Məhkəmə qərarları › İş №1(099)-732/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-732/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-732/2024 19.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxx 2001-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 56-da qeydiyyatda olmaqla, T.Xəlilbəyli küçəsi, ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə “Rəsul” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə əldə edəcəyi narkotik vasitə heroinə dair həmin şəxslə 2.000 (iki min) manata razılaşdıqdan sonra 500 (beş yüz) manat pulu qabaqcadan ona ödəyib qalan 1.500 (bir min beş yüz) manat pulu isə narkotik vasitə heroini əldə etdikdən sonra satdıqca bir neçə gün ərzində hissələrlə ödəyəcəyinə dair onunla razılaşmış, həmin şəxs narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu ərazisinə qoydurduqdan sonra 20 iyun 2024-cü il tarixdə, gecə saat 00:00 radələrində oradan qanunsuz olaraq əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 21 iyun 2024-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 17:35 radələrində orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 790,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 yanvar 2022-ci ildə cəzasının sonu ilə azad olunduqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Adətən, psixotrop maddə metamfetamin və “kakos” adı ilə tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. İstifadə etdiyi narkotiki müxtəlif mənbələrdən əldə etmişdir. İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxslə danışmış, onun kart hesabına 500 (beş yüz) manat pul yükləmiş və narkotiki götürmək üçün Bakı şəhərinə getmiş, amma götürmədən Salyan şəhərinə qayıtmışdır. Salyan şəhərində yerləşən evində saxlanılmış və polis şöbəsində şalvarının sağ yan cibindən 790 qram narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən iki ildir, istifadə edir. Əvvəllər də İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsdən üç-dörd dəfə olmaqla, hər dəfəsində 30-40 qram çəkidə narkotik vasitə alırmışdır. 500 (beş yüz) manata 790 qram heroin verilmədiyini, həmin pula 15-20 qram “mal” almaq olduğunu bildirmişdir. Narkotik vasitə götürmək üçün Bakı şəhəri, Suraxanı rayonu ərazisinə getməmiş, Lökbatan ərazisindən Salyana qayıtmışdır. Bakıda 2024-cü ilin 19 və ya 20 iyun tarixində olmuşdur. İranlıya pul borcu olmuş və ona həmin pulu göndərmişdir. İranlı ona Bakıya getməyi bildirmiş, Bakı şəhərinə çatmış, Lökbatan ərazisində gözləmiş, iranlıya zəng etmiş, lakin zəngi cavabsız qalmışdır. Narkotik vasitə göndərilmədiyindən geriyə qayıtmışdır. Belə ki, ona narkotik vasitənin olduğu məkan bilgisi göndərilməmiş, iranlı telefon zənglərinə cavab verməmişdir. Beləliklə, həmin şəxs onun üçün narkotik vasitə göndərməmiş, 500 (beş yüz) manat pulu isə sonuncuya borclu olduğu məbləğdən çıxmışdır. Danışdığı şəxsin dəqiq olaraq İran İslam Respublikasının vətəndaşı olduğunu bilməmişdir. Polislər onu yolda deyil, yaşadığı evində olarkən tutub şöbəyə aparmışlar. Evinin qapısını döyüb onu çağıran Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 olmuşdur. Qapını atası açmışdır. Şahid3 yaşadığı ünvana tək gəlmiş, digər polis əməkdaşları Şahid1 və Şahid2 onun evinə gəlməmiş, saxlanılmasında iştirak etməmişlər. Evindən çıxarılanda üzərində narkotik olmamışdır. Həmin evdə ata-anası ilə birlikdə yaşamış, valideynləri ilə münasibəti yaxşı olmuşdur. Tutulmamışdan bir neçə gün əvvəl polislər onu tutacaqları barədə xəbərdar etməmişlər. Polislər onu tutanda saat 10-11 radələri olmuşdur. 790 qram heroinin şalvarının cibinə yerləşməyəcək həcmdə olduğunu, həmin miqdarda narkotik vasitəni cibinə qoyub çölə çıxmayacağını, əks halda insanların diqqətini cəlb edə biləcəyini və onda narkotik vasitə olduğunun bilinəcəyini göstəmişdir. Narkotik vasitəni cibinə Salyan Rayon Polis Şöbəsində “Alxan” adlı polis əməkdaşı yerləşdirmiş, həmin vasitənin ona məxsus olmasını bildirməsini isə Alxan və “Kərimov” soyadlı polis əməkdaşları istəmişlər, o da razılaşmışdır. Buna görə də, videoçəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etmiş, lakin orada mümkün olmadığından cibinə narkotik qoyulması barədə sonuncuya bildirməmişdir. Narkotik vasitələrin cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən miqdarlarını, narkotiklə bağlı cinayətlərə görə hansı cəzalar verildiyini bilməmişdir. Torpaq, daş satışı ilə məşğul olmamışdır. Narkotik istifadəçisi olduğundan telefonda danışıb, yazışdığı adamlarla sadəcə öz aralarında alış-verişləri olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 56-da qeydiyyatda olmaqla ünvan 1-da ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Özünə məxsus “Samsung” markalı mobil telefonunda öz adına olan 050 ***-**-** saylı mobil nömrə olsa da, hazırda həmin nömrədən istifadə etmir və yalnız həmin nömrənin “WhatsApp” sosial şəbəkəsindən istifadə etmişdir. Qeyd etmişdir ki, azadlığa çıxdıqdan sonra mütəmadi olaraq “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop madə metamfetamindən istifadə etmişdir. İki-üç ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində Rəsul adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bu müddət ərzində həmin şəxsdən bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Narkotik vasitələrin pulunu Rəsulun ona atdığı, xatırlamadığı müxtəlif kart hesablarına atmışdır. Daha sonra Rəsul həmin narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoydurub yerini ona bildirmiş, o da gedib həmin yerlərdən götürmüşdür. Ona yenə narkotik vasitə heroin lazım olduğu üçün sonuncu dəfə 19 iyun 2024-cü il tarixdə, saat 22 radələrində yenidən Rəsul ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitə heroin lazım olduğunu demiş, Rəsul da ona həmin narkotik vasitəni Bakı şəhəri ərazisinə qoydura biləcəyini bildirmişdir. Götürəcəyi narkotik vasitə heroinə görə Rəsulla 2.000 (iki min) manata razılaşmış, lakin həmin vaxt 500 (beş yüz) manat pulu olduğu üçün Rəsulun ona göndərdiyi kart hesabına həmin məbləğdə pulu ödəmə terminalı vasitəsilə göndərmişdir. Pulun qalan 1.500 (bir min beş yüz) manatını isə narkotik vasitə heroini götürdükdən sonra satdıqca iki-üç günə hissələrlə ona ödəyəcəkmiş. Rəsul da onunla razılaşmışdır. Bundan sonra 19 iyun 2024-cü il tarixdə, gecə saat 23 radələrində Salyan rayonundan çıxıb kirayəyə götürüb idarə etdiyi “Opel Astra” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində yola düşmüşdür. Bakı şəhərinə çatdıqdan sonra Rəsul ona “WhatsApp” vasitəsilə konum ataraq narkotik vasitə heroini kuryer vasitəsilə Suraxanı rayonu ərazisində qoydurduğunu bildirmişdir. 20 iyun 2024-cü il tarixdə, gecə saat 02-03 radələrində konumun göstərdiyi yerə getmiş və həmin rayon ərazisində yol nişanı plakatının yanında sellofan bağlamada narkotik vasitə heroini götürmüş, sonra yenidən Salyan rayonuna qayıtmışdır. Qeyd etmişdir ki, narkotik vasitə heroindən istifadə etdiyi üçün narkotiki həm istifadə etmək, həm də satmaq məqsədi ilə yaşadığı evə aparmışdır. 21 iyun 2024-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ərazisində yaşadığı evin yaxınlığında üzərində bir gün əvvəl yəni 20 iyun 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri ərazisində əldə etdiyi sellofan bağlamada narkotik vasitə heroin olarkən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuş, təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona nə üçün polis əməkdaşları tərəfindən saxlanılmağının səbəbi soruşulduqda, o, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Ondan üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa, təqdim etməyi təklif edildikdə, üzərində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra əynində olan şalvarın sağ yan cibindən sellofan bağlamada narkotik vasitə heroini təqdim etmişdir. Sellofan bağlamanın içərisinə baxış keçirildikdə oradan narkotik vasitə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin bağlamada olan narkotik vasitə heroin özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş, üzəri o, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, yaşadığı evdə üzərindən aşkar olunmuş narkotik vasitə heroindən yoxdur. Narkotik vasitə heroin yalnız üzərindən aşkar olunandır. Narkotik maddə istifadəçisi olduğu üçün üzərindən aşkar olunmuş, özünə məxsus olan narkotik vasitə heroini həm özü istifadə etmək, həm də başqa şəxslərə satmaq məqsədilə əldə edib saxlamışdır (iş vərəqi 140-142). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti əlaqələndirə bilməmişdir. Belə ki, ifadəsində əvvəlcə təzyiq altında olduğundan elan edilmiş məzmunda ifadə verdiyini bildirmiş, sonra isə döyülmədiyini, ona hədə-qorxu gəlinmədiyini, bir sözlə, heç bir təsir və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Son sözündə cavan olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (şahidlərin ifadələri) dinləyərək, habelə iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 21 iyun 2024-cü il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məruzə etmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Alxan Mehtiyevin iştirakı ilə əməliyyat qrupu yaradılmış, daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində olduğunu müşahidə edib yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu saxlayaraq Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin və müstəntiqin iştirakı ilə vətəndaşın üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bağlamanın içərisində nə olması barədə soruşulmuş, cavabında bağlamada olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq onu da bildirmişdir ki, həmin narkotik vasitəni bir müddətdir ki, internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsdən 2.000 (iki min) manat dəyərində alıb, pulunun 500 (beş yüz) manatını verib, qalan 1.500 bir min beş yüz) manatını da iki-üç gün ərzində ona göndərəcəkmiş. Narkotik vasitəni satış məqsədilə əldə etmiş, satdıqca pulunu ödəyəcəkmiş. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamanın içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən olunmuş və həmin bağlama müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid2 etmişdir. Təqsirləndirilən şəxs saxladıqları küçənin adını xatırlamır. Onu saxladıqları zaman hava işıqlı olmuş, habelə saxlanılma zamanı insident yaranmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında hər üçü iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evi tanıyır, lakin həmin evdə olmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxmış bağlamanın cibində olması uzaqdan hiss olunmamışdır. Bağlama cibə yerləşəcək ölçüdə olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqdan sonra çox keçmədən üzərində şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, ona müdafiəçisi ilə sərbəst ünsiyyət yaratmaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitəni satış məqsədilə əldə etdiyini, lakin heç kimə sata bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsə heç bir psixi və ya fiziki təzyiq olunmamış, polis əməkdaşı olan Şahid3 onunla təklikdə ünsiyyətdə olmamış, ona narkotik vasitə verməmişdir. Cinayət işinin materiallarında videoçəkiliş vardır. Bundan başqa əgər elə bir şey olsa idi, təqsirləndirilən şəxs vəkilinə bildirə bilərdi. Məhkəmə iclasında dindirilmiş şahidlər Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid3 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən çağırmamış, onun evinə getməmişdir. Polislər əməliyyat tədbirinə təkbaşına getmirlər, tək gedib öz sağlamlığını təhlükə altına atmazdı. Təqsirləndirilən şəxsla təkbətək qalmamış, ona heç bir təsir göstərməmiş, içərisində narkotik vasitə olan bağlama verməmişdir. Təqsirləndirilən şəxs saxlanılma saatını 10-11 radələri göstərməsinin səbəbini bilmir, məsuliyyətdən azad olmaq məqsədilə belə dediyini ehtimal etmidir. Təqsirləndirilən şəxsin niyə məhz onun adını çəkdiyini bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Salyan Rayon Polis Şöbəsi X4 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Salyan Rayon Polis Şöbəsi X4 xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri, protokolu və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 03-09). Salyan Rayon Polis Şöbəsi X4 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Salyan şəhəri, T.Xəlilbəyli küçəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq, saat 16:50-də şöbəyə aparılmışdır (iş vərəqi 10). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 13; 23-24). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bağlama və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək bildirmişdir ki, sellofan bağlamada olan kütlə özünə məxsus olmaqla “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, internet vasitəsilə tanış olduğu “Rəsul” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə 2.000 (iki min) manata razılaşıb, 19 iyun 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürüb əldə etmiş, həmin narkotik vasitənin pulundan 500 (beş yez) manatı “Rəsul”un “m10” kart hesabına göndərmiş, qalan 1.500 (bir min beş yüz) manatını da iki-üç gün ərzində ona göndərəcəkmiş. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamanın içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlələrin olduğu, sellofan bağlama elektron tərəzi vasitəsilə çəkildikdə 860 qram olması müəyyən edilmişdir. Həmin bir ədəd mobil telefon və narkotik vasitə heroinə oxşar kütlənin olduğu sellofan bağlama iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 29-31). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonun üzərində 050 ***-**-** saylı nömrə vardır. Telefonun “WhatsApp” messenceri tətbiqinə baxış keçirildikdə oradan “Rəsul brat” adı ilə yazılmış şəxsin istifadəsində olan, İran İslam Respublikasına məxsus +98 914 351 6369 saylı mobil nömrə ilə “WhatsApp” telefon danışıqlarının aparılması aşkar olunmuşdur. Baxış zamanı xx.xx.2024-cü il tarixdə, saat 21:29 və 21:35-də şübhəli şəxs Təqsirləndirilən şəxsla “Rəsul” adlı şəxsin istifadəsində olan +98 914 351 6369 saylı mobil nömrə arasında “WhatsApp” danışıqlarının olması müəyyən olunmuşdur. Saat 22:24-də Təqsirləndirilən şəxs “Rəsul” adlı İran vətəndaşına səsli mesaj ataraq hazırda evdə olduğunu və alacağı narkotik vasitə heroin üçün 1.000 (bir min) manat pulu düzəldə bilmədiyini, “Rəsul” adlı şəxs isə saat 22:30-da Təqsirləndirilən şəxs səsli mesaj ataraq nə qədər pulu olduğunu, qalanını özündən qoyacağını, Təqsirləndirilən şəxs isə həmin vaxt ona yazaraq 500 (beş yüz) manatı olduğunu bildirmişdir. Daha sonra saat 22:38 və 23:04də onların arasında bir neçə saniyə ərzində “WhatsApp” vasitəsilə telefon danışıqları olmuşdur. Həmin gün saat 23:10-da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sürət həddini göstərən video çəkib “Rəsul” adlı şəxsə göndərərək pulu göndərdiyini və hazırda Bakı şəhərinə gəldiyini, saat 23:39-da səsli mesaj ataraq pulun ona gəldiyini soruşmuş və Bakı şəhərinə çatmağa az qaldığını bildirmişdir. Baxış zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 00:09 və 00:15-də Təqsirləndirilən şəxsla “Rəsul” adlı şəxs arasında “WhatsApp” vasitəsilə telefon danışıqları olmuşdur. Həmin gün saat 12:57 və 12:58-də “Rəsul” adlı şəxs Təqsirləndirilən şəxs səsli mesajlar ataraq pulun qalanını ona atmasını bildirmiş və bu barədə fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 38-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 3- 16-16/2-18/599 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə üzəri yapışqan lentlə bağlanmış bir ədəd bükümdə təmiz çəkisi 790,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 47-49). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 55-56). Salyan Rayon Məhkəməsinin 4(057)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 iyun 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72-73). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 789,80 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq, həmin şöbənin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 77). Salyan Rayon Məhkəməsinin 5(057)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (iş vərəqi 82-83). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, ailə tərkibi valideynlərindən ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 89-90). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur (iş vərəqi 93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 6 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (iş vərəqi 94-95; 109-114). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə sonuncu dəfə saat 08:12-də Salyan rayonu ATS anten dairəsində, daha sonra Salyan rayonu Azercell M/X-da, Salyan rayonu, Qırxçıraq kəndi ərazisində, xx.xx.2024-cü il tarixdə, saat 02:07-də Salyan rayonu, Xıdırlı kəndində, saat 02:17-də Salyan rayonu, Kürsəngi kəndində, saat 05:17-də isə Salyan rayonu ATS-də yerləşən anten dairələrində qeydə alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olan 050 569-34-16 saylı mobil nömrəyə 055 ***-**-** saylı nömrədən xx.xx.2024, 01:35:06-da “Togrul bu ne hereketdiye edirsen mezelenirsen menimle”; 994994 44 61 76 saylı nömrədən xx.xx.2024, 21:04:51-də “Qaqa basvadönerem men durum yavas yavas gedim mehle teref Allahaqı”; xx.xx.2024, 21:04:54-də “dayanabilmirem üşüdme tutub titredirem”; 055 287-98-81 saylı nömrədən xx.xx.2024, 19:32:19-da “Qaqa imkan varsa naxadu atım pulu 3 torpaq”; xx.xx.2024, 19:32:36-da “1daş”; xx.xx.2024, 19:38:16-da “Qaqa hara desən gəlim brat əyər qımət fərqı varsa de brat”; xx.xx.2024, 12:02:01-də “Toğrul qaqa bugün heç olmasa mənim işimi düzəldə qimət fərqi varsa”; xx.xx.2024, 14:04:31-də “Qaqa heç olmasa paradiyə dş düz qoş eliyərdün qardaşuçun”; xx.xx.2024, 14:36:59-də “verərsən dedin noldu açmırsan brat”; 994 44-61-76 saylı nömrədən xx.xx.2024, 15:26:11-də “Qaqa sene qurban olaram senin elin uzunduda birden rasduva çıxsa qu”; xx.xx.2024, 15:26:12-də “rban olaram menede xeber et allahaqı özüme lazımdı bidene puluda el”; xx.xx.2024, 15:26:13-də “imdedi”; 055 287-98-81 saylı nömrədən xx.xx.2024, 04:37:52-də “qaqa dünəndən 70 əlimdə səni gözləyirəm”; xx.xx.2024, 04:55:05-də “qaqa başuva dönər qardaşun bilirəm narahat eddim məni yaddan çxarma”; xx.xx.2024, 05:21:01-də “qardaş pul kartdadı yavaş yavaş gedim çxarım gəlim hara desün ora”; xx.xx.2024, 05:51:07-də “qaqa başuvadönər qardaşun başım xarab olub yoxumdu gəlim brat”; xx.xx.2024, 06:03:10-də “qaqa başuva dönərəm yatmamış mənim işimi aşırdə brat gəlim”; xx.xx.2024, 06:24:58-də “qaqa çox canım ağrıdadı demirəm prostu belim sınır sənöl baş havalıdı”; xx.xx.2024, 06:25:14-də “başuva dönərəm gəlim”; xx.xx.2024, 06:26:42-də “var yoxuna nəlıt ki 70 dən artıq olsa verərəm olan odu”; xx.xx.2024, 06:30:29-da “qaqa girinc qaldım dünəndən 15 m 15 m gedib”; xx.xx.2024, 19:21:37-də “ata 120 verəcəm bir para maşın daş gləib götürərəm başuva dönərəm q”; xx.xx.2024, 20:44:33-də “lı daş göturdu 1 oldu”; xx.xx.2024, 20:44:55-də “3 nəfərin yanda çekmişəm”; xx.xx.2024, 15:47:10-də “ata 120 var 1.5 lazımdı”; xx.xx.2024, 15:33:00-da “pis yxldı başuva dönüm 80 var 1 də imkan olan kimi məni yıq”; xx.xx.2024, 18:51:26-da “ata 15 dəqəyə yığıb deyirəm qədərin bratım”; xx.xx.2024, 18:57:55-də “qaqa 80 elə”; xx.xx.2024, 19:09:54-də “brat görüşərdüy də daş üçün”; xx.xx.2024, 19:15:35-də “qaqa 07 qoy başuv dönüm kilentlərim qaçmasın”; xx.xx.2024, 19:19:21-də “ata bu özümün pulu dur and ola Allaha evə qardaşu baxır əlimdəki ç”; xx.xx.2024, 19:19:23-də “xması demirəm ki boclu qalım 60 manatım 07 ver işimi görüm də”; xx.xx.2024, 19:21:49-da “qaqa düzəldi 80 sənöl Allah hakkıyol geddiyim yerdə yerdən 20 tapdım”; xx.xx.2024, 19:22:15-də “1də düz qoş qaqa”; xx.xx.2024, 19:29:38-də “qaqa 120 1para elə qardaşım”; xx.xx.2024, 19:36:41-də “ata pul aldım indi 120 manat 1.5”; xx.xx.2024, 19:40:05-də “heç 1.5 lazımdı”; xx.xx.2024, 19:47:48-də “ata vaxda az qalıb məni gözliyən var pulu çxmasın əlimdənn”; 055 821-85-25 saylı nömrədən xx.xx.2024, 21:18:35-də “QAQA SENDEN XEBER GOZDEMİREM”; xx.xx.2024, 21:47:53də “TOGRUL SALAMATCİLİQDİ? QAQA”; 050 745-38-71 saylı nömrədən xx.xx.2024, 23:25:33-də “Qaqa vahubdi evdekilərin di telfon bunu yqma prosda neyçün narahat”; xx.xx.2024, 23:25:34-də “eddim talış zonasından salyanda qonaqlar var heçkəslə bildin”; 051 987-98-82 saylı nömrədən xx.xx.2024, 00:22:26-da “kartu de pul atım biyaqkının pulun saqol ancaq var yoxun ... sənə”; xx.xx.2024, 00:22:27-də “keçırəm qardaş demişəm sənə onu bil mə heçkəsə bu povudu verməmişə”; xx.xx.2024, 00:23:20-də “sənlə belə danşmamışam heç vaxt lomkada sən olanda mən özümdən çıxm”; xx.xx.2024, 00:23:21də “ışam həmişə”; 050 768-24-09 saylı nömrədən xx.xx.2024, 01:39:01-də “Axşamın xeyir qaqa üzürlü bil bu vaxtı yiqdim menem Sadiq Allahaqı”; xx.xx.2024, 01:50:46-da “Salam qaqa mənem sadiq qaqa ALLAH şahidiki vezyetim çox pisdi bu v”; xx.xx.2024, 01:50:46da “axta qeder biter dözdüm gördüm döze bilmedim onagöre seni yiqdimki”; xx.xx.2024, 01:50:49-da “imkanin varsa mene eltutasan konturda yoxuydu evin nömresiyle yiqdi”; 051 987-98-82 saylı nömrədən xx.xx.2024, 15:24:46-da “qaqa imkan olsa pul 80 var 1 də mənə verərsən neçə saat isdəsən göz”; xx.xx.2024, 15:24:48-də “lüyəcəm tay yqmiyacam qardaş”; 077 512-57-67 saylı nömrədən xx.xx.2024, 22:44:49-da “Qaqa 40 azn var insAALAH bir sey elemey olar?”; 051 987-98-82 saylı nömrədən xx.xx.2024, 23:56:46-da “qaqa heçnə isdəmirəm tay tərqıdəcəm lomkam yoxdu prosda vaxdun olan”; xx.xx.2024, 23:56:47-də “kimi mənlə görüşərüy”; xx.xx.2024, 18:36:16-da “qaqa başuva dönərəm imkan varsa heç olmasa yarı ya bütöv daş”; 055 391-60-86 saylı nömrədən xx.xx.2024, 01:12:24-də “Hayda neolarala boboyda is asirtdin geldin menim isimde dayandin gAJzleyiremaxi seni qaqa bir sAJzde isimi bilimde men qaqa”; 051 987-98-82 saylı nömrədən xx.xx.2024, 18:37:30-da “Qaqa mən sənin yanındayam hər halunla bırat”; xx.xx.2024, 18:38:13-da “5 6 günə köçürəm bakiyə imkan edsən gedməmiş görüşərüy” məzmununda mesajlar daxil olmuş; onun istifadəsində olan 050 569-34-16 saylı mobil nömrədən isə 99455 ***-**-** mobil nömrəsinə xx.xx.2024, 17:29:16-da “lazm doyulse dinen iwmjzi biley”; 20:10:59-da “Gagaş belə hərəkət edərlər. Camahatin balasinda darmazit eləmşəmki” məzmunda sms-lər göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 569-34-16 saylı mobil nömrənin anten dairəsi adətən Salyan ATS ərazisində müəyyən olunmuşdur (iş vərəqi 97-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X9 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 709 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 121). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş; üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınaraq şöbənin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx" MMC-dən daxil olmuş cəmi iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; aşkar olunaraq götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 123-130; 134-135). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-732/2024 nömrəli qərarı əsasında, şahid qismində keçən polis əməkdaşları Şahid1 istifadəsində olmuş 050 702-06-06, Alxan Mehtiyevin istifadəsində olmuş 070 693-65-13 və Şahid2 istifadəsində olmuş 099 884-17-17 saylı mobil nömrələrə dair 20 iyun 2024-cü il, saat 00:00-dan 22 iyun 2024-cü il, saat 00:00-dək olan müddətə anten dairəsi məlumatları barədə "xxxx", “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən daxil olmuş CD disklər məhkəmədə tədqiq edilmiş və məlum olmuşdur ki, hər üç şəxsin istifadəsində olan mobil telefon nömrələrinin anten dairələri xx.xx.2024-cü il tarixdə, saat 15:01:31-dən 18:26:10-dək Salyan ATS müəyyən olunmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, əvvəllər də “Rəsul” adlı İran İslam Respublikasının vətəndaşından üç-dörd dəfə olmaqla narkotik vasitə alması, tutulmamışdan bir neçə gün öncə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olmaması, həmin ərəfədə Bakıya getsə də, Lökbatan ərazisindən Salyan rayonuna qayıtması, narkotik almağa görə deyil, İranlıya olan pul borcunu ödəməyə görə 500 (beş yüz) manat pul göndərməsi, danışdığı şəxsin dəqiq olaraq İran İslam Respublikasının vətəndaşı olduğunu bilməməsi, polis əməkdaşlarının onu yolda deyil, yaşadığı evində olarkən saat 10-11 radələrində tutulub polis şöbəsinə aparması, evinə yalnız Şahid3 adlı polis əməkdaşının gəlməsi, digər əməkdaşlar Şahid1 və Şahid2 orada olmamaları, evindən çıxarılanda üzərində narkotik olmaması, 790 qram heroinin şalvarının cibinə yerləşməyəcək həcmdə olması, həmin miqdarda narkotik vasitəni cibinə qoyub çölə çıxmaması, əks halda insanların diqqətini cəlb edə biləcəyi və onda narkotik vasitə olduğunun bilinəcəyi, narkotik vasitəni cibinə Salyan Rayon Polis Şöbəsində “Alxan” adlı polis əməkdaşının yerləşdirməsi, həmin vasitənin ona məxsus olmasını bildirməsini isə Alxan və “Kərimov” soyadlı polis əməkdaşlarının istəmələri, onlarla razılaşması və buna görə də, videoçəkiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu göstərməsi, narkotik istifadəçisi olduğundan telefonda danışıb, yazışdığı adamlarla sadəcə öz aralarında alış-verişlərinin olması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunmuş bir ədəd qara rəngli sellofan bağlamanın içərisindəki narkotik vasitə heroinin özünə məxsus olmaqla, “Rəsul” adlı İran İslam Respublikasının vətəndaşından pul müqabilində əldə etdiyini bildirmişdir (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdəki çəkilişdən görünür). Bundan başqa, o, barəsində olan cinayət işi üzrə ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində də eyni məzmunlu ifadələr vermiş, hətta əlavə dindirmə zamanı narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar olunmuş özünə məxsus olan heroini həm öz istifadəsi, həm də başqa şəxslərə satmaq məqsədilə əldə edib saxladığını bildirmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə barədə materialların məhkəmə ekspertizasının rəyi ilə şübhəli şəxs və təqsirləndirilən qismində tanış olarkən, həmin rəyə dair hər hansı bir şikayəti və ya vəsatətinin olmadığını qeyd etmişdir. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı telefonda “Rəsul brat” adı ilə yazılmış şəxsin istifadəsində olan, İran İslam Respublikasına məxsus +98 914 351 6369 saylı mobil nömrə ilə “WhatsApp” telefon danışıqlarının aparılması aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 569-34-16 saylı nömrəyə dair müvafiq mobil operatordan əldə edilmiş məlumatlarda həmin nömrə ilə ayrı-ayrı şəxslərin istifadəsində olan müxtəlif növ mobil nömrələr arasında müxtəlif tarixlərdə narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar çoxsaylı mesajlar yazılmasının, zənglər olmasının qeydə alındığı məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində polis əməkdaşlarından yalnız Şahid3 gəlib onu yaşadığı evdən tutaraq polis şöbəsinə aparması barədə bildirməsi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanması üçün təşkil olunmuş əməliyyat qrupunun üzvlərinin istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatlarından müəyyən olunmuşdur ki, onlar hər üçü də xx.xx.2024-cü il tarixdə eyni anten dairəsində (Salyan ATS) olmuşlar. Həmçinin, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsi də əksər halda eyni ərazini göstərmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün Salyan Rayon Məhkəməsində olarkən bildirmişdir ki, həm narkotik vasitə istifadəçisidir, həm də satışı ilə məşğul olur, həmçinin polis şöbəsində olarkən ona qarşı hər hansı bir zor tətbiq olunmamış, işgəncə verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti əvvəlcə ibtidai istintaq zamanı təzyiq altında olması ilə əlaqələndirsə də, sonradan belə bir halların baş vermədiyini, yəni döyülmədiyini, ona hədə-qorxu gəlinmədiyini bildirmiş və bununla da ifadələri arasındakı ziddiyyətin səbəbini izah edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı izahat və ifadələri cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması barədə bildirməməsinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitə heroinin çəkisi, istifadəsində olan mobil telefon nömrəsindəki yazışmalar, müxtəlif nömrələrlə çoxsaylı telefon əlaqələri narkotik vasitəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözü gedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan edilən narkotik vasitədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə yanaşı, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə” protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 789,90 qram narkotik vasitə heroin məhv edilməli; ona məxsus olan “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılmalı; şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx", “Azerfon” və "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış 789,90 qram narkotik vasitə heroin məhv edilsin; ona məxsus olan “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılsın; şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx", “Azerfon” və "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar