Məhkəmə qərarları › İş №1(099)-759/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-759/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-759/2022 26.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, Şirvan şəhəri, H.Əliyev prospekti, ev 1B, mənzil 43-də qeydiyyatda olan, faktiki olaraq Şirvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsi, ev 75-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar təşkil edən 6,801 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq həmin heroini elektron tərəzi vasitəsilə ölçüb 6,011 qram və 0,790 qram olmaqla iki ədəd bükümlərə ayırıb, qanunsuz olaraq üzərində saxlamış və 20 avqust 2022-ci il tarixdə saat 20:30-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsində şübhəli şəxs kimi saxlanılıb, Şirvan şəhər polis şöbəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,011 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,790 qram, ümumi təmiz çəkisi 6,801 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan narkotik vasitələrin satışında istifadə olunan 1 ədəd elektron tərəzi əynindəki şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, az müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Daş karxanasında işləyir, 250-300 manat pul qazanırdı. Polis əməkdaşları onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır, lakin üzərinə qoymuşlar. Polis əməkdaşları ona təziqlər edərək üzərinə narkotik vasitə və tərəzi qoymuşlar. Heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Heç bir günahı yoxdur, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, narkotik vasitə olan heroindən bir dəfə istifadə etmişdir. 15 avqust 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində özünü Araz kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona özündə narkotik vasitə olmasını, həmin narkotik vasitəni ona satmağı təklif etmişdir. O, da razılaşmışdır. Həmin şəxs ona narkotik vasitənin Corat qəsəbəsində yerləşən işıq sayğacının içərisinə qoyduğunu bildirmişdir. Həmin şəxs ona “WhatsApp” sosial şəbəkəsində həmin ərazinin şəklini və məkanı atmışdır. 17 avqust 2022-ci il tarixdə göstərilən yerə getmişdir. İşıq sayğacının içərisində olan 10 qram heroini və 1 ədəd elektron tərəzini götürmüşdür. Sonra yaşadığı Şirvan şəhərinə gəlmişdir. Həmin şəxsin hazırda xatırlamadığı kart hesabına 100 manat pul göndərmişdir. 17 avqust 2022-ci il tarixdə evdə su içən zaman üstünə su dağılmışdır. Həmin vaxt narkotik vasitə cibində olduğu üçün narkotik vasitənin bir hissəsi məhv olmuşdur. O, qalan narkotik vasitəni yaşadığı evdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə narkotikin qalan hissəsini və elektron tərəzini əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Yaşadığı evin küçəsinə çıxmışdır. xx.xx.2022ci il tarixdə saat 20 radələrində Şirvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər, onun üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını və üzərində şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər. Polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdi və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini və 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Elektron tərəzidən narkotik vasitəni satmaq üçün istifadə edəcəyini bildirmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüş və ptorokol tərtib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Polis əməkdaşları onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır, polis əməkdaşları ona təziqlər edərək üzərinə narkotik vasitə və tərəzi qoymuşlar” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 20:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Şəhriyar küçəsinə yaşadığı evin yaxınlığında görüb yaxınlaşmışlar və özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün onlar sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməmiş və onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümü və 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxıldıqda hər birinin içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni və elektron tərəzini 17 avqust 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu Araz adlı İran Respublikası vətəndaşından satmaq məqsədilə almışdır. Sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli 18/901 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,011 qram, 0,790 qram, ümumi çəkisi 6,801 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzini ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonrakı qalıq: heroin 6,701 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edır. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli 5414 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli videoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli «telefon danışıqlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı alınmış telefon danışıqlarına və SMS mübadilələrinə dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə «Qaqa 2 manat var ondan bidana duzald da», «Qaqa lamcka alda duzeldey», «Qaqa bizi qonağ gözdeyir biraz telesde Boz şılankıda yaxşi ele qaqam», «20.Kola.5.Da patl.», «Ata qurban.Sanin.Yozerna.70.Manat.Var.2 dana.Kola.Cavab.Yaz» məzmunda narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı SMS-lərin daxil olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs mobil tielefon nömrələri 17 avqust 2022-ci il tarixdə və ya sonrakı günlərdə Corat qəsəbəsi antenn dairəsində müəyyən olunmamışdır. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli Şirvan Şəhər Mərkəzəi X4 şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada ruhi-əsəb narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi X7 Şəxsin 1 saylı Şirvan- Salyan Regional filialının 31 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs filialdan aylıq məbləği 120 (yüz iyirmi) manat olmaqla İİİ dərəcəli əlilliyə görə sosial müavinət alır. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin rayon məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ağayev X3 şəhəri, H.Əliyev prospekti, ev 1 b, mənzil 43-də qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olanşəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdi X2 ilə nikah bağlamış, himayələrinində xx.xx.2012-ci il təvəllüdlü Zeynəb Ağazadə, xx.xx.2013-cü il təvəllüdlü Ramal Ağazadəvə xx.xx.2010-cu il təvəllüdlü Alya Ağazadə adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 6,701 qram narkotk vasitə heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından ayrıca material ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Şirvan şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,701 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,701 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar