Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-74/2025 04.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3da-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamasına dair razılaşmış, qrupun üzvü tərəfindən külli miqdarda metamfetamin Ələt- Astara yolunun Salyan rayonu Noxudlu kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün alt hissəsinə gizlədildikdən sonra metamfetamini həmin yerdən əldə edib daşıyaraq üzərində qanunsuz olaraq saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 08 may 2024-cü il tarixdə saat 17:30 radələrində Salyan şəhəri Y.Qasımov küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 18:35-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli balaca torbanın içərisində olan 5 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,928 qram, 3,841 qram, 2,084 qram, 3,320 qram, 3,095 qram, 2 ədəd plastik qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 1,417 qram, 3,707 qram, 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 1,326 qram olmaqla ümumi təmiz çəkisi 19,718 qram kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 qram metamfetamin psixotrop maddəsi ona məxsus olmuşdur. Üzərindən və yaşadığı evinin həyatyanı sahədən aşkar olunmuş qurudulmuş marixuanna ona məxsus olmamışdır, həmin narkoti vasitəsini polislər qoymuşdur. Facebook sosial şəbəkəsində tanımadığı şəxsdən öz istifadəsi üçün metamfetamin psixotrop maddəsi sifariş vermişdir. Həmin şəxsin deməsi ilə Salyan rayonu Noxudlu kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün yanına gedərək, körpünün alt hissəsindən gizlədilən yerdən metamfetamini özü ilə aparmışdır. 8 may 2024-cü il tarixdə saat 17-18 arasında yaşadığı evin yanında olarkən polis əməkdaşları onu tutaraq şöbəyə aparmışlar. Şöbədə polis əməkdaşları ona bildirdilər ki, evinə və üzərinə bir qədər marixuana qoyacaqlar, həmin narkotikin ona məxsus olmasını baxış zamanı və ifadələrində bildirsin, razılaşmasa daha ağır çəkidə evinə narkotik qoyacaqları ilə hədələdilər. O, da məcbur qalıb razılaşmışdır. Bundan sonra vəkil çağırılaraq üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif edildikdə, göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli balaca torbanı təqdim etmiş, içərisinə baxış keçirildikdə oradan 5 ədəd sellofan bükümdə, 1 ədəd kağız bükümdə və 2 ədəd plastik qutuda “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin aşkar olunmuş, lektron tərəzidə çəkilərək təqribən 19 qramm olması görünmüşdür. Həmçinin, sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna içərisindən polis əməkdaşlarının qoyduğu marixuana aşkar edilmişdir. Bundan sonra yaşadığı evə getmişlər, evin qarşısında olan zaman videoçəkilişdən əvvəl iki nəfər polis əməkdaşları onun evinə daxil olmuşlar, həmin əməkdaşlar da evinə marixuananı qoymuşlar, qoyduqları yeri ona bildirmişlər. Bundan sonra videoçəkişlə baxışa başlamışlar, qapını açaraq evə daxil olmuşlar, bu zamanı evin həyətində olan polis əməkdaşı dərhal gizlənmiş, lakin videoçəkilişə bir anlıq düşmüşdür. O, da polis əməkdaşlarının qoyduğu bağlamanı təqdim etmiş, bağlamadan marixuana aşkar edilmişdir. Polis əməkdaşlarının ona hədə qorxu gələrək evinə daha ağır narkotik vasitələr yerləşdirəcəklərini dediklərinə görə, videoçəkiliş və ifadələrində marixuananın da ona məxsus olmasını bildirmişdir. Əslində yalnız metamfetamin ona məxsus olmuşdur, metamfetamini də satış məqsədi ilə deyil, xəsi istifadəsi üçün əldə etmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Həmin gün saat 17:40 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Y.Qasımov küçəsi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli əşya və ya predmet vardırsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli balaca torbanı, sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs siqaret qutunun içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni təxminən 20 gün bundan əvvəl Salyan şəhəri ərazisində Kür çayının sahilində yerdən taparaq evinə aparmış, istifadə etmək məqsədilə yaşadığı evdən götürüb üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli balaca torbanın içərisinə baxıldıqda orada 5 ədəd sellofan bükümdə, 2 ədəd plastik qutuda və 1 ədəd kağız bükümdə ağ rəngli, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin kütlələr “patı” kimi tanıdığı psixsotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin maddəni bir neçə gün bundan əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu, tanımadığı şəxsin Ələt-Astara yolunun Salyan rayonu Noxudlu kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün altında qoyduğu yerdən götürüb əldə etmiş, təxminən 25-30 qram çəkidə əldə etdiyi həmin psixotrop maddə metamfetaminə görə həmin şəxsin göndərdiyi kart hesabına elektron qaydada 200 manat məbləğində pulu ödəmiş, qalan 800 manatdan çox məbləği isə daha sonra ödəyəcəkmiş. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə də özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuana vardır və həmin narkotik vasitədən ayıraraq siqaret qutusunun içərisinə qoyub üzərində saxlamışdır. Evin Hacıyevdən axtarış aparılarkən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminə oxşar kütlələr qablaşıdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın baxış keçiriləcək evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirib evin həyətyanı sahəsinə doğru hərəkət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində olan şkafın içərisindən özünə məxsus 1 ədəd böyük sellofan bağlamanı çıxarıb təqdim edərək həmin bağlamada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bağlamanın içərisinə baxıldıqda, orada yaşıl rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş bağlama qablaşdırılmış, bu barədə protsokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 analoji ifadə verərək Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadələrində bir daha təsdiq etmişlər. Həmçinin məhkəmə zamanı Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış və götürülmə protokoluna əlavə edilmiş videoçəkiliş nümayış etdirilmişdir. Müəyyən olunur ki, baxış zamanı evin qapısı açılır, iştirakçılar həyətə daxil olarkən videoçəkilişin 01:59-cu dəqiqəsində 1 saniyyə müddətinə həyətdə kişi cinsli şəxsin olması görünür. Polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 nümayış olunmuş videoçəkilişlə bağlı verilən suallara cavab olaraq bildirmişlər ki, həyətdə 1 saniyyə müddətinə görünən şəxs həmin vaxt Salyan rayon Polis Şöbəsinin Cinayət axtarış şöbəsinin rəisi əvəzi olan X5r, həmin şəxs yaradılmış əməliyyat qrupunun üzvü olmamışdır, lakin təhlükəsizlik baxımından, hər hansı bir problem, insident olmaması səbəbindən baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs evinə daxil olmuş, lakin hər hansı bir marixuana qoymamışdır. Ümumiyyətlə onlar Təqsirləndirilən şəxs evinə daha ağır çəkidə narkotik vasitə yerləşdiriləcəyi barədə hədə qorxu gəlməmişlər, onun evinə, üzərinə marixuana əlavə etməmişdilər. İş üzrə əlavə şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin əməkdaşı X9 məhkəmə iclasında verilən suallara cavab olaraq 08 may 2024-cü il tarixdə ünvan 3da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılmasında, üzərinə şəxsi axtarış keçirilməsində və evinə baxış keçirilməsində iştirak etməmiş, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair videoçəkilişdə olan şəxs o deyildir, həmin şəxsin kim və hansı polis əməkdaşı olmasını bilmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 may 2024-cü il tarixli 3-16-16/2-2-18/476-477 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi – 1,326 qram, 2 ədəd plastik qutuda ayrıayrılıqda təmiz çəkiləri – 1,417 qram, 3,707 qram, 5 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,928 qram, 3,841 qram, 2,084 qram, 3,320 qram, 3,095 qram, ümumi çəkisi – 19,718 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir.
2. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda təmiz çəkisi – 11,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
3. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamadakı təmiz çəkisi – 2505,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş ümumi çəkisi - 2516,05 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 19,318 qram və qurudulmuş marixuanna 2515,95 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik təşkil edır. İş materiallarında olan 01 may 2024-cü il tarixli 397 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 may 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə vardırsa təqdim etməsi təklif edilmiş, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli balaca torbanı, şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Balaca torbanın içərisində 5 ədəd sellofan bükümdə, 2 ədəd plastik qutuda və 1 ədəd kağız bükümdə ağ rəngli, kristalik şəkildə, psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu, “Sobranie” markalı siqaret qutusunun içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 08 may 2024-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan, həmçinin qeydə alınmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 4 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan içərisində marixuanaya bənzər kütlələr olan bağlamanı təqdim edir. Videoçəkilişin 01:59-cu dəqiqəsində 1 saniyyə müddətinə həyətdə kişi cinsli şəxsin olması görünür. İş materiallarında olan 10 may 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə , Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək 09 ay təyin olunan cəzadan çəkmiş, çəkilməmiş cəzası 01 il 02 ay 26 gün təşkil edir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 23 may 2024-cü il tarixli, 18-1-68/2-1047/2024 nömrəli məktubundan görünür ki, ünvan 4-da qeydiyyatda olan, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü il tarixdən narkoloji kabinetdə profilaktik uçotda qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyii MMC tərəfindən daxil olmuş 21 may 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Qasımov küçəsi ev 3, mənzil 6-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından arvadından və 2018-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 13 may 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 19,318 qram psixotrop maddə metamfetamin və 2515,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” qərarı ilə şəxsi axtarış zamanı üzərindən götürülmüş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sallyan RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqında” qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş 19,318 qram psixotrop maddə metamfetamin və 2515,95 qram qurudulmuş marixuananın mənbəyinin müəyyən etmək məqsədi ilə hazırki cinayət işinin materiallarından Azərbaycaqn Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyatyanı sahəsində narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi xüsusatına münasibətdə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittihamın (üzərindən 11,05 qram, evindən 2505 qram, ümumilikdə isə 2516,05 qram qurudulmuş marixuanaya münasibətində) irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənəd «şəxsi axtarış və götürmə aparılması barədə» 08 may 2024-cü il tarixli protokolun qurudulmuş marixuanaya aid hissəsi və «baxış keçirilməsi və götürmə aparılması haqqında» eyni tarixli tarixli videoçəkilişlə aparılan protokollar olmuşdur. «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 08 may 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 nömrəli evin həyatyanı sahəsinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs evinin həyətində bir ədəd göy rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən üzərindən aşkar olunmuş 19,718 qram metamfetaminin özünə məxsus olduğunu, lakin üzərindən və evinin həyətindən aşkar olunmuş bir ədəd bükümdə qurudulmuş marixuananın ona məxsus olmadığını, polis şöbəsində olan zaman polis əməkdaşları ona hədə qorxu gələrək “evinə və üzərinə bir qədər marixuana qoyacaqlar, həmin narkotikin ona məxsus olmasını baxış zamanı və ifadələrində bildirsin, razılaşmasa daha ağır çəkidə evinə narkotik qoyacaqları” ilə hədələmişlər. O, da məcbur qalıb razılaşmışdır. Bundan sonra, şəxsi axtarış zamanı polis əməkdaşlarının qoyduğu marixuana aşkar edilmişdir. Evinə isə baxış keçirilməmişdən əvvəl iki nəfər polis əməkdaşları onun evinə daxil olaraq marixuana qoymuşlar, axtarışa başlayan zaman iştirakçılarla evə saxil olan zaman evin həyətində olan polis əməkdaşı dərhal gizlənmiş, lakin videoçəkilişə bir anlıq düşmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 may 2024-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protkolun aparılmasına dair qeydə alınmış videoçəkilişin 01:59-02:03-cü dəqiqələrdə bir nəfər kişi cinsli şəxsin Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olması və həyətdən evə daxil olaraq qapını bağlaması kadrlarda görüntülənmişdir. İttiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində videoçəkilişdə kadra düşən şəxsin polis əməkdaşı Qabil Rzayev olmasını, əməliyyat qrupunun üzvü olmadığını, çəkilişdən əvvəl Təqsirləndirilən şəxs evinə daxil olmasını bildirmişlər. Qabil Rzayev isə ifadəsində Təqsirləndirilən şəxs evinə baxışda iştirak etmədiyini, ümumiyyətlə baxışdan əvvəl Təqsirləndirilən şəxs evinə girmədiyini bildirməkdə ziddiyyətli ifadə vermişdir. Bu hallar Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, yəni yaşadığı evin həyətyanı sahəsində 1 bükümdə, həmçinin üzərində siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana saxlamaması həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən daha ağır ittiham oluna bilməsinə görə istintaqın ilk dövründə etirafedici ifadə verməsi halların həqiqət ola bilməsi ilə bağlı məhkəmədə əsaslı ehtimallar, ittihamda qeyd olunan marixuana narkotik vasitəsinə münasibətdə həqiqət olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Məhkəmə-bioloji ekspertizasının rəyinə görə Təqsirləndirilən şəxs üzərindən 11,05 qram və evindən isə aşkar edilmiş 2505,0 qram marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Bu hal da, onun qurudulmuş marixuana (kannabinoid) narkotik vasitəsini qəbul etmədiyini təsdiq edir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-ya “baxış keçirilməsi və götürmə aparılması” barədə 08 may 2024-cü il tarixli protokolun mötəbərliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Bir halda ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və üzərində axtarış keçirilən zaman siqaret qutusunda aşkar edilmiş marixuanalar tərkibinə görə eynilik təşkil edirsə, məhkəmə də, təqsirləndirilən şəxsin evindən marixuana aşkar edilməsinə dair “baxış keçirilməsi və götürmə aparılması” barədə 08 may 2024-cü il tarixli protokolu sübut kimi qəbul etməyərək, həmin narkotik vasitənin ona məxsus olmaması qənaitinə gəlirsə, bu halda Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana aşkar edilməsi halını da şübhə altına alır. Buna görə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması” barədə 08 may 2024-cü il tarixli protokolun 11,05 qram qurudulmuş marixuanaya münasibətdə mötəbərliyi şübhə altına alınan hallar yarandığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol ilə müəyyən edilmiş üzərindən marixuana aşkar edilməsi xüsusatı etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı geyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən qurudulmuş marixuannanın üzərində və yaşadığı evin həyətində aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq edilir. Bu əsasa görə də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 nömrəli evinə “baxış keçirilməsi və götürmə aparılması” barədə 08 may 2024-cü il tarixli protokol, həmçinin onun üzərinə “şəxsi axtarış və götürülmə aparılması barədə” 08 may 2024-cü il tarixli protokolun Elvin Haciyevin üzərindən marixuana aşkar edilməsi xüsusatı, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı üzərindən və evindən marixuana aşkar edilməsi xüsusatı üzrə verdiyi ilkin ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə marixuanaya münasibətdə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən və yaşadığı evdən aşkar edilməsi xüsusatına münasibətdə özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli (09 may 2024-cü il tarixli) və təqsirləndirilən şəxs qismində (10 may 2024-cü il tarixli) dindirilmə protokollarından görünür ki, onun verdiyi ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 09-10 may 2024-cü il tarixli ifadələrində marixuananın ona məxsus olması xüsusatı həmçinin bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən 1 bükümdə qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilməsi xüsusatına münasibətdə mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş sözü gedən hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən 1 bükümdə qurudlmuş marixuana aşkar edilməsi xüsusatına dair hissədə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan həmin hissədə (heroinə münasibətdə) sübut kimi qəbul edilə və ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə zamanı ifadəsində “üzərində aşkar edilmiş metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi” hissəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin qeyd olunan xüsusat obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir. Onun ibtidai istintaq zamanı “35 qram psixotrop maddə metamfetamini 1000 manat müqabilində almasına, 280 manat pulu ödədiyini, pulun qalan hissəsini isə metamfetamini götürdükdən sonra satdıqca hissələrlə bir neçə gün ərzində ödəyəcəyinə maddəni satan şəxslə razılaşmış, metamfetamini həm özü istifadə etmiş, həmdə satmışdır” xüsusatı isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetamini satış məqsədi ilə əldə etmişdir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda üzərindən 19,718 qram psixotrop maddə metamfetamin aşkar edilməsi xüsusatı sübuta yetirilmiş, onun üzərindən 11,05 qram, yaşadığı evin həyətindən 2505,0 qram, ümumilikdə 2516,05 qram qurudulmuş marixuana saxlaması xüsusatı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X7rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X14 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Rəşad Gürşadlının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda üzərindən 19,718 qram psixotrop maddə metamfetamin aşkar edilməsi xüsusatı sübuta yetirilmiş, onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Eyni zamanda hazırki cinayət işi üzrə 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi 6 nömrəli evin həyətindən 2515,95 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə (19,718 qram pisxotrop maddə metamfetaminə munasibətdə) düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsi və yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş 01 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 7 (yeddi) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs taksikomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq - Salyan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 19,318 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi 6 nömrəli evin həyətindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 2515,95 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Salyan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması protokollarını özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 98 (doxsan səkkiz) manat 48 (qırx səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlməli, cəzasının çəkilmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 7 (yeddi) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. -İş üzrə maddi sübut kimi tanınmış – Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 19,318 qram psixotrop maddə metamfetamin məhv edilsin. -İş üzrə maddi sübut kimi tanınmış – Salyan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi 6 nömrəli evin həyətindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 2515,95 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. - Salyan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılsın. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Neymət Məmmədov