Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-741/2024 21.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 28 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(022)-51/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Sadıq” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 28 iyun 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaq və məhkəmə ilə müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış üzərində Biləsuvar, Şuşa, Astara sözləri yazılmış lövhənin yanında gizlədilmiş külli miqdarda-5360,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda-565,0 qram çəkidə psixotrop maddə metamfetamini, ümumi təsiredici maddəsinin miqdarı 7 qram olan külli miqdarda-173 ədəd narkotik vasitə bütöv metadon həblərini və 5 ədəd narkotik vasitə metadon həblərinin qırıntılarını əldə edib, saxlayaraq, daşımış, həmin tarixdə saat 23:20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı qara rəngli idman çantasının içərisində yapışqanlı lentə sarılmış 10 ədəd bükümlərdə ayrı-ayrı təmiz çəkiləri 300,0 qram, 255,0 qram, 620,0 qram, 570,0 qram, 585,0 qram, 830,0 qram, 735,0 qram, 550.0 qram, 455.0 qram, 460.0 qram, ümumilikdə külli miqdarda-5360.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana, yapışqanlı lentə sarılmış bir ədəd bükümdə xüsusilə külli miqdarda-565,0 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsiredici maddəsinin miqdarı 6,92 qram olan küllü miqdarda- 173 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə bütöv metadon həbləri və təsir edici maddəsinin ümumi miqdarı 0,08 qram olan 5 ədəd narkotik vasitə metadon həblərinin qırıntıları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittihamda yazılmış çəkidə olan narkotik vasitələr və psixotrop maddələrin arxasınca getməmiş, sumkanı götürüb baxdıqdan sonra tullamışdır. “Sadıq” adlı İran İslam Respublikası vətəndaşı ilə internetdə yazışmış, sonra “whatsapp” da yazışmış, razılaşmalarına əsasən 28 iyun 2024-cü il tarixdə Biləsuvar rayonuna narkotik vasitə dalınca getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Sadıq” adlı İran İslam Respublikası vətəndaşı ona internetdə narkotik vasitə qurudulmuş marixuana təklif etmişdir. Özü də narkotik vasitə istifadə edəndir. “Sadıq” adlı şəxs birinci ona Salyan rayonuna getməsini, sonra isə Biləsuvar rayonuna getməsini demişdir. Biləsuvar rayonuna çatana yaxın götürəcəyi narkotik vasitənin 100 qram olmasını bilmişdir. O, götürən zaman narkotik vasitə 3 bükümdə olmuş, Biləsuvar RPŞ-də sumkanın içərisinə əlavə narkotik vasitələr yığmışlar. “Sadıq” adlı şəxs ona narkotik vasitəni pulsuz göndərmişdir. Əvvəllər ona narkotik vasitə göndərməmişdir. Birdəfəyə istifadə etmək üçün olan narkotik vasitəni 10 manata almışdır. Biləsuvar rayonuna yol maşını ilə gəlmişdir, gəldiyi taksi Lənkəran rayonuna getmişdir. Maşında 3 nəfər olmuşlar. Həmin maşına Bakı şəhərində minmişdir. Plakatın yanına çatanda təxminən saat 20 radələri olardı, həmin vaxtı hava artıq qaralmışdır. Plakatın yanında sumka var idi, həmin sumka idman sumkası idi. Sumkanı götürüb yolun o biri tərəfinə keçmişdir. Orada sumkanı iyləmiş, sumkadan marixuana qoxusu gəlməmişdir. Sumkanı atmış, bu zaman YPX maşını gəlmiş, bu vaxtı polis əməkdaşları da ona yaxınlaşmışdır. Sumkanın içinə yolu keçə-keçə baxmışdır. Dostu Şahid4 Bakı şəhərindən onunla birlikdə gəlməmişdir. Həmid Salyan rayonunda onu gözləmişdir. Həmid Salyan rayonunda yaşamışdır. Həmidgilə gedəcəkdir. Saxlanılan zaman sumkanı tullamışdır. Saxlanıldığı yerlə Həmid durduğu yerin arasında təxminən 5-6 metr məsafə olmuşdur. Orada yanacaq doldurma məntəqəsi olmuşdur. Həmid əvvəldən onu gözləmişdir, Həmid onun polis əməkdaşları tərəfindən saxlanılmasını görmüşdür. Həmidin onun narkotik vasitə götürməyə getməsindən məlumatı olmamışdır. Plakatın yanında olan zaman polis əməkdaşları 5-6 maşınla gəlmişlər. Maşınların markaları yadında qalmamışdır. Polis əməkdaşlarının üzləri yadında qalmamışdır. Saxlanıldığı yerdən Biləsuvar RPŞ-nə təxminən 15-20 dəqiqə yol getmişlər. Polis əməkdaşlarının avtomobilində 4 nəfər oturmuşlar. Polis şöbəsində onu inzibati binanın ikinci mərtəbəsinə Aqşinin otağına aparmışlar. Gecə saat 2-yə kimi həmin otaqda qalmışlar. Vəkil isə sonradan polis şöbəsinə onun yanına gəlmişdir. Axırda vəkillə təklikdə qalaraq söhbət etmişdir. Aqşinin otağında polis əməkdaşları onu döymüşlər. Polis əməkdaşlarının onu döymələrini vəkil də görmüşdür. Polis əməkdaşlarının onu döymələri nəticəsində bədəni üzərində xəsarətlər olmuşdur. Təcili yardıma müraciət etməmişdir. Şahid1 onu döyən polis əməkdaşlarından biri olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və elan olunmuş ifadələrində, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi elan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 114-də yaşayır. Təxminən 5-6 ildir ki, narkotik vasitə quruldumuş marixuana istifadə edir. Təxminən 2 il əvvəl İnstaqram sosial şəbəkəsində hazırda adını xatırlamadığı profilinə İran İslam Respublikasının vətəndaşı ona mesaj yazmış, lakin o, görməmişdir. 26 iyun 2024-cü il tarixdə o, İnstaqram sosial şəbəkəsində öz profilinə baxan zaman həmin şəxsin mesajlarını görmüş və cavab mesajı yazmışdır. Daha sonra hazırda adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan xarici nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmağa başlamışlar. Söhbət zamanı İran İslam Respublikasının vətəndaşı ona adının Sadıq olmasını, lakin tam olaraq adını, soyadını və ata adı haqqında məlumat verməmişdir. İran İslam Respublikasının vətəndaşı Sadıqla mesajlaşan zaman o, mənə əlində narkotik vasitələrin olmasını və satmasını bildirmişdir. O, da Sadıqdan 5 qram qurudulmuş marixuananın qiymətini soruşmuş, Sadıq da ona bir qram qurudulmuş marixuananın 6 manat olmasını, lakin hazırda Bakı şəhərində özünə məxsus qurudulmuş marixuananın olmadığını deyərək, Salyan rayonunda tanışı vasitəsi ilə ona verə biləcəyini bildirmişdir. Bundan sonra Sadıq adlı şəxs ona 50 qram qurudulmuş marixuana göndərəcəyini və daha sonra pulu istədiyini bildirmişdir. O, da Sadıqla razılaşmışdır. 28 iyun 2024-cü il tarixdə o, saat təxminən 18 radələrində Bakı şəhərindən avtobusla Salyan rayonuna gəlmişdir. Salyan rayonuna çatandan sonra Sadıq adlı şəxs ona konum atmış və həmin konumun Biləsuvar rayonunu göstərməsini görmüşdür. O da buna görə tanışı, Neftçala rayon sakini Şahid4 zəng vurmuş və Salyan rayonunda olduğunu demişdir. Təxminən bir saat sonra Şahid4 onun yanına gəlmişdir. O, Şahid4 Biləsuvar şəhərində yaşayan dostu ilə görüşəcəyini deyərək, birlikdə getməsini xahiş etmiş, lakin hansı məqsədlə gedəcəyini bildirməmişdir. Bundan sonra onlar birlikdə yoldan keçən avtomobillərin birini saxlatdırıb, əyləşib Biləsuvar rayonuna gəlmişlər. Biləsuvar rayonunun girişində olan mağazaların birinin yanında avtomobildən düşmüşlər. O, Həmidə mağazaya getməsini və su almasını demişdir. Həmid getdikdən sonra o da üzərində Biləsuvar-Şuşa sözləri yazılmış yol nişanın yanına getmiş və orada olan bir ədəd qara rəngli idman çantasını götürüb, içərisinə baxmış və çoxlu bükülü olmasını görmüşdür. Bundan sonra həmin çantanı çiynindən asdamış və Həmidin yanına gəlmişdir. Daha sonra o, Həmidə Biləsuvar şəhərinin mərkəzinə doğru piyada hərəkət etməyi təklif etmişdir. Onlar biraz getdikdən sonra o, yolda YPX-nin əməkdaşlarının avtomobillə hərəkət etməsini görmüşdür və buna görə də üzərində olan “Redmi Note 12” markalı mobil telefonu kənara tullamışdır. Onun olduğu yer işıqlı ərazi olduğu üçün çantanı kənara ata bilməmiş, dərhal da polis əməkdaşları onlara yaxınlaşmışlar və daha sonra Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da onun öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X7 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Polis şöbəsində vəkili Əli Hüseynovun və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, o da əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Whinston” mətni yazılmış siqaret qutusunu və bir ədəd alışqanı, əynindəki şalvarın sol arxa yan cibindən bir ədəd qara rəngli pul qabısını və bir ədəd cib dəsmalını, əlindəki qara rəngli idman çantasını təqdim etmişdir. Təqdim etdiyi bir ədəd qara rəngli idman çantası açılıb baxılan zaman içərisində 12 ədəd bükülü olması müəyyən olunmuşdur. Həmin bükülülərdən birinci bükülü açılıb baxıldıqda içərisində -665 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, ikinci bükülünün içərisində -535 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, üçüncü bükülünün içərisində -625 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, dördüncü bükülünün içərisində -495 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, beşinci bükülünün içərisində -870 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, altıncı bükülünün içərisində - 775 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, yeddinci bükülünün içərisində -500 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, səkkizinci bükülünün içərisində -620 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, doqquzuncu bükülünün içərisində -355 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, onuncu bükülünün içərisində -290 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, on birinci bükülünün içərisində üzərində M-40 mətni yazılmış narkotik vasitə metadona bənzər 173 ədəd həb olması, on ikinci bükülünün içərisində -615 qram psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülülər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərbib edilmiş. Həmin protokolla o, müdafiəçisi Əli Hüseynov ilə tanış olmuş və imzalamışdır. Sadıq adlı şəxsin kim olmasını bilmir, lakin sadəcə olaraq “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmış və sonuncu ilə görüntülü olaraq danışmamışdır. Onun Biləsuvar şəhərinə hansı məqsədlə gəlməsi barədə Şahid4 məlumatı olmamışdır. Həmin bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələrdən sadəcə olaraq 200 qram qurudulmuş marixuananı özü istifadə etmək üçün götürəcəyini bildirmişdir. Külli miqdarda narkotik vasitələr və psixotrop maddə barədə Şahid4 heç bir məlumat verməmişdir. Narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikasına hansı yolla gəlməsini bilmir və Sadıq adlı şəxs ona heç bir məlumat verməmişdir. Sadıq adlı şəxsin İnstaqram profilində açıq-aşkar narkotik vasitələrin satışı ilə bağlı elanlar olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli bilmiş, ancaq verilmiş ittihamda yazılmış qədər narkotik vasitələrin və psixotrop maddənin arxasınca getməmişdir. Birinci 20 qram, sonra 50 qram, daha sonra isə 100 qram marixuana ilə bağlı razılaşaraq getmişdir. Polis əməkdaşları onu döymüşlər, hətta siqareti yanılı vəziyyətdə dodağının üstünə basmışlar. Qorxduğu üçün İstintaq Təcridaxanasına daxil olan zaman bədəni üzərində xəsarətlər olmasını həkimə deməmişdir. İstintaq Təcridxanasından alınmış tibbi kitabçada göstərilən xəsarətlər köhnədi, həqiqətən də cərrahiyə əməliyyatından sonra bədəni üzərində izləri qalmışdır. İttihamda yazılmış narkotik vasitələr və psixotrop maddələr sumkanın içərisində olmamış, həmin narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən qoyularaq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşlarının onu döymələri, hətta siqareti yanılı vəziyyətdə dodağının üstünə basmaları, ittihamda yazılmış narkotik vasitələr və psixotrop maddənin götürdüyü sumkanın içərisində olmaması, həmin narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən qoyularaq götürülməsinə dair dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə xüsusilə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsi barədə daxil olmuş məlumat əsasında 28 iyun 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 23:20 radələrində Təqsirləndirilən şəxs və İsmayılov X6 rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmışlar. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib hava, əməliyyat şəraiti və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onları Biləsuvar RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs və Şahid4 üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən təqdim etdiyi bir ədəd qara rəngli idman çantası açılıb baxılan zaman 10 ədəd bükülüdə müxtəlif çəkilərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, on birinci bükülü açılıb baxıldıqda içərisində üzərində M-40 mətni yazılmış narkotik vasitə metadona bənzər həb və bir neçə ədəd həb qırıntısı olması, on ikinci bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan bükülülərin olduğu bir ədəd qara rəngli idman çantasını tanımadığı şəxsin onun mobil telefonuna göndərdiyi məkana gedərək həmin yerdən əldə etdiyini, onunla birlikdə olan Şahid4 narkotik vasitədən məlumatlı olmamasını, polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi çantanın əlində olmasını, mobil telefonunu tulladığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 saxlayan zaman hava qaranlıq olmuş, onlar qaçmamışlar. Əvvəlcə Təqsirləndirilən şəxs sonra isə Şahid4 saxlamışlar. Saxlanılan zaman sumka Təqsirləndirilən şəxs çiynində olmuşdur, həmin vaxtda hava qaranlıq olsa da bu aşkar şəkildə görünmüşdür. Saxlayandan sonra Təqsirləndirilən şəxs RPŞ-də öz otağına aparmışdır. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən 15 dəqiqə sonra üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr götürməsindən dostu Şahid4 xəbəri olmadığını demişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak etmiş, polis əməkdaşları olan şahidlər Şahid2 və Şahid3 dindirilmələrinə ehtiyac olmadığını, onların ibtidai istintaq zamanı verdikləri ifadələr ilə tanış olduğunu, dindirilsə də həmin şahidlərin Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadələr verəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs vəsatəti əsasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş sonuncu ilə birlikdə saxlanılan Şahid4 bildirmişdir ki, o, Bakı şəhərində işləyən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla dost kimi münasibəti yaranmışdır. 28 iyun 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Neftçala rayonunda olan zaman dostu Təqsirləndirilən şəxs ona zəng vurub və Salyan rayonunda olmasını deyərək, onu da yanına çağırmışdı. Həmin vaxt Xəyal zəng vurduğu telefon arvadına məxsus olmuş, lakin həmin telefonun üzərində onun da telefon nömrəsi olmuşdur. Buna görə də o, evdən çıxmamışdan əvvəl telefonu evə qoymuş və Salyan rayonuna getmək üçün yoldan keçən avtomobillərin biri ilə hərəkətə başlamışdır. Bir az sonra Salyan rayonuna çatmış və orada Xəyalla görüşmüş, Xəyal ona, Biləsuvar şəhərinə getməsini və onun da gəlməsini istəmişdir. O, Xəyaldan nə üçün getməsini soruşan zaman Xəyal ona Biləsuvar şəhərində dostu ilə görüşəcəyini bildirmişdir. Bundan sonra Biləsuvar şəhərinə gedən avtomobillərin biri ilə hərəkətə başlamışlar və Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonunun girişində olan mağazalardan birinin yanında avtomobildən düşmüşlər. Xəyal avtomobildən düşdükdən sonra ondan mağazaya gedib su almasını istəmişdir. O, mağazanın qarşısında dayanıb Xəyalı gözləmişdir. Bir neçə dəqiqədən sonra Xəyal onun yanına gəlmiş, gələn zaman Xəyalın kürəyində qara rəngli idman çantası olmuşdur. O, Xəyaldan həmin çantanı haradan əldə etməsini soruşan zaman o heç bir söz demədən ona Biləsuvar şəhərinin mərkəzinə doğru piyada hərəkət etməyi təklif etmişdir. Onlar bir az getdikdən sonra polis əməkdaşları onlara yaxınlaşmış və daha sonra onları birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Sadıq adlı İran İslam Respublikasının vətəndaşının kim olmasını bilməmiş və Təqsirləndirilən şəxs həmin şəxslə əlaqəsi barədə məlumatı olmamışdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, 28 iyun 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli idman çantasının içərisindən külli miqdarda -5360,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, xüsusilə külli miqdarda -565,0 qram çəkidə psixotrop maddə metamfetaminin, külli miqdarda təsir edici maddəsinin ümumi miqdarı 6,92 qram olan 173 ədəd metadon həbləri və təsir edici maddəsinin ümumi miqdar 0,08 qram olan 5 ədəd metadon həblərinin qırıntılarının aşkar edilib götürülməsi faktı ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-77) -“şübhəli şəxsin tutulması haqqında” 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.27) -“şəxsi axtarış və götürmə haqqında” 28 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli qısaqol gödəkçə, boz rəngli uzunqol köynək, boz rəngli şalvar, ayağında qara rəngli ayaqqabısı və əlində qara rəngli idman çantası vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rövşən Musayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Whinston” mətni yazılmış siqaret qutusunu və bir ədəd alışqanı, əynindəki şalvarın sol arxa yan cibindən bir ədəd qara rəngli pul qabını və bir ədəd cib dəsmalını, əlindəki qara rəngli idman çantasını təqdim etmişdir. Pul qabına baxış keçirilən zaman içərisində bir ədəd şəxsiyyət vəsiqəsi olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli idman çantası açılıb baxılan zaman içərisində 12 ədəd bükülü olması müəyyən olunmuşdur. Həmin bükümlərdən birinci bükülü açılıb baxıldıqda -665 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, ikinci bükülü açılıb baxıldıqda içərisində -535 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, üçüncü bükülü açılıb baxıldıqda içərisində -625 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, dördüncü bükülü açılıb baxıldıqda içərisində 495 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, beşinci bükülü açılıb baxıldıqda içərisində -870 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, altıncı bükülü açılıb baxıldıqda içərisində -775 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, yeddinci bükülü açılıb baxıldıqda içərisində -500 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, səkkizinci bükülü açılıb baxıldıqda içərisində 620 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, doqquzuncu bükülü açılıb baxıldıqda içərisində -355 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, onuncu bükülü açılıb baxıldıqda içərisində 290 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, on birinci bükülü açılıb baxıldıqda içərisində üzərində M-40 mətni yazılmış narkotik vasitə metadona bənzər -173 ədəd həb olması, on ikinci bükülü açılıb baxıldıqda içərisində -615 psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan 10 ədəd bükülü bir ədəd göy rəngli sellofan torbaya qoyularaq, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd bükülü və içərisində üzərində M-40 mətni yazılmış narkotik vasitə metadona bənzər 173 ədəd həb olan bükülü isə ayrı-ayrılıqda qablaşdırıldı, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan bükülülərin olduğu bir ədəd qara rəngli idman çantasını tanımadığı şəxsin onun mobil telefonuna göndərdiyi məkana gedərək həmin yerdən əldə etdiyini, onunla birlikdə olan Şahid4 narkotik vasitədən məlumatlı olmamasını, polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi çantanın əlində olmasını, mobil telefonunu tulladığını bildirmişdir.(i.v.36-38) -“məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası”nın 29 iyun 2024-cü il tarixli, 19/531 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunataq götürülmüş narkotik maddəyə bənzər kütlə ....." sözlər və imzalar olan bağlamadakı, 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 300,0 qram: -255,0 qram: -620,0 qram: -570,0 qram: -585.0 qram: -830.0 qram: -735.0 qram: -550.0 qram: -455.0 qram: -460.0 qram ümumi təmiz çəkisi: -5360.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükülü...” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -565.0 qram olan ağ rəngli, kristallardan ibarət maddə metamfetomindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş dərman həbləri....” sözlər və imzalar olan zərfdəki, 173 ədəd qəhvəyi rəngli, dairəvi formalı, bütöv həblər və 5 ədəd həb qırıntıları metadon həbləridir. 173 ədəd bütöv həblərin təsir edici müddəsinin ümumi miqdarı:-6,92 qramdır (bir həbdə 0,04 qramdır), 5 ədəd həb qırıntılarının təsiredici maddəsinin ümumi miqdarı:-0,08 qramdır. Beləliklə, tədqiqata təqdim olunmuş həb və həb qırıntılarında təsir edici maddənin ümumilikdə miqdarı -7,0 qramdır. (i.v.72-75) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(i.v.113-114) -Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(022)-51/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasını xahiş etmişdir.(i.v.146-149) -“maddi sübutun tanınması haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar olunaraq götürülmüş -5360,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı -5359,0 qram, 565,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 564,9 qram qalığı, 173 ədəd metadon həbi tədqiqatdan sonrakı 160 metadon həbi və 5 ədəd metadon həb qırıntısı, tədqiqatdan sonrakı 3 metadon həb qırıntısı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v.156-157) -məhkumluq haqqında 12 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v 168) -Biləsuvar Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 5(022)-223/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 28 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.174) -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 01 iyul 2024-cü il tarixli, 572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.204) -“məhkəmə-psixiatrik ekspertizası”nın 11 iyul 2024-cü il tarixli, 2022 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(i.v.206-208) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, istintaq hərəkətinin iştirakçılarını Biləsuvar rayon Xırmandalı kəndi ərazisində keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış üzərində «Biləsuvar, Şuşa, Astara» sözləri yazılmış lövhənin yaxınlığına gətirmiş və bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə «Biləsuvar, Şuşa, Astara» sözləri yazılmış yol nişanın yanına getmiş orada olan bir ədəd qara rəngli idman çantasını götürüb, içərisinə baxmış və çoxlu bükülü olmasını görmüşdür. Bundan sonra həmin çantanı çiynindən asdamış və Şahid4 yanına getmişdir. Daha sonra o, və Biləsuvar şəhərinin mərkəzinə doğru piyada hərəkət etməyi təklif etmişdir. Onlar biraz getdikdən sonra yolda YPX-nin əməkdaşlarının avtomobillə hərəkət etməsini görmüş və buna görə də üzərində olan “Redmi Note 12” markalı mobil telefonu kənara tullamışdır. Onun olduğu yer işıqlı ərazi olduğu üçün çantanı kənara ata bilməmiş və dərhal da polis əməkdaşları ona yaxınlaşmışlar və daha sonra onları birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs həmin yol nişanını əli göstərərək təqdim etmişdir.(i.v.213-219) -“sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntü olan 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır.(i.v.220-232) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.234-235) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu döymələri, hətta siqareti yanılı vəziyyətdə dodağının üstünə basmaları, ittihamda yazılmış narkotik vasitələr və psixotrop maddənin götürdüyü sumkanın içərisində olmaması, həmin narkotik vasitələrin və psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyularaq götürülməsinə dair göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Sadıq” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 28 iyun 2024-cü il tarixdə Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaq və məhkəmə ilə müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sağ kənarında quraşdırılmış üzərində Biləsuvar, Şuşa, Astara sözləri yazılmış lövhənin yanında gizlədilmiş külli miqdarda-5360,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda-565,0 qram çəkidə psixotrop maddə metamfetamini, ümumi təsiredici maddəsinin miqdarı 7 qram olan külli miqdarda-173 ədəd narkotik vasitə bütöv metadon həblərini və 5 ədəd narkotik vasitə metadon həblərinin qırıntılarını əldə edib, saxlayaraq, daşımış, həmin tarixdə saat 23:20 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı qara rəngli idman çantasının içərisində yapışqanlı lentə sarılmış 10 ədəd bükümlərdə ayrı-ayrı təmiz çəkiləri 300,0 qram, 255,0 qram, 620,0 qram, 570,0 qram, 585,0 qram, 830,0 qram, 735,0 qram, 550.0 qram, 455.0 qram, 460.0 qram, ümumilikdə külli miqdarda-5360.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanolepitik əlamətlərinə və bioloji komponent tərkibinə görə bir-birləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuana, yapışqanlı lentə sarılmış bir ədəd bükümdə xüsusilə külli miqdarda-565,0 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsiredici maddəsinin miqdarı 6,92 qram olan küllü miqdarda-173 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə bütöv metadon həbləri və təsir edici maddəsinin ümumi miqdarı 0,08 qram olan 5 ədəd narkotik vasitə metadon həblərinin qırıntıları aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddəni satıb qazanc əldə etmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Sadıq” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək əldə etdiyi narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəməyə daxil olaraq, tədqiq edilmiş 5430 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlinin 2-ci barmağının arxa səthində 0,5-1 sm ölçüdə kəsilmiş qərtməkli yara aşkarlamışdır. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X10 20 noyabr 2024-cü il tarixli, 18-1-3-/3-3074/2024 nömrəli məktubunrdan görünür ki, 26 sentyabr 2024-cü ildə Biləsuvar RPŞ-dən X4 Stansiyasına çağırış verilmiş və Təqsirləndirilən şəxs “Praktiki sağlam” diaqnozu təyin edilmişdir. Biləsuvar rayon prokurorluğunun 19 noyabr 2024-cü il tarixli 1107D-24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılmamışdır. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə ibtidai istintaq zamanı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün getməsinə dair münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü xüsusilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə qurudulmuş marixuana, metamfetamin və metadon qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir az yaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4 (022)-51/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan “ambulator məcburi narkoloji tibbi yoxlamanın” rəyinə əsasən Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (bir yüz otuz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5359,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 564,9 qram olan psixotrop maddə metamfetamin, 160 ədəd metadon həbləri və 3 ədəd metadon həb qırıntısı məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 28 iyun 2024-cü il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4 (022)-51/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan 5359,0 qram narkotik vasitə qurudulmuş marixuana, 564,9 qram psixotrop maddə metamfetamin, 160 ədəd metadon həbləri və 3 ədəd metadon həb qırıntısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-741/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-741/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver