Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-740/2024 24.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsində fəhlə işləyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təsiredici maddəsinin ümumi miqdarı 2 qram olmaqla külli miqdarda-50 ədəd narkotik vasitə olan metadon həblərini əldə edib, saxlayıb, daşımış və həmin narkotik vasitənin təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən 7 ədəd metadon həblərini 19 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, M.Əsədov küçəsində tanışı Şahid4 qanunsuz olaraq 20 manata satmış, qalan 43 ədəd metadon həblərini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 19 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Əsədov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən təsiredici maddəsinin ümumi miqdarı 1,72 qram təşkil edən 43 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsində fəhlə işləmişdir. Xeyli müddətdir ki, bədənində ağrıları olduğu üçün metadon həblərindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Tutulmamışdan bir müddət əvvəl Lənkəran şəhərində küçədə-yerdən metadon həbləri olan listlər tapmış, neçə ədəd metadon həbləri olması yadında deyil. Həmin həbləri üzərində saxlamaqla istifadə etmiş, tapdığı bu həblərdən kiməsə satmamış və ya verməmiş, istifadəsindən sonra üzərində 50 ədəd metadon həbləri qalmışdır. 19 iyul 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı küçədə (Lənkəran şəhəri, M.Əsədov küçəsində) tanışı Məhərrəmlə rastlaşıb dayanıb söhbət edərkən polis əməkdaşları onu və Məhərrəmi tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində 50 ədəd metadon həbləri olmuşdur. Polis şöbəsində polis əməkdaşları ona təzyiqlər edərək narkotik maddələrin satışı ilə məşğul olmasını bildirmiş, sonra üzərində axtarış olmuş və üstündə saxladığı 50 ədəd metadon həbləri aşkar olunmuşdur. Sonra polis əməkdaşları ondan götürdükləri metadonlardan 7 ədəd həbi ayırıb Məhərrəmə verib həmin həbləri ondan (Təqsirləndirilən şəxs) almasını deməsini, ona da Məhərrəmə 7 ədəd metadonu 20 manata satdığını deməyi tapşırmış, polislərin təzyiqləri olduğu üçün onlar da razılaşmışlar. Bundan sonra polis əməkdaşları vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə onun və Məhərrəmin üzərində axtarış aparmışlar. Axtarış zamanı Məhərrəm 7 ədəd metadonu cibindən çıxarıb stolun üstünə qoymuş, sonra soruşulanda həmin 7 ədəd metadon həblərini ondan (Təqsirləndirilən şəxs) aldığını bildirmişdir. Sonra onun üstündə axatarış zamanı özü də cibində saxladığı 43 ədəd metadonu çıxarıb polislərə təqdim etmiş və yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını, həmçinin Məhərrəmə də 7 ədəd metadonu 20 manata satdığını demişdir. Əslində isə o, Məhərrəmə 7 ədəd metadonu satmamış, Məhərrəmin üzərində aşkar olunmuş 7 ədəd metadon və özünün üzərində aşkar olunmuş 43 ədəd matadon ona məxsus olmuş və həmin matadon həblərini özünün şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kimə satmamış və verməmişdir. Ona görə də Məhərrəmə 7 ədəd metadon satması ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin istifadəsi üçün bir qədər metadon həbləri əldə edib üzərində saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 7-8 aydır ki, narkotik vasitələrdən, əsasən də metadon həblərindən istifadə etməyə başlamış və narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul etmişdir. 02 iyul 2024-cü il tarixdə, gündüz saatlarında Lənkəran şəhərində “Raypo” adlanan ərazidə zibilxananın yanından keçərkən yerdən üzərində metadon həbləri olan 8 ədəd listlər tapmışdır. Həmin listlərin hər birində 10 ədəd həb olmuşdur. Tapdığı metadon həblərindən bir müddət istifadə etmiş, həmin həblərdən kiməsə satmamış və ya verməmişdir. 19 iyul 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Lənkəran şəhəri, M.Əsədov küçəsində dostu Şahid4la rastlaşıb söhbət edərkən Məhərrəm istifadəsi üçün ondan narkotik maddəmetadon həbləri olub-olmadığını soruşmuş, o da metadon həbləri olduğunu və ona münasib qiymətə sata biləcəyini bildirmiş, Məhərrəm də pulunu sonra vermək şərti ilə ona metadon həbi satmasını demiş, o da razılaşıb 7 ədəd metadon həblərini Məhərrəmə verib ona 20 manat verməli olduğunu bildirmişdir. Məhərrəmə 7 ədəd metadon həbləri verdikdən sonra özündə 43 ədəd metadon həbləri qalmışdır. Sonra onlar küçədə dayanıb söhbətlərini davam etdirərkən üç nəfər polis əməkdaşı onu və Məhərrəmi saxlayıb üzərilərində narkotik maddələr saxlamaqda şübhəli olduqları bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkillərin (müdafiəçilərin) iştirakı ilə və videoçəkilişlə onun və Məhərrəmin üzərində axtarış aparılmışdır. Axtarış zamanı Məhərrəm cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutununun içərisində bir az əvvəl özünün verdiyi 7 ədəd metadon həbləri aşkar olunmuşdur. Sonra özü də cibindən parçaya bükdüyü həb listlərini çıxarıb təqdim etmiş və həmin listlərdə cəmi 43 ədəd metadon həbləri olmuşdur. Şifahi sorğu zamanı Məhərrəm 7 ədəd metadon həblərini ondan 20 manata borca (pulu sonradan verməklə) aldığını bildirmiş, özü də metadon həblərini tapdığını, həmin həblərdən 7 ədidini dostu Məhərrəmə verdiyini, qalan 43 ədəd həbi isə istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş həblər qablaşdırılıb götürülmüş, bundan sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş, eləcə də telefon tanışıqlarına dair məlumatlar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələridə onun Məhərrəmə 7 ədəd metadon həbləri satması doğru deyil, polis şöbəsində olarkən polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, belə ifadə vermişdir, əslində isə o, Məhərrəmə metadon həbləri satmamışdır. Tutulan vaxt üzərində 50 ədəd metadon həbləri olmuş, polis şöbəsində polis əməkdaşları onun üzərində aşkar olunmuş 50 ədəd metadondan 7 ədədini götürüb Məhərrəmə verib tapşırmışlar ki, həmin metadon həblərini ondan (Təqsirləndirilən şəxs) pulla aldığını desin, ona da tapşırmışlar ki, bu metadon həbləri Məhərrəmə satdığını bildirsin, onlar da polislərlə razılaşıb onların dedikləri kimi ifadə vermişlər. Tutulduğu vaxtdan əvvəl, gecə saatlarında Məhərrəmlə onun arasında narkotikldə bağlı deyil, işlə bağlı telefon danışıqları olmuş, sonradan isə onunla telefonla danışmasını xatırlamır. O, Məhərrəmə 7 ədəd metadon satması ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin istifadəsi üçün metadon həbləri əldə edib üzərində saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 19 iyul 2024-cü il tarixdə icraatına Lənkəran şəhər sakini Şahid4 qanunusuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və onun həmin narkotik vasitələri Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əldə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatların yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılaraq həmin gün saat 16 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilərək Şahid4 və Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Əsədov küçəsində saxlanılıb onlara qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərilərində saxlamaqda şübhəli olduqları bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı Vurğun Məmmədov tərəfindən vəkillərin (müdafiəçilərin) iştirakı ilə və videoçəkilişlə Şahid4 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Şahid4 bir ədəd kibrit qutusunun içərisində 7 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs üzərində isə 43 ədəd metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Məhərrəm üzərində aşkar olunmuş 7 ədəd metadon həbləri İlkindən 20 manata borca aldığını demiş, İlkin də matadon həbləri tapdığını və onlardan 7 ədəd metadonu Məhərrəmə pulla satdığını, qalan hissəsini isə istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şahid4 və Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik maddələrdən istifadə etsə də, sonradan narkotik maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. 19 iyul 2024-cü il tarixdə, günorta saatlarında küçədə (Lənkəran şəhəri, M.Əsədov küçəsində) tanışı İlkinlə dayanıb söhbət edərkən polis əməkdaşları onu və İlkini tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik maddə olmamışdır. Polis şöbəsində polis əməkdaşları İlkinin üzərində aşkar edilmiş metadonlardan 7 ədədinin götürüb ona vermiş və həmin 7 ədəd metadonun İlkindən pulla almasını deməyə məcbur edilmişdir. Sonra o, polislərin təzyiqi ilə 7 ədəd metadonu pulla İlkindən aldığını bildirmişdir. Əslində isə tutulan vaxt üzərində 7 ədəd metadon olmamışdır. İlkindən pulla metadon alması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Eyni zamanda məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 4-5 ildir ki, narkotik maddə olan metadon həbindən istifadə edir. Onunla eyni məhəllədə yaşayan Təqsirləndirilən şəxs tanıyır və aralarında dostluq münasibəti olmuş, həmçinin İlkinin də narkotik vasitələrin istifadəçəsi olduğunu bilmişdir. 19 iyul 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Lənkəran şəhəri, M.Əsədov küçəsində dostu Təqsirləndirilən şəxsla görüşüb ondan metadon həbləri varsa ona verməyini xahiş etmiş, İlkin də onda metadon həbləri olduğunu və ona münasib qiymətə sata biləcəyini demiş, o da pulunu sonradan vermək şərti ilə istifadəsi üçün ona metadon həbi satmasını bildirmiş, İlkin də razılaşıb ona 7 ədəd metadon verib buna görə 20 manat verməli olduğunu demiş, o da razılaşıb metadon həblərini götürüb bir ədəd kibrit qutusuna yerləşdirib əynindəki şalvarının cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Sonra o, İlkinlə dayanıb söhbət edərkən polis əməkdaşları onu və İlkini saxlayıb üzərilərində narkotik maddələr saxlamaqda şübhəli olduqları bildirilib polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkillərin (müdafiəçilərin) iştirakı ilə və videoçəkilişlə onun və İlkinin üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisində bir az əvvəl İlkindən aldığı 7 ədəd metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin 7 ədəd metadon həblərini İlkindən 20 manata borca (pulu sonradan verməklə) aldığını bildirmişdir. Sonra İlkinin də üzərindən 43 ədəd metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı İlkin də 7 ədid metadonu ona (Məhərrəmə) verdiyini bildirmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 19 iyul 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Şahid4 X2 dövriyyəsi ilə məşğul olması və narkotik vasitələri Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs əldə etmsinə barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 və Təqsirləndirilən şəxs 19 iyul 2024-ci il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, M.Əsədov küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 19 iyul 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçilər Vəliəhəd Həbibovun və İntiqam Hüseynovun iştirakları ilə, həm də videoçəkilişlə Şahid4 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 əynindəki şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində 7 ədəd metadon həbləri və Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən kiçik ölçülü parçaya bükülmüş 4 ədəd konvolyutda və 3 ədəd konvolyut kəsiyində olmaqla cəmi 43 ədəd metadon həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid4 üzərində aşkar olunmuş 7 ədəd metadon həblərini Təqsirləndirilən şəxs 20 manata və pulu sonradan vermək şərti ilə istifadəsi üçün aldığını, Təqsirləndirilən şəxs da metadon həblərini zibillik ərazidən tapdığını, 7 ədəd metadon həblərini Şahid4 20 manata satdığını, üzərində olan metadon həblərini isə istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli, 19/558 №li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid4 üzərindən aşkar edilmiş 7 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər ... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, təsirdici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eyndirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,28 qramdır. (bir həbdə 0,04 qr). Ekspertiza tədqiqatından sonra qalıq metadon həbləri 06 ədəddir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyul 2024-cü il tarixli, 19/559 №li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 43 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər ... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 43 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, təsirdici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eyndirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 1,72 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 43 ədəd narkotik vasitə metadon həblərinə bənzər hələr ...” və “Şahid4 üzərindən aşkar edilmiş 7 ədəd metadon həbi Rəy №19/558 ...” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 50 ədəd metadon həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyndirlər. Ekspertiza tədqiqatından sonra qalıq metadon həbləri 38 ədəddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, 19 iyul 2024-cü il tarixdə, saat 00:03-də Şahid4 istifadəsində olmuş 051/521-40-39 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051/360-71-86 saylı mobil telefon nömrələri arasında 8 saniyə, həmin gün saat 14:09-da 30 saniyə və saat 14:22-də 38 saniyə telefon danışıqları aparılmışdır. İşdə olan, “Maddi sübut hesab edilməsi barədə” 28 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq 38 ədəd və qalıq 6 ədəd narkotik vasitə olan metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar yazılmış bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Habelə Şahid4 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 6 ədəd narkotik vasitə olan metadon həbləri Şahid4 barəsində CM-nin 234.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə də maddi sübutdur. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis şöbəsində üzərində axtarış zamanı aşkar olunmuş 50 ədəd metadonun 7 ədədinin polis əməkdaşları tərəfindən götürülüb Məhərrəmə verilməsi və sonra həmin 7 ədəd metadon həbinin onun Məhərrəmə 20 manata satmasını deməyə məcbur edilməsi, Məhərrəmə metadon həbləri satmaması, verməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əmkdaşları tərəfindən tutulan vaxt üzərində 50 ədəd metadon həblərinin olması, polis şöbəsində üzərində axtarış zamanı aşkar olunmuş 50 ədəd metadonun 7 ədədinin polis əməkdaşları tərəfindən götürülüb Məhərrəmə verilməsi və sonra həmin 7 ədəd metadon həbinin onun Məhərrəmə 20 manata satmasını deməyə məcbur edilməsi, Məhərrəmə metadon həbləri satmaması, verməməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində Şahid4 üzərində aşkar olunmuş 7 ədəd metadon həblərini tanışı İlkindən 20 manata aldığını göstərmişdir), maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar olunmuş 43 ədəd metadonun özünə məxsus olmasını, tanışı Məhərrəmə də 20 manata 7 ədəd metadon satdığını bildirmiş, Məhərrəm də üzərində aşkar olunmuş 7 ədəd metadonu tanışı İlkindən pulla aldığını göstərmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, cəmi 50 ədəd metadon əldə etdiyini və onlardan 7 ədədini tanışı Məhərrəmə 20 manata satdığını, üzərində aşkar olunmuş 43 ədəd metadonu isə özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni tutulan vaxt üzərində 7 ədəd metadon olmaması, polis şöbəsində polis əməkdaşlarının Təqsirləndirilən şəxs aşkar edilmiş metadonlardan 7 ədədini götürüb ona verməsi və bundan sonra həmin 7 ədəd metadonun İlkindən pulla almasını deməyə məcbur edilməsi, İlkinin ona metadon satmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (üzərində aşkar olunmuş 7 ədəd metadonu tanışı İlkindən 20 manata aldığını göstərmişdir) tam təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və onun bu ifadəsini özü və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” olan maddə narkotik vasitədir. Metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 1,6 qramdan 160 qramadək (159 qram) külli miqdar və 160 qram və ya ondan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan 50 ədəd narkotik vasitə olan metadon həbləri külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda metadon həbləri əldə edib üzərində saxlamaqla daşıması və onların bir hissəsini-7 ədəd metadon həblərini tanışı Şahid4 pulla satması onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadon əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Əsədov küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli arayış və AZE 12819807 №-li və AZE 11716045 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cü il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin nin maddi sübutlar otağında saxlanılan 38 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki iş üzrə maddi sübutlar olan 6 (altı) ədəd metadon həblərinin Şahid4 barəsində CM-in 234.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə də maddi sübut olması və bu maddi sübutun məsələsinin həmin cinayət işi üzrə yekun məhkəmə qərarı ilə həll edilməli olması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar yazılmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 38 (otuz səkkiz) ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hazırki iş üzrə maddi sübutlar olan 6 (altı) ədəd narkotik vasitə olan metadon həblərinin Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə də maddi sübut olması və bu maddi sübutun məsələsinin həmin cinayət işi üzrə yekun məhkəmə qərarı ilə həll edilməli olması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar yazılmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs oğlu hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-740/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-740/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver