Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-747/2024 29.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 4(041)-34/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Məhkəmə hazırlıq iclasında Müdafiəçi vəsatət verərək bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntuya yol verilərək, Cinayət-Prosessual Məcəlləsinin təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, cinayət işinin materiallarının İ cildinin 4-cü səhifəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, 29 mart 2024-cü il tarixdə saat 19:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri cibindən 01 ədəd kağız bükümün içərisində 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi-0,181 qram narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,092 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi faktı ilə bağlı İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Fuad Babayev tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. İş materiallarının İ cildinin 108-109-cu səhifələrində olan “baxış keçirilməsi və götürmə haqqında” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baş müstəntiq Fuad Babayev tərəfindən Şahid5 Əsgər oğlunun yaşadığı Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evdə Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirilmişdir. Baxış zamanı orada masanın üzərindən 01 ədəd polietilen torbada və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd “Kotel” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlar, 01 ədəd plastik bankomat kartı, 01 ədəd istifadə edilmiş şpris, 01 ədəd üzərində heroin izlərinə bənzər izlər olan elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd polietilen torbada və 01 ədəd kağız bükümdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə olan kütlələrin psixotrop maddə metamfetamin, eləcə də digər 05 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə olan kütlələrin isə narkotik vasitə heroin olduğunu, şəxsi istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin bükümlərə müstəntiq tərəfindən baxış keçirilmiş, içərilərində narkotik vasitə qurudulmuş marixuanaya, narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrdən və əşyalardan Şahid5 məlumatının olmadığını, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadə etmək üçün İran vətəndaşından aldığını və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr içərisi boş 01 ədəd polietilen paketə qoyularaq yapışdırıcı lentdən istifadə edilməklə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş vasitələrin tərkiblərinin, çəkilərinin müəyyən edilməsi üçün ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Həmçinin 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı otaqdan narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarının İ cildinin 114-115-ci səhifələrində olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baş müstəntiq Fuad Babayev tərəfindən həmin tarixdə saat 21:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının İ cildinin 152-153-cü səhifələrində olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, baş müstəntiq Fuad Babayev ********* nömrəli cinayət işi üzrə əməlləri Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif etmişdir. İş materiallarının İ cildinin 155-157-ci səhifələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, baş müstəntiq Fuad Babayev tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surəti təqdim edilmişdir. İş materiallarının İ cildinin 242-243-cü səhifələrində olan “cinayət işinin istintaqının başqa müstəntiqin icraatına verilməsi haqqında” Kürdəmir rayon prokuroru, baş ədliyyə müşaviri Tural İbrahimov tərəfindən qəbul olunmuş 06 may 2024-cü il tarixli qərardan görünür ki, istintaqın hərtərəfli, tam, obyektiv aparılması və cinayət təqibi üzrə icaatın tezliyini təmin etmək məqsədilə Kürdəmir RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi baş müstəntiq, polis mayoru Fuad Babayevin icraatından götürülmüş və istintaqın davam etdirilməsi üçün İBnin müstəntiqi, polis kapitanı Natiq Həsənovun icraatına verilmişdir. İş materiallarının İ cildinin 244-245-ci səhifələrində olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi X3 tərəfindən icraata qəbul olunmuşdur. X3 ********* nömrəli cinayət işini icraatına qəbul etməsi barədə qərarın surətini Təqsirləndirilən şəxs göndərməmiş və sonuncuya özü haqqında məlumat verməklə, ona etiraz etmək hüquqlarının olmasını izah etməmişdir. Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Orxan Ələsgərov, Şahid1 şahid qismində dindirmiş, Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş telefon nömrələrinə dair məlumatların götürülməsi, Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin MSY-nə köçürülməsi üçün Kürdəmir rayon prokuroru qarşısında vəsatətlər qaldırmışdır. İş materiallarının İ cildinin 1-2-ci səhifələrində olan Natiq Həsənov tərəfindən qəbul olunmuş “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin aşkar edilməsinə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, barəsində cinayət işi ayrılması barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisinə məlumat verilməmişdir. Hansıkı, Cinayət- Prosessual Məcəlləsinin 211.7-ci maddəsində göstərilmişdir ki, başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır. İş materiallarının İİ cildinin 28-ci səhifəsində olan X3 tərəfindən İB-nin rəisi Elşən Mürsəliyevə ünvanlanmış 01 iyul 2024-cü il tarixli “raport”da növbəti məzuniyyətə çıxması ilə əlaqədar icraatında olan ********* nömrəli cinayət işinin digər müstəntiqə verilməsi xahiş edilmişdir. İş materiallarının İİ cildinin 29-30-cu səhifələrində olan İstintaq bölməsinin rəisi, polis mayoru Elşən Mürsəliyev tərəfindən qəbul olunmuş “cinayət işinin icraata qəbul edilməsi haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev tərəfindən də Təqsirləndirilən şəxs ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə ifadəsi alınmamış, təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan edilməmişdir. İş materiallarının İİ cildinin 147-ci səhifəsindən başlanan (digər vərəqələr səhifələnməmişdir) İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev tərəfindən qəbul olunmuş “sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olan zaman aşkar edilmiş narkotik vasitələr və psixotrop maddənin hamısının ona məxsus olmadığını bildirmiş, İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev təqsirləndirilən şəxsin dediklərini vəsatət kimi qəbul edərək, tərəfindən qəbul olunmuş 25 sentyabr 2024-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərarla rədd etmişdir. Göründüyü kimi baş müstəntiq Fuad Babayev Cinayət-Prosessual Məcəlləsinin 85ci madəsində nəzərdə tutulmuş vəzifələrini pozmaqla istintaq aparmışdır. Hansı ki, baş müstəntiq Fuad Babayev özü-özünə etiraz etməli idi, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs epizodunda şahid statusuna düşdüyü halda cinayət işi üzrə ibtidai istintaq aparmamalı idi. Cinayət-Prosessual Məcəlləsinin 85.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəktləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsində göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Cinayət işinin materiallarından görünür ki, X3 və İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev tərəfindən Təqsirləndirilən şəxs ifadəsi alınmamış, o cümlədən təqsirləndirilən şəxslə bağlı digər istintaq hərəkətləri icra edilməmiş, Cinayət-Prosessual Məcəlləsinin tələbini pozmaqla ibtidai istintaq aparmış baş müstəntiq Fuad Babayevin ********* nömrəli cinayət işi üzrə müəyyən etdiyi hallarla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror kifayətlənərək ********* nömrəli cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. Müsafiəçi Müdafiəçi baş müstəntiq Fuad Babayevin məhkəməyədək icraatı aparan zaman özü-özünə etiraz etməli olduğu halda, kobud prosessual pozuntuya yol verib ibtidai istintaq apardığından, X3 və İstintaq bölməsinin rəisi Elşən Mürsəliyevin isə ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüququnu pozulduqlarından (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.3-cü maddələrinə əsasən cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını, məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş baş müstəntiq Fuad Babayev, X3 və İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev barələrində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında bildirmişdir ki, rayon prokurorluğu tərəfindən ittiham aktı ona təqdim olunmamış və cinayət işinin materialları ilə tanış olmamışdır. Cinayət işinin materialları ilə tanış olmasına dair yazılmış protokolda adının qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. Barəsində olan cinayət işinin ibtidai istintaqı Fuad adlı müstəntiq tərəfindən aparılmış, Natiq və Elşən adlı müstəntiqləri heç vaxt görməmişdir. Natiq və Elşən adlı müstəntiqlərin onun barəsində olan cinayət işini istintaq etmələrindən və barəsində cinayət işinin ayrıca icraata ayrılmasından məlumatı olmamışdır. İbtidai istintaq vaxtı müdafiə hüquqları pozulmuş, müdafiəçisi ona təqdim olunsa da müdafiəçisinin adını bilməmiş, müdafiəçisi ilə təklikdə görüşərək söhbət etməmişdir. Barəsində aparılan ibtidai istintaqa etiraz etmiş və yenidən istintaq aparılması üçün cinayət işinin Kürdəmir RPŞ-nə qaytarılmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 292.3-cü maddəsində göstərilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Dövlət ittihamçısı vəsatətə etiraz edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmamasını, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməməsini, Müdafiəçi tərəfindən verilmiş vəsatətin əsassız olduğundan təmin olunmamasını, məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan halların aşkar olunmadığını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsasların olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsi və məhkəmədə baxılmasını mümkünsüz edən, məhkəməyədək icraatın aparılması zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraatın etiraz edilməli və özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılmasını nəzərdə tutan Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.3-cü maddələrinin kobud pozulması halları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. “Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə dövlət hesabına vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin təqsirləndirilən şəxslə gizli ünsiyyəti olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Puatrimol Fransaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Həmin Məhkəmənin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X1rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət-Prosessual Məcəlləyə əsasən cinayət mühakimə icraatının əsas prinsiplərindən biri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan müstəntiqlər və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri kobud şəkildə pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Müdafiəçi tərəfindən verilmiş vəsatətdə göstərilən fakt məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 303.3.3-cü maddəsində göstərilən məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) tələblərinin pozulması hallarına yol verilmişdir. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və özü-özünə etiraz etməli olduğu halda məhkəməyədək icraatı aparan baş müstəntiq Fuad Babayev və təqsirləndirilən şəxsin müdafiə hüququnu pozduqlarından X3 və İstintaq bölməsinin rəisi Elşən Mürsəliyev barələrində xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.1); məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.3); Həmin Məcəllənin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). İş materiallarının İ cildinin 177-181-ci səhifələrində olan Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 4(041)-34/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarının İİ cildinin 53-58-ci səhifələrində olan Kürdəmir Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 4(041)-60/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 20 avqust 2024-cü il tarixdən 20 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarının İİ cildinin 202-208-ci səhifələrində olan Kürdəmir Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 4(041)-81/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 20 oktyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək uzadılmışdır. İş üzrə əlavə istintaq aparılması zərurətini və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində cinayət işinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntunun aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüququ təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1, 303.3.3 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: 1.Müdafiəçi vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılsın. 4.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(099)-747/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-747/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver