Məhkəmə qərarları › İş №1(099)-746/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-746/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-746/2023 11.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X3 oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Behzad” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə razılığa gəlmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən İİR vətəndaşı “Behzad” adlı şəxs külli miqdarda, yəni 2390,0 qram narkotik vasitə heroin və 4525,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 14-ci kilometr yol nişanının yaxınlığında yerləşən torpaq quyuda gizlədilməsi barədə “WhatsApp” mobil-internet tətbiq proqramı vasitəsilə ona məlumat vermiş, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 22 radələrində əvvəllər tanımadığı, taksi fəaliyyətilə məşğul olan Şahid1 idarə etdiyi “VAZ 21063 minik minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonundan Masallı rayonuna gələrək Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 14-ci kilometr yol nişanının yaxınlığında yerləşən torpaq quyuda gizlədilmiş 1 ədəd torbada olan külli miqdarda narkotik vasitə hesab edilən heroin və külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürüb qeyd edilən avtomobilin yük yerinə qoyub satış məqsədilə daşıyaraq Cəlilabad rayonu istiqamətində hərəkət edərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşlarının 24 may 2023-cü il tarixdə saat 22 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində olduğu “VAZ 21063 minik minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirilib orada “VAZ 21063 minik minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin yük yerindən 03 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:-815,0 qr; -790,0 qr; -785,0 qram olmaqla ümumi təmiz çəkisi: -2390,0 qram xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 05 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 1030,0 qr; -865,0 qr; -945,0 qr; -870,0 qr; - 815,0 qram olmaqla ümumi təmiz çəkisi: -4525,0 qram botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kutar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüş və bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o daş karxanasında işləmişdir. “Whatsap” mobil tətbiqi vasitəsilə tanımadığı nömrədən bir nəfər şəxs ona mesaj yazaraq tanış olmaq istədiyini bildirmiş, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edərək adının Behzad olduğunu yazmışdır. Həmin şəxs ona 2000 manat müqabilində narkotik vasitə aparıb Bakı şəhərində dediyi yerə qoymağını təklif etmişdir. Həmin şəxslə razılaşmış və Masallıdan həmin narkotik vasitəni götürəndən sonra tutulmuşdur. Behzadla təxminən 3-5 ay müddət ərzində yazışmış və münasibətləri yaranmışdır. Bundan sonra sonuncu ona belə bir təklif etmişdir. O Behzada karxanada işlədiyini bildirmiş, sonuncu ona «sənə bir təklif edim, kasıbçılığın daşını at» demiş və sonra belə bir təklif etmişdir. O da 2000 manatın «qurbanı» olmuşdur. Behzad ona narkotik vasitə aparıb Bakı şəhərində deyəcəyi yerə qoymağı təklif etdikdən sonra o 20-25 gün fikirləşmiş, əvvəl imtina etmək istəmiş, sonra razılaşmış və razılaşdığı günün səhəri narkotik vasitə üçün gedərək tutulmuşdur.Behzad ona narkotik vasitəni Lökbatanda deyəcəyi yerə qoymasını, həmin yerin şəkilini ona göndərəcəyini demişdir. Onun xaricə getmək üçün pasportu olmamış, İrana gedib gəlməmişdir. Şahid1 onun narkotik vasitə üçün Masallıya getməyi barədə məlumatı olmamış, İlqarın yanında iranlı ilə danışanda özünü güya qız ilə danışan kimi göstərmiş, qız adı çəkmişdir. Behzad ona verəcəyi pulu m10 proqramı vasitəsilə göndərəcəyini demişdir. Behzad ona əvvəl «sənin nömrən mənim mobil telefonumun kontaktında var, gəl dost olaq» mesajını yazmış, onun təklifini qəbul etmiş, Behzadla yazışdığı zaman sonuncu ondan narkotik istifadə edib-etmədiyini soruşmuş, ona əvvəllər narkotik vasitə istifadə etdiyini, hazırda isə istifadə etmədiyini bildirmiş, sonradan Behzad ona narkotik vasitə daşımağı təklif etmiş, o isə 20 gün fikirləşdikdən sonra bunu bir dəfə edə biləcəyini bildirmiş, əldə etdiyi pulla sonradan alver edəcəyini fikirlləşmişdir.Əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxs olmaqla valideynləri yaşlıdırlar. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o VAZ 21063 minik” markalı avtomobili ilə gündəlik olaraq yaşadığı Cəlilabad rayonu və qonşu olan rayonlara sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olur. 24 may 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhərində yerləşən şəhidlər abidəsinin qarşısında dayanıb müştəri gözləmişdir. Bir nəfər cavan yaşlarında olan oğlan, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən İstisu adlanan əraziyə onu hansı qiymətə aparıbgətirəcəyimi soruşmuş, onu həmin yerə 25 manata aparıb gətirəcəyimi demişdir. Həmin şəxs razılaşmış və sonradan onun həmkəndlisi olduğunu bilmişdir. Fəzalətə axşam vaxtı Masallı rayonuna niyə getməsi barədə sual vermiş, o, Masallı rayonu İstisu adlanan ərazidə qızla tanış olduğunu, həmin qızla səmimi münasibətləri olduğu üçün qızın ona paltar və şəxsi istifadəsi üçün əşyalar olan sumka bağlaması verəcəyini, həmin sumkanı yaşadığı evə gətirəcəyini demişdir. O da buna inanmışdır. Onunla yolda söhbəti az olmuş və söhbət zamanı həmkəndlisi olmasını öyrənmişdir. Fəzalət Masallı rayonundan tanış olduğu qızın əri olduğu üçün onunla İstisu ərazisində görüşəcəyini demiş, ona ayıb olduğunu, ərli qadınla münasibətin təhlükəli olduğunu, əvvəllər Cəlilabad rayonunda belə bir hadisənin olduğunu və axrının ölümlə bitdiyini deyərək bu işdən uzaq durmasını bir böyük kimi məsləhət görmüşdür. Lakin o, əhəmiyyət vermədiyindən daha bu barədə danışmamışdır. Yolda o, paltarların şoferlə göndərildiyini, şoferin tələsdiyini bildirmiş və şoferlə danışaraq «paltarları qoy gəlib götürərəm» demişdir. Masallı rayonu Qəriblər kəndi ərazisində olarkən Fəzalət ona avtomobili göstərdiyi yol ilə sürməyini demiş, həmin yol kələ-kötür olduğundan maşını ora sürməmişdir. Fəzalət avtomobili asfalt yolun kənarında saxlamağını, bir neçə dəqiqəyə gələcəyini deyib avtomobildən düşmüş və üzü dik təpə istiqamətində getmişdir. O, təqribən bir dəqiqədən sonra qayıtmış və avtomobilin yük yerini açıb oraya əlində gətirdiyi iri torbanı qoymuşdur. Fəzalətin ona dediyinə əsasən torbada qızın ona verdiyi əşyalar olduğunu düşünmüşdür. Sonra geri qayıdanda yolda polislər onları saxlamışlar. Polis şöbəsində maşına baxış keçirilərkən Fəzalət maşına qoyduğu torbada narkotik vasitə olan heroin və qurudulmuş marixuana olduğunu bildirərək onları təqdim etmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuana daşımasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi avtomobillə daşınmasında şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qrupun üzvləri ilə birlikdə xidməti qurmuşlar. 24 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ 21063 minik” markalı avtomobil Yardımlı-Masallı avtomobil yolunun Ərkivan qəsəbəsindən üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən YPX əməkdaşının saxla işarəsi ilə saxlanılmış və əməliyyat qrupunun üzvləri avtomobilə yaxınlaşmışlar. Sürücü Şahid1 və sərnişin Əliyev X2 RPŞ-yə dəvət edilmişlər. Hər iki şəxs razılaşmış və onlar Masallı RPŞ-nin inzibati binasının yerləşdiyi həyətə gətirilmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 RPŞ-nə gətirilmə səbəbləri izah edilmiş və sürücü Şahid1 avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması barədə məlumatı olmadığını, avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs Cəlilabad rayonundan sərnişin kimi Masallı rayonu İstisu adlanan əraziyə gətirdiyini bildirmişdir. Sonra təhqiqatçı eyni sualı sərnişin Təqsirləndirilən şəxs vermişdir. O, avtomobildə özünə məxsus qanunla qadağan olunmuş maddə olan narkotik vasitələr olduğunu demiş, külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuananı Behzad adlı İran İslam Respublikası vətəndaşının Masallı rayonu ərazisində qoydurduğunu, həmin narkotik vasitələri götürüb 2000 manat pul qarşılığında iranlının deyəcəyi yerə aparacağını, sürücü Şahid1 avtomobilinin yük yerində torbada narkotik vasitə heroin və qurudulmuş marixuana daşımasından məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb yük yerini açmış və orada olan 1 ədəd iri torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində 5 ədəd sellofanda şəffaf yapışqanla bağlanmış bükülülər və bir ədəd qara rəngli sellofan aşkar edilmişdir. Həmin qara rəngli sellofanı açdıqda üç ədəd şəffaf yapışqanla bağlanmış bükülülər aşkar edilmişdir. Aşkar edilmiş ümumilikdə 8 ədəd bükülülər açıldıqda üç ədəd bükülülərdə narkotik vasitə olan heroinə bənzər kütlələr və beş ədəd bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr çəkilərək qablaşdırılmış və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Heroinə bənzər kütlənin ümumi çəkisi təxminən 2 kiloqram, marixuanaya bənzər kütlələrin ümumi çəkisi təxminən 5 kiloqram təşkil etdiyini xatırlayır. Bir də həmin şəxslərin üzərlərindən onlara məxsus mobil telefon və pul aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi avtomobillə daşınmasında şübhəli olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qrupun üzvləri ilə birlikdə xidməti qurmuşlar. 24 may 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ 21063 minik” markalı avtomobil Yardımlı-Masallı avtomobil yolunun Ərkivan qəsəbəsində Masallı şəhəri istiqamətində hərəkətdə olarkən YPX əməkdaşının işarəsi ilə saxlanılmış və avtomobilə yaxınlaşmışlar. Sürücü Şahid1 və sərnişin Əliyev X2 RPŞ-yə dəvət edilmişlər. Təqsirləndirilən şəxs və Şahid1 RPŞ-nə gətirildikdən sonra təhqiqatçı tərəfindən onlara şöbəyə gətirilmə səbəbləri izah edilmiş və sürücü Şahid1 avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması barədə məlumatı olmadığını, avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs Cəlilabad rayonundan sərnişin kimi Masallı rayonu İstisu adlanan əraziyə gətirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, avtomobildə özünə məxsus qanunla qadağan olunmuş maddə olan narkotik vasitələr olduğunu, onları Behzad adlı İran İslam Respublikası vətəndaşının Masallı rayonu ərazisində qoydurduğunu, həmin narkotik vasitələri götürüb 2000 manat pul qarşılığında iranlının deyəcəyi yerə aparacağını, sürücü Şahid1 avtomobilinin yük yerində torbada narkotik vasitə heroin və qurudulmuş marixuana daşımasından məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb yük yerini açmış və orada olan 1 ədəd iri torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində 5 ədəd sellofanda şəffaf yapışqanla bağlanmış bükülülər və bir ədəd qara rəngli sellofan aşkar edilmiş, həmin qara rəngli sellofanı açdıqda üç ədəd şəffaf yapışqanla bağlanmış bükülülər aşkar olunmuşdur. Aşkar edilmiş ümumilikdə 8 ədəd bükülülər açıldıqda üç ədəd bükülülərdə narkotik vasitə olan heroinə bənzər kütlələr və beş ədəd bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, onlar çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs İran vətəndaşı ilə «votsap» proqramı vasitəsilə əlaqə saxladığını bildirmiş, onlara əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi avtomobillə daşınmasında şübhəli olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qrupun üzvləri ilə birlikdə xidməti qurmuşlar. 24 may 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ 21063 minik” markalı avtomobil Yardımlı-Masallı avtomobil yolunun Ərkivan qəsəbəsində Masallı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət edilmişlər. Təqsirləndirilən şəxs və Şahid1 RPŞ-nə gətirildikdən sonra təhqiqatçı tərəfindən onlara şöbəyə gətirilmə səbəbləri izah edilmiş və avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etmələri təklif olunmuşdur. Sürücü idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması barədə məlumatı olmadığını, avtomobildə sərnişin qismində olan şəxsi Cəlilabad rayonundan sərnişin kimi Masallı rayonu İstisu adlanan əraziyə gətirdiyini bildirmişdir. Sərnişin Təqsirləndirilən şəxs isə avtomobildə özünə məxsus narkotik vasitələr olduğunu, onları Behzad adlı İran İslam Respublikası vətəndaşının Masallı rayonu ərazisində qoydurduğunu, həmin narkotik vasitələri götürüb 2000 manat pul qarşılığında iranlının deyəcəyi yerə aparacağını, sürücü Şahid1 avtomobilinin yük yerində narkotik vasitə daşımasından məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb yük yerini açmış və orada olan 1 ədəd iri torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində 5 ədəd sellofanda şəffaf yapışqanla bağlanmış bükülülər və bir ədəd qara rəngli sellofan aşkar edilmişdir. Həmin qara rəngli sellofanı açdıqda üç ədəd şəffaf yapışqanla bağlanmış bükülülər aşkar olunmuşdur. Aşkar edilmiş ümumilikdə 8 ədəd bükülülər açıldıqda üç ədəd bükülülərdə narkotik vasitə olan heroinə bənzər kütlələr və beş ədəd bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi avtomobillə narkotik vasitə daşıması barədə daxil olmuş, Təqsirləndirilən şəxs narkotik maddələri özü onlara təqdim etmiş, onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi avtomobillə daşınmasında şübhəli olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ 21063 minik” markalı avtomobil Yardımlı-Masallı avtomobil yolunun Ərkivan qəsəbəsində Masallı şəhəri istiqamətində hərəkətdə olarkən onlar tərəfindən saxlanılmış və həmin şəxslər polis şöbəsinə gətirilmişlər. Avtomobilə baxış keçirilərkən sürücü idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması barədə məlumatı olmadığını, avtomobildə olan şəxsi Cəlilabad rayonundan sərnişin kimi Masallı rayonu İstisu adlanan əraziyə gətirdiyini bildirmişdir. Sərnişin Təqsirləndirilən şəxs isə avtomobildə özünə məxsus narkotik vasitələr olduğunu, onları Masallı rayonu ərazisindən götürüb 2000 manat pul qarşılığında ona deyiləcək yerə aparmaq istədiyini, sürücü Şahid1 avtomobilinin yük yerində narkotik vasitə daşımasından məlumatı olmadığını bildirmiş və avtomobilə yaxınlaşıb yük yerini açaraq orada olan 1 ədəd iri torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilmiş və aşkar edilmiş ümumilikdə 8 ədəd bükülülər açıldıqda üç ədəd bükülülərdə narkotik vasitə olan heroinə bənzər kütlələr və beş ədəd bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı rayonu ərazisindən tranzit kimi istifadə etməklə Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi avtomobillə daşınmasında şübhəli olması ilə əlaqədar Rauf Kərimova əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində qrupun üzvləri ilə birlikdə xidməti qurmuşlar. 24 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu “VAZ 21063 minik” markalı avtomobil Yardımlı-Masallı avtomobil yolunun Ərkivan qəsəbəsindən üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən YPX əməkdaşının saxla işarəsi ilə saxlanılmış və əməliyyat qrupunun üzvləri avtomobilə yaxınlaşmışlar. Sürücü Şahid1 və sərnişin Əliyev X2 RPŞ-nə dəvət edilmişlər. Hər iki şəxs razılaşmış və onlar Masallı RPŞ-nin inzibati binasının yerləşdiyi həyətə gətirilmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 RPŞ-nə gətirilmə səbəbləri izah edilmiş və sürücü Şahid1 avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olması barədə məlumatı olmadığını, avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs Cəlilabad rayonundan sərnişin kimi Masallı rayonu İstisu adlanan əraziyə gətirdiyini, sonuncunun qızla görüşmək üçün həmin yerə getdiyini ona dediyini bildirmişdir. Sərnişin Təqsirləndirilən şəxs isə avtomobildə özünə məxsus narkotik vasitələr olduğunu demiş və avtomobilə yaxınlaşıb yük yerini açaraq orada olan 1 ədəd iri torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində narkotik vasitələr olan bükülülər aşkar olunmuşdur. O, müdafiəçi ilə təmin olunmuş, baxış çəkiliş aparılmaqla həyata keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 25 may 2023-cü il tarixli 19\575 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı 15BT479 d.q.n. avtomaşının arxa yük yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus 08 ədəd narkotik vasitəyə bənzər kütlə olan bükülü....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-815,0 qr; -790,0 qr; -785,0 qram: ümumi təmiz çəkisi: -2390,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 1030,0 qr; -865,0 qr; -945,0 qr; -870,0 qr; -815,0 qram: ümumi təmiz çəkisi: -4525,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kutar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli 564 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Cəlilabad rayonu Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə əvvəlcədən razılaşdığı şəxsiyyəti hələki müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı olan “Behzad” adlı şəxsin Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yoldan kənarda qoydurduğu külli miqdarda ümumi təmiz çəkisi-2 kiloqram 390 qram təşkil edən narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi-4 kiloqram 525 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməkdən ötrü xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonundan Masallı rayonu Qəriblər kəndi ərazisinə əvvəllər tanımadığı, Cəlilabad rayonu Uzuntəpə kənd sakini Şahid1 idarə etdiyi “VAZ-21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə gəlmiş, Təqsirləndirilən şəxs Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində asfalt yolun kənarında olan 14-ci kilometr yol nişanının yaxınlığında torpaq quyuya qoyulmuş külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb avtomobilin yük yerinə yükləyib satış məqsədi ilə daşıyarkən Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etmək üçün Cəlilabad rayonundan Masallı rayonuna gəlməsi, avtomobilin yük yerinə torbada olan külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qoyub daşıması barədə sərnişin qismində gəldiyi “VAZ-21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Şahid1 hər hansı bir məlumatı olmamış, sonuncunun Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi ilə əlaqəsi olmamış, sürücü Şahid1 bu barədə məlumatı saxlanılıb RPŞ-yə gətirildikdən sonra olmuş, İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Behzad adlı şəxsin şəxsiyyəti hələki müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 00:05-də tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Masallı rayon Polis Şöbəsində saxlanılan 24 may 2023-cü il tarixdə “VAZ 21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-2389,55 qram narkotik vasitə olan heroinin və 4524,5 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “**********74765\01” İMEİ 1 və “**********74773 \01” İMEİ 2 nömrəli “REDMİ” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılması və iş üzrə maddi sübut olan “VAZ 21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılmasının nəzərə alınması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Masallı rayon Polis Şöbəsində saxlanılan 24 may 2023cü il tarixdə “VAZ 21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-2389,55 qram narkotik vasitə olan heroin və 4524,5 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan “VAZ 21063 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “**********74765\01” İMEİ 1 və “**********74773 \01” İMEİ 2 nömrəli “REDMİ” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar