Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-745/2023 31.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2003-ü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə, saat 20 radələrində atası Şahid2 ilə birlikdə yaşadığı evdə olarkən atasının ofisiant kimi işə başladığı “Narva” adlı kafenin inzibatçısı Şahid5 ilə mobil telefonda danışarkən, sonuncunun atasını müştəridən əlavə pul almaqda ittiham edib, nalayiq ifadələrlə təhqir etməsinə aydınlıq gətirmək üçün həmin gün, saat 22 radələrində atası Şahid2lə birlikdə Lənkəran şəhəri Sahil küçəsində fəaliyyət göstərən “Narva” adlı kafeyə gedərək, orada olan Şahid5 ilə kafenin sahibi Şahid4 yanında söhbət edib, mobil telefonda dediklərinə görə Şahid5 onlardan üzr istəməsindən sonra mübahisənin sülh yolu ilə həll etdiyini zənn edib kafedən getmək istəyərkən, bu vaxt Şahid4 qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Volswagen” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaxınlaşaraq, ondan israrla avtomobilə əyləşməsini tələb etdiyinə görə avtomobilin arxa sərnişin oturacağında oturduqdan sonra Zərərçəkmiş şəxs avtomobillə hərəkətə davam edərək oradan uzaqlaşıb, yaxınlıqdakı “Dəniz” oteli istiqamətində hərəkətdə olarkən, ona atası Şahid2 kafedə müştərilərdən artıq pul istədiyini kinayəli şəkildə bildirib, onun və atasının ünvanına təhqiramiz ifadələr işlətməsinə əsəbiləşərək, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun və atası barədə dediyi sözlərə görə qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə Lənkəran şəhəri, Sahil küçəsində hərəkətdə olan “Volswagen” markalı avtomobilin salonunda əynindəki şalvarın arxa cibində gəzdirdiyi, açıq vəziyyətdə ümumi uzunluğu 210 mm olan, tiyəsinin uzunluğu 90 mm olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən qatlanan bıçaqla qəsdən Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə, yəni qarın və döş qəfəsi, habelə baş, sifət, qol və bel nahiyələrinə zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gicgah, sol təpə, sol yanaq (ord), sol qulaqaltı, sağ bazu oynağı, döş qəfəsi, hər iki said və bel nahiyələrində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirib, niyyətini başa çatdırmaq üçün növbəti zərbəni vurarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil digər avtomobilə dəyərək dayandıqdan sonra onu özünə tərəf çəkərək bıçağı əlindən alıb, hər ikisi birlikdə avtomobildən yerə düşərkən Zərərçəkmiş şəxs cəld onun üstünə uzanaraq qollarından tutmaqla ona aktiv müqavimət göstərdiyindən, bu vaxt avtomobildə olmuş Şahid3 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verməklə çağırdığı Şahid4, Şahid2 və digərlərinin hadisənin gedişinə müdaxilə edib onları bir-birindən ayırdıqlarından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, əvvəllər fəhlə işləmiş, son vaxtlar işləməmiş və tutulan vaxtadək ata-anası ilə birlikdə Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamışdır. Zərərçəkmiş şəxs tanıyır, Calal uzaq qohumu olsa da, onunla ünsiyyəti olmamışdır. Calalın qardaşı Cavidin Lənkəran şəhərində dəmiryolu vağzalının yaxınlığında, dənizkənarında “Narva” adlı kafesi (çayxanası) vardır və həmin kafeni Lənkəran şəhər sakini kimi tanıdığı Şahid5 işlədir. 05 iyun 2023-cü il tarixdə atası Nicat Cavidin kafesində çayçı kimi işə düzəlib bir müddət orada işləmişdir. 08 iyun 2023-cü il tarixdə atası Nicat səhər işə getmiş, axşam saatlarında əvvəlki günlərdən tez evə qayıtmışdır. O, atasından nə üçün işdən evə tez gəldiyini soruşmuş, atası da ona kafedə inzibatçı işləyən Şahid5 deməsinə görə o, kafedə oturan dostları olan şəxslərdən verdiyi çaya görə 5 manat əvəzinə güya 6 manat pul almış və 1 manatı Şahid5 gizlədib özünə götürmüş və buna görə də Şahid5 onu işdən çıxardığını demişdir. Həmin günü saat 20 radələrində atası Nicatın mobil telefonla Şahid5 ilə danıdığını, atasının Misalehə “mən sənin dostlarından verdiyim çaya görə artıq 1 manat pul almamışam, əgər inanmırsansa, həmin uşaqları gətir mənimlə üzləşdir” dediyini, həm də Mirsalehə “sən uşaqsan, mənimlə qışqıra-qışqıra danışma” deməsini eşidib telefonu atasının əlindən alıb danışmaq istəyərkən Mirsaleh atasına "sənin ağzını cıraram" dediyini eşitmiş, o da Mirsalehə atasını təhqir etdiyi üçün “ə küçük sən kimsən ki, mənim atamın ağzını cırmaq istəyirsən” demiş, bu vaxt Cavid Mirsalehin danışdığı telefonla ona mübahisə etməməyini deyib əlaqəni kəsmişdir. Təxminən beş dəqiqədən sonra Cavid atasına da zəng edib Mirsalehlə olan mübahisə barədə danışmışlar. Şahid5 atası Nicatı telefonda təhqir etməsi ona pis təsir etdiyindən o, saat 21 radələrində dostu Şahid1 zəng edib Cavidin mobil telefon nömrəsini istəmiş, həm də Şahid1 Şahid5 atasını təhqir etdiyini və onunla görüşüb söhbət edəcəyini demiş, Şahid1 Cavidi və Şahid5 tanıdığı üçün özünün də onlarla birlikdə gələcəyini bildirmişdir. 08 iyun 2023-cü il tarixdə, saat 22 radələrində atası Nicat və Şahid1lə birlikdə tanımadığı taksi ilə Cavidin işlətdiyi “Narva” adlı kafenin (çayxananın) qarşısına gedib Şahid5 və Şahid4la görüşmüşlər. Sonra onlar kafedən bir az aralı çəkilib sol tərəfinə keçib söhbət etmişlər. Orada o, Şahid5 nə üçün atasını təhqir etdiyini soruşmuş, o da “atan Nicat çaya görə mənim dostlarımdan artıq 1 manat pul alıb” demiş, o da Şahid5 atasını həmin şəxslərlə üzləşdirməsini bildirmişdir. Şahid5 atasının guya bir neçə gün hər çaydan bir manat artıq aldığını və bunu ondan gizlətdiyini demişdir. X4 Həsənlini sakitləşdirib onu və atasını maşına mindirib onları oradan uzaqlaşdırmaq istəyib Şahid5 atasından üzr istəyəcəyini və problem yaranmayacağını, Şahid5 özü tənbeh edəcəyini bildirmişdir. Sonra Cavid onu və atasını öz avtomobilinə mindirib şəhər istiqamətində avtomobilini sürməyə başlamış, yolda o, və atası “Miri” kimi çağırdıqları tanışı Şahid1 də götürmək qərarına gəlib geri qayıtmışlar. Orada Cavidin və Şahid1 təkidlərindən sonra Şahid5 atası Nicata dediyi sözlərə görə üzr istəmişdir. Onun Şahid5 ilə sözlə mübahisəsi zamanı aralarında hər hansı təhqiredici, nalayiq ifadələr işlədilməmiş və dava-dalaş olmamışdır. O, atasının ləyaqətinin alçaldılmasına dözə bilmədiyi üçün ora söhbət etməyə getmişdir. Atası həmişə əziyyət çəkərək pul qazandığı üçün ondan yaşca kiçik olan şəxsin oğru adlandıraraq atasını işdən qovması, atasının işləyərək əziyyət çəkməsinə biganə yanaşması, üstəlik telefonda haqsız ola-ola atasına nalayiq ifadə işlətməsi ona çox pis təsir etmişdir. Ona görə Şahid5 atasına dediyi sözlərə görə üzr istəməsini bildirmiş, sonra Şahid1 və Şahid4 bu mübahisənin qurtarması üçün Şahid5 üzr istəməsini demiş, Şahid5 də dediyi sözlərə görə atasından üzr istəmiş və bundan sonra o, sakitləşmişdir. Sonra o və atası Nicat onlardan ayrılıb evə getmək istəyərkən “Volswagen” markalı bir maşını yolun kənarında dayanmış və maşının sürücüsü, tanımadığı bir şəxs avtomobilin şüşəsini aşağı endirib “kepkalı qaqaş gəl otur maşına söhbətimizi davam edək” demiş, həmin vaxt atası Nicat və Caviddən öyrənmişdir ki, avtomobilin sürücüsü, yəni onunla danışan oğlan Cavidin qardaşı Zərərçəkmiş şəxsdur. Həm atası, həm də Cavid Calala artıq söz-söhbətin lazım olmadığını bildirsələr də, məsələnin mehribançılıqla qurtardığını desələr də, Calal onların sözlərinə əhəmiyyət verməyib ona yenə də “sənə deyirəm otur maşına” demiş, o da Calalın idarə etdiyi həmin maşının arxa salonunun sağ tərəfində əyləşmişdir. Avtomobilin qabaq oturacağında sonradan adının Farid olduğu bildiyi oğlan oturmuşdur. Bundan sonra Calal avtomobilini asfalt yolla "Dalğa" kafesi istiqamətində idarə etməyə başlayıb ona sənin atan Nicat "ləlöndür, 1 manat artıb pul alıb, atanı da götür rədd ol burdan” demiş, o da “ağzını təmiz aç, mənim atam artıq 1 manat pul almayıb, ləlön də deyil” demişdir. Bundan sonra Calal maşını geri döndərib Cavidin çayxanası istiqamətində idarə etməyə başlamış, həm də Calal atası Nicatın ünvanına nalayiq küçə söyüşləri söyərək, yenə də “atanı götür, rədd ol get” demiş və ardınca atasının ünvanına nalayiq söyüşlü ifadələr işlətmişdir. Calalın atasının ünvanına nalayiq ifadələr işlətməsi ona pis təsir etdiyi üçün şalvarının arxa cibində saxladığı bıçağı çıxarıb Calalı dediyi sözlərə görə cəzalandırmaq məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrinə xatırlamadığı sayda bıçaqla zərbələr vurmuş, sonra Calal maşının idarəetməsini itirmiş və maşın sol tərəfə gedib nəyəsə dəyib dayanmışdır. Avtomobil idarəetməni itirərkən o da müvazinətini itirərək bıçaqla Calalın baş, üz nahiyələrinə zərbələr vurmuş, sonra Calal ona müqavimət göstərib avtomobilin arxa salonuna keçib üstünə atılıb əllərini tutmağa çalışmış, həmin vaxt o, Calalın fiziki cəhətdən zəifləmədiyini və üzərinə hücum edib onu vura biləcəyindən qorxub yenidən bıçaqla Calalın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt maşının qabaq sağ oturacağında oturmuş Farid adlı oğlan onları ayırmaq istəmiş, bu zaman maşının arxa sol qapısı açılmış, Calal və o, maşından yerə yıxılmışlar. O, üzüüstə yerə dəymiş, bıçaq da əlindən yerə düşmüşdür. O, artıq Calalın xəsarət aldığını bildiyi üçün yerdə hərəkət etməmiş və Calalı bıçaqla vurmamışdır. Həmçinin yerdə Calal onun üzərində oturub əllərini tutduğundan, həm də fiziki cəhətdən güclü olduğundan o, bıçaqla Calalı vura bilməmiş, sonra bıçaq əlindən yerə düşmüşdür. Sonra həmin yerə gəlmiş atası Nicat, Cavid və Mirsaleh onlara yaxınlaşmış onları bir-birilərindən ayırmışlar. Həmin vaxt özünün və Calalın paltarları qana bulaşmış vəziyyətdə olmuş, sonra Calalı Cavid və Mirsaleh maşına mindirib xəstəxanaya aparmışlar. Həmin vaxt o, yerdən bıçağı götürüb cibinə qoyub atası ilə birlikdə dənizkənarına gedib paltarı üzərində olan qanı təmizlədikdən sonra yaşadığı evə getmişdir. Evdə paltarlarını soyunub zibilliyə tullamışdır. Bir az sonra polis əməkdaşları yaşadığı evə gəlib onu tutub Lənkəran rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində hadisə ilə bağlı izahat verərkən Calalı vurduğu bıçaq cibində olduğu üçün bıçağı da polis əməkdaşına təqdim etmişdir. Hadisənin baş verməsinə səbəb Calalın onu avtomobilinə söhbət etməyə çağırması, maşında olarkən dostunun yanında atasını küçə söyüşləri ilə təhqir etməsi olmuşdur. O, Calalın atasının ünvanna dediyi nalayiq söyüşə dözməyib əsəbiləşdiyi üçün Calala çoxsaylı bıçaq zərbələri endirmişdir. Onun Calalı öldürmək niyyəti olmamış və onu öldürmək niyyəti ilə yox, dediyi nalayiq ifadəyə görə cəzalandırmaq məqsədi ilə onu bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla əvvəlcə üz, baş nahiyəsinə, sonra bədənin digər nahiyələrinə zərbələr endirmişdir. Bu hərəkəti ilə bağlı ona qəsdən adam öldürməyə cəhdə görə verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyinə görə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ali təhsilli həkimdir və Lənkəran rayonun Balıqçılar kənd tibb məntəqəsində həkim stomatoloq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 08 iyun 2023-cü il tarixdə, axşam saatlarında dostu Faridlə birlikdə olarkən qardaşı Cavidə zəng etmiş, lakin telefonuna cavab verilmədiyindən Faridlə birlikdə özünə məxsus “Volswagen” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Cavidin işlətdiyi “Narva” adlı kafesinə getmişlər və kafeyə çatmağa az qalmış yolun kənarında Nihadın Şahid5 ilə sözlə mübahisə etdiyini, qardaşı Cavidin, Nihadın atası Nicatın və Şahid1 də orada olduqlarını görmüşdür. Nihadın Mirsalehlə söhbətindən belə başa düşmüşdür ki, Nicat kafedə artıq-əskik söhbətlər etmiş, müştəriləri narazı salmışdır. Nicat və Cavid isə öz aralarında söhbət etmişlər. Şahid1 də onların yanında dayanmışdır. Orada onların arasında səs-küy və dava-dalaş olmamışdır. X5 sakitləşdirdikdən sonra o, Nihadın Şahid5 ilə sözlə mübahisə etdiyini görüb onu sakitləşdirmək məqsədilə maşına oturmağa çağırıb ona-Nihada israrla “kepkalı oğlan gəl otur maşına söhbətimizi maşında davam edək” demiş, Nihad da gəlib avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobilin qabaq oturacağında Farid əyləşmiş, özü isə avtomobilli “Dəniz hotel” istiqamətində sürməyə başlamışdır. O, Nihada atasının işdən çıxarılma səbəbini özünün bildiyini, nə səbəbə atasının artıq pul götürdüyünü və mübahisəni yığışdırmağını dedikdə Nihad atasının heç bir günahının olmadığını, Şahid5 aranı vurduğunu bildirəndə o, əsəbiləşərək “atavıda götür get burdan” deyib atasının ünvanına söyüşlü nalayiq ifadə işlətmişdir. Nihad ona heç bir söz deməmiş, sonra o, avtomobili saxlayıb geri dönüb “Narva” kafesinə tərəf qayıtmaq istəyərkən arxadan bədən nahiyəsinə bıçaq zərbələri dəydiyini və üzərindən qan axdığını hiss etmiş, həm də Nihadın arxadan onu bıçaqla vurduğunu bilmişdir. Bıçaq zərbələrindən sonra o, avtomobilin idarə etməsini itirmiş və avtomobl dəmiryolu reyslərinə tərəf hərəkət edib yoldan çıxmış, həmin vaxt yolda dayanmış “VAZ-21006” markalı avtomobilin ön hissəsinə dəymiş, daha sonra avtomobil dəmiryolu reyslərinə tərəf hərəkət edib yerdə olan taxta dirəyin üzərinə çıxıb dayanmışdır. O, özünü müdafiə etmək məqsədi ilə avtomobilin arxa oturacağına keçib Nihadın əlindəki bıçağı almaq istəmiş, Nihad isə onu yenidən vurmağa çalışaraq bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. O, yenidən Nihadı özünə tərəf çəkib əlindən bıçağı alarkən avtomobilin arxa qapısı açmış və hər ikisi yerə yıxılmışlar, elə həmin vaxt Nihadın əlindəki bıçaq da yerə düşmüşdür. Nihad üzüüstə yerə dəymiş, o da Nihadın üzərində oturub əlləri ilə onun hər iki qolunu tutmuşdur. Xəsarətlər aldığından əynindki paltarları, həm də Nihadın paltarı qana bulaşmış olmuşdur. O, Faridə çağırıb qardaşı Cavidə məlumat verməsini demiş, az sonra Cavid, Nicat və Şahid5 hadisə yerinə gəlmişlər. Nicat oğlunun bıçaqlandığını zənn edib onun üzərinə gəlib təpiklə qarın nahiyəsinə zərbə vurmuş, sonra oğlunun onu bıçaqladığını bilib onları aralamaq istəmişdir. Sonra o, ayağa qalxıb Nihadın onu bıçaqladığını bildirmiş, bundan sonra Nicat ondan aralanıb yerdə olan bıçağı götürüb atasının yanına getmişdir. Bundan sonra Cavid və Mirsaleh onu maşına mindirib xəstəxanaya aparmışlar və o, bir müddət xəstəxanada müalicə olunmuşdur. Hadisənin baş verməsinə səbəb onun Nihadın atası Nicatın ünvanına söyüşlü nalayiq ifadə işlətməsi olmuşdur. Baş vermiş hadisədən bir müddət sonra o, Nihadla barışmış, həm də müalicəsi ilə bağlı ona vurulmuş ziyan Nihadın atası tərəfindən ona müəyyən miqdarda pul verilməklə ödənilmiş, yəni müalicə xərcləri ona tam olaraq ödənilmişdir. Bu hadisə aralarında olan anlaşılmazlıqdan onun Nihadın atası Nicatın ünvanına söyüşlü nalayiq ifadə işlətməsi nəticəsində baş vermiş və hazırda o, Nihadla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına və məhkəməyə ünvanladığı 25 iyun və 31 oktyabr 2023-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid3 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, tanışı Şahid4 işlətdiyi “Narva” adlı kafedə (çayxanada) inzibatçı işləyir. İşi kafedə müştərilərə göstərilən xidmətə nəzarət etmək, həm də maliyyə məsələlərini Cavidə bildirməkdən ibarətdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs Cavidin uzaq qohumudur. Zərərçəkmiş şəxs da tanıyır, Calal Cavidin qardaşıdır. Həmin şəxslərlə münasibəti yaxşı olmuşdur. 2023-cü ilin iyun ayının əvvəlində Cavid uzaq qohumu Şahid2 ofisiant kimi “Narva” kafesinə işə götürmüş və həmin vaxtdan Nicat kafedə ofisiant işləməyə başlamışdır. Nicata günə 10 manat məbləğində əməkhaqqı verilmişdir. Bir neçə gündən sonra müştərilər ona Nicatdan narazılıq edərək Nicatın beş manatlıq çay süfrəsi üçün müştərilərdən altı manat pul aldığını demişlər. Bu səbəbdən o, 08 iyun 2023-cü il tarixdə, səhər saatlarında Nicatla danışıb ona belə hərəkətlər etməməsini, əks halda işdən çıxarılacağını demiş, Nicat isə belə hərəkətlər etmədiyini bildirsə də, iş prosesində günorta saatlarında bu halın təkrarlanmasının şahidi olmuşdur. O, bir daha Nicatla danışmış, Nicat da həmin müştəriləri gətirib onunla üzləşdirilməsini tələb etmiş, o da həmin müştərilərin artıq getdiklərini bildirmişdir. Bu məsələ ilə bağlı Nicatla aralarında mübahisə olmuş və Nicat ona şər atdığını, onunla ayrıca söhbət edəcəyini bildirib kafedən çıxıb getmişdir. Həmin gün axşam saatlarında Nicat ona zəng etmiş, lakin o telefona cavab verməmişdir. Sonra o, Cavidin yanına gedib bu məsələni ona danışarkən, Nicatın dayanmadan ona zəng etdiyini görüb telefona cavab verib danışarkən Nicat əsəbi şəkildə ona harda olduğunu və onunla təkbətək söhbət edəcəyini, guya onu oğru adlandırdığını və bu məsələni onunla aydınlaşdıracağını bildirib “sən haranın küçüyüsən” demiş, o da əsəbiləşərək “sənin ağzıvı cıraram” cavab vermiş və bu mübahisə daha da böyümüşdür. Bu zaman Cavid telefonu əlindən alıb Nicatla danışıb onu sakitləşdirmişdir. Həmin gün axşam saat 21 radələrində Nicat ona zəng edib yerini öyrənmiş, sonra Nicatın oğlu mobil telefonla onunla danışmış və söhbətə gələcəyini demiş, o da kafedə olduğunu onlara bildirmişdir. Bir azdan Cavid də kafeyə gəlmiş, saat 22 radələrində Nicat da oğlu Nahid və Şahid1lə birlikdə kafenin qarşısına asfalt yolun kənarına gəlmişlər, sonra o və Cavid də kafedən çıxıb Nicatgilin yanına getmişlər. Əvvəlcə söhbət zamanı Nicat və oğlu onunla əsəbi şəkildə danışıb təkid edərək onun Nicatdan üzr istəməsini demiş, o da heç kimdən üzr istəməyəcəyini bildirmiş, sonra Cavid araya girib hər ikisi ilə söhbət edib məsələni yoluna qoyacağını bildirib onları sakitləşdirməyə çalışmış, Şahid1 isə heç bir məsələyə qarışmamışdır. X6 və Nihadı öz maşınına əyləşdirib oradan uzaqlaşdırdıqdan bir neçə dəqiqə sonra həmin maşınla onlar geri qayıtmış və Nihad maşından düşüb yenidən üzərinə gəlib onunla sözlə mübahisə edib səhv hərəkət etdiyini bildirmiş, o da bu mübahisənin uzanacağını, dava-dalaşa çevirəcəyini başa düşüb Nicatdan dediyi sözlərə görə üzr istəmiş, bundan sonra Nicat və oğlu sakitləşmişlər. Mübahisə sakitləşən zaman Cavidin qardaşı Calal maşını ilə həmin yerə gəlib yolun kənarında maşını saxlayıb onların söhbətinə qulaq asmağa başlamış, sonra Calal Nihada “kepkalı oğlan gəl otur maşında söhbət edək” demiş, Nihad da maşına əyləşmiş, həmin vaxt Calalın maşınında Farid adlı oğlan da olmuşdur. Calal maşınla “Dəniz hotel” istiqamətində hərəkət etmişdir. O, Cavid, Nicat və Şahid1 piyada kafeyə tərəf getməyə başlamışlar. Aradan bir az keçmiş Farid Cavidin mobil telefonuna zəng edib Calalın bıçaqlandığını, tez onların olduqları yerə gəlmələrini bildirmiş, o, Nicat və Mirsaleh Cavidin maşını ilə hadisə olan yerə getmişlər. Hadisə yerinə çatdıqda yerdə Calalın Nihadın üzərinə uzanmış vəziyyətdə hər iki qolunu tutduğunu və hər ikisinin əynindəki paltarların qan içində olduğunu görmüşdür. Həmin vaxt Nihad Calalın altında olduğundan və hər ikisinin paltarları qan olduğundan, həm də Nihad hərəkətsiz olduğundan onlar Nihadın bıçaqlandığını zənn etmiş, lakin sonra məlum olmuşdur ki, Nihad Calalı bıçaqlamışdır. Onlar Nihad və Calalı ayırdıqdan sonra Nihad yerdən bıçağı götürüb atasının yanına getmiş, sonra atası ilə birlikdə hadisə yerindən uzaqlaşmış, o isə Cavidlə köməkləşib Calalı maşına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid1 Şahid5 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zaman verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, Zərərçəkmiş şəxs uzaq qohumdur. O, 2023-cü ilin iyun ayının əvvəllərində uzaq qohumu Şahid4la danışıb onun işlətdiyi “Narva” adlı kafedə (çayxanada) ofisiant kimi işləməyə başlamışdır. Cavidin tapşırığı ilə inzibatçı işləyən Şahid5 ona gündəlik 10 manat məbləğində pul vermişdir. O, müştərilərə çay, yemək aparmış, verdikləri pulları yığır, aşpaza təqdim etmişdir. 08 iyun 2023-cü il tarixdə səhər saatlarında Mirsaleh kafedən kənarda onunla danışıb guya müştərilərdən artıq pul aldığını, müştəriləri kafedən bu yolla uzaqlaşdırdığını bildirmiş, o da Şahid5 dediyi sözlərin arxasında duraraq həmin müştərilərlə onu üzləşdirməsini istəmiş, lakin Mirsaleh onu heç kimlə üzləşdirməyəcəyini, belə hərkətlərə yol verdiyi təqdirdə onu işdən uzaqlaşdıracağını bildirmişdir. Şahid5 onu işdən uzaqlaşdırmasını deməsi, özünü kafenin rəhbəri kimi aparması, ondan yaşının az olmasına baxmayaraq ona yuxarıdan aşağı baxması onun xoşuna gəlməmişdir. Şahid5 ilə söhbət etdikdən sonra o, kafedə işləyib saat 18 radələrində evinə getmişdir. O, evə getdikdən sonra Mirsalehin onunla danışığı, guya onun müştərilərdən artıq məbləğdə pul almağını bildirməsi ona pis təsir etdiyi üçün bu məsələni aydınlaşdırmaq məqsədilə istifadəsində olan mlbil telefonla Şahid5 zəng edib onunla danışmağa çalışmış, Mirsaleh telefon zənglərinə cavab verməmişdir. O, 08 iyun 2023-cü il tarixdə, saat 20:32-də Şahid5 yenidən zəng edib onunla danışıb aralarında olan mübahisəni müzakirə edərkən Mirsaleh əsəbiləşərək “sənin ağzıvı cıraram, sən özüvə hörmət eləmirsən” demişdir. Bu zaman telefonda həmin səsi oğlu Nihad da eşitmiş və Nihad dərhal telefonu onun əlindən alıb Mirsalehə “sən kimin ağzını cırırsan” demiş, elə həmin vaxt Mirsalehin telefonu ilə Cavid onunla mehriban şəkildə danışıb onu sakitləşdirməyə çalışmışdır. O, əsəbi olduğundan saat 22 radələrində “Narva” kafesinə gedib Mirsalehlə söhbət etmək qərarına gəlmiş, oğlu Nihad da onu tək buraxmayacağını bildirmiş, sonra o, oğlu Nihadla birlikdə dava-dalaş etməyə deyil, söhbət edərək məsələni aydınlaşdırmağa getmişlər. Gedərkən oğlunun bıçaq götürməsini görməmiş və bundan məlumatı olmamışdır. Gedərkən oğlu Nihad dostu Şahid1 zəng edib məhləyə çağırmış və onlar birlikdə “Narva” kafesinə getmişlər. Kafenin yaxınlığında yolun kənarında onlar Şahid5 və Şahid4la görüşüb söhbət etməyə başlamışlar. Söhbət əsnasında Şahid5 ondan yaşca çox kiçik olduğunu, onun ağzını necə cıracağını soruşmuş, Şahid5 də ona müştərilərdən artıq pul alaraq özünə hörmət qoymadığını bildirmiş, o da bu sözlərə əsəbiləşib ona şər atmamasını sübut etməsini bildirmiş, Şahid5 isə eyni sözləri təkrar etmişşdir. Bu zaman özü və oğlu Nihad Şahid5 ondan üzr istəməsini tələb etmiş, sonra Cavid araya girib Mirsalehin ondan üzr istəyəcəyini bildirib onu və oğlunu sakitləşdirmişdir. Cavid Şahid5 tənbeh verəcəyini və bu məsələni yoluna qoyacağını bildirdikdən sonra onu və oğlunu şəhərə aparıb məhləsinə düşürəcəyini bildirib onları avtomobilə oturmağı dəvət etmişdir. O və oğlu maşına minib bir qədər getdikdən sonra o, Cavidə geri qayıdıb Şahid1 də götürmək istədiklərini bildirmiş, Cavid nə qədər inadkarlıq edib qayıtmaq istəmədiyini bildirsə də, ona geri qayıdaraq Şahid1 götürməsini bildirmişdir. Sonra onlar geri-söhbət etdikləri yerə qayıtmış, Şahid5 də orada olduğundan yenidən onunla söhbət edib üzr istəməsini bildirmiş, Şahid5 üzr istəməyəcəyini demiş, sonra Cavidin və Şahid1 təkidi ilə Şahid5 ondan dediyi sözlərə görə üzr istəmişdir. Şahid5 ondan üzr istədikdən sonra onlar oradan ayrılmaq istədikdə Zərərçəkmiş şəxs maşınla gəlib yolun kənarında dayanmış, sonra Nihada “kepkalı oğlan gəl gedək söhbət edək” demiş, Nihad da gedib onun maşınına minmiş və Calal maşını “Dəniz hotel” restoranı istiqamətində sürmüşdür. Həmin vaxt görmüşdür ki, Calalın maşınında Farid adlı oğlan da vardır. O, Calalın oğlu ilə mehriban söhbət edəcəyini düşünmüşdür. Sonra o, Şahid5, Şahid1 və Cavid piyada “Narva” kafeyə tərəf piyada hərəkət etməyə başlamışlar. Bir neçə dəqiqə sonra Farid Cavidin mobil telefonuna zəng edib bıçaqlanma hadisəsinin olduğunu bildirmiş və onlar hadisə yerinə getmişlər. Hadisə yerində Calalın Nihadın üzərinə uzanıb hər iki qolunu tutmasını və hər ikisinin köynəyinin qan içində olmasını görüb oğlunun bıçaqlandığını düşünüb təpiklə Calalın qarın nahiyəsinə vurub onu oğlunun üzərindən qaldırmaq istədikdə Calal qışqıraraq özünün bıçaqlandığını, Nihadın heç bir xəsarətinin olmadığını bildirmişdir. Calalın bıçaqlandığını gördükdən sonra o, dərhal kənara çəkilmişdir. Oğlunu Calaldan araladıqdan sonra Nihad bıçağı yerdən götürmüş, sonra onlar oradan aralanmış, Cavid və Mirsaleh Calalı maşına mindirib xəstəxanaya aparmışlar. Sonra o, oğlu ilə birlikdə dənizkənarına getmiş, oğlu əlini, üzünü yuyub paltarlarını qandan təmizlədikdən sonra evə getmişlər. Evdə oğlu paltarlarını soyunub zibilliyə atmışdır. Həmin gün evinə polis əməkdaşları gəlib oğlunu polis şöbəsinə aparmışlar. O, bıçaqlanma hadisəsini görməsə də, oğlundan öyrənmişdir ki, Calal onu təhqir etdiyi üçün oğlu Calalı bıçaqlamışdır. İşdə olan, 08 iyun 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” və 11 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollar və protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, qeyd olunan cinayət hadisəsi Lənkəran şəhəri, Sahil küçəsində avtomobil yolunda (dəmiryol keçidindən sonra dənizkənarı ilə olan yolda) Zərərçəkmiş şəxs idarə etdiyi “Volswagen” markalı, **- HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda baş vermişdir. İşdə olan, “Təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” 08 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Təqdim edilən paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarları-bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 09 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsiridən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ gicgah, sol təpə, sol yanaq (ord), sol qulaqaltı, sağ bazu oynağı, döş qəfəsi, hər iki said, bel nahiyələrində kəsilmiş yaralarla müşayət olunan xəsarətlər vardır. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla xəsarətlər aşkar olunan nahiyələrə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə 08 iyun 2023-cü il tarixə uyğun gəlir və hər bir xəsarət ayrıayrılıqda dərəcəsinə görə döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz edən, sağ tərəfli hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayət olunan döş qəfəsin bir ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, məhkəmə-ballistik-trasoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd maykanın səthində doqquz ədəd rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin və maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir əddə bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin və maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş köynəyin və maykanın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 165 (bir yüz altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, qısaqol köynək və şalvar, qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, şalvar üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H(İİİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, söz götürməmək, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional halında hirslilik, gərginlik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 26 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş-bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, yalnız cəzalandırmaq məqsədilə bıçaqla ona xəsarətlər yetirməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, yalnız cəzalandırmaq məqsədilə bıçaqla ona xəsarətlər yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid1 və Şahid2 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, 08 iyun 2023-cü il tarixdə, saat 22 radlərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tələbi ilə sonuncunun “Volswagen” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə edib hərəkətdə olarkən, ona atası Şahid2 qardaşı Şahid4 kafesində ofisiant kimi işləyərkən müştərilərdən artıq pul istədiyini kinayəli şəkildə bildirib, onun və atasının ünvanına təhqiramiz ifadələr işlətməsinə əsəbiləşərək, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun və atası barədə dediyi sözlərə görə qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə əynindəki şalvarın arxa cibindən soyuq silah hesab edilməyən bıçağı çıxarıb qəsdən Zərərçəkmiş şəxs mühüm həyati əhəmiyyətə malik olan nahiyələrinə zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid yeddi ədəd xəsarətlər yetirmiş və həmin xəsarətlər yetirilərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil yolda digər avtomobilə dəyərək dayandıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə tərəf çəkib bıçağı əlindən alması, daha sonra avtomobildən yerə düşdükdən sonra onun üzərinə uzanıb qollarından tutmaqla ona aktiv müqavimət göstərdiyindən, bu vaxt avtomobildə olmuş Şahid3 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verməklə çağırdığı şəxslərin hadisənin gedişinə müdaxilə edib onları bir-birindən ayırdıqlarından və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan həmin səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər, 1 nömrəli İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (qonşuları və məhəllə sakinləri ilə yaxşı münasibətdə olmaqla məhəllənin ictimai tədbirlərində və abadlıq işlərində iştirak etmişdir) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan sənədlərlə ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs Azadov X1 şəhəri, Ə.Vahid küçəsi, ev 63B-də qeydiyyatda olmaqla yaşayır, evlidir, həkim-stomatoloq vəzifəsində işləyir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla həmin Məcəllənin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs CM-nin 29,120.1-ci maddəsi ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün-azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin (14 ilin) dörddə üçündən (10 il 06 aydan) çox olmamalı, habelə məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 29,120.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalı, eyni zamanda onun barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 29,120.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dörddə üçündən çox olmamalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməliir. İş üzrə ekspertiza tədqiqatı xərci-165 (bir yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-165 (bir yüz altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-745/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-745/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver