Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-743/2023 11.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X6 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Yardımlı rayonu Hamarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Yardımlı rayonu Hamarkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “avtoyuma” məntəqəsində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş narazılıq zamanı bacısı Zərərçəkmiş şəxs2 istintaqa məlum olmayan bərk küt əşya ilə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs2 hər iki gicgah nahiyəsinin hematomaları və nöqtəşəkilli qansızmaları, sol göz almasının ağlı qişasının qansızması, sol göz orbitinin, sifətin sağ yarısının qançırları, boynun, sağ dirsək oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarətləri yetirmişdir. Bundan əlavə o, 26 may 2023-cü il tarixdə saat 16 radələrində Yardımlı rayonu Hamarkənd kəndində yaşadığı evdə aralarında ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs1 ayaq nahiyələrinə taxta parçası ilə qəsdən zərbələr vuraraq sonuncuya hər iki budun yaşıl rəngli qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra hərəkətlərini davam etdirərək 29 may 2023-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs1 yaşadıqları evin eyvanında döyməyə başlayaraq təpiklə ayaqlarına zərbələr vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxıldıqdan sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduqdan sonra arvadına ağır iztirablar verilməsində ifadə olunun hərəkətlərini davam etdirərək eyvandakı stulun dəmir materialdan olan hissəsini götürərək Zərərçəkmiş şəxs1 yenə də zərbələr vurmuş, bununla kifayətlənməyərək evin giriş qapısının yanında olan, iti bağlamaq üçün nəzərdə tutulan zənciri sonuncunun boğaz nahiyəsinə bağlayıb döşəmənin üzərində sürüyərək Zərərçəkmiş şəxs1 sol gözün bayır bucağı nahiyyəsinin, sağ yanağın, sağ baldırın, sol budun çoxsaylı qançırları, sol ayaq pəncəsinin sıyrıqları, boyunun ön səthinin paralel yerləşmiş fasiləli sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, başın təpə nahiyyəsinin əzilmiş yaraları, sağ kürəküstü nahiyənin, sağ bazunun və sağ budun iri həcmli qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurma, döş qəfəsinin küt travmasi ilə əlaqədar sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs1 həyat yoldaşı kimi Yardımlıda kəndə gətirib yanında saxlamış, onunla qeyri rəsmi nikahda birgə yaşamışdır. Hadisə baş verən vaxt sərxoş olmuşdur. Özü və Aynur içkili olduqlarından aralarında dava olmuş, sonra barışmışlar. Aynur DİN-nin 102 xidmətinə ondan şikayət etmişdir. O Aynurun boğazına zəncir bağlamamış, belə bir şey olmamışdır. Bacısına və qeyri rəsmi birgə yaşadığı arvadına görə məhkəməyə düşməsinə görə utanır. X3 iş yerinə arvadı Aynuru döyməyə gəlmiş, həmin vaxt buna imkan vermədiyinə görə Kəmalə gedib ondan şikayət etmişdir. Kəmalə öz-özünə xəsarət yetirən adamdır, o Kəmaləni vurmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərər çəkmiş şəxslərin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs ilə 1 ildən artıqdır ki, qeyri rəsmi ailə həyatı quraraq birgə yaşamış, sonuncu ilə Bakıda işlədiyi vaxt tanış olmuşdur. Əliqismət ona qarşı pis olmamış, iş olmadığı üçün onu uşaqları ilə birlikdə Yardımlı rayonuna evlərinə gətirmiş, işləyib onları dolandırmışdır. Əliqismət hadisə baş verən gün ot yığıb evə gəlmiş, spirtli içki qəbul etmişdir. Həmin vaxt o icazəsiz anası gilə getmək istəmiş, uşaqlarından biri ansı evində olmuşdur. Əliqismət bunu bilib onu vurmağa başlamış, onu ansı gilə getməyə qoymamışdır. Əliqismət onu təpik və yumruqla vurmuşdur. Gecə otağın pəncərəsindən həyətə tullanmış, həmin vaxt yerdə olan dəmir və daş parçaları bədəninə bataraq ona xəsarət yetirmişdir. Oradan qaçdıqdan sonra heç kim olmadığı üçün DİN-nin 102 xidmətinə zəng etmişdir. Əliqismət 2-3 gün əvvəl onun anası gilə getmək istədiyimi bilib pul olmadığını demiş, sonra mübahisələri yaranmış və onu döymüşdür. Sonuncu onun boynuna itin zəncirini bağlamamış, ona «səni itin zənciri ilə bağlayacağam getmə» demişdir. Müstəntiqə ifadə verərkən əməliyyatdan sonra narkozdan təzə çıxmış vəziyyətdə olmuş, müstəntiqin yazdığı ifadəsini oxumamışdır. O evdən qaçmaq istəyərkən pəncərədən özünü atmış, həmin vaxt Əliqismət evdə yatmışdır. Əliqismətin onunla əvvəllər münasibəti yaxşı olmuşdur. Əliqismət onu əli ilə vurmuş, dəmirlə vurmamışdır. May ayının 29-da Əliqisməti söydüyünə görə sonuncu onu vurmuş, pəncərədən tullananda daş və dəmir parçaları üstünə düşdüyündən əzilmişdir. Əliqismət xəstəxanada yanına gəlib onun müalicəsinə kömək etmişdir. May ayının 26-da evdə onlar ikisi olmuşlar, Vüsal may ayının 29-da Əliqismətə ot yığmağa köməyə gəlmiş, hadisə vaxtı o, yatmışdır. Müstəntiqin onun ifadəsini fərqli şəkildə yazmasının səbəbini bilmir, müstəntiq ona ağır cinayətə inandırıcı olsun deyə belə ifadə verməsini demişdir. Evdə balaca taxta stul olmuşdur, müstəntiq ondan evdə hansı əşyalar olduğunu soruşmuş, ona taburetka olduğunu demiş, sonra həmin taburetkanın hansı materialdan olduğunu soruşmuş, ona taburetkanın ayaqlarının dəmirdən olduğunu demişdir. Buna görə də müstəntiq evdə ayaqları dəmirdən olan taburetka olduğunu bilmişdir. O müstəntiqə Əliqismətin ona «səni tək getməyə qoymaram, getsən səni zəncirə bağlayacağam» dediyini bildirmişdir. Əliqismət onu zəncirə bağlayıb sürüməmişdir. Sonuncu onu təxminən 15-20 dəqiqə döymüşdür. Cinayət işinin materialları ilə tanış olanda narkozun təsiri altında olmamış, həmin vaxt istintaq zamanı verdiyi ifadəsinə dair heç bir etiraz etməmişdir. Müstəntiqə qapının ağzında zəncirin olduğunu da demişdir. O Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Ucar rayonu Türkəci kəndində qeydiyyatda olsa da, hazırda Ucar rayonu Bərgüşad kəndində anasına məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs təxminən bir ildən çoxdur ki, tanıyır. O, bir il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən cücə istehsalı sexində fəhlə işləmişdir. Təqsirləndirilən şəxsla orada tanış olmuşdur. Onunla tanış olduqdan sonra Binə qəsəbəsində kirayə qaldığı evdə birlikdə yaşamağa başlamışlar. Təxminən iki ay kirayədə yaşadıqdan sonra 2022-ci ilin yay aylarında Yardımlı rayonu Hamarkənd kəndinə Təqsirləndirilən şəxs məxsus evə getmişlər. Onun birinci evliliyindən olan iki uşağı da onlarla birlikdə Yardımlı rayonu Hamarkənd kəndində yaşamışlar. 2022-ci ilin qış aylarına Təqsirləndirilən şəxsla birlikdə Ucar rayonu Bərgüşad kəndinə anasına məxsus evə getmişlər. Orada 10 gün qaldıqdan sonra yenidən Bakı şəhəri Binə qəsəbəsinə qayıdaraq kirayədə yaşamışlar. 2023-cü ilin aprel ayında isə Təqsirləndirilən şəxsla birlikdə Yardımlı rayonu Hamarkənd kəndində gəlmişlər və ona məxsus evdə yaşamışlar. Əliqismətlə bir müddət mehriban yaşamışlar. Həmin müddətdə Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyani sahəsində olan otları biçərək ot kipi bağlatdırmış və onları satmışdır. Ot biçilən vaxtı Təqsirləndirilən şəxs qardaşı oğlu Şahid da onların yaşadığı evə gəlmiş, ot biçinində əmisi Əliqismətə köməklik etmişdir. Sonradan Əliqismət ilə aralarında mübahisələr baş vermişdir. 26 may 2023-cü il tarixdə saat 15-16 radələrində Təqsirləndirilən şəxsla aralarında mübahisə baş vermiş, həmin vaxt yaşadığı evdə Təqsirləndirilən şəxs taxta parçası ilə onun ayaq nahiyələrinə zərbələr vurmuşdur. O, həmin zərbələrdən xəsarətlər almışdır. Lakin birgə yaşadıqları üçün ondan şikayət etməmişdir. 29 may 2023-cü il tarixdə gunortaya qədər Təqsirləndirilən şəxs və onun qardaşı oğlu Vüsal ilə birlikdə yaşadıqları evin həyətyani sahəsində olan otları bir yerə yığmışlar. Həmin gün gunorta saatlarında yaşadıqları evdə yemək yemişlər, Əliqismət spirtli içki içmişdir. Bundan sonra Əliqismət və Vüsal yaşadıqları evdən çıxaraq getmişlər. Təqsirləndirilən şəxs onu döydüyü üçün həmin evdən getmək istəmişdir. Buna görə də şəxsi əşylarını 1 ədəd çantaya yığaraq evin həyətyani sahəsində olan arxa qapıdan çıxıb getmək istəmişdir. Bu zaman Vüsal evə qayıdaraq onun getməsini görmüşdür. Vüsal ona Əliqismət gələnə qədər onun getməsinə icazə verə bilməyəcəyini demişdir. O, da məcbur qalıb evə qayıtmışdır. Bundan sonra Vüsal mobil telefon vasitəsi ilə Əliqismətə zəng vuraraq onun evdən qaçmaq istəməsi barədə məlumat vermişdir. Bundan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs evə gəlmişdir. Həmin vaxt Əliqismət yenə də spirtli içkilər almışdır. Bundan sonra Təqsirləndirilən şəxs qardaşı oğlu Vüsal ilə birlikdə yenə də spirtli içkilər içmişlər. Sonra Vüsal yatdığı otağa getmişdir. Həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onu yaşadıqları evin eyvanında döyməyə başlamışdır. Təqsirləndirilən şəxs ilk olaraq təpiklə ayaqlarının arxa nahiyəsinə zərbələr vurmuş, o, həmin zərbədən yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra eyvanda olan dəmir materialdan hazırlanmış stul ilə onu vurmaq istəmiş, lakin stul yerə dəymiş, stulun ayaqlarından biri sınmışdır. Bundan sonra Əliqismət həmin stulun dəmir materialdan olan ayağını götürərək ona yenə də zərbələr vurmuşdur. Həmin zərbələrdən xəsarətlər almışdır. Bundan sonra Əliqismət evin giriş qapısının yanında olan və iti bağlamaq üçün aldığı zənciri götürərək onun boğaz nahiyəsinə bağlamış və onu evin eyvanında döşəmənin üzərində sürüməyə başlamışdır. Sonuncu dəfə kürək nahiyəsinə yumruqla zərbə vurduqdan sonra huşunu itirmişdir. Bundan bir-neçə saat sonra özünə gəlmiş, artıq evin otağında olduğunu görmüşdür. O, yavaş-yavaş ayağa qalxaraq evin eyvanına çıxmış, həmin vaxt Əliqismətin eyvanda yatdığını görmüşdür. O, Əliqismətə yaxınlaşaraq yanında olan mobil telefonu götürmüşdür. Bundan sonra evin otaqlarının birində olan pəncərədən həyətə düşmüş və evin yaxınlığında olan yola getmişdir. Oradan 102 xidmətinə zəng vuraraq Əliqismət tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra ora polis əməkdaşları gəlmişdir. Polislər onu avtomobilə əyləşdirərək Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonra isə xəsarətləri ağır olduğu üçün onu Bakı şəhər X7 göndərmişlər. Həmin xəstəxanada müayinə və müalicə olunmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onu stulun dəmir materialdan olan ayağı ilə vurmaması və iti bağlamaq üçün zənciri götürərək boğaz nahiyəsinə bağlayıb onu evin eyvanında döşəmənin üzərində sürüməməsi, istintaq zamanı belə ifadələr verməməsinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onun bu cür ifadə verməsi faktiki olaraq qeyri rəsmi nikah münasibətində birgə yaşadığı və hadisədən sonra barışdığı təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Məhkəmə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni sübut növü kimi qəbul edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün istintaq orqanına verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o Yardımlı rayonu Hamarkənd kəndində qeydiyyatda olsa da hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayır. 14 mart 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs, qeyri-rəsmi nikahda yaşadığı arvadı Zərərçəkmiş şəxs1 və sonuncunun birinci nikahdan olan azyaşlı övladı onun yaşadığı evə qonaq gəlmişlər. Onlar təxminən iki gün onun yaşadığı evdə qaldıqdan sonra getmişlər. Onlar getdikdən bir müddət sonra özünə məxsus 50 manat dəyərində olan 1 ədəd “Nokia” markalı mobil telefonun olmadığını bilmişdir. Bununla bağlı qardaşı Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Əliqismət həmin telefonu Aynurun az yaşlı oğlunun götürdüyünü, telefonun onda olduğunu və işlədiyi avtoyuma məntəqəsinə gələrək telefonu götürməsini bildirmişdir. 24 mart 2023-cü il tarixdə saat 13:00 radələrində qardaşı Əliqismətin işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsinə daxil olarkən mobil telefonunu qardaşı Əliqismətin əlində görmüş, buna görə də Aynura utanmırsınız telefonu xəbər vermədən götürürsünüz demişdir. Bu zaman qardaşı Əliqismət onun üstünə gəlmiş, əvvəlcə boğazından yapışmış, sonra əli və ayağı ilə ona zərbələr vurmuş, avtoyuma məntəqəsindən getməyəcəyi təqdirdə onu bıçaqla vuracağını demişdir. Hətta Əliqismət onun əynində olan gödəkçədən tutaraq divara vurmuş, qorxduğu üçün çölə çıxmışdır. Həmin mübahiə zamanı içərisində 220 manat pul və 2 ədəd metrokartı olan qara rəngli cüzdanını itirmişdir. O, pul kisəsini axtarmaq üçün avtoyuma məntəqəsinə daxil olmaq istəmiş, lakin Əliqismət buna imkan verməmişdir. Həmin mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs əli və yumruqla ona zərbələr vuraraq xəsarətlər yetirmişdir. Qardaşı Əliqismətdən başqa onu heç kim döyməmişdir. Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə baxışı iclasına çağırılmasına, barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmasına, qərarın icrası ilə əlaqədar məhkəməyə gəlməsi ilə bağlı Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq səbəbi barədə hər hansı bir rəsmi məlumat bildirmədən məhkəmə baxışı iclasına gəlməmiş, Təqsirləndirilən şəxsla hadisədən sonra barışıb barışmaması, ona qarşı şikayət və tələbinin olub olmaması barədə məhkəməyə məlumat verməkdən yayınmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o 29 may 2023-cü il tarixdə baş vermiş hadisənin şahidi olmamış, əmisi Əliqismətin Aynuru döyməsini görməmiş, həmin hadisədən məlumatı olmamışdır. Onların mübahisə etdiklərini görmüşdür, amma mübahisənin məzmununu xatırlamır və səbəbini bilmir. Sonra onlar barışmışlar və o da oradan getmişdir. O Əliqismətin evində 4-5 gün qalmış, hadisə baş verən gün onlarda olmuşdur. Əliqismətin Aynura zor tətbiq etdiyini, onun gedib Aynuru zorla qaytarmasını görməmişdir. 26 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixədək Əliqismət gildə olmuş, Əliqismətin Aynuru taxta ilə döyməsi, zənciri boğazına bağlayıb onu döşəmənin üzərində sürüməsi barədə məlumatı olmamış, Əliqismənin Aynuru zəncirlə döşəmənin üzərində sürüməsini sonradan eşitmiş, bunu ona Aynur deməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 may 2023-cü il tarixli 221/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin qançırları və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan küt travması, başın təpə nahiyyəsinin əzilmiş yaraları, sol gözün bayır bucağı nahiyəsinin, sağ yanağın, sağ kürəküstü nahiyənin, sağ bazunun qançırları, sağ budun, sağ baldırın, sol budun çoxsaylı qançırları, sol ayaq pəncəsinin sıyrıqları, boynun ön səthinin paralel yerləşmiş fasiləli sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyaların təsirindən əməl gəlmişdirlər, törənmə müddətlərinə görə, başın, sifətin, döş qəfəsinin, sağ budun, sol ayaq pəncəsinin, boynun xəsarətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə, hər iki budun yaşıl rəngli qançırları xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyul 2023-cü il tarixli 835 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 11 iyul 2023-cü il tarixli 03/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması, yumşaq toxumaların qançırları, başın təpə nahiyyəsinin əzilmiş yaraları, sol gözün bayır bucağı nahiyəsinin, sağ yanağın, sağ kürəküstü nahiyənin, sağ bazunun qançırları, sağ budun, sağ baldırın, sol budun çoxsaylı qançırları, sol ayaq pəncəsinin sıyrıqları, boynun ön səthinin paralel yerləşmiş fasiləli sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyaların təsirindən əməl gəlmişdirlər, törənmə müddətlərinə görə başın, sifətin, döş qəfəsinin, sağ budun, sol ayaq pəncəsinin, boyunun xəsarətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə, hər iki budun yaşıl rəngli qançırları xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə, döş qəfəsinin küt travması ilə əlaqədar sağ tərəfli hemopnevmotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın təpə nahiyyəsinin əzilmiş yaraları, sağ kürəküstü nahiyənin, sağ bazunun, sağ budun iri həcmli qançırları dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Digər qançırlar və sıyrıqlar sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5-188 nömrəli məktubundan görünür ki, Yardımlı Rayonu Hamarkənd kənd sakini Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü xx.xx.2023-cü il tarixdə saat 03:00-da Yardımlı MRX-nın TTYŞ-də müayinə olunmuşdur. Spirtli içki qəbul etmişdir-0,800 promilli. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət və ya mənfi cəhətdən xasiyyətləndirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı rayon İHB-nın Hamarkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş “məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, 27 iyun 2019-cu il tarixdə Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Elçin Novruz tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yardımlı Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15(on beş) faiz məbləğində pul tutulmaqla 06(altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Səbayıl Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 1(009)-107/2018 saylı hökmü ilə təyin edilmiş hər ay qazancının on beş faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11(on bir) ay 27(iyirmi yeddi) gün müddətinə islah işləri cəzasının çəkilməmiş 3(üç) ay 27(iyirmi yeddi) gün hissəsi tamamilə birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq hər ay qazancının 15(on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09(doqquz) ay 27(iyirmi yeddi) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 131.1-ci maddəsi ilə araşdırılması aparılan material üzrə 03 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Yardımlı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan araşdırmaya 27 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Şəkərov X2 rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair 25 dekabr 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində əks olunmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs» anlayışı ilk dəfə bu növ cinayətlərdən birini törətmiş və ya həmin cinayətlərdən bir neçəsini törətmiş, lakin bu əməllərə görə ona qarşı ittiham irəli sürülməmiş şəxsi nəzərdə tutur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, həmçinin həmin zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs Yardımlı rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmünə əsasən çəkdiyi və amnistiya aktına əsasən azad olunduğu cəzaya görə məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-743/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-743/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver