Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-736/2024 02.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-“Fortiori” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(018)-42/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-6,007 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 22 iyun 2024-cü il tarixdə saat 17:40 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu, Artupa kəndində dostu Şahid1 idarə etdiyi “Kia Forte” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda-6,007 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, dostu Şahid1 avtomobili ilə Astara rayonuna gəzməyə getmişlər, yolda polis əməkdaşları onları saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Astara rayonu, Sım kəndində olan şəlaləyə getmişlər. Üzərində bir bükümdə, içərisində təxminən 4-5 qram olan metamfetamin olmuşdur. Lənkəran və Astara rayonlarından metamfetamin almamışdır. Metamfetamini Bakı şəhərindən almışdır. Hüseynin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Polis əməkdaşları onları təxminən saat 17-18 radələrində saxlamışlar. İstintaq zamanı verdiyi ifadəsini tam olaraq təsdiq etmişdir. Astara rayonuna gəzməyə getmişdir. Narkotik vasitə metamfetaminin 4-5 qramına 200 manat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və 22 iyun 2024-cü il tarixdə Astara rayonu, Artupa kəndi ərazisinə gələcəkləri barədə qərəzsiz mənbədən əldə edilmiş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün saat 17 radələrində həmin şəxsləri “KİA Forte” markalı, **-GU-*** dövlət qeydiyyat nișanlı avtomobillə Astara rayonu, Artupa kəndindən, Astara şəhəri istiqamətində hərəkətdə olarkən saxlamışlar. Avtomobildən düşüb özlərini təqdim edərək, narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının qanunsuz dövriyyəsində șübhəli olduqlarını bildirdikdə Şahid1 idarə etdiyi avtomobili qəfil hərəkət etdirərək oradan qaçmağa çalışmış, həmin vaxtı Şahid1 avtomobili ilə onların avtomobilləri toqquşmuşdur. Həmin yerdə nəqlliyyat vasitələrinin hərəkətinin intensiv olması, avtomobillərin sayının çox olması səbəbindən, Şahid1 və Təqsirləndirilən şəxs üzərilərinə şəxsi axtarış, həmçinin avtomobilə baxış keçirmək üçün əlverişli şərait olmadığından onları şöbəyə aparmışlar. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən müəyyən olunmuşdur ki, bükümün içərisindəki psixotrop maddə olan metamfetamindir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi saat 17:00 radələrində saxlamışlar. Sürücü Şahid1 olmuşdur. Saxlanılan zaman təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Saxlanılarkən iki nəfər olmuşlar. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşları Şahid2, Şahid5 və Şahid6 ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadələr vermişlər və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, dostu Təqsirləndirilən şəxsla Astara rayonuna gəzməyə getmişlər. Yolda avtomobildə hərəkət edərkən polis əməkdaşları onları saxlamışlar. Üzərində 5-6 qram psixotrop maddə metamfetamin olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində bildirmişdir ki, avtomobili özü idarə etmişdir. Qaçmaq niyyəti olmamış, ehtiyatsızlıqdan qəza baş vermişdir. Astara rayonunda Sım kəndində şəlaləyə başqa avtomobil ilə qalxmışlar, şəlaləyə maşını çıxa bilməmişdir. Artupa kəndinə İsti suya görə getmişlər. Metamfetamini Bakı şəhərindən almışdır. Astara rayonundan metamfetamin almamışdır. Əvvəllər məhkum olunmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Aqilin üzərində metamfetamin olduğunu və Aqilin metamfetamini haradan aldığını bilməmişdir. Özü metamfetamini Bakı şəhərində “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığı bir şəxsdən almışdır. Təqsirləndirilən şəxs şahidlərin məhkəmə istintaqı zamanı düzgün ifadə verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 22 iyun 2024-cü il tarixdə saat 17:40 radələrində Şahid1 və Təqsirləndirilən şəxs Astara rayonu, Artupa kəndində Şahid1 idarə etdiyi “Kia Forte” markaı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra üzərlərinə keçirilən şəxsi axtarış zamanı Şahid1 oğlunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ümumi təmiz çəkisi 6,912 qram olan psixotrop maddə metamfetaminin və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, ümumi təmiz çəkisi 6,007 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.(i.v.1-67) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 22) -“şəxsi axtarış və götürmə haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.(i.v.24-25) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 23 iyun 2024-cü il tarixli, 19/512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -6,007 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” və “Şahid1 üzərindən aşkar olunmuş 1 büküm metamfetamin Rəy №-19/511.....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ).(i.v.56-59) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(018)-42/2024 nömrəli qərarı ilə 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.76-77; i.v.91-94) -“maddi sübut kimi tanıma haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,907 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Astara RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir.(i.v.114) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 25 iyun 2024-cü il tarixli, 553 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.128) -“əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 5(018)- 121/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Astara RPŞnin CAB-nin rəisi VMİE Şahid3 Bafəddin oğlunun 22 iyun 2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir.(i.v.138-139) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Şahid1 barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilməklə istintaq aparılmışdır. (i.v.172) -“cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntünün yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.204-212) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs nakorik vasitəni aldığı naməlum şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmış və həmin cinayət işin ********* nömrəsi verilmək ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir.(i.v.213-214) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin külli miqdarının (qramla) aşağı həddi 2,0 qramdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 1(049)- 256/2015 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir.(i.v.178-188) -Hacıqabul RİH başçısının Hacıqabul şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli, 938 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamışdır, onun barəsində nümayəndəliyə mənfi rəy daxil olmuşdur.(i.v.176-177) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi, əvvəllər dəfələrlə narkoti vasitələrin satışı, satmağa cəhd etməsi və istifadəsi ilə bağlı məhkum olunması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 iyun 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(018)-42/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilməli, o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-5,907 qram olan psixotrop maddə metamfetamin höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntünün yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 22 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Astara Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 4(018)-42/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,907 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirmə zamanı çəkilmiş videogörüntünün yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-736/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-736/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver