Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-752/2024 20.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 4(018)-56/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda-1,46 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, DİN-in BNMİ-nin X6 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 iyul 2024-cü il tarixdə, saat 17:05-də Astara rayonu, Şiyəkəran kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofana bükülmüş xeyli miqdarda-1,46 qram olan narkotik vasitə heroin əynində olan cins şalvarın kiçik sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-19779,887 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini üzərində, bir hissəsini isə Astara rayonu, Şiyəkəran kəndində yerləşən yaşadığı evin həyətindəki hində saxlamış, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 06 avqust 2024-cü il tarixdə, saat 21:18-də Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 02 ədəd kibrit qutusunda ayrıayrılıqda çəkiləri 5,981 və 8,906 qram, ümumi təmiz çəkisi 14,887 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 23:30-da yaşadığı evin həyətinə keçirilən baxış zamanı 02 ədəd kisənin içərisində, ümumilikdə 09 ədəd bağlamada, ayrı-ayrılıqda çəkiləri 2715,0 qram, 2100,0 qram, 1945,0 qram, 2185,0 qram, 2480,0 qram, 2020,0 qram, 1935,0 qram, 2100,0 qram və 2285,0 qram olmaqla, ümumilikdə külli miqdarda-19779,887 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan hin kimi istifadə olunan yarımtikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. 25 iyul 2024-cü il tarixdə Daxili İşlər Nazirliyi Cənub X2 əməkdaşları onu saxlamışlar. Həmin vaxt üzərində saxladığı narkotik vasitə olan heroin, üzərindən aşkar olunmuşdur. Həmin heroin özünə məxsus olmuşdur. Heroini öz istifadəsi üçün üzərində gəzdirmişdir. 06 avqust 2024-cü il tarixdə axşam vaxtı Astara rayonu, Şiyəkəran kəndinin mərkəzində yerləşən “Halal” marketə getmək üçün evdən çıxmışdır. Yolda çayxananın qarşısından keçəndə əməliyyatçılar Həsəni, Fuadı və rəis müavini Amili görüb onlara salam vermişdir. Polis əməkdaşları ona zəhmət olmasa bizə yaxınlaş demişlər. Polis əməkdaşlarına yaxınlaşdıqdan sonra onu avtomobilə otuzdurub aparmışlar. Yolda polis əməkdaşlarına “məni niyə tutursuz” demişdir. Polis əməkdaşları ona “sən onsuzda getməlisən” demişlər. Polis əməkdaşlarına cinayət törətməsi ilə əlaqədar bir dəfə tutulsa da polis şöbəsindən onu buraxdıqlarını demişdir. Regional onu tutub, üzərindən narkotik aşkar olunub, ona görə məsuliyyət daşıdığını bilmişdir. Evinin qarşısından keçən polis əməkdaşlarına maşını saxlayın evə məlumat verim demişdir. Polis əməkdaşları maşını saxlamamışlar. Maşında onunla birlikdə arxada polis əməkdaşı Həsən oturmuşdur. Həsən çantasından 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb götürməsini tələb etmişdir. Polis əməkdaşlarına nə üçün götürməli olduğunu dedikdə, polis əməkdaşları götürməlisən demişlər. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Şöbədə onu bir neçə saat saxlamışlar. Polis şöbəsində onun ailə vəziyyəti ilə və həyətdə hansı tikilinin olması ilə maraqlanmışlar. Polis əməkdaşlarına həyətdə toyuq hininin olmasını bildirmişdir. Sonra ona təzyiqlər etmişlər. Otağa bir nəfər əlində dubinka ilə gəlmişdir. Polis əməkdaşlarına evin tək uşağı olmasını, səhv etməsini, ancaq peşman olmasını demişdir. Polis əməkdaşları ona “sənin valideynini polis şöbəsinə gətirərik” demişlər. Polis əməkdaşlarına nəslində narkotik vasitə qəbul edən adam olmadığını, bir səhvdir etdiyini bildirmişdir. Sonra polis əməkdaşları ona demişlər ki, “səni valideyninin yanına aparacağıq”. Onu maşına otuzdurub Şahağacı kəndinə aparmışlar. Orada videoçəkiliş etmişlər. Polis əməkdaşlarına Şahağacı kəndində saxlanılmadığını, harada saxlanılmışsa orada çəkiliş etmələrini bildirmişdir. Bu barədə məhkəmdə ifadə verərkən bildirəcəyini demişdir. Rəis müavininin otağında dizlərini yerə qoyub “anam ankoloji xəstədir, mənimlə belə etməyin” demişdir. Gecə saat 03 radələrində onu maşına mindirib evlərinə aparmışlar. Onu kənarda saxlayıb polislər həyətə daxil olmuşlar. Sonra gəlib ona demişlər ki, toyuq hinində narkotik vasitə var gedib onu təqdim edərsən. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onun başına vurmuşlar, qollarına qandal vurmuşlar, əllərini qapının arasına qoymaq istəmişlər. İstintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarət olmamışdır. İbtidai istintaq zamanı döyülməsinə görə deyil, anasının polis şöbəsinə gətirilməsi ilə hədələndiyi üçün etirafedici ifadələr vermişdir. Birinci dəfə saxlanılanda üzərindən heroin aşkar olunmuşdur. İkinci dəfə saxlanılan zaman polis əməkdaşıları Həsən, Fuad, Amil çayxanada çay içmişlər. Çayxana Kolatan kəndində yerləşmişdir. Şahağacı kəndində olmamış, həmin kəndə getməmiş, orada tutulmamışdır. Polis əməkdaşları çayxanada çöldə oturmuşlar. Çayxananın qarşısından keçəndə polis əməkdaşlarından Həsənlə Fuada salam vermişdir. Polis əməkdaşları onu yanlarına çağırmışlar o, polis əməkdaşlarına yaxılaşıb onlarla görüşdükdə, polis əməkdaşları onu maşına otuzdurub aparmışlar. Evdə anasıyla yaşamışdır. Üstündə olan karobkaları polis əməkdaşı Həsən ona verərək götürməsini bildirmişdir. Maşında Həsən, Amil və Fuad adlı polis əməkdaşları olmuşdur. Həsən maşında arxa oturacaqda oturmuşdur. Polislər ona hədə qorxu gəldikləri üçün məcbur olub narkotik vasitəni götürmüşdür. Onu Şahağacı kəndinə gətirib orada çəkiliş etmişlər ki, guya onu Şahağacıda tutmuşlar. Evində narkotik vasitə olmasını deməsi üçün, polis əməkdaşları ona təzyiqlər etmişlər. Gecə saat 02:30 radələrində evinə gedib çəkiliş etmişlər. Evinin həyətində toyuq hinindən nəşə çıxmışdır. Evə çatanda polis əməkdaşları onu aralıda saxlamışlar, polis əməkdaşları özləri narkotik vasitəni toyuq hininə qoymuşlar. Evinin həyətində olan toyuq hininə narkotik vasitəni polis əməkdaşlarından kimin qoyduğunu bilməmiş, narkotik vasitənin harada olmasını polis əməkdaşları özləri ona başa salmışlar. Səhvi onda olmuşdur ki, bu barədə prokurora bildirməmişdir. Polis əməkdaşları, onun işini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər. Ona görə də barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə bu barədə deməmişdir. Narkotik vasitə istifadə etmişdir. Bu işlərdən başı çıxmamışdır. Onu 06 avqust 2024-cü ildə saxlamışlar. Saxlanılan zaman üzərində 20-21 manat pul olmuş, üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları “Niva Shevrolet” markalı avtomobildə olmuşlar. Onu çayxananın qabağında saat 19-20 radələrində saxlamışlar və Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirmişlər. Şahağacı kəndinə isə onu saat 20 radələrində aparmışlar. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan sənədlərə imza etdirmişlər. Narkotik vasitə ilə bağlı heç kimlə danışmamışdır. Narkotik vasitə ilə bağlı bir nəfərlə çoxdan danışmış, həmin danışıqda “20 manatım var, 10 manat ağ mal üçün, 10 manat qara mal üçün” demişdir. Həmin danışığı, tutulmamışdan bir aydan çox əvvəl olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın mahiyəti ona aydındır, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 25 iyul 2024cü il tarixdə günorta saatlarında Astara rayonu, Züngləş kəndi istiqamətində İstisu yolunda “Qaradaş” adlanan ərazidə adını bilmədiyi şəxsdən 20 manat pul verərək şəxsi istehlakı üçün bir bükümdə narkotik vasitə heroin əldə etmiş, həmin kütləni əynində olan cins şalvarın cibinə qoyaraq istifadə etmək məqsədilə üzərində daşımış, 25 iyul 2024-cü il tarixdə saat 17 radələrində Astara rayonu, Şiyəkəran kəndinin mərkəzində hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər, sonra onu Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, adətən kakos adlanan narkotik vasitə heroindən istifadə edir, sonra ona təklif olundu ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin, bu təklifdən sonra əynindəki cins şalvarımın sol yan cibindən içərisində siqaret dənələri olan “LD” siqaret qutusunu, bir ədəd alışqanı, “İphone” markalı mobil telefonunu, şalvarının arxa sağ cibindən cəmi 2 manat pulunu və şalvarının kiçik sağ yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə narkotik maddə heroini çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmiş ki, təqdim etdiyi bükümdə narkotik vasitə heroin var, ona məxsusdur, bu gün Astara rayonunda İstisu yolunda yerləşən “Qaradaş” ərazidə olarkən adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 20 manata almış, əldə etdiyi heroindən qebul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur, təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, sonra üzərinə şəxsi axtarış keçirildikdə hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmamış, üzərindən aşkar olunmuş 2 manat pul, alışqan və içərisində siqaret dənələri olan siqaret qutusu ona qaytarılmış, mobil telefonu isə götürülərək protokola əlavə olunmuşdur. Təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə kütləsi 1,57 qram çəkidə olması müəyyən edilmiş, həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışdır. Verilən suallara cavab olaraq, törətdiyi əmələ görə peşman olduğunu, ona verilən sualları tam başa düşdüyünü bildirmişdir. Ona qarşı hər hansısa qanunsuz hərəkətlər edilməmiş, üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolu doğru bilib imzalarla təsdiq etmişdir. Bundan başqa, 06 avqust 2024-cü il tarixdə, Astara RPŞ-nin əməkdaşları tərəfindən tutulmazdan 3 gün əvvəl, hava qaralana yaxın Ələt-Astara magistral yolunun Astara rayonu, Şahağacı kəndindən keçən hissəsində, körpünün yaxınlığında Astara rayonundan Bakı şəhəri istiqamətində hərəkət edən ağ rəngli "TİR" yük avtomobilindən 2 ədəd ağ rəngli kisənin atıldığını görmüş, həmin kisələrə heç kimin yaxınlaşmadığını gördükdən sonra özü yaxınlaşıb kisələrə baxmış, içərilərində bağlamalar aşkar etmiş, həmin bağlamalardan 2 ədədini götürüb evə gətirmiş, evdə bağlamaların içərisinə baxıb qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra həmin gün yenidən bağlamaların atıldığı yerə gedib digər bağlamaların da hamısını evə gətirmişdir. 06 avqust 2024-cü il tarixdə həmin bağlamalarda olan qurudulmuş marixuanadan 2 ədəd kibrit qutusuna qoymuş, istifadəsi üçün öz üzərində saxlamış, həmin kütlələrdən istifadə etməmiş, heç kimə verməmiş, satmamışdır. 06 avqust 2024-cü il tarixdə saat 21:18 radələrində Astara rayonu, Şahağacı kəndində olan zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamış və üzərində qanunsuz əşya, predmet olduğu təqdirdə təqdim etməyi bildirilmiş, əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə təqdim etmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz predmet aşkar edilməmiş, bundan sonra onu Astara polis şöbəsinə gətirmiş və onun iştirakı ilə üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuananı yaşadığı evin həyətində yerləşən hində qoyduğu qurudulmuş marixuanadan götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Astara rayonu, Şiyəkəran kəndində yaşadığı evin həyətində yerləşən hinə baxış keçirilmiş, baxış zamanı hinin içində qoyduğu 2 ədəd kisənin içərisində olan 9 ədəd qara rəngli bağlamanı təqdim etmiş, bağlamaların içərisinə baxıldıqda qurudulmuş marixuana aşkar edilmiş, daha sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana bağlamaları ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq etmişdir. Adətən narkotik vasitə heroin və qurudulmuş marixuanadan istifadə etmiş, heç bir zaman narkotik vasitə satmamış və satmaq məqsədi də olmamış, yaşadığı evin həyətindəki hində narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə ailə üzvlərinin məlumatı olmamışdır. Ona qarşı heç kim zor tətbiq etməmiş, heç kim ona hədə-qorxu gəlməmiş, bu barədə heç kimdən şikayət və tələbi yoxdur. Əvvəllər istifadəsində üzərində ***-***-**-** mobil nömrə ola “İphone” markalı mobil telefon olsa da hazırda istifadəsində mobil telefon və nömrə yoxmuş, istifadəsində olmuş ***-***-**-** mobil nömrədən digər mobil nömrələrə “Brat sivoy masin yoxdu taksi ile gelirem sen cani tapsir 10 qara bali 10 ag baliq yoldayam polu yol üstü atiram 20 manat”, “Brat indi polu atdim Rayondan cixdim alinsa ag qara Brat Alinmasa h”, “Qaqas gelse mene pati guture bilersen cekmeye bugun gelib deyerem sene” və ***-***-**-** mobil nömrədən istifadəsində olmuş həmin mobil nömrəyə “Sen canı gör ne ede bilir sen deli olaram bütün günü yazıxam” və “Acda poxu canım axrayir” məzmunlu SMS-lər göndərilməsi aşkar olunması barədə bildirmişdir ki, narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə satan qiyabi tanıdığı şəxslərin mobil nömrələrinə göstərilən məzmunlarda SMS-lər yazmış, həmçinin ətrafında olan narkotik vasitə istifadəçisi olan tanışları da ona onlar üçün narkotik vasitə tapmağını istəmiş və o da satış məqsədilə deyil, həmin şəxsləri ağrıdan çıxarmaq məqsədilə onlara narkotik vasitə tapıb vermiş, həmçinin ***-***-**-** mobil nömrəsini kimin istifadəsində olmasını dəqiq xatırlamır, amma yazılan SMS-in məzmunu təxmini xatırlayır, əvvəllər hansısa tanışı üçün narkotik vasitə tapıb ona verdiyindən o ondan yenidən narkotik vasitə istəmiş və bu məzmunda SMS-i yazmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hədə-qorxu gəlinmədiyini bildirmiş və heç kimdən şikayət və tələbi olmadığını demişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə etirafedici izahat verməsinin səbəbi anasının polis şöbəsinə gətirilməsinə dair hədələnməsi olmasını, üzərindən və yaşadığı evin həyətində yerləşən toyuq hinindən aşkar olunmuş narkotik vasitə marixuananın özünə məxsus olmamasını, polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsini, polis əməkdaşlarının onu Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlamadıqlarını, polis əməkdaşlarının onu Kolatan kəndi ərazisində saxlamalarını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə etirafedici izahat verməsinin səbəbi polis əməkdaşları tərəfindən anasının polis şöbəsinə gətirilməsi ilə hədələnməsi, üzərindən və yaşadığı evin həyətində yerləşən toyuq hinindən aşkar olunmuş narkotik vasitə marixuananın özünə məxsus olmaması, polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi, polis əməkdaşlarının onu Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlamadıqları, onu Kolatan kəndi ərazisində saxlamaları ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 06 avqust 2024cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxslə əvvəllər hər hansı tanışlığı və onunla heç bir qərəzi yoxdur. 06 avqust 2024-cü il tarixdə, saat 21 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Şiyəkəran kəndi istiqamətində getmiş, Şiyəkəran kəndinə çatmamış, Şahağacı kəndində olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb əvvəlcə onu izləmiş, daha sonra isə dərhal ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maaddə saxlamaqda şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə narkotik vasitə marixuanadır, özünə məxsusdur və istifadə etmək məqsədilə üzərində saxlamışdır, daha sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd kibrit qutusu tərəfimizdən elektron tərəzidə çəkilmiş və çəkisinin 21.1 qram olması müəyyən edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs və üzərindən aşkar olunmuş kütlələr Astara RPŞ-yə gətirilərək araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə təhvil verimişdir. 06 avqust 2024-cu il tarixdə saat 22:30-dan saat 22:45-dək olan müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən götürülmüş iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə ölçülərək çəkisinin 21.3 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə özünə məxsusdur, tutulmazdan 3 gün əvvəl, hava qaralana yaxın Ələt- Astara magistral yolunun Astara rayonu, Şiyəkəran kəndindən keçən hissəsində, körpünün yaxınlığında Bakı şəhəri istiqamətində hərəkət edən "TİR" yük avtomobilindən 2 ədəd paket atılmış, həmin paketlərə heç kimin yaxınlaşmadığını gördükdən sonra yaxınlaşıb paketlərə baxmış və içərilərində bağlamalar olduğunu aşkar etmiş, həmin bağlamalardan 2 ədədini götürüb yaşadığı evə gətirmiş, evdə bağlamaların içərisinə baxıb qurudulmuş marixuana olduğunu gördükdən sonra yenidən bağlamaların atıldığı yerə gedib digər bağlamaların da hamısını evə gətirmiş, 06 avqust 2024-cü il tarixdə həmin bağlamalarda olan qurudulmuş marixuanadan 2 ədəd kibrit qutusuna qoyaraq öz üzərində saxlamış, qalan qurudulmuş marixuanaları yaşadığı evin həyətində yerləşən hində saxlayaraq gizlətmiş və həmin bağlamalarda olan kütlələri təqdim edə bilmişdir. Təqsirləndirilən şəxs Astara rayon Şiyəkəran kəndində yaşadığı evin həyətindəki hində narkotik vasitə qurudulmuş marixuana kütlələrini saxladığını bildirdiyi üçün həmin yerə baxış keçirilməsi zərurəti yarandığından həmin tarixdə Təqsirləndirilən şəxs Astara rayonu, Şiyəkəran kəndində yaşadığı ünvana getmişlər, baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı qurudulmuş marixuana kütlələrini təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs Astara rayon Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evinin giriş qapısından sol tərəfdə yerləşən hində qoyduğu 2 ədəd kisədə olan qara rəngli bağlamaları təqdim etmişdir. 2 ədəd kisədə olan ümumilikdə 9 ədəd bağlamanın içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmiş və aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bağlamalar elektron tərəzidə çəkildikdən sonra götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Əməliyyat zamanı Təqsirləndirilən şəxs üzərində telefon olub-olmamasını xatırlamamışdır. Təqsirləndirilən şəxs narkomandır, onu narkoman kimi tanımışdır. Təqsirləndirilən şəxs onunla qərəzli olduğu üçün onun adını çəkmişdir. İstifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. Onun istifadəsində ayrı-ayrı telefon nömrələri olmuş, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində hansı mobil telefon nömrəsi olması yadında qalmamışdır. Polis şöbəsində hər hansı şübhəli şəxsi, o cümlədən Təqsirləndirilən şəxs döyməmişdir. Dindirilmiş şahid Astara RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid1lə birlikdə Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlamışlar. Dindirilmiş şahid Azərbaycan Respublikası DİN-in Cənub X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 25 iyul 2024-cü il tarixdə Astara rayon, Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 25 iyul 2024-cü il tarixdə, saat 17 radələrində şöbənin digər əməkdaşları ilə birlikdə avtomobillə Astara rayon Şiyəkəran kəndinə getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs həmin kəndin mərkəzində piyada hərəkətdə olduğunu görmüş, dərhal ona yaxınlaşaraq özünü təqdim etmiş, sonra isə onu polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, Astara RPŞ-yə gəldikdən sonra təhqiqatçı Famil Həsənov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkilin, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X11 Əliyevə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halda təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən içərisində 18 ədəd siqaret dənəsi olan “LD” siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “İphone” markalı mobil telefon, şalvarın arxa sağ cibindən cəmi 2 manat pul və şalvarın sağ yan nisbətən kiçik ölçülü cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroin kütləsini çıxarıb təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümə baxış keçirdikdə onun içərisində narkotik vasitə heroinə bənzər kütlə olmasını aşkar etmiş, təhqiqatçı X11 Əliyevlə apardığı şifahi sorğu zamanı o, etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin vardır və özünə məxsusdur, tutulduğu gün, yəni 25 iyul 2024-cü il tarixdə Astara rayonunda İstisu yolunda yerləşən “Qaradaş” ərazisində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 20 manata almış, əldə etdiyi narkotik vasitədən qəbul etməmiş, heç kimə verməmiş, satmamış. bundan başqa onda narkotik vasitə yoxdur, təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisinin-1,57 qram olamsı müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində 18 ədəd siqaret dənəsi olan “LD” siqaret qutusu, bir ədəd alışqan və 2 manat pul özünə qaytarılmış, bundan sonra təhqiqatçı Famil Həsənov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, özü və digər iştirakçılar həmin protokolu imza etmişlər. Dindirilmiş şahid, DİN-in Cənub X2 polis nəfəri Şahid4 ifadəsində Şahid3 göstərdiyi xüsusatlara uyğun ifadə verərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində şahidlər Şahid3 və Şahid4 düzgün ifadələr verdiklərini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı xeyli miqdarda-14,887 qram və yaşadığı ünvanda saxladığı külli miqdarda-19779,887 qram olan narkotik vasitə qurudulmuş marixuananın 06 avqust 2024cü il tarixdə üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülməsi faktına görə toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(cild 1, i.v.1-53) -“əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:18-dən 21:28-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin-21.1 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v.11-13) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:33-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.16) -“əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:30-dan 22:45-dək Astara RPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin- 21.3 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə özünə məxsusdur, tutulmazdan 3 gün əvvəl, hava qaralana yaxın Ələt-Astara magistral yolunun Astara rayonu, Şiyəkəran kəndindən keçən hissəsində, körpünün yaxınlığında Bakı şəhəri istiqamətində hərəkət edən "TİR" yük avtomobilindən 2 ədəd paket atılmış, həmin paketlərə heç kimin yaxınlaşmadığını gördükdən sonra yaxınlaşıb paketlərə baxmış və içərilərində bağlamalar olduğunu aşkar etmiş, həmin bağlamalardan 2 ədədini götürüb yaşadığı evə gətirmiş, evdə bağlamaların içərisinə baxıb qurudulmuş marixuana olduğunu gördükdən sonra yenidən bağlamaların atıldığı yerə gedib digər bağlamaların da hamısını evə gətirmiş, 06 avqust 2024-cü il tarixdə həmin bağlamalarda olan qurudulmuş marixuanadan 2 ədəd kibrit qutusuna qoyaraq öz üzərində saxlamış, qalan qurudulmuş marixuanaları yaşadığı evin həyətində yerləşən hində saxlayaraq gizlətmiş və həmin bağlamalarda olan kütlələri təqdim edə bilər.(cild 1, i.v.33-36) -“baxış keçirilməsi və götürmə aparılması barədə” 06 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı Təqsirləndirilən şəxs şifahi soruğu zamanı üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı qurudulmuş marixuana kütlələrini yaşadığı evin həyətindəki hində saxladığı içərisində qurudulmuş mariuxana olan bağlamalardan götürdüyünü və həmin bağlamaları təqdim edə biləcəyini bildirdiyindən sonuncunun yaşadığı ünvanda yerləşən hinə baxış keçirilməsi zərurəti yaranmış və baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alındıqdan sonra saat 23:30-dan 00:10-dək Təqsirləndirilən şəxs Astara rayonun Şiyəkəran kəndində yaşadığı ünvanda baxış istintaq hərəkəti aparılmışdır. Baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı qurudulmuş marixuana kütlələrini təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs Astara rayonu, Şiyəkəran kəndinə yerləşən fərdi yaşayış evinin giriş qapısndan sol tərəfdə yerləşən hində qoyduğu 2 ədəd kisədə olan qara rəngli bağlamaları təqdim etmiş, 2 ədəd kisədə olan ümumilikdə 9 ədəd bağlamanın içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması aşkar edilmiş və həmin kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş bağlamalar elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 2,430 kq, 2,600 kq, 2,085 kq, 2,180 kq, 2,265 kq, 2,280 kq, 2,870 kq, 2,105 kq, 2,265 kq olması müəyyən edilmiş və həmin bağlamalar 02 ədəd kisədə qablaşdırılaraq DİN-in zərflər üçün № 84 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir.(cild 1, i.v.37-39) -“məhkəmə-bioloji ekspertizası”nın 07 avqust 2024-cü il tarixli, 19/602 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda -8,906 qr və -5,981 qram, ümumi təmiz çəkisi -14,887 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 4 ədəd bağlama...” sözlər və imzalar olan bir ədəd kisədəki, 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkilən 2715,0 qr, 2100,0 qr, 1945,0 qr və 2185,0 qram: Ümumi təmiz çəkisi -8945,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 5 bağlamada qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kisədəki, 05 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -2480,0 qr, -2020.0 qr, -1935.0 qr, -2100,0 qr və -2285,0 qram ümumi təmiz çəkisi -10820,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş, 2 ədəd kibrit qutusunda və 9 ədəd bükülüdə olmaqla, ümumi təmiz çəkisi -19779,887 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat zamanı təqdim edilmiş -19779,887 qram narkotik vasitə olan qurudulmuş marixuananın 1,1 qram hissəsi tədqiqata sərf edilmiş, -19778,787 qram hissəsi qalıq qalmışdır.(cild 1, i.v.46-50) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v.60-61) -“təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” 08 avqust 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılmış və həmin vaxt Təqsirləndirilən şəxs təklifi ilə Astara RPŞ-nin inzibati binasının həyətindən avtomobillə hərəkət edərək göstərdiyi marşrut üzrə Ələt-Astara yolunun Astara rayonu, Şahağacı kəndi ərazisindən keçən körpünün üzərinə gəlmişlər, körpünün üzərinə qalxıdqdan sonra Təqsirləndirilən şəxs avtomobili dayandırmağı təkid etmiş, Təqsirləndirilən şəxs dediyi yerdə avtomobili saxlayıb yerə düşdükdən sonra o, yolun Kolatan kəndi istiqamətini göstərib, tutulmazdan təxminən 3 gün əvvəl axşam saatlarında yaşadığı evdən çıxaraq körpünün üzərinə gəldiyi istiqaməti göstərmiş, daha sonra isə yaşadığı ünvandan aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana kütlələri olan 02 ədəd kisənin İran İslam Respublikası istiqamətindən gələn yük maşınından atıldığı yeri və sonra həmin kütlələri oradan götürüb daşıyaraq yaşadığı ünvana apardığı yeri göstərmişdir. Vaqif Əlyevin ifadələrinin yerində yoxlanılması zamanı bildirmişdir ki, 3 gün əvvəl, hava qaralana yaxın Ələt-Astara magistral yolunun Astara rayonu, Şiyəkəran kəndindən keçən hissəsində, körpünün yaxınlığında Bakı şəhəri istiqamətində hərəkət edən İran İslam Respublikasına məxsus "TİR" yük avtomobilindən 2 ədəd ağ rəngli kisənin atıldığını görmüş. Həmin kisələrə heç kimin yaxınlaşmadığını gördükdən sonra özü yaxınlaşıb kisələrə baxmış və içərilərində bağlamalar olduğunu görmüşdür. Həmin bağlamalardan 2 ədədini götürüb yaşadığı ünvana gətirmiş, evdə bağlamaların içərisinə baxıb qurudulmuş marixuana olduğunu görmüş. Bundan sonra həmin gün yenidən bağlamaların atıldığı yerə gedib digər bağlamaların da hamısını yaşadığı ünvana gətirmiş və istifadəsi üçün yaşadığı ünvanda saxlamışı, həmin bağlamalardan 2 ədəd kibrit qutusuna yığaraq istifadəsi üçün üzərində daşımışdır.(cild 1, i.v.85-89) -Astara Rayon Məhkəməsinin 08 avqsut 2024-cü il tarixli, 4(018)-56/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqsut 2024-cü il tarixdən hesablanmışdır.(cild 1, i.v.96- 98) -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 09 avqust 2024-cü il tarixli, 644 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan opioidlərdən istifadə halları olmuş, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v.104) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 19778,787 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.(cild 1, i.v.106-107) -“əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 5(018)- 161/2024 nömrəli qərarından görünür ki, Astara RPŞ-nin ƏİÜ rəis müavini X3 06 avqust 2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir.(cild 1, i.v.112) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda- 1,46 qram çəkidə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə olan heroinin 25 iyul 2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilib götürülməsi faktına görə toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.114-162) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.124) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 25 iyul 2024-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın sol yan cibindən içərisində 18 ədəd siqaret dənəsi olan “LD” siqaret qutusu, bir ədəd alışqan, bir ədəd “İphone” markalı mobil telefon, şalvarın arxa sağ cibindən cəmi 2 manat pul və şalvarın sağ yan nisbətən kiçik ölçülü cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin-1,57 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümdə narkotik maddə var, özünə məxsusdur, bu gün Astara rayonunda İstisu yolunda yerləşən “Qaradaş” ərazisində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 20 manata almış, əldə etdiyi kakosdan qəbul etməmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur.(cild 1, i.v.140-143) -“məhkəmə-kimyəvi ekspertizası”nın 26 iyul 2024-cü il tarixli, 19/578 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,46 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat zamanı təqdim edilmiş -1,46 qram narkotik vasitə olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, -1,41 qram hissəsi qalıq qalmışdır.(cild 1, i.v.157-160) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v.178-179) -“qətimkan tədbiri seçmək barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Astara RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur.(cild 1, i.v.204-205) -“əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” Astara Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 5(018)- 146/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Cənub X2 baş əməliyyat müvəkkili Şahid3 25 iyul 2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir.(cild 1, i.v.211) -“maddi sübut kimi tanınma haqqında” 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi-1,41 qram narkotik vasitə heroin, həmçinin şəxsi axtarış istintaq hərəkəti aparılarkən qeydə alınmış və diskə köçürülmüş videogörüntülər olan 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1, i.v.234-235) -“cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir.(cild 1, i.v.237-238) -“diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 22 avqust 2024-cü il tarixli, 18013 saylı məktubla göndərilmiş 01 ədəd CD diskə Astara RPŞ-də xidməti otaqda HP markalı kompüterə daxil edilib baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla bir neçə şəxs arasında telefon danışıqlarının aparıldığı müəyyən olundu. Ancaq baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı telefon danışığı aşkar olunmadı. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən digər mobil nömrələrə və digər nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə iş üçün əhəmiyyət kəsb edə biləcək “Brat sivoy masin yoxdu taksi ile gelirem sen cani tapsir 10 qara bali 10 ag baliq yoldayam polu yol üstü atiram 20 manat”, “Brat indi polu atdim Rayondan cixdim alinsa ag qara Brat Alinmasa h”, “Qaqas gelse mene pati guture bilersen cekmeye bugun gelib deyerem sene” və ***-***-**-** mobil nömrədən istifadənizdə olmuş həmin mobil nömrəyə “Sen canı gör ne ede bilir sen deli olaram bütün günü yazıxam” və “Acda poxu canım axrayir” məzmunlu SMS-lər göndərilməsi aşkar olunmuşdur.(cild 2, i.v.4) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.8-9) -“cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında”, “baxış keçirilməsi və götürmə aparılması barədə”, təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış video görüntülərin əks olunduğu 5 (beş) ədəd DVD disk və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə SMS-ləri özündə əks etdirən 22 avqust 2024-cü il tarixli, 18013 saylı məktubla "xxxx" MMC-dən göndərilmiş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.24-42) -“cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitələrin mənbələrinin müəyyən olunması üçün ********* nömrəli cinayət işinindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir.(cild 2, i.v.43-44) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə etirafedici izahat verməsinin səbəbi anasının polis şöbəsinə gətirilməsinə dair polis əməkdaşları tərəfindən hədələnməsi, üzərindən və yaşadığı evin həyətində yerləşən toyuq hinindən aşkar olunmuş narkotik vasitə marixuananın özünə məxsus olmaması, polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi, polis əməkdaşlarının onu Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlamadıqları, polis əməkdaşlarının onu Kolatan kəndi ərazisində saxlamaları ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qram, xüsusilə külli miqdarı 800 qramdır. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı külli miqdar və ya ondan artıq 50000 qramı isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-19779,887 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini üzərində, bir hissəsini isə Astara rayonu, Şiyəkəran kəndində yerləşən yaşadığı evin həyətindəki toyuq hinində saxlamış, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 06 avqust 2024-cü il tarixdə, saat 21:18-də Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 5,981 və 8,906 qram, ümumi təmiz çəkisi 14,887 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 23:30-da yaşadığı evin həyətinə keçirilən baxış zamanı 02 ədəd kisənin içərisində, ümumilikdə 09 ədəd bağlamada, ayrıayrılıqda çəkiləri 2715,0 qram, 2100,0 qram, 1945,0 qram, 2185,0 qram, 2480,0 qram, 2020,0 qram, 1935,0 qram, 2100,0 qram və 2285,0 qram olmaqla, külli miqdarda- 19779,887 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan hin kimi istifadə olunan yarımtikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Astara rayonu, Kolatan kəndi ərazisində deyil, Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək pisixi zorakılığa məruz qalması və anasının polis şöbəsinə gətirilməsi ilə bağlı hədələnməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Cinayət işinin materiallarının İ cildinin 101-102-ci səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 09 avqust 2024-cü il tarixli, 265 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Ekspert rəyindən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinə bildirmişdir ki, 06 avqsut 2024-cü il tarixdə, saat 21 radələrində polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. Tibb müəssisinə müraciət etməmişdir. Şikayəti yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hədə-qorxu gəlinmədiyini bildirmiş və heç kimdən şikayət və tələbi olmadığını demişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə bağlı aparılmış istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə hər hansı bir müraciəti olmamışdır Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə ibtidai istintaq zamanı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının onu Astara rayonu, Şahağacı kəndi ərazisində küçədə piyada hərəkətdə olan zaman deyil, Astara rayonu, Kolatan kəndi ərazisində saxlamaları, polis əməkdaşları tərəfindən döyülərək pisixi zorakılığa məruz qalması, anasının polis şöbəsinə gətirilməsi ilə bağlı bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılmasında dair protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış nakotik vasitələr heroin və qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(cild 1, i.v.217-218) -Astara Rayon İcra Hakimiyyəti Başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2024-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdır.(cild 1, i.v.216) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Astara Rayon İcra və Probasiya Şöbəsinin 20 noyabr 2024-cü il tarixli, 1282 nömrəli məktubundan görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə 2 (iki) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm üzrə barəsində məcburi müalicə təyin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 7(011)-175/2024 saylı qərarı ilə yaşayış yeri (ərazi məhdudiyyəti) olan Bakı şəhəri Astara rayonu ilə əvəz olunmuş, xx xxxxxx 1994-ğü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatla olmaqla ünvan 6 ünvanında yaşamış, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, rəsmi olaraq heç yerdə işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri Probasiya İdarəsindən Təqsirləndirilən şəxs barədə hökmün, qərarın surəti və onun icrası barədə göstəriş 11 iyun 2024-cü il tarixdə şöbənin böyük icra məmuru Nicat Məmmədli tərəfindən icraata qəbul edilmiş, həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, 24 iyun 2024-cü il tarixdə qeydiyyata götürülmüş və məhkuma elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Probasiya nəzarətində olarkən məhkum Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 3(018)-580/2024 nömrəli qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) sutka inzibati həbs tətbiq edilmiş, inzibati həbs olunması ilə bağlı məhkuma 17 iyul 2024-cü il tarixdə tənbeh növündə töhmət verilmişdir. Məhkum Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə DİN-in BNMİ-nin cənub X2 əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində müstəntiqin 27 iyul 2024-ci il tarixli qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seşilmiş və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 4(018)-56/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd ay) müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs probasiya qeydiyyatında olarkən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) ay 1 (bir) gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi isə 2 (iki) il 4 (dörd) ay 25 (iyirmi beş) gün təşkil edir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 avqust 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 08 avqust 2024cü il tarixli, 4(018)-56/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək olan 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş materiallarında olan “ambulator məcburi narkoloji tibbi yoxlama”nın 09 avqust 2024-cü il tarixli, 644 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 185 (bir yüz səksən beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 185 (bir yüz səksən beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,41 qram olan narkotik vasitə heroin və 19778,787 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında”, “baxış keçirilməsi və götürmə aparılması barədə”, təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 5 (beş) ədəd DVD disk və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə SMS-ləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(007)-79/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 02 (iki) il, 05 (beş) ay, 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək olan 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 avqust 2024-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 4(018)-56/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 185 (bir yüz səksən beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,41 qram olan narkotik vasitə olan heroin və 19778,787 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 6 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-752/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-752/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver