Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-757/2023 28.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X10 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, Hacıqabul şəhəri, H.Həmidov küçəsi bina 1 mənzil 7-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1980-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, Hacıqabul şəhəri, Dəmir yol binası ev 18, mənzil 4-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 27 iyun 2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən dəmir yol binasının qarşısında Təqsirləndirilən şəxs2 Bilal oğlundan 5 manat məbləğində pul vəsaiti müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, H.Həmidov küçəsinə daşımış, 27 iyun 2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmmidov küçəsi 1 №-li evin yaxanlığında saxlanılaraq rayon polis şöbəsinin inzbati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 0,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd kağız kəsiyi bükümünün içərsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə təmiz çəkisi 5,378 qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Dəmir yol binasının qarşısına daşıyıb həmin narkotik vasitədən 0,263 qram çəkidə olan hissəsini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində beş manat pul vəsaitinin müqabilində tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, 27 iyun 2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Hacıqabul şəhəri, H.Həmidov küçəsi 1 №-li evin yaxanlığında saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satdığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd kağız kəsiyi bükümünün içərsindən aşkar edilərək götürülmüş, həmin tarixdə, saat 14 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən iki ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 2,338 qram və 2,777 qram olmaqla, ümumilikdə təmiz çəkisi 5,115 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız kəsiyi bükümunun içərsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü yalnız narkotik vasitə istifadəçisi olduğuna görə qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 26 iyun 2023-cü il tarixdə saat 19 radələrində işə getmiş, 27 iyun 2023-cü il tarixdə saat 11-12 radələrində velosipedlə işdən evə gələrkən Hacıqabul vağzalında, dəmir yol stansiyasında polislər tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Orada polis əməkdaşları onu döyərək qorxu gəlmişlər və əlini, ombasını çıxarmışlar. Ona Təqsirləndirilən şəxs2 üzünə durmağını, ondan narkotik vasitə almağını bildirməyini demişlər. Şahid1 ona «Salahovun adını çək, de ki, ondan narkotik vasitə almısan» demişdir. Onunla Samirin arasında narkotik vasitə alqısatqısı olmamış, Samiri bir kəndçi kimi tanımışdır. Onu Samirin üzünə durmağa məcbur etmişlər. Saxlanılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. O üzərinə baxış keçirilən zaman müdafiəçi ilə təmin olunmuş, vəkil yanında olmuş, ona heç kimə heç nə deməməsi deyildiyinə görə vəkilə ona qarşı zor tətbiq olunmasını deməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Hacıqabul rayon Məhkəməsində də bu barədə bildirməmişdir. O Samirdən pul ilə, yəni 5 manata narkotik vasitə almamışdır. Onu 8 gün MSY-də saxladıqdan sonra Şüvəlana, İstintaq Təcridxanasına göndərmişlər, həmin müddətdə bədənində olan şişlər yatmışdır. İstintaq Təcridxanasına göndərilən vaxt bədənində xəsarətlər olmamış, şişlər yatmışdır. MSY-nin rəisi Ramil Babayev ona həmin müddətdə dərman verib bildirmişdir ki, «əlinə vur şiş yatsın». Polis əməkdaşları sınıqçı X8 Şöbəsinə gətirmişlər və sonuncu onun ombasını və əlini yerinə salmışdır. Onu polislər Şahid1 və Şahid3 vurmuşlar. O istintaq zamanı təzyiq altında ifadə vermişdir. O iyun ayının 26-da və 27-də Samirlə görüşməmiş, ona zəng etməmişdir. Samirlə yaxın münasibəti olmamış, arada bir birini görəndə salamlaşmışlar. Samirin evi ilə onların evi arasında təxminən 1 km. məsafə vardır. Polis Şöbəsində onu ikinci mərtəbəyə, Samidin otağına apararaq əl-qol atıb döymüşlər və təxminən 30 dəqiqədən sonra narkotik vasitə çıxarıb ona Samiri gətirəcəklərini, həmin narkotik vasitəni Samirdən 5 manata almasını bildirməsini demişlər. Anası onkoloji xəstədir, bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadəsində o, göstərmişdir ki, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs2 tanyır, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Samirin narkotik vasitə satdığını bildiyi üçün 27 iyun 2023-cü il tarixdə saat 11 radələrində istifadəsində olan 055.434-48-76 saylı nömrəli telefonla Samirin istifadəsində olan 055.524-42-35 saylı nömrəsinə zəng edib 5 manatlıq narkotik vasitə heroin istəmiş və Samir də etiraz etmədiyi üçün Hacıqabul şəhəri,H.Həmidov küçəsinə Samirin yaşadığı dəmir yol binasındakı evin darvazasının qarşısına gedib Samirlə görüşmüş və ona 5 manat pul verib 1 ədəd kağız bükümdə içərsində narkotik vasitə heroin alıb əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibinə qoyub çıxıb getmişdir. Həmin günü saat 11:30 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə yaşadığı evə çatan zaman Hacıqabul RPŞ-nin polis əməkdaşları tərəfindən RPŞ-nə dəvət olunmuş, RPŞ-də hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Samirdən 5 manata aldığı və əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız kəsiyi bükümünün içərsində olan narkotik vasitə heroini təqdim etmişdir. Aşkar olunub götürülmüş heroinə oxşar maddə poçt zərfinə qoyulub zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokla imza etmiş, sorğu zamanı həmin narkotik vasitə olan heroini 5 manat pul müqabilində Samirdən aldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. Polis əməkdaşları 27 iyun 2023-cü il tarixdə yaşadığı evə gəlmiş və evə daxil olaraq güya evdən narkotik vasitə taparaq onu polis şöbəsinə gətirmişlər və ona güya Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə aldığını bildirdiyini demişlər. O hər gün «çet»lərlə narkotik vasitə qəbul etmiş, saxlanılan vaxt narkotik vasitə istifadə etməmiş, müalicə olunmuşdur. Polislər evə daxil olub onun əllərini qandallamış, döşəyinin altından güya 5 qram narkotik vasitə tapdıqlarını bildirmişlər. Həmin vaxt atası Hilal Salahov və anası X2 evdə olmuşlar. Şöbədə onu Samid, Eldar, Cavid və bir nəfər də başqa polis əməkdaşı sillə və təpiklə döymüşlər. Onu 7-8 gün polis şöbəsində saxlayandan sonra Şüvəlana etap etmişlər. Şüvəlanda onu müayinədən keçirməmişlər, ora gedəndə bədənində xəsarət olmamışdır. Çox döyüldüyünə görə məcbur olub İbrahimə narkotik vasitə satmağı barədə ifadə vermişdir. İstintaq zamanı isə müstəntiq onu döyməmiş, ona yazılanlara imza etməyini demişdir. Müstəntiq ondan ifadə alanda yanında vəkil olmamışdır, müstəntiq ona üstündən çıxan pul və telefonun qaytarılması barədə sənədə imza etdiyini demişdir. İbrahim ona zəng edərək 5 manatlıq narkotik vasitə istəməmişdir. Polis şöbbəsində onun cibinə narkotik vasitəni Cavid və Eldar qoymuşlar. Üzərindən baxış zamanı 10 manat pul və telefon da aşkar olunmuşdur. Onu evdən Eldar çağırmış, ayaqqabı ilə evə daxil olaraq döşəyinin altında olan rus pulunun üzərinə 5 qram narkotik vasitə qoyub götürmüşlər. Həmçinin onun qızıl saatı da götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur, münasibəti normaldır. 26 iyun 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhərindən keçən dəmir yolunun kənarından bir ədəd sellofana bükülmüş bükülünü görmüş, bağlamanı götürüb içərsinə baxarkən orada 3 ədəd bükümdə narkotik vasitə heroinin olmasını bilib qəbul etmək üçün özündə saxlamışdır. 27 iyun 2023-cü il tarixdə səhər vaxtları İbrahim xatırlamadığı telefon nömrəsindən istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək 5 manat pul müqabilində narkotik vasitə heroin istəmiş, İbrahimə gəlib narkotik vasitə heroini aparmasını demişdir. Həmin günü saat 11 radələrində İbrahim onun yaşadığı evin darvazasının qarşısında onu çölə çağırmış, küçəyə çıxıb 1 ədəd kağız kəsiyi bükümündə olan narkotik vasitə heroini 5 manat pul müqabilində İbrahimə satmış, qalan 2 ədəd kağız kəsiyi bükümündə olan narkotik vasitə heroinləri isə əynində olan qara rəngli cins şalvarın qabaq sağ cidində saxlamışdır. Həmin günü yəni, 27 iyun 2023-cü il tarixdə saat 14:20 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində olan zaman Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən RPŞ-nə dəvət olunmuş, rayon PŞ-də olan zaman hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində saxladığı 2 ədəd kağız kəsiyi bükümünün içərsində narkotik vasitə heroin olduğunu təqdim etmiş və Təqsirləndirilən şəxs1 5 manat pul müqabilində narkotik vasitə satmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdəHacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə daşıması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 11:30 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsinə gedərək orada Təqsirləndirilən şəxs1 saxlayıb Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur. O, əynində olan şalvarın cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək içərsində narkotik vasitə heroin olduğunu, onu Hacıqabul şəhər sakini Samir adlı şəxsdən aldığını bildirmişdir. Sonra Samir adlı şəxsin kimliyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 həmin gün günorta vaxtı Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. Müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 2 ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərsində narkotik vasitə heroini olduğunu bildirmişdir. Həmçinin o, sorğu zamanı həmin gün Hacıqabul şəhərində 5 manat pul müqabilində Təqsirləndirilən şəxs1 heroin satdığını etiraf etmişdir. X6 Cəfərova qarşı zor tətbiq olunmamış, onun çanağı və qolu çıxmamışdır. O sınıqçı Adil adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs1 müayinə etmək üçün şöbəyə sınıqçı çağırılmamışdır.Təqsirləndirilən şəxs2 da küçədə saxlanılmış, onun evinə getməmişlər. Təqsirləndirilən şəxslərə digər əməkdaşlar tərəfindən zor tətbiq olunmamış, onlara müdafiəçilərlə konfidensial əlaqə saxlamaq üçün şərait yaradılmışdır. Saxlanılan şəxslərin evlərinə getməmişlər, onlar ailə üzvləri ilə təhdid olunmamışlar. Məhkəmə iclasında, şahid qismində dindirilən Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Odur ki, onun ifşa olunması üçün təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin gün saat 11:30 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsinə gedərək orada Təqsirləndirilən şəxs1 saxlayıb Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Bundan əvvəl isə ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynində olan şalvarın cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək içərsində narkotik vasitə heroin olduğunu, onu Hacıqabul şəhər sakini Samir adlı şəxsdən saat 11 radələrində aldığını bildirmişdir. Sonra Samir adlı şəxsin kimliyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 həmin gün günorta vaxtı Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlayaraq polis şöbəsinə gətirmişlər. Müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılarkən cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Samir narkotik vasitənin qardaşından ona qaldığını bildirmişdir. Onlar Samirin evinə getməmiş və evdən narkotik vasitə götürməmişlər. Təqsirləndirilən şəxslərə polislər tərəfindən təzyiq olmamış, onlar ailə üzvləri ilə təhdid olunmamışlar.İbrahim üçün şöbəyə həkim sınıqçı çağırılmamışdır, o Adil adlı sınıqçı tanımır. Təqsirləndirilən şəxs1 Polis Şöbəsinin MSY-də hansısa yardım göstərilməsini bilmir, onu polis şöbəsində döyməmişlər. O Təqsirləndirilən şəxs2 evinə daxil olmamış, döşəyinin altından narkotik vasitə, pul, qızıl saat götürməmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətiriləndə Samir orada olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 27 iyun 2023-cü il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə daşıması barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 11:30 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsinə gedib orada Təqsirləndirilən şəxs1 saxlayaraq Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynində olan şalvarın cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək içərsində narkotik vasitə heroin olduğunu, onu Hacıqabul şəhər sakini Samir adlı şəxsdən saat 11 radələrində yaşadığı məhəllədə aldığını bildirmişdir. O Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş, Samirin saxlanılmasında isə iştirak etməmişdir. Saxlanılan zaman və X6 Cəfərova qarşı zor tətbiq olunmamışdır. O Adil adlı sınıqçı tanımır, polis şöbəsinə həkim, sınıqçı dəvət olunmamışdır. Təqsirləndirilən şəxslər ailələri ilə təhdid olunmamışdır. Məhkəmə istintaqı zamanı videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının cibindən bir ədəd kağız kəsiyi bükümün içərsində naroktik vasitə olan heroinə oxşar vasitəni təqdim etdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı, həmçinin videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının cibindən 2 ədəd kağız kəsiyi bükümünün içərsində naroktik vasitə olan heroinə oxşar vasitəni təqdim etdiyi müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 27 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd kağız kəsiyi bükümün içərsində naroktik vasitə olan heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotk vasitə heroinin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 27 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində 2 ədəd kağız kəsiyi bükümünü içərsində narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 28 iyun 2023cü il tarixli 18/679 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs2 üzərindən» sözləri yazılmış kağız paketdəki 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-2,338 qram, 2,777 qram, ümumi çəkisi-5,115 qram madd kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd bükümdə və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (1 siyahı). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5170 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Hacıqabul rayon Mərkəzi xəstəxanası X7 daxil olan 03 avqust 2023-cü il tarixli, PHŞ-6-41/2-366/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu Hacıqabul RMX-nın polikinika şöbəsinin psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən narkoloji kabinetində xəstə kimi qeydiyyatdadırlar. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 5298 №-li rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Hacıqabul RİHB-nın Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 395 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı və 2020-ci il təvəllüdlü bir azyaşlı uşağından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Hacıqabul RİHB-nın Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 396 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi valideynləri və bir qardaşından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə Mənzil İstismar Sahəsinə yazılı və şifahi şəkildə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Cəfərov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətində azadlığın məhdudlaşdırma cəzasına məhkum edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məscilisinin Amnistiya qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(071)-66/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Salahov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılma cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(071)-71/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 1(071)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 10 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci və 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cəfərov X3 Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(071)-66/2023 nömrəli nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyinə görə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Salahov X4 Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(071)-71/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci, 67.1-ci və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyinə görə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdırlar. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdən Hacıqabul rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində xəstə kimi qeydiyyatda olmaları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 satmış olduğu və üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi-4,955 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 81 (səksən bir) manat 69 (altımış doqquz) qəpik puldan 56 (əlli altı) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs2 24 (iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik isə Təqsirləndirilən şəxs1 alınmaqla dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza Hacıqabul Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən Hacıqabul rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində xəstə kimi qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 AzərbaycanRespublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza Hacıqabul Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən Hacıqabul rayon Mərkəzi xəstəxanasının narkoloji kabinetində xəstə kimi qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan cəmi 81(səksən bir) manat 69 (altımış doqquz) qəpik puldan 56 (əlli altı) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs2 24 (iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik isə Təqsirləndirilən şəxs1 alınmaqla dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 satmış olduğu və üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi-4,955 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-757/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-757/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver