Məhkəmə qərarları › İş №1(099)-75/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-75/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-75/2022 31.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Ələsgər oğlunun iştirakları ilə, 1.xx xxxx 1999-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri M.Ə.Sabir küçəsi ev 04də qeydiyyatda olmaqla yaşayan, iş üzrə 09 may 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə; 2.xx xxxx 1972-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsi ev 24də qeydiyyatda olmaqla yaşayan, iş üzrə 09 may 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs1 10 mart 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki hasarın ətrafında torpağı şumlayıb orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan 07 ədəd, xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib onlara aqrotexniki qaydada xüsusi qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2021-ci ilin may ayının əvvəllərində satış məqsədi ilə həmin bitkilərin yaxşı inkişaf etmiş 02 ədədini torpaqdan çıxarıb onların hissələrini toplayaraq hazırlamaqla qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 38,571 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlamış, 07 may 2021-ci il tarixdə yaşadığı evin həyətində satış məqsədi ilə həmin bitkilərin qalan 05 ədədini torpaqdan çıxarıb 2 ədədini 1 dibçəyə, 3 ədədini isə 1 ədəd dibçəyə əkməklə ümumilikdə 2 ədəd dibçəkdə tanışı, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq verməklə satmışdır. 09 may 2021-ci il tarixdə saat 15 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı həmin 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, həmin tarixdə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin 38,571 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 3154,268 qram çəkidə qurudulmuş marixuananı əldə edərək saxlamış, həmçinin 07 may 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 2 ədədi 1 dibçəkdə, 3 ədədi 1 dibçəkdə olmaqla ümumilikdə 5 ədəd xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əvəzsiz olaraq almış, 09 may 2021-ci il tarixdə, saat 12 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri Xətai küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda həmin narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 4,268 qram olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 15 radələrində əməliyyataxtarış tədbirinin davamı olaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən razılığı əsasında özünün iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin qarşısında həmin 2 ədəd dibçəkdə ümumi 5 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və evin zirzəmisindən 1 ədəd göy rəngli polietilen torbadakı qara rəngli sellofan torbada narkotik vasitənin qalan hissəsi olan külli miqdarda 3150,0 qram çəkidə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 oğl məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2 və 2371-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək göstərdi ki, 2021-ci ilin mart ayında yaşadığı evin həyəthanı torpaq sahəsində 7 ədəd çətənə bitkisinin toxumlarını əkmişdir. Onlardan əmələ gələn bitkilərə qulluq etmişdir. Həmin bitkilərin hissələrindən özü üçün qurutmuşdur. Əkib becərdiyi 7 ədəd çətənə kollarından iki ədədini Cəmilə vermişdir. Lakin onun narkotik vasitə qurudulmuş marixuana satmaq məqsədi olmamışdır. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, bir ilə yaxınıdır ki, narkotik vasitələrdən istifadə edir. Tutulmasından üç-dörd ay əvvəl Cəlilabad şəhərində tanımadığı şəxsdən 50 manat pul verib bir ədəd kibrit qutusunda qurudulmuş marixuana almışdır. O, həmin narkotik vasitəni bir neçə dəfə istifadə etdikdən sonra onda qalan 07 ədəd toxumlarını 10 mart 2021-ci il tarixdə öz yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hasarın ətrafında torpağa əkmişdir. Həmin toxumlara xüsusi qulluq etmişdir. 2021-ci ilin may ayının əvvəllərində yaxşı inkişaf etmiş 2 ədəd kolu torpaqdan çıxarıb hissələrini toplamışdır. Sonra onları qurudaraq qurudulmuş marixuana əldə etmişdir. Həmin marixuananı sellofana büküb evdə kiminsə xəbər tutmasından qorxaraq şalvarının cibinə qoyub gizlətmişdir. 07 may 2021-ci il tarixdə evdə tək olan zaman tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 onların evinə gəlmişdir. Cəmil də narkotik istifadəçisi olduğundan Cəmilə həmin kolları götürməyi və əvəzində başqa narkotik vasitə olanda ona verməsini təklif etmişdir. Cəmil bu təklifini qəbul etmişdir. O, 5 ədəd çətənə kolunu torpaqdan çıxararaq 2 ədədini 1 dibçəyə, 3 ədədini isə 1 dibçəyə əkməklə ümumilikdə 2 ədəd dibçəkdə 5 ədəd çətənə kolunu Cəmilə vermişdir. O, dibçəkləri sellofan torbaya yerləşdirərək onların evindən getmişdir. 09 may 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Cəlilabad şəhəri M.Ə.Sabir küçəsində piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hərhansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində marixuana olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad Rayon Rolis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa, könüllü şəkildə təqdim etsin. O da əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan şəffaf sellofandakı narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Anar Ağayevin iştirakı ilə həmin narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa 14 may 2021-ci il tarixdə onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə razılığı əsasında müdafiəçisinin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar da həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilmiş, 234.4.3-cü maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, onda cəmi iki ədəd çətənə bitkiləri olmuşdur. Həmin bitkiləri ona Təqsirləndirilən şəxs1 vermişdir. Lakin onun üzərində narkotik vasitə qurudulmuş marixuana olmamışdır. Eləcə də yaşadığı evin zirzəmisində 3150 qram narkotik vasitə qurudulmuş marixuana olmamışdır. Həmin qurudulmuş marixanalar üzərinə və yaşadığı evin zirzəmisinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının ortalarında yaşadığı Cəlilabad şəhəri, Xətai küçəsi ilə hərəkət edən zaman yerdən bir bükülüdə 6 ədəd çətənə kolunun toxumlarını tapmışdır. Həmin toxumları yaşadığı ünvan 2 ünvanında 2 ədədini 1 dibçəyə, 3 ədədini 1 dibçəyə, 1 ədədini isə 1 dibçəyə əkmişdir. 2021-ci ilin may ayının əvvəllərində 1 dibçəyə əkdiyi 1 ədəd toxum yaxşı yetişmişdir. Həmin kolun hissələrini yığıb qurutmaqla marixuana əldə etmişdir. Həmin marixuananı gizlətmək məqsədi ilə 1 ədəd kibrit qutusuna yığaraq üzərində gəzdirmişdir. Digər 2 ədəd dibçəkdə olan 5 ədəd kolu isə yaşadığı evin qarşısında gizlətmişdir. 09 may 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı Cəlilabad şəhəri, Xətai küçəsində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində marixuana olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa, könüllü şəkildə təqdim etsin. O da əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 1 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisinin iştirakı ilə həmin narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Bundan başqa həmin gün saat 15 radələrində onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə razılığı əsasında müdafiəçisinin, mütəxəssisin, həyat yoldaşı Südabə Mənsimovanın iştirakları ilə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, könüllü şəkildə təqdim etsin. O da yaşadığı evin qarşısında gizlətdiyi 2 ədəd dibçəkdəki 5 ədəd çətənə kolunu polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisinin iştirakı ilə həmin kollar qablaşdırılıb möhürlənmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilən zaman yaşadığı evin zirzəmisindən bir ədəd qara və göy rəngli torbaya qoyulmuş nanəyə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə ona məxsus olmamış, kütlənin ora kim tərəfindən qoyulmasından məlumatı olmamışdır. Bundan sonra həmin kütlə də müdafiəçisinin iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid5 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi zaman Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 Cəlilabad şəhər ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi, satması və daşıması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilməklə 09 may 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Xətai küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 da əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana vardır. Həmin kibrit qutusuna baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə üzərindən aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Bundan başqa daxil olmuş məlumat əsasında 09 may 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla müdafiəçinin və Təqsirləndirilən şəxs2 həyat yoldaşının iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, evdə və həyətyanı sahəsində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 evin qarşısında 2 ədəd plastik qabda olan ümumilikdə 5 ədəd narkotik tərkibli kolları təqdim etmiş və həmin kollara baxış keçirilərək götürülmüşdür. Bundan sonra baxış zamanı evin zirzəmisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və götürülmüşdür. Bundan başqa Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyət məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilməklə 14 may 2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə özünün iştirakı ilə və videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, evdə və həyətyanı sahəsində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 yaşadığı evdə və həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra sonuncunun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 da Şahid5lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid6 məhkəmədə göstərdi ki, X2 İnkişaf Məpkəzində bitkiçilik sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. 09 may 2021-ci il tarixdə mütəxəssis kimi dəvət olunmaqla Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı evin qarşısındakı iki ədəd dibçəyin birində iki ədəd nisbətən böyük, digər divçəkdə isə üç ədəd kiçik, xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları aşkar edilmişdir. Çətənə kolları polis əməkdaşları tərəfindən götürülmüşdür. 09 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin kibrit qutusunun içərisində narkotik vasitə olmasını bildirmiş, həmin qutuya baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq, möhürlənərək götürülmüşdür. 09 may 2021-ci il tarixli baxış, axtarış və götürmə haqqında protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sonuncu evin qarşısında 2 ədəd plastik qabda olan ümumilikdə 5 ədəd narkotik tərkibli kolları təqdim etmişdir. Həmin kollara baxış keçirilən zaman narkotik təbiətli çətənə kollarına bənzər kollar olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 bundan başqa yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirsə də, baxış zamanı evin zirzəmisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılaraq götürülmüşdür. 09 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq, möhürlənərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 10 may 2021-ci il tarixli, 7/446 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi -4,268 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 10 may 2021-ci il tarixli, 7/447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir bükümdə təmiz çəkisi - 38,571 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 10 may 2021-ci il tarixli, 7/448 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş 5 ədəd bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs2 yaşadığı evin zirzəmisində aşkar olunaraq götürülmüş, göy rəngli polietilen torbadakı qara rəngli sellofan torbada təmiz çəkisi 3 kiloqram, 150 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 38,551 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından soonra qalmış 4,208 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış 3149,95 qram narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Cəlilabad Rayon Polis Şöbəsinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə” və “baxış, axtarış və götürmə” haqqında 09 may 2021-ci il tarixli istintaq hərkətlərinin videoçəkilişini əks etdirilmiş 2 ədəd “DVD” disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 558 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 559 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 1278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən həbsdə olduğu müddətdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə başqa cinayəti törətməyə görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinməklə ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2002ci ildə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2002 və 2007-ci illərdə doğulmuş iki uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində şikayət daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs1 subaydır, yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə bitkilərini kultivasiya etməsi və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı hazırlaması, əldə etməsi, saxlaması və daşıması; Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda kültivasiya etməsi, hər ikisinin əmllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onların ibtidai istintaqda verdikləri ifadələrini obyektiv ifadə kimi qiymətləndiirir və sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs1 CM-nin 234.2 və 237.1-ci maddələrpində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cm-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm şanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3 və 237.1-ci maddələrpində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cm-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm şanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 93.1.2-ci maddəsində nəzərdə ttulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad rayon polis şöbəsində saxlanılan 38,551 qram, 4,208 qram və 3149,95 qram çəkilərdə qurudulmuş marixuana, 05 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, şəxsi axtarış baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 199,38 (yüz doxsan doqquz) manat 38 (otuz səkkiz) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 99 (doxsan doqquz) manat 69 (altmış doqquz) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.1-ci maddəsi ilə 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdlan məhpum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3, və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 38,551 qram, 4,208 qram və 3149,95 qram çəkilərdə qurudulmuş marixuana, 05 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Şəxsi axtarış və baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 199,38 (yüz doxsan doqquz) manat 38 (otuz səkkiz) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 99 (doxsan doqquz) manat 69 (altmış doqquz) qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar