Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-752/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 30-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-ci ilin may ayının sonlarında Lənkəran rayonunda satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda, 18,280 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 26 may 2023-cü il tarixdə saat 02:00 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroin sellofan kəsiyi bükümündə əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ev 46/6, mənzil 30-da yaşayır. Özü narkotik vasitə heroindən istifadə edir. 26 may 2023-cü il tarixdə gecə saat 02 radələrində evində yatdığı zaman narkotiklərlə mübarizə üzrə regional şöbənin əməkdaşları evinə gələrək onun üzərinə narkotik vasitə heroin qoymuş və onu regional polis şöbəsinə aparmışlar. Polis işçiləri onu saxlayarkən üzərində faktiki olaraq heç bir narkotik vasitə heroin olmamışdır. Polis işçiləri onu küçədə tutmamışlar. Polis işçiləri onu qardaşını da tutmaqla hədələmişlər. Qardaşı isə xəstə adamdır. Ona görə də məcbur olub guya polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olması, heroini Lənkəran şəhərində Böyük Bazar adlanan yerdə tanımadığı şəxsdən alması barədə yalan ifadə vermişdir. Heroin üzərinə polis işçiləri tərəfindlən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 20 ilə yaxındır ki, narkotik vasitə heroindən zərdə çəkmək yolu ilə istifadə edir. Bu səbəbdən narkotik vasitələrdən asılılığı yaranmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul edir. 20 may 2023-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində əvvəllər narkotik vasitə aldığı şəxsi görüb ondan hissə-hissə istifadəsi üçün hər qrammı 10 manatdan olmaqla 200 manat pul müqabilində 20 qram narkotik vasitə heroin almışdır. Saxlanılan günə kimi aldığı həmin heroinin bir hissəsini zərdə çəkmək üsulu ilə istifadə etmişdir. 26 may 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman mənzilin havası isti olduğuna və narkotik vasitə heroindən qəbul etmək tələbatı yarandığına görə yaşadığı mənzildən çıxıb binanın qarşısında dayanmış, heroindən qəbul etmək üçün sakit bir yer axtaran zaman ona yaxınlaşan polis işçiləri tərəfindən saxlanılmışdır. Regional polis şöbəsinə dəvət olunmuş, şöbədə üzərində müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində qanunla qadağan edilmiş əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Heroin tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilən Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ev 46/6, mənzil 30-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 26 may 2023cü il tarixdə saat 02:00 dəqiqədə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 46/6 nömrəli binanın yaxınlığında saxlamışlar. Ona üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduğunu bildirmiş və regional polis şöbəsinin inzibati binasına gətirmişlər. Regional şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunduqda o, əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək, bükümün içərisində heroin olduğunu, heroini İran İslam Respublikası vətəndaşı, Rza adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayıb onun kart hesabına 200 manat pul köçürdüyünü, saxlanılmamışdan 3-4 gün öncə Ələt-Astara yolunun 180-ci kilometrliyinə tək gedib həmin maddəni götürdüyünü, həmin maddədən qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşı Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 26 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-ci il tarixdə saat 02:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/6 nömrəli binanın yaxınlığında saxlanılaraq regional polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olmuş şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu və ona məxsus olduğunu göstərmişdir. Aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Materialların məhkəmə ekspertizasının 26 may 2023-ci il tarixli, 19/58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 18,280 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2023-ci il tarixli, 567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli tələbnaməsindən, məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökümə əsasən Azərbaycan Respublikası CM-nın 177.2.4, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 03 il 6 ay müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə Nazimi Rayon Məhkəməsinin qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən cəzadan 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 18,280 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 02 radələrində evində yatdığı yerdə tutub polis şöbəsinə aparmaları, həmin vaxt üzərində narkotik vasitə olmaması, üzərinə narkotik vasitənin polis işçiləri tərəfindən qoyulması, qardaşını da həbs edəcəkləri ilə hədələndiyinə görə məcbur olub narkotik vasitənin guya özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi 20 may 2023-cü il tarixdə 200 manat pul verərək 20 qram narkotik vasitə heroin alması, onun bir hissəsini istifadə etməsi, bir hissəsini isə üzərində saxlaması, 26 may 2023-cü il tarixdə gecə saat 02 radələrində polis işçiləri tərəfindən yaşadığı evin yaxınlığında saxlanılması, həmin vaxt üzərində faktiki olaraq 18,280 qram narkotik vasitə heroin aşkar olunması barədə ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etğməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 18,180 qram narkotik vasitə herion məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərə dair 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 18,180 qram narkotik vasitə herion məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərə dair 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-752/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-752/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver