Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-753/2024 18.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 21 noyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 27 iyul 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunaraq üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 20 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilməmiş və götürülməmiş, cinayətlərin xüsusilə təhlükəli residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, ünvan 3amış, 13 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4(017)-61/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 228.4 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram və 2050 qram olmaqla, ümumilikdə xüsusi ilə külli miqdarda-3045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda-1010 qram küstar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda-2450 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonu, Mehrablı kəndində yerləşməklə fəaliyyət göstərməyən “Ağgöl” adlı kafenin qarşısında saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan 01 ədəd sintetik torbanın içərisindən, 04 ədəd qara rəngli polietilen torbada yerləşdirilmiş həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonu, Mehrablı kəndində yerləşməklə fəaliyyət göstərməyən “Ağgöl” adlı kafenin qarşısında saxlanılan zaman həmin bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, üzərinə qoyulmuş narkotik vasitələr heroin, tiryək və qurudulmuş marixuanalar ona məxsus olmamış, həmin narkotik vasitələri görməmiş, polis əməkdaşları tərəfindən qoyularaq götürülmüşdür. Onun olmadığı halda narkotik vasitələrin ona məxsus olduğunu yazmışlar. Maşının ehtiyat hissələri ilə bağlı Bakı şəhərində bir nəfərlə görüşmüş, həmin şəxslə danışıq əsasında narkotik vasitə olduğunu bilmişdir. Bundan sonra narkotik vasitə və psixotrop maddə almaq üçün 150 manat pul göndərmişdir. Ancaq narkotik vasitə gəlib çıxmamışdır. Hacı adlı şəxsdən narkotik vasitəni istəmiş, bundan sonra ona telefon vermiş və narkotik vasitənin yerinin deyiləcəyini bilmişdir. Bundan sonra Gəncə şəhərinə çıxıb getmişdir. Hacı adlı şəxs zəng edərək telefonun onda olduğunu soruşmuş, o da telefonun onda olduğunu demişdir. Hacı adlı şəxs bir nəfər şəxsin Gəncə şəhərinə gəldiyini, onun narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini verəcəyini demişdir. Ancaq həmin şəxs də gəlməmişdir. Sonra ona zəng gəlmiş, qurudulmuş marixuana və metamfetamini Ağcabədi rayonuna qoya biləcyini, oradan götürə biləcəyini demişlər. O, razılaşmış amma həmin gecə gedə biləmiş, səhəri gün, yəni 13 iyul 2024-cü il tarixdə Ağcabədi rayonuna getmişdir. Orada, harada olduğu yerin şəklini çəkib həmin şəxsə göndərmiş və gözləmişdir. Ona ünvan gəlmiş, orada olan bir taksiyə minmiş, ünvanı taksi şoferinə demişdir. Taksi şoferi ünvanı tanıdığını bildirmişdir. Deyilən obyektin yanına gəlmiş, taksi şoferinə gözləməyini narkotik vasitə çəkib gələcəyini demişdir. Yerə düşmüş, taksi şoferi maşını döndərmiş o, isə yolun o biri tərəfinə keçib ağaclığa tərəf getmişdir. Bu vaxtı polis əməkdaşları onu tutmuşlar, yerə yıxıb qollarını qandallayaraq maşına mindirmişlər. Polis şöbəsində ona məxsus olmayan bağlamanı ona yazmışlar. Narkotik vasitə götürməmişdir. Həmin vaxtı üzərində əvvəllər bazardan aldığı özünə məxsus bıçaq olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Gəncə şəhərində avtovağzalda taksilər olan yerdə maşına minmiş, gəlib Ağcabədi şəhərində düşmüşdür. Ağcabədi şəhərində 2-3 saat gözləmişdir. Hava qaralmamış onu tutmuşlar. Onu təxminən saat 18-19 radələrində polis əməkdaşları saxlamışlar. Ağcabədi rayonuna narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin götürmək üçün gəlmişdir. Ona 10-15 qram metamfetamin, 1,5 qram isə qurudulmuş marixuana verməli idilər. Hər ikisini özü istifadə etməli idi. Marixuananı uzun müddətdir ki, istifadə edir. Metamfetamin isə sonralar çıxmış, metamfetamin çəkəndə daha rahat olur və sanki marixuananı tənzimləyir. Bakı şəhərində olan zaman adamın kartına 150 manat pul vurmuşdur. Ancaq həmin vaxtı narkotik vasitəni götürə bilməmişdir. Bundan bir gün sonra Ağcabədi rayonuna gəlmişdir. Həmin 150 manat pulun dəyərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin götürməli idi. Ağcabədi rayonuna gedən zaman üzərində özünə məxsus telefon olmamışdır. Üzərindən aşkar olunmuş mobil telefonu ona “barıqa” kimi tanıdığı Hacı adlı şəxs vermişdir. Öz telefonunu evdə qoymuşdur. Narkotik vasitəni göndərən adam onun adını bilmişdir. Telefonundan aşkar olunmuş səs yazılarından xəbəri olmamışdır. Ağcabədi rayonunu tanımamışdır. Onu ağacın yanında saxlamışlar, həmin yerdə narkotik vasitələr və psixotrop maddələr olmamışdır. Ağacın yanına ayaq yolu üçün getmişdir. Narkotikin qoyulduğu yeri tanımadığı üçün, narkotikin yeri ilə bağlı ona zəng olunurdu. Ağcabədidə “Vaz-2106” markalı maşınla taksilik edən yaşlı kişinin maşınına minmişdir. Ünvanı taki soferinə göstərmiş, həmin ünvana getmək istəmişdir. Taksi şoferi ona birdən narkotik vasitə olar həmin yerdə demiş, o isə narkotik vasitə olmadığını deyərək kişini aldatmışdır. Həmin kişini də şahid kimi dindirmək olar. Taksi şoferinin ünvanı dəqiq bilməsi üçün, ona narkotik vasitə verəcək şəxslə taksi şoferini danışdırmışdır. Maşında narkotik vasitə istifadə etmək istəmiş, taksi şoferi razı olmamışdır. Buna görə yerə düşərək narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə qoyulan yerə çatmamışdan əvvəl polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu saxlayan zaman polis əməkdaşlarına narkotik vasitələrin qoyulduğu yeri deməmişdir, polis əməkdaşlarına nəsə deməyə heç imkanı belə olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara müqavimət göstərməmiş, tələblərinə tabe olmuşdur. Şəxsi axtarış zamanı polis əməkdaşlarının, onu saxladıqları vaxt müqavimət göstərməsini demələrini qəbul etməmişdir. Üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videoçəkilişdə gözünün altının göy olması görsənmişdir. Polis əməkdaşları onu otaqda döymüşlər, buna görə gözünün altı göyərmişdir. Polis şöbəsinin inzibati binasında polis əməkdaşları ona ifadə edə bilmədiyi işgəncələr etmişlər. Saxlanıldığı yerdə polis əməkdaşları qollarını buraraq yerə yıxmışlar, sonra qollarına qandal vurmuşlar. Saxlanıldığı yerdə polis əməkdaşlarının üzərilərinə bıçaq çıxarmamışdır. Saxlanılan zaman açılıb-bağlanan bıçaq üzərində olmuş, bıçağı çıxarmamışdır. Tutulan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş və oradan qaçmağa cəhd etməmişdir. Ağacın altına ayaq yoluna gedən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Narkotik vasitələr gizlədilən yer barədə polis əməkdaşlarına heç nə deməmiş, həmin yerə taksi şoferi ilə getməmişdir. Maşından düşüb ona narkotik vasitə verəcək şəxslə görüşəcəyi obyektin yanına getmək istəyən zaman polis əməkdaşları onu tutmuşlar. Ona qurudulmuş marixuana və metamfetamin verəcək şəxslə görüşməmişdir. Şəxsi axtarış zamanı baxış keçirilən bağlamanı, saxlanıldığı yerdə görməmiş, bağlamanı polis şöbəsində görmüşdür və bağlamanı polis əməkdaşları ona göstərmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan sonrakı dövrə kimi polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı orqana şikayət etməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitələr olmamış, ancaq narkotik vasitələr götürmək üçün getmişdir. Narkotik vasitələri polis şöbəsində üzərinə qoymuşlar. Saxlanıldığı gün gecə saat 3-4 radələrində vəkilini görmüşdür. Üzərində bir neçə dəfə çəkliş aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman bədəni üzərində xəsarətlər olmuşdur. İstintaq Təcridxanasına aparılan zaman da xəsarətləri olmuşdur. Üzərində bıçaq olduğunu etiraf etmiş, ancaq həmin bıçaqla polis əməkdaşlarını hədələməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Üzərində şəxsi axtarış aparılan zaman anlaqsız olmuş, özündə olmamış və təzyiq altında olmuşdur. Qollarına qandal vuran zaman da polis əməkdaşları onu vurmuşdur. Üzərindən aşkar olunmuş telefon Şahid8 olmuş, telefonun üzərindəki nömrə ***-***-**-** saylı olmuşdur. Həmin nömrə də Etibarın adınadır. Etibar Yasamal rayonu ərazisində yaşamış, narkotik vasitə almaq üçün 150 manat pulu da Etibara vermişdir. Hacı adlı şəxs Etibar deyildir. Narkotik vasitə götürməsi üçün şəraiti də Etibar yaratmışdır. Narkotik vasitə almaq üçün Etibara pulu Bakı şəhərində vermiş, Etibar pulu aldıqdan sonra narkotik vasitələri sifariş verdiyini demişdir. Etibar Bakı şəhərində və Gəncə şəhərində də narkotik vasitələri qoydurmamışdır. Etibar telefonu ona verdikdən sonra gedib-gələcəyini demiş, ancaq gəlməmişdir. Etibarın ona verdiyi telefon və nömrə ilə ailə üzvülərilə də danışmışdır. İbtidai istintaq zamanı bu barədə ondan soruşmamışlar, ona görə bu barədə deməmişdir. Telefonla və nömrə ilə bağlı da ətraflı araşdırma aparılmamışdır. Görünür ki, Etibar polis əməkdaşları ilə əlbir olmuş və onu həbs etdirmişdir. Həbs olunandan sonra Etibar onunla əlaqə saxlamışdır. Verdiyi pulun əvəzinə görə narkotik vasitəni Etibardan götürməli olmuş, Etibar narkotik vasitə satan olmuşdur. Telefonunda aşkar olunmuş narkotik vasitələrin şəkillərini görməmişdir. Həmin şəkilləri hazırda məhkəmə iclasında görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələrində, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. 13 iyul 2024-cü il tarixdə o, mobil telefon vasitəsi ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona Ağcabədi rayonu ərazisinə yük qoyulacağını, həmin yükü götürüb Gəncə şəhərinə aparmaq lazım olduğunu və bunun müqabilində ona pul vəsaitini verəcəyini bildirmişdir. Həmin şəxs İran İslam Respublikasının mobil operatoruna məxsus +98-937-328-7052 saylı mobil nömrəsini işlədirmiş. O, bundan sonra Gəncə şəhərindən yola çıxaraq yol maşınları ilə Ağcabədi rayonuna gəlmişdir. Həmin şəxsə Ağcabədi rayonunda olduğunu demişdir. Həmin şəxs ona şəkil göndərmiş, həmin ərazinin Ağcabədi rayonunda “Ağgöl” milli parkı tərəfdə “Ağgöl” kimi tanınan kafenin yaxınlığında olduğunu demişdir. O, Ağcabədi rayonu “Dördyol” kimi tanınan yerdən tanımadığı taksi sürücüsünə yaxınlaşmışdır. Həmin taksini bir nəfər yaşlı şəxs idarə edirmiş. O, həmin şəxsdən “Ağgöl” adlı kafeni tanıyıbtanımadığını soruşmuşdur. Həmin şəxs isə tanıdığını demiş və onu ora 10 manata apara biləcəyini demişdir. O, isə həmin şəxsə 7 manat verə biləcəyini demiş və razılaşmışlar. Bundan sonra təxminən saat 18:30 radələrində şəkildə gördüyü yerə, “Ağgöl” kimi tanınan kafeyə çatmış. Bundan sonra avtomobildən enmiş, sürücüdən onu gözləməsini istəmiş. O, şəkilə baxaraq torbanın yerini tapmış, torbanı götürdükdən sonra irəliləyən zaman anidən bir neçə nəfər şəxsin gəldiyini görmüş, onları görüb həmin yerdən torba ilə birlikdə qaçmağa başlamış, görəndə ki, onlar artıq ona çatırlar o, üzərində olan 01 ədəd bıçağı çıxartmış ki, özünü müdafiə etsin, həmin an həmin şəxslərdən biri onların polis əməkdaşları olduğunu bildirmişdir. Onların polis əməkdaşları olduğunu bildikdən sonra o, əlində olan bıçağı əlindən atmaq istəsə də polislərdən biri bıçaq olan əlini tutmuş və əlində olan bıçağı ondan almışdır. Digər əməkdaşlar isə həmin vaxt onu tutmağa çalışırdılar ki, o qaçmasın. Bundan sonra, polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək torba ilə birlikdə Ağcabədi RPŞ-yə gətirmişlər. Orada bilmiş ki, polis əməkdaşları bıçağı ondan alan zaman baş vermiş mübahisə zamanı o, sağ göz nahiyyəsindən xəsarət almışdır. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona sual olunmuş ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd açar çıxararaq masanın üzərinə qoymuşdur, daha sonra şalvarın sağ yan cibindən bir ədəd bank kartı, 04 ədəd bir manatlıq əskinaz, 1 ədəd açıq “Pall mall” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən “Ağgöl” kimi tanınan kafenin həyətindən götürdüyü sintetik torba açılmış, içərisində 4 ədəd polietilen torbanın olması aşkar edilmişdir. Polis əməkdaşları polietilen torbalara ayrı-ayrılıqda baxış keçirmişlər. Birinci polietilen torba açıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 1048 qram olmuşdur. İkinci polietilen torba açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 2097 qram olmuşdur. Üçüncü polietilen torba açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 1043 qram olmuşdur. Dördüncü polietilen torba açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 2559 qram olmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitələrə oxşar kütlələr aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış və möhürlənmiş, o isə imza etməkdən imtina etmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmiş ki, Ağcabədi rayonu, “Ağgöl” adlı kafenin həyətindən götürdüyü sintetik torbanın içərisində 02 ədəd qara rəngli polietilen torbalarda, ayrı-ayrılıqda 995 qram və 2050 qram olmaqla, ümumilikdə isə xüsusi ilə külli miqdarda təmiz çəkisi 3045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda təmiz çəkisi 1010 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda təmiz çəkisi 2450 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin ona məhkəmə soyuq silah ekspertizasının rəyi elan edilmiş və o öyrənmiş ki, üzərindən aşkar edilərək götürülən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab olunan ov bıçağıdır. 13 iyul 2024-cü il tarixdə o, mobil telefon vasitəsi ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona Ağcabədi rayon ərazisinə torba qoyulacağını, həmin torbanı görtürüb Gəncə şəhərinə aparmaq lazım olduğunu və bunun müqabilində ona pul vəsaitini verəcəyini bildirmişdir. O, da həmin torbanı deyilən yerdən, yəni Ağcabədi rayonu ərazisində, “Ağgöl” kafe kimi tanınan yerdən götürmüşdür. Bundan sonra isə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-nə gətirilmişdir. Həmin polietilen torbaların ona məxsus olmadığını, həmin torbanın içərisində narkotik vasitə olmasını bilmədiyini, İran İslam Respublikasının vətəndaşı ilə internet vasitsəi ilə tanış olduğunu, həmin şəxs ona torbanı götürüb Gəncə şəhərinə aparmasını və həmin şəxsin dediyi yerə qoymasını, bunun müabilində ona qazanc verəcəyini vəd etdiyini bildirmişdir. Əldə edib saxladığı narkotik vasitələri heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, belə bir məqsədinin olmadığını, onun narkotik vasitələri əldə etməyindən, saxlamağından və istifadə etməyindən ailə üzvlərinin xəbərləri olmadığını, o, üz nahiyəsində olan xəsarəti, polis əməkdaşları onun hadisə yerindən qaçmasının qarşısını və əlində olan bıçağı ondan alanda aldığını, həmin an xəsarət aldığını hiss etmədiyini, polis əməkdaşları onu şöbəyə gətirdikdə görmüş ki, sağ göz nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Mübahisə zamanı polis əməkdaşlarına heç bir xəsarət yetirmədiyini, üzərində olan bıçağı özünü müdafiə etmək məqsədi ilə çıxarıb əlində tutduğunu, sonradan həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər, o isə onların polis əməkdaşları olduğunu görüb biləndən sonra, əlində olan bıçağı yerə atmaq istəsə də, polislərdən biri bıçaq olan əlini tutmuş və əlində olan bıçağı ondan aldığını və həmin bıçaq ilə polis əməkdaşlarına müqavimət göstərmədiyini, həmin bıçağı 2024-cü ilin əvvəlində Gəncə şəhəri ərazisində tapdığını, həmin bıçağı üzərində gəzdirməkdə məqsəd özünü müdafiə etmək olduğunu, silahın satışı ilə heç vaxt məşğul olmadığını, polis əməkdaşları tərəfindən götürülmüş bıçağdan başqa, onda başqa bir silahın olmadığını, polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən ona heç bir psixi, fiziki təsir göstərilmədiyini, işgəncəyə məruz qalmadığını bildirmişdir. Saxlanılması ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin o, barəsində əvvəllər də cinayət təqibi aparılarkən, heç bir sənədləri qəti olaraq imza etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunan narkotik vasitələri götürmədiyini, polis əməkdaşları tərəfindən götürülərək, polis şöbəsinin inzibati binasında ona verilərək götürüldüyünü və polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, ünvan 3ayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Buna görə də tərəfindən qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış və qrupa rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayonu, Mehrablı kəndində yerləşən və fəaliyyət göstərməyən “Ağgöl” kafesinin həyətində əlində 01 ədəd sintetik torba ilə tərəflərindən saxlanılan zaman, Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmiş və hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Təqsirləndirilən şəxs üzərində olan bıçağı çıxarıb əlində tutmuşdur. Həmin an onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirmişlər, o, Təqsirləndirilən şəxs bıçaq olan əlini tutmuş, bıçağı əlindən almış, digər əməkdaşlar isə Təqsirləndirilən şəxs tutmuşlar. Təqsirləndirilən şəxs saxlanılarkən polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şöbədə görmüşlər ki, Təqsirləndirilən şəxs göz nahiyəsindən xəsarət almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd açar çıxararaq masanın üzərinə qoymuş, daha sonra şalvarın sağ yan cibindən bir ədəd bank kartı, 04 ədəd bir manatlıq əskinaz, 01 ədəd açıq “Pall mall” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir narkotik vasitə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sintetik kisə açılmış, həmin kisənin içərisində 04 ədəd müxtəlif ölçülü, narkotik vasitələr tiryək, heroin və qrudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq elektron tərəzidə çəkilərək götürülmüşdür. Aşkar edilmiş bağlamaların bütövlüyünün pozulmaması üçün hər biri ayrılıqda göy rəngli torbalara yığılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri haradan və necə əldə etməsi barədə konkret məlumatları olmamışdır. Bununla bağlı polis şöbəsində cinayət işi ayrılmamışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamış və döyülməmişdir. Təqsirləndirilən şəxs göz nahiyəsində olan xəsarəti, tərəflərindən saxlanılarkən və zərərsizləşdirərkən almışdır. Dindirilmiş şahidlər Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2, polis kiçik leytenantı Şahid3 və PPXB-nün tağım komandiri, polis leytenantı Şahid4 ifadələrində Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Taksi fəaliyyəti göstərərək dolanışığını təmin edir. Təxminən saat 18 radələrində Ağcabədi rayonu, “Dördyol” adlanan ərazidə dayanan zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yanacaq doldurma məntəqəsinin yanında avtomobilə yaxınlaşmış, həmin şəxs onu “Ağgöl” adlanan əraziyə aparıb-aparmayacağını soruşmuş, o isə 10 manata aparacağını demişdir. Təqsirləndirilən şəxs ona üzərində 7 manat pul olduğunu demiş və onu 7 manat pul vəsaiti müqabilində “Ağgöl” adlanan əraziyə aparmağı ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs ona yolda demiş ki, “Ağgöl” adlanan ərazidə bir nəfər şəxslə görüşəcək, əgər işi alınmasa onunla birlikdə qayıdacaqdır. Təqsirləndirilən şəxs ilə birlikdə Ağcabədi rayonu, Qaradolaq kəndinin ərazisi ilə, “Ağgöl” adlanan əraziyə tərəf hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs ona mobil telefonundan “Ağgöl” milli parkın plakatının şəklini göstərərək, tanıyıbtanımadığını soruşmuşdur. O, isə tanıdığını deyərək yola davam etmişdir. Təqsirləndirilən şəxs dediyi ərazidə, yəni Ağcabədi rayonu, Mehrablı kəndi ərazisində yerləşən və fəaliyyət göstərməyən “Ağgöl” adlanan kafenin qarşısında avtomobili saxlamış, Təqsirləndirilən şəxs isə ondan gözləməsini istəyərək 3-5 dəqiqəyə gələcəyini demişdir. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra avtomobili üzü Ağcabədi rayonu istiqamətində saxlamışdır. Bundan sonra bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər, onu Ağcabədi RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Ağcabədi RPŞ-nə gəlmiş, şöbənin inzibati binasında onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, onun üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. İdarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı narkotik vasitə və cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yol boyu mobil telefonu ilə kiminləsə telefonla danışmış, ancaq ona bir nəfər şəxslə görüşəcəyini deməmişdir. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra yol kənarına meşəlik əraziyə tərəf getmiş, sonra isə Təqsirləndirilən şəxs hara getdiyini görməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən 13 iyul 2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Mehrablı kəndində yerləşən “Ağgöl” adlı kafenin yaxınlığında saxlanılaraq saat 19 radələrində RPŞ-nə gətirilib, saat 19:55 dəqiqədən etibarən onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib satış məqsədi ilə saxladığı sintetik kisənin içərisində 04 ədəd qara rəngli, müxtəlif ölçülü, üzəri ağ rəngli yapışqan lentlə sarınmış polietilen torbalarda olamqla, 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-995 qram və 2050 qram olmaqla, ümumi çəkisi 3045 qram olan narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada təmiz çəkisi 1010 qram olan narkotik vasitə olan tiryək, 01 ədəd polietilen torbada təmiz çəkisi 2450 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-81) -Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş 13 iyul 2024-cü il tarixli “Raport”da göstərilmişdir ki, 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Mehrablı kəndində yeləşən Ağgöl kafesinin həyətində əlində 1 ədəd sintetik kisə ilə saxlanılan zaman cibindən bıçaq çıxararaq tabesizlik göstərmiş, tərəflərindən zərərsizləşdirilərək polsi şöbəsinə gətirilmişdir. (i.v.9) -“şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.18) -“şəxsi axtarış və götürmə barədə” 13 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş sintetik kisənin içərisində 04 ədəd qara rəngli, müxtəlif ölçülü, üzəri ağ rəngli yapışqan lentlə sarınmış polietilen torbalarda olmaqla, 02 ədəd polietilen torbada ayrıayrılıqda çəkisi-2097 qram və 1043 qram narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada çəkisi 1048 qram olan narkotik vasitə olan tiryək, 01 ədəd polietilen torbada çəkisi 2559 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v.28-30) -“diskə baxış keçirilməsi haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş sintetik kisənin içərisində 04 ədəd qara rəngli, müxtəlif ölçülü, üzəri ağ rəngli yapışqan lentlə sarınmış polietilen torbalarda olmaqla, 02 ədəd polietilen torbada ayrı-ayrılıqda çəkisi-2097 qram və 1043 qram narkotik vasitə olan heroin, 01 ədəd polietilen torbada çəkisi 1048 qram narkotik vasitə olan tiryək, 01 ədəd polietilen torbada çəkisi 2559 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müşahidə olunmuşdur.(i.v.31-32) -“baxış keçirilməsi haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxmış bir ədəd “Samsung” markalı mobil telefon qara rənglidir. Üzərində, üst tərəfdə böyük hərflərlə “Samsung” sözləri yazılmışdır. Telefonun menyusuna daxil oluqdan sonra şəkillər və videolar olan bölümə daxil olundu. Həmçinin telefona daxil olan və çıxan zənglər bölümünə, telefonda olan “whatsapp” sosial şəbəkəsinə daxil olduqda, Təqsirləndirilən şəxs həmin sosial şəbəkə vasitəsi ilə müxtəlif şəxslərlə (nömrələrlə) əlaqə saxladığı görünür. Həmin nömrələrə baxdıqda, onlardan biri İran İslam Respublikasına məxsus +98 937 328 7052 nömrəli mobil nömrə olduğu, həmin nömrənin sahibi “whatsapp” sosial şəbəkəsini “~mansouriparviz4” adı altında istifadə etdiyi aşkar olunur. Həmin nömrəyə daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs həmin naməlum şəxslə bir-birilərinə səs göndərərək və mesaj yazaraq əlaqə saxlamışlar. Həmin yazışmaya keçirilən baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Gəncə şəhərindən Ağcabədi rayonuna taksi ilə gəlib, gəlməkdə məqsəd onun üçün Ağcabədi rayonu, Mehrablı kəndi ərazisində olan Ağgöl milli parkın yaxınlığında yerləşən, hazırda fəaliyyət göstərməyən Ağgöl adlı kafenin həyətindən 04 ədəd torbalarda olan müxtəlif növ və ölçüdə olan narkotik vasitələrin həmin yerdən götürülməsi olub. Bunun üçün +98 937 328 7052 nömrəsini işlədən şəxs Təqsirləndirilən şəxs həmin yerin olduğu yerin onlayın xəritəsin atdığı müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin götürülməsi üçün əlaqə saxladığı şəxsin kimliyin müəyyən etmək mümkün olmamışdır. Onların arasında baş vermiş yazmışa 12 iyul 2024cü il tarixdə, saat 17:18-dən 13 iyul 2024-cü il tarixə, saat 19:07-dək olan müddəti əhatə edir.(i.v.33-34) -“şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şahid7 həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.48) -“şübhəli şəxsin azad edilməsi haqqında” 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şahid7 Ağcabədi RPŞ-dən azad edilmişdir.(i.v.67) -“baxış keçirilməsi və götürmə haqqında” 14 iyul 2024-cü il tarixli protokoldan göürünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 01 ədəd bıçağa baxış keçirilmiş, həmin bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək materiala əlavə edilmişdir.(i.v.71-73) -“kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizası”nın 14 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/661-662 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış sintetik torbada 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi- 995,0 qram, 2050,0 qram, ümumi çəkisi- 3045,0 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd polietilen torbada təmiz çəkisi 1010,0 qram olan tünd qəhvəyimtil təngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 01 ədəd polietilen torbada təmiz çəkisi 2450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v.74-78) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4(017)- 61/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.87-88, 122-124) -Ağcabədi Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması barədə” 18 iyul 2024-cü il tarixli, 5(017)-157/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Ağcabədi RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 13 iyul 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.140) -“məhkəmə-ballistik ekspertizası”nın 12 sentyabr 2024-cü il tarixli, 18/790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq- zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir.(i.v.198-201) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 21 sentyabr 2024-cü il tarixli, 1592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(i.v.225) -“ambulator məhkəmə-psixatrik ekspertizası”nın 17 sentyabr 2024-cü il tarixli, 672 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, sənədlər, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ona şamil edilən cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyac yoxdur.(i.v.227-228) -“cinayət əməlinin tövsif olunması barədə” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayt Məcəlləsinin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 228.4 və 234.4-1-ci maddələrinə tövsif olunmuş və cinayət işinin ibtidai istintaqı həmin maddələr ilə davam etdirilmişdir.(i.v.234-235) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur.(i.v.240-242) -“baxış keçirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrəsinə zənglər olunaraq danışıqlar aparılması müəyyən edilmişdir. Həmçinin baxış zamanı “müştəri zənglərin detallaşması” və “məxsusluq tarixçəsi” kateqoriyalarına daxil olduqda ***-***-**-** saylı mobil nömrənin Şahid8 adına olması, həmin nömrədən istifadə edən şəxsin xx.xx.2024-cü il tarixədək Bakı şəhəri ərazisində olması, xx.xx.2024cü il tarixdən Gəncə şəhəri ərazisində olması, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 19:00-da Ağcabədi rayonu, ərazisində olması müəyyən edilmişdir.(i.v.259) -“sübutların qiymətləndirilməsi barədə” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 3044,80 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1009,90 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 2449,90 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi RPŞ-nin məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” keçirilməsi zamanı, Təqsirləndirilən şəxs telefonuna baxış zamanı, Şahid7 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, Şahid7 avtomobilinə baxış keçirilməsi zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 4 (dörd) ədəd “DVD” disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı “Backcell MMC-dən” daxil olmuş bir ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.260-282) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq soyuq silahı əldə etmə və ya gəzdirməyə görə, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, aşkar olunan narkotik vasitələri götürmədiyini, polis əməkdaşları tərəfindən götürülərək polis şöbəsinin inzibati binasında ona verildiyini və polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyataxtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr xüsusi ilə külli miqdarda olmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin, tiryək və qurudulmuş marixuana narkotik vasitələr hesab edilir. Siyahılara əsasən heroinin heroinin 0,15 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 2 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 800 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, tiryəkin 0,5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 5000 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri, qurudulmuş marixuananın 5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 500 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50000 qramı xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram və 2050 qram olmaqla, ümumilikdə xüsusi ilə külli miqdarda-3045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda-1010 qram küstar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda- 2450 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonu, Mehrablı kəndində yerləşməklə fəaliyyət göstərməyən “Ağgöl” adlı kafenin qarşısında saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan 01 ədəd sintetik torbanın içərisindən, 04 ədəd qara rəngli polietilen torbada yerləşdirilmiş həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs narkotik vasitələri götürməsi və həmin narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərini, iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi barədə dedikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs izahat və ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Həmin qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işinin materiallarının 158-160-cı səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 18 iyul 2024-cü il tarixli, 438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sağ gözün üst və alt göz qapaqlarında qançır, sağ göz almasında qansızma; burun tini üzərində sıyrıqlar, üst dodağın iç səthinin selikli qişasında qansızma-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlərin müqavimət göstərilən zaman yaranması inkar edilmir, yetirilmə müddəti 13 iyul 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan hazırkı dövrə kimi polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı orqana şikayət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə barədə istintaq hərəkətləri aparılan zaman çəkilmiş videoçəkilişdə o, bədəni üzərində aşkar olunmuş xəsarətləri saxlanılan zaman yıxılaraq aldığını, polis əməkdaşları tərəfindən ona təzyiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olan zamanı onu döymədiklərini, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətləri o, tərəflərindən saxlanılarkən və onun əlindəki bıçağı alan zaman aldığını göstərmişlər. Cinayət işinin materiallarının 9-cu səhifəsində olan Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş 13 iyul 2024-cü il tarixli “Raport”da göstərilmişdir ki, 13 iyul 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Mehralı kəndində yeləşən Ağgöl kafesinin həyətində əlində 1 ədəd sintetik kisə ilə saxlanılan zaman cibindən bıçaq çıxararaq tabesizlik göstərmiş, tərəflərindən zərərsizləşdirilərək polis şöbəsinə gətirilmişdir.(i.v.9) “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “Sübutların qiymətləndirilməsi barədə” 24 sentyabr 2024-cü il tarixli qərarının 16-cı bəndindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitələri əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar hazırki cinayət işindən material ayrılaraq Ağcabədi rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi üzərindən aşkar olunmuş telefonun Şahid8 olması, telefonun üzərindəki nömrənin ***-***- **-** saylı olması, həmin nömrənin Etibarın adına olması, narkotik vasitə almaq üçün 150 manat pulu da Etibara verməsini, narkotik vasitə götürməsi üçün şəraitində Etibarın yaratmasını, narkotik vasitə almaq üçün Etibara pulu Bakı şəhərində verməsini, Etibar pulu aldıqdan sonra narkotik vasitələri sifariş verdiyini, Etibarın Bakı şəhərində və Gəncə şəhərində də narkotik vasitələri qoydurmadığını, ibtidai istintaq zamanı bu barədə ondan soruşmadığını, telefon və nömrə ilə bağlı da ətraflı araşdırma aparılmadığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, müstəntiq Vüsal Qasımovun məhkəməyədək icraat mərhələsinədək Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verdiyindən onun barəsində və Şahid8 barəsində araşdırma aparılmadığından xüsusi qərar çıxarılmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, “baxış keçirilməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, diskdə olan “whatsaapp” səs yazıları, videolar və fotoşəkillər, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, tiryək, qrudulmuş marixuana, soyuq silah hesab edilən bıçaq, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2010-cu il tarixli, 1(002)-99/10 nömrəli hökmünün surətindən görünür ki, Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 21 noyabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 27 iyul 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunaraq üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 20 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu qanunla nəzərdə tutulan qaydada ödənilməmiş və götürülməmişdir. Məhkumluğu vardır.(i.v.146-148,150- 153) -Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, 1500 ailəlik köçkün qəsəbəsi bina 14, mənzil 32-də müvəqqəti məskunlaşmış, himayəsində 13 dekabr 2020ci il təvəllüdlü Nara Mamedova adlı azyaşlı qızı var, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(i.v.220-221) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Gəncə şəhər, Nizami Rayon Məhkəməsinin 21 noyabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 27 iyul 2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunaraq üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 20 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinin tələblərinə görə xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ilə ağır cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən xüsusilə ağır cinayət törətməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 228.4 və 234.4- 1-ci maddələrinin sanksiyaları daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin xüsusi təhüləki residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 iyul 2024-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4(017)-61/2024 nömrəli qərar ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3044,80 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1009,90 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 2449,90 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” keçirilməsi zamanı, Təqsirləndirilən şəxs telefonuna baxış zamanı, Şahid7 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, Şahid7 avtomobilinə baxış keçirilməsi zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 4 (dörd) ədəd “DVD” disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 iyul 2024-cü il tarixdən hesablansın. Ağcabədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4(017)-61/2024 nömrəli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3044,80 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1009,90 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 2449,90 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış istintaq hərəkətləri aparılan zaman çəkilmiş 4 (dörd) ədəd “DVD” disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-753/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-753/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver