Məhkəmə qərarları › İş №1(099)-750/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-750/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-750/2022 27.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 47-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-12,387 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, və şəxsi istehlak miqdarında-1,59 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 16 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı evə onun iştirakı ilə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən hamamın bacasının içərisində gizlətdiyi 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,317 qram, 1,522 qram, 1,678 qram, 1,337 qram, 1,635 qram, 1,403 qram- ümumi çəkisi 8,892 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,63 qram-ümumi çəkisi 1,04 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götrülmüş, həmin tədbirlərin davamı kimi o, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol ön cibindən 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,689 qram, 1,806 qram-ümumi çəkisi 3,495 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli kağız bükümdə 0,30 qram və 01 ədəd kağız borucuğun içində 0,25 qram-ümumi çəkisi 0,55 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götrülmüşdür. Məhkəmə istintaqıda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan yeddi ildir ki, istifadə edir. Psixotrop maddə metamfetamindən isə bir neçə ay olar ki, istifadə edir. 16 sentyabr 2022-ci il tarixdən təxminən 2 gün əvvəl Kürdəmir şəhərində yerləşən dəmir yolunun kənarı ilə gedərkən sellofan paket görmüş və həmin sellofan paketə nəzər saldıqda içərisində 2 ədəd siqaret qutusu və həmin qutuların içərisində psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin selofan paketdə olan narkotik vasitədən və psixotrop maddədən istifadə etmək üçün götürüb yaşadığı evə gəlmişdir. Yaşadığı evin həyətyanı sahəsində yerləşən hamamın bacasındakı borunun içərisində narkotik vasitəni və psixotrop maddəni gizlətmişdir. Həmin vaxt narkotik vasitənin və psixotrop maddənin bir hissəsini istifadə etmək üçün götürərək üzərində saxlamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan bir dəfə istifadə etmişdir. 16 sentyabr 2022-ci il tarixdə evdə olduğu zaman Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları evinə gələrək ona üzərində və yaşadığı evdə narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirərmiş, yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da evdə narkotik vasitə olduğunu demişdir. Onun iştirakı ilə baxış keçirilərkən özü narkotik vasitənin həyətdəki hamamda olduğunu bildirmiş və hamama daxil olub sağ tərəfdə yerləşən bacadakı borunun içərisində gizlətdiyi 2 ədəd siqaret qutusunu götürüb təqdim etmişdir. Siqaret qutularına baxış keçirilərkən qutuların birinin içərisində 6 ədəd polietilen büküm və digər siqaret qutusunda 2 ədəd kağız büküm aşkar edilmişdir. Baxış keçirilərkən 6 ədəd polietilen bükümlərdə kristal şəkilli, pisxotrop maddə metamfetaminə bənzər, 2 ədəd kağız bükümlərdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütllər olduğu müəyyən edilmişdir. Bundan sonra o, Kürdəmir Rayon Polis Şöbəsinə gətrilmiş, şübhəli şəxs qismində tutuluqdan sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsindən əvvəl üzərində narkotik vasitələr vardırsa, təqdim etməsi təklif edilmişdir. O, əynindəki şalvarın sol ön cibindən 02 ədəd polietlen büküm, 01 ədəd kağız büküm, 01 ədəd kağız falqaya bükülmüş kütlələri çıxarıb təqdim etmişdir. Bundan başqa 01 ədəd “Samsung” markalı telefonu və 01 ədəd “Kapital” banka məxsus bank kartını da təqdim etmişdir. Onun təqdim etdiyi maddələr, telefon və bank kartı götürülmüşdür. Özü narkotik vasitələrdən istifadə edir, aşkar olunmuş maddələri satmaq məqsədi olmamış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Kürdəmir Rayon Polis X2 Qqrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 sentyabr 2022-ci il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və evində saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 13:30-da digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1-də yerləşən fərdi yaşayış evinə getmişlər. Onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, yaşadığı evdə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. O, yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Mürşüdov İslamovun razılığı və iş tirakı ilə yaşadığı evə baxış keçirilərkən o, narkotik vasitənin həyətdə yerləşən hamamda olduğunu bildirmiş, hamama daxil olub sağ tərəfdə yerləşən bacanın üzərində olan borunu çıxarıb içərisində olan 2 ədəd “Prima” və “Classic” markalı siqaret qutularını götürərək təqdim etmiş, siqaret qutularında “şüşə”-yəni psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Baxış zamanı “Prima” markalı siqaret qutusunun içərisində 6 ədəd polietlen büküm, “Classic” markalı siqaret qutusunda isə 2 ədəd qara rəngli kağız bükümlərin olması müəyyən olundu. Baxış zamanı 6 ədəd polietlen bükmlərdə kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlələrin, 2 ədəd kağız bükümlərdə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütllərin olması müəyyən olunmüşdür. Həmin maddlər qablaşdırılaraq götürülmüş və bu barədə onların iştirakları ilə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış keçirilməsindən əvvəl ona üzərində narkotik vasitələr və başqa qanunsuz əşyalar vardıprsa, təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sol cibindən 02 ədəd polietlen büküm, 01 ədəd qara rəngli kağız büküm və 01 ədəd falqa, şalvarının sağ cibindən 01 ədəd “Samsung A20” markalı mobil telefonu, 01 ədəd “LD” markalı siqaret qutusu və 01 ədəd “Kapital” banka məxsus bank kartlarını çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bükümlərə baxış keçirilərkən 02 ədəd polietlen bükümlərdə kristal fomalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən oldunmuşdur. 01 ədəd kağız büküm və 01 ədəd falqa açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Onun təqdim etdiyi bükümlər götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, onların özünə məxsus olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni dəmir yolunun kənarında sellofanın içərisində olan 2 ədəd siqaret qutusunda tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Yalnız narkotik vasitələrin istifadəçisi olması barədə məlumatları olmuşdur. Kürdəmir Rayon Polis Şöbəsinin polis nəfəri Şahid2 Zülfiqar oğlu da məhkəmədə Şahid1la eyni məzmulu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan, baxış keçirilməsi və götürmə aparılması barədə 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Kürdəmir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 47-də yerləşən fərdi yaşayış evininə onun iştirakı ilə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən hamamda, bacanın üzərində olan borunu çıxarıb içərisində olan 2 ədəd “Prima” və “Classic” markalı siqaret qutularını götürərək təqdim etmiş, qutularda “şüşə”, yəni psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Prima” markalı siqaret qusunun içərisində olan 6 ədəd polietilen bükümlərə baxış keçirildikdə içərisində kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlələrin, «Classic» markalı siqaret qutusundakı 2 ədəd bükməlrədə isə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs kimi tutulmuş, şəxsi axtarış aparılmasına başlamazdan əvvəl ona üzərində narkotik vasitələr vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, şalvarının sol ön cibindən 02 ədəd polietlen büküm, 01 ədəd qara rəngli kağız bükümü və 01 ədəd falqa, şalvarının ön sağ cibindən 01 ədəd “Samsung A20” markalı mobil telefonu və 01 ədəd “Kapital” banka məxsus bank kartını çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axatrışı davam etdirilsə də, üzərində başqa qanunsuz aşyalar aşkar olunmamışdır. Onun təqdim etdiyi bükümlər, “Samsung A20” markalı mobil telefon və 01 ədəd “Kapital” bank kartı götürülmüşdür. Kompleks materialların məhkəmə ekspertizasının və məhkəmə bioloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 18/1036-1037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,689 qram və 1,806 qram-ümumi çəkisi - 3,495 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,30 qram, 01 ədəd kağız borucuğun içərisində təmiz çəkisi 0,25 qram- ümumi təmiz çəkisi 0,55 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs evindən götürülmüş 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,317 qram, 1,522 qram, 1,678 qram, 1,337 qram, 1,635 qram, 1,403 qram - ümumi çəkisi 8,892 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,41 qram, 0,63 qram, ümumi çəkisi - 1,04 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan psixotrop maddə metamfetaminlər və qurudulmuş marixuanalar eyni tərkiblidirlər. “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 699 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs 2021-ci il tarixdən “Yüngül nevrotik reaksiyalar” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinka şöbəsində həkim psixiatrın qeydiyyatında durur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1466 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 643/226 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 12,387 qram psixotrop maddə metamfetamini və 1,59 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs “Yüngül nevrotik reaksiyalar” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinka şöbəsində həkim psixiatrın qeydiyyatında olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 11,987 qram psixotrop maddə metamfetamin və 1,51 qram qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş, istintaq hərəkətləri barədə 02 ədəd videodisklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 11,987 qram psixotrop maddə metamfetamin və 1,51 qram qurudulmuş marixuana məhv edilsin, istintaq hərəkətləri barədə 02 ədəd videodisklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar