Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-733/2023 30.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-7,206 qram narkotik vasitə heroini əldə edərək 1,845 qram, 2,101 qram, 1,658 qram, 0,332 qram, 0,283 qram, 0,351 qram, 0, 308 qram və 0,328 qram olmaqla 8 ədəd xırda bükümlərdə üzərində satış məqsədi ilə saxlayıb daşıyarkən 7 iyun 2023-cü il tarixdə saat 11:50 dəqiqədə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, Babək küçəsində “Səyyari” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın arxa sağ cibindən bir ədəd sellofan kəsiyi bükümünün içərisindən səkkiz ədəd siqaretin gümüşü kağızı bükümlərində olmaqla ümumilikdə 7,206 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Biləsuvar şəhərində yaşayır. Əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını 5 saylı Cəzaçəkmə müəssisəsində çəkib qurtarmışdır. Özü narkotik vasitə heroindən istifadə edir. 07 iyun 2023-cü il tarixdə səhər yuxudan durmuş, bir qədər sonra saat 11:30 radələrində yaşadığı Biləsuvar şəhərində siqaret almaq üçün dükana gedərkən Biləsuvar şəhəri Babək küçəsində yerləşən «Səyyari» yanacaqdoldurma məntəqəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır. Onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində rəis müavini Elnur «sroka» getməli olduğunu bildirmiş və onun üzərinə qoymaq üçün polis əməkdaşı Aqşinə narkotik vasitə heroin vermiş, Aqşin isə heroini onun üzərinə qoymuşdur. Ona demişlər ki, boynuna götürməlisən, əks halda evinə narkotik qoymaqla hədələmişlər. Ona görə də məcbur olub narkotik vasitənin özünə məxsus olması barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilir. Yalnız narkotik vasitə heroin istifadə edir. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur. Təxminən 01 iyun 2023-cü il tarixdə rayon mərkəzində yerləşən keçmiş avtobazanın ərazisində olan zaman yerdən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü tapmışdır. O, həmin bükülünü açıb içinə baxanda içərisində siqaretin gümüşü kağızına bükülmüş çoxlu bükülülər olduğunu görmüşdür. Həmin bükülünün birini açıb baxanda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümləri özü istifadə etmək üçün əynindəki şalvarın cibinə qoymuş və üzərində saxlamışdır. Gündəlik lazım olanda götürüb qəbul etmişdir. 07 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində rayon mərkəzinə getmək üçün yaşadığı evdən çıxmış. O, Biləsuvar şəhəri Babək küçəsində yerləşən “Səyyari” yanacaqdoldurma məntəqəsinə yaxınlaşan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl polis işçiləri ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya vardırsa, təqdim etməsini təklif etmişlər. O, əynindəki şalvarın arxa sağ cibinə qoyduğu, içərisində narkotik vasitə olan bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzəzrində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində heroin vardır, ona məxsusdur və onu bir həftə əvvəl avtobazanın həyətində yerdən tapmışdır. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisindən səkkiz ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülər aşakar olunmuşdur. Həmin bükümlər hər biri ayrıayrılıqda açılıb baxıldıqda içərisində heroinə oxşar maddə olması müəyyən olunmuş, sonrada hər biri ayarı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoyulmuş və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamış və satışı barədə düşünməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərdi ki, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələriqanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 11:50 radələrində Biləsuvar şəhəri Babək küçəsində, “Səyyari” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlamış və üzərində şəxsi axtarış keçirilməsi üçün rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs öz istəyi ilə onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsə üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sağ cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən siqaretin gümüşü kağızına bükülmüş səkkiz ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlər hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda içərisində narkotik vasitə heroinəbənzər maddə olması müəyyən olunmuşdur. Güləliyev həmin bükülünün içərisində heroin olduğunu, heroini bir həftə əvvəl avtobazanın həyətində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılması zamanı üzərində narkotik vasitə olmaması, üzərinə narkotik vasitənin polis əməkdaşı Şahid2 tərəfindən qoyulması, narkotikin ona məxsusluğu barədə ifadə vermədiyi halda evinə külli miqdarda narkotik qoyulacağı ilə hədələnməsi barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq-təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid3 və Şahid4 da Şahid1la eyni məzmunlu ifadə verməklə yanaşı göstərdilər ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı Şahid2 tərəfindən narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir etməmişlər. Məhkəmə istintaqında şaid qismində dindirilən Şahid2 da göstərdi ki, 7 iyun 2023cü il tarixdə Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirlərinin keçirilməsində, onun həmin gün Biləsuvar şəhərində saxlanılmasında iştirak etmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə və videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunduqda o, özü cibindəki bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində səkkiz ədəd xırda siqaret kağızı bükümlərində narkotik vasitə heroinəbənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması zamanı polis şöbəsinin rəis müavini Elnurun otağında olmamışdır. Elnur Təqsirləndirilən şəxs üzərinə qoymaq üçün ona narkotik vasitə verməmiş və da Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymamışdır. 07 iyun 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan və şəxsi axztarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əyinindəki şalvarın arxa sağ cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülünü təqdim etmiş. Həmin bükülü açılıb baxıldıqda içərisindən siqaretin gümüşü kağızına bükülmüş səkkiz ədəd bükülü aşkar edilmişdir. Həmin bükülülərin hər biri ayrıayrılıqda açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içərisində heroin vardır. Ona məxsusdur və bir həftə əvvəl avtobazanın həyətində yerdən tapmışdır”. Təqsirləndirilən şəxs təqdim etdiyi səkkiz ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülülərin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə -2,27 qram, -2,47 qram, 1,99 qram, 0,39 qram, 0,69 qram, 0,47 qram, 0,46 qram və 0,45 qram olması müəyyən edilmiş, sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Materialların məhkəmə ekspertizasının 30 may 2023-cü il tarixli, 19/622 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 8 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,845 qram, 2,101 qram, 1,658 qram, 0,332 qram, 0,283 qram, 0,351 qram, 0, 308 qram, 0,328 qram- ümumi təmiz çəkisi 7,206 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış naroktik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş sədənlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin müəssisəyə daxil olarkən tibbi müayinə nəticəsində onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasını 24 avqust 2022-ci il tarixdə çəkib qurtarmışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs narkotik vasitələrə meyilli olması və əvvəllər məhkum olunması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması zamanı üzərində narkotik vasitə olmaması, narkotik vsitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşları onu evinə narkotik qoymaqla hədələdiklərinə görə üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsusluğunu göstərməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videçəkiliş məhkəmədə nümayiş etdirilərkən müəyyən edilir ki, o, müdafiəçinin iştirakı ilə narkotik vasitənin özünə məxsusluğunu etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə böyük miqdar təşkil etməsə də, məhkəmə narkotik vasitənin səkkiz ədəd xırda bükümlərə ayrılmasını və bükümlərdə olan narkotik vasitələri küçədə üzərində daşımasını nəzərə alaraq onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdlan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 6,806 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 7 iyun 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 6,806 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-733/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-733/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver