Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-756/2023 15.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Neftçala rayonunun Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, işləməyən, Neftçala rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında yaşadığı Neftçala rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikili olan tövlənin arxasında 4 metr uzunluqda, 2 metr enində olan torpaq sahəsində 152 ədəd, külli miqdarda əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 31 may 2023-cü il tarixdə saat 18:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 152 ədəd aqrotexniki qaydada qulluq edilmiş, yaşıl çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Qurudulmuş marixuanadan istifadə etdikcə toxumlarını yığıb özündə saxlamışdır. 2023cü ilin mart ayında yaşadığı Neftçala rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin arxasında 8 kvm yer düzəldərək həmin yerə çətənə bitkisinin tumlarını əkmişdir. Onun məqsədi öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək olmuşdur. Həmin toxumlardan 152 ədəd çətənə bitkiləri əmələ gəlmişdir. Həmin bitkilərə su verərək onları becərmişdir. Həmin çətənə bitkiləri artıq böyümüşlər. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində polis işçiləri evinə gələrək ona evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumatları olduqlarını bildirmişlər. O, heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Həyətinə videoçəkilişlə baxış keçirilən zaman əkdiyi 152 ədəd çətənə bitkiləri aşkar olunmuş və köklərindən çıxarılaraq götürülmüşlər. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid4 məhkəmədə göstərdi ki, Neftçala Rayon Polis Şöbəsidə Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Neftçala rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs öz həyətində qanunsuz olaraq narkotik vasitələr əkib yetişdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat tədbirləri həyata keçirilməklə 31 may 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həyət qapısından çağırmışlar. Küçəyə çıxdıqda özlərini təqdim edib, Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə təxirəsalınmadan baxış keçirilməlidir. Təqsirləndirilən şəxs razılaşaraq onları həyətə dəvət etmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilərkən həyətyanı sahədə çətənə bitkilərinə oxşar 152 ədəd kököüstə, yaşıl bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Vidadi Bağırov bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Həmin bitkilər kökündən çıxarılmış, sintetik torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahidlər Şahid2 və Şahid3 da ibtidai istintaqda verdikləri və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadələrində Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişlər. Baxış keçirilməsi barədə 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Neftçala rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 152 ədəd yaş vəziyyətdə, köküstə, yaşıl çətənə bitkilərinəbənzər bitkilər aşkar olunmuş və köklərindən çıxarılmaqla götürülmüşlər. Məhkəmə-bioloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 18/575 saylı rəyindən gbrünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 152 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkiləri 10800 qram olan, bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş, eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2023-cü il tarixli, 4251 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2014-cü ildə doğulmuş azyaşlı uşağı vardır. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə məsbət səciyyələnir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il 04 ay 20 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixədək 01 ay 19 gününü çəkmiş və çəkilməmiş cəzası 02 il 03 ay 01 gün təşkil edir. “Neftçala Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsində alkoqol, əsəb-ruhi və narkoloji dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan 152 ədəd, külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən ona Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 3 (üç) ay 1 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 1(bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 152 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, videoçəkiliş barədə 1 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 3 (üç) ay 1 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 1(bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 152 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Videoçəkiliş barədə bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-756/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-756/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver