış nişana çatanda iranlı əlaqəni kəsmişdir. O, yolun kənarında dayanıb baxanda 141 yazılmış nişandan aralıda yapışqan lentə sarılmış bağlamanı görmüşdür və Sübhana demişdir o, gedib həmin bağlamanı götürüb və ona gətirmişdir. O, özü ilə götürdüyü sellofan torbaya qoyub yenidən vermişdir Sübhana. Sonrada yola davam etmişlər. Onlar təxminən 5 dəqiqə getmişlər. Bu zaman yol patrul avtomobili onlara yaxınlaşmış. O, dərhal yolu keçib qaçmaq istəmiş, lakin polis əməkdaşları onu yaxalamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Biləsuvar RPŞ-nə dəvət etmişlər. O da onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da üzərində olan telefonu və digər əşyaları təqdim edib üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra polis əmkədaşı onun üzərində şəxsi axtarış aparmağa başlamış. Lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Sorğu zamanı sosial şəbəkədə tanış olduğu iran vətəndaşının pul qarşılığında göndərdiyi narkotik vasitəni götürdüyünü və buna görə Biləsuvara gəldiklərini bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamin olan bağlamanı sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi özünü təqdim edən şəxsin vasitəsilə əldə etmişdir. Ona həmin maddələri Bakı şəhərinə dediyi yerə çatdırmaq müqabilində 1500 manat pul verəcəkdir. O, bu barədə heç kimə heç bir söz deməmiş, İran vətəndaşından metamfetamin götürməyini Təqsirləndirilən şəxs2 başqa heç kimin məlumatı olmamışdır. İçərisində psixotrop madə olan çantanı iranlının dediyi yerə atacaqdır. Fikirində həmin bükülüdən özünün istifadəsi üçün də narkotik və ya psixotrop maddə götürmək imiş. Əldə etdikləri pulu Sübhanla böləcəkmişlər, etdiyi əmələ görə səmimi olaraq peşamandır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ifadələri verərkən özündə olmamış məhkəmədə bildirdikləri isə doğrudur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisələr Məhəmmədin bildirdiyi kimi olub. Belə ki, tanımadığı iranlı şəxs instaqram sosial şəbəkəsində ona mesaj yazaraq, belə bir təklif etmişdir ki, adamı yoxdur, narkotiki qoydurduğu yerdən götürüb, deyəcəyi yerə aparıb qoyacağı təqdirdə 1500 manat pul verəcək. O isə bu təkliflə razılaşmamış, “mənlik deyil” demişdir. Məhəmmədlə Bakı şəhərində Neftçilər metrostansiyası yaxınlığında görüşmüşdür. Söhbət zamanı bu barədə Məhəmmədə də demişdir. Məhəmməd isə ona “niyə rədd etmisən, nömrəsin ver özüm danışım” demişdir. Bundan sonra həmin iranlı şəxslə danışıdığı nömrəni Məhəmmədə vermiş, Məhəmməd isə demişdir ki, “mən danışıram, sənlik bir şey yoxdur”. Özü isə ona narazılıq etmişdir. Sonra Məhəmməd ondan telefonun istəmiş demişdir ki, Biləsuvarda uşaqlar var, danışıb onlardan pul götürəcəkdir. Məhəmməd ondan uzaqlaşaraq telefonda danışmışdır. Ona isə demişdir ki, pul götürəcək, bu səbəbdən Məhəmmədə inanmışdır. Məhəmməd təklif etmişdir ki, danışdığı uşaqla səhər görüşüb pul götürəcək, onunla birlikdə getsin, həmin puldan ona da verəcəkdir. Ona demişdir ki, “məni tək qoyma, telefonunda məndə qalsın”. Özü isə Məhəmmədlə razılaşmışdır. Daha sonra Məhəmməd evə gedib pul götürüb gəlmiş, görüşüb Koroğlu metrostansiyasına, oradan da 20 Yanvar metrostansiyasına getmişlər. Bundan sonra birlikdə Cəlilabad rayonuna gəlmişlər. Həmin gün Məhəmməd demişdir ki, bu gün alınmadı, sabaha qaldı. Həmin vaxt Məhəmmədin də telefonu onda qalmış, zəng vuranda Məhəmməd açıb danışırmış. Səhər açılanda isə evdən çıxıb onunla görüşüb rayonunda bir-iki saat çayxanada oturmuşlar. Daha sonra Məhəmməd demişdir ki, “görüşüm alındı, gedək”. Birlikdə Biləsuvar rayonunda Lukoil yanacaqdoldurma məntəqəsi yanında maşından düşmüşlər. Özü isə marketə girib su almışdır. Məhəmməd isə telefonda danışa-danışa qabağa getmiş, özü isə ona inanıb arxasınca getmişdir. Həmin vaxt Məhəmmədlə arasında xeyli məsafəsi olmuşdur. Məhəmmədin həmin yerə çatmağına 500 metr qalmış, PPX maşını və əməliyyatçılar gəlmiş, bu zaman Məhəmməd qaçmış, lakin palçığa girdiyindən əməliyyatçılar onu yaxalamışdır. Özü isə hadisələrin şokunda olub yerində qalmışdır. Onda başa düşmüşdür ki, onları narkotikə görə tutdular. Bundan sonra onları şöbəyə aparıb, ayrı-ayrı saxlamışlar. Çəkiliş vaxtı isə telefonlar polislərdə olmuş, ona qaytarmışlar demişlər ki, çıxarıb qoyarsan. Sonra isə ağır bir çanta gətirib qoymuşlar, demişdir ki, “bu nədi gətirdiniz çəkilişdə qoydunuz, mənlik deyil”. Bağlamanı özləri qoyub özləri də çəkiliş etmişlər. Demişlər ki, “bu patıdır”. Özü isə nə olduğun bilməmiş, çünki istifadəçi olmamışdır, başı çıxmır. Polislər demişlər ki, bunlar sizindi. Özü isə demişdir ki, xəbəri yoxdur. Məhəmməd Biləsuvara əsgər yoldaşından pul götürəcəyini dediyindən onunla birlikdə getmişdir. Məhəmmədin telefonu işləmədiyindən, onun telefonundan istifadə etmişdir. Məhəmmədin telefonundan kiminlə nə danışmasının dərinliyinə getməmiş, ona inanmışdır. Məhəmməd 200-300 manat pulu götürməli və ona da borca pul verməli imiş. Çantanı isə çəkilişdən qabaq əməliyyatçı ona vermiş, demiş ki, çəkilişdə çıxar qoy. Çəkilişdə isə çantanın ona aid olmadığını demişdir. Himayəsində iki nəfər azyaşlı oğlan uşağının olduğunu, gələcəyin əsgərini böyütdüyün, onlara atalıq etmək istədiyini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onunla uşaqlıqdan bir yerdə böyümüşlər. 28 may 2023-cü il tarixdə Məhəmməd ona zəng edib demişdir ki, “çoxdandır səni görümürəm. Gəl görüşək”. Sonrada Bakı şəhərində Neftçilər metrostasiyasının yaxınlığında görüşmüşlər. Söhbət zamanı Məhəmmədə demişdir ki, “telefonda İstaqram səhifəsində bir nəfər İran vətəndaşı mənə təklif edir ki, narkotik vasitəni onun dediyi yerdən götürüb Bakı şəhərində dediyi yerə qoymaq müqabilində 1500 manat pul verir. Lakin ona dedim ki, mənlik deyil”. Məhəmməd demişdir ki, “telefonunu ver mən danışım”. Bildirmişdir ki, Məhəmmədin istifadə etdiyi telefon köhnə sadə markalı olduğu üçün onun telefonu ilə sosial şəbəkəyə qoşulmaq olmur. Ona görə də telefonunu alıb həmin tanımadığı İran vətəndaşı ilə mesajlaşmağa başlamışdır. Sonra da WhatsApp proqramı vasitəsilə danışmışdır. Həmin şəxs demişdir ki, “narkotik vasitə var onu mənim dediyim yerdən götürüb deyilən yerə çatırmaq lazımdır. Qarşılığında 1500 manat pul verəcəm”. Məhəmməd də onunla razılaşmışdır. O isə qorxduğu üçün getmək istəməmişdir. Lakin Məhəmmədin telefonu olmadığı üçün onunla getməyini istəmiş və demişdir ki, “əldə etdiyimiz pulu yarı bölərik”. O da razılaşmışdır. İranlı demişdir ki, “elə bu gün gedin Biləsuvar rayonuna, ora çatanda mənimlə əlaqə yaradın. Mən sizə yerin şəklini atacam sizdə götürərsiz”. Lakin onların yol pulu olmadığına görə Məhəmməd evə getmiş və evdən pul götürüb geri qayıtmışdır. O isə onu Koroğlu metrostasiyasında gözləmişdir. 28 may 2023-cü il tarixdə saat 21 radələri olarmış onlar birlikdə 20 Yanvar metrostasiyasına gəlmişlər və oradan tanımadıqları taksi ilə Cəlilabada yola düşmüşlər. Onlar Biləsuvar rayonuna yaxınlaşanda Məhəmməd həmin iranlı ilə əlaqə saxlamış. Lakin həmin şəxs ona demişdir ki, “artıq gecdir, qaldı sabaha”. Onlarda Məhəmmədlə taksidən düşməyib Cəlilabada yaşadığı evə getmişlər. Lakin onları heç kim görməsin deyə, o, Məhəmmədlə yaşadığı evin zirzəmisində gecəni keçirmişlər. Sabahı gün yəni, xx.xx.2023-cü il tarixdə səhər tezdən evlərindəkilərin xəbəri olmadan oradan çıxıb rayon mərkəzinə gəlmişlər. Orada çayxanada çay içmişlər və Məhəmməd iranlı ilə əlaqə saxlamağa başlamışdır. Lakin iranlı cavab verməmişdir. Onlar günorta saatlarına qədər gözləmişlər. Saat 15 radələri olarmış onlar hazırlaşmışlar ki, Bakıya qayıtsınlar. Bu zaman İranlı yazmış ki, “yatıb qalmışam. Sizə yer deyəcəm gedib oradan narkotiki götürərsiz”. Bundan sonra o, Məhəmmədə demişdir ki, “qayıdaq gedək Bakıya”. Lakin Məhəmməd razılaşmamışdır. Qeyd etmişdir ki, iranlı Məhəmmədə demişdir ki, onların götürəcəyi mal herin, metamfetamin və qurudulmuş marixuana olacaqdır. Onlar Biləsuvara gələn tanımadıqları taksiyə əyləşib Biləsuvar rayonunun girişində olan “Azpetrol” YDM-nin yanında düşmüşlər. Onuda qeyd etmişdir ki, onlar taksidə olanda iranlı ilə danışanda Məhəmməd elə etmişdir ki, sürücülər və sərnişinlər nə barədə danışdığını başa düşməsin. Yenə İranlı ilə əlaqə saxlamışdır. O, demişdir ki, “adamım kənddən çıxıb malı gətirir atmağa”. Onlar yenə də gözləməli olmuşlar. Təxminən bir saat gözləmişlər. Bundan sonra onlara 141 yazılmış yol kənarında olan nişanın şəklini atmışdır. Onlar yenidən yoldan keçən bir avtomobilə əyləşib Biləsuvar ərazisində yerləşən “Lukoil” YDM-in yanında düşmüşlər. Məhəmməd İranlı ilə əlaqə saxlmış o, “siz həmin yerdən çox uzaqda düşmüsüz” demişdir. Məhəmmədlə o piyada 141 yazılmış yol nişanı istiqamətində hərəkət etməyə başlamışlar. Yəni, Bakı istiqamətində. Yolda İranlı görüntülü yığmış və demişdir ki, “mən sənin narkotik vasitəni götürməyini görmək istəyirəm”. Məhəmməd də də etiraz etməyib onunla görüntülü danışa-daşa onlar yolun kənarı ilə getmişlər, həmin 141 yazılmış nişana çatanda iranlı əlaqəni kəsmişdir. Məhəmməd yolun kənarında dayanıb baxanda 141 yazılmış nişandan aralıda yapışqan lentə sarılmış bağlamanı görmüş və ona demiş ki, “get həmin bağlamanı götür”. O da gedib bağlamanı götürüb Məhəmmədə vermişdir. Məhəmməd həmin bağlamanı özü ilə gətirdiyi sellofan torbaya qoyub yenidən ona vermişdir. Sonrada yollarına davam etmişlər. Yolda o içərisində bağlama olan sellofan torbanı Məhəmmədə verib telefonunu istəmişdir. Lakin Məhəmməd demişdir ki, “hələ telefon mənə lazımdır”. Onlar təxminən 5 dəqiqə getmişlər. Bu zaman yol patrul avtomobili onlara yaxınlaşmışdır. O, dayanmış, lakin Məhəmməd yolu keçib qaçmaq istəmişdir. Amma polis əməkdaşları onu yaxalamışlar. Sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib Biləsuvar RPŞ-nə dəvət etmişlər. O da bir etiraz etmədən əlindəki içərisində iranlının göndərdiyi bağlama olan torba ilə birlikdə onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, o da üzərində olan mobil telefonu və əlindəki sellofan torbanı təqdim etmiş və başqa qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Bundan sonra polis əmkədaşı onun üzərində şəxsi axtarış aparmağa başlamış. Lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisindən yapışqan lentlə sarınmış bir ədəd bükülü aşkar olunmuşdur. Həmin bükülünün içərisindən isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuş və elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə bir ədəd böyük zərfə qoyulmuş və qablaşdıraraq möhürləmişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, içərisində psixotrop maddə metamfetamin olan bağlamanı sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi özünü təqdim edən şəxsin vasitəsilə tanışı Məhəmməd danışıb razılaşdığı üçün əldə etmişdir. Həmin maddələri İran vətəndaşının Bakı şəhərinə dediyi yerə çatdırmaq müqabilində onlara 1500 manat pul verəcəkdir. Bu barədə Məhəmməddən başqa heç kimə heç bir söz deməmiş və heç kimin heç bir məlumatı olmamışdır. İçərisində psixotrop maddə olan torba ona və Məhəmmədə məxsusdur, psixotrop maddə olan torbanı iranlının dediyi yerə atacaqmışlar. Bunun müqabilində əldə etdikləri pulu Məhəmmədlə böləcəkdir, etdiyi əmələ görə səmimi olaraq peşamandır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, Cəlilabad rayonunda öz evlərində gecəni gizlin qalması doğrudur, elə başa düşmüşdür ki, Məhəmmədin ifadələridi, özü isə əlavələrini bildirmiş, ifadələrini müstəntiq yazmış, oxumadan imza etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Biləsuvar RPŞnin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2023-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, Şahid3, X8, Şahid2 və DYPB-nin əməkdaşı X3 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 29 may 2023-cü il tarixdə saat 20:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs1 həmin vaxt sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Lukoil” YDM-in yaxınlığından asfalt yolla Bakı istiqamətində piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra “Turist 5” kafesinin yanında onlara yaxınlaşmışlar. Bu zaman Təqsirləndirilən şəxs1 onları görüb qaçmağa başlamışdır. Lakin onlar dərhal ona çatıb saxlamışlar və özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Sonrada həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlindəki torba ilə birlikdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video-çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı Sübhanla sosial şəbəkədə tanış olduqları İran vətəndaşının onlara göndərdiyi narkotik vasitəni götürmək üçün Biləsuvar rayonuna gəlmişlər. Götürdükləri bağlama Sübhandadır. Bundan sonra video-çəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlində olan sellofan torbanı təqdim edərək, üzərində bundan başqa qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sonra onun üzərində şaxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş. Baxış zamanı torbadan bir ədəd qara rəngli gödəkçə, bir ədəd yapışqan lentlə sarınmış bükülü və bir ədəd qara rəngli uzunqol köynək aşkar edilmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “içərisində psixotrop maddə olan bükülünü sosial şəbəkədə tanış olduğu İran vətəndaşının dediyi yerdən götürüb, içərisində psixotrop maddə olmasını bilmişdir”. Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd paketə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs2 imza etmiş, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanladığı “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 5) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 29 may 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 6-7) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 25) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. (c 1, i.v 32-34) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 47) İş materiallarında olan şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan və video-çəkilişdən görünür ki, video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 könüllü olaraq əlindəki bir ədəd sellofan torbanı təqdim etmiş. Həmin torbanın içindən aşkar edilmiş bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuş. Sorğu zamanı bildirmişdir ki, içərisində psixotrop maddə metamfetamin olan bağlamanı sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı kimi özünü təqdim edən şəxsin vasitəsilə tanışı Məhəmməd danışıb razılaşdığı üçün əldə etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 3400 qram olması müəyyən edilmiş, sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. (c 1, i.v 54-56) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 19/595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf...” sözlər və imzalar olan paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -3355,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata sərf olundu -0,2 qram, qalıq - 3354,8 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. (c 1, i.v 61-63) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 33/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c 1, i.v 132-133) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)- 34/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c 1, i.v 132-133) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş -3355,0 qram metamfetaminin tədqiqatdan sonrakı -3354,8 qram qalığı maddi sübut hesab edilmiş və Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (c 1, i.v 138) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. (c 1, i.v 142) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(022)- 177/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 29 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 144) İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “KGTEL” markalı mobil telefonu üzərində olan 051- 503- 50- 64 nömrə ilə birlikdə olduğu kimi heç bir problemsiz işlək vəziyyətdə X4 tərəfindən təhvil alınmışdır. (c 1, i.v 146) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-213 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 07 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Quliyev X1 xidmətindən yayındığı üçün barəsində xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ tərəfindən 52015 nömrəli axtarış işi açılmışdır. (c 1, i.v 147-148, 151-155) İş materiallarında olan 19 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokol və fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, o, ifadəsinə uyğun olaraq psixotrop maddə olan bükülünü Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində, 141-ci kilometri göstərən lövhənin yanından götürdüyü yeri əyani olaraq göstərib təqdim etmişdir. (c 1, i.v 166-167) İş materiallarında olan 19 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokol və fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış, o, ifadəsinə uyğun olaraq psixotrop maddə olan bükülünü Ələt-Astara yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində, 141-ci kilometri göstərən lövhənin yanından götürdüyü yeri əyani olaraq göstərib təqdim etmişdir. (c 1, i.v 168-169) İş materiallarında olan 22 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd mobil telefona baxış zamanı «oppo» markalı olduğu və üzərində ***-***-**-** və ***-***-**-** «Azercell» mobil nömrələri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus «oppo» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “Aa1+98 919 014 2039”, “Mirze +98 904 447 7845”, “Samir Eli+98 914 529 0721” və “Valeh Qonşu +98 939 752 1435”nömrələrin olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 məxsus «oppo» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına baxış zamanı müəyyən edildi ki, İran mobil operatoruna aid “Samir Eli+98 914 529 0721” nömrə arasında 29 may 2023-cü il tarixdə sözügedən cinayət barədə çoxsaylı danışıqlarının “WhatsApp” vasitəsilə göndərilən narkotik vasitənin qoyulduğu yerin fotoşəkili, bu barədə mesajlar və çox saylı zənglər qeydə alınmışdır. Həmin fotoşəkil və mesaj iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən çıxarılaraq cinayət işinə əlavə edilmişdir. (c 1, i.v 170-171) İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı vardır. (c 1, i.v 200-201) İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir uşağı vardır. (c 1, i.v 202) İş materiallarında olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Quliyev X2 şəhəri, Ə.Cavad küçəsi, ev 12 ünvanında qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. (c 1, i.v 204-205) İş materiallarında olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Rzayev X5 şəhəri, Ə.Cavad küçəsi, ev 14 ünvanında qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. (c 1, i.v 206-207) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 647 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Stimulyatorların və Opioidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 208) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 648 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 209) İş materiallarında olan 16 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərindən aşkar edilib götürülmüş bir ədəd “oppo” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və mobil telefonun Biləsuvar RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınmış, aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılması məqsədəmüvafiq hesab edilmişdir. (c 1, i.v 216-225) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 07 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə 09 ay 28 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 01 il 09 ay 06 gün hissəsi çəkilməmiş qalmışdır. (c 2, i.v 69) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı qismən və tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamın faktiki tərəfini qismən Təqsirləndirilən şəxs2 isə tam mübahisələndirdiyi və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: may ayının 28-də Sübhanla telefon vasitəsilə danışıb Bakı şəhərində görüşərkən instaqram sosial şəbəkəsində iranlı bir şəxs ona narkotik vasitə götürməyi təklif etməsini, lakin özünün həmin şəxsin təklifi ilə razılaşmadığını Sübhan bildirmiş, bundan sonra Sübhandan mobil telefonunu istəyib, həmin iranlı şəxslə danışıb gedib narkotiki götürmək istədiyini bildirib, daha sonra Sübhanı aldadıb, ona başqa bir iş üçün getdiyini deyərək, sonuncu ilə birlikdə həmin gün Bakıdan çıxaraq Cəlilabad rayonuna gəlmişlər. Həmin gecəni Cəlilabad rayonunda qalmışlar. Səhəri gün isə Sübhana bir şəxslə görüşəcəyini deyərək onunla birlikdə iranlı şəxsin narkotik vasitəni qoyduğu yerə getmiş, oraya yaxınlaşmış dərə kimi yer görmüşdür. Həmin vaxt əməliyyatçılar gəlib onları saxlamışdır. Şöbədə isə qarşılarına narkotiki qoyub boyunlarına götürmələrini onlardan polis əməkdaşları tələb etmiş, özü isə narkotikin təsirində “lomkada” olduğundan özündə olmamış, sənədləri gətirmişlər qol çəkmiş, lakin nəyə qol çəkdiyin bilməmişdir. Özü hadisə yerində narkotik görməmiş, bağlamanı polis əməkdaşları gətirib demişlər ki, bu qədərdi. Yolda gedərkən isə əlində paltar sellofanı olmuş, onu kənddəki evindən götürmüş, məqsədi narkotiki götürdükdə içərisinə qoymaq olmuşdur. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: tanımadığı iranlı şəxs instaqram sosial şəbəkəsində ona mesaj yazaraq, narkotiki qoydurduğu yerdən götürüb, deyəcəyi yerə aparıb qoyacağı təqdirdə 1500 manat pul verəcəyəni təklif etmiş, özü isə bu təkliflə razılaşmamış, Məhəmmədlə Bakı şəhərində görüşərkən isə bu barədə Məhəmmədə demişdir. Məhəmməd isə ona “niyə rədd etmisən, nömrəsin ver özüm danışım” demişdir. Bundan sonra həmin iranlı şəxslə danışıdığı nömrəni Məhəmmədə vermişdir. Sonra Məhəmməd ondan telefonun istəmiş demişdir ki, Biləsuvarda uşaqlar var, danışıb onlardan pul götürəcəkdir. Bu səbəbdən Məhəmmədə inanmışdır. Məhəmmədin təklifi ilə onunla birlikdə Cəlilabad rayonuna gəlmişlər. Həmin gün Məhəmmədin görüşü alınmadığından gecəni Cəlilabad rayonunda qalıb səhərisi gün isə birlikdə Biləsuvar rayonuna getmişlər. Məhəmmədlə piyada hərəkət edərkən aralarında xeyli məsafəsi olmuşdur. Məhəmmədin hadisə yerinə çatmağına 500 metr qalmış, PPX maşını və əməliyyatçılar gəlmiş, bu zaman Məhəmməd qaçmış, lakin palçığa girdiyindən əməliyyatçılar onu yaxalamışdır. Özü isə hadisələrin şokunda olub yerində qalmışdır. Onda başa düşmüşdür ki, onları narkotikə görə tutdular. Bundan sonra onları şöbəyə aparıb, çəkiliş vaxtı isə ağır bir çanta gətirib qoymuşlar, demişlər ki, “bu patıdır sizindi”. Özü isə demişdir ki, xəbəri yoxdur. Məhəmməd Biləsuvara əsgər yoldaşından pul götürəcəyini dediyindən onunla birlikdə getmişdir. Məhəmmədin telefonu işləmədiyindən, onun telefonundan istifadə etmişdir. Məhəmmədin telefonundan kiminlə nə danışmasının dərinliyinə getməmiş, ona inanmışdır. Məhəmməd 200-300 manat pulu götürməli və ona da borca pul verməli imiş. Çantanı isə çəkilişdən qabaq əməliyyatçı ona vermiş, demiş ki, çəkilişdə çıxar qoy. Çəkilişdə isə çantanın ona aid olmadığını demişdir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onların özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə əlyazma qaydasında icra etdiyi (cild İ – i.v. 58) izahatında, xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 79-81), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 106-108) qismində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 132-133) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat və ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü İİR-də olan digər şəxslə aralarında olan razılığı əsasən sonuncunun qoyduğu narkotik vasitəni dediyi yerdən götürüb deyilən yerə çatırmaq və qarşılığında 1500 manat pul almaqdan, həmin pulu Təqsirləndirilən şəxs2lə yarı bölməkdən ötrü Təqsirləndirilən şəxs2lə birlikdə Biləsuvar rayonu ərazisindəki 141 yazılmış yol nişanı yanına getdiklərini, həmin yol nişanından aralıda yapışqan lentə sarılmış bağlamanı gördüklərini, Təqsirləndirilən şəxs2 gedib həmin bağlamanı götürüb və ona gətirdiyini, onun isə bağlamanı özü ilə götürdüyü sellofan torbaya qoyub yenidən Sübhana verib yola davam etdiklərini, təxminən 5 dəqiqə getdikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Eyni zamanda cinayət təqibi başlanan andan digər Təqsirləndirilən şəxs2 da müdafiəçisinin iştirakı ilə əlyazma qaydasında icra etdiyi (cild İ – i.v. 57) izahatında, xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 91-93), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 124-126) qismində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 134-135) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat və ifadələrində Təqsirləndirilən şəxs2 hadisə günü İİR-də olan digər şəxslə aralarında olan razılığı əsasən sonuncunun qoyduğu narkotik vasitəni dediyi yerdən götürüb deyilən yerə çatırmaq və qarşılığında 1500 manat pul almaqdan, həmin pulu Təqsirləndirilən şəxs1lə yarı bölməkdən ötrü Təqsirləndirilən şəxs1lə birlikdə Biləsuvar rayonu ərazisindəki 141 yazılmış yol nişanı yanına getdiklərini, həmin yol nişanından aralıda yapışqan lentə sarılmış bağlamanı gördüklərini, özünün Təqsirləndirilən şəxs1 göstərişi əsasında gedib həmin bağlamanı götürüb və Məhəmmədə gətirdiyini, onun isə bağlamanı özü ilə götürdüyü sellofan torbaya qoyub yenidən ona verib yola davam etdiklərini, təxminən 5 dəqiqə getdikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə onların hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1, Şahid3 həmin ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist 5” kafesinin yanında hərəkətdə olarkən saxlayarkən içərisində psixotrop maddə metamfetamin olan torbanın sonuncunun əlində olduğunu bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdükləri dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə qabaqcadan razılaşaraq sonuncu tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 141-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda 3355,0 qram metamfetamin psixotrop maddəsini götürmək və digər şəxsin deyəcəyi ünvana qoymaqla, qarşılığında 1500 manat məbləğində pul almaları məqsədilə birlikdə həmin əraziyə getdiklərini etiraf etmişlər, onların həmin etirafedici ifadələri də iş materiallarında olan digər sübutlarla şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tam olaraq öz təsdiqini tapır. Bu hal isə təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmələrini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin yuxarıda göstərilən vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin maddə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Ələt- Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 141-ci kilometrliyini göstərən yol nişanının yanında psixotrop maddə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxslərə dəqiq məlumatlar ötürməsini, onların cinayət əlaqəsinə girdiyi digər şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri digər şəxsin məqsədinin külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdikləri və qabaqcadan əlbir olduqları digər şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində vahid cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Habelə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(003)-213/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 07 (yeddi) ay, 04 (dörd) gün (xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 09 ay 28 gün müddət cəzasını çəkmiş) və çəkilməmiş 01 (bir) il, 09 (doqquz) ay, 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 10 (on) ay 18 (on səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilib ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 3354,8 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “oppo” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 30 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(003)-213/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 09 (doqquz) ay, 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 10 (on) ay 18 (on səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 3354,8 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “oppo” markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 30 manat olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-732/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-732/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver