Məhkəmə qərarları › İş №1(099)-747/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-747/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-747/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X8 oğlunun sədrliyi ilə, hakimlər –Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1970-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu Darquba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Əliağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əliağayev Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə, saat 23 radələrində, Masallı şəhəri Dadva küçəsindəki avtomobil yolunun kənarında avtomobili təmir etdirərkən həmin yol ilə piyada hərəkət edən, alkolqol sərxoşluğu vəziyyətində olan tanışı, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq sözlər deməsinin səbəbini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq sözlər deməsindən əsəbiləşərək yerdən götürdüyü təxminən 1 metr uzunluğundakı istintaqa məlum olmayan taxta parçasını onunla yaxın məsafədə üz-üzə dayanan Zərərçəkmiş şəxs qəsdən ataraq baş nahiyəsindən vurub yerə yıxmaqla sonuncuya sağ göz ətrafı nahiyənin qançırı, burun belinin və sağ burun-dodaq büküşünün sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, alt çənənin və sağ əlin 4-cü və 5-ci barmaqlararası büküşünün əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid, burun sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvumaya aid, eləcə də baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Əliağayev Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı şəhər, Dadva küçəsində bacısı Nazilənin evində qalarkən 27 may 2023-cü il tarixdə gecə saat 23 radələrində bacısı oğlu Rəşid İbrahimova məxsus “Mercedes” markalı avtomobili nasaz olması səbəbindən Masallı şəhər X3şısında saxlamış, Şahid2 onu təmir etmişdir. Bu zaman əvvəllər üzdən tanıdığı, bacısının qonşusu Zərərçəkmiş şəxs Zülfü ilə birlikdə sərxoş vəziyyətdə ünvanına nalayiq söyüşlər söyərək ona tərəf gəldiyini görmüşdür. Baloğlan onun anası və bacısının ünvanına nalayiq söyüşlər söymüş, anası və bacısı cavan vəfat etdiklərindən həmin söyüşlər ona çox ağır təsir göstərsə də Baloğlana fikir verməməyə çalışmışdır. Baloğlan onun yanına gələrək avtomobilin kimə məxsus olmasını soruşmuş, ona avtomobilin özünə məxsus olmasını bildirmiş, Baloğlan isə nalayiq söyüşlərinə davam etmişdir. O, Baloğlanı özündən uzaqlaşdırmaq məqsədilə həmin küçə ilə bir qədər irəli aparmışdır. Baloğlan isə ondan əl çəkməmiş və nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu vaxt o, yaxınlıqda yaşayan bacısı qızının həyətində daxil olmuş və həyətdə olan ağac parçasını götürərək küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra Baloğlanın onun ünvanına yenə də “var-yox” söyüşü söydüyünü görüb buna dözməyərək əlindəki ağac parçasını ona tərəf atmış, ağac parçası Baloğlanın çənə nahiyyəsinə dəymiş və o, dəyən zərbədən yerə yıxılmışdır. Bundan sonra hadisə yerindən uzaqlaşmış və piyada Lənkəran rayonuna getmişdir. İki gün Lənkəranda qaldıqdan sonra polis əməkdaşlarının onu axtardığını eşidib Masallı RPŞ-nə gəlmişdir. Belə bir hadisənin baş verməsini istəməzdi və etdiyi əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs Əliağayev Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o hadisəni yaxşı xatırlamır. Hadisə nəticəsində xəsarət alandan sonra baş verənlər yadımdan çıxmışdır. Hadisə baş verəndə axşam vaxtı olmuş, toydan çıxmışdır. Təqsirləndirilən şəxsin ona nə ilə zərbə endirdiyini bilmir. Toydan çıxıb Zülfü ilə çayxanaya gedərkən Təqsirləndirilən şəxs onun xoşuna gəlməmiş, buna heç bir səbəb olmamışdır. Həmin vaxt yüngül sərxoş olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı bir münasibəti olmamışdır, hadisə vaxtı onu söyməsini xatırlamır, Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, onun həbs olunmasını istəmir, onu evin tək oğlu olmasına və balalarına görə bağışlayır. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanıyırmış, lakin həmin şəxslə yaxın dostluq münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Lənkəran rayonunda yaşasa da, son zamanlar Masallı şəhəri, Dadva küçəsində bacısı Nazilənin evində qalırmış. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirmiş, bu səbəbdən də onun Təqsirləndirilən şəxs xoşu gəlməmişdir. O, xx.xx.2023-cü il trixdə Masallı şəhər ərazisində yerləşən “Qızıltac” adlı şadlıq sarayında toy məclisində iştirak etmiş, bir qədər spirtli içki içmiş və sonra isə saat 23 radələrində şadlıq sarayını qonşusu Zülfü ilə birlikdə tərk edib Masallı şəhəri, Dadva məhəlləsində yerləşən yaşadığı evə gəlmək istəmişdir. Masallı şəhəri ərazisində yerləşən “Bioloji Təbabət” klinikasına çatarkən görmüşdür ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Şahid2 adlı şəxs İntiqamın evinin qarşısında dayanıb avtomobil təmir edirlər. Təqsirləndirilən şəxs xoşu gəlmədiyi üçün Təqsirləndirilən şəxs görən kimi onda qərəzli münasibət yaranmış və Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söyməyə başlamışdır. Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyməsi səbəbindən onun qolundan tutub Dadva küçəsi ilə bacısı Nazilənin evinin qarşısına aparmışdır. Həmin vaxt onunla birlikdə olan Zülfü də gəlmiş və onları ayıraraq sakitləşdirməyə çalışmışdır. O, isə Təqsirləndirilən şəxs ilə mübahisə etmiş, Təqsirləndirilən şəxs onunla mübahisəni sona çatdırıb kənarlaşmaq istəyərkən o, qeyri-ixtiyarı Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söymüşdür. Təqsirləndirilən şəxs bacısı qızı Nərminənin evinin həyətinə getmiş və o, Təqsirləndirilən şəxs mübahisədən qaçmasını düşünmüş və getmək istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əlində taxta parçası ilə küçəyə çıxmış və təxminən 5-6 addım məsafədən taxta parçasını ona tərəf atmışdır. Nəticədə taxta parçası onun çənə nahiyəsindən dəymiş və zərbənin təsirindən o, küçədə yerləşən asfalt yola yıxılmışdır. Özündən getdiyi üçün daha sonra olanları xatırlaya bilməmişdir. O, gözünü açanda Masallı rayon mərkəzi xəstəxanasında olmuşdur. Orada həkimlər ona ilkin tibbi yardım göstərmiş və daha sonra isə evə buraxmışlar. Onun Təqsirləndirilən şəxs şikayət etmək fikri olmamış, Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirməsinə görə peşman olub sonradan gəlib ondan üzr istəyəcəyini düşünmüşdür. Lakin Təqsirləndirilən şəxs ondan üzr istəməmişdir. O və oğlu Şahid3 da buna görə Masallı RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hadisə yaşadığı Masallı şəhəri, Dadva küçəsində xx.xx.2023-cü il tarixdə saat 23 radələrində baş vermişdir. Hadisə vaxtı orada o, onunla birlikdə Zülfü adlı şəxs və Təqsirləndirilən şəxs olmuşlar. Mübahisə X3rşısında başlamış və həmin vaxt orada olan Şahid2 isə sonradan hadisə yerinə gəlməmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 220 saylı rəyində göstərilən xəsarətləri ona Təqsirləndirilən şəxs Əliağayev taxta parçası ilə vuraraq yetirmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla toydan çıxmış, çayxanaya gəlib çay içmişlər. Həmin gecə saat 23-24 radələrində sərxoş vəziyyətdə çayxanadan çıxıb evə gedərkən X3rşısına çatan zaman qonşuluqda yaşayan İntiqamın Təqsirləndirilən şəxs maşınını təmir etdiyini görmüşlər. Yaxınlaşıb İntiqamla zarafat etmişlər. Təqsirləndirilən şəxs kənardan onların yanına gəlmişdir. Bu zaman Baloğlan Təqsirləndirilən şəxs heç bir səbəb olmadan söyməyə başlamışdır. Təqsirləndirilən şəxs ona nə üçün söyüş söydüyünü demişdir. Sonra isə Təqsirləndirilən şəxs Baloğlanın sərxoş olduğunu görüb ona baş qoşmamaq üçün oradan qaçıb bacısı qızı gilə getmişdir. Onlar da həmin istiqamətlə yollarına davam etmişlər. Baloğlan Təqsirləndirilən şəxs söyə-söyə getmişdir. Onlar Təqsirləndirilən şəxs bacısı qızının evini keçdikdən sonra Məhərrəmli arxadan onları çağırmışdır. Baloğlan geri dönüb Təqsirləndirilən şəxs tərəf hərəkət etmiş, o da Baloğlanın arxasınca onları ayırmaq məqsədilə getmişdir. Təqsirləndirilən şəxs əlində taxta parçasının olduğunu görmüş, Baloğlan Təqsirləndirilən şəxs az qalmış, təxminən 2 metr məsafədən əlindəki taxta parçasını ona tərəf atmış, taxta parçası Baloğlanın boğaz nahiyyəsinə dəymiş və o, yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt Ağasamir Abdullayev hadisə yerinə taksi ilə gəlmiş, o taksi sürücüsündən Baloğlanı xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu isə imtina etmişdir. X9 Yardım çağırmışlar və Baloğlan xəstəxanaya aparılmışdır. Əvvəllər Baloğlanla Təqsirləndirilən şəxs arasında pis münasibət olmamış, amma Baloğlanın əvvəllər Təqsirləndirilən şəxs bacısı oğlu ilə mübahisəsi olmuşdur. Baloğlan ağır dərəcəli sərxoş olmuş, heç bir səbəb olmadan Təqsirləndirilən şəxs ünvanına məhkəmədə ifadə edilməsi mümkün olmayan nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, usta işləyir, 27 may 2023-cü il tarixdə gecə saat 23 radələrində Masallı şəhərində X3rşısında Təqsirləndirilən şəxs «Mercedes» markalı avtomobilini təmir etmiş, maşının qabaq buferini bağlayan zaman Zülfü ilə Baloğlanın gəldiklərini görmüş, onların vəziyyətləri ağır olmuş, yəni sərxoş vəziyyətdə olmuşlar. Zülfü və Baloğlan onları görüb qışqıra-qışqıra onlara doğru gəlmişlər. Baloğlan söyüş söyməklə Təqsirləndirilən şəxs üzərinə hücum etmiş, onun ünvanına ağır söyüşlər söymüşdür. Yaxınlıqda evlər olmuş, Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qalmışdır. Baloğlan isə ondan əl çəkməmişdir. O Təqsirləndirilən şəxs Baloğlanı birtəhər yola verməyini demiş, Təqsirləndirilən şəxs isə onu yola vermək mümkün olmadığını görüb oradan qaçıb uzaqlaşmışdır. Baloğlan da Məhərrəmlinin ardınca getmişdir. Sonra onun nə baş verdiyindən xəbəri olmamışdır. Baloğlanın Təqsirləndirilən şəxs ünvanına söydüyü söyüşlər heç kimin qəbul edə bilməyəcəyi söyüşlər olmuş, o, Təqsirləndirilən şəxs üzərinə hücum etmişdir. Baloğlanın Təqsirləndirilən şəxs söyməsinin səbəbini bilmir. Hesab edir ki, onların arasında əvvəllər nəsə problemlər olmuşdur. Baloğlanın söyüşlərini onun da ailəsi evdən eşitmiş, bu hadisə olmayacağı təqdirdə səhər Baloğlanla görüşüb ona iradını bildirmək fikrində olmuşdur. Həmin söyüşləri ifadə etmək mümkün deyildir, Baloğlan Təqsirləndirilən şəxs üzərinə ardıcıl hücum etmiş, Zülfü onları ayırmaq istəsə də bu mümkün olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs Masallı rayonunda, o isə uzun müddətdir ki, Bakı şəhərində yaşayır. 28 may 2023-cü il tarixdə Bakı şəhərindən Masallı rayonuna gəlib evə daxil olanda atasının evdə uzandığını və bədəni üzərində xəsarətlər olduğunu görmüş, onu kiminsə vuraraq xəsarət yetirdiyini başa düşmüşdür. Atasının səhhətinin pis olduğunu görüb onu Masallı rayon X5 aparmışdır. Orada həkimlər atasına ilkin tibbi yardım göstərmişlər. Daha sonra X5 polis əməkdaşları gəlmiş və o şikayət ərizəsi yazmışdır. Həmin gün həkimlərin məsləhəti ilə atasını Bakı şəhərinə, 1 saylı kliniki xəstəxanaya aparmış, sonuncu orada müalicə olunmuşdur. Atasından hadisə barədə soruşmuş, o, hadisəni xatırlamadığını demiş, Zülfüdən hadisə barədə məlumat aldıqdan sonra polisə şikayət etmişdir. Təqsirləndirilən şəxsin atasını vurmasının səbəbini bilmir, hadisənin söyüş söyülməsinə görə baş verdiyini eşitmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 27 may 2023-cü ildə gecə saat 23 radələrində toydan çıxıb evə gələrkən evə çatmağına az qalmış yolun kənarında qonşusu Zülfünün dayandığını və onun yanında bir nəfər şəxsin yerdə uzandığını görmüşdür. Yaxınlaşıb Zülfüdən nə baş verdiyini soruşmuş, Zülfü Zərərçəkmiş şəxs sərxoş olduğundan yıxılıb xəsarət aldığını bildirmiş və ondan təcili tibbi yardıma zəng etməyini xahiş etmişdir. O da təcili tibbi yardıma zəng etmişdir. Baloğlanın yerdə halzız və sərxoş vəziyyətdə uzandığını görmüşdür. Bir neçə dəqiqədən X9 yardım avtomobili gəlmiş və Baloğlanı Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O isə evə getmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 220 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün yerdəyişmiş sınığı, alt çənənin əzilmiş yarası, sağ göz ətrafı nahiyənin qançırları, burun belinin və sağ burun-dodaq büküşünün sıyrıqları, sağ əlin 4-cü və 5-ci barmaqlararası büküşünün cırılmış yarası, sol dirsək oynağının sıyrığı, sol gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əziyi aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, ayrıayrılıqda dərəcəsinə görə, baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, burun sümüyünün yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvumaya, alt çənənin və sağ əlin 4-cü və 5-ci barmaqlarrası büküşünün əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər, qançırlar və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 27 may 2023-cü ildə saat 23 radələrində baş vermiş hadisə zamanı Əliağayev Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs taxta parçası ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisəni hadisə baş verən zaman orada olmuş Şahid1, Şahid2 və Şahid4 görmüşdür. Baş vermiş hadisə zamanı istifadə edilən maddi sübut bir ədəd taxta parçasının hadisədən sonra kim tərəfindən götürülməsi və hara atılması əməliyyat yolu ilə müəyyən edilmədiyindən istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 28 may 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində baş vermiş hadisə Masallı şəhəri, Dadva küçəsində yerləşən avtomobil yolunda baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Əliağayev Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dir İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyun 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə təyin olunmaqla 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qərarı ilə cəzadan 06 ay 20 gün vaxtından əvvəl azad olunmuş, 10 fevral 2017-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əliağayev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 12-29/712 №-li arayışdan görünür ki, Əliağayev Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı və iki övladından ibarətdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Əliağayev Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Əliağayev Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əliağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətlərinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Əliağayev Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Əliağayev Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dir İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyun 2010-cu il tarixli hökmünə əsasən yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ödənildiyindən onun əməlləri cinayətlərin residivini yaratmır. Məhkəmə təqsirləndirilən şəxs Əliağayev Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Əliağayev Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Əliağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Əliağayev Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Əliağayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilsin. Əliağayev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliağayev Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Əliağayev Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Əliağayev Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar